Перейти к содержимому


Фотография

Zəif hədislər haqqında risalə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 34

#31 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 13 июня 2013 - 18:44

Mə`nasından da aydın olduğu kimi qərinə geniş anlayışdır. Yuxarıda qərinəyə bir neçə nümunələr gətirilmişdir. Bu bir ictihad mövzusudur ki, bir fəqihə görə höccət olan qərinə digəri üçün olmaya da bilər. Qərinə mövzusu bizim tam anlaya biləcəyimiz bir şey deyil, maraqlananlar isə ilk növbədə təhsil almalı sonra isə aidiyyatı olan kitablara-"Üsul" kitablarına müraciət etməlidir. Mənim naqis tərcümələrim isə zəruri təhsili olmayanlar üçün anlaşılmaz və çaşdırıcı ola bilər. "Üsul" kitablarını tərcümə etmək yox, oxuyub, anlamaq, mələkə etmək bir sözlə yaşamaq lazımdır desəm yanılmaram.

Zehnlərə yaxınlıq məqsədi ilə bəzi kitablara nəzər saldıqdan sonra və inetdə bir məqalədə rast gəldiyim "qərinə siyahısı"ndən bə`zilərini bölüşmək istərdim:

1. Qərinə əqli dəlillərə mütabiq (uyğun) olmalıdır
2. Qurana mütabiq olmalıdır
3. Mütəvatir hədislərə (sünnətə) mütabiq olmalıdır
4. Müsəlmanların icma etdiklərinə mütabiq olmalıdır
5. Şiənin icma etdiklərinə mütabiq olmalıdır
6. Ürfdə rast gəlinməlidir
7. Ravi siqa (güvənilən) olmalıdır
8. Hədis icma ilə qəbul olunmuş "Əsl"lərdə ("Əsl" kitablarında) və yaxud siqaların kitablarında mövcud olmalıdır
9. 4 hədis kitablarından birində mövcud olmalıdır
10. "İcma Əshabı"ndan birinin kitabında mövcud olmalıdır
11. Bir çox mötəbər kitablarda təkrar olaraq keçməlidir

qardaş, Vallahi bir şey anlamadım. anlaşılmağı üçün biraz sadələşdirək: "qərinə (səhih və yaxud zəif) olan hədisin doğruluğuna şəhadət edəcək bir şeydir."

sənin yuxarıda sadaladığın şeylər (Qurana zidd olmamaq, ravinin siqa olması və s.) isə hədisin sihhət şərtlərinə aid olan şeylərdir. məgər "qərinə" özü əlavə bir hədisdir ki, onun ravisi olsun və bu ravi də siqa olsun? və yaxud mətni Qurana uyğun olsun? əgər "qərinə" dediyimiz bur şey zəif (və yaxud səhih) sənədli hədisi qüvvətləndirən 2-ci bir hdəisdirsə osuzda bu elə məşhur olan bir şeydir.


#32 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 13 июня 2013 - 20:43

qardaş, xahiş edirəm ki, məsumlar a.s-dan nəql etdiyin hədislərin mənbəsini də qeyd edəsən.

#33 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 июня 2013 - 01:36

Hədislərin mənbəsini risalədən götürə bilərsən. İlk yazıda risaləyə ssılka vermişəm.

Qərinə haqqında sualları mənə yox müctehidlərə ünvanlandırsan daha doğru olar. Çünki yuxarıda sadalananlar "XXXX" alimlərin bə`zi ictihadi nəzərlərini əks etdirir. Lakin inanıram ki, onlar ümum mənalı cavab verərək səni aidiyyatı olan kitablara yönləndirəcəklər. Alim bu yolda ömür sərf edir, ortalığa bir şey çıxartmaq istəyir, sən isə mənim kimi cahildən forum mövzusunda qərinənin incəliklərini bir və yaxud bir neçə günə öyrənmək istəyirsən. Təəssüf ki, bu mümkün olan şey deyil.

Bildirdiyin "Hədisin doğruluğu" və "hədisin sihhəti" eyni anlama gəlmirmi? Qərinə də elə hədisi ya mətn ya da sənəd e`tibarilə doğru yaxud səhih çixartmağa xidmət edir, qeyri-adi, eşidilib-görünməyən bir şey deyil. Məşhur dedikdə nə demək istədiyini tam anlamasam da qərinə də aidiyyatı olan şəxslərin nəzərində məşhur, aktual bir şeydir.

Hədis mətninin Qurana zidd olmaması (əgər fəqih tərəfindən doğru tətbiq edilə bilsə, çünki hər müxalif görünən əslində zidd olmaya da bilər) hədisin məzmununun səhihliyinə bir qərinədir.
Ravinin siqa olmağı ("XXXX" alimə görə əgər sabit olsa) hədis yalnız sənədinin doğruluğuna bir qərinədir, mətnin əqlə zidd olmaması (əlbəttə geydirmə və naqis əqldən söhbət getmir) məzmunun səhihliyinə qərinədir, mətnin mütəvatir (nə çox hədislərin mütəvatir olduğu iddia olunur lakin əslində bə`zən belə olmur) hədislərin mənası ilə uyğunluq təşkil etməsi məzmunun səhihliyinə qərinədir, əhli-sünnə mənbəsində gəlmiş və onların istəkləri ilə ziddiyyət təşkil edən hədisin mənasının şiənin icma etdikləri ilə uyğun olması şiə mənbəsində gəlmiş xəbərin məzmununun səhihliyinə bir qərinədir, "Dörd yüz Əsl" kitablarının əksəriyyətini görənlər üçün hədisin orada yer tapması səhihliyinə bir qərinədir və s. Bu və digər qərinələri görüb anlamaq, ələ gətirmək üçün isə ALLAHDAN tovfiq, illərin təhsili və sə`yi lazımdır.

Bir daha təkrar edirəm qərinə dediyimiz "XXXX" alimin ictihadi nəzəriyyəsidir, və digər "YYYY" alimin icihadi nəzəri ilə üst üstə düşməyə də bilər. Yuxarıda sadalananlar Quran ayəsi deyil ki, dəyişilməz olaraq qalsın. Dəyişə də bilər hələ bir üstəlik öz aktuallığını itirə də.

Sonunda mənim qərinə barədə "arxayınlıqla yazmamağım" anlayanlar üçün bu sahədə cahilliyimə və aidiyyatı olmayan bir şey yazaraq, hazır olmayan oxucu kütləsinə çaşqınlıq gətirəcəyimdən həzər etməyimə bir QƏRİNƏDİR. Risaləni isə birmənalı şəkildə qəbul etməyin. Sonunda "XXXX" alimin risaləsidir, xətadan xali olmaya da bilər.

Əgər həqiqətən də qərinə barədə nəsə öyrənmək istəyiriksə gərək əlimizdəki sənəti atıb təhsilə başlayaq, əks təqdirdə (qəbul etsəniz bir qardaş kimi demək borcumdur) çaşqınlıq içində itib-batacağıq və çox güman ki, doğru yoldan kənarlaşacayıq. Seçim özümüzdədir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#34 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 июня 2013 - 02:42

وهو الخبر الذي اشتملت بعض وسائطه على راو مجروح أو مجهول أو مهمل ، أو كانت بعض حلقات سنده مفقودة.

وبتعبير أشمل : انّ الخبر الضعيف هو كلّ خبر لا يتوفر على شرائط أقسام الخبر الثلاثة « الصحيح ـ والحسن ـ والموثّق » ، ثمّ انّ الضعف تتفاوت درجاته بمقدار ما يبتعد عن الشرائط المعتبرة في الأقسام الثلاثة.

هذا بحسب اصطلاح المتأخّرين كالعلاّمة والشهيدين رحمهم‌الله ، وأمّا بحسب اصطلاح المتقدّمين فالضعيف هو مطلق الخبر غير المعتمد سواء كان منشأ عدم اعتماده هو ضعف رواته أو بعضهم ، أو كان منشأ ذلك هو عدم نقله عن الاصول المعتمدة أو كان غير ذلك من المناشئ.

على انّ عدم وثاقة رواة الخبر لا يلازم اتّصاف الخبر بالضعف في اصطلاح القدماء ، فقد يكون بعض رواة الخبر ضعاف إلاّ انّه معتمد عند مشهور القدماء ومنقول في كتب الاصول المعتمدة ، وعندئذ يكون الخبر باصطلاحهم من قسم الصحيح.


İlk dövr alimlərinin termininə əsasən zəif xəbər dedikdə mütləq şəkildə e`timad olunmayan xəbər nəzərdə tutulur. İstər e`timad olunmamanın mənşəyi ravilərin, yaxud bə`zilərinin zəifliyi, istərsədə də etimad olunan "Əsl" kitablarında nəql olunmaması, yaxud da başqa bir şey olsun.


Belə ki, xəbərin ravilərinin siqa olmaması ilk dövr alimlərinin terminində mütləq şəkildə xəbərin zəif olması demək deyildir. Bə`zən olur ki, ravilərdən bə`ziləri zəif osa belə məşhur ilk dövr alimlərinin nəzərində xəbər etimadlı hesab olunmuş və etimad olunan "Əsl" kitablarından nəql olunmuşdu. Bu zaman onların istilahına (termininə) görə hədis səhih idi.


Son dövr alimlərinin nəzərində zəif hədisin tə`rifi əksəriyyət tərəfindən az yada çox bilindiyi üçün burada qeyd etməyə lüzüm görmədim.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#35 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 июня 2013 - 10:20

Qardaş,sənə dərin təşəkkürümü bildirirəm.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru