Отправлено 22 августа 2012 - 21:11
Əhli Sünnə alimi Əbu Davud-un (Məhəmməd ibn Süleyman əl-Əzdi əs-Sicistani) "Sünəni Əbu Davud" əsərindən İmam Məhdi (ə.f.)-ə dair hədislər.Bizə Müsəddəd xəbər verdi, Onlara Ömər ibn Abid xəbər veribmiş. Bizə Əbu Bəkir, yəni İbni Ayaş xəbər verdi. (H), bizə Müsəddəd xəbər verdi, bizə Süfyandan Yəhya xəbər verdi (H). Bizə Əhməd ibn İbrahim xəbər verdi. Bizə Ubeydullah ibn Musa xəbər verdi.
Bizə Zaidə xəbər verdi. (H) Bizə Əhməd ibn İbrahim xəbər verdi, mənə Ubeydullah ibn Musa Fıtri-dən xəbər verdi, dedi. (Rəvayətlərdəki) məna eynidir. Bunların Hamısı Asım-dan, Asım, Zir-dən o da Abdullah (ibn Məsud (r.ə.)) vasitəsilə Rəsulullah (s) -dan rəvayət etmişdir :
Rəsulullah (s) belə buyurmuşdur :
"Dünyada sadəcə bir gün qalsa, -Zaidə, hədisində belə dedi - Allah o günü uzadar ta - sonra sonra bütün ravilər ittifaq etdilər. - O gün Məndən və ya Əhli Beytimdən, adı adıma, atasının adı atamın adına uyğun gələn bir adam göndərər"
Fitr hədisində belə bir əlavə vardır :
O şəxs "dünyayı, zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır" Süfyan hədisində belə dedi. Ərəblərə adı adıma uyğun gələn, Əhli beytimdən biri hakim olmadıqca dünyanın sonu olmayacaq, - Vəya Getməyəcəkdir.
Əbu Davud deyir ki, Ömər və Əbu Bəkirin (rəvayətləri) Süfyan-ın (rəvayətinin) eynisidir, (yəni son əlavə, bunların rəvayətində də vardır [43][44]." [45]
Əli (ibn Əbu Talib) (r.ə.)-dən; Rəsulullah (s)-in belə buyurduğu rəvayət edilmişdir.
Dünyanın ömründən sadəcə bir gün qalsa belə, Allah (c.c.) mənim Əhli Beytimdən bir adam göndərəcəkdir. O dünyayı, (daha əvvəl) zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır."[46][47][48]
Ümmü Sələmə (r.ə.) belə demişdir : Rəsulullah (s)-i belə buyurarkən eşitdim :
"Məhdi mənim ailəmdən, Fatimə-nin oğullarındandır."[49]
Abdullah ibn Cəfər belə demişdir :
Əbul Məlhi, Əli ibn Nüfeyli-ni tərifləyərkən və onun yaxşılığını söyləyərkən eşitdim." [50]
... Əbu Səid Əl Xudri (r.ə.)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s) belə buyurmuşdur :
" Məhdi mən (im nəslim) dəndir. O açıq alınlı və incə burunludur. Dünyayı zülümlə dolduğu kimi ədalətlə dolduracaq və yeddi il hökm sürəcəkdir."[51][52][53]
Rəsulullah (s)-ın xanımı Ümmü Sələmə (r.ə.)-dən Rəsulullah (s)-ın belə buyurduğu rəvayət edilmişdir.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) yeddi il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[54]
Əbu Davud deyir ki :
"Bəziləri Hişam-dan rəvayətlə, doqquz il" bəziləri də "yeddi il" dedi."[55][56]
Bizə Harun ibn Abdullah xəbər verdi, bizə Həmmair-dən nəqlən Əbdussaməd xəbər verdi. Həmmam da Katadə Əbul Xəlil-dən bu hədisi rəvayət etdi.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[57][58]
Bizə İbnül Müsənna xəbər verdi, Bizə Əmr ibn Asım xəbər verdi. Bizə Əbül Avam xəbər verdi. Bizə Katadə Əbul Xəlil-dən, O Abdullah ibn Xalis-dən, o da Ümmü Sələmə (r.ə.) vasitəsilə Rəsulullah (s)-dən bu hədisi rəvayət etdi.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar." [59][60]
Ümmü Sələmə (r.ə.) Rəsulullah (s)-dan (Məkkə ilə Mədinə arasında) batırılacaq olanların qısasını xəbər verib (belə davam etdi) : " Ya Rəsulullah, bu orduya istəməyərək zorla götürülən nə olacaq ? dedim. Rəsulullah (s) :
O briləri ilə birlikdə o da batırılacaq, amma Qiyamət günü niyyətinə görə dirildilər", buyurdu."[61][62][63]
Əbu İshaq-dan rəvayət edildiyinə görə ;
Hz. Əli (r.ə.) oğlu Həsən-ə baxıb belə demişdir :
" Mənim bu oğlum Rəsulullah (s)-dan isimləndiyi kimi seyiddir. Onun sülbündən, adı Nəbimizin adından olan, ona yaradılışda yox, xasiyyətdə bənziyən bir adam gələcəkdir."
Hz. Əli hekayəni zikr etdi, " Dünyayı Ədalətlə dolduracaq..." dedi.
Harun belə dedi : Bizə Əmr ibn Əbu Qeys, Mutarrıf ibn Tarif-dən, o Əbu Həsən-dən, o da Hilal ibn Əmr-dən belə dediyini rəvayət etdi :
Mavəraənnəhr-də əl Haris ibn Hərras[64] adında bir adam çıxacaq. Onun (ordusunun) qarşısında Mənsur deyilən birisi olacaq, Qureyş-in Rəsulullah (s)-a imkan verdiyi kimi ali Muhamməd-ə (Xilafətinə) imkan verəcək - və ya hazırlayacaq. Hər möminin ona yardım etməsi və ya dəvəti qəbul etməsi vacibdir."[65][66]43 Tirmizi, "Sünəni Tirmizi", "Fitən", 52.
44 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/399-400
45 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4282-ci hədis
46 Əhməd ibn Hənbəl, 1-299, III -28,37
47 "Sünen-i Ebu Davud Terceme ve Şerhi", "Şamil Yayınevi": 14/401-402.
48 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4283-cü hədis
49 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4284-cü hədis
50 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/402.
51 Əhməd ibn Hənbəl, II-291, 111-17.
52 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/403-404.
53 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4285-ci hədis
54 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4286-cı hədis
55 Əhməd ibn Hənbəl 6/316.
56 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/404-405
57 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/406.
58 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4287-ci hədis
59 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408.
60 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4288-ci hədis
61 Müslim, "Səhihi Müslim", "Fitən" 4.
62 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408-409.
63 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4289-cu hədis
64 Avnul Mabud-da bu ad Əl Haris Hərras formasındadır. Bu vəziyyətdə əl Haris adı Hairas-da peşəsi olur ki, əkinçi deməkdir
65 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/410
66 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4290-cı hədisOnline link -
"Süneni Ebu Davud"
Сообщение отредактировал samral: 22 августа 2012 - 21:15
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)