Перейти к содержимому


Фотография

YEMƏLİLƏR VƏ İÇMƏLİLƏR


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 июня 2012 - 17:33

Haramla müalicə

Tez-tez sual edirlər ki, yeyilməsi və ya içilməsi haram olan qidalardan müalicə məqsədi ilə istifadə etmək olarmı?

Cavab: Yeyilməsi və ya içilməsi haram olan qidalardan müalicə məqsədi ilə yalnız o vaxt istifadə etmək olar ki, xəstəliyin müalicəsi ancaq həmin haram qidayla mümkün olsun. Həmçinin xəstəlik adətən dözülməz dərəcədə şiddətli olsun. Əks təqdirdə caiz deyildir.

Şərabla müalicə

Bəzi fəqihlər məcburiyyət qarşısında qaldıqda belə şərabla müalicənin caiz olmadığını buyurublar. Amma Ustad Muhəmməd Cavad Məğniyyənin qeyd etdiyinə əsasən əksər fəqihlər bu əməli müalicənin yalnız və yalnız şərabla mümkün olduğu təqdirdə caiz bilirlər. Əlbəttə yenə də qeyd etməliyik ki, xəstəlik gərək adətən dözülməz dərəcədə şiddətli bir xəstəlik olsun. Əks təqdirdə səbr edib Allahdan şəfa diləməlidir. Çünki bütün dərdlərin və xəstəliklərin dəvası həqiqətən də Onun əlindədir.


Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#2 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 июня 2012 - 17:36

Başqasının malından yemək


Sahibinin (istər kafir olsun istər müsəlman) izni olmadan hər hansı bir qidanı qəbul etmək caiz deyildir. Lakin fəqihlər bu məsələdən iki şeyi istisna ediblər. Birincisi budur ki, aşağıdakı ayədə zikr olunanların evlərində iznsiz olaraq təam yemək caizdir.

وَلَا عَلَىٰ أَنْفُسِكُمْ أَنْ تَأْكُلُوا مِنْ بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُمْ مَفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا

«Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur.»[1]

Deməli ayədə sadalanan şəxslərin evlərində sahibinin icazəsi olmadan təam yemək olar. Amma əgər həmin şəxslər yeməyə icazə verməsələr, icazəsiz olaraq onların evində onlara aid olan qidalardan yemək haramdır.

Fəqihlərin istisna etdiyi ikinci yer isə budur ki, əgər şəxs başqasına məxsus olan bir meyvə ağacının yanından keçərsə, ziyan vurmamaq şərti ilə həmin ağacın meyvəsindən yeyə bilər. Ziyandan məqsəd nəzərə çarpacaq dərəcədə çox yeməkdir. Həmçinin gərək insan həmin yoldan meyvə yemək məqsədi ilə keçməsin. Yəni əgər evindən meyvə yemək niyyəti ilə çıxsa ondan yeyə bilməz. Bundan əlavə ağac gərək şəxsin keçdiyi yola yaxın olsun və əgər ağacın sahibinin icazə vermədiyini bilsə və ya güman etsə, meyvədən yeməsi caiz deyildir.

Şəhid Sani (r.ə.) «Şərhi-Lümə» kitabında bu əməlin tərk olunmasının daha yaxşı olduğunu qeyd edir. Səbəbini isə bu cür izah edir:

«Çünki bu barədə (halal və ya haram olmasında) alimlər arasında ixtilaf var. Həmçinin bu əməli qadağan edən hədis də nəql olunmuşdur…»[2]

[1] «Nur» 61

[2] «Şərhi-Lümə» 2-ci cild; səh. 73
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#3 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 июня 2012 - 17:38

Balıq və suda yaşayan digər heyvanlar


Suda yaşayan heyvanlardan balığın əti halaldır. Amma bu şərtlə ki, balıq pullu olsun. Pulsuz balıqların yeyilməsi haramdır. Muhəmməd ibn Müslim İmam Baqirdən (ə) pulsuz balıqların hökmü haqqında soruşduqda İmam Baqir (ə) belə cavab verir:

كل ما له قشر من السمك ، وما ليس له قشر فلا تأكله

«Pulu olan balıqlardan ye! Pulu olmayanları yemə!»[1]

Başqa bir hədisdə Əmirəl-möminin İmam Əlinin (ə) bu cür buyurduğu nəql olunur:

الا لا تأكلوا ، ولا تبيعوا ما لم يكن له قشر

«Pulu olmayanları satmayın və yeməyin!»[2]

İlanbalığı, angvil və skorbit balığı pulsuz olduqlarına görə haram balıqların sırasına daxildirlər. Onların haram olması barədə Əhli-Beytdən (ə) kifayət qədər hədislər nəql olunmuşdur. Hətta Şeyx Muhəmməd Hürr Amuli (r.ə.) «Vəsailuş-şiə» kitabında bu balıqların haram olmasına aid olan hədisləri ayrıca bir paraqraf altında cəm etmişdir.[3]

İlbiz, tısbağa, qurbağa, xərçəng və bütün suda-quruda yaşayanlar haramdır. Əbəl-Həsən (ə) buyurur:

لا يحل أكل الجرّي ، ولا السلحفاة ، ولا السرطان

«İlanbalığı, tısbağa və xərçəngi yemək halal deyildir.»[4]

Həmin hədisin davamında İmam (ə) qurbağaların da haram olduğunu buyurur. Krevetlərə gəlincə isə fəqihlər (islam hüquq alimləri) onların halal olduğunu yazırlar.



Məsələlər

1. Əgər balıq əvvəl pullu olub sonra hər hansı bir səbəbə görə pulları tökülərsə o balığın yeyilməsi halaldır. Bir gün bir nəfər İmam Sadiqdən (ə) balıqlar haqqında soruşur. İmam (ə) buyurur:

ما كان له قشر ، قلت : ما تقول في الكنعت ؟ قال : لا بأس بأكله

«Pulu olanları ye. Həmin şəxs yenə soruşur: Bəs “kənət” (balıq növü) haqqında nə deyərsən? İmam (ə) cavab verir: Onun yeyilməsinin heç bir eybi yoxdur…»[5]

Hədisdə adı keçən “kənət” balığı haqqında Şəhid Sani (r.ə) «Şərhi-Lümə» kitabında yazır: «Kənət zəif pulları olan bir balıq növüdür. (Suyun dibində) özünü quma sürtər və pulları tökülər. Sonra tökülmüş pulları (tədricən) yeniləri ilə əvəzlənər.»[6]

2. Yeyilməsi halal olan balıqların kürüləri halal, haram olan balıqların kürüləri isə haramdır. İmam Sadiq (ə) buyurur:

«Əgər yumurta əti halal olan heyvandandırsa onun yeyilməsinin heç bir eybi yoxdur. O, halaldır.»

3. İki balıqdan birinin halal digərinin isə haram olduğunu biliriksə, lakin hansının halal, hansının haram olduğu bizə məlum deyilsə hər ikisindən çəkinməyimiz vacibdir.

4. Pullu olub-olmadığını bilmədiyimiz balığı yemək caiz deyil.

5. Qarşımızda halal yaxud haram olduğunu bilmədiyimiz kürü varsa onu yeməyimiz caizdirmi (halaldırmı)? Bu barədə fəqihlərin görüşləri bir qədər müxtəlif olduğundan onları ayrı-ayrılıqda sizlərin nəzərinizə çatdırırıq:

Ayətullah Xoyi və Ayətullah Təbrizi: Əzhər (ən aşkar) nəzərə görə haramdır.[7]

Ayətullah Sistani:Həmin kürüdən (kürünü yeməkdən) çəkinmək vacibdir.[8]

Ayətullah Xomeyni:Şəkk halında səthi hamar olan kürünü yemək olmaz. Amma əgər kürünün səthi qaba və sərtdirsə yaxud onun sərt ya hamar olduğu məlum deyilsə və kürünün halal yoxsa haram balıqdan olduğu bilinmirsə həmin kürünün yeyilməsi halaldır.[9]

6. Bəzi xəstəliklərin müalicəsi üçün balığı diri-diri yeməyi və ya udmağı məsləhət görürlər. Bəs görəsən şəri cəhətdən bu məsələnin hökmü nədir? İxtiyari halda yəni heç bir zərurət olmadan balığı diri-diri yemək olarmı? Bu barədə fəqihlərin nəzərləri aşağıdakılardır:

Ayətullah Xoyi, Xorasani, Xomeyni, Təbrizi, Sistani, Lənkərani: (İxtiyari halda heç bir zərurət olmadan) balığı diri-diri yemək olar.[10]

Ayətullah Məkarim Şirazi[11]: (İxtiyari halda) işkallıdır (halal olmağı mübahisələdir). Zərurət məqamında isə müalicə üçün olarsa eybi yoxdur.

7. Fərz edək ki, bazardan pullu bir balıq almışıq. Evdə balığı bişirmək istədikdə onun qarnında başqa bir balığın olduğu məlum olur. Bu halda əgər həmin balıq da pullu balıqlardandırsa onu yemək olar. [12] Yox əgər aldığımız balığın qarnından çıxan balıq pulsuzdursa onu yemək haramdır. Lakin Ayətullah Seyyid Sistani bu məsələdə fərqli fikir bildirir: «Həmin balığın halal olması mübahisəlidir. Ehtiyata əsasən onu (digər balığın qarnından çıxan balığı) yeməkdən çəkinmək lazımdır.»[13]

[1]«Vəsailuş-şiə» 16-cı cild; səh. 397; hədis 1

[2]«Vəsailuş-şiə» 16-cı cild; səh. 398; hədis 6

[3] «Vəsailuş-şiə» 16-cı cild; səh. 400; bab 9

[4] «Vəsailuş-şiə» 16-cı cild; səh. 415; hədis 1

[5] «Vəsailuş-şiə» 16-cı cild; səh. 405; hədis 1

[6] «Şərhi-Lümə» 3-cü cild; səh 207

[7] «Minhacus-salihin» cild 3; məsələ 1680

[8] «Minhacus-salihin»; cild 3; səh 293; məsələ 880

[9] «Təhrirul-vəsilə» əl-qovlu fil-heyvan ; məsələ 4

[10]Xoyi,Xorasani və Təbrizi «Minhac» c.3; məs. 1630; Sistani «Tovzihul-məsail»; məsələ 2628; Xomeyni «Təhrir» əl-qovlu fil-heyvan ; məsələ 30; Lənkərani «Əhkamul-vazihə»; məsələ 1888

[11]«Tovzihul-məsail»; məsələ 2252

[12] Xoyi, Xorasani və Təbrizi «Minhac» c.3; məs. 1679

[13] «Minhacus-salihin»; cild 3; səh 293; məsələ 879
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#4 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 июня 2012 - 17:43

Haram və halal heyvanlar

Dörd ayaqlılar

Ev heyvanlarından dəvə, inək, camış, qoyun və keçi kimi heyvanların əti halaldır. Vəhşi heyvanlardan isə dağ keçisi, çöl inəyi, ulağ (çöl uzunqulağı), ceyran, antilop kimi heyvanların əti halaldır. İmam Rza (ə) buyurur:

«Allah-Təala sizə inək, dəvə və qoyun ətini halal etmişdir…»[1]

Əbdullah ibn Cündəb deyir:

« İmam Əlidən (ə) camış əti və südü barəsində soruşdum. Buyurdu: Heç bir eybi yoxdur.»[2]

Həmçinin ev heyvanlarından at, uzunqulaq (eşşək) və qatırın əti halaldır. Lakin onların yeyilməsi məkruhdur. Bu heyvanlar haqqında nəql olunmuş hədislərin birində İmam Sadiq (ə) buyurur:

وليس بحرام

«Onların əti haram deyil.»[3]

Bu hədisdən at, qatır və uzunqulağın haram olmadığı məlum olur. Lakin digər bir hədisdə İmamdan (ə) həmin üç heyvan haqqında soruşulduqda İmam (ə) bu cür cavab verir:

لا تأكلها

«Onları yemə!»[4]

İmamın (ə) bu sözündən isə haqqında danışdığımız heyvanların məkruh olduğu məlum olur. Yəni o heyvanların ətini yemək haram deyil halaldır. Lakin yeməməyin isə savabı vardır. Çünki məkruh bir əməli icra etməkdə heç bir günah yoxdur. Amma onu tərk etmək savabdır. Buna görə də ikinci hədisdə İmam (ə) “onları yeməyin”-deyə buyurur. «Şərhi-Lümə» kitabında qatırın at və uzunqulağa nisbətən daha çox məkruh olduğu qeyd olunur. Şəhid Sani (r.ə.) yazır: «Çünki qatır at və uzunqulağın izdivacından əmələ gəlir. At və uzunqulaq hər ikisi məkruhdurlar. Nəticədə iki məkruh cəm olur (yəni iki məkruh heyvanın cütləşməsindən əmələ gələn heyvanın məkruhluğu daha çoxdur).»[5]

İt, donuz və çöl donuzunun (qaban) əti haramdır. Həmçinin pişiyin də əti haramdır. Çünki pişik yırtıcı heyvanların bir növüdür. Yırtıcı heyvanların əti isə haramdır. Məsələn: Şir, bəbir, canavar, pələng, ayı, çaqqal, kaftar, tülkü və s. yırtıcı heyvanların əti haramdır.

Allah-Təala buyurur:

«Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir.»[6]

İmam Sadiq (ə) buyurur:

«Yırtıcı heyvanlardan heç nə yeməyin (yəni onların əti, südü, piyi və s. haramdır).»[7]

Dovşan və kirpi əti haramdır.Şeyx Muhəmməd Həsən Nəcəfi (r.ə.) «Cəvahirul-Kəlam» kitabında yazır: «Kirpi ətinin haram olmasında heç bir ixtilaf yoxdur. Hətta bu barədə icma var.»[8] Dovşan ətinin haramlığı haqqında isə İmam Rza (ə) belə buyurur:

وحرم الارنب ، لانها بمنزلة السنور ، ولها مخاليب كمخاليب السنور وسباع الوحش

«Dovşan əti (sizə) haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və digər vəhşi heyvanların pəncəsi kimi onun da pəncəsi vardır…»[9]

Həmçinin porsuq əti də haramdır. Çünki Məsumlardan (ə) gələn hədislərdə köpək dişi (yırtıcı heyvanlara məxsus) və pəncəsi olan heyvanların haram olduğu buyurulmuşdur. Porsuqda isə bunların hər ikisi var.

Mühəqqiq Hilli «Şəraiul-İslam» kitabında siçan, siçovul, dələ, sincab kimi heyvanların haram olduğunu yazır.[10]

[1] «Vəsailuş-şiə» 17-ci cild; səh 34

[2] «Vəsailuş-şiə» 17-ci cild; səh 35

[3] «Vəsailuş-şiə» 16-cı cild; səh. 395; hədis 7

[4]«Vəsailuş-şiə» 16-cı cild; səh. 394; hədis 5

[5] «Şərhi-Lümə» 3-cü cild; səh 208

[6] «Bəqərə» surəsi; 173-cü ayə

[7]«Fiqhul-İmam Cəfəris-Sadiq»; 4-cü cild; səh. 369

[8] «Cəvahirul-Kəlam»; c.36; səh. 296

[9]«Vəsailuş-şiə»; cild 16; səh. 383; hədis 11

[10]«Şəraiul-İslam» cild 4; səh 751
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#5 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 17 июня 2012 - 17:45

Şərab

Müqəddəs İslam şəriətinə əsasən şərab içmək haramdır və böyük günahdır. Şərabdan məqsəd bütün məst edici içkilərdir. Əgər hər hansı bir içkidə məstedicilik varsa o şərab hökmündədir və içilməsi mütləq şəkildə haramdır. Bəzi insanlar belə fikirləşirlər ki, məst oluncaya qədər içmək haram, az miqdarda içib məst olmamaq isə halaldır. Onların bu sözləri etdikləri çirkin və qəbih əmələ bəraət qazandırmaqdan başqa bir şey deyildir. İmam Sadiq (ə) buyurur:

«İçkilərdən çox içildiyi halda ağıla təsir etməyəni (yəni insanı məst etməyəni) halaldır. Lakin çox içildiyi halda ağlı aradan aparırsa ondan az miqdarda belə içmək haramdır.»[1]

Deməli istər çox olsun istərsə də az, şərab içmək mütləq şəkildə haramdır.

Bəziləri cahilliklərindən Qurani-Kərimdə şərabın haram edilmədiyini iddia edirlər. Halbuki, Quran ayələrində şərabın haram olmasına dair kifayət qədər dəlillər vardır:

يَسْأَلُونَكَعَنِالْخَمْرِوَالْمَيْسِرِۖقُلْفِيهِمَاإِثْمٌكَبِيرٌ

«Səndən xəmr (sərxoşedici içki) və qumar barəsində soruşurlar. De: İkisində də böyük günah vardır.»[2]

يَاأَيُّهَاالَّذِينَآمَنُواإِنَّمَاالْخَمْرُوَالْمَيْسِرُوَالْأَنْصَابُوَالْأَزْلَامُرِجْسٌمِنْعَمَلِالشَّيْطَانِفَاجْتَنِبُوهُلَعَلَّكُمْتُفْلِحُونَ

«Eyimangətirənlər! Şərabda (içkidə), qumarda, bütlərdə, faloxları da Şeytanəməlindənolanmurdarbir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!»[3]

إِنَّمَايُرِيدُالشَّيْطَانُأَنْيُوقِعَبَيْنَكُمُالْعَدَاوَةَوَالْبَغْضَاءَفِيالْخَمْرِوَالْمَيْسِرِوَيَصُدَّكُمْعَنْذِكْرِاللَّهِوَعَنِالصَّلَاةِۖفَهَلْأَنْتُمْمُنْتَهُونَ

«Şübhəsiz ki, Şeytan şərab (sərxoşedici içki) və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?»[4]



Gördüyünüz kimi qeyd etdiyimiz birinci ayədə şərab içməyin böyük günah olduğu buyurulur. Məlumdur ki, günah haram bir işin müqabilində olar. Yəni əgər şərab içmək günah və günah iş görmək haramdırsa, deməli şərab içmək də haramdır. Həmçinin murdar və şeytan əməlindən olan bir şey heç şübhəsiz ki, haramdır.

Allahın Rəsulu (s) buyurur:

جمع الشر كله في بيت و جعل مفاتحه شرب الخمر

«Bütün şərlər bir evdə cəm edilmişdir. Şərab içmək isə həmin evin açarıdır.»[5]

Başqa bir hədisdə isə Peyğəmbərimiz (s) bu cür buyurur:

الخمر ام الفواحش و الكبائر

«Şərab bütün pozğunluqların və bütün böyük günahların anasıdır.»[6]

Məsumlardan (ə) nəql olunan hədislərdə şərab içilən süfrədə (insanın özü şərab içməsə də) yeyib-içmək və hətta o süfrə arxasında əyləşmək belə qadağan olunmuşdur. Belə ki, Peyğəmbərimiz (s) buyurur:

من كان يؤمن بالله و اليوم الآخر فلا يجلس على مائدة يشرب عليها الخمر

«Allaha və axirət gününə iman gətirmiş kəs, gərək şərab içilən süfrədə əyləşməsin.»[7]

Bu və bu kimi hədislərə istinad edərək fəqihlər şərab içilən süfrədə yeyib-içməyi və o süfrə arxasında əyləşməyi haram buyururlar.

[1]«Tuhəful-Uqul» səh 246

[2]«Bəqərə» 219

[3] «Maidə» 90

[4] «Maidə» 91

[5] «Mizanul-Hikmət» cild 1; səh.813

[6] «Mizanul-Hikmət» cild 1; səh.812

[7]«Mizanul-Hikmət» cild 1; səh.813
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru