Salam bacı və qardaşlar.Gecə və gündüz tv ekranlarından Azərbaycan-İran münasibətlərinin korlanmasına doğru yönəldilmış təxribatçı məlumatları izləyirik.Normal Azərbaycanlılar (yəni vahabilər yox)arasında İranın nüfuzunun aşağı olmasına səbəb İran-ermənistan münasibətləridir.Bütün məlumatlar satgın kiv vasitəsi ilə elə çatdırılır ki,sanki İran və ermənistan birləşib Azərbaycana qarşı.Amma öz əməllərimiz barəsində heçnə demir ,bir şey də üzə çıxanda min cür don geyindirir.
Bu gün səhər bir məlumat məni lap əsəbləşdirdi.Ona görə sizinlə bunun haqda bölüşmək istəyirəm.Həm bu məlumatın doğru olmasını da bir yerdə araşdıraq.
Bilirsiz ki,Əhmədnecat bir neçə dəfə İravana səfər edib və heç birində "erməni soyqırımı"abidəsin ziyarət etməyib.
BU İSƏ BİZİM DEPUTATLAR!!!
Azərbaycanlı deputatlar erməni soyqırımı abidəsini ziyarət edib
Millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyev erməni soyqırımı abidəsinə gül çələngi də qoyublar.
Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) plenar iclası keçirilir. "ТалышИнфо" xəbər verir ki, iIclasda iştirak etməyə gələn Azərbaycan nümayəndə heyəti Yerevanda erməni soyqırımı abidəsini ziyarət etmişdir.
Xəbər verildiyi kimi Yerevandakı tədbirə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlar Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyev daxildir. Agentliyin məlumatına görə nümayəndə heyəti bu gün erməni soyqırımı qurbanları memorialında olmuşlar. Qonaqları QDİƏT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Qaqik Minasyan müşayiət edib.
Millət vəkilləri Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyev erməni soyqırımı muzeyi-İnstitutunda olmuşdur. Onlar muzeyin fəxri qonaqları kitabına rəy də yazıblar. "ТалышИнфо"-ya xəbəri ötürən mənbə bildirir ki, erməni soyqırımı qurbanlarının memorialının ziyarəti rəsmi Bakı ilə müzakirə olunub. Razılıq veriləndən sonra Azərbaycan nümayəndə heyəti xatirə memorialı və muzeyi ziyarət etmişdir. Azərbaycan Parlamenti adından parlament üzvləri "qardaş xalqın" genosid qurbanlarına etiram əlaməti olaraq qırmızı güllə bəzədilmiş əklil qoymuşlar.
Bir az əvvəl millət vəkili Jalə Əliyeva mətbuata bildirmişdi ki, Ermənistana səfər etmək üçün çox səy göstərmiş və belə bir imkanı əldə etdiyinə görə xoşbəxtdir... Onun fikrincə, Yerevan səfəri - bir məsuliyyətdir və o, buna tam hazırdır: "Hesab edirəm ki, heç bir xalq müharibə istəmir. Bu mənim üçün məsuliyyətli səfərdir və mən qorxu, həyəcan hiss edir, lakin təhlükə haqqında fikirləşmirəm", - Panorama.am saytında bildirilir.
Xatırladırıq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının 39-cu plenar sessiyasında sədrlik Ermənistandan Azərbaycana keçməlidir.
Xeber44.Com saytına istinad.
Bunun adını siz qoyun!
Автор aburza, 22 мая 2012 12:16
В этой теме нет ответов
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей