Перейти к содержимому


Фотография

Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 12

#1 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 14 июня 2012 - 09:19

Nəhc əl-Bələğə kitabı kimə nisbət edilir?

Müəllif: Muhəmməd Saleh əl-Münəccid

Sual: Nəhc əl-Bələğə kitabının nə dərəcədə səhih olduğu və kitab haqqında sizin rəyinizi bilmək istərdim.


Cavab: Həmd Allaha məxsusdur.

Nəhc əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir.


Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:


İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589


Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun sözlərindən üstündür və onların hər ikisi məxluqdur… Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir. Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin (elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq olduqlarını bilmiş olarlar.


Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55


Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:


1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.


2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.


3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.


4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.


5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.


6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.


7. Kitabda ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla bilməz.


8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq, rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına fikir vermirlər.


Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də, nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki, kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət edilməməlidir.


Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250

http://islam-qa.com/en/ref/30905
2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


#2 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 14 июня 2012 - 11:01

[media][media][/media][/media]


[media][media][/media][/media]
  • N_ن_N это нравится

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#3 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 14 июня 2012 - 11:02

[media][media][/media][/media]


[media][media][/media][/media]
  • N_ن_N это нравится

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.


Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13


#4 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 14 июня 2012 - 13:44

Bismilləh!


Sual: Nəhc əl-Bələğə kitabının nə dərəcədə səhih olduğu və kitab haqqında sizin rəyinizi bilmək istərdim.


Sənə bu sapıqın RƏYİ lazımdı ? Şəxsən mənə lazım deyil!

İndi bizim neyimizə lazımdı ki, bu vahabinin ŞƏXSİ RƏYİ NƏDİ ? :rolleyes:

İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir:


Bizə nə zəhəbi nə deyib nə deməyib ?

Məgər Zəhəbinin dediyi sözlər huccətdi ki ? )

Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir:


Bir adam ki,ŞÜURLU şəkildə Əməviyyə məzhəbinin ardıcıllarından olan İbn Teymiyyəyə "Şeyxul-İslam" deyə, "Allah ona rahmət eləsün" deyə, bu sapığı , kəzzəbi xeyirlə ana, onun nəinki "alim" olması, hətta, müsəlman olması belə şübhəlidi. :rolleyes:

Bundan əlavə!

İbn Teymiyyənin bu mənbə göstərdiyin kitabı özü yalan , iftira, sənədsiz, dəlilsiz sayıqlamalarla doludur. DƏfələrlə onun sapıq fikirlərini həm sünnilər, həm də şiələr ifşa ediblər.

Xüsusən də mənbə kimi göstərdiyiviz "minhac" kitabı yalan , iftira və dəlilsiz, sübutsuz, sənədsiz sayıqlamarla doludur.

Öz kitabı bu halda olan bir sapıq başqasının kitabı haqqında necə cərhi sözlər işlədə bilər ki ? :rolleyes:

SubhanAllah!

Buna "öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır" deyərlər.

2. BUndan əlavə, Bizə nə İbn Teymiyyə nə demişdir ? ))


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 14 июня 2012 - 13:48

Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir.


Bizə nə Xatib əl-Bağdadi və digərləri nə deyib ? :rolleyes:

Ümumiyyətlə, sənin üçün Xatib əl-Bağdadinin bütün söylədikləri və yazdıqları huccətdirmi ?

Sən ümumiyyətlə Xatib əl-Bağdadini tanıyırsan ?

Xatib əl-Bağdadinin hər hansı bir məsələ haqqında fikirlərini yazsam qəbul edəcəksən ? :rolleyes:

Mütləq cavabıvı gözləyəcəm əxican!

Bundan əlavə, sən ibn Kalkanı tanıyırsan, Əs-Səfədini tanıyırsan ?

Buna da mütləq cavab gözləyəcəyəm!

Belə də ki, sən ümumiyyətlə, əl-Munəccidi tanıyırsan ?

Bundan əlavə, sən əl-Munəccidə nöşün təqlid eləyirsən ki ? ))

Begəm süzün əqidəvizdə təqlid emələk haram deyil ? ))

Sənə nə var əl-Munəccid nə yazıb ?

Ümumiyyətlə sənə nə əl-Munəccədin , yaxud, digərlərinin rəyini soruşursan ?

Onların rəyi sənin üçün dəlildi ? Həəəə.... Yoxsa süz də təqlid edirsüz xəbərimiz yoxdu əxican ? Həə ? :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 14 июня 2012 - 13:53

Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250


Xülasə, əxican, əzizim, gözümün işığı, əziyyət çəkmisən, copy-paste eləmisən, çox sağ ol!

Amma, bu əl-Munəccidin və digərlərinin rəyləri, şəxsi fikirləri zərrə qədər də dəyərli deyildir. Yığ hamısını bir yerə qarışdır palçığa çırp divara! :rolleyes:

İndi guya sən nəsə güclü bir dəlil yazdun , "çevriliş" elədün də həri əxican ?

Nə baş verib ?

"Kakoy nibud" əl-Munəccid Nəhcul-Bəlağə haqqında öz sapıq fikirlərini , rəyini söyləyib.))

Allah sizi islah eləsün!

Gedün elmlə məşğul olun əxican!

"Alimlərivizə" də yazun ki, kitab oxusunlar! ))


Sənə məsləhət görürəm ki, əl-Munəccidin Nəhcul-Bəlağə haqqında rəyinə tabe olmaqdansa, Şeyx Cavidin (Allah ondan razı olsuN! ) bu barədəki xütbəsinə qulaq asasan! Qulağıvız Alim sözü eşitsün!


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#7 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 14 июня 2012 - 23:49

Eli ibn Ebu Talibin dusmeni zindiq alcaq vehhabiler.Eliye dusmen olan getsin anasindan sorusun atasi kimdir.
iftira atmaq bu vehhabilerin qaninda var ulu babalari ibn teymiyye lenetullah kimi. Allah hidayet elesin hidayete layiq olanlari.Allah lenet elesin Ehli beyte dusmen olub ve Ehlibeytin feziletlerini alcatlmaq isteyenlere!

#8 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 17 июня 2012 - 11:56

Eli ibn Ebu Talibin dusmeni zindiq alcaq vehhabiler.


Eli ibn Ebu Talibin dusmeni olan vehhabi dunyada yoxdur.

Eliye dusmen olan getsin anasindan sorusun atasi kimdir.


Bu da bize aid deyil

iftira atmaq bu vehhabilerin qaninda var ulu babalari ibn teymiyye lenetullah kimi.


sen goresen bele bohtan, tehqir ve terbiyesizlikle etmekle kimi teqlid edirsen?

Allah hidayet elesin hidayete layiq olanlari.


Amin

Allah lenet elesin Ehli beyte dusmen olub ve Ehlibeytin feziletlerini alcatlmaq isteyenlere!


Ehli Sunne ehli beyte dushmenchilik etmir, eksine sevir ve ozune numune goturur. Sadece farslar sizi aldadiblar. Ehli beytin adindan hedisler uydurublar. Sizi ehli beytin yolundan azdiriblar. Ehli Beytin yolu ile geden Ehli Sunneni ise Sizin gozunuzde dushmen kimi qeleme veribler. Siz indi Ehli Sunneye dushmenchilik etmekle eslinde Ehli beytin yolu ile geden camaata dushmenchilik edirsiniz.
Eger haqqi axtarirsansa get Nehcul Belagheye yazilmish iradlari arashdir.
Allah sene doghru yolu gostersin.
2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 июня 2012 - 12:11

"Nəhc əl-Bəlağə" haqqıda daha öncə forumda danışmışdıq, həmin mövzuya link qoyuram: "Nəhc əl-Bəlağə" haqqında münazirə

Sual: Nəhc əl-Bələğə kitabının nə dərəcədə səhih olduğu və kitab haqqında sizin rəyinizi bilmək istərdim.

Cavab: Həmd Allaha məxsusdur.

Nəhc əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur.

bu boş və mənasız sözlər nəyə lazımdır? məgər hər hansı bir nəqlin doğru olub olmadığını təsbit etmək üçün rical və dirayə elminin olduğunu bilməyən var?

Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir.

tipik nasibi metodu! sözünü deməyə çalışarkən arada övzudan kənara çıxmaq, "onlar ifrat edib biz isə orta yoldayıq" və s. kimi sözlərdən istifadə etmək.... bunların heç bir anlamı yoxdur, və bura bu məsələnin yeri olmadığı üçün sizin orta yolda yoxsa ən sapıq yolda olduğunuz məsələsinə toxunmayacaq, sadəcə bir link ilə kifayətlənəcəyəm, bax: nasibilər və Əhli Beyt a.s

Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək

maraqlıdır, görəsən "elm əhli" ifadəsi ilə əl-Münəccid kimləri nəzərdə tutur? öz alimlərini? əgər belədirsə onda əl-Münəccid və onun kimi digər səfehlər bilsinlər ki, onların "elm əhli" dediyi şəxslər bizim nəzərimizdə səfeh yığınından başqa bir şey deyildir. mən əz-Zəhəbi və bənzəri şəxsləri səfeh yığını olaraq gördüyüm halda onların rəyinəmi etibar edəcəyəm? maraqlıdır, görəsən əl-Münəccid və onun kimi digər səfehlər hansısa bir İslam aliminin nasibi mənbələri haqqında dediyini qəbul edirmi? əgər qəbul edirsə buyursun. Şeyximiz Hüseyin əl-Amuli r.a nasibi mənbələri haqqında deyib:



إذا عرفت ذلك فصحاح العامة كلها وجميع ما يروونه غير صحيح
bütün kitabları və rəvayət etdikləri səhih deyildir.

Şeyx əl-Amuli r.a, "Vusul əl-Əxyar", səhifə 94


əgər səfeh əl-Münəccid bu sözü qəbul edirsə oda gərək Buxari başda olmaq şərti ilə bütün kitablarını inkar etsin, yox əgər əl-Münəccid İslam alimlərinin nasibi kitabları haqqında dediklərini qəbul etmirsə onda hansı ağıl ilə müsəlmanların nasibi alimlərinin sözlərini qəbul edəcəyini gözləyir?

Сообщение отредактировал Elmeddin.88: 17 июня 2012 - 13:13


#10 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 июня 2012 - 13:13

və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək

hansı "səhih isnad"lar? Əməvilərin əmri ilə yazılmaya başlayan və içi xarici (İmran b. Hittan və b.), nasibi (Həriz b. Osman və b.), əhli kitab (xristian rahib Təmim əd-Dari, yəhudi haham Kaab əl-Əhbar və b.) və əməvi agenti (ibni Şihab əz-Zührü və b.) olan şəxslərin uydurmaları ilə dolu olan kitablarınızı nəzərdə tutursan? onda cavab:

1. bu nəqllərin heç biri bizə qarşı hüccət deyildir, çünkü münazirə qaydasına görə müxalifə müxalifin hüccət olaraq qəbul etdiyi kitabdan dəlil gətirilməlidir. məsələn, mən nasibilərə Buxari, təbəri və s. kimi kitablardan, asibilər isə bizə qarşı "əl-Kafi", "Təhzib" və s. kimi kitablardan.

2. aradaki ixtilafı bir kənara belə qoysaq və bir anlıq müxalif olduğumuzu unutsaq belə bu mənbələriniz dəlil olmaz və hətta əgər müsəlman olduğunuzu iddia edirsinizə sizlərində onları tərk etməyiniz vacibdir. çünkü yuxarıda dediyimiz ki, sizin mənbələr Əməvilərin (Əhli Beyt a.s düşmanları) əmri ilə yazılmış və kitablarınızdaki məlumatları da xarici (Əhli Beyti a.s təkfir edənlər), nasibi (Əhli Beyt a.s-a buğz edən, onlara söyən), əhli kitab (Rəsul s.a.a ilə düşmən olan) və əməvi agentləri ravilər nəql etmişdir. bax:

sünnü mənbələri Əməvilərin əmri ilə yazılıb
sünnü mənbələri və xarici ravilər
sünnü mənbələri və nasibi ravilər
sünnü mənbələri və əhli kitab ravilər


Quran və Sünnəti Nəbəvi s.a.a isə açıq-aşkar nəsslər ilə Əhli Beyt a.s sevgisinin iman, düşmənçiliyinin isə küfr olduğun deyir. sizin mənbələri isə nəql edənlər ancaq Əhli Beyt a.s düşmənləri yəni kafirlərdir. elə isə ya siz bu mənbələri tərk etməlisiniz, yada kafir olduğunuzu qəbul etməlisiniz.


İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589

cavab: bu kitabın Seyyid Şərif ər-Razi r.a tərəfindən cəm edildiyi doğrudur ancaq kitabın Seyyid r.a tərəinfən cəm edilməyi içidəkilərinin ona aid olmadığı demək deyildir. (nasibinin anlayacağı şəkildə misal verirəm) necə ki, "Səhihi Buxari" və bənzəri kitabları cəm edənlər Rəsulullah s.a.a və ya səhabələrin olmaması bu kitabların uydurma olduğu demək deyil eləcədə "Nəhc əl-Bəlağə"nin müəllifinin imam Əli a.s olmaması kitabın içərisindəkilərin uydurma olduğu demək deyildir.

sənəd məsələsinə gəlincə, Seyyid Razi r.a bu kitabı cəm edərkən sənədləri ixtisar etmişdir, çünkü o bu kitabda topladığı xütbə, məktub və digər məlumatları başqa kitablardan toplamışdır. məsələn sadəcə bir nümunə ilə kifayətlənirəm: Şiqşiqiyyə xütbəsinin "Nəhc əl-Bəlağə" kitabında heç bir sənədi mövcud deyildir ancaq bu xütbə digər kitablarda, məsələn Şeyx Səduq r.a-ın "İləluş Şərayi" kitabında və başqa kitablarda səədləri ilə nəql edilmişdir. yəni kitabdaki hər bir məlumatın sənədi var, sadəcə olaraq Seyyid Razi r.a bu kitabı cəm edərkən sənədlərə yer verməyib.


#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 17 июня 2012 - 13:14

Şeyxul İslam ibn Teymiyyə

əgər yalançlı olmaq "Şeyx əl-İslam" olmaq saylırsa onda gərək İslamın ən böyük şeyxi haşa Müseylimə əl-Kəzzab olaydı.

1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.

bu iradın cavabı yuxarıda verilib, isnadlar var.

2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.

bəyəm bunun araşdırılmasının lazım olmağı kitabın uydurma olduğuna dəlalət edir? bu nə səfeh sözdür?

3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.

həqiqətən siz səfehsiniz, bu kitabda olan məlumatlar onda öncə yazılmış kitablarda var, məsələn "İləluş Şərayi" kitabında. və bu kitablarda da məlumatlar isnadlar ilə qeyd edilib. indi bu necə uydurma olur ki? düşün ki, bugün sən bir kitab cəm etmək istəyirsən və bunu Buxari və s. kimi alimlərinin kitablarında çıxarışlar edəərk bir araya gətirirsən. indi bu deməkdir ki, yazdıqların uydurmadır?

4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.

əvvəla müəllif Seyyid Murtəza yox seyyid Razidir r.a ikincisi isə, onların hər ikisi elm sahibi, elm dəryası olublar. yoldan keçən bir nasibinin bu cür şəxslər haqqındaki sözləri önəmsizdir.

5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.

yenə bu səabə bütü! tüpürüm sizin bütünüzə. siz lap həqiqi həqiqi yəhudisiniz ki. yəhudilərdə sizin kimi deyərdilər "əgər alimlərimiz bir şeyi deyirsə demək düzdür" məntiqi ilə hərəkət edərək gəlb bu vəziyyətə düşdülər. siz isə onlardan aldığınız bu sünnəni "səhabə" adlı bütünüz üçün istifadə etdiniz. sanki səhabə olmaq haqqında meyyarıdır. bəs yaxşı onda alkoqolik olan, canını qurtarmaq üçün soyunacaq qədər şərəfsiz olan səhabəcəikər haqqında nə deyirsiniz? bax: səhabə mövzusu

6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.

niyə ki? kafirlərəŞ zalimlərə, Allah c.c və Rəsula s.a.a düşmən olanlara lənət oxumaq, onları təkfir etməkdə nə problem var ki? məgər Allah c.c özü Quranda bu sifətli məxluqları lənətləmir? onları "kitab yüklü eşşəklər" olaraq vəsf etmir?

bəs yaxşı, bu məntiqə əsasən sən Rəsulullah s.a.a-in haşa səbəbsiz yerə müsəlmanları söyüb təhqir etdiyi haqqında olan hədislərinizə nə deyəcəksən? bax: http://velayet.wordp...anlara-soverdi/


#12 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 17 июня 2012 - 16:40

Ehli Sunne ehli beyte dushmenchilik etmir, eksine sevir ve ozune numune goturur.


Əxican artistlik edib zahirən özüvüzü əxlaqlı, səbrli, təmkinli göstərməyə çalışmaq variantlarıvız bizə tanışdı. Digər mövzuda şeyxivizin "əxlaqını" nümayiş etdirən video yerləşdirmişəm, baxın fikrivi bildirərsən.

Keçək mətləbə...

Əhsən! Əlbəttə ki, əhli-sünnə əhli-beytə(ə) düşmənçilik etmir, əksinə sevir və özünə nümunə götürür.
Kimdi bu əhli-sünnə ?
Həzrət Əlinin (ə) şiələri olan cəfəri şiələr.

2. Biz iddia da etmirik ki, əhli-sünnə adlanan qardşalarımız əhli-beytə (ə) düşmənçilik edir. Zatən düşmənçilik edənlər nasibilərdi.

3. SƏnin əhli-sünnə adından danışmağın isə mənasızdı. Zatən biz də bilirik ki, əhli-sünnə adlananlar əhli-beytə (ə) düşmənçilik etmir. edənləri varsa da onlardan yox, nasibi sayılır.

4. Amma, siz vahabilərin əhli-beyt (ə) ilə düşmənçiliyi var. Yoxsa, "yezİTƏ beyət etmək şəriətə uyğun idi" niyə deyəsiz ? :rolleyes:




Sadece farslar sizi aldadiblar.


Buyur dəlil göstər ki, sadəcə farslar bizi aldadıblar.

Dəlil gətirməsən növbəti dəfə kəzzəbliyivi sübut eləmiş olaceysən.

Əxican, siz həqiqətənmi həya eləmirsiz ?

Neçənci dəfədir sənin burda yalan danışıb sübut edə bilməməyivin, kəzzəbliyivin şahidi olmuşuq. Hələ də utanmadan -qızarmadan boş-boş iddialar etməyə davam edirsən.

Ehli beytin adindan hedisler uydurublar.



Bunun da sübutunu hətirməsən bir daha kəzzəbliyivi sübut eləmiş olaceysən.

Sizi ehli beytin yolundan azdiriblar.


Bu da üç ....

Bunun da sübutunu gətirməsən bir daha kəzzəbliyivi sübut eləmiş olaceysən.


Bir də ki, hardandı səndə farslara bu qədər nifrət ?


Sən dəlil istəyəndə "kutubus-sittə"-dən dəlil istəyirsən.

Bir de görüm "altı kitab"-ın neçəsinin müəllifi fars olub ?

Mən də deyirəm ki, əksinə, ( bəzi ) FARSLAR sizi aldadıblar , əhli-sünnə yolundan, əhli-beyt (ə) yolundan azdırıblar.

Hə ... Bəlkə elə deyil ?

Əxican, get bu variantları özüvüzə gəl!

Farslar bizim də alimlərimiz arasında olub, sünni alimlərivizin arasında olub .

İNdi necə bilək ki, farslar bizi aldadıblar ya sizi aldadıblar ? ))

Ehli Beytin yolu ile geden Ehli Sunneni ise Sizin gozunuzde dushmen kimi qeleme veribler.


Biz də deyirik ki, əksinə, SİZİN MƏNTİQLƏ DANIŞSAQ sizin fars alimləriniz əhli-beytin (ə) yolu ilə gedən gerçək əhli-sünnəni , yəni, cəfəri şiələrini sizin gözünüzdə düşmən kimi qələmə veriblər.

Siz indi Ehli Sunneye dushmenchilik etmekle eslinde Ehli beytin yolu ile geden camaata dushmenchilik edirsiniz.


Eynilə təkrar edirəm :

Siz indi gerçək əhli-sünnə olan cəfəri şiələrinə düşmənçilik etməklə, əslində əhli-beytin (ə) yolu ilə gedən camaata düşmənçilik edirsiz.

Bir də ki, təkrar edirəm. Sən heç əhli-sünnə adlanan camaatdan da deyilsən. Sən sadəcə vahabisən əxican. YezİTə beyət etməyi şəriətə uyğun bilən kimsələrin sözünü dəlil kimi qəbul edən tipik vahabi! :rolleyes:


Eger haqqi axtarirsansa get Nehcul Belagheye yazilmish iradlari arashdir.


Gənə də başladun artistlik eləməyə əxican ?

Əgər sən həqiqət axtarırsansa, get əvvəlcə haqqı öyrən, tanı! Haqqı tanı ki, haqq əhlini tanıyasan!

Qaldı ki, Nəhcul bəlağayə yazılmış iradlara....

Vahabilərin heç bir iradı etibarlı və tutarlı deyildir. Onlar da sənin kimi yalan, iftira, tədlis , hiyləgərlik üzərində iş görürlər vəssəlam! :rolleyes:

İndi sən deyirsən biz oturaq şeytanın əsgərlərinin vəsvəsələrinə əhəmiyyət verək ?

Gərək onda biz gərək şeytanın vəsvəsələri, iradları üzərində də düşünək . Həri əxican ? :rolleyes:

Allah sene doghru yolu gostersin.


Allah sənə də doğru yolu göstərsin!



Sənin doğru yolda olmamağıvın dəlilləri foruma girdiyin andan etibar yazdığın yalan, iftira, hiyləgərlik və variantlardan bəllidi zatən. Kəzzəbliyivi dəfələrlə sübut eləmisən.

Necə ola bilər ki, sən kəzzəb ola-ola doğru yolda olasan ?

Sənin doğru yolda olmamağıvın göstəricilərindən biri də kinli olmağın, milliyətçilik, kor -koranə təəssübkeşlik etməyindi.

Bizim üçün fars, türk, kürd, rus, fransız və s. fərqi yoxdu! Bizim üçün bir millət var, o da müsəlman milləti! Allah sizi də bu millətdən qərar versün! Amin! :rolleyes:




"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#13 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 23 июня 2012 - 15:30

HƏNBƏLİ
Mən tanıdıqlarımdan heç kim deməyib ki, nəhcul bəlağə " SƏHİH BUXARİ" KİMİ SƏHİHDİR.
ƏGƏR istəsən buxari,müslimdə də olan tovhidə zidd gedən hədisləri dartışa bilərik .
o hədisləri inkar eləmək iqtidarinda ola bilməyəcəksən,çünkü artıq ibadət etdiyin alimlər bu kitablara səhih hökmü verib.inkar etsən onlara görə kafir olarsan.
tikla bura əgər yəqinliyin varsa əqidəndə
http://313news.net/f...dpost__p__92956

keçək nəhcül bəlağayə
mən sənə Əli ibn abu talibin r.a. xütbələrini gətirəcəyəm inşallah nəhcül bəlağadan.
və söhbət məs xütbənin mətnindən gedəcək.və bu xütbələrin əqidəyə zidd getdiyini gərək subut edəsən.
quranan !
xütbələrdən biri
Daha sonra buyurdu: "Camaat üç hissəyə bölünübdür:
1-Sür”ətlə haqqa tərəf irəliləyənlər; onlar nicat tapacaqlar.
2-Ağır-ağır haqqa tərəf irəliləyənlər; o adamlar üçün də nicat ümidi var.
3-”Haqq yolunda təqsir və səhlənkarlıq göstərənlər; onlar cəhənnəm odunda yanacaqlar.
daha sonra
Əli ibn abu talib رضي الله عنهdedi
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir. İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir. Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.


Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil. Yoxdan var olmayan bir varlıq və mövcuddur. Hər şeylə yanaşı olmadan onlarladır. Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil. İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət və nə də alət mənasında deyil, görəndir.


Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. fikir və düşüncədən istifadə etmədən, heç bir təcrübə və sınaqdan faydalanmadan, Özündə heç bir hərəkət yaratmadan və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı. Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi .
bu sözlərdə qurana,və tovhidə zidd gedən bir cümlə görürsən onu muzakirə edək.
daha bütünlükdə kitabın üstündən xətt çəkmək,bu ədalətsizlik olardı.


Сообщение отредактировал abdhalim: 23 июня 2012 - 15:32

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru