Перейти к содержимому


Фотография

Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim"


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 Neqsi Cahan

Neqsi Cahan

    Raqib – Seargeant

  • Murid
  • 183 сообщений

Отправлено 16 июля 2012 - 16:55

Изображение

Əbu Bəkir: "Kaş ki Fatimənin evinə hücum etməsəydim":sünni qaynaqları
BİSMİLLAHİR RAHMANİR RAHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ TƏRTƏMİZ ƏHLİ BEYTİNƏ

Bilindiyi kimi Rəsulullahın s. a. a vəfatından sonra bəzi "səhabələr" Həzrətin cənazəsini yerdə buraxaraq Sakifədə xilafət döyüşünə alovlanmış, özlərini xəlifə elan edib Rəsulullahın s. a. a xəlifəsini isə bu mövqedən Rəsulullahın s. a. a əmrinə baxmayaraq uzaq tutmuş, bununla da kifayətlənməmişlər, Rəsulullahın s. a. a xəlifəsindən özləri üçün beyət istəmişdirlər və imam Əli ə.s ilə sadiq səhabələr beyət tələbini rədd etmiş, Hz. Fatimə s.a-nın evinə toplanaraq müxalifət bayrağı açmış, bunun üzərinə ərəb kralı Rəsulullahın s. a. a xəlifəsinin və qızının evinə əsgər göndərmişdir. bunlar hər iki məzhəbin hədis, tarix və digər qaynaqlarında ittifaq ilə köçürülmüş gerçəklər, həqiqətlərdir. amma nə var ki, bu günlərdə nəsibilər bunu inkar etməyə, belə bir şeyin olmadığını, bunun əsassız bir şey olduğunu iddia etməyə başladılar. biz inşaallah arxa-arxaya yapacağımz bir neçə işi bu mövzuya ayıracağıq. bu mövzudakı ilk işimizi də Əbu Bəkirin öz etirafı ilə başlamaq istədik. inşaallah nəsibilər öz xəlifələrini yalançılıq ilə günahlandırmazlar.

1çi hissə: hədisin keçdiyi əhli sünnə qaynaqları:

1.jpg
şəkildə gördüyünüz əhli sünnənin böyük muhaddisi Taberaninin "Mucem əl-Kəbir" adlı kitabının 1-ci cildinin 62-ci səhifəsidir. işarələnmiş yerdə bu hədis vardır (hədis uzundur lakin bizə lazımlı qisimini və hədisin keçdiyi digər qaynaqları da əlavə edirik):

حدثنا أبوالزنباع روح بن الفرج المصري ثنا سعيد بن عفير حدثني علوان بن داود البجلي عن حميد بن عبد الرحمن بن حميد بن عبد الرحمن بن عوف عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه قال دخلت على أبي بكر رضي الله تعالى عنه أعوده في مرضه الذي توفي فيه فسلمت عليه وسألته كيف أصبحت فاستوى جالسا فقلت أصبحت بحمد الله بارئا فقال أما اني على ما ترى وجع وجعلتم لي شغلا مع وجعي جعلت لكم عهدا من بعدي واخترت لكم خيركم في نفسي فكلكم ورم لذلك أنفه رجاء أن يكون الامر له ورأيت الدنيا قد أقبلت ولما تقبل وهي جائية وستنجدون بيوتكم بسور الحرير ونضائد الديباج وتألمون ضجائع الصوف الاذري كأن أحدكم على حسك السعدان ووالله لان يقدم أحدكم فيضرب عنقه في غير حد خير له من أن يسيح في غمرة الدنيا ثم قال أما اني لا آسي على شئ الا على ثلاث فعلتهن وددت أني لم أفعلهن وثلاث لم أفعلهن وددت أني فعلتهن وثلاث وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فأما الثلاث اللاتي وددت أني لم أفعلهن فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته وأن أغلق علي الحرب ووددت أني يوم سقيفة بني ساعدة كنت قذفت الامر في عنق أحد الرجلين أبي عبيدة أو عمر فكان أمير المؤمنين وكنت وزيرا ووددت اني حيث كنت وجهت خالد بن الوليد إلى أهل الردة أقمت بذي القصة فإن ظفر المسلمون ظفروا والا كنت ردءا أو مددا وأما اللاتي وددت أني فعلتها فوددت أني يوم أتيت بالاشعث أسيرا ضربت
عنقه فإنه يخيل إلي أنه يكون شر الاطار إليه ووددت أني يوم أتيت بالفجاة السلمي لم أكن أحرقه وقتلته سريحا أو أطلقته نجيحا ووددت أني حيث وجهت خالد بن الوليد إلى الشام وجهت عمر إلى العراق فأكون قد بسطت يدي يميني وشمالي في سبيل الله عز وجل وأما لثلاث اللاتي وددت أني سألت رسول الله صلى الله عليه وسلم عنهن فوددت أني كنت سألته فيمن هذا الامر فلا ينازعه أهله ووددت أني كنت سألته هل للانصار في هذا الامر سبب ؟ ووددت أني سألته عن العمه وبنت الاخ فإن في نفسي منهما حاجة


…Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Abdirrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki etmeyeydim dediyim üç şey:

1- Kaş ki Fatimənin evini açmayıb buraxsaydım və üzərimə hərb qapılarını örtsəydim.
….
….
Taberani, "Mucem əl-Kəbir", 1/62
Taberi, "Tarix et-Taberi", 2/353
ibni Asakir, "Tarix", 30/417-418
əz-Zehebi, "Tarix əl-İslam", 3/118


hədis Əbu Bəkirdən daha bir çox qaynaqda rəvayət edilmişdir. Belazurinin "Ensab əl-Eşraf", Əbu Nuaymın "Hilyetul Evliya" kitabları bunlardan yalnız bir neçə dənəsidir. lakin biz sözün çox uzanmaması və "hər budaqda məşhur olan qaynaqlardan dəlil gətirmə" prinsipinə görə bunlarla kifayətlənirik.


2-ci hissə: hədisin səhihliyi:

nəsibilər Əbu Bəkirin bu etirafına söykənimədikləri üçün deyirlər ki, hədisin sənədində Ulvan ibn Davud vardır. Məndə deyirəm ki, hədisin sənədində Ulvan ibn Davudun olduğu və əhli sünnə rical elminə görə Ulvan ibn Davudun zəif olduğu doğrudur lakin bu hədis yalnız Ulvan ibn Davud yolu ilə rəvayət edilmiş deyil. çünki yuxarıda bu hədisin keçdiyi digər qaynaqlar arasında zikr etdiyim Taberi bu hədisi Ulvan ibn Davud yolu ilə köçürməmişdir əksinə başqa bir sənədlə köçürmüş hədisdən sonra isə bu qeydi düşmüşdür:

قال لي يونس قال لنا يحيى ثم قدم علينا علوان بعد وفاة الليث فسألته عن هذا الحديث فحدثني به كما حدثني الليث بن سعد حرفا حرفا وأخبرني أنه هو حدث به الليث بن سعد وسألته عن اسم أبيه فأخبرني أنه علوان بن داود

Mənə Yunus Yəhya ibn Abdullahdan nəql etdi: Leysin ölümündən sonra bizə Ulvan gəldi. Mən bu hədisi soruşdum, eynilə Leysin bunu rəvayət etdiyi sözlərlə izah etdi və bunu Leysdən belə eşitdiyini söylədi.

Taberi, "Tarix et-Taberi", 2/353

yenə hədisin keçdiyi bir başqa qaynaq olan ibni Asakirdə bu hədisi Ulvan ibn Davud yolu ilə deyil tamamilə dəyişik bir sənəd ilə köçürmüşdü. indi ibni Asakirin sənədini görək:

2.jpg

şəkildə gördüyünüz ibni Asakirin "Tarix" kitabının 30-cu cildinin 417-ci səhifəsidir. işarələnilmiş yerdə bu sənəd var:

أخبرنا أبو البركات عبد الله بن محمد بن الفضل الفراوي وأم المؤيد نازيين المعروفة بجمعة بنت أبي حرب محمد بن الفضل بن أبي حرب قالا أنا أبو القاسم الفضل بن أبي حرب الجرجاني أنبأ أبو بكر أحمد بن الحسن نا أبو العباس أحمد بن يعقوب نا الحسن بن مكرم بن حسان البزار أبو علي ببغداد حدثني أبو الهيثم خالد بن القاسم قال حدثنا ليث بن سعد عن صالح بن كيسان عن حميد بن عبد الرحمن بن عوف عن أبيه


ibni Asakir, “Tarih”, 30/417


Azda olsa ərəbcə oxumağı bilənlər bu sənəddə Ulvan ibn Davudun adının keçmədiyini görə bilərlər. ibni Asakir hədisi bu sənəd ilə köçürdükdən sonra Taberi kimi Ulvan ibn Davud sənədini də bildirmişdir.

yenə bu hədisi öz tarix kitabında Ulvan ibn Davud yolu rəvayət edən əz-Zehebi isə hədisdən sonra deyir ki:

رواه هكذا وأطول من هذا ابن وهب، عن الليث بن سعد، عن صالح بن كيسان، أخرجه كذلك ابن عائذ
Bu xəbəri bu tərzdə daha uzunca olaraq İbnu Vehb, ibn Leys ibn Sad yolu ilə Saleh ibn Keysandan nəql edir. İbnu Aiz də bunu rəvayət edir.

əz-Zehebi, "Tarix əl-İslam", 3/118

yəni bu hədis dəyişik sənədlərlə rəvayət edilmişdir. Bu sənədlərdən yalnız birində Ulvan ibn Davud vardır, digərlərində Ulvan ibn Davud yoxdur. Taberi və ibni Asakirin dəyişik sənədlərlə köçürməsi və əz-Zehebinin bir başqa sənədi daha zikr etməsi də dediklərimizin açıq dəlilidir.

Digər tərəfdən onsuz da əhli sünnə və nəsibilərin alimləri hədisin səhhətini təsdiqləmişdirlər. İndi də hədisin səhhətini təsdiqləyən əhli sünnə alimlərini görək:

1. Səid ibn Mənsur: hədisin həsən olduğunu söyləyən əhli sünnə alimlərindən biri Səid ibn Mənsurdur:

أَبو عبيد في كتاب الأَمْوَالِ، عق وخيثمة بن سليمان الطرابلسي في فضائل الصحابة، طب، كر، ص، وقال: إِنَّه حديث حسن إِلاَّ أَنَّهُ ليس فيه شيءٌ عن النب
Bu hədisi Əbu Ubeyde "Kitab el-Emval"da, Akili və Tabelsi "Fedail es-Sahabe"də, Taberani "Mucem el-Kebir"də, ibni Asakir "Tarixi Medin ed-Dimeşk"də və Səid ibn Mənsur "Sünen"də rəvayət etmişdir. Və Səid ibn Mənsur hədisin həsən olduğunu söyləmişdir.

Es Siyuti, "Müsnedi Fatimə", səhifə 34-35
Muttaki əl-Hindi "Kenzul Ummal", 5/252



Yaxşı Səid ibn Mənsur kimdir? İndi də Səid ibn Mənsurun əhli sünnə nəzdində sahib olduğu mövqesini öyrənək:

سعيد بن منصور (ع) ابن شعبة، الحافظ الامام، شيخ الحرم
Səid ibn Mənsur ibn Şeybe, hafiz, imam, hərəmin şeyxi

əz-Zehebi, "Siyer", 10/586, 207-ci ravi

2. Dia əl-Makdisi: əhli sünnənin bu alimi də hədisin həsən olduğunu bildirmişdir:

3.jpg

şəkildə gördüyünüz əhli sünnə alimi Dia əl-Makdisinin "Ehadis əl-Muxtara" adlı kitabının 1-ci cildinin 90-cı səhifəsidir. işarələnilmiş yerdə bu ifadələr var:

قلت وهذا حديث حسن عن أبي بكر إلا أنه ليس فيه شيء من قول النبي ص
Deyirəm ki, bu hədis həsəndir.

Dia əl-Makdisi, "Ehadis əl-Muxtara", səhifə 90


yaxşı Dia əl-Makdisinin əhli sünnə nezdində mövqesi nədir? əhli sünnəyə görə kimdir Dia əl-Makdisi? əz-Zehebiyi dinləyək (uzun tərcümeyi-halından bir parça köçürürük):

الضياء المقدسي محمد بن عبد الواحد بن أحمد بن عبد الرحمن بن إسماعيل بن منصور ، الشيخ الإمام الحافظ القدوة المحقق المجود الحجة
Dia əl-Makdisi Məhəmməd ibn Abdulvahid…. Şeyx, imam, hafiz, muhakkik, hüccet

əz-Zehebi, "Siyer", 23/126


P.S:Mənim sadəcə özünü müsəlman hiss edənlərə bir sualım var,Həzrəti Məhəmməd (s.a.a.s) peyğəmbərimizin doğmaca qızı,canın parçası,özünün və Allahın sevdiyi cənnətə daxil olacaq ilk insan Həzrəti Fatimə (s.ə) yalançı ola bilərdimi?Məsum,Quranda pak qərar verilən Əhli Beytin anası Xanım Zəhranı yalançı hesab edib Əbu Bekr cə Ömerin doğru olduqunu deyənlərə sadəcə Allahın hidayətini arzu edirəm.



#2 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 22 августа 2012 - 17:09

Xanım Fatimeyi Zəhra (s.ə.) - nın şəhadət səbəbi şiələrə məlumdur. Sələfilərin çoxu isə bunu inkar edirlər. Bəs mən soruşuram necə oldu ki, 18 yaşlı bir xanım birdən-birə vəfat etdi ?
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#3 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 27 марта 2013 - 17:59

Xanım Fatimeyi Zəhra (s.ə.) - nın şəhadət səbəbi şiələrə məlumdur. Sələfilərin çoxu isə bunu inkar edirlər. Bəs mən soruşuram necə oldu ki, 18 yaşlı bir xanım birdən-birə vəfat etdi ?

Məncə məntiqli sual deyil. Peyğəmbərin(saas) daha erkən yaşlarda bir oğlu vefat etmişdir.

#4 Murad_Jafari

Murad_Jafari

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 29 марта 2013 - 11:36

Məncə məntiqli sual deyil. Peyğəmbərin(saas) daha erkən yaşlarda bir oğlu vefat etmişdir.

Salam qardas belke de Samralin suali duzgun deyil amma Xanimin basina gelen bu qeder musibetler baresinde revayetler varken onu 18yasda oz eceli ile oldu demek de duzgun deyil .
O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.(Zumər 18)

#5 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 13 апреля 2013 - 13:00

Məncə məntiqli sual deyil. Peyğəmbərin(saas) daha erkən yaşlarda bir oğlu vefat etmişdir.


Sual məntiqliyidiyee cavabınız məntiqsizdir. Bizim faktlarımız var ki, Xanım necə öldürülüb. Yuxarıdakı yazı da buna sübutlardan biridir. Sadəcə olaraq haqqı etiraf edə bilmirsiz.
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#6 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 14 апреля 2013 - 01:06

Sual məntiqliyidiyee cavabınız məntiqsizdir. Bizim faktlarımız var ki, Xanım necə öldürülüb. Yuxarıdakı yazı da buna sübutlardan biridir. Sadəcə olaraq haqqı etiraf edə bilmirsiz.

Sualı düzgün qoymaq lazım idi.

#7 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 14 апреля 2013 - 01:08

Konkret bilənlərdən soruşmaq istəyirəm. Cəfəri məzhəbinə görə Əbu Bəkr kafirdir?

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 14 апреля 2013 - 15:37

Konkret bilənlərdən soruşmaq istəyirəm. Cəfəri məzhəbinə görə Əbu Bəkr kafirdir?


Əhli-sünnə müqəddəsləri barədə ağır danışmaq düzgün deyil. Lakin sırf şəri nöqteyi-nəzərdən kafirdən də aşağıdır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 14 апреля 2013 - 20:40

Əhli-sünnə müqəddəsləri barədə ağır danışmaq düzgün deyil. Lakin sırf şəri nöqteyi-nəzərdən kafirdən də aşağıdır.

Kafirdən aşağı statusda olana kafir hökmü vermək olar? Axı Ömər açıq-aşkar islamdan çıxmamışdı. Onun münafiq, fasiq olması barəsində soruşmuram...

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 14 апреля 2013 - 20:57

Kafirdən aşağı statusda olana kafir hökmü vermək olar? Axı Ömər açıq-aşkar islamdan çıxmamışdı. Onun münafiq, fasiq olması barəsində soruşmuram...


Münafiq də zatən kafirdi. Yəni qəlbində küfr gizlədir, zahirdə isə müsəlmandır. Beləsi kafirdən də betərdi. Kafirin məqamı ondan "yüksəkdi".

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 14 апреля 2013 - 21:35

Münafiq də zatən kafirdi. Yəni qəlbində küfr gizlədir, zahirdə isə müsəlmandır. Beləsi kafirdən də betərdi. Kafirin məqamı ondan "yüksəkdi".

Gərək ki, kafiri sevənlərdə kafir olsun. Bütövlükdə Əhli-sünnənin kafir olması acınacqlı haldı. İndi mən necə qonşum Xandadaş kişiyə deyimki, sənin Ömərin kafirdi!!? ))))

#12 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 апреля 2013 - 23:35

Kafirdən aşağı statusda olana kafir hökmü vermək olar? Axı Ömər açıq-aşkar islamdan çıxmamışdı. Onun münafiq, fasiq olması barəsində soruşmuram...

Kiminsə münafiqliyini qəbul edirsinizsə,Quranda münafiq, münafiqliyinə görə kafir adlandırılmışdır.

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.Allah onları öldürsün, necə də haqdan döndərilirlər! əl-Munafiqun 1-4.

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. ət-Tovbə 68.

Həqiqətən, münafiqlər odun (cəhənnəm odunun) ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.ən-Nisa 145.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru