Müraciət edəcəyimiz mənbə (alifta.net) Səudiyyə Ərəbistanı Krallığının Baş Elmi Araşdırmalar və Fətva Mərkəzinin saytıdır.
Fətva №2378
Sual: Rəvayət olunur ki, Rəsulullah (s.ə.s) bir gün əsaya söykənərək öz səhabələrinin qarşısına çıxır. Səhabələr Rəsululahın (s.ə.s) girişi münasibətilə ayağa durur. Rəsulullahın (s.ə.s) buyurur: Ayağa durmayın, necə ki, qeyri-ərəblər bir-birlərinə bu cür hörmət nümayiş etdirirlər.
1. Orta məktəbdə müəllim içəri girəndə tələbələrin ayağa durmasının İslamda hökmü nədir?
2. Məclislərdə insanların ayağa duraraq bir-birləri ilə əl tutub salamlaşması icazəlidirmi?
Cavab: Hidayət yolunun xeyirlisi Muhəmməd (s.ə.s)-in yoludur. Və şər işlər də Peyğəmbərin sünnəsində olmayan işlərdir. İnsanların ən xeyirlisi sabit olaraq Rəsulullahdan (s.ə.s) rəvayət edildiyinə görə, Peyğəmbərin (s) yaşadığı dövrdə və onlardan sonra yaşayan nəsildir. Doğru yol olaraq Rəsuləllah (s.ə.s)-dən bizə çatan budur ki, o, gələndə səhabələrinə onun üçün ayağa qalxmağı qadağan edərdi. Rəsulullah (s) bunu xoşlamadığı üçün də səhabələr etməkdən çəkindilər. Müəllimlər özləri üçün ayağa qalxmağı tələbələrdən tələb etməməlidirlər. Tələbələr bu məsələdə müəllimlərə itaət etməməlidirlər. Heç bir şəxs Allaha qarşı çıxaraq itaət olunmamalıdır. Allah bizləri müvəffəq eləsin. Allahın salat və salamı Peyğəmbərimiz Muhəmməd, onun ailəsi və səhabələrinin üzərinə olsun.
Baş Elmi Araşdırmalar və Fətva Mərkəzi Daimi Komissiyası
Üzvlər:
Abdullah b. Qaud
Abdullah b. Ğudayyan
Əbdür-Rəzzaq Əfifi
Əbdül-Əziz b. Abdullah b. Baz
Onlayn mənbə:alifta.net
Bu fətva başdan sona qədər yanlışdır. Dörd nəfər özünü alim hesab edən şəxsin fətvası cəmiyyətə fəsaddan başqa heç nə vermir. Diqqətinizə Kutubi-sittəyə daxil olan “Sünən Əbu Davud” kitabının “Ayağa qalxmaq” babından 3 hədis çatdıracağıq. Bu hədislərin hər üçününün səhih, etibarlı olmasını həm Şeyx Nasiruddin əl-Albani, həm də Şeyx Şueyb əl-Arnaut təsdiqləmişdir.
Hədis 1
5215 - Rəvayət olunur ki, Qureyzə əhli Sadın hakimliyinə (razı olaraq qalalarından endikdə) Rəsulullah (s.ə.s) Sad b. Ubadəyə (hakimlik etməsi üçün) xəbər göndərdi. Sad bir ulağa minərək oraya gəldi. (Sadın gəldiyini gördükdə) Rəsulullah (s.ə.s) dedi: “Qalxın ağanızın qarşısına” yaxud “ən xeyirlinizin qarşısına”. Sad ulaqdan endi və Rəsulullahın (s.ə.s) yanına gəlib oturdu.
Hədis 2
5216 - Həmçinin rəvayət edilir ki, Peyğəmbər (s.ə.s) məscidin yaxınlığında idi. Ənsara xitab edərək buyurdu: “Qalxın ağanızın qarşısına”.
Hədis 3
5217 - Rəvayət olunur ki, Aişə deyib: Rəsulullaha (s.ə.s) zahiri, davranış və xasiyyət cəhətdən daha çox bənzəyən görmədim. əl-Həsən bu hədisi “söz və danışıq baxımından” ifadəsi ilə rəvayət etmişdir, “zahiri, davranış və xasiyyət cəhətdən” sözlərini qeyd etməmişdir. Fatimə (k.v.) Rəsulullahın (s.ə.s) yanına gəldikdə Rəsulullah (s.ə.s) onun üçün ayağa qalxar, əlindən tutar, onu öpər və öz yerində oturdardı. Rəsulullah (s.ə.s) də Fatimənin yanına gəldiyi zaman o, Rəsulullah (s.ə.s) üçün ayağa qalxar, əlindən tutaq, onu öpər və öz yerində oturdardı.
Sünən Əbu Davud, s.942-943, №5215-5217; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Nasiruddin əl-Albani
Sünən Əbu Davud, c.7, s.504-506, №5215-5217; Dar ər-Risalə əl-Aləmiyyə, Dəməşq, Suriya, 1430/2009; təhqiq: Şueyb əl-Arnaut
Bəs necə olur ki, sələfi fətva mərkəzi, Səudiyyənin möhtərəm alimləri hesab olunan bu dörd şəxs belə bir fətva verirlər? Orta məktəbdə tələbənin müəllimə hörmət əlaməti olaraq ayağa qalxmasında, və yaxud məclislərdə salamlaşmaq üçün ayağa qalxmaqda nə problem ola bilər ki? Beləliklə, sələfi fətva mərkəzinin verdiyi fətvanın heç bir dəyəri yoxdur və əhli-sünnənin mötəbər kitablarında mövcud olan Peyğəmbərin (s.ə.a.s) həyat tərzinə ziddir.
mənbə - http://burhani.info/ və http://antiselefi.wordpress.com/
P.s inanmayanlar üçün alimin çıxışının videosunuda tapmışam )
http://www.youtube.com/watch?feature=player_embedded&v=RPwF6WuKnZo
Сообщение отредактировал xelil777: 31 октября 2012 - 18:08