Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
əziz bacı və qarşdalar, bilindiyi kimi Quranda Əhli Beyt a.s ilə əlaqədar olaraq nazil olmuş və yaxud müəyyən bir hadisə ilə bağlı olaraq nazil olmağına baxmayaraq içərisində Əhli Beyt a.s-a işarə edilmiş olan ayələr vardır. məsumlar a.s-dan nəql olunan hədislərdə belə ayələrin Quranın 1/4-ni təşkil etdiyi nəql olunmuşdur. sünnü mənbələrdə də həmçinin ibni Abbas r.a-dan Quranda imam Əli a.s haqqında 300-dən çox ayə olduğu nəql edilmişdir. belə ayələrdən biri Hud surəsinin 17-ci ayəsidir. Allah azzə və cəllə bu ayədə buyurur:
أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)?!
Hud surəsi 17-ci ayə
bu mübarək ayədə "Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan" ifadəsi ilə Rəsulullah s.a.a, "Rəbbindən bir şahid" ifadəsi ilə isə Hz. Əli a.s qəsd edilmişdir. və bu təfsir həm şiə və həmdə sünnü mənbələrdə məsumlar a.s-dan səhih sənədlərlə nəql olunmuşdur. indi bunlardan bir neçəsini sizlərə təqdim edirik.
1. Şiə mənbəli hədislər: Saffar, Əyyaşi, Kuleyni və Müfid kimi mühəddis və müfəssirlər r.a məsumlar a.s-dan ayədə qəsd edilənin Hz. Əli a.s olduğunu nəql etmişdirlər.


şəkildə gördüyünüz imam Həsən əl-Əskəri a.s-ın səhabəsi Muhəmməd b. Həsən əs-Səffar r.a-ın "Bəsair əd-Dərəcat" adlı kitabıdır, işarələdiyim yerdə müəllif deyir:
حدثنا محمد بن الحسين عن عبد الله بن حماد عن أبي الجارود عن الأصبغ بن نباته قال قال أمير المؤمنين عليه السلام لو كسرت لي وسادة فقعدت عليها لقضيت بين أهل التورية بتوراتهم وأهل الإنجيل بإنجيلهم وأهل الزبور بزبورهم وأهل الفرقان بفرقانهم بقضاء يصعد إلى الله يزهر والله ما نزلت آية في كتاب الله في ليل أو نهار الا وقد علمت فيمن أنزلت ولا ممن مر على رأسه المواسى من قريش الا وقد نزلت فيه آية من كتاب الله تسوقه إلى الجنة أو إلى النار فقام إليه رجل فقال يا أمير المؤمنين ما الآية التي نزلت فيك قال له اما سمعت الله يقول أفمن كان على بينة من ربه ويتلوه شاهد منه (1) قال رسول الله صلى الله عليه وآله على بينة من ربه وانا شاهد له فيه واتلوه معه
Muhəmməd b. Hüseyin mənə Abdullah b. Həmmaddan, o Əbul Caruddan, o da Əsbağ b. Nəbatədən danışdı, dedi: Möminlərin Əmiri (imam Əli a.s) dedi ki: "...Vallahi gecə və ya gündüz Quranda nazil olan hər ayənin kim haqqında nazil dolduğunu bilirəm. Başından əhəmiyyətli bir hadisə keçən hər kəs haqqında mütləq onu cənnətə və ya cəhənnəmə sövq edən bir Quran ayəsi nazil olmuşdur." bu zaman bir adam ayağa qalxaraq imam a.s-a dedi: "ey Möminlərin Əmiri, sənin haqqında hansı ayə nazil oldu?" imam a.s həmin adama dedi: "Uca Allahın "Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)" (Hud, 17) kəlamını eşitmədinmi? Rəsulullah s.a.a açıq-aydın bir dəlilə əsaslanandır və məndə onun (Rəsulullah s.a.a-in) Ondan (Allah c.c-dan) olan şahidiyim."
Səffar r.a, "Bəsair əd-Dərəcat", səhifə 166, hədis 2
Saffar r.a-ın rəvayət etdiyi bu hədisin sənədi müttəsil və raviləri də siqa (güvənilir)-dir. bu hədisi Məhəmməd b. Məsud əl-Əyyaşi r.a "Təfsiri Ayyaşi", 2/142-143-də mürsəl olaraq Cabir əl-Cufidən, o Abdullah b. Yəhyadan, o da imam Əli a.s-dan rəvayət etmişdir. inşaAllah indi Saffar r.a-ın hədisinin senedindəki ravilər haqqında məlumat verəcəyik.
Əsbağ b. Nəbate (الأصبغ بن نباته): Hədisimizin ilk ravisi olan bu şəxs iki imamın Hz. Əli və Hz. Həsən a.s-ın səhabəsi, güvənilir bir ravidir. Şeyx Muhyiddin əl-Maməqani r.a onun haqqında deyir:
من أوثق الثقات, وكفى فخرا وجلالة له عد أمير المؤمنين (عليه السلام) له من ثقاته, فالرجل ثقة ثقة ثقة, بلا ريب عندي
güvənilirlərin ən güvəniliridir. onun ucalığına Möminlərin Əmirinin a.s onu güvənilir saymağı kifayətdir və bu şəxs bizim şübhəyə yer olmadan siqa (güvənilir), siqa (güvənilir) və siqa (güvənilir)-dir.
Məməqani r.a, "Tənqihul Məqal", 11/136, 2593-cü ravi
1-2. Əbul Carud (أبو الجارود): Hədisimizin ikinci ravisidir, Şeyx Cövhəri onun haqqında deyir:
زياد بن المنذر: أبو الجارود الهمداني من أصحاب الصادق والباقر (ع) زيدي المذهب ثقة
Zeyd b. Munzir, Əbul Carud əl-Həmədani, Baqir və Sadiq a.s-ın ashabındandır, zeydiyye məzhəbindəndir, siqa (güvənilir)-dir.
Cövhəri, "Müfid min Mucəm ricalil hədis", səhifə 235, 4815-ci ravi
1-3. Abdullah b. Həmmad (عبد الله بن حماد): hədisin üçüncü ravisi və imam Kazım a.s-ın səhabəsindəndir, Seyyid Əbul Qasim əl-xoi r.a onun tərcüməsində deyir:
عبد الله بن حماد الانصارى
Abdullah b. Həmməd əl-Ənsari
قال النجاشي: عبدالله بن حماد الانصارى: من شيوخ أصحابنا
Nəcaşi r.a dedi ki: "Abdullah b. Həmmad əl-Ənsari, ashabımızın şeyxlərindəndir."
Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 11/186, 6835-ci ravi
1-4. Məhəmməd b. Hüseyn (محمد بن الحسين): üç imamın Hz. Cavad ət-Təqi, Hz. Hadi ən-Nəqi və Hz. Əskəri a.s-ın əshabındandır, Seyyid Əbul Qasim əl-xoi r.a onun tərcüməsində deyir:
محمد بن الحسين بن أبي الخطاب
Məhəmməd b. Hüseyin b. Əbul Xəttab
قال النجاشي: محمد بن الحسين بن أبي الخطاب, أبو جعفر الزيات الهمدانى, واسم أبي الخطاب زيد: جليل من أصحابنا, عظيم القدر, كثير الرواية, ثقة, عين, حسن التصانيف, مسكون إلى روايته
وقال الشيخ (608): محمد بن الحسين بن أبي الخطاب, كوفي, ثقة
وعده الكشي من العدول والثقات, من أهل العلم
وعده ابن شهر آشوب, تارة من ثقات أبي جعفر محمد بن علي عليهما السلام. المناقب: الجزء 4, باب إمامة أبي جعفر الثاني عليه السلام, في (فصل في المقدمات). وأخرى, من ثقات أبي محمد الحسن العسكري عليه السلام, باب إمامة أبي محمد الحسن العسكري عليه السلام, في (فصل في المقدمات)
Nəcaşi r.a dedi: "Məhəmməd b. Hüseyin b. Əbul Xəttab, Əbu Cəfər əz-Zəyyat əl-Həmədani. əshabımızın böyüklərindən, qədri uca, çox hədis eşidib rəvayət edən, siqa (güvənilir), seçgin, gözəl əsərlər sahibi olan bir adamdır"
və Şeyx (Tusi r.a) dedi: "Məhəmməd b. Hüseyin b. Əbul Xəttab əl-Kufi, siqa (güvənilir)-dir"
və Kəşşi r.a (onu) elm əhlindən olan ədalətli və siqat (güvənilir) şəxslərdən saymışdır.
və ibni Şehraşub onu Əbu Cəfər Məhəmməd b. Əli (imam Təqi a.s) və Əbu Məhəmməd Həsən əl-Əsgəri a.s-ın siqa (güvənilir) səhabələrindən qəbul etmişdir.
Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 16/308, 10581-ci ravi
görüldüyü kimi hədisin bütün ravileri siqa (güvənilir)-dir, ravilərdən yalnız Əbul Carud şiə deyil ki, bunun da zərəri yoxdur. Şiə olmayan lakin siqa (güvənilir) olan ravilərin sənədində olduğu hədislərə şiə hədis elmində müvəssəq hədis deyilir və belə hədis hüccətdir.
2. sünni mənbəli hədislər: ayənin təfsiri haqqında əhli sünnə alimlərindən ibni Əbi Hatim, ibni Əsakir, ibni Mərdəveyh və başqaları səhabədən ibni Abbas və imam Əli a.s-dan hədislər rəvayət etmişdir.



şəkildə gördüyünüz əhli sünnə hədis, rical və təfsir alimi ibni Əbi Hatəmə "Təfsiri ibni Əbi Hatim" deyə məşhur olan Qurani Kərim təfsiridir. işarələnilmiş yerdə bu ifadələr var:
ذكر ذكر عن الحسين بن يزيد الطحان, ثنا إسحاق بن منصور, ثنا قيس, عن الأعمش, عن المنهال, عن عباد بن عبد الله, قال: قال علي: ما في قريش من أحد إلا وقد نزلت فيه أية مثل ما نزل فيك, قال: ويتلوه شاهد منه
...Abbad b. Abdullah dedi ki: Əli belə dedi: "Qureyşli heç bir kimsə yoxdur ki, haqqında Quran ayəsi nazil olmamış olsun" (ona) "sənin haqqında hansı ayə nazil oldu?" deyilincə (Əli) dedi ki: "Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)" (Hud, 17)
ibni Əbu Hatim, "Təfsiri ibni Əbu Hatim", 6/2014-2015, hədis 11612
ayənin təfsiri hakkında əhli sünnə mənbələrində nəql edilmiş digər hədisləri bir başqa əhli sünnə alimi olan Suuyuti "Əd-Durrul Mənsur" adlı təfsir kitabında toplamışdır, suyuti ayənin təfsirində deyir:
أخرج ابن أبي حاتم وابن مردويه وأبو نعيم في المعرفة عن علي بن أبي طالب رضي الله عنه قال: ما من رجل من قريش إلا نزل فيه طائفة من القرآن فقال له رجل: ما نزل فيك? قال: أما تقرأ سورة هود أفمن كان على بينة من ربه ويتلوه شاهد منه رسول الله صلى الله عليه وسلم على بينة من ربه وأنا شاهد منه
ibni Əbu Htim, ibni Mərdəveyh və Əbu Nueym belə rəvayət etmişdir: Əli b. Əbu Talib r.a dedi: "Qureyşli heç bir kimsə yoxdur ki, haqqında Quran ayəsi nazil olmamış olsun." Sözlərinin burasında birinin "sənin haqqında hansı ayə endi?" deyə soruşması üzərinə belə cavab verdi: "Sən Hud surəsindəki "Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)" (Hud, 17) şəklindəki ayəni oxumadınmı? Rəsulullah s.a.a açıq-aydın bir dəlilə əsaslanandır və mən də ondan (Allah c.c-dan) olan şahidəm"
وأخرج ابن مردويه وابن عساكر عن علي رضي الله عنه في الآية قال: رسول الله صلى الله عليه وسلم على بينة من ربه وأنا شاهد منه
ibni Mərdəveyh və ibni Əsakir belə rəvayət etmişdir: Əli r.a bu ayə haqqında dedi: "Rəsulullah s.a.a açıq-aydın bir dəlilə əsaslanandır və mən də ondan (Allah c.c-dan) olan şahidəm"
Suyuti, "əd-Durrul Mənsur", Hud 17-ci ayənin təfsiri
görüldüyü kimi ayənin təfsiri haqqında əhli sünnə qaynaqlarında da müxtəlif sənədli hədislər rəvayət edilmişdir. Biz burada ibni Əbu Hatimin rəvayət etdiyi hədisin sənədində araşdırmaqla kifayətlənəcəyik.
Abbad b. Abdullah (عباد بن عبد الله): Hədisimizin ilk ravisidir, siqa (güvənilir) bir ravidir. Nəsai, ibni Sad, ibni Hibban və əl-İcli onun güvənilir olduğunu təsdiqləmişdirlər. əl-İcli onun haqqında deyir:
عباد بن عبد الله الاسدي كوفى تابعي ثقة
Abbad b. Abdullah əl-Əsədi əl-Kufi, tabeindəndir, siqa (güvənilir)-dir.
əl-İcli, "Mərifət əs-siqat", 2/17, 840-cı ravi
sünni rical alimlərindən ibni Hibban da Abbad b. Abdullahın sika (güvənilir) olduğunu təsdiqləyərək onu "əs-Siqat (güvənilirlər)" kitabına daxil etmişdir: ibni Hibban, "əs-Siqat (güvənilirlər)", 5/141, 4268-ci ravi
bir başqa sünni hədis və rical alimi Təbəri "Təhzibul Əsər" adlı kitabında Munhil b. Amr -> Abbad b. Abdullah -> imam Əli a.s -> Rəsulullah s.a.a sənədi ilə gələn bir hədisi rəvayət etdikdən sonra hədis haqqında deyir:
وهذا خبر عندنا صحيح سنده
və bu xəbərin sənədi bizim nəzərimizdə səhihdir.
Təbəri, "Təhzibul Əsər", 4/55-56, 1367-ci hədis
yəni Taberiyə görə Abbad b. Abdullah siqa (güvəilir)-dir. əgər nasibilər Abbad b. Abdullahı Buxari və Əli əl-Mədəninin cerh etdiyində görə etiraz etsələr cavab olaraq deyərik ki, əvvəlcə bu cərh mübhəmdir, müfəssər deyil ona görə qəbul edilməz. ikinci olaraq, hətta bu cərhlərin doğruluğunu fərzetsək belə bu hədisi zəif deyil, həsən səviyyəsinə salar.
Munhil b. Əmr (المنهال ابن عمرو): Hədisimizin ikinci ravisi olan bu şəxs də əhli sünnə nəzdində güvənilir bir ravi, əz-Zəhəbi onun haqqında deyir:
المنهال (خ, 4) ابن عمرو أبو عمرو الأسدي, مولاهم الكوفي
Munhil b. Amr, Əbu Əmr əl-Əsədi, Kufəlilərin mevalisi
وثقه يحيى بن معين وغيره, وقال الدارقطني: صدوق
Yəhya b. Main və başqaları güvənilirliyini təsdiq etmişdirlər və Daraqutni deyib: "sadiqdir"
əz-Zəhəbi, "Siyər", 5/184
əlavə olaraq bunu da qeyd edək ki, Munhil b. Əmr "Səhihi Müslim"dən başqa Kutubu sittə kitablarının ravisidir.
Aməş (الاعمش): Hədisin üçüncü ravisi və böyük əhli sünnə alimidir, əz-Zəhəbinin onun haqqında saydığı ləqəblər belə kim olduğunu göstərmək üçün kifayətdir:
الاعمش (ع) سليمان بن مهران, الامام شيخ الاسلام, شيخ المقرئين والمحدثين, أبو محمد الاسدي
əl-Aməş: Süleyman b. Mehran, imam, Şeyxul İslam, təfsirçi və muhaddislerin şeyxi, Əbu Məhəmməd əl-Əsədi
əz-Zəhəbi, "Siyər", 6/226, 110-cu ravi
əgər Aməşin bu hədisi muanan ilə rəvayət etdiyi, özünün müdəlləs olduğu və müdəlləsin də muanan hədisinin qəbul edilmədiyi cəhətdən etiraz edilsə onda deyirik: Aməşin müdəlləs (hədisdə tədlis edən) olduğu və müdəlləsin (hədisdə tedlis edənin) də muanan hədisinin qəbul edilməyəcəyi doğrudur ancaq Aməşin hədisi yenə də səhihdir. çünki sünnülər nəzərində Aməşin tədlisi məqbuldur. məsələ haqqında Əbu Davud deyir:
سمعت أحمد سئل عن الرجل يعرف بالتدليس, يحتج فيما لم يقل فيه سمعت? قال: لا أدري. فقلت: الأعمش متى تصاد له الألفاظ? قال: يضيق هذا, أي أنك تحتج به
Əhmədə tədlis ilə tanınan və səmaya (eşitməyə) dəlalət edən kəlmələri istifadə etməyənlər haqqında soruşdum, (Əhməd) dedi: "kimi nəzərdə tutursan?" Dedim: "Aməşi" dedi: "ondan qəbul edilir və onunla hticac edilir"
Əbu Davud, "Sualatul Əhməd", səhifə 138
Qeys (قيس بن الربيع): əvvəlki ravilər kimi güvənilir bir ravidir. əl-Mizzi onun haqqında deyir:
قيس (5) بن الربيع الاسدي, أبو محمد الكوفي من ولد قيس بن الحارث
Qeys b. Rəbiə əl-Əsədi, Əbu Məhəmməd əl-Kufi, Qeys b. Harisin övladlarındandır.
وقال حاتم (2) بن الليث الجوهري, عن عفان: كان قيس ثقة يوثقه الثوري, وشعبة
və Hatim b. Leys əl-Cövhəri Əffandan rəvayət edərək dedi: "Qeys siqa (güvənilir)-dir, (Süfyan) əs-Səvri və Şöbə onun güvənilirliyini təsdiq etmişdirlər"
əl-Mizzi, "Təhzib əl-Kamal", 24/25, ravi 4903
İshaq b. Mənsur (إسحاق بن منصور): əhli sünnə mənbələrində özündən hədis rəvayət edilmiş və əhli sünnənin böyük rical alimləri onun güvənilirliyini təsdiq etmişdirlər. Şeyximiz Təbəsi r.a sünnü mənbələrdə özlərindən hədis rəvayət edilmiş olan şiə ravilerin bografisini əhtə edən kitabında onun haqqında bu məlumatları verir:
إسحاق بن منصور السلولي
İshaq b. Mənsur əs-Səlvili
قال العجلي: كوفي, ثقة
وقال ابن حجر: صدوق
وقال عثمان بن سعيد الدارمي, عن يحيى بن معين: ليس به بأس
İcli dedi ki: "Kufəlidir, siqa (güvənilir)-dir"
ibni Həcər dedi ki: "sadiqdir"
Osman b. Səid əd-Daramı Yəhya b. Main rəvayət etdi ki: "ondan problem yoxdur"
رواياته في الكتب الستة
صحيح البخاري, ومسلم, وسنن أبي داود
Səhihi Buxari, Səhihi Müslim və Süneni Əbu Davudun ondan rəvayət edilmişdir.
Şeyx Tebesi r.a, "Ricaluş Şiə fi esanid əs-Sünnə", səhifə 44, 6-cı ravi
Hüseyn b. Yezid ət-Tahhan (الحسين بن يزيد الطحان): Hədisin sonuncu ravisidir və güvənilirdir. əl-Mizzi onun haqqında deyir:
الحسين بن يزيد بن يحيى الطحان الانصاري, أبو علي, قيل: أبو عبد الله الكوفي
Hüseyn b. Yezid b. Yəhya et-Tahhan əl-Ənsari, Əbu Əli, "Əbu Abdullah" da deyilmişdir, Kufəlidir.
وذكره ابن حاتم في الثقات
ibni Hibban "əs-Siqat (güvənilirlər)" kitabında zikr etmişdir.
əl-Mizzi, "Təhzib əl-Kamal", 6/500-501, 1349-cu ravi
əgər nasibilər Hüseyn b. Yezid haqqında Əbu Hatimin "leyyin" dediyində görə etiraz etsə cavab olaraq deyirəm: Əbu Hatim ravileri cərh etməkdə şiddətli davranmaqdadır və buna görə onun cərh hökmü verdiyi ravi bir başqası tərfindən təvsiq edilsə bu tövsiqə edənə etibar edilər. sufi mühəddis Məmduh təvəssül haqqındakı kitabında bu mövzuda deyir:
وقال الذهبي في "السير" أيضا (13/260): إذا وثق أبو حاتم رجلا فتمسك بقوله فإنه لا يوثق إلا رجلا صحيح الحديث, وإذا لين رجلا أو قال: لا يحتج به فتوقف حتى ترى ما قال غيره فيه, فإن وثقه أحد فلا تبن على تجريح أبي حاتم
hafiz əz-Zəhəbi "Siyər", 13/260-də deyir: "Əgər Əbu Hatim bir adamı tövsiq etsə ona sarıl, çünki o səhih hədis sahibi olanlardan başqasını tövsiq etməz. amma əgər bir ravi zəiflətsə və ya "onunla ihticac edilməz" desə o zaman dayan! Və başqalarının o ravi haqqında nə dediyinə bax, əgər bir nəfər o ravini tövsiq etsə Əbu Hatimə tabe olma"
Mahmud Səid Məmduh, "Rəfa münazirə", səhifə 138
əlavə olaraq bunu da bildirmək istəyirəm ki, ibni Əbu Hatim özü təfsirinin müqəddiməsində (səhifə 14) kitabına ancaq səhih hədislər aldığını bəyan etmişdir, bax: ibni Əbu Hatim, "Təfsiri ibni Əbu Hatim", səhifə 14
yəni ibni Əbu Hatimin şəhadətinə görə bu hədis səhihdir, biz isə ən azı həsən olduğunu deyirik. vəlhəmdulillahi Rəbbil aləmin.