Перейти к содержимому

Фотография

mutə (Nisa 24) ayəsinin təfsiri

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 33

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 февраля 2013 - 20:05

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

məlum olduğu kimi mütəqəddim və mütəxxir İslam alimləri mutə nikahının halal və ciaz olduğu haqqında ittifaq etmişdirlər və bu məsələ haqqında onlar arasında xilaf yoxdur. əlbəttə digər mövzularda olduğu kimi mutə nikahının halal olduğu mövzusundakı dəlil Kitabı Şərif və Sünnəti Nəbəvidir. Kitab-ı Şərifdən dəlil Allah azzə və cəllənin Nisa 24 sözüdür. Allah c.c buyurur ki:

فما استمتعتم به منهن فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة إن الله كان عليما حكيما
İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Nisa surəsi 24-cü ayə

bu ayədə "istifadə etdiyiniz (فما استمتعتم)" sözü ilə mutə nikahı nəzərdə tutulmuşdur ki, bu mövzuda şiə və sünni qaynaqlarında səhih sənədlərlə həm imamlar a.s-dan və həm də səhabələr r.a-dan hədislər rəvayət edilmişdir. inşaAllah bu işimizdə ayənin təfsiri haqqında rəvayət edilən hədisləri sizlərlə paylaşacağıq.

1. şiə qaynaqlı hədislər: imamlar a.s-ın səhabələrindən olan Abdullah b. Cəfər əl-Himyəri və Əhməd b. Muhəmməd əl-Əşari başda olmaq üzrə bir çox şiə muhəddisi ayənin təfsiri haqqında öz kitablarında müxtəlif və səhih sənədlər ilə imamlar a.s-dan bir çox hədis rəvayət etmişdir. bu hədislərin hamısı ayənin muta nikahı haqqında olduğunu bildirir. İndi bu hədislərdən bir neçəsini sizlərlə paylaşacağıq.

üç imamın, Hz. Rza, Hz. Hadi və Hz. Əskəri a.s-ın səhabələrindən olan Abdullah b. Cəfər əl-Himyəri r.a "Qurbul isnad" kitabında bu ayə haqqında belə rəvayət edər:

وعنه [أحمد بن إسحاق], عن بكر بن محمد قال: سألت أبا عبدالله (عليه السلام) عن المتعة? فقال: فما استمتعتم به منهن فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة
O (Əhməd b. İshaq), Bəkir b. Məhəmməddən nəql etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-da mutə haqqında soruşdum, imam a.s bu ayəni oxudu: "İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nisa, 24)

Himyəri r.a, "Qurbul isnad", səhifə 43, hədis 138

yenə üç imamın, Hz. Rza, Hz. Cavad və Hz. Hadi a.s-ın səhabələrindən olan Əhməd b. Məhəmməd əl-Əşəri r.a "Nəvadir" kitabında ayənin təfsiri haqqında belə rəvayət etməkdədir:

النضر بن سويد, عن عاصم بن حميد, عن أبي بصير, قال: سألت أبا جعفر عليه السلام عن المتعة? فقال: نزلت في القرآن, وهو قول الله) فما استمتعتم به منهن فاتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة
Nədr b. Süveyd mənə Asim b. Humeydin, o da Əbu Bəsirdən nəql etdi, dedi: Əbu Cəfər (imam Baqir a.s)-dan mutə haqqında soruşdum, dedi ki: "Quranda (bu barədə ayə) nazil olmuşdur və o bu ayədir "İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"(Nisa, 24)"

Əhməd b. Məhəmməd əl-Əşəri r.a, "Nəvadir", səhifə 81, hədis 182

Əşəri r.a-ın rəvayət etdiyi bu hədisi Siqatul İslam (İslamın güvəni) Kuleyni r.a "əl-Kafi", 5/270, hədis 1-də öz sənədi ilə Əbu Bəsirdan; Əyyaşi r.a, "Təfsiri Əyyaşi", 1/233, hədis 86-da mürsəl olaraq Əbu Basardan rəvayət etmişdir.

Əşari və Kuleyni r.a-ın sənədlərində yer alan bütün raviler siqa (güvənilir) və isnadları müttəsildir. Şeyxul İslam Əllamə II Məclisi r.a "əl-Kafi" şərhində hədis haqqında deyir:

الحديث الأول: حسن كالصحيح
1-ci hədis: həsən, səhih kimi

II Məclisi r.a, "Miratul Uqul", 20/225

yenə ayənin təfsiri haqqında Kuleyni r.a "əl-Kafi" də başqa hədislər də rəvayət etmişdir.

muta ayeti-kuleyni.jpg muta ayeti-kuleyni1.jpg

şəkildə gördüyünüz Şiə və Sünnülərin güvənilirliyi haqqında ittifaq etdikleri Siqatul İslam (İslamın güvəni) Şeyx Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:

محمد بن يحيى, عن عبد الله بن محمد, عن علي بن الحكم, عن أبان بن عثمان, عن أبي مريم, عن أبي عبد الله (عليه السلام) قال: المتعة نزل بها القرآن وجرت بها السنة من رسول الله (صلى الله عليه وآله
Məhəmməd b. Yəhya mənə Abdullah b. Məhəmməddən, o Əli b. Həkəmden, o Əban b. Osmandan, o Əmu Məryəmdən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan rəvayət etdi, dedi: "Mutəni Quran nazil etmiş və Rəsulullah s.a.a-in sünnəti belə cərəyan etmişdir."

علي بن إبراهيم, عن أبيه, عن ابن أبي عمير, عن علي بن الحسن بن رباط, عن حريز, عن عبد الرحمن بن أبي عبد الله قال: سمعت أبا حنيفة يسأل أبا عبد الله (عليه السلام) عن المتعة فقال: أي المتعتين تسأل? قال: سألتك عن متعة الحج فأنبئني عن متعة النساء أحق هي? فقال: سبحان الله أما قرأت كتاب الله عز وجل? (فما استمتعتم به منهن فآتوهن أجورهن فريضة) فقال أبو حنيفة: والله فكأنها آية لم أقرأها قط
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Umeyrdən, o Əli b. Həsən b. Rəbatdan, o Hərizdən, o da Əbdürrəhman b. Əbi Abdullahdan rəvayət etdi, dedi: Əbu Hənifənin Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a mutə haqqında sual verdiyini eşitdim, imam a.s dedi ki: "Hansı mutəni soruşursan?" Əbu Hənifə dedi ki: "Həcc mutəsi haqqında soruşmuşdum, ancaq, mənə mütə nikahından da xəbər ver. O haqq olan bir şey ola bilərmi?" imam a.s dedi: "SubhanAllah! Allah azzə və cəllənin kitabında "İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" (Nisa, 24) ayəsini oxumamısanmı?" Əbu Hənifə dedi: "Allaha and olsun mən bu ayəni sanki heç oxumamışım."

Kuleyni r.a, "əl-Kafi", 5/271, hədis 5-6

Kuleyninin burada nəql etdiyi ilk hədisi Şeyx Tusi r.a "Təhzib əl-Əhkam", 7/250-251, hədis 1079 və 1082-da Kuleynidən rəvayət etmişdir. Hədislərin raviləri siqa (güvənilir) və isnadları da müttəsildir.. Şeyxul İslam Əllamə II Məclisi r.a "əl-Kafi" şərhində hədis haqqında deyir:

الحديث السادس: حسن
6-cı hədis: həsən

II Məclisi r.a, "Miratul Uqul", 20/225

2. sünnq mənbəli hədislər: ayənin təfsiri haqqında sünni alimlərdən Təbəri və Hakim başda olmaq üzrə bir çox mühəddis və təfsirçi səhabə və tabeinlərdən xəbərlər rəvayət etmişdir.

muta ayeti-taberi.jpg muta ayeti-taberi1.jpg muta ayeti-taberi2.jpg muta ayeti-taberi3.jpg

şəkildə gördüyünüz sünni təfsir, hədis və tarix alimi Təbərinin "Təfsir ət-Təbəri" adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا محمد بن الحسين قال: حدثنا أحمد بن مفضل قال: حدثنا أسباط, عن السدي: "فما استمتعتم به منهن إلى أجل مسمى فآتوهن أجورهن فريضة ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة" فهذه المتعة: الرجل ينكح المرأة بشرط إلى أجل مسمى, ويشهد شاهدين, وينكح بإذن وليها, وإذا انقضت المدة فليس له عليها سبيل, وهي منه برية, وعليها أن تستبرئ ما في رحمها, وليس بينهما ميراث, ليس يرث واحد منهما صاحبه
mənə Məhəmməd b. Hüseyin danışdı, dedi: mənə Əhməd b. Mufazzal danışdı, dedi: Əsbat mənə Süddidən "İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin." (Nisa, 24) ayəsi haqqında danışdı, dedi: "bu mutə (nikahı)-dır. Mutədə adam bir qadını, müəyyən bir müddət üçün vəlisinin icazəsini alaraq və iki də şahid tutaraq evlənər. Müddət bitdikdən sonra artıq kişinin, o qadının üzərində heç bir haqqı qalmaz. Ancaq qadının bətninin təmiz olduğunu başa düşülməsini gözləməsi lazımdır. Belə bir nigahla evlənənlər bir-birlərinə varis ola bilməzlər. "

حدثني محمد بن عمرو قال: حدثنا أبو عاصم, عن عيسى, عن ابن أبي نجيح, عن مجاهد: فما استمتعتم به منهن, قال: يعني نكاح المتعة
mənə Məhəmməd b. Əmr danışdı, dedi: Əbu Asim mənə İsadan, o ibni Əbu Nəcihden, o da Mücahiddən "İstifadə etdiyiniz..." (Nisa, 24) ayəsi haqqında danışdı, dedi: "yəni mutə nigahı"

حدثنا حميد بن مسعدة قال: حدثنا بشر بن المفضل قال: حدثنا داود, عن أبي نضرة قال: سألت ابن عباس عن متعة النساء. قال: أما تقرأ "سورة النساء"? قال قلت: بلى! قال: فما تقرأ فيها: "فما استمتعتم به منهن إلى أجل مسمى"? قلت: لا! لو قرأتها هكذا ما سألتك! قال: فإنها كذا
mənə Humeyd b. Məsədə danışdı, dedi: mənə Bişir b. Mufazzal danışdı, dedi: Davud mənə Əbu Nadradan danışdı, dedi ki: ibni Abbasdan qadınların mutəsi haqqında soruşdum, dedi ki: "Nisa surəsini oxumadın?" dedim ki: "Bəli, oxudum" dedi ki: "müəyyən müddətə istifadə etdiyiniz qadınların" (Nisa, 24) ayəsini oxumadın? Dedim ki: "xeyr! Əgər oxumuş olsaydım səndən soruşmazdım" ibni Abbas dedi ki: "o (mutə) budur."

حدثنا ابن المثنى قال: حدثني عبد الأعلى قال: حدثني داود, عن أبي نضرة قال: سألت ابن عباس عن المتعة, فذكر نحوه
mənə ibni Müsənna danışdı, dedi: mənə Əbdüləla danışdı, dedi: Davud mənə Əbu Nadradan danışdı, dedi: ibni Abbasdan mutə haqqında soruşdum... yuxarıdakı hədisin mislini zikr etdi.

حدثنا ابن المثنى قال: حدثنا محمد بن جعفر قال: حدثنا شعبة, عن أبي سلمة, عن أبي نضرة قال: قرأت هذه الآية على ابن عباس: فما استمتعتم به منهن. قال ابن عباس: "إلى أجل مسمى". قال: قلت: ما أقرؤها كذلك! قال: والله لأنزلها الله كذلك! ثلاث مرات
mənə ibni Müsənna danışdı, dedi: Mənə Məhəmməd b. Cəfər danışdı, dedi: Şöbə mənə Əbu Sələmədən, o da Əbu Nadradan danışdı, dedi: ibni Abbasa "istifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" (Nisa, 24) ayəsini qiraət etdim. ibni Abbas "müəyyən bir müddətə" ifadəsini əlavə etdi. ona dedim ki: "Biz ayəsi belə oxumuruq" ibni Abbas 3 dəfə dedi: "vallahi, Allah onu belə nazil etmişdir"

حدثنا ابن المثنى قال: حدثنا أبو داود قال: حدثنا شعبة, عن أبي إسحاق, عن عمير: أن ابن عباس قرأ: "فما استمتعتم به منهن إلى أجل مسمى
mənə ibni Müsənna danışdı, dedi: Mənə Əbu Davud danışdı, dedi: Şöbə mənə Əbu İshaqdan, o da Umeyrdən danışdı, dedi: ibni Abbas bu ayəni "müəyyən müddətə istifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" şəklində oxuyurdu.

حدثنا ابن المثنى قال: حدثنا ابن أبي عدي, عن شعبة وحدثنا خلاد بن أسلم قال: أخبرنا النضر قال: أخبرنا شعبة عن أبي إسحاق, عن ابن عباس بنحوه
mənə ibni Müsənna danışdı, dedi: ibni Əbi Adi mənə Şöbədən və yenə mənə Xalid b. Əsləm danşdı, dedi: mənə Nadr xəbər verdi, dedi: Şöbə mənə Əbu İshaqdan, o da ibni Abbasdan (yuxarıdakı hədisin) mislini xəbər verdi.

حدثنا محمد بن المثنى قال: حدثنا محمد بن جعفر قال: حدثنا شعبة, عن الحكم قال: سألته عن هذه الآية: والمحصنات من النساء إلا ما ملكت أيمانكم إلى هذا الموضع: فما استمتعتم به منهن, أمنسوخة هي? قال: لا, قال الحكم: وقال علي رضي الله عنه: لولا أن عمر رضي الله عنه نهى عن المتعة ما زنى إلا شقي
Şöbə dedi: mən, Hakəmə dedim: "(Nisa 24-cü) ayənin bu (mutəyə cəvaz verən) hissəsi mənsuxdur?" Hakəm dedi: "xeyr, Əli r.a buyurdu ki: "əgər Ömər muta nigahını qadağan etmiş olmasaydı, şəqilər müstəsna heç kim zina etməzdi."

Təbəri, "Təfsir ət-Təbəri", 6/587, Nisa 24-cü ayənin təfsiri

burada Təbərinin rəvayət etdiyi xəbərlərdən 3-ü tabeinlərin ayə haqqındaki təfsiridir. bunlar Suddi (1-ci hədis), Mücahid (2-ci hədis) və Hakəmin (sonuncu hədis) təfsirləridir və bunların hər birini Təbəri səhih sənədlərlə rəvayət edir. rəvayətlərin sənədindəki bütün raviler sünnü rical elminə görə siqa (güvənilir) və isnadlar müttəsildir.

Təbərinin digər nəql etdikləri isə ibni Abbas r.a ilə bağlı hədislərdir ki, bunlar 3 hədisdir. ibni Abbas r.a ilə əlaqədar olan hədislərdən birincisi (Əbu Nadra'nın mutə haqqında sualı) 2 sənəd ilə rəvayət edilmişdir və sənədi səhihdir, raviləri siqa (güvənilir) və isnadı müttəsildir.

ibni Abbas r.a ilə əlaqədar olan 2-ci hədis Əbu Nadra'nın Nisa 24-cü ayəsi ibn Abbasa oxuması və ibni Abbasın ayənin "müəyyən bir vaxta qədər" ifadəsi ilə birlikdə endiyini söylədiyi hədisdir ki, bu hədisi Hakim ən-Nişapuri də "Müstədrək" kitabında rəvayət etmişdir. Hakim və oun kitabını təhqiq edən əz-Zəhəbi hədis hakkıda deyirlər:

هذا حديث صحيح على شرط مسلم و لم يخرجاه
تعليق الذهبي قي التلخيص: على شرط مسلم
Hakim: "bu hədis Müslim şərtinə görə səhihdir lakin rəvayət etməmişdir"
əz-Zəhəbi: "Müslim şərtinə görə (səhih)"

Hakim ən-Nişapuri, "Müstədrək", 2/334, hədis 3192

mövzu haqqında ibni Abbas r.a-dan gələn 3-cü hədis isə ibni Abbas r.a-ın bu ayəni "müəyyən bir vaxta qədər" ifadəsi ilə qiraət etdiyini bildirir ki, bu hədis də 2 dəyişik sənəd ilə gəlmişdir.

vəlhamdulillahi Rabbil aləmin.

#2 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 09 февраля 2013 - 13:46

Əssalamu aleykum və rahmətullah

Əlbəttə, Muhəmməd ibn Cərir ət-Təbərinin Nisa surəsinin 24-cu ayəsinin təfsirindən ancaq bir hissəni yazsaq, məsələn 10%-ni yazsaq ixtilafa düşə bilərik. Çünki, ayənin anlaşılması üçün təfsirinin tam yazılması vacibdir. Təbəri (rhm) bu ayənin "İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" hissəsi barədə iki görüş gətirir. 1) Abdullah ibn Abbas, Həsən əl-Bəsri, Mucahid və İbn Zeydəyə görə bu bölümün izahı belədir: Burada "İstifadə (yaxınlıq) etdiyiniz" sözündən məqsəd qadınlarla nigahlanıb zifafa (cinsi əlaqəyə) girməkdir. Bu barədə Əli ibn Əbu Təlha, Abdullah ibn Abbas bunu rəvayət etmişdilər: "Sizdən biriniz bir qadınla evlənib sonra onunla bir dəfə də olsun zifafa (cinsi əlaqəyə) girərsinizsə, o qadının mehrinin tam verilməsi fərz olur. Burda qeyd edilən əcrdən məqsəd mehrdir. 2) İkinci görüşü yuxarıda gətiriblər.

Hər iki görüşü gətirəndən sonra Təbəri deyir: "Bu iki görüşdən doğru olanı budur: "Evləndikdən sonra zifafa girdiyiniz qadınların mehrlərini verin" şəklində olan görüşdür. İbn Abbasın, Ubey bin Kəbin qiraətinə gəlincə, bu Qurana müxalifdir, çünki Qurana əlavə söz (müəyyən bir müddətə) daxil etmək caiz deyildir."

Ayənin məntiqi axarı olaraq sonra bu ayə gəlir: "Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir"

Təbəri ayənin bu hissəsi barədə də iki görüş gətirir və doğru olan görüşü qeyd edir: "Bu görüşlərdən doğru olan İbn Zeydənin görüşüdür. Buna görə ayənin bu bölümünün mənası belədir: "Ey insanlar, sizlər, nigahlanaraq zövcələrinizə mehr verdikdən sonra aranızda bu mehrin bir qisminin düşürmə və ya imtina etmək və ya təxirə salmaq və ya tamamən imtina etmək kimi razılıqlara sahibsiniz." Ayənin bu bölümü bu ayəyə bənzəyir: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (Nisa, 4)

Səhabələrdən bəzilərinin, xüsusilə də İbn Abbasın siğənin icazəli olduğuna dair rəyi.

Siğənin icazəli olduğunu söyləyənlər o kəslərdir ki, onlara siğənin haram edildiyi barədə xəbər çatmamışdır və yaxud eşitməmişdirlər. Səhabələr-o cümlədən Əli ibn Əbu Talib və Abdullah ibn əl-Zübeyr - İbn Abbasın siğənin icazəli olduğunu rəyini cavablandıraraq rədd etmişdirlər.

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, o İbn Abbasın (Allah ondan razı olsun) siğəyə icazə verdiyini duymuş və demişdir: “Ey Abbasın oğlu, bir dəqiqə gözlə, çünki Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Xeybər günü siğəni nəhy etdi və həmçinin (əhilləşdirilmiş eşşək) qatır ətini haram etdi.” (Müslim, 1407)

Hətta gətirdikləriniz hədislər səhih olsalar belə, səhabələrin eşitdiklərinə görə səhv ictihad etməsi şəriətdə olan qanunlara xələl gətirmir. Çünki, ictihadlar var ki, səhvdir, ictihad var ki, doğrudur.

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 09 февраля 2013 - 15:18

Əssalamu aleykum və rahmətullah

və aleykum!

Əlbəttə, Muhəmməd ibn Cərir ət-Təbərinin Nisa surəsinin 24-cu ayəsinin təfsirindən ancaq bir hissəni yazsaq, məsələn 10%-ni yazsaq ixtilafa düşə bilərik. Çünki, ayənin anlaşılması üçün təfsirinin tam yazılması vacibdir. Təbəri (rhm) bu ayənin "İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" hissəsi barədə iki görüş gətirir. 1) Abdullah ibn Abbas, Həsən əl-Bəsri, Mucahid və İbn Zeydəyə görə bu bölümün izahı belədir: Burada "İstifadə (yaxınlıq) etdiyiniz" sözündən məqsəd qadınlarla nigahlanıb zifafa (cinsi əlaqəyə) girməkdir. Bu barədə Əli ibn Əbu Təlha, Abdullah ibn Abbas bunu rəvayət etmişdilər: "Sizdən biriniz bir qadınla evlənib sonra onunla bir dəfə də olsun zifafa (cinsi əlaqəyə) girərsinizsə, o qadının mehrinin tam verilməsi fərz olur. Burda qeyd edilən əcrdən məqsəd mehrdir. 2) İkinci görüşü yuxarıda gətiriblər.

Təbəri ayənin bu hissəsi barədə də iki görüş gətirir və doğru olan görüşü qeyd edir: "Bu görüşlərdən doğru olan İbn Zeydənin görüşüdür. Buna görə ayənin bu bölümünün mənası belədir: "Ey insanlar, sizlər, nigahlanaraq zövcələrinizə mehr verdikdən sonra aranızda bu mehrin bir qisminin düşürmə və ya imtina etmək və ya təxirə salmaq və ya tamamən imtina etmək kimi razılıqlara sahibsiniz." Ayənin bu bölümü bu ayəyə bənzəyir: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (Nisa, 4)

bizim üçün burada Təbərinin nə dediyinin, ayəni necə təfsir etdiyinin, həmçinin "Təfsir ət-Təbəri"nin elə özüdə daxil olmaqla nasibi mənbələrində ayənin təfsiri haqqında nəql edilənlərin it tükü qədər belə önəmi yoxdur. bizim üçün əsas olan məsumlar a.s-dan nəql olunan nasslardır, sizin mənbələrdən bəzi nəqllər etməyimizin səbəbi təfsiri onlara görə qəbul etməyimiz və yaxud onları hüccət olaraq görməyimiz deyildir. bunları nəql etməkdə yeganə məqsəd öz sözümüzü sizin kitablarla ortaya qoymaq, sözümüzün sizin kitablardan şahidini göstərməkdir.

amma Təbərinin sırf bu sözünə gəlincə:

Hər iki görüşü gətirəndən sonra Təbəri deyir: "...İbn Abbasın, Ubey bin Kəbin qiraətinə gəlincə, bu Qurana müxalifdir, çünki Qurana əlavə söz (müəyyən bir müddətə) daxil etmək caiz deyildir."

bəli, Qurana müxalif olan heç bir şey səhih deyildir ancaq, biz osuzda bunları "Qurandan tərhfi var", "ayənin əsli belədir" və s. demək üçün nəql etmirik. bizim bunu nəql etməyimizin səbəbi budur ki, səhabələr r.a bu ayədən mutə nikahını (siğəni) anlayırdılar. yəni biz bu nəqlləri ayənin necəliyini, ləfzini deyil mənasını əldə etmək məqsədi ilə gətiririk.

Ayənin məntiqi axarı olaraq sonra bu ayə gəlir: "Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir"

burada "mehr müəyyən edildikdən sonra" ifadəsi mövcud deyil, əksinə "istifadə etdiyiniz" ifadəsi mövcuddur. görürəm bayaqdan ibni Abbas və Ubeyy r.a-ın qiraətlərini "təhrif" kimi təqdim etməyə çalışan sən indi özün təhrif ilə məşğulsan.

Səhabələrdən bəzilərinin, xüsusilə də İbn Abbasın siğənin icazəli olduğuna dair rəyi.

bizə səhabənin rəyi lazım deyil. biz səhabənin "mutəni Ömər qadağan edib" şəklində olan şahidlikləri lazımdır.

Siğənin icazəli olduğunu söyləyənlər o kəslərdir ki, onlara siğənin haram edildiyi barədə xəbər çatmamışdır və yaxud eşitməmişdirlər.

maraqlıdır, bu qdərə səhabə fil qulağında yatmışdı? mutə nikahının halal və ciaz olduğunu deyən səhabə və tabeinlər

necə olur ki, Cabir b. Abdullah, ibni Abbas və ibni Məsud r.a kimi səhabənin elmdə iz qoyanları bu haramdan xəbərdar olmur amma Ömər kimi öz dilində olan bir sözün anlamını bilməyən (bax: Abəsə surəsi 31-i ayənin təfsiri) zır cahil bundan xəbərdar olur?

bunların hamısını yox sayaraq deyirəm, sən nəyə əsaslanaraq bu səhabələrin mutənin haramlığını eşitmədikləri üçün halal olduğuna inandıqlarını deyirsən? əlində dəlil var? yoxsa havaya əsaslanırsan?

Səhabələr-o cümlədən Əli ibn Əbu Talib və Abdullah ibn əl-Zübeyr - İbn Abbasın siğənin icazəli olduğunu rəyini cavablandıraraq rədd etmişdirlər.

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, o İbn Abbasın (Allah ondan razı olsun) siğəyə icazə verdiyini duymuş və demişdir: “Ey Abbasın oğlu, bir dəqiqə gözlə, çünki Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Xeybər günü siğəni nəhy etdi və həmçinin (əhilləşdirilmiş eşşək) qatır ətini haram etdi.” (Müslim, 1407)

cavab:

1. imam Əli a.s ilə ibni Abbas r.a arasında mutə haqqında söhbət hədisi bizim nəzərimizdə mövcud deyil, biz belə bir hədis bilmirik, "Səhihi Müslim" deyə islami bir mənbə də bilmirik. bizə dəlil olmağı üçün bizə İslami mənbələrdən dəlil gətirilməlidir.

2. bu söhbət hədisi və ümumən imam Əli a.s-dan nəql olunan xeybər hədisinin sənədinə ibni Şihab əz-Zührü vardır ki, o Əməvi agentidir. hansı ki, bunu sizin cərh və tədil imamınız olan Yəhya b. Məin demişdir. (bax: Hakim, "Mərifəti ulumul Hədis", səhifə 54). hər halda Əməvilərin nasibi olduğunu deməyə ehtiyac yoxdur. nasibi krallığının baş agenti olan bir şəxsin sözünü isə özünü müsəlman hesab edən heç kim qəbul etməz. çünkü Əhli Beyt a.s sevgisi həm Quran (bax: Məvəddət ayəsi) və həmdə Sünnə (bax: "səni ancaq mömin sevər" hədisi) ilə iman, onlara düşmənlik isə küfürdür.

3. bu söhbətin yalan olduğuna ibni Abbas r.a özü şəhadət edir. çünkü ibni Abbas r.a heç vaxt imam Əli a.s-ın fətvasının xaricinə çıxmayacağını demişdir, bax: http://velayet.wordpress.com/2012/08/20/ibni-abbas-r-a-bir-konuda-alinin-fetvasi-guvenilir-bir-yolla-bize-ulastigi-takdirde-asla-onun-disina-cikmayiz/

digər tərəfdən isə biz bilirik ki, ibni Abbas r.a hətta Abdullah b. Zübeyr l.a-ın dikdatorluğu dövründə belə mutə nikahına fətva vermişdir. əgər həqiqətən imam Əli a.s ilə ibni Abbas arasında mutə nikahı haqqında söhbət olubsa və imam a.s onu bundan çəkindiribsə necə olur ki, imam Əli a.s-ın sözündən çıxmayacağını deyən ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə mutə nikahına fətva verir?

amma Abdullah b. Zubeyr ilə ibni Abbas r.a-ın söhbətinə gəlincə, bu sizin leyhinizə yox əksinə əleyhinizədir. indi bu hədisi nəql edək:

omar nahy muta-muslim.jpg omar nahy muta-muslim3.jpg omar nahy muta-muslim4.jpg

şəkildə gördüyün "Səhihi Müslüm"dür, işarələdiyim yerdə deyilir:

وَحَدَّثَنِي حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِي يُونُسُ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ الزُّبَيْرِ قَامَ بِمَكَّةَ فَقَالَ إِنَّ نَاسًا أَعْمَى اللَّهُ قُلُوبَهُمْ كَمَا أَعْمَى أَبْصَارَهُمْ يُفْتُونَ بِالْمُتْعَةِ يُعَرِّضُ بِرَجُلٍ فَنَادَاهُ فَقَالَ إِنَّكَ لَجِلْفٌ جَافٍ فَلَعَمْرِي لَقَدْ كَانَتْ الْمُتْعَةُ تُفْعَلُ عَلَى عَهْدِ إِمَامِ الْمُتَّقِينَ يُرِيدُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ ابْنُ الزُّبَيْرِ فَجَرِّبْ بِنَفْسِكَ فَوَاللَّهِ لَئِنْ فَعَلْتَهَا لَأَرْجُمَنَّكَ بِأَحْجَارِكَ
...Ürvə b. Zübeyr dedi: Abdullah b. Zübeyr Məkkədə ayağa qalxdı və bir nəfərə söz vuraraq dedi: "şübhəsiz ki, Allah bəzi insanların gözlərini kor etdiyi kimi qəlblərini də kor etmişdir. bunlar mutə nikahına fətva verirlər" bundan sora o adam Abdullah b. Zübeyrə dedi: "həqiqətən sən qaba bir adamsan. Ömrümə andolsun ki, mutə nikahı muttəqilərin imamı dövründə edilirdi" və bu sözü ilə Rəsulullah s.a.a nəzərdə tutdu. ibni Zübeyr ona belə cavab verdi: "elə isə bir yoxla, Vallahi sən bunu etsən səni daşlarla rəcm edərəm"

Müslüm, "əs-Səhih", 2/1026, Nikah kitabı, hədis 1406

burada Abdullah b. Zübeyr ilə danışan şəxs "Səhihi Müslüm" şərhcisinin də dediyi kimi ibni Abbas r.a-dır. hədisdən açıqca görünür ki, mutə nikahı Rəsulullah s.a.a sünnəti ilə caizdir və haram edilməmişdir. çünkü əgər bu nikah haram edilmiş olsaydı ibni Abbas r.a "bu Rəsulullah s.a.a dövründə edilirdi" deyəndə ibni Zübeyr "sonradan haram edildi" və yaxud "haram edilib lakin sən eşitməmisən" deməliydi. amma görürük ki, Abdullah b. Zübeyr bunların heç birini demir əksinə ibni Abbas r.a-ın Sünnə ilə istidlalı qarşısında gücənir və onu rəcm ilə təhdid edir.

Hətta gətirdikləriniz hədislər səhih olsalar belə,

gətirdiklərimizin hamısı səhihdir. yuxarıda da biri haqqında həm Hakimin və həmdə əz-Zəhəbinin sihhət hökmünü nəql etmişik. əgər zəif olduğunu iddia edirsənsə buyur isbat et.

səhabələrin eşitdiklərinə görə səhv ictihad etməsi şəriətdə olan qanunlara xələl gətirmir. Çünki, ictihadlar var ki, səhvdir, ictihad var ki, doğrudur.

bizim üçün səhabənin içtiadı hüccət deyil, iman və güvənilirliyi sabit olan səhabələrin mutə nikahı haqqında Sünnədən nəql etdikləri hüccətdir. bu səhabələr isə həm mutə nikahının Sünnədə olduğuna və həmdə onu Ömərin qadağan etdiyinə şahidlik edirlər: http://velayet.wordpress.com/tag/muta-nikahi/

təfsir məsələsində isə onların xəta edə biləcəkləri əlbəttə doğrudur ancaq bu təfsirin xəta olmadığına Əhli Beyt imamları a.s-dan gələn səhih təfsirlər şahidlik edir. sırf ibni Abbas r.a-ın təfsirlərinə gəlincə, Nəbi s.a.a-in ibni Abbas r.a haqqında "Allahım ona kitabın təvilini öyrət" deyə dua etməsi kifayət edər.

və son olaraq mənim üçün xüsusi ilə maraqlıdır. necə olur ki, sizlər Quranın nazil olduğuna şahid olan səhabələrin ayə haqqındaki təfsirini qəbul etmir ancaq Həsən əl-Bəsri kimi tabeinlərin təfsirini qəbul edirsiniz?

#4 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 10 февраля 2013 - 09:43

bizim üçün burada Təbərinin nə dediyinin, ayəni necə təfsir etdiyinin, həmçinin "Təfsir ət-Təbəri"nin elə özüdə daxil olmaqla nasibi mənbələrində ayənin təfsiri haqqında nəql edilənlərin it tükü qədər belə önəmi yoxdur. bizim üçün əsas olan məsumlar a.s-dan nəql olunan nasslardır, sizin mənbələrdən bəzi nəqllər etməyimizin səbəbi təfsiri onlara görə qəbul etməyimiz və yaxud onları hüccət olaraq görməyimiz deyildir. bunları nəql etməkdə yeganə məqsəd öz sözümüzü sizin kitablarla ortaya qoymaq, sözümüzün sizin kitablardan şahidini göstərməkdir.

amma Təbərinin sırf bu sözünə gəlincə:

bəli, Qurana müxalif olan heç bir şey səhih deyildir ancaq, biz osuzda bunları "Qurandan tərhfi var", "ayənin əsli belədir" və s. demək üçün nəql etmirik. bizim bunu nəql etməyimizin səbəbi budur ki, səhabələr r.a bu ayədən mutə nikahını (siğəni) anlayırdılar. yəni biz bu nəqlləri ayənin necəliyini, ləfzini deyil mənasını əldə etmək məqsədi ilə gətiririk.

Bəli, bizim kitablarda doğru olmayan məlumatlar var, bunu inkar etmirik.

burada "mehr müəyyən edildikdən sonra" ifadəsi mövcud deyil, əksinə "istifadə etdiyiniz" ifadəsi mövcuddur. görürəm bayaqdan ibni Abbas və Ubeyy r.a-ın qiraətlərini "təhrif" kimi təqdim etməyə çalışan sən indi özün təhrif ilə məşğulsan.

Sən deyəsən Nisa, 24-ü oxumadın, yenə də qarışdırdın hər şeyi. Tərcüməni oxu.

bizə səhabənin rəyi lazım deyil. biz səhabənin "mutəni Ömər qadağan edib" şəklində olan şahidlikləri lazımdır.

Həmin səhabələr mutənin Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Qiyamət gününədək qadağan etməsi barədə əmrini eşitməmişlər.

maraqlıdır, bu qdərə səhabə fil qulağında yatmışdı? mutə nikahının halal və ciaz olduğunu deyən səhabə və tabeinlər

Peyğəmbəri (səllallahu aleyhi və səlləm) görən səhabələrin sayını bilsək, əlbəttə 5-10 nəfərin bilməməsi normaldı. Səhabələrin sayı

bunların hamısını yox sayaraq deyirəm, sən nəyə əsaslanaraq bu səhabələrin mutənin haramlığını eşitmədikləri üçün halal olduğuna inandıqlarını deyirsən? əlində dəlil var? yoxsa havaya əsaslanırsan?

Mən demirəm, alimlər deyirlər.

cavab:
1. imam Əli a.s ilə ibni Abbas r.a arasında mutə haqqında söhbət hədisi bizim nəzərimizdə mövcud deyil, biz belə bir hədis bilmirik, "Səhihi Müslim" deyə islami bir mənbə də bilmirik. bizə dəlil olmağı üçün bizə İslami mənbələrdən dəlil gətirilməlidir.

2. bu söhbət hədisi və ümumən imam Əli a.s-dan nəql olunan xeybər hədisinin sənədinə ibni Şihab əz-Zührü vardır ki, o Əməvi agentidir. hansı ki, bunu sizin cərh və tədil imamınız olan Yəhya b. Məin demişdir. (bax: Hakim, "Mərifəti ulumul Hədis", səhifə 54). hər halda Əməvilərin nasibi olduğunu deməyə ehtiyac yoxdur. nasibi krallığının baş agenti olan bir şəxsin sözünü isə özünü müsəlman hesab edən heç kim qəbul etməz. çünkü Əhli Beyt a.s sevgisi həm Quran (bax: Məvəddət ayəsi) və həmdə Sünnə (bax: "səni ancaq mömin sevər" hədisi) ilə iman, onlara düşmənlik isə küfürdür.

3. bu söhbətin yalan olduğuna ibni Abbas r.a özü şəhadət edir. çünkü ibni Abbas r.a heç vaxt imam Əli a.s-ın fətvasının xaricinə çıxmayacağını demişdir, bax: http://velayet.wordpress.com/2012/08/20/ibni-abbas-r-a-bir-konuda-alinin-fetvasi-guvenilir-bir-yolla-bize-ulastigi-takdirde-asla-onun-disina-cikmayiz/

digər tərəfdən isə biz bilirik ki, ibni Abbas r.a hətta Abdullah b. Zübeyr l.a-ın dikdatorluğu dövründə belə mutə nikahına fətva vermişdir. əgər həqiqətən imam Əli a.s ilə ibni Abbas arasında mutə nikahı haqqında söhbət olubsa və imam a.s onu bundan çəkindiribsə necə olur ki, imam Əli a.s-ın sözündən çıxmayacağını deyən ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə mutə nikahına fətva verir?

amma Abdullah b. Zubeyr ilə ibni Abbas r.a-ın söhbətinə gəlincə, bu sizin lehinizə yox əksinə leyhinizədir. indi bu hədisi nəql edək:[/font][/size]

omar nahy muta-muslim.jpg omar nahy muta-muslim3.jpg omar nahy muta-muslim4.jpg

şəkildə gördüyün "Səhihi Müslüm"dür, işarələdiyim yerdə deyilir:

وَحَدَّثَنِي حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِي يُونُسُ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ الزُّبَيْرِ قَامَ بِمَكَّةَ فَقَالَ إِنَّ نَاسًا أَعْمَى اللَّهُ قُلُوبَهُمْ كَمَا أَعْمَى أَبْصَارَهُمْ يُفْتُونَ بِالْمُتْعَةِ يُعَرِّضُ بِرَجُلٍ فَنَادَاهُ فَقَالَ إِنَّكَ لَجِلْفٌ جَافٍ فَلَعَمْرِي لَقَدْ كَانَتْ الْمُتْعَةُ تُفْعَلُ عَلَى عَهْدِ إِمَامِ الْمُتَّقِينَ يُرِيدُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ ابْنُ الزُّبَيْرِ فَجَرِّبْ بِنَفْسِكَ فَوَاللَّهِ لَئِنْ فَعَلْتَهَا لَأَرْجُمَنَّكَ بِأَحْجَارِكَ
...Ürvə b. Zübeyr dedi: Abdullah b. Zübeyr Məkkədə ayağa qalxdı və bir nəfərə söz vuraraq dedi: "şübhəsiz ki, Allah bəzi insanların gözlərini kor etdiyi kimi qəlblərini də kor etmişdir. bunlar mutə nikahına fətva verirlər" bundan sora o adam Abdullah b. Zübeyrə dedi: "həqiqətən sən qaba bir adamsan. Ömrümə andolsun ki, mutə nikahı muttəqilərin imamı dövründə edilirdi" və bu sözü ilə Rəsulullah s.a.a nəzərdə tutdu. ibni Zübeyr ona belə cavab verdi: "elə isə bir yoxla, Vallahi sən bunu etsən səni daşlarla rəcm edərəm"

Müslüm, "əs-Səhih", 2/1026, Nikah kitabı, hədis 1406

burada Abdullah b. Zübeyr ilə danışan şəxs "Səhihi Müslüm" şərhcisinin də dediyi kimi ibni Abbas r.a-dır. hədisdən açıqca görünür ki, mutə nikahı Rəsulullah s.a.a sünnəti ilə caizdir və haram edilməmişdir. çünkü əgər bu nikah haram edilmiş olsaydı ibni Abbas r.a "bu Rəsulullah s.a.a dövründə edilirdi" deyəndə ibni Zübeyr "sonradan haram edildi" və yaxud "haram edilib lakin sən eşitməmisən" deməliydi. amma görürük ki, Abdullah b. Zübeyr bunların heç birini demir əksinə ibni Abbas r.a-ın Sünnə ilə istidlalı qarşısında gücənir və onu rəcm ilə təhdid edir.

Səhabələrin hansısa şəri hökm haqqında ixtilafları normaldı. Biz demirik ki səhabələr yerdə və göydə nə varsa hamısını bilir, biz bunu demirik. İbn Abbasın (Allah ondan razı olsun) əslində nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsi haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsi haram olmamasıdır. Yəni, İbn Abbasın nəzərdə tutduğu bu idi. Biz yuxarıda gətirdiyin hədisdən sonra nələrin baş verdiyini bilmirik, bəlkə Abdullah ibn Zubeyr və İbn Abbas bir yerdə görüşüb bir-birinə nəyi nəzərdə tutduqlarını demişlər. Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar. Yəni, bu barədə heç bir dəlil yoxdu, ona görə biz deyə bilmərik ki, İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu rafizilərin halal bildiyi Mutənin nə vaxt istəsən edilməsidir.

və son olaraq mənim üçün xüsusi ilə maraqlıdır. necə olur ki, sizlər Quranın nazil olduğuna şahid olan səhabələrin ayə haqqındaki təfsirini qəbul etmir ancaq Həsən əl-Bəsri kimi tabeinlərin təfsirini qəbul edirsiniz?

Çünki, biz sələfi olaraq (Peyğəmbərin və Əhli Beytin həqiqi davamçıları, itrəti olaraq) ancaq Quran və sünnədə olan şəri qanunları qəbul edir, bunlara zidd olanları isə qəbul etmirik.

Сообщение отредактировал alizulfuqar: 10 февраля 2013 - 09:43

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 февраля 2013 - 10:37

Sən deyəsən Nisa, 24-ü oxumadın, yenə də qarışdırdın hər şeyi. Tərcüməni oxu.

ən Nisa 24-cü ayəni oxumuşam amma deyəsən sən ya həqiqi vəhhabisən yaxud da özünü o yerə qoymursan. neynək, başqa çarə qalmayıbsa:

وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Nisa surəsi 24-cü ayə

böyüdərək qırmızı ilə işarələdiyim hissə mutə nikahı haqqında olan hissədi. burada mənə sırf "mehr müəyyən edildikdən sonra" sözünü göstər. göstərməsən vəhhabisən?

Həmin səhabələr mutənin Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Qiyamət gününədək qadağan etməsi barədə əmrini eşitməmişlər.

xeyr əsla belə deyildir, sadəcə olaraq bu sizin Öməri müdafiə etmək üçün uydurduğunuz bir şeydir. necə olur ki, ibni Abbas, ibni Məsud, Cabir, Əbu Səid əl-xudri kimi ən çox hədis nəql etmiş olan səhabələr bunu eşitmirlər amma zır cahil olan Ömər eşidir? maraqlıdır, əgər bunu Peyğəmbər s.a.a haram etmişdisə və Ömər də buna dayanaraq qadağan etmişdirsə niyə digərləri hələ də mutə nikahının halal olduğunda israr edirdilər? fərz edək ki, sənin dediyin kimi onlar bunu eşitməyiblər, bəs yaxşı Ömər onlara bunu bildirdədən sonra nə üçün bu işdən çəkinmədilər? məgər Ömər onların nəzərində adil səhabə deyildi?

Peyğəmbəri (səllallahu aleyhi və səlləm) görən səhabələrin sayını bilsək, əlbəttə 5-10 nəfərin bilməməsi normaldı. Səhabələrin sayı

əvvəla biz o məqalədə səhabələrin hamısının görüşünü nəql etməmişik, onsuzda bu heç mümkün də deyil. məgər sən səhabələrin mutə nikahının haramlığına qail olduqlarını ortaya qoya bilərsən? onda ortaya qoymağa çalış görək neçə səhabə adı gətirəcəksən?

ikincisi isə, bu səhabələr digərləri ilə eyni səviyədə deyillər. bunlar ən çox hədis nəql edənlər, fiqh və təfsir məsələləridə öz sözünü deiş şəxslərdir. ibni Abbas və ibni Məsud belə bu məsələdə kifayət edər.

Mən demirəm, alimlər deyirlər.

bir dəlilə əsaslanmadıqca alimin tarix haqqındaki sözü də hüccət deyildir. əgər bir dəlil varsa ortaya qoyun, yoxdursa Öməri qurtara bilmək üçün bu kimi işlətə girişməkdən əl çəkin.

Səhabələrin hansısa şəri hökm haqqında ixtilafları normaldı. Biz demirik ki səhabələr yerdə və göydə nə varsa hamısını bilir, biz bunu demirik.

sən mənim sözümün məğzii qoyub hara qaçırsan? niyə söhbətdən yayınırsan? mən burada səhabənin ixtilafından danışıram? yoxsa səhabənin nəql etdiyi şeydən? səhabə özlüyündə sizə görə aildir və bunlar mutə nikahının Kitab və Sünnədə olduğunu, onu qadağan edənin də Allah c.c və Rəsulu s.a.a olmadığını əksinə Ömər olduğunu deyirlər. biz isə burada səhabənin yer və ya göy haqqında verdikləri məlumatlardan yox şahid olduqları hadisələr haqqında nəql etdiklərindən danışırıq.

İbn Abbasın (Allah ondan razı olsun) əslində nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsi haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsi haram olmamasıdır. Yəni, İbn Abbasın nəzərdə tutduğu bu idi.

dəlilsiz sözün bir anlamı yoxdur siz bunu dərk etmirsinizi? əgər dəlilsiz söz söyləmək bir şey olsaydı onda sizin hamınızın xristian, yəhudi və hətta bütpərəst olmağınız lazım gələrdi. ibni Abbas r.a-a nisbət etdiyin şeyin dəlili nədir?

Biz yuxarıda gətirdiyin hədisdən sonra nələrin baş verdiyini bilmirik, bəlkə Abdullah ibn Zubeyr və İbn Abbas bir yerdə görüşüb bir-birinə nəyi nəzərdə tutduqlarını demişlər. Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar. Yəni, bu barədə heç bir dəlil yoxdu, ona görə biz deyə bilmərik ki, İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu rafizilərin halal bildiyi Mutənin nə vaxt istəsən edilməsidir.

sizin bütün dininiz belə fərziyyələr üzərinə quruludur? ibni Abbas heç vaxt mütənin halal olduğunu görüşündən qayıtmamışdır. bunun ən gözəl dəlili isə ibni Abbas r.a-ın əshabı olan Tavus, ibni Cübeyr və digər tabeinlərin bu məsələdə görüşüdür. doğrudur, ibni Abbas r.a-ın mutə nikahından döndüyü ilə bağlı bəzi uydurma nəqllər var ancaq bunlar:

1. bizə qarşı dəlil deyil.
2. hətta sizin nəzərinizdə belə səhih deyil: http://velayet.wordpress.com/2012/08/24/ibni-battal-sahih-olan-ibni-abbasin-nezdinde-muta-nikahi-helaldir-ve-buna-uyan-siadir/

"Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar" sözün isə lap təəccüblüdür. məgər sən bilmirsən ki, ibni Zübeyr dikdator olduğu vaxt nəinki Hz. Əli a.s hətta Hz. Həsən və Hz. Hüseyin a.s belə şəhid olmuşdular? şəhid olduqdan sonra Əli a.s gəlib ibni Zübeyr və ibni Abbas ilə məsləhət etdi?

ibni Zübeyr və ibni Abbas ixtilafının özü bizə lazım deyil, bizə lazım olan burada ibni Abbas r.a-ın ibni Zübeyrə qarşı Sünnə ilə dəlil gətirməsi və ibni Zübeyrin buna heç bir cavab verə bilməməsidir. əgər mutə nikahını qadağan edən Allah c.c və Rəsulu s.a.a idisə nə üçün ibni Zübeyr "Rəsul s.a.a sonradan qadağan etdi" demir? nəyə görə heç bir cavab verə bilməyərək gücənir? deməli ibni Zübeyr dövründə bugün sizin dilinizdə gəzən "Peyğəmbər qadağan etdi, səhabə eşitmədiyi üçün Ömər təkrar etdi" nağılları mövcud deyildi.

Çünki, biz sələfi olaraq (Peyğəmbərin və Əhli Beytin həqiqi davamçıları, itrəti olaraq) ancaq Quran və sünnədə olan şəri qanunları qəbul edir, bunlara zidd olanları isə qəbul etmirik.

sənə məsləət görürəm heç bir zaman belə sözlərdən istifadə etmə. çünkü bunlar mənasız, dəlildən uzaq olan gülünc sözlərdir. siz Əhli Beyt davamçılarsınız? sizin imamlarınız al-i Muhəmməd s.a.a-dən olan hidayət imamlarına a.s söymüş, onları təhqir etmişdirlər, bax: nasibilər və Əhli Beyt a.s

sizin dininizi nəql edənlər isə ibni Şihab əz-Zührü kimi əməvi mollaları, ikrimə kimi xaricilər, Həriz b. Osman kimi nasibilər, Əbu Musa əl-Əşəri kimi münafiqlər, Əbu Hureyrə kimi məlunlardır, bax: http://313news.net/forum/index.php?/topic/4581/page__view__findpost__p__96635

siz bundan sonra Əhli Beyt a.s davamçılığı iddiasındasınız?

#6 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 10 февраля 2013 - 10:42

Gəlin bu ayəyə yenidən nəzər salaq və şübhələrimiz sona yetsin.

İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa, 24)

İstifadə (cinsi əlaqə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! - Yəni, Qurana əsasən nigahdan sonra kişi ilə zövcə arasında cinsi əlaqə olubsa, kişinin zövcəsinin mehrini tam olaraq verməsi fərzdir. Çünki, Quranda buyurulur: "Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!" (əl-Bəqərə, 237). Yəni, əgər yaxınlıq etmədən boşanarlarsa, qadına mehrin yarısı çatır. Yuxarıdakı ayədə lazımi qaydada yəni, şəri qaydada, Quranda buyurulmuş qaydada, cinsi əlaqə olubsa, mehr tam olaraq verilməlidir. Sonra isə ayənin məntiqi davamı olaraq buyurulur: Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz., yəni nigahdan sonra, cinsi əlaqədən sonra, kişi və zövcə öz aralarında mehrin düşürülməsi, təxirə salınması və ya tamamən imtina edilməsi barədə razılıqlara sahibdirlər.

Amma Mütə nigahında isə qaydaya əsasən kişi cinsi əlaqədən sonra qadına verəcəyi haqqın bir hissəsini verməyə də bilər. Yəni, kişi istəsə, mutə etdiyi qadının razılığı olmadan belə mehrinin yarısından imtina edə bilər. Bu barədə şiəlikdə hədis də var:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: "Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi". O dedi: "O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır" ("Vəsail əş-Şiə", 14/481-482, fəsil 27).

Beləliklə, bu ayənin Mutə nigahı barədə olmadığının bir daha şahidi olduq.

Bu qədər.

#7 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 10 февраля 2013 - 11:46

ən Nisa 24-cü ayəni oxumuşam amma deyəsən sən ya həqiqi vəhhabisən yaxud da özünü o yerə qoymursan. neynək, başqa çarə qalmayıbsa:

وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Nisa surəsi 24-cü ayə

böyüdərək qırmızı ilə işarələdiyim hissə mutə nikahı haqqında olan hissədi. burada mənə sırf "mehr müəyyən edildikdən sonra" sözünü göstər. göstərməsən vəhhabisən?

Elmeddin müəllim, bu tərcümələrin hamısı Quranın mənaca tərcüməsidir. Hətta şiə tərcümələri də belə tərcümə edir. Məsələn, Şakirin ingiliscə tərcüməsi belədir - "Then as to those whom you profit by, give them their dowries as appointed; and there is no blame on you about what you mutually agree after (sonra) what is (şey, yəni mehr) appointed (müəyyən edilən)". Göylə işarələdiyim sözün azəricə tərcüməsi belədir - "mehr müəyyən edildikdən sonra". Deməli, Şakir də vəhabi imiş.

xeyr əsla belə deyildir, sadəcə olaraq bu sizin Öməri müdafiə etmək üçün uydurduğunuz bir şeydir. necə olur ki, ibni Abbas, ibni Məsud, Cabir, Əbu Səid əl-xudri kimi ən çox hədis nəql etmiş olan səhabələr bunu eşitmirlər amma zır cahil olan Ömər eşidir? maraqlıdır, əgər bunu Peyğəmbər s.a.a haram etmişdisə və Ömər də buna dayanaraq qadağan etmişdirsə niyə digərləri hələ də mutə nikahının halal olduğunda israr edirdilər? fərz edək ki, sənin dediyin kimi onlar bunu eşitməyiblər, bəs yaxşı Ömər onlara bunu bildirdədən sonra nə üçün bu işdən çəkinmədilər? məgər Ömər onların nəzərində adil səhabə deyildi?

Bəs nəyə görə biz deyirik ki, hər hansı məsələ barədə səhabələr arasında ixtilaf olmuşdur? Ona görə deyirik ki, çünki həqiqətən də olmuşdur. Lakin bu məsələnin həll edilməsini onların özlərinə buraxırıq, biz isə Quran və sünnədə nə gəlibsə, onunla gedirik. Hətta Mutənin haram olduğunu Ömər (Allah ondan razı olsun) deməsəydi belə, bizə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sözü vacibdir. Hətta Ömər (Allah ondan razı olsun) Mutəni halal bilsəydi belə, biz Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini, sözünü götürürük.

sən mənim sözümün məğzii qoyub hara qaçırsan? niyə söhbətdən yayınırsan? mən burada səhabənin ixtilafından danışıram? yoxsa səhabənin nəql etdiyi şeydən? səhabə özlüyündə sizə görə aildir və bunlar mutə nikahının Kitab və Sünnədə olduğunu, onu qadağan edənin də Allah c.c və Rəsulu s.a.a olmadığını əksinə Ömər olduğunu deyirlər. biz isə burada səhabənin yer və ya göy haqqında verdikləri məlumatlardan yox şahid olduqları hadisələr haqqında nəql etdiklərindən danışırıq.

Ömər (Allah ondan razı olsun) özü də demişdir ki, bunu Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir.:

İbni Ömər dedi: Ömər bin Xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah (səllallahu aleyhi və səlləm) şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm" (Sünən İbn Macə, Nigah kitabı, 1963)

Şeyx Əlbani həsən demişdir.

Bu linkdə Şeyx Əlbaninin digər hədis kitablarında olan zəif, uydurma hədislərin nömrələri var. Şeyx Əlbani, Zəif Hədislər

Sünən İbn Macə Sünən İbn Macə

və bura bax - Sünən İbn Macə, Nigah kitabı, 1963

"Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar" sözün isə lap təəccüblüdür. məgər sən bilmirsən ki, ibni Zübeyr dikdator olduğu vaxt nəinki Hz. Əli a.s hətta Hz. Həsən və Hz. Hüseyin a.s belə şəhid olmuşdular? şəhid olduqdan sonra Əli a.s gəlib ibni Zübeyr və ibni Abbas ilə məsləhət etdi?

Mən, Əlinin yalnız (Allah ondan razı olsun) İbn Abbasla (Allah ondan razı olsun) bu məsələni aydınlaşdıra biləcəyini nəzərdə tuturdum ). Çünki, İbn Abbasın nəyi nəzərdə tutduğunu yuxarıda qeyd eləmişəm.

ibni Zübeyr və ibni Abbas ixtilafının özü bizə lazım deyil, bizə lazım olan burada ibni Abbas r.a-ın ibni Zübeyrə qarşı Sünnə ilə dəlil gətirməsi və ibni Zübeyrin buna heç bir cavab verə bilməməsidir. əgər mutə nikahını qadağan edən Allah c.c və Rəsulu s.a.a idisə nə üçün ibni Zübeyr "Rəsul s.a.a sonradan qadağan etdi" demir? nəyə görə heç bir cavab verə bilməyərək gücənir? deməli ibni Zübeyr dövründə bugün sizin dilinizdə gəzən "Peyğəmbər qadağan etdi, səhabə eşitmədiyi üçün Ömər təkrar etdi" nağılları mövcud deyildi.

Biz səhabələrin ancaq bir gün ərzində danışdığı məsələləri götürüb bu məsələni analiz etməməliyik. Çünki, həyat bir gün ərzində görülən işlərdən ibarət deyil. Biz bilmirik sonralar nə olub, İbn Abbasın bütün həyatı boyu danışdığı sözləri götürsək minlərlə kitab yazmaq olar. Yəni, bu məsələnin sonralar öz aralarında həll etməsi də mümkündür. Hətta həll etməsələr belə, bizə Quran və sünnədə olan daha vacibdir.

Сообщение отредактировал alizulfuqar: 10 февраля 2013 - 11:52

#8 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 10 февраля 2013 - 12:00

Arif salam, yuxarıda 1-ci postuma minus qoymamısan, ya da görməmisən, ona da qoy ).

Сообщение отредактировал alizulfuqar: 10 февраля 2013 - 12:01

#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 февраля 2013 - 12:03

Gəlin bu ayəyə yenidən nəzər salaq və şübhələrimiz sona yetsin.

:)/> gülünc haldır, əvvəlcə hədislər haqqında bir şey deməyə çalışdınız lakin alınmadı. və səhabənin təfsiri qarşısında susub qaldınız, indi isə özünüz təfsir etmək istəyirsiniz? maraqldır, harada qaldı səhabə?

hər halda, səhabə sizin öz probleminizdir, lakin mən bildirmək istəyirəm ki, heç kim öz boş başı ilə Quran təfsir edə bilməz, necə ki, Nəbi sa.a buyurub: http://velayet.wordpress.com/2012/08/21/tefsir-akla-degil-nakle-dayanir/

İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa, 24)

İstifadə (cinsi əlaqə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! - Yəni, Qurana əsasən nigahdan sonra kişi ilə zövcə arasında cinsi əlaqə olubsa, kişinin zövcəsinin mehrini tam olaraq verməsi fərzdir. Çünki, Quranda buyurulur: "Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!" (əl-Bəqərə, 237). Yəni, əgər yaxınlıq etmədən boşanarlarsa, qadına mehrin yarısı çatır. Yuxarıdakı ayədə lazımi qaydada yəni, şəri qaydada, Quranda buyurulmuş qaydada, cinsi əlaqə olubsa, mehr tam olaraq verilməlidir. Sonra isə ayənin məntiqi davamı olaraq buyurulur: Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz., yəni nigahdan sonra, cinsi əlaqədən sonra, kişi və zövcə öz aralarında mehrin düşürülməsi, təxirə salınması və ya tamamən imtina edilməsi barədə razılıqlara sahibdirlər.

Amma Mütə nigahında isə qaydaya əsasən kişi cinsi əlaqədən sonra qadına verəcəyi haqqın bir hissəsini verməyə də bilər. Yəni, kişi istəsə, mutə etdiyi qadının razılığı olmadan belə mehrinin yarısından imtina edə bilər. Bu barədə şiəlikdə hədis də var:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: "Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi". O dedi: "O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır" ("Vəsail əş-Şiə", 14/481-482, fəsil 27).

Beləliklə, bu ayənin Mutə nigahı barədə olmadığının bir daha şahidi olduq.

Bu qədər.

siz nə ilə nəyi isbat etmək istəyirsiniz? türklər deməli sap ilə samanı qarışdırmısan. "istifadə etdiyiniz" ifadəsi ilə nəzərdə tutulan məhz mutə nikahıdır. yəni ayədə deyilir: "mutə etdiyiniz qadınlarn...."

bunun ən aşkar şahidi isə səhabə r.a və imamlar a.s-dan nəql olunan təfsirlərdir. hətta təfsirləri belə yox sayıb mutə nikahı ilə bağlı hədislərə baxsan hamısında açıqca görərsən ki, mutə nikahı "istifadə" sözü ilə qəsd edilmişdir. lazım gəlsə bunlardan nümunələr verərik.

o ki, qaldı "Vəsail əş-Şiə" kitabından yazdığın hədisə:

1. "Vəsail əş-Şiə" 14/481-482 Ziyarət kitabına düşür. bu kitabda isə məsumlar a.s-ın ziyarətləri haqqında hədislərdir. "Vəsail əş-Şiə", 14/481-482 isə imam Hüseyin a.s ziyarəti haqqında hədislərin toplandığı babdır, bax: "Vəsail əş-Şiə", 14/481-482

2. hətta belə bir hədisin olduğunu və səhih olduğunu fərz etsək belə bunun ayə ilə heç bir ziddiyəti yoxdur. çünkü məlum olduğu kimi mutə nikahı ilə daimi nikah fərqlidir və hökmlərində fərqlilik olmağı təbiidir. eyni ilə cariyənin hökmü ilə daimi nikah zövcəsinin hökmləri fərqli olduğu kimi. ayədə isə deyilir: "mehlərini lazımi qaydada verin"

və hədisdə imam a.s bu lazimi qaydanın necəliyini izah edir. bununla sən necə istidlal edirsən ki?

əgər sənə lüğəvi cəhətdən təfsir lazımdırsa elə bilməmlisən ki, biz bundan məhrumuq. yox, biz sadəcə Sünnə və hədisi Şərif ilə danışmağı prinsip olaraq qəbul etmişik çünkü ən gözəli və ən kəskin olanı məhz budur. rəylər müxtəlif, qənaətlər fərqli ola bilər və buna görədə hər kəs etiraz edə bilər. ancaq Sünnə birdir və heç bir müsəlmanın inkar etməyəcəyi bir şeydir. amma əgər sən məhz lüğəvi təfsir istəyirsənsə bilməlisən ki, Əllamə Seyyid Təbətəbai r.a "əl-Mizan"da bu ayəni lüğət cəhətindən təfsir etmiş və etirazları cavablandırmışdır. lazım gəlsə Seyyid r.a-ın sözlərini də yerləşdirərik.

Сообщение отредактировал Elmeddin.88: 10 февраля 2013 - 12:04

  • geogrd это нравится

#10 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 10 февраля 2013 - 12:25

Arif salam, yuxarıda 1-ci postuma minus qoymamısan, ya da görməmisən, ona da qoy ).

əleykə . hamisini oxumuşam.iş orasindadi ki minusum qurtardi sabah inşaAllah verəcəm.ikinci !sənun bu kopiya hədisləruvə 2009 cu ildə bu

forumda cavablar verilib,ssilkani verirəm day özüvü əziyyətə salib gogldan kopiyalama.özünü başqalarindan agilli sayanlar axmaglardi...

http://313news.net/forum/index.php?/topic/1943/

Сообщение отредактировал Arif: 10 февраля 2013 - 12:28

ваххабизм – это дистилированный суннизм

#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 февраля 2013 - 12:26

Elmeddin müəllim, bu tərcümələrin hamısı Quranın mənaca tərcüməsidir.

sənə kim icazə verir ki Quranı öz mənalandırdığın şəkildə təcümə edəsən? elə lazım gəlsə idi mən ilk başda bu "istifadə etdiyiniz" sözünü "mutə etdiyiniz" kimi tərcümə edərdim də. burada bizim işimiz elə onsuzda təfsir yəni mənanı araşdırmaqdır. sən isə "təfsiri mənim verdiyim məna (tfəsir) üzərindən edək" deyirsən. :)

Hətta şiə tərcümələri də belə tərcümə edir. Məsələn, Şakirin ingiliscə tərcüməsi belədir - "Then as to those whom you profit by, give them their dowries as appointed; and there is no blame on you about what you mutually agree after (sonra) what is (şey, yəni mehr) appointed (müəyyən edilən)". Göylə işarələdiyim sözün azəricə tərcüməsi belədir - "mehr müəyyən edildikdən sonra". Deməli, Şakir də vəhabi imiş.

Şakir kimdi? mən nə Şakir tanıyıram, nə Ziya nədə bir başqası. mənim tanıdığım Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a-dir. yoxsa səhabə təfsirini sırf sərf etmədiyi üçün tabein təfsirinə dəyişdiyiniz kimi indi də Şakirə nə bilim o birinə dəyişəcəksən?

Bəs nəyə görə biz deyirik ki, hər hansı məsələ barədə səhabələr arasında ixtilaf olmuşdur? Ona görə deyirik ki, çünki həqiqətən də olmuşdur. Lakin bu məsələnin həll edilməsini onların özlərinə buraxırıq, biz isə Quran və sünnədə nə gəlibsə, onunla gedirik. Hətta Mutənin haram olduğunu Ömər (Allah ondan razı olsun) deməsəydi belə, bizə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sözü vacibdir. Hətta Ömər (Allah ondan razı olsun) Mutəni halal bilsəydi belə, biz Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini, sözünü götürürük.

mən sənə hansı dildə deməliyəm ki, sən anlayasan? səhabənin ixtilafının da, içtihadının da, sözünün də, felinin də mənim üçün heç bir əhəmmiyyəti yoxdur. mənim üçün ancaq Kitab və Sünnə vardır. səhabələrdən nəql etdiyim isə şəvsi görüşlər deyil əgər şəxsi görüşlər olsaydı o zaman etiraz edə bilərdin. səhabədən ravi kimi istifadə edirəm və onların Sünnədən nəql etdiklərini gətirirəm.

sizin isə burada "bunu Peyğəmbər yasaqlayıb" deməyinizin tək səbəbi var və bu məlumdur.

Ömər (Allah ondan razı olsun) özü də demişdir ki, bunu Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir.:

İbni Ömər dedi: Ömər bin Xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah (səllallahu aleyhi və səlləm) şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm" (Sünən İbn Macə, Nigah kitabı, 1963)

Şeyx Əlbani həsən demişdir.

Bu linkdə Şeyx Əlbaninin digər hədis kitablarında olan zəif, uydurma hədislərin nömrələri var. Şeyx Əlbani, Zəif Hədislər

Sünən İbn Macə Sünən İbn Macə

və bura bax - Sünən İbn Macə, Nigah kitabı, 1963

bu hədis haqqında elə lazımi mövzuda yazacağam və orada xəta etmişəm. hədis haqqında isə deyirəm:

1. bu bizə qarşı dəlil deyildir. çünkü bizim nəzərimizdə o hədisin heç bir ravisi məlum deyil həmçinin kitabın müəllifi də. mutə nikahını qadağan edənin Rəsulullah s.a.a olduğunu deyən Ömər isə bizə görə kafirdir. odur ki, mutə ikahıı Rəsulullah s.a.a-in qadağan etdiyini, Ömərin isə bunu eşitməyənlər üçün təkrar etdiyini İslami mənbələrdən, səhih sənəd ilə və Ömər, ibni Ömər kimi deyil Salman, Miqdad, Əbu Zərr, Bilal, Cabir, ibni Məsud və bənzəri səhabələrdən r.a nəql etməlisən.

2. bu nəql özü Ömərin sözü ilə müxalifdir. çünkü Ömər mutəni özü qadağan etdiyini demişdir Rəsulullah s.a.a-in deyil:

قال عمر بن الخطاب : متعتان كانتا على عهد رسول الله صلى الله عليه وسلم وأنا أنهى عنهما وأضرب عليهما هذا لفظ أيوب ، وفي رواية خالد أنا أنهى عنهما وأعاقب عليهما . متعة النساء . ومتعة الحج
Ömər b. xəttab dedi: "Rəsulullah s.a.a zamanında 2 mutə var idi, qadınların mutəsi və həcc mutəsi. mən onları nəyh edirəm və edənləri cəzalandıracağam"

mənbələr: http://www.saifoali....ead.php?t=21251

Mən, Əlinin yalnız (Allah ondan razı olsun) İbn Abbasla (Allah ondan razı olsun) bu məsələni aydınlaşdıra biləcəyini nəzərdə tuturdum ).

çox səhv etdin. çünkü sən "Səhihi Müslüm"də mövcud olan hədisdən görürsən ki, ibni Abbas ibni Zübeyrin dikdatorluğu dövründə mutə nikahına fətva verib. Hz. Əli a.s isə bundan çox öncələri şəhid olub.

Çünki, İbn Abbasın nəyi nəzərdə tutduğunu yuxarıda qeyd eləmişəm.

dəlilsiz olaraq və dəlilsiz olan sözün də əhəmiyyəti yoxdur. sən ibni Abbas r.a-ı yxuda görüb ondan rəyini öyrəndin? yoxsa sənə haşa vəhy olundu?

Biz səhabələrin ancaq bir gün ərzində danışdığı məsələləri götürüb bu məsələni analiz etməməliyik. Çünki, həyat bir gün ərzində görülən işlərdən ibarət deyil. Biz bilmirik sonralar nə olub, İbn Abbasın bütün həyatı boyu danışdığı sözləri götürsək minlərlə kitab yazmaq olar. Yəni, bu məsələnin sonralar öz aralarında həll etməsi də mümkündür. Hətta həll etməsələr belə, bizə Quran və sünnədə olan daha vacibdir.

biz bir günü yox uzun bir dövrü götrürük. ibni Abbas r.a mutə nikahına cəvaz verib və bundan heç vaxt dönməyib. "Səhihi Müslüm"də olan hədis ilə düz ibni Zübeyrin diktatorluğu dövrünü öyrənirik. Rəsulullah s.a.a-in vəfatından ibni Zübeyrin dikdatorluğuna nə qədər zaman var? deməli bu müddət ərzində ibni Abbas r.a sözündən dönməyib, həmçinin ibni Abbas r.a-ın səhabələri olan tabeinlərdən də ölənə qədər dönmədiyini öyrənirik.

#12 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 10 февраля 2013 - 18:00

sənə kim icazə verir ki Quranı öz mənalandırdığın şəkildə təcümə edəsən? elə lazım gəlsə idi mən ilk başda bu "istifadə etdiyiniz" sözünü "mutə etdiyiniz" kimi tərcümə edərdim də. burada bizim işimiz elə onsuzda təfsir yəni mənanı araşdırmaqdır. sən isə "təfsiri mənim verdiyim məna (tfəsir) üzərindən edək" deyirsən.

Mən tərcümə eləməmişəm.

Şakir kimdi? mən nə Şakir tanıyıram, nə Ziya nədə bir başqası. mənim tanıdığım Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a-dir. yoxsa səhabə təfsirini sırf sərf etmədiyi üçün tabein təfsirinə dəyişdiyiniz kimi indi də Şakirə nə bilim o birinə dəyişəcəksən?

Sənə hansı şiə tərcümələrini gətirim? Hamısı da eyni şeyi deyir.

Shakirin tərcüməsini burdan oxuya bilərsən - Quran al-islam Özü də sayt şiə saytı olan al-islam.org saytının təşəbbüsü ilə açılıb.

Sonra burdan da oxuya bilərsən Şiə saytı

Orda oxuyarsan - Yet it will not be held against you should you come to other terms about it even after (sonra) what has been (şey, yəni mehr) stipulated (müəyyən, təyin edilən)

çox səhv etdin. çünkü sən "Səhihi Müslüm"də mövcud olan hədisdən görürsən ki, ibni Abbas ibni Zübeyrin dikdatorluğu dövründə mutə nikahına fətva verib. Hz. Əli a.s isə bundan çox öncələri şəhid olub.

dəlilsiz olaraq və dəlilsiz olan sözün də əhəmiyyəti yoxdur. sən ibni Abbas r.a-ı yxuda görüb ondan rəyini öyrəndin? yoxsa sənə haşa vəhy olundu?

Əbu Cəmrə rəvayət etmişdir: "Mən eşitdim ki, İbn Abbasdan Mutə barədə soruşuldu və o, buna icazə verdi. Bunu eşidən azad olmuş köləsi ona dedi: "Bunu zəruri, vacib ehtiyacdan dolayı və qadınların çox az olduğu vaxt etmək olar." Bunu eşidən İbn Abbas dedi: "Bəli". (Səhih Buxari, Nigah kitabı, 51)

İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsinin haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsinin haram olmamasıdır.

deməli bu müddət ərzində ibni Abbas r.a sözündən dönməyib, həmçinin ibni Abbas r.a-ın səhabələri olan tabeinlərdən də ölənə qədər dönmədiyini öyrənirik.

İbn Abbas (Allah ondan razı olsun) fikrindən dönüb.

Sonralar İbn Abbas insanların Mutə nigahına ötəri yanaşdıqlarını və zərurətsiz, vacib ehtiyacsız Mutə etdiklərini görərək öz görüşündən dönmüşdür. (Zad əl-Məad, cild 4, Səhih olmayan nigahlar başlığı, Mutə nikahı) kitabı burdan yüklə -
Zad əl-Məad

#13 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 февраля 2013 - 18:17

Mən tərcümə eləməmişəm.

kim edibsə nə fərqi var? səni düşüncən yoxdur ki, mövzu nə haqqındadır?

Sənə hansı şiə tərcümələrini gətirim? Hamısı da eyni şeyi deyir.

Shakirin tərcüməsini burdan oxuya bilərsən - Quran al-islam Özü də sayt şiə saytı olan al-islam.org saytının təşəbbüsü ilə açılıb.

Sonra burdan da oxuya bilərsən Şiə saytı

Orda oxuyarsan - Yet it will not be held against you should you come to other terms about it even after (sonra) what has been (şey, yəni mehr) stipulated (müəyyən, təyin edilən)

mən eyni şeyi neçə dəfə deməliyəm? sən sadə şeyləri anlamırsan yoxsa anlamaq sərf etmir? mənim üçün əsas olan Kitab və Sünnədir, hər hansı bir tərcüməçi deyil. sən inanırsan ki, mən səhih hədisləri bir kənara qoyub hansısa tərcüməçinin sözünü qəbul edəcəm? bəlkə szdə işlər belədir, sərf etməyədə, hədislərə göz yumulur ancaq bizə əsla belə deyil.

Əbu Cəmrə rəvayət etmişdir: "Mən eşitdim ki, İbn Abbasdan Mutə barədə soruşuldu və o, buna icazə verdi. Bunu eşidən azad olmuş köləsi ona dedi: "Bunu zəruri, vacib ehtiyacdan dolayı və qadınların çox az olduğu vaxt etmək olar." Bunu eşidən İbn Abbas dedi: "Bəli". (Səhih Buxari, Nigah kitabı, 51)

İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsinin haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsinin haram olmamasıdır.

cavab:

1. bilmirəm hansı dildə danışam ki, sizlər anlayasınız. "nasibi nasibinin dilindən anlayar" deyə düşünrəm:

لا معنى لاحتجاجنا عليهم برواياتنا ، فهم لا يصدّقونها ، ولا معنى لاحتجاجهم علينا برواياتهم فنحن لا نصدّقها ، وإنّما يجب أن يحتجّ الخصوم بعضهم على بعض بما يصدقّه الذي تقام عليه الحجّة به
Şiələrə qarşı öz hədislərimizdən dəlil gətirməyin mənası yoxdur. çünkü şiələr bu hədisləri qəbul etmirlər. Şiələrin də bizə qarşı öz hədislərini dəlil gətirməklərinin mənası yoxdur, çünkü bizə o hədisləri qəbul etmirik. bu səbəbə görə müxaliflərlə münazirə edərkən müxalifə müxalifin qəbul etdiyi və onun üçün hüccət sayılan kitablardan dəlil gəlil gətirilməlidir

ibni Həzm, "əl-Fasl fi əl-Əhva...", 4/159

ve bizim şeyximiz Hüseyin əl-Amuli r.a sünnü məbələri və hədisləri haqqında deyib:

إذا عرفت ذلك فصحاح العامة كلها وجميع ما يروونه غير صحيح
səhih kitabları və bütün rəvayət etdikləri səhih deyildir.

Şeyx Hüseyin əl-Amuli r.a, "Vusulul Əxyar", səhifə 94

İbn Abbas (Allah ondan razı olsun) fikrindən dönüb.

Sonralar İbn Abbas insanların Mutə nigahına ötəri yanaşdıqlarını və zərurətsiz, vacib ehtiyacsız Mutə etdiklərini görərək öz görüşündən dönmüşdür. (Zad əl-Məad, cild 4, Səhih olmayan nigahlar başlığı, Mutə nikahı) kitabı burdan yüklə -
Zad əl-Məad

türklərin dili ilə desək bu lap buynuzlu yalandır. çünkü:

1. ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə öz görüşündən dönməmişdir. və həmçinin onun səhabələri olan Tavus, ibni Cüreyc və bu kimi tabeinlər də mutə nikahının halal olduğu görüşünü ibni Abbas r.a-dan əxz etmiş və bu düşüncə üzərə qalmışdırlar.

2. bu barədə bütün nəql etdikləriniz bizə qarşı dəlil olmamaqla birlikdə həmçinin öz hədis elminizə görədə səhih deyildir, bax: http://velayet.wordpress.com/2012/08/24/ibni-battal-sahih-olan-ibni-abbasin-nezdinde-muta-nikahi-helaldir-ve-buna-uyan-siadir/

#14 Raykard

Raykard

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 11 февраля 2013 - 00:13

İmam Qurtubiyə görə nisa 24 mütə ayəsidir.

#15 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 11 февраля 2013 - 02:58

əş-Şəvkəni,ən-Nisa 24 təfsirində

وقال الجمهور : إن المراد بهذه الآية نكاح المتعة الذي كان في صدر الإسلام
Cumhur dedi: Bu ayədən (Nisa 24) məqsəd mutə nigahıdır ki,islamın əvvələrində olmuşdur.

http://www.islamweb....rano=4&ayano=24

əl-Qurtubi, ən-Nisa 24 təfsirində
وقال الجمهور : المراد نكاح المتعة الذي كان في صدر الإسلام
Cumhur dedi: (Ayədən) məqsəd mutə nigahıdır ki,islamın əvvələrində olmuşdur.

http://www.islamweb....rano=4&ayano=24

#16 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 11 февраля 2013 - 11:43

1. ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə öz görüşündən dönməmişdir. və həmçinin onun səhabələri olan Tavus, ibni Cüreyc və bu kimi tabeinlər də mutə nikahının halal olduğu görüşünü ibni Abbas r.a-dan əxz etmiş və bu düşüncə üzərə qalmışdırlar.

2. bu barədə bütün nəql etdikləriniz bizə qarşı dəlil olmamaqla birlikdə həmçinin öz hədis elminizə görədə səhih deyildir, bax: http://velayet.wordpress.com/2012/08/24/ibni-battal-sahih-olan-ibni-abbasin-nezdinde-muta-nikahi-helaldir-ve-buna-uyan-siadir/[/font][/size]

İbn Abbasın (Allah ondan razı olsun) fikrindən döndüyünü deyən alimlər aşağıdakılardı:

1) İmam Tirmizi "əl-Cami" cild 5, səh 49-da demişdir: "İbn Abbas buna (Mutə nikahı) icazə vermişdir, lakin sonralar öz fikrindən dönərək bunun Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini demişdir."

2) Əbu Bəkr əl-Cəssas Əhkəmul Quran, cild 2, səh 148-149-da demişdir: "Cabir ibn Zeyddən rəvayət olunur ki İbn Abbas Mutə nikahı icazə verilməsi fikrindən dönmüşdür."

3) İmam Qurtubi Əhkəmül Quran, cild 5, səh 132-də qeyd edir ki, Əbu Bəkr ibn əl-Ərəbi demişdir: "İbn Abbas əvvəllər Mutə nikahına icazə vermişdir, lakin səhih rəvayətlərə əsasən o, fikrindən dönmüşdür və bundan sonra icmaya əsasən Mutə nikahı qadağan olunmuş kimi saxlanıldı."

4) əl-Bağavi Şərh əl-Sünnə, cild 9, səh 100-də deyir: "Bəzi rəvayətlər İbn Abbasın Mutə nikahına icazə verdiyini deyir. Həmçinin, deyilir ki, o, buna ancaq zəruri, vacib ehtiyacdan dolayı icazə vermişdir. Lakin buna baxmayaraq doğru olan budur ki, o, öz fikrindən dönmüşdür və bunu qadağan etmişdir. Sonra bütün müsəlman alimləri bunun qadağan olduğuna icma etmişdilər.

5) Şeyxül İslam İbn Teymiyyə Minhəc əl-Sünnə, cild 2, səh 156-da qeyd etmişdir: "Rəvayət edilir ki, İbn Abbas ona yazılı şəkildə dəlil gətirildikdən sonra öz fikrindən dönmüşdür."

#17 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 11 февраля 2013 - 12:21

İmam Qurtubiyə görə nisa 24 mütə ayəsidir.

Bu İbn Qurtubiyə görə deyil, ibn Huveyzimendad-a görə belədir - İbn Huveyzimendad. Yenə cümlənin əvvəli, axırını yazmamısız, ona görə də belə alınır. Amma biz bilirik ki, ibn Huveyzimendad öz görüşündə səhvə yol vermişdir, çünki yuxarıda da gətirdiyim kimi, alimlər Mutənin qadağan olunmasında ittifaq etmişdilər.
Camaatı çaşdırmaqdansa, gör İbn Qurtubi nə deyir bu ayənin təfsirində - Mutə nikahının neçə dəfə caiz olub sonra nəsx olunduğu barədə

Сообщение отредактировал alizulfuqar: 11 февраля 2013 - 12:27

#18 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 11 февраля 2013 - 12:50

İbn Abbasın (Allah ondan razı olsun) fikrindən döndüyünü deyən alimlər aşağıdakılardı:

1) İmam Tirmizi "əl-Cami" cild 5, səh 49-da demişdir: "İbn Abbas buna (Mutə nikahı) icazə vermişdir, lakin sonralar öz fikrindən dönərək bunun Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini demişdir."

2) Əbu Bəkr əl-Cəssas Əhkəmul Quran, cild 2, səh 148-149-da demişdir: "Cabir ibn Zeyddən rəvayət olunur ki İbn Abbas Mutə nikahı icazə verilməsi fikrindən dönmüşdür."

3) İmam Qurtubi Əhkəmül Quran, cild 5, səh 132-də qeyd edir ki, Əbu Bəkr ibn əl-Ərəbi demişdir: "İbn Abbas əvvəllər Mutə nikahına icazə vermişdir, lakin səhih rəvayətlərə əsasən o, fikrindən dönmüşdür və bundan sonra icmaya əsasən Mutə nikahı qadağan olunmuş kimi saxlanıldı."

4) əl-Bağavi Şərh əl-Sünnə, cild 9, səh 100-də deyir: "Bəzi rəvayətlər İbn Abbasın Mutə nikahına icazə verdiyini deyir. Həmçinin, deyilir ki, o, buna ancaq zəruri, vacib ehtiyacdan dolayı icazə vermişdir. Lakin buna baxmayaraq doğru olan budur ki, o, öz fikrindən dönmüşdür və bunu qadağan etmişdir. Sonra bütün müsəlman alimləri bunun qadağan olduğuna icma etmişdilər.

5) Şeyxül İslam İbn Teymiyyə Minhəc əl-Sünnə, cild 2, səh 156-da qeyd etmişdir: "Rəvayət edilir ki, İbn Abbas ona yazılı şəkildə dəlil gətirildikdən sonra öz fikrindən dönmüşdür."

sən hansı dildə anlayırsan? denən bizdə o dildə danışaq ki, sən başa düşəsən çünkü sənin ana dilimizdə başa düşmədiyini görürəm əks halda eyni şeyi dəfələrlə təkrar etməzdin. bir daha təkrar edirəm ancaq, bundan sonra təkrar olmayacaq çünkü hər təkrar silinəcək:

1. sənin hədis kitablarında, alimclərində mənim üçün dəlil deyil, eyni ilə mənim hədis kitablarımın və alimlərimin sözünün sənə qarşı dəlil olmadığı kimi. ona görədə mənə qarşı bir şeyi isbat etmək üçün mütləq mənə mənim mənbələrimdən dəlil gətirməlisən.

2. sənin bu gətirdiklərin alim rəyləridir, hansı ki, bu alimlərin heç biri ibni Abbas r.a-ı yox heç onun səhabələri olan tabeinləri belə görməyiblər. nə bilirlər ki, ibni Abbas r.a görüşündən dönüb? vəhy alıblar? yoxsa əllərində nəqli dəlil var? əgər "əllərində nəqli dəlil var" desən məndə deyirəm: bu nəqli dəlillər elə sizin hədis elminizə görə heç bir şey ifadə etməyən dəyərsiz şeylərdir. və bunu da sizin ən azı hədis elmini səndən daha yaxşı bilən bir aliminiz deyir: http://velayet.wordpress.com/2012/08/24/ibni-battal-sahih-olan-ibni-abbasin-nezdinde-muta-nikahi-helaldir-ve-buna-uyan-siadir/

həmçinin, mən ibni Abbas r.a-a nisbət etdiyiniz bu qondarmalar haqqında müstəqil cavablar verib hər birinin sənədini də analiz edə bilərəm. misal üçün burada birini naliz etmişəm: http://velayet.wordpress.com/2012/08/24/muminun-suresi-6-ci-ayet-muta-nikahini-nesh-etmis-midir/

  • qulam это нравится

#19 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 11 февраля 2013 - 13:08

Bu İbn Qurtubiyə görə deyil, ibn Huveyzimendad-a görə belədir - İbn Huveyzimendad. Yenə cümlənin əvvəli, axırını yazmamısız, ona görə də belə alınır. Amma biz bilirik ki, ibn Huveyzimendad öz görüşündə səhvə yol vermişdir, çünki yuxarıda da gətirdiyim kimi, alimlər Mutənin qadağan olunmasında ittifaq etmişdilər.
Camaatı çaşdırmaqdansa, gör İbn Qurtubi nə deyir bu ayənin təfsirində - Mutə nikahının neçə dəfə caiz olub sonra nəsx olunduğu barədə

sən bu qədər vəhhabisən ki, ovuduğunu başa düşmürsən? bu ibni xuzeyiməndadın yox, Qurtubinin sözüdür. gəl birlikdə həmin səhifəni başdan oxyaq:

İbn Huveyzimendâd der ki: Âyet-i kerimenin mut'a nikâhının caiz oluşu şeklinde yorumlanması yerinde değildir, doğru olamaz. Çünkü Rasulullah (sav), mut'a nikâhını yasaklamış ve haram kılmıştır. Diğer taraftan yüce Al­lah da: "Onları velilerinin izniyle nikahlayın" (en-Nisa, 4/25) diye buyur­maktadır. Bilindiği gibi, velilerin izniyle yapılan nikâh şer'î bir nikâh olan ve bir veli ile iki şahidin huzurunda yapılan nikâhtır. Mut'a nikâhı İse böyle de­ğildir. Cumhur der ki: Bundan kasıt İslâmın ilk dönemlerinde uygulanan mut'a nikâhıdır. İbn Abbas, Ubey ve İbn Cübeyr ise, âyet-i kerimenin bu bölümü­nü şöylece okumuşlardır: O hal­de onlardan hangisi ile belli bir süreye kadar faydalandı İseniz, ondan do­layı onlara mehirlerini veriniz".

sən vəhhabiliyi bir qırağa qoy və sonra normal bir insan kimi bu sözləri oxu. ibni xuzeymidad deyir ki, "ayəni mutə nikahının caiz olduğu şəklində təfsir etmək doğru deyil" sorada durub deyir ki "cumhur bu ayədən məqsəd mutə nikahıdır deyib"?

heç olmazsa raykard qardaşın verdiyi linkdə yüklənən şəkillərə bir doğru-düzgün baxaydın. onda görərdin ki, "cumhur deyib" cümləsi təzə abzasdan başlayır ay vəhhabi. birdə ki, müfəssirin adı "ibni Qurtubi" yox "Qurtubi"dir. sən hələ müəllifin adını doğru-düzgün bilmədiyin halda nəyin iddiasıı edirsən?

amma sənin "alimlər Mutənin qadağan olunmasında ittifaq etmişdilər." gəlincə:

1. bu söz sırf yalandır, özüdə türklər deməli buynuzlu yalandır. sən heçnə anlamayan bir cahilsən ki, bu sözü deyirsən? Əhli Beyt a.s, səhabələr r.a, tabeinlər və hətta bəzi əhli sünnə alimləri belə mutə ikahını caiz saydıqları halda sən hansı ittifaqdan danışırsan? əgər lazım olsa bu məsələdə icmanın olmadığını deyən neçə-neçə alimdən sitat gətirərəm. icmanın olduğunu deyən isə açıq-aşkar bir yalançıdır. çünkü Əhli Beyt a.s, səhabələr r.a və tabeinlər onun caiz olduğunu demişdirlər, bax: http://velayet.wordpress.com/2012/08/24/muta-nikahinin-helal-oldugunu-soyleyen-sahabe-ve-tabiinler/

2. hətta icma olsaydı belə bizim nəzərimizdə sizin alimlərinizin icmasının it tükü qədər dəyəri olmazdı. çünkü:

a) Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a açıqca mutə nikahının caiz olduğunu bildirir. kitabdan dəlil elə bu mövzuda haqqında danışdığımız Nisa 24-cü ayədir, ayənin mutə nikahı haqqında olduğu da imamlar a.s və səhabələr r.a-dan nəqlən sabitdir. Sünnədən dəlil isə inşaAllah sonraki yazımızda.
B) sizin alimlər kimdir ki, onlarn icması müsəlmanlara qarşı dəlil olsun?

  • qulam это нравится

#20 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 11 февраля 2013 - 17:04

İbn Abbasın (Allah ondan razı olsun) fikrindən döndüyünü deyən alimlər aşağıdakılardı:

1) İmam Tirmizi "əl-Cami" cild 5, səh 49-da demişdir: "İbn Abbas buna (Mutə nikahı) icazə vermişdir, lakin sonralar öz fikrindən dönərək bunun Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini demişdir."

2) Əbu Bəkr əl-Cəssas Əhkəmul Quran, cild 2, səh 148-149-da demişdir: "Cabir ibn Zeyddən rəvayət olunur ki İbn Abbas Mutə nikahı icazə verilməsi fikrindən dönmüşdür."

3) İmam Qurtubi Əhkəmül Quran, cild 5, səh 132-də qeyd edir ki, Əbu Bəkr ibn əl-Ərəbi demişdir: "İbn Abbas əvvəllər Mutə nikahına icazə vermişdir, lakin səhih rəvayətlərə əsasən o, fikrindən dönmüşdür və bundan sonra icmaya əsasən Mutə nikahı qadağan olunmuş kimi saxlanıldı."

4) əl-Bağavi Şərh əl-Sünnə, cild 9, səh 100-də deyir: "Bəzi rəvayətlər İbn Abbasın Mutə nikahına icazə verdiyini deyir. Həmçinin, deyilir ki, o, buna ancaq zəruri, vacib ehtiyacdan dolayı icazə vermişdir. Lakin buna baxmayaraq doğru olan budur ki, o, öz fikrindən dönmüşdür və bunu qadağan etmişdir. Sonra bütün müsəlman alimləri bunun qadağan olduğuna icma etmişdilər.

5) Şeyxül İslam İbn Teymiyyə Minhəc əl-Sünnə, cild 2, səh 156-da qeyd etmişdir: "Rəvayət edilir ki, İbn Abbas ona yazılı şəkildə dəlil gətirildikdən sonra öz fikrindən dönmüşdür."

Buxari, İbni-Abbasın bu sözünü rəvayət edir: "Biz peyğəmbər ilə din vuruşlarında iştirak edirdik və yanımızda qadınlar olmazdı, buna görə dedik: Xədim olaqmı? (cinsi əlaqədən qalmış) Peyğəmbər bunu bizə qadağan etdi və bundan sonra başlıq olaraq, qadına paltar verib, onunla evlənməyə bizə icazə verdi, sonra bu ayəni oxudu: «Ey iman gətirənlər, Allahın sizin üçün halal etdiyi yaxşı şeyləri özünüzə haram etməyin». (5.Maidə surəsi, 87.)
{ Səhih-Buxari. Cild 6, səh. 110, "Kitabut-təfsir". Bu ayənin təfsirinin babı. }

Şəkildə gördüyün əhli sünnə alimi Qurtubinin “əl-Camiul Əhkam” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:

ehli-beyt-mute-qurtubi.jpg mute-ayesi-qurtubi.jpg

وقال الجمهور : المراد نكاح المتعة الذي كان في صدر الإسلام . وقرأ ابن عباس وأبي وابن جبير فما استمتعتم به منهن إلى أجل مسمى فآتوهن أجورهن

Cümhur deyir ki: Bundan qəsd İslamın ilk dövrlərində tətbiq olunan mütə nigahıdır. İbni Abbas, Ubey və İbni Cübeyr isə ayənin bu hissəsini beləcə oxumuşlar: “O halda onlardan hansı ilə müəyyən bir vaxta qədər faydalandınızsa, ondan ötəri onlara mehrlərini verin.”
Qurtubi, “əl-Camiul Əhkam”, 6/215, Nisa surəsinin təfsiri

Gördüyümüz kimi Qurtubi bu ayə ilə qəsd edilənin mutə nigahı olduğunu söyləmək ilə qalmır, bu mövzuda icma olduğunu söyləyir. Yəni bu ayədən muradın mutə nigahı olduğunu söyləyən yalnız Şiə deyil, əksinə Əhli Sünnənin öz cumhuru ​​belə bunu söyləyir.

ваххабизм – это дистилированный суннизм

#21 alizulfuqar

alizulfuqar

    Arif – Corporal

  • Murid
  • 84 сообщений

Отправлено 11 февраля 2013 - 21:16

Hədisi nəyi var səhv yazmısan, heç yazdığın hədisi canlı olaraq görməmisən, hardansa kopyalamısan. Yüklə və oxu - Səhih Buxari, Təfsir kitabı, hədis 137 Həmin hədisi Abdullah ibn Məsud nəql edir. İkincisi, Abdullah ibn Məsuda görə Mutə nikahı icazəli idi, çünki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bunu Qiyamətəcən haram etdiyini eşitməmişdir. Səhih Müslim, Nikah kitabı, 1406Sünən İbn Macə, 1962Sünən İbn Macə, 1962, Şeyx Əlbani, səhih Üçüncüsü, həmin ayəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) yox, İbn Məsudun özü deyir. Çünki, o zaman Mutə nikahı halal idi, ona görə bu ayəni oxudu. Dördüncüsü, hədisin şərhçiləri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını müəyyən bir vaxta kimi edilməsinə icazə verdiyini bildirmişlər.

Birincisi, cumhur nə vaxtdan icma oldu? Cumhur çoxluq deməkdir əgər bilmirsənsə. İcma isə bütün alimlər yekdil rəydə olanda deyilir. Bu görüşdə əhli sünnə alimlərinin icmasının olduğunu yuxarıda qeyd eləmişəm. Təkrar etməyə ehtiyac yoxdur.

Сообщение отредактировал alizulfuqar: 11 февраля 2013 - 21:18

#22 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 11 февраля 2013 - 22:09

Hədisi nəyi var səhv yazmısan, heç yazdığın hədisi canlı olaraq görməmisən, hardansa kopyalamısan. Yüklə və oxu - Səhih Buxari, Təfsir kitabı, hədis 137 Həmin hədisi Abdullah ibn Məsud nəql edir. İkincisi, Abdullah ibn Məsuda görə Mutə nikahı icazəli idi, çünki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bunu Qiyamətəcən haram etdiyini eşitməmişdir. Səhih Müslim, Nikah kitabı, 1406Sünən İbn Macə, 1962Sünən İbn Macə, 1962, Şeyx Əlbani, səhih Üçüncüsü, həmin ayəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) yox, İbn Məsudun özü deyir. Çünki, o zaman Mutə nikahı halal idi, ona görə bu ayəni oxudu. Dördüncüsü, hədisin şərhçiləri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını müəyyən bir vaxta kimi edilməsinə icazə verdiyini bildirmişlər.

gətirdiyin (əslində heç nə gətirməmisən) hədislərin heç biri səhih deyil.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#23 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 12 февраля 2013 - 00:42

Hədisi nəyi var səhv yazmısan, heç yazdığın hədisi canlı olaraq görməmisən, hardansa kopyalamısan. Yüklə və oxu - Səhih Buxari, Təfsir kitabı, hədis 137 Həmin hədisi Abdullah ibn Məsud nəql edir. İkincisi, Abdullah ibn Məsuda görə Mutə nikahı icazəli idi, çünki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bunu Qiyamətəcən haram etdiyini eşitməmişdir. Səhih Müslim, Nikah kitabı, 1406Sünən İbn Macə, 1962Sünən İbn Macə, 1962, Şeyx Əlbani, səhih Üçüncüsü, həmin ayəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) yox, İbn Məsudun özü deyir. Çünki, o zaman Mutə nikahı halal idi, ona görə bu ayəni oxudu. Dördüncüsü, hədisin şərhçiləri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını müəyyən bir vaxta kimi edilməsinə icazə verdiyini bildirmişlər.

Birincisi, cumhur nə vaxtdan icma oldu? Cumhur çoxluq deməkdir əgər bilmirsənsə. İcma isə bütün alimlər yekdil rəydə olanda deyilir. Bu görüşdə əhli sünnə alimlərinin icmasının olduğunu yuxarıda qeyd eləmişəm. Təkrar etməyə ehtiyac yoxdur.

birincisi sende hardansa kopiyalayirsan ,oz gozunde tiri gor.ikincisi men senun vehabi mentiginnen yashasam ( Allah gostermesin ) onda gerek ki mentigine gore peygember s.a.a geyretsiz olub sonra qeyrete gelib.Allaha penah apariram suzderden.Allah hidayet elesin yaziqsuz.yoxsa Omarciyiniz ResulAllahdan s.a.a ozunu qeyretli saydi ,qeytet bogdu onu belke budu problem ?ucuncusu, indi de eqidenizi ortbasdir edirsiz nala mixa vura vura ? Vehabi,dorduncusu ozun de bilmeden etiraf etdin ki, ibni mesud mute ayesini oxudu (nisa 24)demek nisa 24 mute ayesi olmagini etiraf edirsen.indi ayeni nexs eden ayeni goster ya da Qurana iman getir , Omere yox
ваххабизм – это дистилированный суннизм

#24 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 12 февраля 2013 - 12:12

Hədisi nəyi var səhv yazmısan, heç yazdığın hədisi canlı olaraq görməmisən, hardansa kopyalamısan.

bəli, Arif qardaş hədisi səhv yazıb, lakin onu kopyaladığı üçün niyə qınayırsan? məgər sən özün copy-paste nümayəndəsi deyilsənmi?

İkincisi, Abdullah ibn Məsuda görə Mutə nikahı icazəli idi, çünki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bunu Qiyamətəcən haram etdiyini eşitməmişdir. Səhih Müslim, Nikah kitabı, 1406Sünən İbn Macə, 1962Sünən İbn Macə, 1962, Şeyx Əlbani, səhih

Abdullah b. Məsud r.a-a görə mutə nikahı caizdir şəklindəki etirafın doğrudur. çünkü hədislərlə b sabitdir. lakin Rəsulullah s.a.a-in onu qadağan etdiyi haqqında sözün sırf yalan və Rəsulullah s.a.a-ə iftiradır. sözünün yalan və iftira olduğu 2 vəch ilə sabitdir:

1. ibni Zübeyrin dikdatorluğu dövründə ibni Abbas r.a ona qarşı mutə nikahının caiz olduğuna dair Sünnəti Nəbəvi s.a.a ilə dəlil gətirmişdir. və ibni Zübeyr bu dəlil qarşısında cavabsız qalmışdır. əgər Nəbi s.a.a bu nikahı qadağan etmiş olsaydı ibni Zübeyr bu barədə ibni Abbas r.a-a bunu dəlil gətirməli idi. ibni Zübeyr l.a-ın ibni Abbas r.a-ın sünnə ilə ihticac etməsi qarşısında susması hələ ibni Zübeyr dövründə "Nəbi s.a.a bu nikahı qadağan edib" şəklində bir əfsanənin olmadığını göstərir.

2. imam Əli a.s, ibni Abbas, Cabir və İmran b. Hüseyin r.a kimi səhabələr və hətta dikdator Ömər b. xəttab belə bu nikahı qadağan edənin Ömərin özü olduğunu bildirməkdədir, bax: səhabə r.a: "mutə nikahını Ömər qadağan edib"

Üçüncüsü, həmin ayəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) yox, İbn Məsudun özü deyir. Çünki, o zaman Mutə nikahı halal idi, ona görə bu ayəni oxudu.

bəli, ayəni qiraət edən ibni Məsud r.a-dır. bu ayəni oxuyaraq demək istədiyi şey isə budur ki, Allah c.c bu işi halal etmişdir, elə isə boş başınız kimi boş sözlər söyləməyin.

Dördüncüsü, hədisin şərhçiləri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını müəyyən bir vaxta kimi edilməsinə icazə verdiyini bildirmişlər.

hədisin şərhciləri yalan deyir, özüdə lap buynuzlu yalan. hədisin şərhciləri Rəsulullah s.a.a-i görüb? yoxsa vəhy alıblar? amma Rəsulullah s.a.a-i görən, əmisi oğlu və səhabəsi olan, Rəsulullah s.a.a-in haqqında "Allahım ona kitabın təvilini öyrət" deyə dua etdiyi ibni Abbas r.a Rəsulullah s.a.a-in sünnəsində bu işin halal olduğunu demişdir və ibni Zübeyr burada cavabsız qalmışdır.

Birincisi, cumhur nə vaxtdan icma oldu? Cumhur çoxluq deməkdir əgər bilmirsənsə. İcma isə bütün alimlər yekdil rəydə olanda deyilir.

cumhur yəni misal üçün əgər 10 alim varsa onun ən azı 6-sı deyib ki, bu ayə mutə ayəsidir. yəni avtomatik olaraq yerdə qalan 4 nəfərin görüşü şazz görüş olacaq.

Bu görüşdə əhli sünnə alimlərinin icmasının olduğunu yuxarıda qeyd eləmişəm. Təkrar etməyə ehtiyac yoxdur.

yuxarıda bu yalana cavab verildi, onu nəql etmək ilə kifayətlənirik:

1. bu söz sırf yalandır, özüdə türklər deməli buynuzlu yalandır. sən heçnə anlamayan bir cahilsən ki, bu sözü deyirsən? Əhli Beyt a.s, səhabələr r.a, tabeinlər və hətta bəzi əhli sünnə alimləri belə mutə ikahını caiz saydıqları halda sən hansı ittifaqdan danışırsan? bilmirəm, bəlkə mutə nikahını caiz olaraq qəbul edən bu imamlar a.s, səhabələr r.a və tabeinlər sizə görə müsəlman deyil?

əgər lazım olsa bu məsələdə icmanın olmadığını deyən neçə-neçə alimdən sitat gətirərəm. icmanın olduğunu deyən isə açıq-aşkar bir yalançıdır. çünkü Əhli Beyt a.s, səhabələr r.a və tabeinlər onun caiz olduğunu demişdirlər, bax: http://velayet.wordpress.com/2012/08/24/muta-nikahinin-helal-oldugunu-soyleyen-sahabe-ve-tabiinler/

2. hətta icma olsaydı belə bizim nəzərimizdə sizin alimlərinizin icmasının it tükü qədər dəyəri olmazdı. çünkü:

a) Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a açıqca mutə nikahının caiz olduğunu bildirir. kitabdan dəlil elə bu mövzuda haqqında danışdığımız Nisa 24-cü ayədir, ayənin mutə nikahı haqqında olduğu da imamlar a.s və səhabələr r.a-dan nəqlən sabitdir. Sünnədən dəlil isə inşaAllah sonraki yazımızda.
c) sizin alimlər kimdir ki, onlarn icması müsəlmanlara qarşı dəlil olsun?

Сообщение отредактировал Elmeddin.88: 12 февраля 2013 - 12:44

#25 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 17 августа 2014 - 11:40

#26 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 17 августа 2014 - 11:41

#27 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 17 августа 2014 - 11:58

Əssalamu aleykum~ Zəhmət olmasa bu kəzzabın roliklərinə cavab verərdiz.

#28 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 17 августа 2014 - 12:20

#29 vidadi1232

vidadi1232

    Raqib – Seargeant

  • Murid
  • 160 сообщений

Отправлено 17 августа 2014 - 12:31

#30 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 21 августа 2014 - 06:41

Əssalamu aleykum~ Zəhmət olmasa bu kəzzabın roliklərinə cavab verərdiz.

Bismihi təala .

Va Aleykum əs-salam va rahmətullah.

1. Əziz qardaşım, birdəfəlik anlamaq lazımdır ki, şiə kitablarında hansısa hədisin gəlməsi əvvəla o demək deyildir ki, alim hədisi qəbul edir. Əgər bir şiə mutə haqqında kitab yazır və Həzrət Əliyə nisbət verilən "peyğəmbər Xeybər günündə mutəni qadağan etdi" məzmunlu hədisi yazırsa, bu hələ o demək deyildir ki, hədisi qəbul edir deyə yazır. Hədisin mətnini rədiyyə vermək üçün, irad bildirmək üçün, araşdırmaq üçün və s. səbəblərdən ötrü də yaza bilər. Odur ki, bir müəllifin kitabında hansısa hədisin keçməsi müəllifin həmin hədisin məzmunun doğruluğuna inanması anlamına gəlməz.

2. Bu şəxs yalançı olduğundan "bir rafizi ilə danışdım... mənə dedi ki..." və s. bu qəbildən sözlərinə etibar edilməz. :rolleyes: Danışan yalançı, haqqında danışdığı adam məchul. ) Buna ancaq onu öz gözündə bütləşdirib "elm əhli" kimi etibar edən cahil təbəqə inana bilər )

3. İddia edir ki, rafizi ona "Əlinin təqiyyə etdiyini" deyib. Əvvəla, qeyd etdiyim kimi, bu yalançının sözünə etibar edilmədiyinə görə bunun həqiqətən də bu barədə bir şiə elm əhli danışıb danışmaması məlum deyil. Bir şiə ilə bu barədə danışıbsa onun elm əhli olub olmaması məlum deyil. Elm əhlidirsə, onun belə söz deyib deməməsi məlum deyil. Ümumiyyətlə, şiə elm əhli ilə danışıbsa həmin insanın dediklərini bu cahilin başa düşüb düşməməsi belə məlum deyil. Ancaq zahirən bilinən budur ki, bu həm yalançıdır, həm də cahildir.

4. Şiə kitablarından bu barədə nəql edilən rəvayətlərin sənədində müxaliflər var. Odur ki, şiə hədis üsuluna görə bu kimi hədislər səhih sayılmır. Halbuki, daha güclü dəlillərə əsasən mutə hazırda da caizdir. Ümumiyyətlə, şiə hədis üsuluna görə hədislərin məzmununda ziddiyyət yaranarsa, bunun həll edilməsi yolları var və bu yollar bu cahilin iddia etdiyi kimi nəfsə görə deyil. Əgər şiə nəfsinə görə hədis uydursaydı, yaxud mövcud hədisləri nəfsinə uyub səhih görsəydi, Yezid kimi birinin xəlifə ola biləcəyi və onun xilafətinin şəriətə uyğun olması, ona beyət etməyin şəriətə uyğun olması xüsusunda hədislər uydurar beləcə istənilən kimsənin istər zorla, istər xoşla hakimiyyətə çata biləcəyi barədə , hakimiyyəti zamanı nəfsinə uyub istənilən hərəkəti etsə də ona itaət edilməsi barədə hədislər uydurar , beləcə özləri üçün də xilafət məqamına yol açardılar. :rolleyes:

5. Yox əgər mutəni caiz görmək nəfsə itaətdirsə, mutəni ALlah və rəsulu caiz görüb. Hətta, bu məsələdə sonradan qadağan edilib-edilməməsi də mühim deyil.Məgər icazəli olduğu zamanlarda insanların nəfsani istəklərinə görə caiz idimi? Lap fərz etsək ki, insanların nəfsani istəklərinə görə caiz idi, o zaman bu icazəni Allah və rəsulu verdiyi üçün heç bir problem yoxdur.

6. Məsələ insanın nəfsani istəklərinin təmin edilməsi üçün bir şeyin icazəli olması deyil. Hətta daimi kəbinin özündə belə nəfsani istəklər təmin edilir. Deməli, nəfsani istəklərin təmin edilməsi üçün bir şeyin icazəli olması "nəfsə tabe olmaq" deyil. Nəfsə tabe olmaq Allahın halalını haram, haramını halal etməkdir. Nəfsə tabe olmaq " Allah rəsulunun dövründə bu var idi ..mən sizə qadağan edirəm" deməkdir .

7. İbn Abbasa (r.a) gəlincə... Haqqında danışılan qadağa Xeybər döyüşünə aid edilir. Peyğəmbər (s.a.s) bu sözü beş nəfərin, on nəfərin yanında deməyib ki, bu söz İbn Abbasa çatmamış olsun. Əgər ortada bir qadağa var idisə bu bir ordunun qarşısında deyilmişdi və mümkün deyildi ki, İbn Abbas bunu heç bir səhabədən eşitməsin. Hətta Muslimin səhihində qeyd edildiyinə görə Bir gün İbn Zubeyr İbn Abbasın da iştirak etdiyi bir yerdə, İbn Abbası nəzərdə tutaraq "Bəzi kimsələrin gözü kor olduğu kimi bəsirəti də tutuldu. Mutə nigahının halal olduğunu deyir" dedi. İbn Abbas da buna etiraz olaraq peyğəmbərin dövründə mutənin caiz olduğunu deyir.

Bilindiyi kimi İbn Abbas (r.a) ömrünün sonlarına doğru kor olmuşdu. İbn Abbas (r.a) Əlinin (ə) tələbələrindən idi. Əgər həqiqətən də Əli (ə) qadağa barədə bir şey desəydi Abbas mütləq bundan xəbərdar olardı. İbn Zubeyr bu sözü Məkkədə minbərdə deyir. İbn Abbas da buna etiraz edib peyğəmbərin (s.a.s) dövründə mutənin caiz olduğunu deyir. Bundan sonra İbn Zubeyr onu təhdid edib "Əgər bunu etsən səni rəcm edərəm ( daşlayaram )" deyir.

Hədisdən də göründüyü kimi İbn Zubeyr bu sözləri özünü xəlifə elan etdiyi dövrdə Məkkədə deyir. Əlində güc var idi, xəlifə idi. Əhkam kəsib, istədiyi adama istədiyi cəzanı verə bildiyinə görə İbn Abbasa qarşı cəsarətlənmişdi. İbn Zubeyr özünü hicri 64-də xəlifə elan edib, İbn Abbas isə hicri 68-də vəfat edib.

Əli (ə) İbn Abbasa mutənin haram olduğunu necə və nə zaman demişdi ki, İbn Abbas ömrünün sonlarında da mutəni caiz bilirdi? :rolleyes:

Hətta İbn Zubeyr axırda qəzəblənib "əgər bunu etsən ( mutə etsən ) səni daş-qalaq edərəm" deyirdi :rolleyes:

8. Əlinin (ə) İbn Abbası (r.a) mutədən çəkindirməsi yalandır. Bu onların öz uydurmalarıdır ki, bizə huccət deyil. Əksinə bir çox rəvatərlər var ki, Əli (ə) mutəni caiz bilib. Həmçinin digər imamlardan (s.a.s) nəql olunan rəvayətlər də mutənin caiz olması yönündədir. Eləcə də bir qrup səhabə və tabiin də mutənin caiz olması fikrində idilər.

9. Ömərin peyğəmbərin (s.a.s) adından dediyi hər söz öz-özlüyündə qəbul edilməz. Əgər dediyi doğrudursa qəbul edilər. Doğru olub -olmaması da əhli-beytin (ə) sözü ilə üst-üstə düşüb-düşməməsindən bilinir. Əhli-beytin (ə) sözü isə şiələr vasitəsilə, şiə mənbələri vasitəsilə çatır. Daha Muslimin , Buxarinin və digər müxaliflərin əhli-beytin (ə) adından nə yazmasının zərrə qədər də olsun önəmi yoxdur. Onların Əhli-beytin (ə) adından nəql etdikləri də əgər şiə kanalları ilə çatan mötəbər məzmunlu hədislərlə üst-üstə düşərsə qəbul edilər, düşməzsə qəbul edilməz.

Məgər onların "İmam Əli (ə) deyib" deməklərinin nə mənası var ki? On dörd məsumun arasında birinci məsumdan, İmam ƏLidən (ə) də üstün olan Muhəmməd peyğəmbərin (s.a.s) adından hər dediklərini qəbul edirikmi ki, imamların (s.a.s) adından hər dediklərini qəbul edək ? )

10. Şiə kanallarıyla çatan rəvayətlərdə isə Allah və rəsulu (s.a.s) və imamlar (s.a.s) mutəni caiz bilmişlər. Bu qətiyyən şəkk-şübhə olmayan bir məsələdir. Müxaliflər vasitəsiylə peyğəmbərin (s.a.s) və əhli-beytinin (ə) adından uydurulan hədislərin heç bir əhəmmiyyəti yoxdur.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru