Rafizilərin qəbrə səcdəsi
#1
Отправлено 16 мая 2013 - 08:12
http://www.youtube.com/watch?v=_QV0SpYUxXQ&feature=youtu.be
Görək bunun adını nə qoyacaqsınız? Yenə "təvəssül"?
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?
39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
10:18
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.
#2
Отправлено 16 мая 2013 - 09:19
Rafizilərin qəbrə səcdəsi
http://www.youtube.com/watch?v=_QV0SpYUxXQ&feature=youtu.be
Görək bunun adını nə qoyacaqsınız? Yenə "təvəssül"?
Yuxarıda qeyd etdiyiviz video rolikə görə sükutuvuzu pozduz?!
http://www.youtube.com/watch?v=OBIUhQzL5vw
- master_ier, qulam и Murad_Jafari это нравится
#3
Отправлено 16 мая 2013 - 12:06
عن داود بن أبي صالح ، قال: أقبل مروان يوماً فوجد رجلاً واضعاً وجهه على القبر فأخذ برقبته، وقال: أتدري ما تصنع؟ قال: نعم، فأقبل عليه فإذا هو أبو أيوب الأنصاري رضي الله عنه فقال: جئت رسول الله ولم آتِ الحجر، سمعت رسول الله يقول: «لا تَبْكوا علَى الدّينِ إِذا وَلِيَهُ أَهْلُهُ وَلكِنِ ابْكوا عَلَيْهِ إِذا وَلِيَهُ غَيْرُ أَهْلِهِ».
Davud ibn Əbi Saleh deyir: “Bir gün Mərvan ibn Həkəm bir nəfərin üzünü Peyğəmbərin qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan: “Nə etdiyini bilirsənmi?” – deyə səsləndi. Yaxına gəldikdə onun Əbu Əyyub əl-Ənsari olduğu məlum oldu: “Bəli, mən daşın yanına yox, Peyğəmbərin yanına gəlmişəm." Peyğəmbərdən eşitmişəm ki: “Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın”.Hakim ən-Nisaburi də, əz-Zəhəbi də hədisin səhihliyini təsdiq edib. Hakim bu qərarda tək olmadığı üçün də rəyləri məqbuldur.
Ünvan: Müstədrək əla əs-səhiheyn, hədis 8571
HƏHİS NECƏ DƏ BU GÜNKÜ MƏNZƏRƏNİ ƏKS ETDİRİR. SƏLƏFİ ƏQİDƏSİNDƏ MƏRVAN VƏ ŞİƏ ƏQİDƏSİNDƏ ƏBU ƏYYUB ƏL-ƏNSARİ
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#4
Отправлено 16 мая 2013 - 23:54
Məsələlər heçdə "rafizi sələfilərin" dediyi kimi deyil.Fiqhi məsələləri oxumadan necədə danışmağı bacarırlar? Bu məsələlərdə hansısa,mənim kimi avamın əməli və yaxud da fikri yox,əsas elim əhlinin görüşüdür.Buna görə istəyirəm ki,şiələrin bəzi elim əhli olan müctəhidlərin nəzərlərini qeyd edim.
"Allah-Taaladan başqası üçün səcdə etmək haramdır. Avam camaatdan bə”zilərinin İmamlar (əleyhimüs-salam)-ın qəbirləri müqabilində alınlarını yerə qoymaları Allaha şükür etmək niyyəti ilə olsa, eybi yoxdur; əks halda (yə”ni şükür üçün olmazsa) haramdır".
İmam Xomeyni r.a Tovzihul-Məsail,məsələ 1090
Muhəmməd Fazil Lənkərani r.a Tovzihul-Məsail, məsələ 1111
Seyyid Əli Hüseyni Sistani, Tovzihul-Məsail,məsələ 1099
Seyyid Əli Xameneyi,Fiqh-təlimi,səh.189
Vəhid Xorasani,Tovzihul-Məsail,məsələ 1099
Məkarim Şirazi,Xuləsətul-Əhkəm,məsələ 409
Əlimdə olan risalələr bu qədər idi.Digər risalələr əlimdə olsaydı ardını davam edə bilərdim.Elim əhlinin görüşünü gördükdən sonra mənim "rafizi sələfilərə"sualım var. Siz necə isbat edə bilərsiz ki,rolikdəki insanlar Allaha şükür səcdəsi qəsdilə səcdə edirlər yoxsamı qəbrə səcdə etmək niyyətilə səcdə edirlər?
Сообщение отредактировал qulam: 16 мая 2013 - 23:56
- master_ier и l-nur это нравится
#5
Отправлено 27 мая 2013 - 13:50
Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik.(7-11)
(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı onun qarşısında səcdəyə qapandılar.(12-100)
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”. Bundan sonra mələklərin hamısı ona (Adəm a.s.) səcdə etdilər. (15-29/30)
Əgər səcdə mütləq şəkildə haramdırsa, nəyə görə yuxarıda qeyd etdiyim və etmədiyim ayələrdə insanlara (Adəm və Yusif a.s.) səcdədən bəhs edilir?
- master_ier это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#6
Отправлено 27 мая 2013 - 23:17
Сообщение отредактировал Umm Maryam: 27 мая 2013 - 23:17
#7
Отправлено 27 мая 2013 - 23:30
Sozunuzden bele cixir ki, Ademin e.s.ve Yusifin e.s.werietinde wirk etmek caiz olub? )))Çünki Ademin (a.s.) ve Yusifin (a.s.) Şeriatlarında bu haram deyildir,nece ki Musa (a.s.) Şeriatında bezi nemetler,etler haram olub ve İsa (a.s.) bu qadağaları halal etmeye gelib.Elece de bizim Şerietlerimiz ferqlidir.Yusif (a.s.) vaxtında hörmet secdesi caiz olub,indi ise-yox)
- al-Islam это нравится
#8
Отправлено 28 мая 2013 - 01:23
Hər şey bu qədər asan və sadə? Bəs dəliliniz? Müsəlmanlar Mühəmməd s.a.a.s.-in şəriətində ixtilaf etdikləri halda, siz necədə asanlıqla Adəm və Yusif a.s.-ın şəriəti barədə məlumatlara inanırsınız?!
Bir məsələni də xatırlatmaq istərdim ki, müxaliflər arasında Adəm a.s.haqqında o qədər fərqli fikirlər mövcuddur ki, gəl-görəsən o ki, qaldı onun şəriəti?! Hətta axmaq vəhhabilərdən Adəm a.s.-ın peyğəmbər olmadığını iddia edənlərə də rast gəlmişəm, əminəm ki, inetdə də var-gəl etsək buna bənzər məsələyə rast gəlmək olar.
Adəm a.s. haqqında bu qədər sual işarələrinin arasında onun şəriətindəki halal və haramdan dəm vurmaq........? İnsanın təmiz vicdanı gözəl hakimdir.
- Arif это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#9
Отправлено 28 мая 2013 - 11:41
Xanim yanlisiniz var . siz deyirsiz ki Musa (e)in dovrunde haram olan sey sonra hala olur amma sohbet wirkden gedir . eqidevi behsdir . hec vaxt eqidede deyisiklik olmayib .Çünki Ademin (a.s.) ve Yusifin (a.s.) Şeriatlarında bu haram deyildir,nece ki Musa (a.s.) Şeriatında bezi nemetler,etler haram olub ve İsa (a.s.) bu qadağaları halal etmeye gelib.Elece de bizim Şerietlerimiz ferqlidir.Yusif (a.s.) vaxtında hörmet secdesi caiz olub,indi ise-yox)
- abdhalim это нравится
#10
Отправлено 28 мая 2013 - 15:08
siz məsələləri qarışdırırsız. dində fiqhi,dini hökümlər ayrıdır, əqidə isə ayrı. bütün peyğəmbərlərin əqidəsi tək bir qəlb kimi olub, yani deyişiklik görməzsən onların əqidəsində. əgər kimsə bunu iddia edərsə ,o deməli peyğəmbərləri tanımayıb.Çünki Ademin (a.s.) ve Yusifin (a.s.) Şeriatlarında bu haram deyildir,nece ki Musa (a.s.) Şeriatında bezi nemetler,etler haram olub ve İsa (a.s.) bu qadağaları halal etmeye gelib.Elece de bizim Şerietlerimiz ferqlidir.Yusif (a.s.) vaxtında hörmet secdesi caiz olub,indi ise-yox)
fikhi məsələrdə isə deyişiklik görə bilərsən.yani hətta elə bilərsən ki, islamda 1 kişinin 4 qadınnan evlənməyi haramdır,yəni sənə bunu deyən olmayıb,və ya oxumamısan, və ya quranın tərcüməsini səhv eleyiblər azəri dilinə və sair ....
