Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
bu günlərdə nasibi firqəsinin səfeh mənsubları müsəlmanlar r.a haqqında yeni şübhələr orataya atıblar. bu şübhələri müsəlmanların Peyğəmbəri Hz. Muhəmməd s.a.a və peyğəmbərin qızı Hz. Fatimə s.a haqqındadır. şübhəni ortaya atan səfeh deyir:
وعن جعفر بن محمد عليهما السلام كان النبي لاينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة عليها السلام
Cəfər ibn Mühəmməd (a.s) rəvayət edir ki Nəbi (s.a.s) yatmamişdan əvvəl Fatimə(a.s) döşlərinin arasina üzünü qoyardi .
bihaur ənvar 43.55
bu şübhə nasibi bazarlarında çox uzun müddət öncə tədavülə girmişdir. bizim milli nasibilərin bu günə qədər bu və bu kimi şübhələrdən bixəbər olmağı çox pis bir haldır. çünkü onların ortaya atdıqları bütün bu şübhələr özləri bilməsə belə İslama/Şiəliyə və müsəlmanlara/Şiələrə xidmət etməkdir. odur ki, biz belə şübhələrin milli nasibilərimiz tərəfindən paylaşılmağını həddən artıq çox arzu edirik.
nasibi bazarında tədavülə irən bu şübhəyə 2 il bundan qabaq ərəb dilli İslami forumlarda cavab verilmişdir. məsələ biz burada 10.18.2011 tarixində cavab vermiş "Kitab bila Ünvan (ünvansız kitab)" nicki ilə yazan qardaşımızın cavabını təqdim edirik: http://www.saifoali....ead.php?p=99952
burada verəcəyimiz bu cavab 2 hissədən ibarət olacaq. öncəliklə isbat edəcəyik ki, bu rəvayət Şiələr əleyhinə dəlil deyildir çünkü Şiə hədis kitablarına nasibi mənbələrindən keçmişdir. daha sonra isə bu rəvayətin nasibi məbələrində səhih olduğunu göstərəcəyik. cavabımızın 2-ci hissəsi "Kitab bila Ünvan (ünvansız kitab)" qardaşın yazısından götürüləcəkdir. indi isə keçək əsas məsələyə...
1. Şiə mənbələrində hədisin qeyri mötəbər olmağı: nasibilərin mənbə olaraq göstərdikləri "Biharul Ənvar" kitabında rəvayət "Kəşful Ğümmə" kitabından gətirilmişdir. Məclisi r.a "Kəşful Ğümmə"dən olan rəvayətlərə 43/51-də başlayaraq deyir:
48 - كشف الغمة:
48- "Kəşful Ğümmə" kitabından.
Məclisi r.a bu kitabdan bir neçə rəvayət qeyd edir. və nəhayət səhifə 54-55-də deyir:
ونقلت من كتاب لأبي إسحاق الثعلبي
Əbu İshaq əs-Sələbinin kitabından nəql olunanlar.
وعن حذيفة كان رسول الله (صلى الله عليه وآله) لا ينام حتى يقبل عرض وجنة فاطمة (عليها السلام) أو بين ثدييها
və Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."
وعن جعفر بن محمد (عليهما السلام) كان النبي لا ينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة (عليها السلام)
və Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, dedi: "Nəbi s.a.a mübarək üzünü Fatimə s.a-ın döşləri arasına qoymadan yatmazdı."
Əllamə Məclisi r.a, "Biharul Ənvar", 43/54-55
daha dəqiq olsun deyə türklər demiş hep birlikdə "Kəşful Ğümmə" kitabına, 2-ci cild, 95-ci səhifəyə nəzər salaq. kitabın müəllifi İrbili r.a deyir:
ونقلت من كتاب لأبي إسحاق الثعلبي
Əbu İshaq əs-Sələbinin kitabından nəql olunanlar.
وعن حذيفة كان رسول الله (صلى الله عليه وآله) لا ينام حتى يقبل عرض وجنة فاطمة (عليها السلام) أو بين ثدييها
və Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."
وعن جعفر بن محمد (عليهما السلام) كان النبي لا ينام ليلته حتى يضع وجهه بين ثديي فاطمة (عليها السلام)
və Cəfər b. Muhəmməd (imam Cəfər əs-Sadiq a.s)-dan, dedi: "Nəbi s.a.a üzünü Fatimə s.a-ın döşləri arasına qoymadan yatmazdı."
İrbili r.a, "Kəşful Ğümmə", 2/95
deməli, rəvayəti əs-Sələbi öz kitabında qeyd etmişdir --> bundan sonra Əhli Beyt a.s-ın fəziləti haqqında hədisləri toplamağa çalışan Şeyx İrbili r.a bunu özünün "Kəşful Ğümmə" kitabına daxil etmişdir --> və nəhayət bütün Şiə kitablarını cəm etməyi özünə məqsəd seçən Məclisi r.a İrbilinin "Kəşful Ğümmə" kitabındakiləri özünün "Biharul Ənvar" kitabına daxil etmişdir. yəni uzun sözün qısası rəvayət əhli nəvasib vəl-cəmat mənbəsindəndir. bilməyənlər üçün qeyd edim ki, Əbu İshaq əs-Sələbi nasibilərin təfsir imamlarındandır, kitabı "Təfsir əs-Sələbi" adı ilə məşhudur. yəni qısacası hər 2 rəvayətə bir quş.
2. rəvayətin əslinin nasibi kitablarında olmağı: yuxarıda göstərdik ki, şiə kitablarına istinad verilən bu rəvayət şiə kitablarına əhli nəvasib vəl-cəmatdan keçmişdir. indi isə nasibilərin öz mənbələrindən bu hədisi gətiririk. nasibi alimlərindən xarəzmi deyir:
şəkildə gördüyünüz sünnü alim xətib xarəzminin "Maqtəlul Hüseyin" adlı kitabıdır, işarələdiyim yerdə deyilir:
وأخبرنا أبوالفتح ابن عبدالله كتابة ، أخبرنا أبوالفضل بن عبدان ، أخبرنا علي بن الحسن الرازي ، أخبرنا أحمد بن محمد ، أخبرنا عباد بن يعقوب ، أخبرنا يحيى بن سالم ، عن إسرائيل ، عن ميسرة بن حبيب ، عن المنهال بن عمرو ، عن حذيفة قال : كان رسول الله (صلى الله عليه وآله وسلم) لا ينام حتّى يقبّل عرض(1) وجه فاطمة وبين ثديها
.....(sənəd silsiləsi)...... Huzeyfədən, dedi: "Rəsulullah s.a.a üzünü Fatimə s.a-ın üzünə və ya döşlərinə söykəmədən yatmazdı."
xarəzmi, "Maqtəlul Hüseyin", səhifə 66
nasibilər birdən durub deyərlər ki, bəs ay dad ay aman bəs xarəzmi sünnü deyil və s. bunun cavabında deyirik ki, əz-Zərkəli xarəzmi haqqında deyib:
موفق الدين البغدادي = عبد اللطيف بن يوسف الموفق المكي (484 ؟ - 568 ه = 1091 - 1172 م) الموفق بن أحمد المكى الخوارزمي،
أبو المؤيد: مؤلف (مناقب الامام الاعظم أبى حنيفة - ط) و (مناقب أمير المؤمنين على بن أبى طالب - ط).
كان فقيها أديبا، له خطب وشعر.
أصله من مكة.
əl-xarəzmi, "imami əzəm Əbu Hənifə" və "Mənaqib Əmirəl Möminin Əli b. Əbu Talib" kitablarının müəllifi. fəqih və ədibdir, onun xütbə və şeirləri vardır, əslən Məkkəlidir.
əz-Zərkəli, "əl-Aləm", 7/333
iddia olunsa ki, bəs rəvayət zəifdi, cavabında deyirik ki, yox rəvayət sünnü standartlara görə səhihdir, bütün raviləri də siqa (güvənilir)-dir.
vəlhəmdulillahi Rabbil aləmin.
Сообщение отредактировал Elmeddin: 21 октября 2013 - 19:06