Перейти к содержимому


Фотография

xəbəri vahid


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 7

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 июня 2013 - 21:53

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

məlum olduğu kimi xəbəri vahidin əqidə məsələləridə dəlil olub olmadığı ixtilaflı məsələlərdən birisidir. istər əhli sünnədə, istər şiədə və istərsədə digər məzhəblərin daxilində belə bu məsələdə ixtilaf mövcuddur. bizim məzhəbimizdə məşhr olan xəbəri vahidin əqidə məsələlərində dəlil olmadığıdır. mütəqəddim alimlərimizdən Şeyx Müfid r.a bunu "Əvailul Məqalat" kitabında bəyan etmişdir (bax: "Əvailul Məqalat", səhifə 122), müasir alimlərimizdən isə Şeyx Məkarim əş-Şirazi, Seyyid Səid əl-Həkim, Şeyx İshaq əl-Fəyyaz, Şeyx Hüseyin ər-Razi və digərlərinə -Allah hamısını qorusun- bu mövzuda suallar göndərdim. gələn cavablar demək olar ki, eynidir hamısı xəbəri vahidin əqidə məsələsində dəlil olmadığını deyir. ancaq mənim üçün bu məsələdə cavabsız olan bir neçə məsələ var. inşaAllah bu mövzuda məndə sual doğuran məqamları qeyd edəcəm. Abu Sufyan Ordusu, Fajr və digər qardaşlardan məsələ haqqnda kömək istəyirəm.


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 июня 2013 - 23:36

mənim ilk sualım xəbəri vahidin zənni olması görüşü ilə bağlıdır. məlumdur ki, xəbəri vahidin əqidə məsələlərində dəlil olmadığını deyənlər "xəbəri vahid zənnidir əqidə isə zənn üzərinə inşa edilməz" qaydasına əsaslanırlar. ancaq burada bir neçə məsələ var:

1. xəbəri vahidin zənni olduğu nəyə əsasən deyilir?

2. əgər xəbəri vahid həqiqətən zənnidirsə o zaman gərək fiqhi məsələlərdə də dəlil olmasın. çünkü Allah c.c buyuruyur:



وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا
Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!

Nəcm surəsi 28-ci ayə


xəbəri vahidi əqidədə qəbul etməyənlərin (fiqhdə qəbul edənlərin) əsaslandıqları budur ki, o zənnidir. Allah c.c isə buyurur ki, zənn həqiqət ola bilməz. elə isə həqiqət olmayan bir şey necə fiqhdə dəlil olar?


#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 июня 2013 - 19:49

xəbəri vahidin əqidəvi məsələlərdə dəlil olduğunu deyənlərin mövzu haqqındaki dəlilləri isə belədir: məlum məsələdir ki, Rəsulullah s.a.a və imamlar a.s təbliğ üçün öz elçilərini müxtəlif yerlərə göndərmişdirlər və bu təbliğçilər ilk öncə əqidə məsələlərini təbliğ edirdilər. burada bir neçə nöqtə var:

1. məsumlar a.s xəbəri vahidin əqidədə dəlil olduğunu bu hərəkətləri ilə təsdiq etmişdirlər. çünkü əgər xəbəri vahid əqidədə dəlil olmasa idi məsumlar a.s təbliğçilərə əqidəni təbliğ etməyi əmr etməzdilər.

2. məsumlar a.s-ın təbliğçiləri olan bu şəxslərin gətirdiyi bütün xəbərləri qəbul etmək təbliğçilərin göndərildiyi qövmlərə vacib idi. onlar isə həm əqidəni və həmdə fiqhi təbliğ edirdilər, deməli xəbəri vahidi əqidə məsələsində qəbul etmək lazımdır.


#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 июня 2013 - 12:25

Zəhmət olmasa aldığın cavabları mövzuda bölüş ki, biz də faydalanaq.
Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 09 июня 2013 - 20:15

Zəhmət olmasa aldığın cavabları mövzuda bölüş ki, biz də faydalanaq.

Seyyid Səid əl-Həkim h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/haberi-vahid-seyyid-hekim.jpg
Şeyx Məkarim əş-Şirazi h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/haberi-vahid-seyh-sirazi.jpg
Şeyx İshaq əl-Fəyyaz h.a-ın cavabı: http://velayet.files.wordpress.com/2013/06/image3766.jpg


#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 июля 2013 - 22:43

mütəqəddim alimlərimizdən Şeyx Həsən b. Musa ən-Növbəxti r.a bu mövzu haqqında bir kitab yazmışdır. kitabın adı isə belədir: xəbəri vahid və onunla əməl haqqında kitab | كتاب في خبر الواحد والعمل به

#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 20 июля 2013 - 00:54

Elməddin,


Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.


İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?


Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.


Zənn nədir?


Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.


Əqidə deyə adlandırdığın nədir?


Məsumla eyni zamanda yaşamaq, bir başa, vasitəsiz rəvayət edən şəxsin sözünü dinləmək ilə sonrakı dövrlərdə müxtəlif vasitələrlə gəlib çatmış nəqli dəlillərin arasındakı fərqi nəzərdən keçirməli.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 10 августа 2013 - 15:45

Elməddin,

Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.

Allah azzə və cəllə şahiddir ki, mən sənin sözlərini qardaş sözündən daha üstün, ustad sözü kimi qəbul edirəm və buna görə ilk olaraq səndən kömək istəmişəm. həmdə bu mövzunu səninlə məsləhətləşib sonra açmışam.

İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?

yox, bunu etməmişəm. çünkü adətən belə suallar gödəriləndə geniş cavab verilmir əksinə həmin mövzunun geniş şəkildə ələ alındığı kitablara müraciət etmək məsləhət görülür.

Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.

Zənn nədir?

Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.

bunlar mənim bilmədiyim və əldə edə bilmədiyim şeylərdir. bildiyim qədəri ilə Fajr qardaş mədrəsədə oxuyub, sənin isə ən azından ərəbcən və kitabları əldə etmək imkanın məndən genişdir. ona görə sizə müraciət etmişəm.

[color="#1c2837"]Əqidə deyə adlandırdığın nədir?

əqidə dedikdə nə anlaşılır? Tövhid, Nübüvvət, Məad, imamət və bunların sahələri.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru