Перейти к содержимому


Фотография

nübüvvət sona çatıb


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 09 февраля 2013 - 18:33

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

müsəlmanların nübüvvət haqqındakı əqidələrindən biri də Hz. Məhəmməd s.a.a ilə peyğəmbərliyin sona çatdığı, Ondan s.a.a sonra heç bir peyğəmbərin gəlməyəcəyi yönündədir. Bu inanc Kitabı Şərif və Sünnəni Nəbəvi s.a.a ilə sabitdir. inşaAllah işimizdə həm Kitabı şərifdən və həm də Sünnəni Nəbəvi saa'den mövzu haqqında paylaşmalar edəcəyik.

1. Qurandan dəlil: Kitabı şərifdən bu mövzuda dəlil Əhzab surəsinin 40-cı ayəsidir. Allah c.c bu ayədə buyurur ki:

ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما
Məhəmməd, sizin adamlarınızdan heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və nəbilərin sonuncusudur. Allah, hər şeyi haqqıyla biləndir.

Əhzab surəsi 40-cı ayə


görüldüyü kimi ayə açıqca Rəsulullah s.a.a-in nəbilərin sonuncusu olduğunu bildirməkdədir.

2. Sünnəti Nəbəvi s.a.a-dən dəlil: peyğəmbərliyin sona çatması ilə əlaqədar olaraq Sünnəti Nəbəvi s.a.a-dən bir çox dəlil mövcuddur. bu dəlillərin ilki Şiə və Sünni qaynaqlarda imamlar a.s və səhabələr r.a-dan mütəvatir olaraq rəvayət edilmiş olan mənzilət hədisidir. Hədisin nəql edildiyi mənbələr, sənədləri və sihhət vəziyyətini görə bilmək üçün baxın: Mənzilət hədisi

Bu mübarək hədisi Şərifdə Rəsulullah s.a.a Hz. Əliyə "Ey Əli! sənin mənə nisbətin, Harunun Musaya nisbəti kimidir; ancaq məndən sonra nəbi gəlməyəcəkdir." buyurur. hədisin sonunda yer alan bu açıq ifadə də Rəsulullah s.a.a-dən sonra hər hansı bir peyğəmbər gəlməyəcəyini açıqca bəyan edir.

yenə bu mütəvatir hədisdən başqa məsumlar a.s-dan səhih olaraq rəvayət edilmiş hədislərdə mövcuddur ki, bu hədislərdə açıqca Rəsulullah s.a.a-in nəbilərin sonuncusu olduğunu bildirir.


nubuvvetin sonu-kuleyni.jpg nubuvvetin sonu-kuleyni1.jpg

şəkildə gördüyünüz Sünni və Şiələr tərəfindən etibarlılığı barəsində ittifaq edilmiş olan Siqatul İslam (İslamın güvəni) Şeyx Kuleyni r.a-ın "əl-Kafi" kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

علي بن إبراهيم, عن أبيه, عن ابن أبي عمير, عن الحسين بن أبي العلاء قال: قال أبوعبدالله (عليه السلام): إنما الوقوف علينا في الحلال فأما النبوة فلا
Əli b. İbrahim mənə atasından, o ibni Əbi Umeyrdən, o da Hüseyn b. Əbul-A'ladan danışdı, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s) dedi: "Bizim yetkimizin halal və haramları bilmək olduğunu qəbul etmək lazımdır, peyğəmbər olmağımız isə qətiyyən mümkün deyil."

محمد بن يحيى الاشعري, عن أحمد بن محمد, عن البرقي, عن النضر بن سويد عن يحيى بن عمران الحلبي, عن أيوب بن الحر, قال: سمعت أبا عبدالله (عليه السلام) يقول: إن الله عز ذكره ختم بنبيكم النبيين فلا نبي بعده أبدا , وختم بكتابكم الكتب فلا كتاب بعده أبدا, وأنزل فيه تبيان كل شئ وخلقكم وخلق السماوات والارض ونبأ ما قبلكم وفصل ما بينكم وخبر ما بعدكم وأمر الجنة والنار وما أنتم صائرون إليه
Məhəmməd b. yahya əl-Əşari mənə Əhməd b. Məhəmməddən, o Bərkidən, o Nədr b. Suveyddən, o Yəhya b. İmran əl-Hələbidən, o da Əyyub b. Hürdən danışdı, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın belə dediyini eşitdim: "Şanı uca Allah, Peyğəmbəriniz s.a.a-in gəlməsiylə birlikdə peyğəmbərliyə son vermişdir, ondan sonra peyğəmbər gəlməyəcəkdir. Kitabınızla birlikdə kitablara da son vermişdir, ondan sonra kitab gəlməyəcək. Kitabınızda hər şeyin şərhini nazil. Sizin yaratılışınızı, göylərin və yerin yaradılışını, sizdən əvvəlkilərin xəbərlərini onda açıqlamış, aranızdakı məsələlərin həllini 0na qoymuş, sizdən sonrakı qurşaqların xəbərlərini onda bildirmişdir. Cənnət, cəhənnəm məsələsini və çatacağınız aqibəti izah etmişdir."

Kuleyni r.a, "əl-Kafi", 1/160, hədis 2-3


hər iki hədisin sənədində iştirak edən bütün raviler siqa (güvənilir) və isnadları müttasildir. Şeyxul İslam Əllamə II Məclisi r.a "əl-Kafi" şərhində ikinci hədis haqqında deyir:

الحديث الثالث صحيح
3-cü hədis: səhih

II Məclisi r.a, "Miratul Uqul", 3/150


lakin II Məclisi r.a "əl-Kafi"dən verdiyimiz ilk hədisin zəif olduğunu söyləyir ki, ehtimalla o bu mövzuda səhv etmişdir. çünki hədisin sənədindəki bütün ravilər siqa (güvənilir), imami (şiə) və isnad da müttəsildir.

görüldüyü kimi bu son 2 hədis də peyğəmbərliyin sona çatdığını açıqca bəyan edir.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru