Перейти к содержимому


Фотография

İmam Məhdi (ə.f.)


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 22 августа 2012 - 20:57

Bismilləhir Rahmənir Rahim
Bu ilk yazımda İmam Məhdi (ə.f)-ya aid Əhli Şiə və Əhli Sünnə mənbələrindən hədislər yazacam inşəAllah. Allah (c.c.) Ağanın zühurunu təcil etsin İnşəAllah ! Amin !

Сообщение отредактировал samral: 22 августа 2012 - 20:59

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#2 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 22 августа 2012 - 21:11

Əhli Sünnə alimi Əbu Davud-un (Məhəmməd ibn Süleyman əl-Əzdi əs-Sicistani) "Sünəni Əbu Davud" əsərindən İmam Məhdi (ə.f.)-ə dair hədislər.

Bizə Müsəddəd xəbər verdi, Onlara Ömər ibn Abid xəbər veribmiş. Bizə Əbu Bəkir, yəni İbni Ayaş xəbər verdi. (H), bizə Müsəddəd xəbər verdi, bizə Süfyandan Yəhya xəbər verdi (H). Bizə Əhməd ibn İbrahim xəbər verdi. Bizə Ubeydullah ibn Musa xəbər verdi.
Bizə Zaidə xəbər verdi. (H) Bizə Əhməd ibn İbrahim xəbər verdi, mənə Ubeydullah ibn Musa Fıtri-dən xəbər verdi, dedi. (Rəvayətlərdəki) məna eynidir. Bunların Hamısı Asım-dan, Asım, Zir-dən o da Abdullah (ibn Məsud (r.ə.)) vasitəsilə Rəsulullah (s) -dan rəvayət etmişdir :
Rəsulullah (s) belə buyurmuşdur :
"Dünyada sadəcə bir gün qalsa, -Zaidə, hədisində belə dedi - Allah o günü uzadar ta - sonra sonra bütün ravilər ittifaq etdilər. - O gün Məndən və ya Əhli Beytimdən, adı adıma, atasının adı atamın adına uyğun gələn bir adam göndərər"
Fitr hədisində belə bir əlavə vardır :
O şəxs "dünyayı, zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır" Süfyan hədisində belə dedi. Ərəblərə adı adıma uyğun gələn, Əhli beytimdən biri hakim olmadıqca dünyanın sonu olmayacaq, - Vəya Getməyəcəkdir.
Əbu Davud deyir ki, Ömər və Əbu Bəkirin (rəvayətləri) Süfyan-ın (rəvayətinin) eynisidir, (yəni son əlavə, bunların rəvayətində də vardır [43][44]." [45]


Əli (ibn Əbu Talib) (r.ə.)-dən; Rəsulullah (s)-in belə buyurduğu rəvayət edilmişdir.
Dünyanın ömründən sadəcə bir gün qalsa belə, Allah (c.c.) mənim Əhli Beytimdən bir adam göndərəcəkdir. O dünyayı, (daha əvvəl) zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır."[46][47][48]


Ümmü Sələmə (r.ə.) belə demişdir : Rəsulullah (s)-i belə buyurarkən eşitdim :
"Məhdi mənim ailəmdən, Fatimə-nin oğullarındandır."[49]


Abdullah ibn Cəfər belə demişdir :
Əbul Məlhi, Əli ibn Nüfeyli-ni tərifləyərkən və onun yaxşılığını söyləyərkən eşitdim." [50]
... Əbu Səid Əl Xudri (r.ə.)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s) belə buyurmuşdur :
" Məhdi mən (im nəslim) dəndir. O açıq alınlı və incə burunludur. Dünyayı zülümlə dolduğu kimi ədalətlə dolduracaq və yeddi il hökm sürəcəkdir."[51][52][53]


Rəsulullah (s)-ın xanımı Ümmü Sələmə (r.ə.)-dən Rəsulullah (s)-ın belə buyurduğu rəvayət edilmişdir.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) yeddi il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[54]


Əbu Davud deyir ki :
"Bəziləri Hişam-dan rəvayətlə, doqquz il" bəziləri də "yeddi il" dedi."[55][56]


Bizə Harun ibn Abdullah xəbər verdi, bizə Həmmair-dən nəqlən Əbdussaməd xəbər verdi. Həmmam da Katadə Əbul Xəlil-dən bu hədisi rəvayət etdi.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar."[57][58]


Bizə İbnül Müsənna xəbər verdi, Bizə Əmr ibn Asım xəbər verdi. Bizə Əbül Avam xəbər verdi. Bizə Katadə Əbul Xəlil-dən, O Abdullah ibn Xalis-dən, o da Ümmü Sələmə (r.ə.) vasitəsilə Rəsulullah (s)-dən bu hədisi rəvayət etdi.
"Bir xəlifə öləndə münaqişə çıxacaq. Mədinəlilərdən birisi, Mədinədən çıxıb, Məkkəyə qaçacaq. (Amma) Məkkəlilərdən bəzi insanlar, onu (olduğu yerdən) çıxarıb, istəmədiyi halda (Kəbədə) Rükun ilə Məaqmi İbrahim arasında ona beyət edəcəklər. Şamlılar da Onun üzərinə bir ordu göndərəcək, amma o ordu Məkkə ilə Mədinə arasındakı Beyda deyilən yerdə yerə batacaq.(20) İnsanlar bunu görəndə, (Şamın və İraqın xeyirli saleh qulları) ona gəlib, (21) beyət edəcək. Sonra Qureyşdən, dayıları Kəlb (qəbiləsindən) dən olan bir adam çıxıb, o beyət edənlər üzərinə bir ordu göndərəcək. Lakin beyət edənlər, Bəni Kəlb-lininin göndərdiyi orduya qalib gələcəklər. Bu ordu Kəlb-in göndərdiyi ordudur, (o vaxt) Kəlb-in qənimətində hazır olmayana heyif !... Xəlifə olan zat (Məhdi) malı bölüşdürəcək. İnsanlardan bir qismi, Peyğəmbərlərinin sünnəti ilə əməl edəcək, İslamiyyət yer üzünə tamamilə yerləşəcək. (Məhdi) doqquz il qalıb, sonra vəfat edəcək və Müsəlmanlar onun (cənazə) namazını qılacaqlar." [59][60]


Ümmü Sələmə (r.ə.) Rəsulullah (s)-dan (Məkkə ilə Mədinə arasında) batırılacaq olanların qısasını xəbər verib (belə davam etdi) : " Ya Rəsulullah, bu orduya istəməyərək zorla götürülən nə olacaq ? dedim. Rəsulullah (s) :
O briləri ilə birlikdə o da batırılacaq, amma Qiyamət günü niyyətinə görə dirildilər", buyurdu."[61][62][63]


Əbu İshaq-dan rəvayət edildiyinə görə ;
Hz. Əli (r.ə.) oğlu Həsən-ə baxıb belə demişdir :
" Mənim bu oğlum Rəsulullah (s)-dan isimləndiyi kimi seyiddir. Onun sülbündən, adı Nəbimizin adından olan, ona yaradılışda yox, xasiyyətdə bənziyən bir adam gələcəkdir."
Hz. Əli hekayəni zikr etdi, " Dünyayı Ədalətlə dolduracaq..." dedi.
Harun belə dedi : Bizə Əmr ibn Əbu Qeys, Mutarrıf ibn Tarif-dən, o Əbu Həsən-dən, o da Hilal ibn Əmr-dən belə dediyini rəvayət etdi :
Mavəraənnəhr-də əl Haris ibn Hərras[64] adında bir adam çıxacaq. Onun (ordusunun) qarşısında Mənsur deyilən birisi olacaq, Qureyş-in Rəsulullah (s)-a imkan verdiyi kimi ali Muhamməd-ə (Xilafətinə) imkan verəcək - və ya hazırlayacaq. Hər möminin ona yardım etməsi və ya dəvəti qəbul etməsi vacibdir."[65][66]




43 Tirmizi, "Sünəni Tirmizi", "Fitən", 52.
44 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/399-400
45 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4282-ci hədis
46 Əhməd ibn Hənbəl, 1-299, III -28,37
47 "Sünen-i Ebu Davud Terceme ve Şerhi", "Şamil Yayınevi": 14/401-402.
48 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4283-cü hədis
49 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4284-cü hədis
50 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/402.
51 Əhməd ibn Hənbəl, II-291, 111-17.
52 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/403-404.
53 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4285-ci hədis
54 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4286-cı hədis
55 Əhməd ibn Hənbəl 6/316.
56 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/404-405
57 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/406.
58 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4287-ci hədis
59 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408.
60 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4288-ci hədis
61 Müslim, "Səhihi Müslim", "Fitən" 4.
62 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/408-409.
63 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4289-cu hədis
64 Avnul Mabud-da bu ad Əl Haris Hərras formasındadır. Bu vəziyyətdə əl Haris adı Hairas-da peşəsi olur ki, əkinçi deməkdir
65 "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/410
66 Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4290-cı hədis


Online link - "Süneni Ebu Davud"

Сообщение отредактировал samral: 22 августа 2012 - 21:15

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#3 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 25 августа 2012 - 01:21

Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir. Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (s) aşağıdakı ifadəsi qeyd olunmuşdur: “Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...”[24][25][26] Əldə olan faktlar göstərir ki, “atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (s) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (s) cümləsinə əlavə etmişdir. Peyğəmbər (s) isə yalnız “onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur. Hafiz Gənci Şafei bu barədə deyir :
“Tirmizi bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.[27] Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz “Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”[28]
Sonra Gənci əlavə edib deyir:
“Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym “Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.”[29]. [30]


24-Sünəni-Əbu Davud, c.1, səh.106.
25-Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4282-ci hədis
26-"Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/399-400
27-Sünəni-Tirmizi, c.4, səh.505.
28-Əhməd ibn Hənbəl, "Müsnəd", c.1, səh.448.
29-"Müntəxəbül-əsər", səh. 231–235.
30-Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 19-20
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#4 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 26 августа 2012 - 13:02

Məşhur sünni alimi Tirmizi (Məhəmməd ibn İsa ət Tirmizi) özünün "Əl Camius Səhih" ("Sünəni Tirmizi") kitabında İmam Mehdi haqqında yazır :

Abdullah ibn Məsud (r.ə.)-dən rəvayətə görə, Rəsulullah (s) belə buyurdu : "Əhli Beytimdən ismi ismimə bənzəyən bir şəxs Ərəblərin rəhbərliyinə keçib (onların) idarəsini əlinə almayana qədər dünyanın sonu gəlməyəcəkdir."[67]

Abdullah ibn Məsud (r.ə.)-dən rəvayətə görə, rəsulullah (s) belə buyurdu : "Əhli beytimdən ismi ismimə bənzər bir şəxs iş başına keçəcəkdir." Asım deyir ki : Əbu Salih, Əbu Hüreyrə-nin belə söyədiyini bizə dedi : "Dünyanın bir günlük ömrü qalmış olsa belə o kimsənin başa keçməsi üçün Allah o günü uzadar."[68]

Əbu Səid əl Xudri (r.ə.)-dən rəvayətə görə belə demişdir : Peyğəmbərimizdən sonra bir hadisə çıxacağından qorxduq və Rəsulullah (s)-dan soruşduq, buyurdu ki : "Ümmətimin arasında Məhdi çıxacaqdır, beş və ya yeddi və ya doqquz (şübhə edən ravi Zeyd-dir) yaşayacaqdır. Əbu Səid deyir ki : "Bu müddət nədir ?" deyə soruşduq. Rəsulullah (s) "İldir" buyurdu, və belə davam etdi : "Bir kimsə o Mehdiyə gələcək və Ey Mehdi mənə ver, mənə ver deyəcək Mehdi də onun paltarının ətəyi ilə daşıyabiləcəyi qədər ətəyini dolduracaqdır."[69]

67-Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (52.) 2230-cu hədis
68-Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (52.) 2231-ci hədis
69-Tirmizi, "Sünəni Tirmizi", (34.) "Fitən" kitabı, (53.) 2232-ci hədis


online link - "Sünəni Tirmizi"
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#5 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 29 августа 2012 - 00:09

Məşhur sünni alimi İbn-i Macə (Əbu Abdullah Məhəmməd ibn Yəzid ibn Macə əl Rabi əl Qəzvini) özünün "Sünən" ("Sünəni İbni Macə") kitabında İmam Mehdi haqqında yazır :

Abdullah (ibn Məsud) (r.ə.) söyləmişdir :
Biz bir dəfə Rəsulullah (s) - ın yanında ikən Haşimi oğullarından bir dəstə gənc bizə doğru gəldilər. Sonra Peyğəmbər (s) onları görəndə (mübarək) gözlərinə yaş doldu və rəngi dəyişdi. Abdullah demişdir ki : Bunun üstündən mən :
(Ya Rəsulullah !) Sənin (mübarək) üzündə arzulamadığımız (yəni bizi kədərləndirib, narahat edən) bir dəyişikliyi bir müddətdir görürük, dedim. O da :
Biz elə bir Əhli Beytik ki, Allah bizim üçün axirəti dünyaya tərcih etmişdir. Mənim Əhli beytim, şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Nəhayət bərabərində qara bayraqlar olan bir qövm şərq tərəfdən gələcək və xeyir (hökmdarlıq) istəyəcəklər. Lakin istəkləri yerinə yetirilməyəcək. Bunun üstündə savaşacaqlar və onlara (Allah tərəfindən) yardım ediləcək. Bundan sonra istədikləri (hökmdarlıq) özlərinə veriləcək. Lakin özləri bunu qəbul etməyib əmirliyi Əhli Beytimdən bir adama təqdim edəcəklər. Bu (Əmir) də insanlar yer üzünü daha əvvəl zülümlə doldurduqları kimi, yer üzünü ədalətlə dolduracaqdır. Artıq sizdən kim o günə yetişərsə qar üstündə iməkləmək surətilə də olsa onlara çatsın (qatılsın), buyurdu."[70]


Əbu Səid Xudri (r.ə.)-dən rəvayət olunduğuna görə ; Peyğəmbər (s) belə buyurmuşdur :
Ümmətim içində əl Məhdi olacaqdır. (Aranızda qalmağı) qısa tutularsa (qalacağı vaxt) yeddi (il)dir. Qısa tutulmazsa (qalacağı vaxt) doqquz ildir. Mənim ümmətim o dövürdə elə bir rahatlıq tapacaq ki, o günə qədər onun muslini kəsinliklə tapmamışdır. Yer, yemişini (ərzaq məhsulların) verəcək və İnsanlardan heç bir şey gizlətməyəcək (verməməzlik etməyəcək)dir. Mal da o gün çox yığılmış olacaqdır. Adam qalxıb da Ya Məhdi ! Mənə (mal) ver, deyəcək. Məhdi də "Al", deyəcəkdir."[71]


"... Səvban (r.ə.)-dən rəvayət edildiyinə görə ; Rəsulullah (s) belə buyurdu, demişdir :
Sizin xəzinənizin yanında üç insan zidd düşəcək (mübarizə aparacaq). Üçü də bir xəlifənin övladıdır. Sonra (xəlifəlik) bunların heç birinə (qismət) olmayacaq. Daha sonra şərq tərəfdən qara bayraqlar (daşıyan ordu) çıxacaq və heç bir qövmün öldürə bilmədiyi bir formada sizləri öldürəcəklər.
Siz o (ordunun başında) gələni görəndə qar üzərində iməkləmək sürətilə də olsa (gedib) ona beyət edin."[72]


"... Əli (r.ə.)-dən rəvayət olunduğuna görə ; Rəsulullah (s) belə buyurdu, demişdir :
Əl-Məhdi, bizdən, Əhli Beyt-dəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya hikmətlərlə zənginləşdirər)."[73]


"... Səid ibn əl-Müsəyyəb (r.ə.) belə demişdir :
Biz (möminlərin anası) Ümmü Sələmə (r.ə.)-in yanında idik. Bir ara Məhdi mövzusunda müzakirə elədik. Bunun üstünə Ümmü Sələmə (r.ə.) :
Mən, Rəsulullah (s)-dən eşitdim, buyurdu ki :
Məhdi, (qızım) Fatimənin vələd (nəsl) indəndir."[74]


"... Ənəs ibn Malik (r.ə.)-dən ; Belə demişdir :
Mən, Rəsulullah (s)-dən eşitdim, buyurdu ki : Biz Əbdulmüttəlibin övladları cənnət əhlinin böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və Məhdi."[75]


"... Abdullah ibn əl-Haris ibn Cəzil əz-Zübeydi (r.ə.)-dən rəvayət edildiyinə görə ; Rəsulullah (s) :
Şərqdən bir dəstə insan çıxacaq və Məhdi üçün şərait hazırlayacaq, buyurdu. O, Məhdi-nin hökmdarlığını nəzərdə tutur. "[76][77]

70-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4082-ci hədis
71-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4083-cü hədis
72-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4084-cü hədis
73-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4085-ci hədis
74-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4086-cı hədis
75-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4087-ci hədis
76-İbni Macə, "Sünəni İbni Macə", (36.)"Fitnə" kitabı, (34.) "Mehdinin çıxması" babı, 4088-ci hədis
77-"Sünen-i İbni Mâce" Tercemesi ve Şerhi, "Kahraman" Yayınları: 10/345-350.


Online link - "Sünəni İbni Macə"

Сообщение отредактировал samral: 29 августа 2012 - 00:12

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

#6 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 15 января 2013 - 15:18

"Rəsulullah (s) buyurdu : İmamınız aranızda olduğu halda Məryəm oğlu (İsa əleyhissəlam ) nazil olan vaxt halınız necə olacaq ?"

Buxari, "Səhihi Buxari" , (39.) Kitabul Ənbiya , (51.) İsa ibn Məryəm (ə)-ın enməsi babı , hədis 119 (3265)


"Rəsulullah (s) : Ümmətimdən hər zaman Qiyamət gününə qədər haqq yolunda vuruşan bir dəstə olacaqdır. İsa ibn Məryəm enəcək və müsəlmanların əmiri ona deyəcək: “namazımızı qıldır” O (İsa) deyəcək: “Xeyr. Sizlərdən bəziniz digərlərinə əmirdir. Bununla Allah bu ümməti üstün etmişdir."

Müslim, "Səhihi Muslim" , c.1, (1.) Kitabul-İman , (71.) İsa ibn Məryəmin peyğəmbərimiz Məhəməmməd (s)-in şəriəti ilə hökm edərək enməsinin bəyanı babı, hədis 156

  • l-nur это нравится
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru