Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
Əbu Zeyd adlı səfehi az çox hər kəs tanıyır, həmçinin onun necə yalançı olduğu da müsəlmanlara bəllidir. ancaq bugün əhli sünnə saytlarından birində "yalançılar ensiklopediyası"nda Əbu Zeydin adını görməyim məni çox təəccübləndirdi. sünnü saytında Əbu Zeydin yalanı haqqında deyilir:
003. Əbu Zeyd ləqəbli sələfi.
1. Təhrif Sahibi: Zikr edəcəyimiz təhriflərin sahibi, sələfilərin məşhur dəvətçisi Əbu Zeyddir. Ona qamətin çoxsaylı kseronüsxələrindən biri də deyə bilərik. Əbu Zeydin yalan və təhrifləri hətta şiələr tərəfindən belə ifşa edilsədə, vaizlik etdiyi ortamda yalan cərh səbəbi sayılmadığı üçün hələdə əllər üstündə daşınmaqdadır...
2. Təhrifin şəkli: Bu böyük "şeyxin" sadəcə bir vəzinə qulaq asdığım üçün sadəcə oradakı təhriflərin önəmlilərinə işarə etmək istəyirəm. Vəz "Sünnədən uzaq düşənlərin halı" adlanır. Hənəfi məzhəbinin adını belə düzgün söyləyə bilmədiyi halda, Hənəfi fiqhində "dərinləşdikdən" sonra sələfiliyə keçən bu "fəqih" deyir:
A ) 13: 10 – da məzhəbdə həddən artıq "dərinləşmiş" fəqihimiz and içərək (!) xülasə olaraq deyir: İstədiyiniz hənəfi kitabını açın, Əbu Hənifənin, Əbu Yusufun, İmam Muhəmmədin mövlud keçirməyi bidət saydıqlarını görərsiniz.
Bu yalanın cavabı: Mövlud mövzusunda azacıq araşdırma etmiş birisi bilir ki, İslam aləmində mövlud keçirmə ənənəsi bu üç imamın ölümündən yüz illər sonra meydana çıxmışdır. Dolayısıyla onların bu əmələ bidət demələri mümkün deyil və onlar bu haqda danışmamışlar.
B ) 13: 36 – da deyir: Hənəfilərin icmasıyla mövlud bidətdir.
Bu yalanın cavabı: Siyaqdan anlaşılan bidətlə şəri mənanı qəsd etdiyidir. Hənəfi alimləri nəinki bu əməlin bidətliyində icma etməmiş hətta, Mulla Əli Əl Qari, Burhənuddin Əl Hələbi, İbn Abidin kimi seçkin alimlər bu əmələ təşviq edən müstəqil əsərlər təlif etmişlər.
C ) 13: 44 - də deyir: İbn Abidin mövlud bidətinin ğulat rafizilər tərəfindən ortaya qoyulduğunu və sünnilərin bundan uzaq durmasının gərəkliliyini söyləmişdir.
Bu yalanın cavabı: İbn Abidinin bu əmələ təşviq edən məşhur risaləsi bu sözlərlə başlayır:D ) 14: 15 – də deyir: Hənəfi, Şafi, Maliki məzhəbinə görə saqqaldan götürmək haramdır. Sadəcə İmam Əhməd bir tutamdan artığını almağı caiz görüb.
اعلم أن من البدع المحمودة عمل المولد الشريف في الشهر الذي ولد فيه ، وأول من أحدثه الملك المظفر صاحب اربل
قال ابن كثير في تاريخه: كان يعمل المولد الشريف في ربيع الأول ويحتفل فيه احتفالا هائلا ، وكان شهما شجاعا بطلا عاقلا عادلا
"Bil ki, Allahın Elçisinin doğulduğu ayda mövlud keçirmək öyülən bidətlərdəndir. Bunu ilk ortaya qoyan Ərbil hökmdarı Məlik Müzəffərdir.
İbn Kəsir tarixində deyir: O, Rabiul Əvvəl ayında mövludu təntənəli bir şəkildə qeyd etdi. Məlik Müzəffər ləyaqətli, şücaətli, qəhraman, ağıllı və adil biri idi..."
Bu yalanın cavabı: Əvvəla bu üç məzhəbə görə saqqaldan almaq haram deyil. Hətta Şafi məzhəbində racih görüşə görə saqqalı dibindən qırxmaq belə haram deyil. Lakin, qəhramanımızın digər məzhəblərdə "dərinləşməyə" fürsət tapmadan sələfi olduğunu nəzərə alaraq ona sadəcə Hənəfi məzhəbi adından cavab verəcəm.
Həm Əbu Hənifə, həm Əbu Yusuf və İmam Muhəmmədə görə saqqalın bir tutamdan artığını kəsmək sünnətdir. Bu səfehin iddia etdiyi kimi haram deyil! Bu barədə hənəfi alimlərinin görüşü Forumun fiqh bölümündə saqqalla bağlı məqalədə mövcuddur.
E ) 29:00 – da deyir: Bunlar fərzdən sonra sünnəti qılıb, sonra zikr edirlər bu bidət Osmanlı vaxtında çıxıb. (Yəni Hənəfi məzhəbində belə bir şey yoxdur)
Bu yalanın cavabı: Osmanlı dövlətin qurulmadan vəfat edən məşhur Hənəfi fəqihi Məvsili, məzhəbin ən etibarlı kitablarında biri sayılan "Əl İxtiyar" əsərində bu haqda deyir:
وكل صلاة بعدها سنة يكره القعود بعدها، بل يشتغل بالسنة لئلا يفصل بين السنة والمكتوبة
"Özündən sonra sünnət namazı olan bütün namazlardan sonra oturmaq məkruhdur. Sünnəti qılmalıdır ki, sünnətlə fərz arasında fasilə olmasın"
Qəhramanımızın sadəcə bu vəzində belə cavab veriləcək bir çox xüsus vardır. Lakin, Allahın dini mövzusunda bu qədər yalan, bir insanın yalançılar ensiklopediyasında yer alması üçün yetərlidir. Təbii ki, Allahın dini üçün qeyrət çəkən kimsələr üçün...
Əbu Zeydə tövsiyəmiz isə, danışdığı yalanlardan tövbə etdiyini açıqlayacağı bir dərs hazırlamasıdır.