və s
sonra xəbər tutursan ki,bu halaldır ! bunuynan sən kafir olmursan, çünkü bilmirdin, ! bu cür hallar islamda üzr sayılır.
Amma mən bilmirdim ki, bu əməl şirkdir, və ya mənə elə gəlir ki, əvvəllər bu əməl edən və bu yəqinlikdə olanlara şirkə düşməyiblər,yəni caiz olub, amma islam dinində isə bu əməli edən şirkdədir. bu şübhəyə düşən insan eləcədə, siz gərək tövbə edəsiz.
bu cür bilməyib danışmağnan belə yəndə şirkdəsiz, şirkdə elə günahdır ki, ancaq tövbə etməknən bağışdanar.
təfsilatını ər-əraf 172/173 ayəsələrinə baxsaz görərsiz.
mənim sizə bu qəbrə səcdənin,1-2 dənə üzrlərini gətirəcəyəm və nə zaman təkfir olunduğunda gətirəcəyəm bi izni Allah
1.ola bilsin ki , kimsə qəbrə səcdə edir, və ya orda namaz qılır.
soruşsan ki, niyə burda namaz qılırsan ? deyəcək ki, mən belə bir "hədis" eşitdim ki,Allahın rəsulu s.ə.v. deyib ki, kim mənim qəbrimə gəlib 2 rukət namaz qılarsa, bütün günahları bağışdanar !
yəni bu adam niyyətini bildirdi ! bu əməlinə görə onu təkfir edə bilməzsən !bu hədis uydurma olduğunu ona inadırada bilməzsən,çünkü mühədis deilsən.
.2.əgər insan kəbənin qara daşını öpür ,və ya ora nəsə pıçıldayarsa, və sən bunu görüb , yaxınlaşırsan həmin insana deyirsən ki, sən nə dedin o daşa ?
deyərsə ki, vallahi, mən eşitmişəmki Allahın rəsulu bu daşı öpüb !məndə buna görə öpürəm, və pıçıldadığım sözlərdə,budur ki,""vallahi səndən mənə nə bir xeyr gəlir nə də ziyan!Allahın rəsulu s..ə.v. səni öpməsəydi ,məndə səni öpməzdim.
buna görə insan günah qazanmaz..
3. lakin həmin insan deyərsəki, mən bu kəbənin daşınin yanından ehtiyaclarımı Allaha deyəndə,", Allah mən dualarımı daha tez qəbul eleyir, bu insan artıq duanın mahiyyətindən xəbərsizdir,"və 2 ci küfrü isə ğeyb aləmindən xəbər verməkdir !ğeyb aləmindən xəbər verə bilər ancaq peyğəmbərlər!bunuda Allah bildirər rəsullarına ! duaya gəldikdə isə Allah insanı yaratdı, və onun dualarını məkandan aslı olmayaraq qəbul edir ! müəyyən bir məkan seçmədi ki, və demədiki,ey insan sən gəl filan məkanda mənə dua elə !
buna inanan insan hüccətsiz təkfir olunur, burda onun cahilliyi üzrsüzdür, çünkü əqidədə bilməməzlik üzrsüzdür.bunun təfsilatını əgər istəsəz sonra yazaram inşallah.
yəni imamların qəbrindən duanın yaxşı qəbul olunacaqına inanan insanda eyni ilə təkfir olunur.
birdə bilki, bütün şiyələr bu əqidədə deyil.buna inanan insanları təkfir edən şiyələrdə var.
Сообщение отредактировал abdhalim: 28 мая 2013 - 15:13
#11
Отправлено 28 мая 2013 - 15:34
abdhalim Imamlarin ə.s qəbrindən yox özündən xahiş edən şiələr də var ( bizim kimi ) biz İmam ə.s bəziləri kimi ( sizin kimi ) ölmüş bilmirik və ziyarətdə onlarin hüzuruna sag olduqlari vaxtdaki kimi müşərrəf olub və görüşərək hüzurlarini tərk edirik.tak cto şirk eləmə ,get tövbə eləyəni imamların qəbrindən duanın yaxşı qəbul olunacaqına inanan insanda eyni ilə təkfir olunur.
birdə bilki, bütün şiyələr bu əqidədə deyil.buna inanan insanları təkfir edən şiyələrdə var.
#12
Отправлено 29 мая 2013 - 16:37
ALLAHDAN QEYRİSİ ÜÇÜN EDİLƏN SƏCDƏ
"Dediklərimizdən belə məlum olur ki, Allahdan qeyrisinə təzim etmək, əgər Allah tərəfindən yasaq olunarsa şəri nöqteyi-nəzərdən haram hesab olunur. [Məzhəbindən asılı olmayaraq] müsəlman icması arasında bu barədə heç bir ixtilaf və fikir ayrılığı nəzərə çarpmayır. Və Allah-taala, Qurani-kərimdə bu haqda buyurur:
«Günəş və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə [heç bir şərik qoşmadan ibadət edin]». (41/37).
«Şübhəsiz ki, [bütün] məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!» (72/18).
Ayə dediklərimizə yalnız o zaman dəlalət edə bilər ki, «məsacid» deyildikdə səcdə edərkən yerə qoyulan yeddi bədən üzvü (alın, iki əl, dizlər və baş barmaqların ucu) nəzərdə tutulmuş olsun. Buna dəlalət edəcək bir neçə hədis və rəvayət də nəql olunmuşdur.
Belə ki, ayənin zahiri mənasından da bu nəticəyə gəlmək olur.
İFTİRA VƏ TÖHMƏT
Şiə məzhəbinə vurulan əsassız töhmətlərdən biri də onların imamların və digər müqəddəs hesab etdikləri şəxslərin qəbirləri qarşısında səcdə etmələridir. Lakin bu bağışlanmaz və heç bir əsası olmayan iftira və töhmətdir. Allah-taala onlara qarşı iftiralar yağdıran şəxsləri qiyamət günü məhşərə toplayacaq və özünün ədalət məhkəməsində mühakimə edəcəkdir. Çünki, O, hökm çıxaranların ən ədalətlisidir.
Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.» İlahi Sən özün bütün bunların böhtan və batil olduğunun şahidisən. Şiə məzhəbinin hal-hazırda mövcud olan istər qədim, istərsə də müasir kitablarında insanın Allahdan qeyrisinə səcdə etməsi haram olduğu göstərilmişdir. Belə bir iftiranı [qəbr torpağına səcdə etməyi] şiə məzhəbinə yaxan şəxslərdən bu işi bilərəkdən böhtan və iftira yaxmaq üçün edir, ya da şiə məzhəbindən heç bir anlayışı yoxdur. Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər.
ADƏM (ə.s)-IN SƏCDƏ ETMƏSİ BARƏDƏ İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏLƏR
3. Bəziləri deyirlər: Adəmə səcdə, Allahın hökmü olduğu üçün onu yerinə yetirmək də Allaha xatir və Onun əmrinə tabe olmaq deməkdir. Bu səbəbdən də bunu Allahdan qeyrisinə səcdə etmək kimi qəbul edə bilmərik.
İzahat: Səcdə, insanın Allah qarşısında bildirdiyi sonsuz təzim, itaət əlamətidir. Bu səbəbdən də Allah-taala səcdəni öz zatına aid etmiş və insanları özündən qeyrisinin qarşısında hətta itaət məqsədi ilə olsa belə səcdə etməkdən çəkindirmişdir. Allahın əmri ilə Allahdan qeyrisinin qarşısında səcdə etmək də Allaha səcdə və itaət etmək deməkdir. Çünki, əsas məqsəd Allahın əmrinə tabe olmaq və Onun göstərişinə əməl etməkdir.
Bizim fikrimizcə bu irəli sürülmüş kamil və doğru nəzəriyyədir. Çünki, insan yalnız öz Allahına tabe olmalı və Onun istək və tələblərinə əməl etməlidir; bir an da olsun özündə müstəqillik hissi taparaq Onun əmrinə tabe olmaqdan boyun qaçırmamalıdır.
O daim özünü Allahının qarşısında kiçik və aciz görməlidir. Lakin bu hiss yalnız Allahın hüzurunda olmalıdır. Çünki, insan Allahın əmrinə Onun əzəmətini dərk etdiyi üçün tabe olur.
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081203035635
İslam nəzərindən təzim səcdəsi etmək olarmı?
Nur təfsirinin müəllifi Möhsün Qəraəti,Əraf surəsinin 11-ci ayəsinin təfsirində (nöqtələr) Ehticace Təbərsi cild,1 səh.204-ə istinad edib İmam Əlidən (ə.s) belə bir hədis nəql edir:Bir yәhudi kişi Hәzrәt Әlidәn (ә.s) sоruşdu: “Аllаh mәlәklәrә Аdәmә sәcdә әmrini buyurdu. İslаm pеyğәmbәrinә dә bu sаyаq еhtirаm göstәrilibmi?” Hәzrәt buyurdu: “Аllаh-tәаlа İslаm pеyğәmbәrinә bundаn dа üstün fәzilәt vеrmişdir. Аllаh Öz misilsiz әzәmәtinә bахmаyаrаq, mәlәklәrlә birlikdә Özü dә Mәhәmmәdә (saəv) sаlаvаt göndәrir vә möminlәrin pеyğәmbәrә göndәrdiyi sаlаvаtı Özünә ibаdәt sаyır.”
http://www.haqqyolu....=20081206041906
Bunları qeyd eləməkdə məqsədim sadəcə qardaşlarımla bölüşməkdir.
- master_ier это нравится
#13
Отправлено 30 мая 2013 - 00:21
Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər.
Məgər qəbirin kənarından götürülmüş torpaq üzərinə səcdə etməkdə qəbahət var? Əgər müxaliflər bunu iddia edirlərsə zənnimcə yanılmırlar, böhtan da atmış olmurlar. Böhtan o zaman sayılıa bilər ki, Şiənin Allaha yox, qəbr kənarından götürülmüş torpağa (bütə) səcdə etdiyini iddia edələr və təəssüf ki, bə`ziləri bu iddianı edirlər.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#14
Отправлено 30 мая 2013 - 01:20
Qardaş,mən Sizin,Masterierin,Elməddin.88-in,Fajrın qarşısında söz söyləmyə həya abır edirəm.Digər qardaşlarada hörmət bəsləyirəm.Ona görə üzür istəyirəm.Bəli, düz buyurursuz.Qəbir kənarından torpaq götürüb səcdə etməyin qəbahəti yoxdur.Necə ki,Kəbəyə səcdə etdikdə Kəbəyə yox,Allaha səcdə edirik.Bu məsələdə də torpağa səcdə edərkən torpağa yox,Allaha səcdə edirik.Müxaliflərdən bəziləri:Şiələr Allaha yox,torpağa,bütə,(müasirlərindən bəziləri şaybaya) səcdə edirlər dediklərinə görə Seyyid Xoyidə bu böhtanların qarşısında danışır.Buna görədə Seyyid deyir:"Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər".Allah amanında.
Məgər qəbirin kənarından götürülmüş torpaq üzərinə səcdə etməkdə qəbahət var? Əgər müxaliflər bunu iddia edirlərsə zənnimcə yanılmırlar, böhtan da atmış olmurlar. Böhtan o zaman sayılıa bilər ki, Şiənin Allaha yox, qəbr kənarından götürülmüş torpağa (bütə) səcdə etdiyini iddia edələr və təəssüf ki, bə`ziləri bu iddianı edirlər.
#15
Отправлено 30 мая 2013 - 02:26
- master_ier, tatar. и qulam это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#16
Отправлено 02 июня 2013 - 00:31
- tatar. это нравится
Передал Хаким в "Мустадрак" (10/382):
... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم
Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»
Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)
#17
Отправлено 02 июня 2013 - 00:39
Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.»
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#18
Отправлено 02 июня 2013 - 00:54
İmkanın olsa aşağıdakı sitatın orijinalını buraya "paste" et.
Mənim gözlərim üstə, əziz qardaşım. Məsələ qeyd etdiyim kimidir. Sadəcə bizim dilə təcümə bir-az qəribə alınıb.
Xoyi (r.ə) açıq-aşkar qeyd edir:
، وإما غافل لا يفرق بين السجود لشئ والسجود عليه
"Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər."
Yanı əl-Alusi kimi bəzi bisavadlar iddia ediblər ki, guya şiələr Allaha deyil, torpağa səcdə ediblər. Bu da gülünc bir böhtandır.
Передал Хаким в "Мустадрак" (10/382):
... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم
Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»
Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)
#19
Отправлено 02 июня 2013 - 01:07
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#20
Отправлено 02 июня 2013 - 01:14
ولقد أفرط بعضهم في الفرية ، فنسب إليهم ما هو أدهى وأمض ، وادعى أنهم يأخذون التراب من قبور أئمتهم ، فيسجدون له سبحانك اللهم هذا بهتان عظيم
Sözü gedən qəbahətli tərcümə:
Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.»
- qulam это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#21
Отправлено 02 июня 2013 - 01:15
Bu kitab çoxdan tərcümə olunub və tərcümədə nöqsanlar var. Tərcümə sahəsində boşluqlar çoxdur.Mənim söhbətini etdiyim azərbaycan dilindəki sitatda "əs-Sucud aleyh"in iftira olduğu bildirilir. Mənim də e`tirazım oradan qaynaqlandı və tərcümədə şübhə yaratdı. İndi imkan varsa həmin sitatın orijinalını "paste" et. Tərcümələrin bərbad olması yeni məsələ deyil. "Haqqyolu" website? Haqqlarına girmək istəmirəm amma???? Tərcümələr mənim kimi qeyri-mütəxəssislər tərəfindən həyata keçiriləndə bu cür də olmalıdır.
Buyur qardaşım:
من أنهم يسجدون لقبور أئمتهم ، فهو بهتان محض ، ولسوف يجمع الله بينهم وبين من افترى عليهم وهو أحكم الحاكمين ولقد أفرط بعضهم في الفرية ، فنسب إليهم ما هو أدهى وأمض ، وادعى أنهم يأخذون التراب من قبور أئمتهم ، فيسجدون له سبحانك اللهم هذا بهتان عظيم
Bu cümləni "فيسجدون له" mütərcim səhv tərcümə edib və beləliklə məna bir növ dəyişilib. Hər şeyi ürəyivə alma.
- qulam это нравится
Передал Хаким в "Мустадрак" (10/382):
... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم
Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»
Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)
#22
Отправлено 02 июня 2013 - 01:21
- Fajr это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#23
Отправлено 02 июня 2013 - 01:29
Necə ürəyimə almayım ki, Seyyid "torpaq üzərinə" ilə "torpağa (torpaq üçün)" fərqini anlatmaq istəyərkən mütərcim vurub mətnin gözünü çıxardıb. Onda bizim tərcümə olunmuş kitablarımızla Əbu Əli Əfəndi, Abu Zeyd və digər Əbular, Əxilər və mən nə bilim kimlərin cəfəngiyyatı arasında fərq nə oldu? Əslində onlara geydirmə tərcümələr və cəfəngiyyatlar yaraşır, lakin şiəyə bu cür naqis şeylər yapışmır axı!?Çoxdan tərcümə olunmuş kitablarda səhvlər və boşluqlar çoxdur. Redakt və korrekt işlərində məsuliyyətsizlik hiss olunur. İndi şükürlər olsun ki, müəyyən irəliləyişlər var.
P.S Əbular, əxilər və s. tör-töküntülər irad tutsalar, qol-qabırğaların qırıb ər-Riyada yola salarıq.
Allah ədalətlidir və hər şey öz axarınca gedəcək. Ürəyivi sıxma. Zəif hədislərə dair açdığın mövzu çox faydalıdır. MaşAllah. Həmin kitabın linki ilə o mövzuda mənimlə də paylaş, zəhmət olmasa. Öpürəm nur yanağından
Передал Хаким в "Мустадрак" (10/382):
... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم
Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»
Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)
#24
Отправлено 02 июня 2013 - 01:37
- Fajr это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#25
Отправлено 02 июня 2013 - 19:14
Xoş gəlmisən Fajr qardaş.Sənin üçün də darıxmışdıq.Təşəkkürlər.
#26
Отправлено 02 июня 2013 - 23:34
#27
Отправлено 27 июня 2013 - 10:40
(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı)səcdə etdi.
Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik.(7-11)
(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı onun qarşısında səcdəyə qapandılar.(12-100)
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”. Bundan sonra mələklərin hamısı ona (Adəm a.s.) səcdə etdilər. (15-29/30)
Əgər səcdə mütləq şəkildə haramdırsa, nəyə görə yuxarıda qeyd etdiyim və etmədiyim ayələrdə insanlara (Adəm və Yusif a.s.) səcdədən bəhs edilir?
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Fatihe(5) bes buna ne demekdir onda? sen deyirsen ki qebirlere secde elemek olar? sen butun Islama shubhe salmaq isteyirsen oz eqideni temize cixartmaq ucun.siz qebirlere ibadet edirsinizse bu o demek deyilki hami sizin edeni etmelidir.quran insanlari Allaha ibadete cagirir.seni kimiler ise qebirlere.
#28
Отправлено 27 июня 2013 - 10:43

eyer sen qebirden istemeyi caiz bilirsense qurandan coxlu delillerin olmalidir.getir baxaq.
Сообщение отредактировал AZERITURK: 27 июня 2013 - 10:43
#29
Отправлено 27 июня 2013 - 11:13
eyer sen qebirden istemeyi caiz bilirsense qurandan coxlu delillerin olmalidir.getir baxaq.
şiələr qəbirlərdən istəmirlər ruhdan istəyirlər, məsəl üçün imamın ruhundan.
maraqlıdır ki, sən bu günə kimi bunu bilmirsən...
əgər sən səmimi qəlbdən şiələrin mövqeyini bilmək istəyirsənsə onda məsləhət görərdim bu kitabı oxumağa :
"Vəhhabi məzhəbi" - Ayətullah Cəfər Sübhani
kitabın adı səni çəkindirməsin oxumağdan.
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Fatihe(5) bes buna ne demekdir onda? sen deyirsen ki qebirlere secde elemek olar? sen butun Islama shubhe salmaq isteyirsen oz eqideni temize cixartmaq ucun.siz qebirlere ibadet edirsinizse bu o demek deyilki hami sizin edeni etmelidir.quran insanlari Allaha ibadete cagirir.seni kimiler ise qebirlere.
sən diyəsən #2 post`da olan videorolikə baxmamısan...
Сообщение отредактировал l-nur: 27 июня 2013 - 11:19
#30
Отправлено 28 июня 2013 - 15:05
islam tovhid demekdir,yeni ibadetleri tek Allah elemek.rafizilerde ise bu yoxdu,sizden oteri ruhlardan,ovliyalardan ruzi istemek adi 1 sheydir.dinin temeli olan tovhid sizde yoxdu.bashqa neden danishmaq olar?
Количество пользователей, читающих эту тему: 2
0 пользователей, 2 гостей, 0 скрытых пользователей