Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
Bilindiyi kimi nasibiləri oxun yaydan çıxdığı kimi İslam dinindən çıxardan ən azğın, gic və xürafə əqidələri Tövhid mövzusundakı azğınlıqlardır. Çünki nasibilər Allah c.c-ın üzü tüksüz, qıvrım saçlı bir gənc olduğunu, cism olduğunu, gecələr yerə enib gündüzlər göyə qalxdığını, əlləri və ayaqları olduğunu iddia edirlər. Bu əqidələri isə onları hər kəs qarşısında rəzil etdiyindən nasibilər öz rəzalətlərini ört-basdır etmək üçün müsəlmanların/şiələrin mənbələrindən bu azğınlıqlarına dair dəlillər gətirməyə çalışırlar. Bir iddialarında belə deyirlər:
cavab: bu hədisi Siqatul İslam (İslamın güvənci) Kuleyni "əl-Kafi", 1/59, Tövhid kitabı, 10-cu bab, hədis 3-də və Şeyx Səduq r.a "Tövhid", səhifə 113, bab 8, hədis 13-də rəvayət etmişdir. Lakin nasibilər hədisin mətnini montaj ediblər. İnşəAllah indi həm hədisin əslini təqdim edəcək və həm də hədisin mətnindəki montajı ortaya qoyacaq həm də hədisin sənədi haqqında məlumat verəcəyik. Siqtul İslam (İslamın güvənci) Kuleyni r.a belə rəvayət etmişdir:İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyn dedilər ki: Əbül Həsən Əli b. Musa ər-Rza ə.s-ın hüzuruna daxil olduq və dedik ki: Söylənənlərdə Məhəmməd s.ə.ə-in Rabbi Azzə və Cələ’ni hər baxımdan mükəmməl, büxtələşmiş otuz yaşlarında bir gənc surətinə gördüyünü bildirir...
Saleh əl-Mazandarani, "Şərhi Üsulu Kafi", 3/201
محمد بن أبي عبد الله عن محمد بن إسماعيل عن الحسين بن الحسن عن بكر بن صالح عن الحسن بن سعيد عن إبراهيم بن محمد الخزاز ومحمد بن الحسين قالا: دخلنا على أبي الحسن الرضا ع فحكينا له أن محمد صلى الله عليه وآله رأى ربه في صورة الشاب الموفق في سن أبناء ثلاثين سنة وقلنا: إن هشام بن سالم وصاحب الطاق و الميثمي يقولون: إنه أجوف إلى السرة والبقية صمد؟ فخر ساجدا لله ثم قال: سبحانك ما عرفوك ولا وحدوك فمن أجل ذلك وصفوك سبحانك لو عرفوك لوصفوك بما وصفت به نفسك سبحانك كيف طاوعتهم أنفسهم أن يشبهوك بغيرك اللهم لا أصفك إلا بما وصفت به نفسك ولا أشبهك بخلقك أنت أهل لكل خير فلا تجعلني من القوم الظالمين ثم التفت إلينا فقال: ما توهمتم من شيء فتوهموا الله غيره ثم قال: نحن آل محمد النمط الأوسط الذي لا يدركنا الغالي ولا يسبقنا التالي يا محمد إن رسول الله صلى الله عليه وآله حين نظر إلى عظمة ربه كان في هيئة الشاب الموفق وسن أبناء ثلاثين سنة يا محمد عظم ربي عز وجل أن يكون في صفة المخلوقين قال قلت: جعلت فداك من كانت رجلاه في خضرة؟ قال: ذاك محمد كان إذا نظر إلى ربه بقلبه جعله في نور مثل نور الحجب حتى يستبين له ما في الحجب إن نور الله منه أخضر ومنه أحمر ومنه أبيض ومنه غير ذلك يا محمد ما شهد له الكتاب والسنة فنحن القائلون به
Məhəmməd b. Əbu Abdullah mənə Məhəmməd b. İsmayıldan, o Hüseyn b. Həsəndən, o Bəkir b. Salehdən, o Həsən b. Səiddən, o da İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyindən rəvayət etdi, dedilər ki: Biz Əbul-Həsən ər-Rza ə.s-ın hüzuruna daxil olduq və dedik ki: "bizə Məhəmməd s.a.a-in Rəbbi Azzə və Cəlləni hər cəhətdən mükəmməl, büxtələşmiş otuz yaşarında bir gənc surətində gördüyünü hekayə edilir, buna nə deyirsən?" həm də dedik ki: "Hişam b. Səlim, Sahibut-Taq və əl-Meysəmi deyirlər ki: "Allah, göbəyinə qədər boşdur, bundan aşağısı doludur." imam a.s bu sözləri eşidən kimi dərhal səcdəyə qapandı, sonra dedi ki: "(Rəbbim) səni tənzih edirəm, səni lazım olduğu kimi tanımadılar və layiq olduğun şəkildə başa düşmədilər. Buna görə səni təsəvvür etməyə çalışdılar. Səni tənzih edirəm, əgər səni bilsəydilər, sənin özünü vəsf etdiyin kimi vəsf edərdilər. Səni tənzih edirəm, səni başqasına bənzətməyə qəbləri necə yol verdi? Allahım səni ancaq sənin özünü vəsf etdiyin sifətlərlə vəsf edərəm. Səni yaratdıqların bənzətmərəm, sən, hər cürə yaxşılığa layiqsən. Məni zalimlərdən qılma." Sonra qayıdıb bizə belə dedi: "Zehninizdə nəyi təsəvvür etsəniz Allahın ondan başqa olduğunu bilin." ardınca bunları əlavə etdi: "biz Məhəmmədin Əhli Beyti orta yoldayıq. İfratçılar bizə çata bilməz və geridə qalanlar bizi keçə bilməz. Ey Məhəmməd (ravi)! Rəsulullah s.a.a Rəbbinin əzəmətinə baxdığı zaman özü hər baxımdan mükəmməl, büxtələşmiş, otuz yaşlarında bir gənc surətində idi. Ey Məhəmməd (ravi)! Mənim Rəbbim yaradılmışların özəlliklərinə sahib olmaqdan ucadır, münəzzəhdir." Dedim ki: "sənə qurban olum! İki ayağı yaşıllıqlar içərisində olan kimdir?" imam ə.s dedi ki: "O, Məhəmməd s.a.a idi, qəlbi ilə Rəbbinə baxdığı zaman Rəbbi onu, hicablar nuruna bənzər bir nurun içinə qoydu ki, hicabların gerisində olan şeylər onun üçün açıqlığa qovuşsun. Çünki Allahın nurunun bir qismi yaşıl, bir qismi, bir qismi qırmızı, bir qismi bəyaz... və s-dir. Ey Məhəmməd (ravi)! Kitab və sünnət nəyə şahidlik edirsə biz də bunu deyirik."
Kuleyni r.ə., "əl-Kafi", 1/59, Tövhid kitabı, 10-cu bab, hədis 3
Hədisin mətnindən də aydın göründüyü kimi burada hədisi rəvayət edən 2 insan yəni İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyn imam Rza a.s-a "bizə belə rəvayət edilir" deyir və imam a.s-dan bunu doğru olub olmadığını soruşurlar. imam a.s isə bunu eşidən kimi səcdə edir və "(Rəbbim) Səni tənzih edirəm" buyurur. yəni imam a.s İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinə rəvayət edilən və onların da soruşduqları rəvayəti yalanlamaqdadır. amma nasibilər bu sualı soruşma formasını yarımçıq edərək bunun şiə mənbəli bir hədis olduğu görünümünü verməyə çalışırlar.
və böyük bir ehtimalla bu səhv və uydurma şeyi İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinə rəvayət edənlər nasibi əqidəsinə mənsub insanlardır. Çünki bilindiyi kimi belə bir rəvayət nasibi mənbələrində mövcuddur. Üstəlik də nasibi mühəddislər bu uydurma rəvayətin səhihliyinə hökm etmişdirlər.
amma İbrahim b. Məhəmməd əl-Həzzaz və Məhəmməd b. Hüseyinin gəlib imam Rza a.s-a rəvayət etmələri, Hişam b. Səlim, Sahubut-Taq və Meysəminin fikirlərini demələri hədisin özünə gəlincə, bunun sənədində qırmızı ilə işarələdiyimiz 2 ravi, Hüseyin b. Həsən və Bəkir b. Saleh vardır. Bu ravilərdən Hüseyin b. Həsən məchuldur, Şeyx Cövhəri onun haqqında deyir:
الحسين بن الحسن: روى 17 رواية، في هذه الروايات، ان كان الراوي عنه محمد بن إسماعيل، الذي هو محمد بن إسماعيل البرمكي الرازي، فهو الحسين بن الحسن بن برد الدينوري المجهول الآتي 3345 والا فهو مجهول أيضا
Hüseyn b. Həsən: 17 rəvayət rəvayət etmişdir və bu rəvayətlərin hamsını ondan rəvayet eden şəxs Məhəmməd b. İsmayıl əl-Barməki ər-Razidir. və bu ravi Hüseyin b. Həsən b. Bərid əd-Dinavəridir ki, o məchuldur.
Şeyx Cövhəri, "Müfid min mucəm ricalil hədis", səhifə 165, 3349-cu ravi
Digər ravi Bəkir b. Saleh’ə gəlincə isə, Seyyid Əbul Qasim əl-Xoyi r.a onun bioqrafiyasında deyir ki:
بكر بن صالح الرازي
Bəkir b. Saleh ər-Razi
قال النجاشي: بكر بن صالح الرازي، مولى بني ضبّة، روى عن أبي الحسن موسى عليه السلام، ضعيف، له كتاب نوادر
Nəcaşi dedi ki: "Bəkr b. Saleh ər-Razi, bəni Dabbə oğullarının məvalisi, Əbul-Həsən Musa (imam Musa əl-Kazım ə.s.)-dan rəvayət etmişdir, zəifdir, "Nəvadir" adlı kitabı var."
وقال إبن الغضائري: ضعيف جداً، كثير التفرّد بالغرائب
və ibni Ğədairi dedi ki: "çox zəifdir, əsasən guluv mövzularında onda təfərrüd edilmişdir."
Seyyid Əbul Qasim əl-Xoyi r.a, "Mucəm ricalil hədis", 4/251, 1857-ci ravi
Şeyxul-İslam Əllamə II Məclisi r.a da "əl-Kafi" şərhində hədis haqqında deyir ki:
الحديث الثالث: ضعيف
3-cü hədis: zəif
II Məclisi r.a, "Miratul Uqul", 1/347
vəlhamdulillahi Rabbil aləmin.