Перейти к содержимому


Фотография

Şiələrin əqidəsi ilə bağlı dəlillər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 40

#31 Djafarit

Djafarit

    Naqib – Captain

  • Murid
  • 783 сообщений

Отправлено 23 сентября 2012 - 02:12

brahmançıların kitabını oxuyanda adama elə gəlir ki bunların zuhurunu gözlədikləri 12 ci imam vampirdir.məsələn bunların kitablrında yazılır ki imam zuhur edəndə bütün məscidləri daqıdacaq və özü də lüt zuhur edəcək.Aişəni qəbrdən çıxarıb ona hədd vuracaq.abu bekr ve omeri qebrden cixaracaq.ve sair

бу ишляри гормяся имам олмазки бадбахт, аиша деян дилюнь лал олсун
Удивительное дело, права на наследство лишены незаконнорожденные и дети пророков

#32 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 23 сентября 2012 - 20:25

Sən müqəddəs dedikdə nə başa düşürsən?Günah dedikdə məkruh da başa düşülə bilər.Məsumluğlarına dair ayə Əhzab surəsi 33-cü ayə.

Сообщение отредактировал Mumin: 23 сентября 2012 - 20:27


#33 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 23 сентября 2012 - 20:34

İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
Cavab

#34 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 23 сентября 2012 - 20:38

Məsum kəlməsinin xarici mənası nədir?
Cavab
İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır.

Ümumi bir bölümdə ismət iki növdür:

1. Ümumi məsumluq və günahdan qorunma.

2. Çoxalıb və azala bilən nisbi ismət.

Buna əsasən, məsum beş dəstəyə deyilir:

İlahi Peyğəmbərlərin hamısı.
İmamların hamısı.
İlahi mələklərin hamısı.
Üç qurupdan qeyrilərinin isməti (çünki, ismət Peyğəmbərlik ya İmamətə yalnız aid deyil. Ona görə ki, ola bilər ki, Peyğəmbər olmayan şəxs məsum olsun), həzrət Fatimə (s) və həzrət Məryəm (s) kimi.
İxlaslı insanların bir dəstəsi.

Ətreaflı cavab

İsmət lüğətdə qorunmaq və uzaq olmaq mənasında, elmi termində xəta, səhv, unutqanlıq və günahdan qorunmaq və uzaq olmaq mənasındadır.[1] Başqa sözlə, ismət daxili bir güc və nəfsani xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki qala günahı etməyə) saxlayır.

Xəta və günahdan uzaq olmaq iki cürdür:

Ümumi məsumluq və günahdan uzaqlıq, həyatın bütün dövrlərində (anadan olandan ömrünün sonunadək) İlahi dini öyrənmək, öyrətmək və icra etməkdə, bütün səhv, unutqanlıq, günah və xətadan. Bu iş yalnız mələklər, Peyğəmbərlər və İmamlar (ə) üçün baş verib və deigərlərində onun baş verməsinə sübutumuz yoxdur.[2]
Çoxalıb və azala bilən nisbi ismət ki, müxtəlif şəxslərdə fərqli və dəyişkəndir. Din işlərində çox vaxt çoxlu çalışmalar və əməllərdən sonra müəyyən qədər yaranır və həmin şəxslər vasitəsi ilə qorunur, halbu ki, ömrünün sonuna qədər onu qorumağa heç bir zəmanət yoxdur. Ona görə də, nisbi isməti onun çoxalıb və azalmasını nəzərə almaqla digərlərinə də aid edə bilərik. Bu hala adi insanlarda "ədalət mələkəsi" deyilir. Yəni şəxs elə dərəcədədir ki, böyük günah və bilərəkdən olan səhv onda gözə dəymir.[3]

Axırıncı meyara əsasən, məsum həm Peyğəmbərlər, İmamlar və mələklərə şamil olur, həm də özlərini islah etməklə günah etməyən insanlara şamil olur. Buna əsasən, bu məqam və mövqe yalnız Peyğəmbərlər və on dörd məsuma aid deyil. Digər ixlaslı varlıqlar da, bəzi dərəcələrdə bu xüsusiyyətə malikdirlər.

Ona görə də, biz məsumları bir qismə bölür və onların ismətinin sübutları barəsində qısa şərh veririk:

Peyğəmbərlər (ə):

Səmavi Peyğəmbərlər günahın hər növündən, böyük və kiçik olmaqla, uzaq olmalıdırlar və heç vaxt bir an da olsa günaha tərəf getməməlidirlər. Şiə alimlərinin nəzərinə əsasən, Peyğəmbərlər dörd cür ismətdə bir- biri ilə bərabərdirlər: vəhyi alıb və onu çatdırmaqla ismət, etiqadlarda ismət, günahlardan ismət xəta və unutqanlıqdan ismət. Peyğəmbərlərin ismətinin əqli sübutları:

Kəlam elminin böyük alimləri, ağıl yolu ilə Peyğəmbərlərin ismətinin lazımlığına çoxlu sübutlar gətiriblər ki, onların bəzisi bunlardır:

a)- Daxili səbəblər:

Peyğəmbərlərin vücudunda, günah səbəbləri (cahillik, elmsizlik, şəhvət və həvəslərin qələbə çalması və...) günahın qarşısını alan səbəblər qarşısında məğlubdur.

B)- Etimad və hədəfin aradan getməsi sübutu:

Məlum olduğu kimi, Peyğəmbərlərin göndərilməsindən məqsəd, İlahi əmrlər sayəsində bəşəri hidayət etməkdir.

Bu hədəf o zaman təmin olar ki, camaatın Peyğəmbərlərin sözlərinə və təlimlərinə heç bir şəkk və şübhələri olmasın. Belə ki, onların sözünü Allahın sözü bilsinlər və onların təlimlərini İlahi təlimlər bilsinlər ki, onları can və başla qəbul etsinlər və yüz faiz onun qarşısında təslim olub və ona inansınlar.

Ağıllı, alim və həkim olan şəxsin, məqsəd və hədəfinin əksinə iş görməməsi qətidir. Əgər onlar günah və xətadan məsum olmasalar, insanları səhv yola çəkərlər. Bu da, Peyğəmbərlərin seçilmə hədəflərinin tam ziddinədir.

c)- Cahilliyə yönəltmək və səhvə həvəsləndirmək mümkün deyil

Allahın öz bəndələrini hidayət etməkdə heç vaxt onların xətaya həvəslənməsinə ya onları səhv yola dəvət etməyə səbəb olan ən balaca işi etməyəcəyi qətidir. Çünki, belə bir işin hər kəs tərəfindən, xüsusilə böyük Allahın pak zatı tərəfindən baş verməsi, çox pis işdir. Əgər Allah Peyğəmbərlik sübutlarını, möcüzə və elmi sübutlar olmaqla, qeyri- məsumun (yəni yalan deməsi, səhv etməsi və günah etməsi mümkün olan şəxs) ixtiyarına qoysa, öz bəndələrini səhv yola salıbdır və bunu həkim Allaha nisbət vermək, qeyri mümkündür.

d)- Vəhyi qəbul etməyə qeyri- məsumun ləyaqətinin çatmaması:

Bildiyiniz kimi, hər bir hikmətli məsuliyyətin ona uyğun qabiliyyət və ləyaqətə ehtiyacı var. Nalayiq və qabiliyyətsiz insanların z vəzifələrini düzgün formada yerinə yetirmələri mümkün deyil. Bunu da bilirik ki, Peyğəmbərlər Allahın əmrini vəhy yolu ilə alıb və insanlara çatdırırlar. Elə bir əmr ki, hər tərəfi nur və mənəviyyət və onun məzmununda hər tərəfi iman və təqvadır. Məlumdur ki, belə bir əmri alan elə pak və təmiz olmalıdır ki, təbiətdən yuxarı və hər eyb və nöqsandan uzaq olan Allahın pak zatı ilə əlaqə yarada bilsin və məzmunu təqva və paklıq ilə dolu olan xəbəri və əmri qəbul edə bilsin.

Peyğəmbərlərin ismətinin nəqli sübutları:

Quranın neçə ayəsi Peyğəmbərlərin ismətinə işarə edir ki, aşağıda onların bəzisinə işarə edirik:

a)- Peyğəmbərləri müxləsindən sayan ayələr. Müxləsin o şəxslərdir ki, hətta şeytan da onları düz yoldan çıxarmağa məyus olub və onları istisna edibdir. "(İblis) dedi: "Sənin izzətinə- qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını mütləq haqq yoldan azdıracağam, yalnız sənin müxləs (xalisləşdirilmiş) bəndələrindən başqa".[4] Müxləs məsumla bərabərdir ki, Peyğəmbərlər onun xarici mənalarından biridirlər. Allah Taala buyurur: "(Ya Peyğəmbər!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, müxləs (xalisləşdirilmiş bir bəndə) idi. O (bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir Peyğəmbər idi".[5] Həmçinin həzrət Yusif barəsində buyurubdur: "Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, bizim müxləs (xalisləşdirilmiş) bəndələrimizdəndir).[6]

B)- Qurani- kərim Peyğəmbərlərə itaət etməyin mütləq formada lazım bilib[7] və mütləq itaət isməti lazım tutur.

c)- Qurani- kərim İlahi mənsəbləri zülmlə bulanmamış şəxslərə aid edir.[8] Hər bir günah ən azı özünə zülmdür və hər bir günahkar Qurani- kərimdə zalım adlanır.

2. İmamlar (ə):

İmamların ismətinin də Peyğəmbərlərin isməti ilə fərqi yoxdur. Onlar da doğulan gündən məsumdurlar.[9] Bu fərqlə ki, İmamlar barəsində vəhyi qəbul etmə və çatdırma yerinə, vəhy maarifini izah və açıqlamaqdan söz gedir.[10]

İmamların ismətinin əqli sübutları, Peyğəmbərlərin ismətində gələnlərdir. Amma İmamların ismətinin nəqli sübutları bunlardır:

Təthir ayəsi:[11]

Quran buyurur: "Allah bütün eyibləri (çatışmamazlıq və günahları) yalnız siz Əhli- beytdən uzaqlaşdırmaq və sizi tananilə pak etmək istəyir". Ayənin bu hissəsində, iki cəmlik əvəzliyi işlənibdir ki, hər ikisi kişi cinsinin cəmi formasında gəlibdir və Peyğəmbərin (s) adətən xüsusiliyi çatdıran "innəma" kəlməsinin gəlməsi (bizim dildə onun yerinə "yalnız" ya "təkcə" deyilir) ayədə gələn İlahi fəzilətin Peyğəmbər (s) ailəsinə məxsus olmasına və digərlərinə aid olmamasına sübutdur.

"Yuridu" (Allahın iradəsi var və istəyir)... cümləsi.

Allahın təkvini iradəsinə işarədir. Yəni Allah təkvini (yaranış) bir əmr ilə iradə edibdir ki, sizi bütün eyiblərdən uzaqlaşdırsın və pak etsin, nəinki, təşrii (qanun qoyma) iradəsi ilə. Çünki təşrii iradə, onları öz paklıqarını qorumağa vəzifəli etməkdir. Bildiyimiz kimi bu vəzifə Peyğəmbər (s) ailəsinə məxsus deyil. Müsəlmanların hamısı öalərini pak saxlamağa borcludurlar.

"Rics" lüğətdə təmiz olmayan şey[12] mənasındadır. Alimlərin bəzi izahlarında "rics" "günah" ya "şirk" ya "batil etiqad" ya "paxıllıq və həsəd" mənasında təfsir olsa da, əslində geniş mənanın təzahürlərindən biridir.

Hər halda, bu kəlmənin əvvəlinə gələn əlif və lamı (ər- rics) nəzərə alsaq, burada ümumi mənanı çatdırır. Ayənin mənası belə olur ki, Allah eyiblərin hər hansı bir növünü onlardan uzaq etməyi iradə edibdir.

"Və yutəhhirəkum təthira" cümləsi, "təthirin" mənasının pak etmək olduğunu nəzərə aldıqda, qabaqkı cümlədə gələn bütün eyiblər və çirkinliklər inkar etmək məsələsinə əlavə təkiddir.

Elmi termində mütləq məful (tamamlıq) olan "təthirən" kəlməsi, yenə də bu mənaya digər bir təkiddir.

Nəticə budur ki, Allah müxtəlif təkidlərlə, İslam Peyğəmbərləri (s)- in Əhli- beytini hər növ eyb və çirkinlikdən pak və uzaq etməyi iradə edibdir.

Əlbəttə, digər sübutlar. Peyğəmbər (s)- in Əhli- beytinin on dörd məsuma aid olmasını açıqca bəyan edirlər.[13]

3.İlahi mələklər:

İmam Həsən Əsgəri (ə) buyurur:

"Allahın mələkləri İlahi lütflərin köməyi ilə, küfr və bəyənilməyən işlərdən məsum və amandadırlar".[14]

Həmçinin ardında buyurur: Mələklər Peyğəmbərlər və İmamlar kimidirlər.[15]

4.Üç dəstədən qeyrisinin isməti

(Çünki ismət Peyğəmbərlik ya İmamlığı lazım tutmur. Ona görə ki, bir şəxsin Peyğəmbər olmadan məsum olması mümkündür), Həzrət Fatimə (s) və Həzrət Məryəm (s) kimi.

Quran ayələrinin bəzisi Məryəmin paklıq və təharətinə şəhadət verir..........." Ya Məryəm, Həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur".[16] Təfsirçilər bu ayənin o həzrətin ismətinə sübut olduğunu təsdiqləyir.[17] Həmçinin təthir ayəsi həzrət Fatimənin ismətinə dəlalət edir, necə ki, yuxarıda deyildi.

Muxləs insanların bir dəstəsi ismətin bəzi dərəcələrinə yəni günahdan ismətinə çata bilərlər.[18]

Çünki ismətin mənşəyi insanın iradə və ixtiyardır. Əlbəttə ismət hər yerdə İlahi övliyaların xüsusi bir dəstəsinə məxsusdur. Amma təqvalı möminlərin bəzisi nəfsi saflaşdırmaq sayəsində öz işlərinin böyük bir hissəsində günah etməkdən uzaq qala bilərlər və bu iş ixtiyari bir işdir.[19] Əslində əmrləri yerinə yetirməyə sabit qədəm olmaq, qadağan olunmuşlardan çəkinmək və kiçik günahları təkrar etməmək xüsusiyyətidir. Buna bəzən ədalət mələkəsi də deyilir.



[1] - Əqayidul- İmamiyyə, səh 187.

[2] - Baxın: Misbah Yəzdi, Maarifi Quran, səh 4 və 5 (rah və rahnumaşenasi), səh 147- 212; Amuzeş əqaid, cild 2, səh 232- 260, Dərs 24- 26.

[3] - 178- ci nömrədəki cavabdan götürülüb (sayt: 1395).

[4] - Sad surəsi, ayə 82;

«قال فبعزتك لاغوينهم اجمعين الا عبادك منهم الـمـخلصين»

[5] - Məryəm surəsi, ayə 51.

«واذكر فى الـكـتاب موسى انه كان مخلصا و كان رسولا نبيا»

[6] - Yusif surəsi, ayə 24

«كذلك لنصرف عنه السوء والفحشاء انه من عبادنا المخلصين»

[7] - Bəqərə surəsi, ayə 124.

«و ما ارسلنا من رسول الاليطاع باذن اللّه»

[8] - Bəqərə surəsi, ayə 124.

«لا يـنـال عـهـدى الـظـالـمـيـن»

[9] - Rahnumaşenasi, Məhəmməd Təqi Misbah Yəzdi, səh 673.

[10] Mənşure əqayede İmamiyyə, səh 110 və 111; Porsemane ismət, Həsən Yusifiyan, səh 43.

[11] - «انَّما يُريدُ اللّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِرَّكُمْ تَطهيراً»

[12] - İstərsə insan təbiəti nəzərindən çirkin və pislənmiş olsun, ya ağılın ya şəriətin hökmü ilə və ya bunların hamısı. Ona görə də, Rağib Müfrədatda, ricsi qəzər (çirkin) şey mənasında məna edəndən sonra, onun üçün dörd forma qeyd edir. (İnsan təbiəti ya ağıl, ya şəriət və ya bunların hamısının nəzərindən çirkin olmuş).

[13] - Baxın: Göstərici: Əhli- beytin xarici mənaları, sual 1247 (sayt:)

[14] - Bəharul- ənvar, cild 56, səh 321:

«إِنَّ مَلَائِكَةَ اللَّهِ مَعْصُومُونَ مَحْفُوظُونَ مِنَ الْكُفْرِ وَ الْقَبَائِحِ بِأَلْطَافِ اللَّهِ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ فِيهِمْ لا يَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ وَ يَفْعَلُونَ ما يُؤْمَرُونَ»

[15] - Bəharul- ənvar, cild 56, səh 322,

«ثُمَّ قَالَ ع لَوْ كَانَ كَمَا يَقُولُونَ كَانَ اللَّهُ قَدْ جَعَلَ هَؤُلَاءِ الْمَلَائِكَةَ خُلَفَاءَ عَلَى الْأَرْضِ وَ كَانُوا كَالْأَنْبِيَاءِ فِي الدُّنْيَا أَوْ كَالْأَئِمَّةِ فَيَكُونُ مِنَ الْأَنْبِيَاءِ وَ الْأَئِمَّةِ»

[16] - Ali- imran surəsi, ayə 42;

«يا مَرْيَمُ اًِّنَّ اللَّهَ اصْطَفاكِ وَ طَهَّرَكِ وَ اصْطَفاكِ عَلي نِسأِ الْعالَمِينَ»

[17] - Əl- mizan, cild 3, səh 217.

[18] - Baxın: Vilayətnamə, Əllamə Təbatəbayi, tərcümə Humayun Hümməti, səh 48- 55.

[19] - Mənşure əqayede- İmamiyyə, səh 116.

#35 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 03 октября 2012 - 23:29

Bismilləhirrahmənirrahim

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə öz kitablarınızdan dəlil gətirin:

1) imamlar müqəddəsdirlər
2) bizim üçün mübah əməllər imamlar üçün günah hesab olunur
3) imamlar günahsız və ya məsumdurlar

Çox xahiş edirəm, əxlaqlı insanlar müzakirəyə qatılsın.


Muəllif: Əbu Cəfər Muhamməd ibn Yəqub əl-Kuleyni (vəfat tarixi h.q 329), "Üsuli kafi" kitabı, II cild, səh 247, "İman və küfr kitabı", 199-cu bab,hədis № 1 və 2

Hədis № 1:

"İbn Bukeyr İmam Cəfəri Sadiq (ə.s)dan şura surəsi 30-cu ayə (Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!) haqqında soruşur. İmam buyurur: - Bu belədir və Allah Təala günahların çoxunu bağışlayar. İbn Bukeyr dedi: - İstəyim bu deyildi. Sizin nəzərinizdə Əli (ə.s) və Onun Əhli beytinin (ə.s) başına gələn hadisələr də bu qəbildəndirmi? İmam buyurdu: - Allahın Rəsulu (s.ə.ə.v) heç bir günah etmədən hər gün yetmiş dəfə tövbə edərdi."

Hədis № 2:

"Əli ibn Riab İmam Cəfəri Sadiq (ə.s)dan şura surəsi 30-cu ayə (Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!) haqqında soruşur: - Sizin nəzərinizdə Əli (ə.s) və Onun Əhli beytinin (ə.s) başına gələn hadisələr, Onlar pak və məsum Əhli beytdən (ə.s) ola-ola bu qəbildəndirmi? (Bu ayənin fərdlərindəndirlərmi?). İmam buyurdu: - Allahın Rəsulu (s.ə.ə.v) heç bir günah etmədən hər gün yüz dəfə tövbə edir və bağışlanmaq istəyirdi. Allah Təala Öz vəlilərini Onlar heç bir günah etmədən müsibət və bəlalara mübtəla edər və bunun müqabilində Onlara əcr verər."

Nəticə:

1. Birinci hədis səhih hökmündə muvəssəqdir. İkinci hədis səhih hökmündə həsəndir. (Mənbə:Əllamə Məclisinin "Miratul uqul" kitabı, XI cild, səh 346-347)
2. Hədisdə Əhli beytin (ə.s) məsum, pak və heç bir günah etməmələri açıq-aşkar sadalanır.
3. Əhli beytin (ə.s) başına gələn hadisələr Onların (ə.s) uca məqamlarının daha da ucalmasına işarədir.
4. Mötəbər hədisdə gələn ayənin təfsirinə əsaslansaq Əhli beytin (ə.s) başına gələn müsibətlər məqam ucalığı və Onlardan (ə.s) savayısının başına gələn müsibətlər cəza və ya günahın kəffarəsi məfhumunu daşıyır.
5. Nümunə və örnək olan Əhli beytin (ə.s) günah etmədən tövbə etmələri bizlərə nə öyrədir?
6. Bu və buna bənzər mötəbər hədislər Əhli beytin (ə.s) məsum, pak, günahsız olmalarının açıq-aşkar sübutudur.
7. Yunus surəsi 32-ci ayə:

".....Haqqdan sonra zəlalətdən başqa nə ola bilər? Belə isə (haqqdan) necə döndərilirsiniz?"
8. Əraf surəsi 179-cu ayə
".....Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardır."

9. Əhli beytin (ə.s) pak, məsum, günahsız olmaları Onların (ə.s) müqəddəsliyinin sübutudur. Əgər bu belə olmasa Onlara (ə.s) zülm etmiş olacağıq. Çünki Əhli beytlə müqayisə olunması mümkün olmayan qida məmulatı sayılan mərci Rəsuləllah (s.ə.ə.v) tərəfindən müqəddəs və mübarək sayılmışdır.

Muəllif: Əbu Əbdillah Muhamməd ibn Əhməd ibn Əbi Bəkr əl-Qurtubi (vəfat tarixi h.q 671), "Cami li əhkamil Quran" kitabı, II cild, səh 150, "Bəqərə surəsi 61-ci ayənin təfsiri"
"Əli (ə.s) Həzrəti Rəsuləllah (s.ə.(ə.)v)-dən hədis nəql edir ki, Peyğəmbər (s.ə.(ə.)v) buyurmuşdur: - Mərci yeməyi tərk etməyin. O, mübarək və müqəddəsdir. Qəlbi yumşaldar, göz yaşını çoxaldar. Yetmiş Peyğəmbər və Onların sonuncusu İsa ibn Məryəm (ə.s) mərcinin bərəkətli olmasının xeyir-duasını vermişdir....."

10. Allah Təbarəkə və Təaladan qeyrisinin haqqında müqəddəs kəlməsi istifadə etdikdə Allah Təbarəkə və Təala haqqında istifadə edilən məna nəzərdə tutulmur. Çünki Rəbbimizin haqqında müqəddəs dedikdə Onun şəninə layiq olmayan və xələl gətirən hər bir şeydən pak olması nəzərdə tutulur. Misal: Zamana sığmaq, məkana sığmaq, istiqamət, məxluqa bənzəmək, zəiflik, möhtaclıq və s. Amma misal üçün Müqəddəs Ərdəbili (Allah Ona rəhmət etsin) dedikdə zamana sığmaq da, zəiflik də, möhtaclıq da, hər hansı bir istiqamətdə yerləşmə və s. də nəzərdə tutulur. Müqəddəs Ərdəbili dedikdə nəfsinə qələbə çalmış və günaha meyl etməyən insan, Allah itaətində ram olmuş bəndə, vacibə əməl edib, haramdan çəkinən mömin nəzərdə tutulur. Amma Əhli beytin (ə.s) haqqında müqəddəs kəlməsi işlənərsə məsum, pak nəzərdə tutulur.

11. Maidə surəsi 21-ci ayə:

"Ey mənim qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs yerə daxil olun!....."

Naaziat surəsi 16-cı ayə:
"O zaman ki, Rəbbi ona müqəddəs "Tuva" vadisində xitab etdi."

12. Qeyd olunan bu iki ayədə yer və vadi müqəddəs sifəti daşıyır. Daş-kəsəyin müqəddəslik səbəbini anlayan şəxs Peyğəmbər (s.ə.ə.v) və İmamın (ə.s) Müqəddəs olmasını anlayar.

Saffat surəsi 154 cü ayə:
"Sizə nə olub? Necə hökm edirsiniz?"

Kitabların mənbəsi:"Əhli-beyt İmamları(ə.s)məsum və pakdır" http://burhani.info/az-newss/12.html


#36 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 17 октября 2012 - 05:51

Sən zuhurunu gözlədiyin imamını müdafiə elə.De görüm

3.Nİyə kəbəni və məscid ən nəbəvini dağıdacaq?

İndi özün fikrləş sənin zuhurunu gözlədiyin vampirdi yoxsa yox?Əgər şəkkin varsa bunların hamsını bir bir sənə yazaram

Yazdığın hədislər zəif hədislər olacaq.Sən yazmamışdan qabaq biz sənə və sənin kimilərə Allahın köməyi ilə yazaq.Yorulmadız zəif hədis və rəvayətlər gətirməkdən? Birdə ki,sən "vampir"sözü işlətməkdə böyük bir səhv eləmisən.Çünki,öz mötəbər mənbələrinizə əsasən Peyğəmbər (saəv) Kəbəni söküb öz vəziyyətinə qaytarmaq arzusunda olub.Lakin,səbəb olduğuna görə ehtiyat edib.Qeyd edək ki,bizim mənbələrdə də olan zəif rəvayətlər də bu mənadadır.Yəni söküb təmir edib öz vəziyətinə qaytaracaq.

Kəbə və Məsçidun Nəbini (saəv)) kimlər sökmək istəyir və niyə?

http://www.youtube.com/watch?v=EO4JuyqDYbI

وَرَوَى أَبُو بَصِيرٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ عليه السلام إِذَا قَامَ الْقَائِمُ عليه السلام هَدَمَ الْمَسْجِدَ الْحَرَامَ حَتَّى يَرُدَّهُ إِلَى أَسَاسِهِ وَحَوَّلَ الْمَقَامَ إِلَى الْمَوْضِعِ الَّذِي كَانَ فِيهِ وَقَطَعَ أَيْدِيَ بَنِي شَيْبَةَ وَعَلَّقَهَا بِالْكَعْبَةِ وَكَتَبَ عَلَيْهَا هَؤُلَاءِ سُرَّاقُ الْكَعْبَة
"Əbu Bəsir deyir: İmam Sadiq (ə.s) buyururdu: Həzrət Qaim (ə.f) qiyam etdikdə Məscidul-Həramı öz əsli özülünə qaytarmaq üçün onu sökəcək. (İbrahim (ə.s)-ın) məqamını öz əvvəlki, yerinə qaytaracaq. Bəni Şeybə qəbiləsinin (Kəbə evinin kilidləri onalrın əlindədir) əllərini kəsib bunlar Kəbə (evinin) oğrulardır yazıb Kəbədən asacaq".
“Əl-irşad”, müəllif Şeyx Mufid,2-cild, səh. 383,384 علامات قيام القائم (ع) وسيرته في دولته

http://www.al-shia.o...&start=0&end=10

أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَمَّنْ حَدَّثَهُ عَنْ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ عَنْ وُهَيْبِ بْنِ حَفْصٍ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام قَالَ إِنَّ الْقَائِمَ عليه السلام إِذَا قَامَ رَدَّ الْبَيْتَ الْحَرَامَ إِلَى أَسَاسِهِ وَمَسْجِدَ الرَّسُولِ صلي الله عليه وآله إِلَى أَسَاسِهِ وَمَسْجِدَ الْكُوفَةِ إِلَى أَسَاسِهِ وَقَالَ أَبُو بَصِيرٍ إِلَى مَوْضِعِ التَّمَّارِينَ مِنَ الْمَسْجِد
"Əbu Bəsir deyir: İmam Sadiq (ə.s) buyurdu: Həzrət Qaim (ə.f) qiyam etdikdə Məscidul-Həramı Məscidun-Nəbini və Kufə məscidini öz əvvəlki yerinə qaytaracaq. Əbu bəsir dedi: Kufə məscidini, məscidin xurma satılan yerinə qaytaracaq".
"Usuli-Kafi", 4-ci cild, səh. 543 كتاب الحج (باب النوادر)
http://www.al-shia.o...art=160&end=170


عنه (الفضل بن شاذان) عن عبد الرحمان، عن ابن أبي حمزة، عن أبي بصير، عن أبي عبد الله عليه السلام قال : القائم يهدم المسجد الحرام حتى يرده إلى أساسه، ومسجد الرسول صلى الله عليه وآله إلى أساسه، ويرد البيت إلى موضعه، وأقامه على أساسه، وقطع أيدي بني شيبة السراق وعلقها على الكعبة
"Əbu Bəsir deyir: İmam Sadiq (ə.s) buyurub: Həzrət Qaim (ə.f) qiyam edərkən Məscidul-Həramı, Məscidun-Nəbini söküb əvvəlki, yerində tikəcək və həmçinin Kəbə evini də öz yerinə qaytaracaq. Bəni Şeybə oğrularının əllərini kəsib Kəbədən asacaq".
"Şeyx Tusi" "Kitabul-ğeybət",səh.472, فصل:في ذكر طرف من صفاته ومنازله وسيرته عليه السلام
http://www.al-shia.o...art=150&end=160

1-ci hədisin nöqsanı:Şeyx Mufid Əbu Bəsiri görməyib.Zəifdir. 2-ci hədisin nöqsanı: Hədisi nəql edən bəzi ravilərin adı yoxdur.Zəifdir. 3-cü hədis də nöqsanlıdır.Çünki sənəd də Əli ibn Əbi Həmzə Bətaini adlı şəxsin adı çəkilib.Bu şəxs zəifdir,yalançıdır,

وقال الكشي (256) علي بن أبي حمزة البطائني : حدثني محمد بن مسعود، قال : حدثني علي بن الحسن (أبو الحسن)، قال : حدثني أبو داود المسترق، عن علي بن أبي حمزة، قال قال أبو الحسن موسى عليه السلام :
يا علي أنت وأصحابك شبه الحمير.
أقول: تأتي هذه الرواية بهذا السند وبسند آخر، صحيح أيضا، عن عيينة بياع القصب مرتين، قال ابن مسعود : قال أبو الحسن علي بن فضال : علي بن أبي حمزة كذاب متهم،
"İmam Kazım (ə.s) Əli ibn Əbi Həmzəyə xitab edərək buyurdu: Ey Əli! Sən və sənin dostların ulağa bənzəyirsiniz".
Mən (Xoi) deyirəm: Bu rəvayət bu sənədlə və başqa bir səhih sənədlə neysatan Üyenədən iki dəfə nəql olmuşdur.
“İbn Məsud Əbəl-Həsən Əli ibn Fəzzaldan nəql edir ki: Əli ibn Əbi Həmzə yalançı və (dünyapərəstlikdə, məzhəbdən çıxmasında) müttəhəmdir.
Müəllif: Ayətullahul-uzma Seyyid Xoi,kitab "Möcəmu ricalul-hədis və təfsilu təbəqatur-rovat", 12-ci cild, səh. 237
http://www.shiaonlin...ج-١٢/الصفحة_234

Buxari və Müslümdə olan hədislər:

"Səhih Buxari" cild 2,səh.573 hədis 1506,1509. Cild 3, səh. 1232 hədis 3188. Cild 4, səh. 1630 hədis 4214

عَنْ عَائِشَةَ رضى الله عنهم زَوْجِ النَّبِيِّ صلى الله عليه وسلم أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قَالَ لَهَا أَلَمْ تَرَىْ أَنَّ قَوْمَكِ لَمَّا بَنَوُا الْكَعْبَةَ اقْتَصَرُوا عَنْ قَوَاعِدِ إِبْرَاهِيمَ. فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَلاَ تَرُدُّهَا عَلَى قَوَاعِدِ إِبْرَاهِيمَ. قَالَ: « لَوْلاَ حِدْثَانُ قَوْمِكِ بِالْكُفْرِ لَفَعَلْتُ
"Peyğəmbər (sas)-in zövcəsi Aişədən nəql edirlər ki, Peyğəmbər (sas) ona buyurub: Bilirsənmi sənin qövmün Kəbə evini tikdikləri zaman İbrahim (ə.s)-ın qoyduğu təməldən kiçik ediblər?
Dedim: Niyə siz onu əvvəlki, halına qaytarmırsınız? Buyurdu: Əgər sənin qövmün küfürdən təzə dönməsəydilər (imanda möhkəm olsaydılar) edərdim"


عن عَائِشَةَ رضي الله عنها أَنَّ النبي صلى الله عليه وسلم قال لها يا عَائِشَةُ لَوْلَا أَنَّ قَوْمَكِ حَدِيثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ لَأَمَرْتُ بِالْبَيْتِ فَهُدِمَ فَأَدْخَلْتُ فيه ما أُخْرِجَ منه وَأَلْزَقْتُهُ بِالْأَرْضِ وَجَعَلْتُ له بَابَيْنِ بَابًا شَرْقِيًّا وَبَابًا غَرْبِيًّا فَبَلَغْتُ بِهِ أَسَاسَ إبراهيم
"Aişədən nəql edirlər ki, Peyğəmbər (sas) ona buyurdu: Əgər sənin qövmün təzəlikcə küfürdən ayrılmasaydı mən Kəbə evinin sökülməsinə dair göstəriş verərdim. Kəbədən kənarda qalan yeri də Kəbəyə daxil edərdim. Onun içini döşəmə ilə bərabər edər və iki qapı şərq və qərb tərəfdən acardım. (Bir sözlə) onu İbrahim (ə.s)-ın zamanında olduğu halına qaytarardım".
http://www.islamweb.net/newlibrary/display_book.php?bk_no=0&ID=1015&idfrom=1508&idto=1512&bookid=0&startno=1 http://www.islamweb....kid=0&startno=4 http://www.islamweb....bk_no=0&ID=3193 http://www.islamweb....bk_no=0&ID=4212

Səhih Müslüm cild 3 səh 969,970,971,972 hədis 1333 Müxtəlif sənədlərlə.

وحدثني محمد بن حَاتِمٍ حدثني بن مَهْدِيٍّ حدثنا سَلِيمُ بن حَيَّانَ عن سَعِيدٍ يَعْنِي بن مِينَاءَ قال سمعت عَبْدَ اللَّهِ بن الزُّبَيْرِ يقول حَدَّثَتْنِي خَالَتِي يَعْنِي عَائِشَةَ قالت قال رسول اللَّهِ صلى الله عليه وسلم يا عَائِشَةُ لَوْلَا أَنَّ قَوْمَكِ حَدِيثُو عَهْدٍ بِشِرْكٍ لَهَدَمْتُ الْكَعْبَةَ فَأَلْزَقْتُهَا بِالْأَرْضِ وَجَعَلْتُ لها بَابَيْنِ بَابًا شَرْقِيًّا وَبَابًا غَرْبِيًّا وَزِدْتُ فيها سِتَّةَ أَذْرُعٍ من الْحِجْرِ فإن قُرَيْشًا اقْتَصَرَتْهَا حَيْثُ بَنَتْ الْكَعْبَةَ
"Aişədən nəql edilir ki, Peyğəmbər (sas) ona belə buyurub: Ey Aişə! Əgər sənin qövmün şirkdən təzə ayrılmasaydı Kəbə evini söküb yerlə bərabər edər, iki qapı şərqdən və qərbdən açar və hicr tərəfdən altı zira ona əlavə edərdim. Cünki Qureyş Kəbədən bu qədər kiçildiblər".

حدثنا هَنَّادُ بن السَّرِيِّ حدثنا بن أبي زَائِدَةَ أخبرني بن أبي سُلَيْمَانَ عن عَطَاءٍ قال لَمَّا احْتَرَقَ الْبَيْتُ زَمَنَ يَزِيدَ بن مُعَاوِيَةَ حين غَزَاهَا أَهْلُ الشَّامِ فَكَانَ من أَمْرِهِ ما كان تَرَكَهُ بن الزُّبَيْرِ حتى قَدِمَ الناس الْمَوْسِمَ يُرِيدُ أَنْ يُجَرِّئَهُمْ أو يجربهم على أَهْلِ الشَّامِ فلما صَدَرَ الناس قال يا أَيُّهَا الناس أَشِيرُوا عَلَيَّ في الْكَعْبَةِ أَنْقُضُهَا ثُمَّ ابني بِنَاءَهَا أو أُصْلِحُ ما وهي منها قال بن عَبَّاسٍ فَإِنِّي قد فُرِقَ لي رَأْيٌ فيها أَرَى ان تُصْلِحَ ما وَهَى منها وَتَدَعَ بَيْتًا أَسْلَمَ الناس عليه وَأَحْجَارًا أَسْلَمَ الناس عليها وَبُعِثَ عليها النبي صلى الله عليه وسلم فقال بن الزُّبَيْرِ لو كان أحدكم احْتَرَقَ بَيْتُهُ ما رضي حتى يُجِدَّهُ فَكَيْفَ بَيْتُ رَبِّكُمْ إني مُسْتَخِيرٌ رَبِّي ثَلَاثًا ثُمَّ عَازِمٌ على أَمْرِي فلما مَضَى الثَّلَاثُ أَجْمَعَ رَأْيَهُ على أَنْ يَنْقُضَهَا فَتَحَامَاهُ الناس أَنْ يَنْزِلَ بِأَوَّلِ الناس يَصْعَدُ فيه أَمْرٌ من السَّمَاءِ حتى صَعِدَهُ رَجُلٌ فَأَلْقَى منه حِجَارَةً فلما لم يَرَهُ الناس أَصَابَهُ شَيْءٌ تَتَابَعُوا فَنَقَضُوهُ حتى بَلَغُوا بِهِ الْأَرْضَ فَجَعَلَ بن الزُّبَيْرِ أَعْمِدَةً فَسَتَّرَ عليها السُّتُورَ حتى ارْتَفَعَ بِنَاؤُهُ وقال بن الزُّبَيْرِ إني سمعت عَائِشَةَ تَقُولُ إِنَّ النبي صلى الله عليه وسلم قال لَوْلَا أَنَّ الناس حَدِيثٌ عَهْدُهُمْ بِكُفْرٍ وَلَيْسَ عِنْدِي من النَّفَقَةِ ما يقوى على بِنَائِهِ لَكُنْتُ أَدْخَلْتُ فيه من الْحِجْرِ خَمْسَ أَذْرُعٍ وَلَجَعَلْتُ لها بَابًا يَدْخُلُ الناس منه وَبَابًا يَخْرُجُونَ منه قال فانا الْيَوْمَ أَجِدُ ما أُنْفِقُ وَلَسْتُ أَخَافُ الناس قال فَزَادَ فيه خَمْسَ أَذْرُعٍ من الْحِجْرِ حتى أَبْدَى أُسًّا نَظَرَ الناس إليه فَبَنَى عليه الْبِنَاءَ وكان طُولُ الْكَعْبَةِ ثَمَانِيَ عَشْرَةَ ذِرَاعًا فلما زَادَ فيه اسْتَقْصَرَهُ فَزَادَ في طُولِهِ عَشْرَ أَذْرُعٍ وَجَعَلَ له بَابَيْنِ أَحَدُهُمَا يُدْخَلُ منه وَالْآخَرُ يُخْرَجُ منه فلما قُتِلَ بن الزُّبَيْرِ كَتَبَ الْحَجَّاجُ إلى عبد الْمَلِكِ بن مَرْوَانَ يُخْبِرُهُ بِذَلِكَ وَيُخْبِرُهُ أَنَّ بن الزُّبَيْرِ قد وَضَعَ الْبِنَاءَ على أُسٍّ نَظَرَ إليه الْعُدُولُ من أَهْلِ مَكَّةَ فَكَتَبَ إليه عبد الْمَلِكِ أنا لَسْنَا من تَلْطِيخِ بن الزُّبَيْرِ في شَيْءٍ أَمَّا ما زَادَ في طُولِهِ فَأَقِرَّهُ وَأَمَّا ما زَادَ فيه من الْحِجْرِ فَرُدَّهُ إلى بِنَائِهِ وَسُدَّ الْبَابَ الذي فَتَحَهُ فَنَقَضَهُ وَأَعَادَهُ إلى بِنَائِهِ

"Müaviyyə oğlu Yəzidin zamanında Şam əhli ilə müharibə edərkən Kəbə evi yandırıldı. İbn Zübeyr həcc mövsümünə camaat yığılanadək onu eləcədə saxladı. Bilmək istəyirdi ki, görəsən camaatı Şam əhli ilə göyüşə dəvət etdikdə onun sözünü qəbul edəcəklərmi?
Camaatın qarşısına şıxıb dedi:
Ey camaat! Kəbə evi haqda sizin fikriniz nədir? Onu söküb yenidən tikim, yoxsa sökülmüş yerlərini təmir edim?
İbn Abbas dedi:
Mənim nəzərimcə sökülmüş yerlərini təmir etsən yaxşıdır. Qalanı ilə işin olmasın. Kəbə evini İslamın əvvəllərində olduğu kimi saxla.
İbn Zübery dedi:
Əgər sizlərdən birinin evi yansa, onu yenidən tikməyənədək rahat olmursunuz. Allahın evində isə necə?! Mən üç dəfə istixarə edəcəyəm sonra öz işimi görəcəyəm
Üç dəfə istixarə etdikdən sonra camaat onu qorxudaraq Kəbə evinin üstünə çıxan ilk şəxsə əzabın nazil olmasını vəd etdilər. İlk şəxs Kəbə evinin üstünə çıxıb evin bir daşını qopartdı, amma əzab nazil olmadı.
Sonra dəstə-dəstə camaat evin üstünə çıxaraq onu sökməyə başladılar.
İbn Zübeyr sütunlar qoyub üstünə pərdə saldı. Nəhayət binanı tikib ucaltdı. Sonra dedi:
Mən Aişədən eşitmişəm ki, deyirdi: "Peyğəmbər (sas) buyurub: Əgər camaat təzəlikcə küfürdən əl cəkməsəydilər və mənimdə Kəbə üçün xərcləməyə maddi vəsaitim olsaydı Hicr (İsmaildən) beş zira evə daxil edərdim. Bir qapı camaatın daxil olmaları üçün və bir qapı da çıxmaları üçün qoyardım”
Sonra Zübeyr dedi:
Lakin mənim bu gün pulum var və camaatdan da qorxmuram.
Odur ki, Hicr tərəfdən beş zira evi genişləndirdi və hündürlüyü 18 zira idi. Onu az hesab edərək 10 zira da əlavə etdi. Camaatın gir-çıx etmələri üçün iki qapı açdı.
Eləki, Abdullah ibn Zübeyr öldürüldü Həccac Əbdül-Məlikə bir məktub yazaraq bildirdi ki, Abdullah ibn Zübeyr Məkkə üsyançılarının nəzəri əsasında Kəbə evinin təməlini dəyişib.
Əbdül-Məlik onun cavabında yazdı: “Abdullah ibn Zübeyr getdiyi yolla getməyəcəyik. Evin hündürlüyü olduğu kimi qalsın. Hicr (İsmaildən) daxil etdiyini çıxart və əvvəlki, halına qaytar. Onun açdığı qapını da bağla".


http://www.islamweb.net/newlibrary/display_book.php?bk_no=1&ID=584&idfrom=2439&idto=2445&bookid=1&startno=3 http://www.islamweb....kid=1&startno=4


Deməli,İmamında (ə.f) Kəbəni söküb təmir etməsi,Peyğəmbərimizin (saəv) arzularını həyata keçirtmək deməkdir. Hamıdan xahiş olunur ki,imkan daxilində dərsə qulaq asılsın.Çünki,mən bəzi məsələləri qeyd etməmişəm.

#37 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 23 января 2013 - 20:12

Hənbəli84 sənə aiddir.
Peyğəmbər (s.ə.a.s) məsumiyyəti təsdiq edir


حدثنا علي بن عبدالله الوراق الرازي قال: حدثنا سعد بن عبدالله قال: حدثنا الهيثم بن أبي مسروق النهدي، عن الحسين بن علوان، عن عمر ابن خالد، عن سعدبن طريف، عن الاصبغ بن نباته، عن عبدالله بن عباس قال: سمعت رسول الله صلى الله عليه وآله يقول:أناوعلي والحسن والحسين وتسعة من ولد الحسين مطهرون معصومون

Bizə Əli b. Abdullah Vərraq ər-Razi rəvayət etdi və dedi: bizə Sad b. Abdullah rəvayət etdi və dedi: əl-Heysəm b. Əbi Məsruq ən-Nəhdi bizə Huseyn b. Ulvandan, o da Ömər b. Xaliddən, o da Sad b. Tarifdən, o da Əsbağ b. Nubatədən, o da Abdullah b. Abbasdan belə dediyini rəvayət etdi: Rəsulullahın (s.ə.a) belə dediyini eşitdim: Mən, Əli, Həsən, Hüseyn və onun nəslindən 9 (imam) pak və məsum şəxslərik.
Şeyx Səduq, Kəmaluddin və təmam ən-nemə, s.280

http://shiaonlinelib...?pageno=280#top http://www.aqaed.com...al-din/a40.html

kamaluddin_wa_tamamun_nema_uzqapaq1.jpg kamaluddin_wa_tamamun_nema_uzqapaq2.jpg kamaluddin_wa_tamamun_nema_s280.jpg


http://hadis.313news...adith/a-27.html


#38 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 января 2013 - 19:11

Osman əl-Xamis şiələrin mehdisinin qorxaq olmasından danışır.Şiə alimi ət-Tusidən dəlil gətirir ki mehdi qorxaqdır.

sizin aləmdə "bomba oğlan" sayılan bu Osman əl-xamis çox şərəfsizdir. bu Osman əl-xamis yox, elə Osman əl-xəbis adlandırılmalıdır, eyni ilə 3-cü imperatorunuz kimi. onun xəbisliyi üçün bu videoda danışdıqları kifayətdir. bu xəbis məxluq Şeyx Tusi r.a-ın kitabından güya dəlil gətirir, əslidə isə onun dəlili Şeyx Tusi r.a-ın sözünü təhrif etməkdir, inanmırsan bax:



#39 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 января 2013 - 19:20

Bismilləhirrahmənirrahim

sözə Allah c.c-ın adı ilə başlamaq hara sinsicə cümlələr qurmaq hara? siz Allah-ın rızasını sinsilikdə görürsünüz?

Ey şiələr əgər üləmaya ibadət etmirsinizsə aşağıdakı məsələlərə öz kitablarınızdan dəlil gətirin:

ey nasibi! əgər atalarına ibadət etmirsənsə bu küfür və şirk dinini tərk et və İslama gəl: http://nasibiler.wordpress.com/

1) imamlar müqəddəsdirlər

"müqəddəs" sözü ilə nə nəzərdə tutulur? məsumluq yoxsa imamın Allah c.c tərəfindən təyini? əgər məsumluğu nəzərdə tutursansa onsuzda bunu aşağıda soruşmusan daha burda nə üçün əlavə sual kimi qoymusan?

2) bizim üçün mübah əməllər imamlar üçün günah hesab olunur

məsələn hansı əməllər? və imamlar a.s haqqında kim bunu iddia edib?

3) imamlar günahsız və ya məsumdurlar

bunun üçün dəlil həm Kitabi Şərif və həmdə Sünnəti Nəbəvidəndir. Kitabı Şərifdən dəlil Təthir ayəsidir, bax: Təthir ayəsi

sünnədən dəlil isə Nəbi s.a.a və imamlar a.s-dan mütəvatir olaraq nəql edilmiş hədislərdir. necəki birini qulam qardaşımız birini qeyd edib, lazım gəlsə bizdə yazaraıq.


Çox xahiş edirəm, əxlaqlı insanlar müzakirəyə qatılsın.

həqiqətən mənim üçün qəribədir, əxlaq və nasibilik? halbuki sizin dininizə görə sizin peyğəmbəriniz günahsız insanları söyər, lənətləyərmiş. belə bir dinin nümayəsndəsi əxlaqdan dəm vurur?

#40 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 апреля 2013 - 02:01

İmamların (ə.s) məsumluğu

Təthir ayəsi

Сообщение отредактировал qulam: 16 апреля 2013 - 02:07


#41 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 апреля 2013 - 06:42

http://velayet.wordp...ag/tathir-ayeti




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru