Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
bilindiyi kimi nasibilərin xüsusi ilə canşəfanlıq göstərdikləri mövzulardan birisi -güya- müsəlmanların/şiələrin Aişəni zinada ittiham etdikləridir. bunun üçün canla-başla çalışır, gecə gün alimciklərinin əllərinə verdikləri cızma-qaraları bloq və forumlarda yerləşdirirlər. nasibi dünyasını ulduzlarından olan Əbu Əli Əfəndi əl-Ucari ən-Nasibi də bu məsələdə boş durmayıbdır, əlinə keçirdiyi cıma qaranı özü 2 dildə, ingilis və azəri dilində bloqlarda yerləşdiribdir. hələ ondan müxtəlif dillərə tərcümə edən səfehləri saymıram. bu Əfəndinin ortaya atdığı məsələ haqqında "dəlil"i hafiz Rəcəb əl-Bərsinin "Məşariqi Ənvar" adlı kitabıdır. orada deyilir:
أنه لما قدم من الكوفة جاءت النسوة يعزينه في أمير المؤمنين عليه السلام، ودخلت عليه أزواج النبي صلى الله عليه وآله، فقالت عائشة: يا أبا محمد ما مثل فقد جدك إلا يوم فقد أبوك، فقال لها الحسن: نسيت نبشك في بيتك ليلا بغير قبس بحديدة، حتى ضربت الحديدة كفك فصارت جرحا إلى الآن فأخرجت جردا أخضر فيه ما جمعته من خيانة حتى أخذت منه أربعين دينارا عددا لا تعلمين لها وزنا ففرقتيها في مبغضي علي صلوات الله عليه من تيم وعدي، وقد تشفيت بقتله، فقالت: قد كان ذلك
Həsən b. Əli (imam Müctəba a.s) Kufədən Mədinəyə gəldiyi vaxt xalq gəlib atasının şəhadətinə görə başsağlığı verirdi. Nəbi s.a.a-in zövcələri də gəldilər, (onlardan) Aişə imam a.s-a dedi: "ey Əbu Muhəmməd! atan dünyadan köçənə qədər cəddin dünyadan köçməmişdi (yəni Əli a.s yaşadığı müddət ərzində sanki Nəbi s.a.a də yaşayırdı)" Həsən a.s dedi: "görəsən qaranlıq gecədə əlini yaralayan və hələ də izi əlinin üzəridə olan dəmiri unutdunmu? gecənin qaranlığında o dməir ilə evin içini qazdın və xəyanətlə toplayaraq içərisində saxladığın yaşıl bağlamanı çölə çıxararaq açıb miqdarını bilmədiyin qırx dinarı götürdün. bu pulu atam Əlinin a.s düşmənləri olan bəni Təmim və bəni Ədi qəbilələri arasında bölüşdürdün. onun qətl edilməsi ilə də qəlbin rahmat olmadı." Aişə dedi: "belə olmuşdu"
hafiz Rəcəb əl-Bərsi, "Məşariqu Ənvar əl-Yəqin", səhifə 129
şübhənin cavabı: bu hədisi hafiz Rəcəb əl-Bərsi Hüseyin b. Həmdan əl-Huseybinin "Hidayətul Kubra" kitabından nəql etmişdir və "Hidayətul Kubra" kitabında hədisn sənədi belədir:
وعنه عن الحسن بن علي المقري الكوفي عن محمد بن جبلة التمار عن المخول بن إبراهيم عن زيد بن كثير الجمحي عن يونس بن ظبيان عن المفضل بن عمر الجعفي عن المولى الصادق جعفر بن محمد (عليهما السلام) قال
Həsən b. Əli-Muqri mənə Məhəmməd b. Cibalə ət-Təmmardan, o Məhvul b. İbrahimdən, o Ziyad b. Kəsir əl-Cəmahidən, o Yunus b. Zəbyandan, o Mufəzzal b. Ömərdən, o da mövla Sadiq Cəfer b. Məhəmməd a.s-dan belə rəvayət etmişdir:
Huseybi, "Hidayətul Kubra", səhifə 196
öncəliklə hədisin "Hidayətul Kubra" kitabından nəql edilmiş olmağı onun rəddi üçün kifayətdir. çünkü "Hidayətul Kubra" kitabının müəllifi olan Huseybi zəif bir ravi və batil əqidəli bir şəxsdir. Seyyid Əbul Qasim əl-xoi r.a onun tərcüməsidə deyir:
الحسين بن حمدان
Hüseyin b. Həmdan
قال النجاشي: الحسين بن حمدان الخصيبي (الحصينى) الجنبلائى، أبو عبد اللّه، كان فاسد المذهب
وقال ابن الغضائرى: كذّاب فاسد المذهب، صاحب مقالة ملعونة لايلتفت اليه
وقال ابن داود في القسم الثاني (136): مات في شهر ربيع الاول سنة 358
Nəcaşi dedi: "Hüseyin b. Həmdan əl-Huseybi (əl-Huseyti), Əbu Abdullah, məzhəbi fasiddir."
ibni Ğədairi dedi: "yalançıdır, məzhəbi fasiddir, ona önəm verilməz"
ibni Davud ("Rical" kitabının) ikinci (zəiflər) fəslində dedi: "358 yılında Rəbiuləvvəl aynında ölmüşdür"
Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 6/244, 3381-ci ravi
ikinci olaraq, "Hidayətul Kubra" kitabında hədisin nəql edildiyi sənəddə qırmızı ilə işarələdiyim ravi Ziyad b. Kəsir məchuldur, Şeyçhuldür. Şeyx Şəhrudi r.a onun haqqında deyib ki:
زيد بن كثير الجمحي: لم يذكروه
Ziyad b. Kəsir əl-Cəmahi: zikr edilməyib.
Şeyx Şəhrudi r.a, "Müstədrəkat elmur-ricalil hədis", 3/483, 5970-ci ravi