Перейти к содержимому


Фотография

Ömər ibn Xəttab: "Rəsulullah s. a. a -haşa- sayıqlayır"


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 15 июля 2012 - 18:47

http://www.youtube.com/watch?v=1qwwlf5YXB8&feature=plcp

http://www.youtube.com/watch?v=1QW5HCCDZiI&feature=plcp

Əhli sünnə qardaşlarımızın imtina edilməzlərindən,ədalətli səhabə,müctəhid və xəlifə Ömər ibn Xattabın haqqında məlumatlar verməyə davam edirik. Ömər ibn Xattabın Rəsulullaha s. a. a qarşı necə hörmətsizcə "bu adam sayıqlayır" dediyini köçürəcəyik indi:

10-İbn Abbas r.ə belə deyirdi: O cümə axşamı günü; o cümə axşamı günü nə acı gün idi! dedi də, sonra ağladı; hətta gözyaşları yerdəki cınqılları islatdı.
(Səid ibn Cubeyr dedi ki:) Mən: Ey Abbasın oğlu! O cümə axşamı günü nədir? dedim. İbn Abbas dedi ki: Cümə axşamı günü Rəsulullahım ağrısı şiddətlənib artdı. Bunun üzərinə: "Mənə bir kürək sümüyü gətirin. Sizə bir kitab (bir vəsiyyətnamə) yazdırım ki, ondan sonra əbədi olaraq yolunuzu azmıyasınız!" buyurdu. Bunun üzərinə orada olanlar ixtilaf edib çəkişdilər. Rəsulullah: "Heç bir peyğəmbərin yanında ixtilaf edib çəkişmək layiq və doğru olmaz" buyurdu. Oradakılar: Rəsulullahım nəsi var (xəstəliyin şiddətindən ötəri) sayıqladımı? Bunu özündən almaq istəyin! dedilər. Rəsulullah: "Məni (öz halıma) buraxın. Mənim bu içində olduğum (Murakabe - qulun Allahı görərmüşcəsinə ibadət etmə mərtəbəsinə çatmasıdır və Allaha getmə hazırlığı) hal, sizin məni dəvət etdiyiniz (yazı yazmaq kimi) şeylərdən xeyirlidir" buyurdu. Və səhabələrə üç şey əmr etdi:
a. "Bütün müşrikləri Ərəb yarımadasından çıxarın!"
b. "Elçilərə, fərd və heyətlərə mənim icazə verib hədiyyələr ikram etməkdə olduğum kimi, siz də xarici elçilərə, heyətlərə hədiyyələr verməklə hörmət göstərin" buyurdu.
c. Üçüncüsü xeyirlidir: Ya üçüncüsündən sükut etdi, yaxud onu söylədi də mən onu unutdum.

Sufyan ibnu Uyeyne: Bu, ravi Süleyman ibn Əbi Müslimin sözündəndir, demişdir

Buxari, "əs Səhih", Cizyə kitabı, hədis 10




252-O da Səid ibn Cubeyrdən tahdis etdi ki, İbn Abbas ®: O cümə axşamı günü, o cümə axşamı günü nə acı gün idi! dedi, sonra da gözyaşı çaxıl daşlarını isladana qədər ağladı və bunları söylədi: O cümə axşamı günü Rəsulullahım xəstəliyindəki ağrısı artmışdı da: "Mənə yazacaq bir şey gətirin, sizə bir yazı yazdırım ki, ondan sonra yolunuzu heç azmayasımz!" buyurdu. Bunun üzərinə orada olanlar (yazılsın, yazılmasın deyə) çəkişdilər. Rəsulullah: "Heç bir peyğəmbərin yanında çəkişmək yaraşmaz" buyurdu. Oradakı səhabələrdən bəziləri: Rəsulullah (xəstəliyin şiddətindən) sayıqladı, dedilər. Rəsulullah: "Məni öz halıma buraxın. Mənim içində olduğum hal, sizin məni dəvət etməkdə olduğunuz şeylərdən xeyirlidir" buyurdu. Və Rəsulullah vəfatı zamanında üç şey vəsiyyət etdi: "Bütün müşrikləri Ərəb yarımadasından çıxarın; gələcək heyətlərə mənim icazə verib hədiyyələr ikram etməkdə olduqum tərzdə siz də icazə və hədiyyələr verməklə hörmət göstərin" buyurdu. İbn Abbas: Mən üçüncü vasiyyeti unutdum, demişdir



Buxari, "əs Səhih", Cihad kitabı, hədis 252

93-.Bize Hişam ibn Yusuf, Mamer ibn Raşiddən; o da ez-Zuhridən; o da Ubeydullah ibn Abdillahdan xəbər verdi ki, ibn Abbas ® belə demişdir: Peygamber(S)ın vəfatı yaxınlaşdığı zaman, evdə içlərində Omer ibn Xəttabın da olduqu bəzi adamlar varkən, Rəsulullah (S): "Gəlin sizə, ondan sonra heç azmayacağınız bir yazı (bir vəsiyyətnamə) yazım" buyurdu. Ömər dedi: Peyğəmbərin xəstəliyi ağırlaşdı. Yanınızda Quran vardır. Bizə Allahın Kitabı yetər, dedi. Bunun üzərinə evdəki səhabələr ixtilaf etdilər və münaqişə edib çəkişdilər. Onlardan kimi: "Yazacaq bir şey yaxınlaşdırın da Rəsulullah sizlər üçün ondan sonra azmayacağınız bir yazı yazsın" deyir; kimi də Ömər ibn Xəttab dediyi sözü söyləyirdi. Nəhayət onlar Peyğəmbərin yanında səs-küyü və ixtilafı çoxaltdıqları zaman, Peyğəmbər onlara: "Yanımdan çıxın (mənim yanımda çəkişmə layiq olmaz) " buyurdu.

Ravi Ubeydullah ibn Abdillah belə dedi: İbn Abbas bu hədisin sonunda: Ah! Nə böyük müsibətdir o müsibət ki, səs-küy etmələri və ixtilaf etmələri səbəbindən o müsibət, Rəsulullah ilə səhabələr üçün yazmaq istədiyi bu yazı arasına pərdə oldu! Dedi

Buxari, "əs Səhih", İtiysəm kitabı, hədis 93


423-.ibn Abbas ® belə demişdir: O cümə axşamı günü, o cümə axşamı günü nə acı gün idi! O gün Rəsulullahın ağrısı artmışdı da: "Mənə yazacaq bir şey gətirin, sizə bir kitab yazım da, ondan sonra yolunuzu heç azmayasız!" buyurdu. Bunun üzərinə orada olanlar ixtilaf etdilər. Halbuki heç bir peyğəmbərin yanında ixtilaf yaraşmazdı. Bəzi kəslər: Peyğəmbərin halı nədir? (Xəstəliyindən ötəri) sayıqladımı? Özündən bu yazı yazmaq istəyini yaxşıca soruşub anlayın, dedilər. Bunun üzərinə söylədiyi yazı vəsaiti istəyini yaxşıca təsbit etmək məqsədi ilə, o sözünü təkrar etdirməyə çalışdılar. Bu səfər Peyğəmbər: "Məni (öz halıma) buraxın! Mənim bu içində olduğum hal, sizin məni dəvət etdiyiniz (yazma kimi) şeylərdən daha xeyirlidir" buyurdu.

Və Rəsulullah onlara üç şey vəsiyyət etdi: "Bütün müşrikləri Ərəb yarımadasından çıxarın! Elçilərə, heyətlərə mənim icazə verib hədiyyələr bəxş etməkdə olduğum kimi, siz də gəlmələrinə icazə verib hədiyyələr bəxş etməklə hörmət göstərin" buyurdu. İbn Abbas üçüncü vəsiyyətdən sükut etdi, yaxud: Mən üçüncüsünü unutdum, dedi



Buxari, "əs Səhih", Meğazi kitabı, hədis 423 və 424

55-.Bana ibnu Vehb tahdis edib belə dedi: Mənə Yunus ibn Yezid, İbn Şihabdan; o da Ubeydullah ibn Abdillahdan; o da ibn Abbasdan xəbər verdi. İbn Abbas ® belə demişdir: Peyğəmbər (son xəstəliyində) ağrısı şiddətlənincə: "Yazı yazacaq şey gətirin, sizə elə bir kitab (vasiyyətnamə) yazım ki, ondan sonra heç dəlalətdə qalmayasız" buyurdu.Ömər ibn Xəttab ®: Peyğəmbərin xəstəliyi ağırlaşdı. Bizim əlimizdə də Allahın Kitabı vardır. O bizə yetər, dedi. Bunun üzərinə oradakı səhabələr ixtilafa düşdülər. Sözləri bir-birinə qarışdı. Rəsulullah (S): "Yanımdan çıxın; mənim yanımda çəkişmək olmaz" buyurdu. İbn Abbas, bu sözləri ravi Ubeydullah ibn Abdillaha nəql etdikdən sonra otaqdan çıxmağa davranıb: "Ah nə böyük müsibətdir o müsibət ki, Rəsulullah ilə yazmaq istədiyi kitab arasına pərdə oldu" deyərək çölə çıxdı.



Buxari, "əs Səhih", Elm kitabı, hədis 55

bu hədisi Buxarinin "əs Səhih"inin fərqli yerlərindən köçürməkdə məqsədim hədislər arasındakı fərqi ortaya qoymaq idi. hədislərdən də görəcəyimiz üzrə Buxari hansı hədisdə Ömərin adına yer vemişsə orada "sayıqlayır" sözünün yerinə "Rəsulullahın xəstəliyi ağırlaşdı" yazmışdır. hansı hədisdə Ömərin adını silmişə orada "sayıqlayır" sözünü yazmışdır. biz inşaallah Buxarinin və Buxari kimi digər senzuraçı əhli sünnə alimləri haqqında açacağımız başlıqda bu mövzunu xüsusilə araşdıracağıq.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru