Перейти к содержимому


Фотография

Əbu Zeyd kimdir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 июня 2012 - 10:08

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Əbu Zeyd adlı səfehi az çox hər kəs tanıyır, həmçinin onun necə yalançı olduğu da müsəlmanlara bəllidir. ancaq bugün əhli sünnə saytlarından birində "yalançılar ensiklopediyası"nda Əbu Zeydin adını görməyim məni çox təəccübləndirdi. sünnü saytında Əbu Zeydin yalanı haqqında deyilir:


003. Əbu Zeyd ləqəbli sələfi.

1. Təhrif Sahibi: Zikr edəcəyimiz təhriflərin sahibi, sələfilərin məşhur dəvətçisi Əbu Zeyddir. Ona qamətin çoxsaylı kseronüsxələrindən biri də deyə bilərik. Əbu Zeydin yalan və təhrifləri hətta şiələr tərəfindən belə ifşa edilsədə, vaizlik etdiyi ortamda yalan cərh səbəbi sayılmadığı üçün hələdə əllər üstündə daşınmaqdadır...

2. Təhrifin şəkli: Bu böyük "şeyxin" sadəcə bir vəzinə qulaq asdığım üçün sadəcə oradakı təhriflərin önəmlilərinə işarə etmək istəyirəm. Vəz "Sünnədən uzaq düşənlərin halı" adlanır. Hənəfi məzhəbinin adını belə düzgün söyləyə bilmədiyi halda, Hənəfi fiqhində "dərinləşdikdən" sonra sələfiliyə keçən bu "fəqih" deyir:


A ) 13: 10 – da məzhəbdə həddən artıq "dərinləşmiş" fəqihimiz and içərək (!) xülasə olaraq deyir: İstədiyiniz hənəfi kitabını açın, Əbu Hənifənin, Əbu Yusufun, İmam Muhəmmədin mövlud keçirməyi bidət saydıqlarını görərsiniz.

Bu yalanın cavabı: Mövlud mövzusunda azacıq araşdırma etmiş birisi bilir ki, İslam aləmində mövlud keçirmə ənənəsi bu üç imamın ölümündən yüz illər sonra meydana çıxmışdır. Dolayısıyla onların bu əmələ bidət demələri mümkün deyil və onlar bu haqda danışmamışlar.

B ) 13: 36 – da deyir: Hənəfilərin icmasıyla mövlud bidətdir.

Bu yalanın cavabı: Siyaqdan anlaşılan bidətlə şəri mənanı qəsd etdiyidir. Hənəfi alimləri nəinki bu əməlin bidətliyində icma etməmiş hətta, Mulla Əli Əl Qari, Burhənuddin Əl Hələbi, İbn Abidin kimi seçkin alimlər bu əmələ təşviq edən müstəqil əsərlər təlif etmişlər.

C ) 13: 44 - də deyir: İbn Abidin mövlud bidətinin ğulat rafizilər tərəfindən ortaya qoyulduğunu və sünnilərin bundan uzaq durmasının gərəkliliyini söyləmişdir.

Bu yalanın cavabı: İbn Abidinin bu əmələ təşviq edən məşhur risaləsi bu sözlərlə başlayır:


اعلم أن من البدع المحمودة عمل المولد الشريف في الشهر الذي ولد فيه ، وأول من أحدثه الملك المظفر صاحب اربل
قال ابن كثير في تاريخه: كان يعمل المولد الشريف في ربيع الأول ويحتفل فيه احتفالا هائلا ، وكان شهما شجاعا بطلا عاقلا عادلا


"Bil ki, Allahın Elçisinin doğulduğu ayda mövlud keçirmək öyülən bidətlərdəndir. Bunu ilk ortaya qoyan Ərbil hökmdarı Məlik Müzəffərdir.
İbn Kəsir tarixində deyir: O, Rabiul Əvvəl ayında mövludu təntənəli bir şəkildə qeyd etdi. Məlik Müzəffər ləyaqətli, şücaətli, qəhraman, ağıllı və adil biri idi..."

D ) 14: 15 – də deyir: Hənəfi, Şafi, Maliki məzhəbinə görə saqqaldan götürmək haramdır. Sadəcə İmam Əhməd bir tutamdan artığını almağı caiz görüb.

Bu yalanın cavabı: Əvvəla bu üç məzhəbə görə saqqaldan almaq haram deyil. Hətta Şafi məzhəbində racih görüşə görə saqqalı dibindən qırxmaq belə haram deyil. Lakin, qəhramanımızın digər məzhəblərdə "dərinləşməyə" fürsət tapmadan sələfi olduğunu nəzərə alaraq ona sadəcə Hənəfi məzhəbi adından cavab verəcəm.
Həm Əbu Hənifə, həm Əbu Yusuf və İmam Muhəmmədə görə saqqalın bir tutamdan artığını kəsmək sünnətdir. Bu səfehin iddia etdiyi kimi haram deyil! Bu barədə hənəfi alimlərinin görüşü Forumun fiqh bölümündə saqqalla bağlı məqalədə mövcuddur.

E ) 29:00 – da deyir: Bunlar fərzdən sonra sünnəti qılıb, sonra zikr edirlər bu bidət Osmanlı vaxtında çıxıb. (Yəni Hənəfi məzhəbində belə bir şey yoxdur)

Bu yalanın cavabı: Osmanlı dövlətin qurulmadan vəfat edən məşhur Hənəfi fəqihi Məvsili, məzhəbin ən etibarlı kitablarında biri sayılan "Əl İxtiyar" əsərində bu haqda deyir:

وكل صلاة بعدها سنة يكره القعود بعدها، بل يشتغل بالسنة لئلا يفصل بين السنة والمكتوبة


"Özündən sonra sünnət namazı olan bütün namazlardan sonra oturmaq məkruhdur. Sünnəti qılmalıdır ki, sünnətlə fərz arasında fasilə olmasın"



Qəhramanımızın sadəcə bu vəzində belə cavab veriləcək bir çox xüsus vardır. Lakin, Allahın dini mövzusunda bu qədər yalan, bir insanın yalançılar ensiklopediyasında yer alması üçün yetərlidir. Təbii ki, Allahın dini üçün qeyrət çəkən kimsələr üçün...
Əbu Zeydə tövsiyəmiz isə, danışdığı yalanlardan tövbə etdiyini açıqlayacağı bir dərs hazırlamasıdır.



#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 июня 2012 - 10:11

düşünürəm ki, bu zındığa tək tərəfli hücum doğru olmaz, ona görədə Şeyx Cavid h.a-nın da onun haqqındaki kiçik araşdırmasını təqdim edirəm. axı biz həmişə dəlillərimizi hər iki tərəfin mənbələrindən nəql etəyə adət etmişik :blushL:



#3 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 05 июня 2012 - 10:23

Bu alcaq ebu zeydin yalanci olduqunu Ehli Sunne qardaslarimizda tesdiqleyir.Batil vehhabilik eqidesi yalan uzerinde qurulmusdur.Bunu ebu zeydin ozude gozel bilir.Allah ebu zeydi hidayet elesin.Tovbe etsin danisdiqi yalanlardan heleki gec deyil.
Allah razi olsun bu deyerli paylasima gore qardas.

#4 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 05 июня 2012 - 16:46

Bismilləh!

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!


Mövzuya görə təşəkkürlər! Allah razı olsun!

Deməli, bu yazı hansı forumda gedibsə, o forum MÜƏYYƏN XƏTALARIN OLMASINA RƏĞMƏN həqiqətən də səliqəli, nizam intizamlı forumdu. Elmi olan danışır, olmayan susur . Əgər susmursa, adminstrasiya tərəfindən susdurulur.



Bu yazını yazan qardaşı da, bizimlə paylaşan qardaşı da Allah hifz eləsün! Amin!

Əhli-sünnə qardaşımız yazıb :

Zikr edəcəyimiz təhriflərin sahibi, sələfilərin məşhur dəvətçisi Əbu Zeyddir.



BU həqiqətən də belədir. Bu təhrifçi, kəzzəb bu dəqiqə vahabilərin məşhur dəvətçisi hesab edilir. Məsələ burasındadır ki, cahillər arasında "elm əhli" sayılan bir yığın "elm tələbəsi" də guya, cəhd edib yığışıb bu kəzzəbə "dəstək kompaniyası" kimi onun ünvanına təriflər yağdırırlar.

Bu forumda da da onun yalançılığı, təhriflərə yol verdiyi dəfələrlə sübut edilib. Şeyx Cavid (Allah onu hifz eləsün! ) ağa da dəfələrlə bu kəzzəbin yalan və təhriflərini ifşa edib.

vaizlik etdiyi ortamda yalan cərh səbəbi sayılmadığı üçün hələdə əllər üstündə daşınmaqdadır...


Həqiqətən də gözəl və yerində deyilmiş sözdür. Bu kəzzəbin vaizlik etdiyi ortam cahil vahabilərdən təşkil olunmuş bir ortamdır ki, bu yalançıya elm əhli kimi pərəstiş edirlər. Yəni, yalan da desə, doğru da desə qəbul edirlər.

Yalan bunların nəzərində cərh səbəbi sayılmır.

Hələ bu kəzzəb utanmadan həyasızcasına durub deyirdi ki, "yazdıqlarım filan faizi yalandısa, filan faizi düzdüsə .. vəssəlam... məzhəbin dağılı".Dediyi sözün xülasə mövzusu bu idi.

SubhanAllah! Daha düşünmür ki, bu kəzzəb olduğu üçün, təhrifçi olduğu üçün İSTƏR SÜNNİLƏRİN, İSTƏR ŞİƏLƏRİN nəzərində cəhr edilib və nə yazması, nə deməsi öz -özlüyündə huccət deyil, dəyərsizdir.

Qəhramanımızın sadəcə bu vəzində belə cavab veriləcək bir çox xüsus vardır. Lakin, Allahın dini mövzusunda bu qədər yalan, bir insanın yalançılar ensiklopediyasında yer alması üçün yetərlidir. Təbii ki, Allahın dini üçün qeyrət çəkən kimsələr üçün...
Əbu Zeydə tövsiyəmiz isə, danışdığı yalanlardan tövbə etdiyini açıqlayacağı bir dərs hazırlamasıdır.


Hardadı vahabilərdə o qanacaq ? )

Oğru ola-ola elə bağırarlar ki, doğrunun bağrı çatlayar.

Bunun yalanları ifşa edildikdə bu səfər ona digər yalançılardan dəstək verməyə başladı,cərh edilməsi gərəkən halda tədil etdilər )

Həyasızcasına Əbu Zeydi təriflədilər. Deməli, onlar da elə bunun tayıdı )

Qandıqları bura qədərdi )

Utanmadan hələ bir Şeyx Cavidə (ALlah onu hifz eləsün! ) "rədddiyələr" də ünvanlayırlar )

Şeyx Cavidin ( ALlah onu hifz eləsün! ) ayağının bildiyini süzün hamıvızın heç başı bilmir! )

Əl-muhim...

Bir daha mövzunun da, mətnin də müəllifinə minnətdarlığımı bildirirəm!

İnsafı olan Əbu Zeyd kimi yalançıların ardıyca getməz!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 05 июня 2012 - 17:29

Bİsmilləh!

Qardaşlar, bir şeyi də nəzərinizə çatdırım. Yadınızdadırsa "orik" adlı nasibi şeyx Cavidin ( ALlah onu hifz eləsün! ) səsini mikrafona yazıb , şeyxin (Allah onu hifz eləsün! ) nömrəsini də yerləşdirmişdi.

Şeyx Cavid həmin səsi yazıb, nömrəni yerləşdirənə səmimi qəlbdən təşəkkür edir. Çində olan qardaşlarımız o video vasitəsilə şeyxin (Allah onu hifz eləsün! ) nömrəsinə zəng edib, təvəssül haqqında şeyxin (Allah onu hifz eləsün! ) geniş izahı ilə tanış olublar )

Bunun sayəsində nasibilərin şübhələrinə cavab tapıb, elmi izahla tanış olublar. Bu yolla da həqiqətləri öyrəniblər )

Yəni, həqiqətən də, islama , müsəlman alimlərinə zərər verməyi planlaşdıranlar istəsələr də, istəməsələr də İslama fayda verərlər.

Biz inşaAllah, Şeyxin təşəkkürünü burda yazdıq. İnşaALlah, sizdən də xahişim budur ki, siz də Şeyxin adından bu təşəkkürü həmin adama çatdırın! )

P.S

Salamı çatdırarkən yazdığım bu mətni dəyişməyin! Necə yazılıbsa elə də qeyd edin!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 Ceywullah

Ceywullah

    Arif – Corporal

  • Murid
  • 80 сообщений

Отправлено 04 августа 2013 - 14:49

Qardaşlar məsəl var ki ilanin ağinına da lənət qarasına da. Bu movzuda Əbu Zeydə rəddiyəsini yerləşdirdiyiniz Muslihin ozu də həqiqətdə hec də Əbu Zeyddən geri qalmayan nasibidir. Digər forumda işi-peşəsi Əməvi çobanlaının sədaqətli köpəyi funksiyasını yerinə yetirərək rafizlilərin kölgəsinə hurməkdən ibarətdir. Bir postunu copy edirəm buyurub baxin. Lazim olsa əlavə də edə bilərəm. Muslih
Həvəskar

Moderators

226 ismarıc
Məkan:Türkiyə
Məzhəb:Hənəfi Yerləşdirilmə tarixi: 24 iyul 2013 - 06:26
Və aleykumussalam və rahmətullah.
Öncəliklə sizə və digər qardaşlara nəsihətim, ətrafda uçuşan bütün bilgilər üzərində ciddiyyətlə durmamanızdır. Çünki, fiziki olaraq bütün bu fikirlərin incələnməsi, onlara cavablar verilməsi mümkün deyil. İnternetin peyda olmasıyla bu informasiya kirliliyi silsilə şəklində çoxalıb.
Bununla bərabər təmiz bilgilər almaq təbii ki, vacibdir. Ancaq bu bilgiləri “informasiya çöplüyündə” ayırmaqda çətinlik çəkirsizsə, özünüz üçün güvənilir qaynaqlar seçin, analiz kriteriyaları müəyyən edin və əldə etdiyiniz məlumatlardan istifadə edin.
Məsələn, bilgi aldığınız qaynaqları güvənilir və güvənilməz olaraq bölün. Bunun üçün əlinizdə müəyyən ölçülər olmalıdır. Yalanı, təhrifi və bənzəri şeyləri bir dəfə isbat edilmiş adamları güzvənilməzlər sinfindən saymamız çox normal, hətta vacibdir. Zikr etdikləri şeyləri mötəbər fəqihlərin sözlərilə əsaslandıran kimsələri, hədisdən özbaşına hökm çıxaranlara tərcih edin. İddia etdikləri şeyləri ərəbcəsiylə dəqiq qaynaqlarıyla bərabər ortaya qoyanları, belə etməyənlərə tərcih edin. Buna bənzər bir çox qayda qoymaq mümkündür. Ümumiyətlə bir adamın sələfi olması, onun sözünü kökdən ciddiyə almamaq üçün əsasdır. Çünki, bu məzhəbin təməl prinsipi olan “hər kəsin Quran və Sünnəyə baxması” utopiyası, Şəriəti insanların əlində oyuncağa çevirmişdir. Dini oyuncaq halına gətirən adam niyə ciddiyə alınsın?
Əgər özünüz üçün bir məlumat filtri əmələ gətirməsəniz, bu bilgilərin arasında ömrünüzü heçnə əldə etmədən tükətəcəksiniz.

Bu məqalənin müəllifi olan firqənin yalanda və spikulyasiyada, rafizilərdən sonra ikinci yerdə olduğunu dəfələrlə isbat etmişik. Bütün bu şeylərdən sonra hələdə onların iddialarını bura nəql etməniz bir mənada boş vaxt itkisinə səbəb olur. Xalq misalında deyildiyi kimi: Bir dəli quyuya daş atır. Onu çıxarmaq üçün yüz ağıllı toplanır...
Onların lazımi iddialarına zaman zaman ehtiyac nisbətində özümüz cavab veririk. Çünki, bəzən bu daşlar analiz qabiliyyəti zəif olan müsəlmanlar üçün sıxıntılara səbəb olur.
Qeyd etdiyiniz şeylər internetdə yayınlanan bir məqalədən alınıb. İlk yalanı elə məqalənin başlığıdır. Başlıq bu şəkildədir: “Hənəfi məzhəbinə görə təravih namazı səkkiz rükətdir.”
Hənəfi fiqhinə vaqif olan biri olaraq bunun qəti yalan olduğunu söyləyirəm. Bu məqaləni yazan cahil, Hənəfilərin kitab təsnifatından belə xəbərsizdir. Hənəfi məzhəbinə görə Təravih namazı qəti şəkildə 20 rükətdir. Bunu isbat etmək üçün sitat gətirməyə belə ehtiyac yoxdur. İstənilən fiqh kitabını açıb baxmaq yetərlidir. Hətta saydığı bütün qaynaqlarda onun dediyi kimi yazılsaydı yenədə bu məhzəb görüşünün belə olduğunu göstərməzdi.

O ki qaldı məqalədəki qaynaqlara, qısa olaraq müəllifin spikulyasiya şəkli belədir: O qaynaqlarda sadəcə 11 və ya 8 rükət rəvayətləri incələnib, ancaq heç bir şəkildə məzhəbin görüşü belədir deyilməyib. Əksinə, digər rəvayətlərdə incələnərək, başqa rəqəm təsbit etməyin səbəbləri açıqlanıb. Müəllif isə rəvayət incələməsini sözügedən alimlərin və ümumilikdə məzhəbin görüşüymüş kimi təqdim edərək insanları bu tələyə salmağa çalışıb.
Zikr etdiyiniz qaynaqlardan bəziləri ümumiyətlə məzhəbin mötəbər bir qaynağı sayılmır, bəzisi sadəcə hədis kitabı, bəzisi isə hədis şərhi kitabı olduğu üçün sadəcə rəvayətin incələndiyi kitablardır.

Oyunun anlaşılması üçün daha açıq bir örnək verim: Qəti sabitdir ki, Hənəfi fəqihlərinə görə namazda sadəcə iftitah təkbirində əllər qaldırıla bilər. Və bir nəfər məqalə yazıraq ona belə ad verir “Hənəfi məzhəbinə görə namazdakı keçid təkbirlərində əllər qaldırılar” və bu iddiasını isbat üçün Hənəfi kitablarındakı incələmə üçün gətirilmiş “əl qaldırma” hədisinin zikr edildiyi yerləri qaynaq göstərir. Təravih namazı haqqındakı fokusda eyni prinsip üzərinə qurulub.
İbn Huməmin sözlərində “sünnət+müstəhəb = 20 rükət müstəhəb” kimi bir modeldən danışılsada mövzumuz bu olmadığı üçün, incəliklərə girməyə lüzum görmürəm. Ümid edirəm ki, bu cür şeylər müsəlmanların bilgi filtrasiyasının formalaşmasına təsir edəcək…

Usuli и Bədil bu ismarıcı bəyəndilər

Сообщение отредактировал Ceywullah: 04 августа 2013 - 14:57


#7 prayer

prayer

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 21 сообщений

Отправлено 13 августа 2013 - 00:54

ƏBUZEYD YALANÇIDIR

#8 prayer

prayer

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 21 сообщений

Отправлено 17 августа 2013 - 09:54

Qardaş lap od qoyub ki,bu yalançı bu cür coşub,haladi o qardaşa :yahoo:

#9 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 17 августа 2013 - 11:39

http://www.youtube.com/watch?v=gI8W-YZ9l_4&list=UULWjPBnQlyyY7P4XlShDosA00000000000http://www.youtube.com/watch?v=PSNik-FvtDA&list=UULWjPBnQlyyY7P4XlShDosA
Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru