Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!
Allahu subhənəhu və təala Qurani-Kərimdə, Qasas surəsinin 88-ci ayəsində buyurur :
كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ
Onun Üzündən başqa hər şey məhv olacaqdır.
Yəni , Allahın üzündən başqa hər şey məhv olacaq.
Forumda Sələfi_Turan nikiylə girən bir istifadəçi var idi ki, o yazırdı :
1) Biz ayələrin nazil olduğu ləfzə əsasən deyirik ki, "Allahın Əlləri var"
2) Biz mənasını bilmirik və yozmuruq.
Biz iddia etmirik ki, ayədə gələn "Əllər" ilkin mənadadır.
Biz iddia etmirik ki, ayədə gələn "Əllər" məcazdadır.
Özü də iddia etmişdi ki, bu bütün "sələfilərin" əqidəsidir.
Yəni :
Sözündən belə çıxır ki, vahabilər "Allahın əlləri" və s. bu kimi sözlərin SÖZÜN İLKİN mənasında , yaxud, qeyri-ilkin mənasında olduğunu bilmirlər.
Bir az da izah edim :
1 ) MÜMKÜNDÜR Kİ, ilkin mənada da olsun!
2 ) MÜMKÜNDÜR Kİ, qeyri-ilkin mənada da olsun !
Bəli!
Hətta, onlar bu fikirdə belə olsalar yenə də bu açıq-aşkar sapıqlıqdan başqa bir şey deyildir.
Çünki, əgər "Allahın əlləri", "sağ əli" , "ovcu" və sair bu kimi sözləri ilkin mənaya həml etsək, gərək "Allahın üzü" anlayışını da sözün ilkin mənasına həml edək .
Allahu subhənəhu və təala isə buyurur :
Onun, yəni, Allahın Üzündən başqa hər şey məhv olacaqdır.
Əgər "Allahın əlləri" , "Allahın ovcu" , "Allahın üzü" və sair bu kimi sözləri sözün ilkin mənasına həml etsək o zaman gərək deyək ki, SÖZÜN İLKİN MƏNASINDA "Allahın üzündən" başqa SÖZÜN İLKİN MƏNASINDA "Allahın əlləri" , "Allahın ovcu " və s. məhv olacaq !
Hətta, SƏLƏFİ_TURANIIN iddiasına görə "sələfilər" bu və bu kimi sözləri İLKİN MƏNAYA HƏML ETMƏDİKLƏRİNİ söyələsər də, bu və bu kimi sözlərin İLKİN MƏNAYA HƏML EDİLMƏSİNİN MÜMKÜNLÜYÜNÜ DƏ İNKAR ETMİRLƏR Kİ, bu da açıq-aşkar sapıqlıqdır!
Çünki, ayədən açıq-aşkar görünür ki, bu və bu kimi sözləri İLKİN MƏNAYA HƏML ETSƏK belə bir səhnə yaranır ki, HAŞA İLKİN MƏNADA olan bu sifətlər məhv olacaq , Allahın üzündən başqa.
Deməli, Allahu subhənəhu və təala "ALlahın əlləri" , "..ovcu" və s. bu kimi sözlərin ilkin mənaya həml edilməsinin mümkünsüzlüyünü açıq-aşkar göstərir!
Amma, bu vahabilər ALLAHIN MÜMKÜNSÜZ gördüyü bir şeyin mümkün ola biləcəyini də istisna etmirlər.
Bu da açıq-aşkar zəlalətdir!