BİSMİLLAHİR RAHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ
Bilindiyi kimi Şiələr ilə sünnilər arasında ixtilaflı mövzulardan biri də namazda əllərin bağlanıb bağlanmayacağıdır. Şiələr və əhli sünnənin Maliki məzhəbinə bağlı olanlar namazda əllərini bağlamazlar, əhli sünnənin hənəfi, Şafei və Hənbəli məzhəbinə mənsub olanlar isə namazda əllərini bağlayarlar. ancaq əllərini bağlayan bu 3 məzhəb də əllərin harada bağlanacağı barəsində ixtilaf etmişdirlər.
Məsələn Hənəfilər əllərini göbək altında bağlarkən, Hənbəlilər əllərini sinədə birləşdirərlər və s. yaxşı bu əl bağlama hardan çıxmışdır? həqiqətən Sünnədə belə bir şey vardırmı? yoxsa bu bir bidətdirmi?
Biz inşaallah bu işimizdə bunun bidət olduğunu həm sünni qaynaqlarında və həm də Şiə qaynaqlarından sənədli bir şəkildə köçürəcəyik.
1.Sünni qaynaqlar: sünni qaynaqlarda bu mövzuda Nəbi s.a.a-dan və tabeinlərdən hədislər rəvayət edilmişdir, indi onlardan bir neçə dənəsini təqdim edirik:
şəkildə gördüyünüz əhli sünnə alimi ibni Əbi Şeybənin "Musannaf" adlı hədis kitabıdır. ibni Əbi Şeybenin kim oldğunu, əhli sünnə nezdindəki mövqesini öyrənmək üçün linkə baxa bilərsiniz: imam ibni Əbi Şeybe
işarələnilmiş yerdə bu ifadələr var:
حدثنا وكيع عن يوسف بن ميمون عن الحسن قال: قال رسول الله صلى الله عليه وسلم كأني أنظر إلى أحبار بني إسرائيل واضعي أيمانهم على شمائلهم في الصلا
…Həsən (əl-Bəsri) dedi ki: Rəsulullah s. a. a belə buyurdu:"Bəni İsraildən olan üləmanın ibadət edərkən sağ əlini sol əlinin üzərinə qoyduğunu gördüm"
حدثنا أبو معاوية حدثنا حفص عن ليث عن مجاهد أنه كان يكره أن يضع اليمنى على الشمال يقول على كفه أو على الرسغ ويقول فوق ذلك ويقول أهل الكتاب يفعلونه
…Leys Mücahiddən dedi ki: o (Mücahid) sağ əlin sol əl ilə tutulmasını hətta bilək və ondan yuxarı tutulmağı da sayırdı və belə deyirdi: "bu Əhli Kitabın etdiyidir"
ibni Əbi Şeybe, "Musannaf", 1/427-428, hədis 10 və 15
2. Şiə qaynaqlar: bizim qaynaqlarımızda da Əhli Beyt imamlarından ə.s bu əməlin Əhli Kitaba və atəşpərəstlərə aid olduğu bəyan edilməkdədir. indi onlardan bir neçə dənəsini yazırıq:
علي بن إبراهيم، عن أبيه، ومحمد بن إسماعيل، عن الفضل بن شاذان جميعا، عن حماد بن عيسى، عن حريز، عن زرارة عن أبي جعفر ( عليه السلام ) قال : وعليك بالإقبال على صلاتك ـ إلى أن قال ـ ولا تكفر ، فإنما يفعل ذلك المجوس
…Zürarə Əbu Cəfər (imam Baqir ə. s) dan rəvayət etdi: "Namazını şövq və hüzur içində qıl və əllərini bağlama; çünki bu hərəkət tərzini Atəşpərəstlər etməkdədirlər."
Kuleyni r.ə, "əl-Kafi", 3/299
Hürr əl-Amuli r.ə, "Vesail eş-Şiə", 7/266
عنه، عن أحمد بن محمد، عن حماد، عن حريز، عن رجل، عن أبي جعفر (عليه السلام) قال: قلت له: " فصل لربك وانحر"؟ قال: النحر الاعتدال في القيام أن يقيم صلبه و نحره وقال: لا تكفر فإنما يصنع ذلك المجوس ولا تلثم ولا تحتفز (1) ولا تقع على قدميك ولا تفترش ذراعيك
…Hariz bir yoldaşından, o da Əbu Cəfər (imam Baqir a. s) dan rəvayət etdi: "əllərini bağlama, çünki bu atəşpərəstlərin əməlidir"
Kuleyni r.ə, "əl-Kafi", 3/336-337
Tusi r.ə, "Tehzib", 2/84
Hürr əl-Amuli r.ə, "Vesail eş-Şiə", 7/266
عن أبيه ، عن سعد بن عبدالله ، عن محمد بن عيسى ، عن القاسم ابن يحيى ، عن جده الحسن ، عن أبي بصير ومحمد بن مسلم ، عن الصادق ، عن آبائه عليهم السلام قال : قال أمير المؤمنين عليه السلام : لايجمع المسلم يديه في صلاته وهو قائم بين يدي الله عزوجل يتشبه بأهل الكفر يعني المجوس
…Əbu Basir və Məhəmməd ibn Müslim imam Sadiqdən ə.s rəvayət etdi: Emirelmüminin ə.s belə buyurdu: "Müsəlman bir kimsə namazında Allahın hüzurunda dayandığı bir sırada əllərini bağlayaraq küfr əhli olan Atəşpərəstlərə bənzəməməlidir."
Saduk r.ə, "Hisal", 2/161
Hürr el Amuli r.ə "Vesail eş-Şiə", 7/267
II Məclisi r.ə, "Biharul-Envar", 81/325
Şiə və Sünni qaynaqların Nəbi s. a. a, Əhli Beyt ə.s və təbiinlərdən buyurduqu kimi bu əməl əhli kitabın əməlidir.
Namazda əllərin açıq olması lazım olduğunu söyləyən səhabə və təbieinlər
Şiələrlə sünnilər və hətta sünnilərin öz aralarında belə ixtilaflı olan mövzulardan biri də namazda əllərin bağlanıb bağlanmayacağıdır. mövzu haqqındakı keçən işimizdə şiə qaynaqlarından səhih sənədlər ilə köçürdüyümüz kimi namazda əlləri bağlamaq bidətdir və bu əməl əhli kitab və atəşpərəstlərin əməlidir. Bu günki işimizdə isə əhli sünnə qaynaqlarından səhih sənədlər ilə səhabə və təbiinlərin namazda əlləri açıq saxladıqlarını köçürəcəyik.
şəkildə gördüyünüz əhli sünnə hədis alimi və Buxarinin şeyxi ibi Əbi Şeybenin "Musannaf" adlı kitabıdır. İşarələnilmiş yerdə bu ifadələr var:
حدثنا أبو بكر قال : حدثنا هشيم عن يونس عن الحسن ومغيرة عن إبراهيم أنهما كان يرسلان أيديهما في الصلاة
…Həsən və Muğire İbrahimin əlləri açıq namaz qıldığını rəvayət etdilər.
حدثنا عفان قال : حدثنا يزيد بن إبراهيم قال : سمعت عمرو بن دينار قال : كان ابن الزبير إذا صلى يرسل يديه
…Əmr ibn Dinar dedi ki: "(Abdullah) ibni Zübeyr əllərini yelləyərək (açıq saxlayaraq) namaz qılardı"
حدثنا ابن علية عن ابن عون عن ابن سيرين أنه سئل عن الرجل يمسك يمينه بشماله قال : إنما فعل ذلك من أجل الدم
…ibni Avanə dedi ki: ibni Şirindən (namazda) sağ əli sol əli ilə tutan (əllərini bağlayan) şəxs haqqında soruşuldu. Dedi ki: "o (əllərini bağlayan) bunu (əllərin bağlanmasını) qadından ötəri etmişdir"
حدثنا عمر بن هارون عن عبد الله بن يزيد قال : ما رأيت ابن المسيب قابضا يمينه في الصلاة كان يرسلها
…Abdullah ibn Yezid dedi ki: "ibni Müseyyibin namazda əllərini bağladığını görmüş deyiləm, o əllərini açıq saxlayardı"
حدثنا يحيى بن سعيد عن عبد الله بن العيزار قال : كنت أطوف مع سعيد بن جبير فرأى رجلا يصلي واضعا إحدى يديه على الأخرى هذه على هذه وهذه على هذه فذهب ففرق بينهما ثم جاء
…Abdullah ibn İzar dedi ki: Səid ibn Cübeyr ilə birlikdə təvaf edirdik, (Səid ibn Cübeyr) birinin əllərini bağlayaraq namaz qıldığını gördü. Bundan ötəri ona yaxınlaşdı, əllərini bir-birindən ayırdı və geri döndü.
ibni Əbi Şeybe, "Musannaf", 1/429
Yaxşı namazda əllərin açıq olması lazım olduğunu söyləyən bu kəslər kimlərdir? İndi onların haqqında məlumat veririk:
1. Abdullah ibn Zübeyr (عبد الله بن الزبير): özü səhabədir və səhabə Zübeyr ibn Avvamın oğludur, möminlərin anası Aişənin bacısının oğludur. xalası Aişə ilə birlikdə Cəməl döyüşündə imam Əli ə.s-a qarşı döyüşmüşdür. əhli sünnə nezdində bütün səhabələr etibarlı və höccet olduqları üçün haqqında çox məlumata gərək görmürük.
2. İbrahim en-Nehai(إبراهيم النخعي): tabeindin böyüklərindəndir və əhli sünnə nezdində etibarlıdır. əz-Zehebi onun haqqında deyir ki:
إبراهيم النخعي ( ع ) الإمام ، الحافظ ، فقيه العراق ، أبو عمران ، إبراهيم بن يزيد بن قيس بن الأسود بن عمرو بن ربيعة بن ذهل بن سعد بن مالك بن [ النخع ] النخعي ، اليماني ثم الكوفي ، أحد الأعلام
İbrahim en-Nehai, imam, hafiz, fakih, əl-İraki, Əbu İmran, İbrahim ibn Yezid b. Kays b…… Malik b. Nehai, Yeməni sonra Kufi, üləmadandır.
əz-Zehebi, "Siyer", 4/520
3. ibni Şirin (ابن سيرين): tabeinin böyüklərindəndir, ibni Abbasın səhabələrindəndir. əz-Zehebi onun haqqında deyir ki:
محمد بن سيرين الإمام ، شيخ الإسلام ، أبو بكر الأنصاري ، الأنسي البصري ، مولى أنس بن مالك
Məhəmməd b. Şirin, imam, Şeyhul İslam, Əbu Bəkir Ənsari, (səhabə) Ənəs b. Malikin mevalisi.
سمع أبا هريرة ، وعمران بن حصين ، وابن عباس ، وعدي بن حاتم ، وابن عمر ، وعبيدة السلماني ، وشريحا القاضي ، وأنس بن مالك
Əbu Hureyre, İmran b. Hasin, ibni Abbas, Adi b. Xatəm, ibni Ömər, Ubeyde əs-Səmani, Qazı Şureyh və Ənəs b. Malikdən (hədis) eşitmişdir.
əz-Zehebi, "Siyer", 4/606
4. Səid ibn Müseyyib (سعيد بن المسيب): əhli sünnə nezdində böyük alimdir, təbiindədir, əz-Zehebi haqqında bu məlumatları verməkdədir:
سعيد بن المسيب ( ع ) ابن حزن بن أبي وهب بن عمرو بن عائذ بن عمران بن مخزوم بن يقظة ، الإمام العلم ، أبو محمد القرشي المخزومي ، عالم أهل المدينة ، وسيد التابعين في زمانه
Səid b. Müseyyib b. Hazn b. Əbu Vehb b…. Mahzum b. Yakz, imam, allame, Əbu Məhəmməd əl-Kureşi əl-Mahzumi, Mədinənin alimi və öz zamanında təbiinin Seyidi.
əz-Zehebi, "Siyer", 4/217
5. Səid ibn Cübeyr (سعيد بن جبير): təbeinin böyük imamlarından və ibni Abbasın səhabələrindəndir. əz-Zehebi onun haqqında deyir ki:
سعيد بن جبير ( ع ) ابن هشام ، الإمام الحافظ المقرئ المفسر الشهيد ، أبو محمد ، ويقال : أبو عبد الله الأسدي الوالبي ، مولاهم الكوفي ، أحد الأعلام
Səid b. Cübeyr b. Haşim, imam, hafiz, mukri, təfsirçi, şəhid, Əbu Məhəmməd (Əbu Abdullah da deyilmişdir), əl-Esedi, Kufəlilərin mevalisi, üləmadandır.
əz-Zehebi, "Siyer", 4/321
Сообщение отредактировал Neqsi Cahan: 16 июля 2012 - 16:02