xəbəri vahid
#1
Отправлено 05 июня 2013 - 21:53
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
məlum olduğu kimi xəbəri vahidin əqidə məsələləridə dəlil olub olmadığı ixtilaflı məsələlərdən birisidir. istər əhli sünnədə, istər şiədə və istərsədə digər məzhəblərin daxilində belə bu məsələdə ixtilaf mövcuddur. bizim məzhəbimizdə məşhr olan xəbəri vahidin əqidə məsələlərində dəlil olmadığıdır. mütəqəddim alimlərimizdən Şeyx Müfid r.a bunu "Əvailul Məqalat" kitabında bəyan etmişdir (bax: "Əvailul Məqalat", səhifə 122), müasir alimlərimizdən isə Şeyx Məkarim əş-Şirazi, Seyyid Səid əl-Həkim, Şeyx İshaq əl-Fəyyaz, Şeyx Hüseyin ər-Razi və digərlərinə -Allah hamısını qorusun- bu mövzuda suallar göndərdim. gələn cavablar demək olar ki, eynidir hamısı xəbəri vahidin əqidə məsələsində dəlil olmadığını deyir. ancaq mənim üçün bu məsələdə cavabsız olan bir neçə məsələ var. inşaAllah bu mövzuda məndə sual doğuran məqamları qeyd edəcəm. Abu Sufyan Ordusu, Fajr və digər qardaşlardan məsələ haqqnda kömək istəyirəm.
#2
Отправлено 05 июня 2013 - 23:36
1. xəbəri vahidin zənni olduğu nəyə əsasən deyilir?
2. əgər xəbəri vahid həqiqətən zənnidirsə o zaman gərək fiqhi məsələlərdə də dəlil olmasın. çünkü Allah c.c buyuruyur:
وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا
Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!
Nəcm surəsi 28-ci ayə
xəbəri vahidi əqidədə qəbul etməyənlərin (fiqhdə qəbul edənlərin) əsaslandıqları budur ki, o zənnidir. Allah c.c isə buyurur ki, zənn həqiqət ola bilməz. elə isə həqiqət olmayan bir şey necə fiqhdə dəlil olar?
#3
Отправлено 07 июня 2013 - 19:49
1. məsumlar a.s xəbəri vahidin əqidədə dəlil olduğunu bu hərəkətləri ilə təsdiq etmişdirlər. çünkü əgər xəbəri vahid əqidədə dəlil olmasa idi məsumlar a.s təbliğçilərə əqidəni təbliğ etməyi əmr etməzdilər.
2. məsumlar a.s-ın təbliğçiləri olan bu şəxslərin gətirdiyi bütün xəbərləri qəbul etmək təbliğçilərin göndərildiyi qövmlərə vacib idi. onlar isə həm əqidəni və həmdə fiqhi təbliğ edirdilər, deməli xəbəri vahidi əqidə məsələsində qəbul etmək lazımdır.
#4
Отправлено 08 июня 2013 - 12:25
Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#5
Отправлено 09 июня 2013 - 20:15
Seyyid Səid əl-Həkim h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/haberi-vahid-seyyid-hekim.jpgZəhmət olmasa aldığın cavabları mövzuda bölüş ki, biz də faydalanaq.
Şeyx Məkarim əş-Şirazi h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/haberi-vahid-seyh-sirazi.jpg
Şeyx İshaq əl-Fəyyaz h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/image3766.jpg
#6
Отправлено 04 июля 2013 - 22:43
#7
Отправлено 20 июля 2013 - 00:54
Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.
İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?
Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.
Zənn nədir?
Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.
Əqidə deyə adlandırdığın nədir?
Məsumla eyni zamanda yaşamaq, bir başa, vasitəsiz rəvayət edən şəxsin sözünü dinləmək ilə sonrakı dövrlərdə müxtəlif vasitələrlə gəlib çatmış nəqli dəlillərin arasındakı fərqi nəzərdən keçirməli.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#8
Отправлено 10 августа 2013 - 15:45
Allah azzə və cəllə şahiddir ki, mən sənin sözlərini qardaş sözündən daha üstün, ustad sözü kimi qəbul edirəm və buna görə ilk olaraq səndən kömək istəmişəm. həmdə bu mövzunu səninlə məsləhətləşib sonra açmışam.Elməddin,
Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.
yox, bunu etməmişəm. çünkü adətən belə suallar gödəriləndə geniş cavab verilmir əksinə həmin mövzunun geniş şəkildə ələ alındığı kitablara müraciət etmək məsləhət görülür.İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?
bunlar mənim bilmədiyim və əldə edə bilmədiyim şeylərdir. bildiyim qədəri ilə Fajr qardaş mədrəsədə oxuyub, sənin isə ən azından ərəbcən və kitabları əldə etmək imkanın məndən genişdir. ona görə sizə müraciət etmişəm.Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.
Zənn nədir?
Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.
əqidə dedikdə nə anlaşılır? Tövhid, Nübüvvət, Məad, imamət və bunların sahələri.[color="#1c2837"]Əqidə deyə adlandırdığın nədir?
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей