Перейти к содержимому


Фотография

Mübahilə ayəsinin təfsiri


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 февраля 2013 - 12:27

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

əziz forum sakinləri, dəyərli bacı və qardaşlar, inşaAllah bu başlıq altında Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a ilə Al-i Muhəmməd s.a.a-in heç kimin çata bilməyəcəyi bir fəzilətini daha sizlərə təqdim edəcəyik. bu fəzilət Mübahilə ayəsi dediyimiz Al-i İmran surəsinin 61-ci ayəsindədir. Allah c.c ayədə buyurur:



فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək"

Al-i İmran surəsi 61-ci ayə


bu ayədə "oğullarımızı" sözü ilə Hz. Həsən və Hz. Hüseyin, "qadınlarımızı" sözü ilə Hz. Fatimə s.a, "nəfsimizi" sözü ilə isə Rəsulullah s.a.a və imam Əli a.s nəzərdə tutulmuşdur. bu ayənin təfsiri haqqında İslami/Şiə və Sünnü mənbələrdə imamlar a.s və səhabələr r.a-dan bir çox hədis rəvayət edilmişdir.

1. şiə mənbəli hədislər: şiə alimlərdən Bərqi, Əli b. İbrahim əl-Qummi və Saduq kimi mühəddis və müfəssirlər müxtəlif sənədlərlə Əhli Beyt imamlarından a.s bir çox hədis rəvayət etmişdir.

Siqatul İslam (İslamın güvəni) Kuleyninin müəllimi Əli b. İbrahim əl-Qummi ayənin təfsiri haqqında öz təfsir kitabında deyir:

حدثني أبي عن النضر بن سويد عن ابن سنان عن أبي عبد الله (عليه السلام): إن نصارى نجران لما وفدوا على رسول الله (صلى الله عليه وآله), وكان سيدهم الأهتم والعاقب والسيد وحضرت صلاتهم فأقبلوا يضربون بالناقوس وصلوا فقال أصحاب رسول الله (صلى الله عليه وآله) يا رسول الله هذا في مسجدك? فقال: "دعوهم" فلما فرغوا دنوا من رسول الله (صلى الله عليه وآله) فقالوا له: إلى ما تدعونا? فقال: "إلى شهادة أن لا إله الله, وأني رسول الله وأن عيسى عبد مخلوق يأكل ويشرب ويحدث" فقالوا من أبوه? فنزل الوحي على رسول الله (صلى الله عليه وآله) فقال: قل لهم: ما تقولون في آدم أكان عبدا مخلوقا يأكل وشرب وينكح? فسألهم النبي (صلى الله عليه وآله) فقالوا: نعم فقال: "فمن أبوه" فبهتوا فبقوا ساكتين فنزل الله (إن مثل عيسى عند لله كمثل آدم خلقه من تراب ثم قال له كن فيكون إلى قوله فنجعل لعنة الله على الكاذبين) فقال رسول الله ( صلى الله عليه وآله): "فباهلوني فإن كنت صادقا أنزلت اللعنة عليكم, وإن كنت كاذبا نزلت علي" فقالوا: أنصفت فتواعدوا للمباهلة فلما رجعوا إلى منازلهم قال رؤساءهم السيد العاقب والأهتم: إن باهلنا بقومه باهلناه, فإنه ليس بنبي وإن باهلنا بأهل بيته خاصة فلا نباهله, فإنه لا يقدم على أهل بيته إلا وهو صادق فلما أصبحوا جاءوا إلى رسول الله (صلى الله عليه وآله) ومعه أمير المؤمنين وفاطمة والحسن والحسين (عليهم السلام) فقال النصارى: من هؤلاء? فقيل لهم: هذا ابن عمه ووصيه وختنه علي بن أبي طالب وهذه ابنته فاطمة وهذان ابناه الحسن والحسين, فعرفوا فقالوا لرسول الله (صلى الله عليه وآله): نعطيك الرضا فاعفنا من المباهلة فصالحهم رسول الله على الجزية وانصرفوا
atam mənə Nədr b. Süveyddən, o ibn Sinan, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan danışdı, dedi: "Nəcran xristianlarını təmsil edən bir heyət, Rəsulullah s.a.a-in hüzuruna gəldi. rəhbərləri Əhtəm, Aqib və Seyyid adlı şəxslər idi. Görüş zamanı, onların namaz vaxtı girdi. Qalxıb zəng çaldılar və sonra ibadət etdilər. Bunu görən səhabələr dedilər: "ya Rəsulullah s.a.a, sənin məscidində belə etmələrinə icazə verirsən?" Rəsulullah s.a.a dedi: "mane olmayın." İbadətlərini qurtarandan sonra Rəsulullah s.a.a-ə yaxınlaşdılar və dedilər: "Nəyə dəvət edirsən?" Rəsulullah s.a.a dedi: "Allahdan başqa ilah olmadığına, mənim Allahın Rəsulu olduğuma, İsanın yaradılmış, yeyən, içən və dəf-i ehtiyac edən bir qul olduğuna şahidlik etməyə dəvət edirəm." Onlar dedilər: "Yaxşı, İsanın atası kim idi?" bu zaman Rəsulullah s.a.a-ə vəhy yolu ilə belə deməyi əmr edildi: "Onlara de: "Siz Adəm haqqında nə deyirsiniz? O, yaradılmış, yeyən, içən, dəf-i ehtiyac edən və cinsi birləşmədə olan bir qul idi?" Rəsulullah s.a.a onlara bu sualı verdikdə, onlar dedilər: "Bəli." Rəsulullah s.a.a soruşdu: "Yaxşı, atası kim idi?" Onlar bu sual qarşısında çaşıb qaldılar və verəcək cavab tapa bilmədilər. Bundan sonra uca Allah: "Həqiqətən, Allah yanında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı. Və Artıq sənə gələn elmdən sonra, onun haqqında səninlə mübahisə qalxsa ... Allahın lənətini yalan danışanların üstünə edək." ayələrini nazil etdi. Rəsulullah s.a.a onlara dedi: "Gəlin mənimlə mübahilə edək, əgər mən doğru deyirsinizsə, lənət sizə olsun, əgər yalan söyləyirsə mənim üzərimə olsun." Onlar dedilər: "Adil bir təklif etdin" Sonra lənətləşmə üçün sözləşdiniz. Yerləşdikləri yerlərə geri dönükləri vaxt başcıları Seyyid, Aqib və Əhtəm belə dedilər: "Əgər bizimlə lənətləşməyə qövmünü gətirsə, onunla lanətləşərik. Çünki peyğəmbər olmadığı aydın olar. Əgər xüsusi olaraq öz Əhli Beytini gətirsə, lanətləşmərik. Çünkü ancaq doğru söylədiyi halda Əhli Beytini gətirə bilər." Səhər olanda Rəsulullah s.a.a-in yanına gəldilər. Əli, Fatimə, Həsən və Hüseyin a.s Rəsulullah s.a.a-in yanında idi. Bu mənzərəni görən xristianlar belə dedilər: "Kim bunlar?" Onlara deyildi: "Bu adam onun əmisi oğlu, vəsisi və kürəkəni Əli b. Əbu Talibdir, bu qızı Fatimədir və bu ikisi də oğulları Həsən və Hüseyindir." bundan sonra xristianlar oradan ayrıldılar və Rəsulullah s.a.a-ə dediləri: "Biz, səni razı etməyə hazırıq. mübahilə etməyək." Rəsulullah s.a.a cizyə qarşılığında onlarla razılaşdı. Beləcə yurdlarına geri döndülər."

Əli b. İbrahim əl-Qummi r.a, "Təfsiri Qummi", 1/104


hədisin sənədindəki bütün ravilər siqa (güvənilir) və isnadı müttəsildir, yəni hədis səhihdir.

ayənin təfsiri haqqında bir başqa hədisi Şeyx Səduq r.a rəvayət etmişdir.


mubahele-saduk.jpg mubahele-saduk1.jpg mubahele-saduk2.jpg mubahele-saduk3.jpg

şəkildə gördüyünüz Şeyx Səduq r.a-ın "Uyunu əxbar ər-Rıza a.s" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

حدثنا علي بن الحسين بن شاذويه المؤدب و جعفر بنمحمد بن مسرور رضي الله عنهما قالا حدثنا محمد بن عبد الله بن جعفر الحميري عنأبيه عن الريان بن الصلت قال
و أما الثالثة فحين ميز الله الطاهرين من خلقه فأمر نبيه بالمباهلةبهم في آية الابتهال فقال عز و جل يا محمد فمن حاجك فيه من بعد ما جاءك من العلم فقل تعالوا ندع أبناءنا و أبناءكم و نساءناو نساءكم و أنفسنا و أنفسكم ثم نبتهل فنجعللعنت الله على الكاذبين فبرز النبي (ص) عليا و الحسن و الحسين و فاطمةص و قرن أنفسهم بنفسه فهل تدرون ما معنى قوله وأنفسنا و أنفسكم قالت العلماء عنى به نفسه فقال أبو الحسن (ع) لقد غلطتمإنما عنى بها علي بن أبي طالب (ع) و مما يدل على ذلك قول النبي (ص) حين قال لينتهينبنو وليعة أو لأبعثن إليهم رجلا كنفسي يعني علي بن أبي طالب (ع) و عنى بالأبناءالحسن و الحسين (ع) و عنى بالنساء فاطمة (ع) فهذه خصوصية لا يتقدمهم فيها أحد و فضل لايلحقهم فيه بشر و شرف لا يسبقهم إليه خلق إذ جعل نفس علي (ع) كنفسه فهذه الثالثة
mənə Əli b. Hüseyin b. Şəvzəb və Cəfər b. Məhəmməd b. Misvar r.a danışdılar, dedilər: Muhəmməd b. Abdullah b. Cəfər əl-Himyəri bizə atasından, o da Reyyan b. Saltdan danışdı, dedi: (imam Rza a.s Abbasi kralı Məmunun məclisində müxalif alimlərdir itrət haqqında Qurandan dəlil gətirərkən belə dedi) "üçüncü ayə: Allah-u Təala varlıqlarından tərtəmiz olanları ayırdığında mübarək ayəsində peyğəmbərinə onlarla birlikdə mübahələ etməyə getməsini əmr edərək belə buyurdu: "Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək" (Al-i İmran, 61) Bu ilahi əmrdən sonra Rəsulullah s.a.a Əli, Həsən, Hüseyn, və Fatiməni a.s çölə çıxarıb onları öz yanında apardı. Ayədəki "nəfsimiz" və "nəfsiniz" sözünün mənasını bilirsinizmi görəsən?" Alimlər dedilər: "Allah-u Təala onunla Rəsulullah s.a.a-in özünü nəzərdə tutmuşdur." imam a.s dedi: "səhv edirsiniz, çünki Allah-u Təala onunla Əli b. Əbu Talib a.s-ı nəzərdə tutmuşdur. Bunun dəlillərindən biri Rəsulullah s.a.a-in bu sözüdür: "ya gərək Vəliəoğulları bu işlərindən əl çəksinlər, ya da özüm kimi birini (onlara qarşı) göndərəcəyəm." Yəni Əli b. Əbu Talib a.s-ı. Ayədəki "oğullar" sözündən məqsəd Həsən və Hüseyin a.s-dır. "Qadınlar" sözündən məqsəd isə Fatimə s.a-dır. Bu, heç kimin fəzilətdə onlardan önə keçə bilməyəcəyi bir xüsusiyyətdir. Heç kimin o xüsusiyyətdə onlara çata bilməyəcəyi bir üstünlükdür və heç bir varlığın o üstünlükdə onları keçə bilməyəcəyik bir şərəfdir. Çünki Rəsulullah s.a.a Əlinin nəfsini öz nəfsi saymışdır. Bu da üçüncü ayədir."

Şeyx Səduq r.a, "Uyunu əxbar ər-Rıza a.s", 1/209-210, bab 23, hədis 1


bu hədisin də sənədindəki bütün raviler siqa (güvənilir) və isnadı müttasildir. Hədisin əsli ilk ravi Reyyan b. Salt r.a-ın "imam Rza a.s-ın itrət və ümmətin fərqi haqqında kəlamı" adlı kitabındandır və Şeyx Səduq r.a bu hədisi onun kitabından raviler vasitəçiliyi ilə öz kitabında nəql etmişdir. Eyni şəkildə Nəcaşi "Rical Nəcaşi", səhifə 165, 437-ci ravidə və Şeyx Tusi "Fihrist", səhifə 71, 285-ci ravidə Reyyan b. Salt r.a-ın bu kitabını öz sənədləri ilə rəvayət etmişdirlər və onların da sənədləri müttəsil, raviləridə siqa (güvənilir)-dirlər. Yəni hədis 3 fərqli sənəd ilə Reyyan b. Salt r.a-dan rəvayət edilmişdir.

Şeyx Asif əl-Muhsini h.a Şeyx Saduk r.a-ın sənədi haqqında deyir:

في رواية معتبرة
rəvayət mötəbərdir.

Şeyx Asif əl-Muhsini, "Muaşərə Biharul Ənvar", 1/276


və Seyid Əbul Qasim əl-xoi r.a da Şeyx Tusi r.a-ın sənədi haqqında deyir:

والطريق كطريق الشيخ إليه صحيح
(Səduqun) ona olan sənədi Şeyx (Tusi)-nin sənədi kimi səhihdir.

Seyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 8/217, 4648-ci ravi


bunlardan başqa Əyyaşi r.a "Təfsiri Əyyaşi", 1/176-177-də mürsəl olaraq Hz. Əli, Hz. Rza a.s və Sad b. Əbu Vakkasdan ayənin təfsiri haqqında 3 hədis rəvayət etmişdir.

2. sünni mənbəli hədislər: sünni alimlərdən Əhməd, Müslüm, Tirmizi, Təbəri və ibni Əbu Hatim kimi mühəddis və təfsirçilər bu ayənin təfsiri haqqında bir çox hədis rəvayət etmişdir. bu hədislər eynilə şiə mənbələrində imamlar a.s-dan rəvayət edilən hədislər kimi ayənin nəcran xristianları ilə Rəsulullah s.a.a arasında keçən müzakirələr üzərinə nazil olduğunu, və ayənin nüzulundan sonra Rəsulullah s.a.a-in imam Əli, Hz. Fatimə, Hz. Həsən və Hz. Hüseyn a.s-i yanına alaraq mübahələyə getdiyini göstərir. Sünnü mənbələrdən nəql edəcəyəm hədislərin içərisindən 2-ci hədis alkafi.net saytında "Hafidul Quds" nicki ilə yazan qardaşımıza məxsusdur. "Hafidul Kuds" qardaşın yazısı bu linkdə: http://www.alkafi.net/vb/showthread.php?t=1673


mubahele-muslim.jpg mubahele-muslim1.jpg

şəkildə gördüyünüz sünni hədis alimi Müslümün "əs-Səhih" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

حدثنا قتيبة بن سعيد ومحمد بن عباد وتقاربا في اللفظ قالا حدثنا حاتم وهو ابن إسمعيل عن بكير بن مسمار عن عامر بن سعد بن أبي وقاص عن أبيه قال أمر معاوية بن أبي سفيان سعدا فقال ما منعك أن تسب أبا التراب فقال أما ما ذكرت ثلاثا قالهن له رسول الله صلى الله عليه وسلم فلن أسبه لأن تكون لي واحدة منهن أحب إلي من حمر النعم سمعت رسول الله صلى الله عليه وسلم يقول له خلفه في بعض مغازيه فقال له علي يا رسول الله خلفتني مع النساء والصبيان فقال له رسول الله صلى الله عليه وسلم أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنه لا نبوة بعدي وسمعته يقول يوم خيبر لأعطين الراية رجلا يحب الله ورسوله ويحبه الله ورسوله قال فتطاولنا لها فقال ادعوا لي عليا فأتي به أرمد فبصق في عينه ودفع الراية إليه ففتح الله عليه ولما نزلت هذه الآية فقل تعالوا ندع أبناءنا وأبناءكم دعا رسول الله صلى الله عليه وسلم عليا وفاطمة وحسنا وحسينا فقال اللهم هؤلاء أهلي
...Amir b. Səd b. Əbu Vəqqas dedi: Müaviyə b. Əbu Süfyan Səd b. Əbu Vəqqasa əmr verdi və dedi: "səni Əbu Turaba söyməkdən saxlayan nədir?" Səd dedi: "Mənim söyləyəcəyəm üç şey var ki, bunları onun üçün Rəsulullah s.a.a söyləmişdir və bu səbəbə görə ona əsla söymərəm. Bu üç şeydən birinin mənim olması məncə qırmızı dəvənin mənim olmağından daha məqbuldur. Mən Rəsulullah s.a.a-ın döüyşlərdən birində onu öz yerinə təyin etdiyini, onun: "ya Rəsulullah! Məni qadın və uşaqlarla birlikdəmi qoyursan?" Dediyi zaman Rəsulullah s.a.a-in "sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur." buyurarkən eşitdim. Xeybər günündə də "Bu bayrağı mütləq Allahı və Rəsulunu sevən, Allah və Rəsulunun da özünü sevdiyi bir şəxsə verəcəyəm." dediyini eşitdim. Biz bayraq üçün hamımız irəli durduq, lakin o "mənə Əlini çağırın!" dedi. Əli gözlərindən narahat olduğu halda gətirildi. Rəsulullah s.a.a onun gözünə ağzının suyundan vurdu və bayrağı ona verdi. Allah da ona fəthi müyəssər etdi. və "de: Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, nəfsimizi və nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək" (Al-i İmran 61) ayəsi nazil olanda Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyni çağıraraq: "Allahım! Mənim ailəm bunlardır" dedi."

Müslüm, "əs-Səhih", 4/1871, Səhabənin fəziləti kitabı, hədis 2404


hədisi Əhməd b. Hənbəl "Müsnəd", 1/85, hədis 1608-də; Tirmizi, "Sünən", 6/86-87, Mənaqib kitabı, hədis 3724-də; Hakim "Müstədrək", 3/163, hədis 4719-da rəvayət etmişdir.

hədisin "Səhihi Müslüm"də rəvayət edilməsi sünnülərə görə onun səhih olduğunu demək üçün kifayətdir, lakin biz sünnü hədiscilərin sözlərini də gətirəcəyik.

"Müsnəd Əhməd" kitabının mühəqqiqi Şeyx Şuayb əl-Ərnaut hədis haqqında deyir:

تعليق شعيب الأرنؤوط: إسناده قوي على شرط مسلم
Şuayb əl-Ərnaut: isnadı Müslüm şərtinə görə qəvidir.

Əhməd b. Hənbəl, "Müsnəd", 1/85, hədis 1608


hədisi öz kitabında rəvayət edən Tirmizi isə hədisi rəvayət etdikdən dərhal sonra deyir:

قال أبو عيسى هذا حديث حسن صحيح غريب من هذا الوجه
Hədis bu vəch ilə həsən səhih qəribdir.

Tirmizi, "Sünən", 6/86-87, Mənaqib kitabı, hədis 3724


həmçinin, hədisi öz kitabında rəvayət edən Hakim və onun kitabını təhqiq edən əz-Zəhəbi hədis haqqında deyirlər ki:

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه
تعليق الذهبي قي التلخيص: على شرط البخاري ومسلم
Hakim: bu hədis Şeyxeyn (Buxari və Müslüm) şərtlərinə görə səhihdir, lakin taxric etməmişdirlər.
əz-Zəhəbi: Buxari və Müslim şərtlərinə görə (səhih)

Hakim, "Müstədrək", 3/163, hədis 4719


yenə ayənin təfsiri haqqında Beyhəqi, Vahidi və Hakim başda olmaq üzrə bir çox mühəddis Cabir b. Abdullah əl-Ənsari r.a-dan hədis rəvayət etmişdir.


mubahele-beyhaki.jpg mubahele-beyhaki1.jpg mubahele-beyhaki2.jpg

şəkildə gördüyünüz əhli sünnə alimlərindən Beyhakinin "Delailun Nübüvve" adlı kitabıdır, işarələdiyiniz yerdə bu ifadələr var:

حدثنا سليمان بن أحمد قال: ثنا أحمد بن داود المكي ومحمد بن زكريا الغلابي قالا: ثنا بشر بن مهران الخصاف قال: ثنا محمد بن دينار, عن داود بن أبي هند عن الشعبي, عن جابر قال: "قدم على النبي صلى الله عليه وسلم العاقب والطيب, فدعاهما إلى الإسلام فقالا: أسلمنا يا محمد قبلك, قال: «كذبتما, إن شئتما أخبرتكما ما يمنعكما من الإسلام» قالوا: فهات أنبئنا. قال: «حب الصليب, وشرب الخمر, وأكل لحم الخنزير» قال جابر: فدعاهما إلى الملاعنة فواعداه على أن يغادياه بالغداة فغدا رسول الله صلى الله عليه وسلم وأخذ بيد علي وفاطمة والحسن والحسين رضي الله عنهم ثم أرسل إليهما فأبيا أن يجيباه وأقرا له فقال رسول الله صلى الله عليه وسلم: والذي بعثني بالحق لو فعلا لأمطر الوادي عليهما نارا قال جابر: فيهم نزلت: {فقل تعالوا ندع أبناءنا وأبناءكم ونساءنا ونساءكم وأنفسنا وأنفسكم} قال الشعبي: قال جابر: {وأنفسنا وأنفسكم} رسول الله صلى الله عليه وسلم وعلي, و {أبناءنا وأبناءكم} الحسن والحسين, {ونساءنا ونساءكم} فاطمة رضي الله عنهم أجمعين
mənə Süleyman b. Əhməd danışdı, dedi: mənə Əhməd b. Davud əl-Məkki və Məhəmməd b. Zəkəriyyə danışdılar, dedilər: bizə Bəşir b. Mehran danışdı, dedi: Məhəmməd mənə Davud b. Əbu Hinddən, o Şaabidən, o da Cabirdən danışdı, dedi: "Aqib və Teyyib Rəsulullah s.a.a-in yanına gəldilər və Rəsulullah s.a.a onları mübahiləyə dəvət etdi. Onlar da ertəsi günü lənətləşmək üçün sözləşdiniz. Ertəsi günü Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyinin əlindən tutaraq gəldi və gəlmələri üçün onlara (xristianlara) xəbər göndərdi. Lakin (xristianlar) gəlmədilər və xərac qəbul etdilər. Rəsulullah s.a.a dedi: "Məni haqq ilə göndərən Allaha and olsun ki, əgər xeyir desəydilər vadi təpələrinə atəş yağdıracaktı." Onlar haqqında "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı çağıraq" ayəsi nazil oldu. ayədəki "nəfsimizi və nəfsinizi" sözü ilə Rəsulullah s.a.a və Əli b. Əbu Talib, "oğullarımızı" sözü ilə Həsən ilə Hüseyin, "qadınlarımızı" sözü ilə də Fatimə nəzərdə tutulmuşdur."

Beyhəqi, "Delailun Nübüvvə", səhifə 353-354, hədis 244


hədisi ibni Merdeveyh (bax: ibni Kəsr, "Təfsirul Quranil Əzim", 3/55); Vahidi "Əsbabı Nüzul", səhifə 67-68-də səhabə Cabir b. Abdullah ra və tabiindən Həsən əl-Basri'den rəvayət etmişdir. Bənzəri hədisi Hakim, "Müstədrək", 2/649, hədis 4157-də öz sənədi ilə Cabir b. Abdullah r.a-dan rəvayət etmişdir.

hədisi öz kitabında rəvayət etmiş olan Beyhaki "Delailun Nübüvve" kitabının mukaddimesinde kitabına ancaq səhih hədisləri aldığını bəyan etmişdir, bax: Beyhəqi, "Delailun Nübüvvə", səhifə 37

yəni Beyhəqi bu kitabında ancaq səhih hədisləri toplamışdır, başqa sözlə hədis heç olmasa Beyhəqinin şəhadətinə görə səhihdir. bu hədisi Beyhəqi, Hakim, Vahidi və ibni Mərdəvəhydən rəvayət edən Asim b. Əbdülmuhsin hədis haqqında deyir:

وإسناده صحيح و بشواهد له ما أخرجه الواحدي عن الحسن مرسلا نحوه وإسناده صحيح
isnadı səhihdir və Vahidinin Həsən (əl-Bəsri)-dən bu mövzuda mürsəl olaraq rəvayət etdiyi onun şahididir.

Asim b. Əbdülmuhsin, "Səhih min Əsbabı Nüzul", səhifə 85


velhamdulillahi Rabbil aləmin.

Сообщение отредактировал Elmeddin.88: 14 февраля 2013 - 15:24





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru