Перейти к содержимому


Фотография

Rəsulullahın (saav) varisi Əlidir (ə.s)


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 7

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 25 октября 2013 - 02:08

Qədir-Xum bayramımız mübarək olsun!

أخبرنا أبو النضر محمد بن يوسف الفقيه ثنا عثمان بن سعيد الدارمي ثنا النفيلي ثنا زهير ثنا أبو إسحاق قال عثمان : و حدثنا علي بن حكيم الأودي و عمرو بن عون الواسطي قالا ثنا شريك بن عبد الله عن أبي إسحاق قال : سألت قثم بن العباس كيف ورث علي رسول الله صلى الله عليه و سلم دونكم قال : لأنه كان أولنا به لحوقا و أشدنا به لزوقا

هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح


Əbu İshaq nəql edir:Qusəm ibn əl-Abbasdan soruşdum ki,necə oldu ki,sizin içinizdən Rəsulullahın (salləllahu aleyhi və alihi və səlləm) varisi Əli oldu? Qusəm dedi:"Çünki O,(Allah Rəsuluna) bizlərdən əvvəl qoşulmuş və ona bizdən daha şiddətli dərəcədə bağlı olmuşdur"


əl-Hakim deyib:Bu hədisin isnadı səhihdir.Onlar (Buxari,Muslim) nəql etməyiblər.
əz-Zəhəbi ət-Təlxisdə deyib:Səhihdir.


Mənbə:əl-Mustədrək alə əs-Səhiheyn 4/218 hədis 4633

http://islamport.com/d/1/mtn/1/22/480.html


#2 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 25 октября 2013 - 02:14

İbn Əbi Şeybə əl-Musənnəf də bu hədisi nəql edib:

رقم الحديث: 35252
حديث موقوف حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ وَاقِدٍ ، حَدَّثَنَا زُهَيْرٌ ، حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، قَالَ : قِيلَ لِقُثَمَ : كَيْفَ وَرِثَ عَلِيٌّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دُونَكُمْ ؟ قَالَ : " إِنَّهُ وَاللَّهِ كَانَ أَوَّلُنَا بِهِ لُحُوقًا ، وَأَشَدُّنَا بِهِ لَزُوقًا

Əbu İshaq deyir:Qusəmə deyildi ki,necə oldu ki,sizin içinizdən Rəsulullahın (salləllahu aleyhi və alihi və səlləm) varisi Əli oldu? Qusəm dedi:Allaha and olsun ki,çünki O,(Allah Rəsuluna) bizlərdən əvvəl qoşulmuş və ona bizdən daha şiddətli dərəcədə bağlı olmuşdur"

Hədis 35252
http://library.islamweb.net/hadith/display_hbook.php?bk_no=96&pid=58003&hid=35252

Qusəm ibn Abbas ibn Abdul Mutallib ibn Haşim.Qusəm (r.a) səhabədir və Haşimilərdəndir.

Süleyman Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən ve­­rildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”. ən-Nəml 16.

Şübhəsiz ki, bunda, başa düşənlər üçün nişanələr (dəlillər) vardır. əl-Hicr 75

Сообщение отредактировал qulam: 25 октября 2013 - 02:18

  • l-nur это нравится

#3 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 16 апреля 2014 - 00:18

Təbərani nəql edir:

حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ الْعَزِيزِ ، ثنا عَمْرُو بْنِ حَمَّادِ بْنِ طَلْحَةَ الْقَنَّادُ ، ثنا أَسْبَاطُ بْنُ نَصْرٍ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ عِكْرِمَةَ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ ، كَانَ يَقُولُ فِي حَيَاةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ ، يَقُولُ : أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ سورة آل عمران آية 144 وَاللَّهِ لا نَنْقَلِبُ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ ، وَاللَّهِ لَئِنْ مَاتَ أَوْ قُتِلَ لأُقَاتِلَنَّ عَلَى مَا قَاتَلَ عَلَيْهِ حَتَّى أَمُوتَ ، وَاللَّهِ إِنِّي لأَخُوهُ وَوَلِيُّهُ ، وَابْنُ عَمِّهِ ، وَوَارِثُهُ فَمَنْ أَحَقُّ بِهِ مِنِّي ؟ " .

Bizə Əli ibn Abduləziz (əl-Bəğəvi) nəql etdi, bizə Amr ibn Həmmad ibn Təlhə əl-Qannəd nəql etdi, bizə Əsbat ibn Nəsr (əl-Həmədani) nəql etdi, o da Simək ibn Hərbdən o da İkrimədən, o da İbn Abbas (r.a) dan:(Ibn Abbas deyir) Hələ Rəsulullah (salləllahu aleyhi və alih) sağ ikən Əli belə deyərdi: "Allah Azzə və Cəll buyurub: "Məgər o (Muhəmməd) ölərsə və ya öldürülərsə,siz gerimi dönəcəksiz?"(Ali İmran 144) Allaha and olsun ki,Allah bizi hidayət etdikdən sonra əsla geri dönmərik.Allaha and olsun ki,(Muhəmməd) ölsə və ya öldürülsə,uğrunda döyüşdüyü həqiqətlər üçün mən də ölənədək döyüşərəm! Allaha and olsun ki, mən onun qardaşı, vəlisi, əmisi oğlu və varisiyəm.Elə isə kimin ona (Peyğəmbərin canişini olmağa ) məndən daha da haqqı var?"

Mənbə:"əl-Mucəm əl-Kəbir", Cild 1, səh 107, hədis 176.
http://www.waqfeya.com/book.php?bid=1349
http://library.islam...=281157&hid=174

Ibn Həcər əl-Heysəmi Təbəraninin hədisini nəql etdikdən sonra deyir:

رواه الطبراني ، ورجاله رجال الصحيح

Təbərani nəql edib.Onun ricaı əs-Səhihin ricallarıdır.(Yəni, Buxari və ya Müslümün raviləridir)


Mənbə:"Məcmə əz-Zəvaid və Mənbə əl-Fəvaid",cild 9, səh 135,hədis 14765
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=87&ID=2934&idfrom=14891&idto=14894&bookid=87&startno=2

Bu hədisin isnadı müttəsildir.Ravilərə nəzər salaq.

1.Əli ibn Abduləziz
əz-Zəhəbi onun haqqında deyir:

الإمام ، الحافظ ، الصدوق
İmamdır,hafizdir və səduqdur.(Doğru danışandır)

قال الدارقطني : ثقة مأمون
əd-Dəraqutni deyib: Siqə məmun.

وقال ابن أبي حاتم : وكان صدوقا
İbn Əbu Hatim deyib:Səduqdur.

Mənbə:"Siyəru Aləmin Nubəla", cild 13, səh 349-350.
http://library.islamweb.net/newlibrary/display_book.php?idfrom=2562&idto=2562&bk_no=60&ID=2425

İbn Həcər əl-Əsqəlani deyir ki, ثقة o siqədir.(güvənilən şəxsdir)
Mənbə: "Lisanul Mizan",cild 4,səh 241, ravi 648.
http://islamport.com/d/1/trj/1/190/4097.html

İbn Hibban onu siqə bilib.

Mənbə: "əs-Siqat ibn Hibban",cild 8,səh 477,ravi 14524.
http://islamport.com/d/1/trj/1/40/623.html

2-3-4
Amr ibn Həmmad ibn Təlhə əl-Qannəd, Əsbat ibn Nəsr, Simək ibn Hərb "Səhih Müslüm"ün raviləridir.Müslüm deyir:


حدثنا عمرو بن حماد بن طلحة القناد حدثنا أسباط وهو ابن نصر الهمداني عن سماك
Bizə Amr ibn Həmmad ibn Təlhə əl-Qənnəd nəql etdi, bizə Əsbat o ibn Nəsr əl-Həmədanidir nəql etdi, o da Simak (İbn Hərb)dən.

Mənbə:"Səhih Müslüm" cild 4,səh 1815,hədis 2329
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=1&ID=1098&idfrom=4369&idto=4371&bookid=1&startno=0

Qeyd:Simak ibn Hərb, İkriməni görüb və ondan rəvayət nəql edib.Məsələn Sünən Tirmizidə hədis 65-də سماك بن حرب عن عكرمة Simak ibn Hərb İkrimədən nəql edir.Tirmizi o hədisə həsən səhih və Albani səhih deyib.http://islamport.com/w/alb/Web/782/65.htm əl-Mustədrəkdə hədis 3859-da Simak ibn Hərb İkrimədən nəql edib, Hakim və Zəhəbi o hədisə səhih deyiblər.http://islamport.com/w/mtn/Web/2986/3980.htm

5-6 İkrimə və İbn Abbas (r.a)
"Səhih Buxari və Müslüm"ün raviləridirlər.

عكرمة عن ابن عباس
İkrimə ibn Abbas (r.a) dan nəql edir.


Mənbə:"Səhih Buxari" cild 3,səh 1373,hədis 3546
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=0&ID=85&idfrom=3356&idto=3942&bookid=0&startno=201

Yəni,Təbəraninin nəql etdiyi hədisin raviləri saduq və siqə şəxslərdir və isnadı səhihdir və yaxud həsəndir. Hədisi nəql edən digər mənbələr: Əbu Nueym, "Mərifətus-Səhabə",hədis 341.http://library.islamweb.net/hadith/display_hbook.php?bk_no=636&pid=325075&hid=341 Əhməd ibn Hənbəl,"Fəzailus-Səhabə",hədis 965. http://library.islam...d=60159&hid=965 "Mucəm İbn əl-Arabi",hədis 736. http://library.islam...26&hid=736&pid= Nəsai,"əs-Sunənul-Kubra", hədis 8131. http://library.islam...144179&hid=8131 və.s

Сообщение отредактировал qulam: 16 апреля 2014 - 00:24


#4 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 27 апреля 2014 - 06:29

أَخْبَرَنَا الْفَضْلُ بْنُ سَهْلٍ ، قَالَ : حَدَّثَنِي عَفَّانُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عُثْمَانَ بْنِ الْمُغِيرَةِ ، عَنْ أَبِي صَادِقٍ ، عَنْ رَبِيعَةَ بْنِ نَاجِدٍ ، " أَنَّ رَجُلا قَالَ لِعَلِيٍّ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، لِمَ وَرِثْتَ ابْنَ عَمِّكَ دُونَ عَمِّكَ ؟ قَالَ : جَمَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، أَوْ قَالَ : دَعَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَنِي عَبْدِ الْمُطَّلِبِ ، فَصَنَعَ لَهُمْ مُدًّا مِنْ طَعَامٍ ، قَالَ : حَتَّى شَبِعُوا وَبَقِيَ الطَّعَامُ كَمَا هُوَ كَأَنَّهُ لَمْ يُمَسَّ ، ثُمَّ دَعَا بِغُمَرٍ فَشَرِبُوا حَتَّى رَوَوْا وَبَقِيَ الشَّرَابُ كَأَنَّهُ لَمْ يُمَسَّ ، أَوْ لَمْ يُشْرَبْ ، فَقَالَ : يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، إِنِّي بُعِثْتُ إِلَيْكُمْ بِخَاصَّةٍ ، وَإِلَى النَّاسِ بِعَامَّةٍ ، وَقَدْ رَأَيْتُمْ مِنْ هَذِهِ الآيَةِ مَا قَدْ رَأَيْتُمْ ، فَأَيُّكُمْ يُبَايِعُنِي عَلَى أَنْ يَكُونَ أَخِي ، وَصَاحِبِي ، وَوَارِثِي ؟ فَلَمْ يَقُمْ إِلَيْهِ أَحَدٌ ، فَقُمْتُ إِلَيْهِ ، وَكُنْتُ أَصْغَرَ الْقَوْمِ ، فَقَالَ : اجْلِسْ ، ثُمَّ قَالَ ثَلاثَ مَرَّاتٍ كُلُّ ذَلِكَ أَقُومُ إِلَيْهِ ، فَيَقُولُ : اجْلِسْ ، حَتَّى كَانَ فِي الثَّالِثَةِ ، ضَرَبَ بِيَدِهِ عَلَى يَدِي ، ثُمَّ قَالَ : فَبِذَلِكَ وَرِثْتُ ابْنَ عَمِّي دُونَ عَمِّيَ " .

Bizə əl-Fəzl ibn Səhl xəbər verdi dedi: Mənə Əffan ibn Muslim (əs-Səffar) nəql etdi dedi: Bizə Əbu Avanə nəql etdi, o da Osman ibn əl-Muğirədən, o da Əbu Sadiqdən, o da Rəbiə ibn Nəciddən:Bir nəfər Əliyə dedi ki, Ey möminlərin əmiri! Əmin (Abbas) var ikən əmin oğluna (Rəsulullaha) nəyə görə sən varis oldun? Əli cavab olaraq dedi: "Rəsulullah (sallallahu aleyhi və alih) Əbdülmütəllib oğullarını toplayıb və ya dəvət edib onlara bir müdd təam (yemək) ziyafəti verdi.Onlarda doyuncaya qədər yeməklərinə baxmayaraq,yemək sanki heç toxunulmamış olduğu kimi qalmışdır.Sonra su gətizdirdi. Onlarda doyuncaya qədər içdilər.Buna baxmayaraq su sanki heç əl vurulmamış kimi qalmışdır.Sonra isə belə buyurdu:"Ey Əbdülmütəllib oğulları! Mən sizlərə xüsusi, camaata isə ümumi olaraq (Peyğəmbər) göndərilmişəm.Şübhəsiz bu möcüzədən gördüklərinizi gördünüz.Hansı biriniz mənim qardaşım, dostum və (məndən sonra) mənim varisim olmaq üçün mənə beyət edəcəkdir?". Kimsə bunun üçün ayağa qalxmadı. Yaşca ən balaca olmağıma baxmayaraq bunun üçün mən ayağa qalxdım.Rəsulullah dedi:"Otur"!.Bu təklif düz üç dəfə təkrarlandı. Hər dəfə mən ayağa qalxırdım o isə mənə otur deyirdi. Nəhayət üçüncü dəfədə (Ona beyət etdiyim üçün) əlini əlimə vurdu.Bax bu səbəbə görə əmim oğlunun varisi mən oldum,əmim olmadı".

Mənbə: ən-Nəsai,"əs-Sunənul-Kubra", kitab xəsais, cild 7, səh 431-432, hədis 8397.
http://www.waqfeya.com/book.php?bid=967
http://library.islam...144179&hid=8132


Mənbə 2. "Tarix ət-Təbəri", cild 1, səh 543.
http://islamport.com/d/3/tkh/1/76/1876.html
http://library.islam...=447&pid=376742


Nəsaidə olan hədisin sənədinin isnadı müttəsildir.Ravilər doğru danışan və güvənilən şəxslərdir.Hədisin sənədinə nəzər salaq.

1-2-3. əl-Fəzl ibn Səhl, Əffan ibn Muslim (əs-Səffar), Əbu Avanə. Bu üç ravi Buxari və Müslümün səhihlərinin raviləridirlər.Məsələn "Səhih Müslüm"dən raviləri qeyd edək.

حدثني الفضل بن سهل قال حدثنا عفان بن مسلم
Mənə əl-Fəzl ibn Səhl nəql etdi dedi: Bizə Əffan ibn Muslim (əs-Səffar) nəql etdi.


Mənbə:"Səhih Müslüm", cild 1, səh 22.
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=1&ID=2&idfrom=1&idto=79&bookid=1&startno=50

عفان حدثنا أبو عوانة
Əffan (ibn Muslim) : Bizə Əbu Avənə nəql etdi.


Mənbə:"Səhih Müslüm", cild 3, səh 1281, hədis 3135.
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=1&ID=752&idfrom=3176&idto=3228&bookid=1&startno=31

4. Osman ibn əl-Muğirə. "Səhih Buxari"nin ravisidir.

أخبرنا عثمان بن المغيرة
Bizə Osman ibn əl-Muğirə xəbər verdi.


Mənbə:"Səhih Buxari", cild 3, səh 1270, hədis 3255
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=0&ID=2076&idfrom=3264&idto=3274&bookid=0&startno=2

Və həmçinin "Sünən Əbu Davud" hədis 1521-də

أبو عوانة عن عثمان بن المغيرة
تحقيق الألباني
صحيح
Əbu Avanə, Osman ibn əl-Muğirədən . (rəvayəti var) Albani deyir səhihdir.

http://islamport.com/d/1/alb/1/54/497.html

5. Əbu Sadiq əl-Əzdi əl-Kufi. (Muslim ibn Yəzid. Abdullah ibn Nəcid) O Rəbiə ibn Nəcidin qardaşıdır.

İbn Həcər əl-Əsqəlani onun haqqında deyib:
صدوق
Saduqdur.(Doğru danışandır)


Mənbə: "Təqrib ət-Təhzib",cild 1, səh 649, ravi 8167.
http://islamport.com/d/1/trj/1/130/2850.html

İbn Həcər əl-Əsqəlani onun haqqında digər yerdə deyir:

قال يعقوب: بن شيبة: ثقة وذكره ابن حبان في الثقات وقال ابن أبي حاتم سألت أبي عنه فقال: أبو صادق مستقيم الحديث

Yəqub ibn Şeybə deyib ki, o siqədir. (güvənilən şəxsdir) İbn Hibban onu əs-Siqat (kitabın)da xatırladıb. İbn Əbu Hatim deyir ki, onun barəsində atama sual verdim və atam dedi ki.. Əbu Sadiq mustəqimul-hədisdir.


Mənbə: "Təhzib ət-Təhzib", cild 12, səh 116, ravi 8502
http://islamport.com/w/trj/Web/2126/4747.htm

Zəhəbi onun haqqında deyir:
وثق
Siqədir.

Mənbə: Əz-Zəhəbi, "əl-Kəşşaf", cild 2, səh 435, ravi 6683.
http://islamport.com/d/1/trj/1/66/1080.html

6.Rəbiə ibn Nəcid. əl-Əzdi əl-Kufi əl-Əsədi əl-Əsləmi.Əbu Sadiqin qardaşıdır.

İbn Həcər əl-Əsqəlani onun haqqında deyir:

ربيعة ابن ناجد الأزدي الكوفي يقال هو أخو أبي صادق الراوي عنه ثقة
Rəbiə ibn Nəcid əl-Əzdi əl-Kufi. Deyilib ki o Əbu Sadiqin qardaşıdır və (qardaşı Əbu Sadiq) ondan rəvayət edib. Siqədir.(Güvənilən şəxsdir)


Mənbə: "Təqrib ət-Təhzib", cild 1, səh 208, ravi 1918.
http://islamport.com/d/1/trj/1/132/2867.html

İbn Həcər əl-Əsqəlani digər kitabda onun haqqında yenə deyir:

ربيعة بن ناجد الازدي ويقال أيضا الاسدي الكوفي روى عن علي وابن مسعود وعبادة بن الصامت رضى الله عنهم. وعنه أبو صادق الازدي يقال انه أخوه ذكره ابن حبان في الثقات.له في ابن ماجة حديث واحد في الامر باقامة الحدود وفي الخصائص آخر في فضل علي. قلت: وقال العجلى كوفي تابعي ثقة

Rəbiə ibn Nəcid əl-Əzdi və həmcinində deyilib ki, əl-Əsədi əl-Kufi. Əlidən, İbn Məsuddan və Ubadə ibn əs-Samitdən (r.a) rəvayət edibdir.Ondan (qardaşı) Əbu Sadiq əl-Əzdi nəql edib.Deyilib ki, o onun qardaşıdır.İbn Hibban onu (Rəbiə ibn Nəcidi) əs-Siqat (kitabın)da xatırladıb.(Yəni onu güvənilən şəxs bilib) Onun İbn Macədə iqamətul-hudud (babın)da bir hədisi və əl-Xəsaisdə də hədisi var.Mən (İbn Həcər) deyirəm: əl-İcli deyib ki o Kufəlidir, tabeindir və siqədir.(güvəniləndir)

Mənbə: "Təhzib ət-Təhzib", cild 3, səh 228, ravi 498.
http://islamport.com/w/trj/Web/2126/1098.htm

Bütün ravilərin düz danışan olması sübut olsada belə bilirəm ki,bu hədisin düşmənləri tabein Rəbiə ibn Nəcid vasitəsi ilə bu hədisə hücum edə bilərlər.Əli (əleyhissalam)ın fəzilətlərini zəiflətmək istəyənlərə qabaqcadan deyirəm ki, özlərini əziyyətə verməsinlər."Sünən İbn Macə"də hədis 2540-da أبي صادق عن ربيعة بن ناجد Əbu Sadiq qardaşı Rəbiə ibn Nəciddən rəvayət edib və Albani bu hədisə
قال الشيخ الألباني : حسن
həsən deyib.
Və əl-Buseyri "Zəvaid ibn Macə"də deyib:
في الزوائد هذا إسناد صحيح على شرط ابن حبان . فقد ذكر جمع رواته في ثقاته
Bu hədis ibn Hibbanın şərtinə əsasən səhihdir.O (İbn Hibban) siqat(kitabın)da ravilərin hamısını xatırladıb.

Təhqiq,Muhəmməd Fuad Abdulbaqi.
http://islamport.com/w/mtn/Web/2995/3457.htm

əl-Mustədrəkdə hədis 4680-da أبي صادق ، عن ربيعة بن ناجد ، عن علي Əbu Sadiq, Rəbiə ibn Nəciddən o da Əlidən (əleyhissalam) rəvayəti var.Və Hakim hədisdən sonra deyir:
صحيح الإسناد ولم يخرجاه
İsnadı səhihdir.Onlar (Buxari və Müslüm) nəql etməyiblər.

http://library.islamweb.net/newlibrary/display_book.php?idfrom=4496&idto=4498&bk_no=74&ID=1974

Bir az uzun olduğu üçün çox üzür istəyirəm.Bunları qeyd etməyə ehtiyac var. Əbu Sadiqin qardaşı Rəbiə ibn Nəcid əhli-sünnə rical və hədis kitablarında bəzilərinə görə o Rəbiə ibn Nəcizdir.Eyni ravidir.Hədislərin bəzisində Rəbiə ibn Nəcid gəlib, bəzisində isə Rəbiə ibn Nəciz gəlib.Sözümüzün təsdiqi üçün əhli-sünnəyə görə hədis elmində əmiril-muminin adlanan İbn Həcər əl-Əsqəlaniyə istinad edək.İbn Həcərin yuxarıda qeyd olunanların içində Rəbiə ibn Nəcidə siqə şəxs dediyini gördük.Və eyni zamanda da İbn Həcər dedi ki, İbn Hibban və İcli Rəbiə ibn Nəcidə siqə deyiblər.Halbuki, İbn Hibban və İcli özlərinin əs-siqat (rical) kitablarında onu (Rəbiə ibn Nəcidi) Rəbiə ibn Nəciz adı ilə təqdim ediblər. (İbn Hibban "əs-Siqat" ravi 2642. http://islamport.com... İcli "Fərifətu-Siqat ravi 471. http://islamport.com...j/1/41/627.html ) Digər bir misal.Yuxarıda qeyd etdik ki, İbn Macə hədis 2540-da Rəbiə ibn Nəcidin rəvayəti var.Və bu rəvayətin sənədinə Buseyri dedi ki, bu isnad İbn Hibbanın şərtinə əsasən səhih və o (yəni İbn Hibban) siqatda ravilərin hamısını xatırladıb.Halbuki İbn Hibban əs-Siqat kitabında Rəbiə ibn Nəcidi, Rəbiə ibn Nəciz adı ilə xatırladıb. Yəni Rəbiə ibn Nəcid və ya Rəbiə ibn Nəciz eyni ravidir.Son olaraq Əhməd ibn Hənbəldən bir sənəd təqdim edək və mövzunu tamamlayaq.

حدثنا عفان حدثنا أبو عوانة عن عثمان بن المغيرة عن أبي صادق عن ربيعة بن ناجذ عن علي رضي الله عنه

Bizə Əffan (İbn Muslim) nəql etdi,bizə Əbu Avanə nəql etdi, o da Osman ibn əl-Muğirədən, o da Əbu Sadiqdən, o da Rəbiə ibn Nəcizdən,(və ya Rəbiə ibn Nəciddən) o da Əlidən.....

Hədisdən sonra Şeyx Əhməd Muhəmməd Şakir hədisin sənədi ilə bağlı deyir:

إسناده صحيح
İsnadı səhihdir.


Mənbə:"Musnəd Əhməd ibn Hənbəl",cild 2, səh 164-165, hədis 1371.Təhqiq,Şeyx Əhməd Muhəmməd Şakir.
http://waqfeya.com/book.php?bid=619

Bu sənəd Əhməd ibn Hənbəlin "Fəzail əs-Səhabə" kitabında mövcuddur.Hədisdən sonra hədis şünas Vəsiyullah ibn Muhəmməd Abbas deyir:

إسناده صحيح
İsnadı səhihdir.


Mənbə: "Fəzail əs-Səhabə",cild 2, səh 712-713, hədis 1220.Təhqiq,Vəsiyullah ibn Muhəmməd Abbas .
http://www.waqfeya.com/book.php?bid=2583

Əhməd ibn Həbəlin nəql etdiyi hədisin sənədinə İbn Həcər əl-Heysəmi deyir:

رواه أحمد ، ورجاله ثقات
Əhməd rəvayət edib və onun ricalları (raviləri) siqədirlər.(güvəniləndirlər)



Mənbə: "Məcmə əz-Zəvaid və Mənbə əl-Fəvaid". cild 8, səh 303, hədis 14109.
http://library.islamweb.net/newlibrary/display_book.php?idfrom=14257&idto=14279&bk_no=87&ID=2835

Əhmədin mətninin tərcüməsinə baxmaq istəyən burdan baxa bilər.
http://hadis.313news.../news/a-72.html


əl-Fəzl ibn Səhl istisna olmaqla Nəsainin sənədi ilə Əhməd ibn Hənbəlin sənədi eynidir.əl-Fəzl ibn Səhl, Əffan ibn Müslümü görüb və ondan hədis nəql edib.Necə ki bunu "Səhih Müslüm"ün ricalı ilə yuxarıda sübut etdik.

Nəsainin nəql etdiyi hədisin sənədi ən azından həsən hökmündədir.

Сообщение отредактировал qulam: 27 апреля 2014 - 06:37


#5 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 октября 2014 - 23:43

İMAM Əli (ə) PEYĞƏMBƏRİN (s) HAQQ CANİŞİNİDİR
Quran-Kərim və hədislərə əsasən peyğəmbərlərin (ə) özlərindən sonra varisləri olmuşdur. Allah Təala Quran-Kərim də buyurur: "Süleyman Davuda varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür". (“Nəml” 16). Ayədən gördüyümüz kimi, Süleyman peyğəmbər (ə) Davud peyğəmbərin (ə) varisi olur. Süleyman (ə) Davudun (ə) varisi olduğuna görə Allah Təala tərəfindən Həzrət Süleymana (ə) hər şey (peyğəmbərlik, elm, möcüzə və mal-dövlət) verilir. Necə ki, ayədən göründüyü kimi, Həzrət Süleyman özü bunu buyurdu.
Həzrət Muhəmməd peyğəmbərimizin (s) varisi isə İmam Əli (ə) olmuşdur. Bu isə o deməkdir ki, İmam Əliyə (ə) Allah Təala tərəfindən peyğəmbərlikdən başqa (çünki, Rəsuli-Əkrəm (s) - Xatəmun-nəbidir – peyğəmbərlərin sonuncusudur) hər şey (imamət, elm, kəramət, bütün mənəvi kamallar) verilmişdir. Bunun dəlili isə Süleyman (ə) peyğəmbərin ayədə buyurulan varislik məsələsidir. Həzrət Süleyman (ə) bir peyğəmbər varisi olduğuna görə Allah Təala tərəfindən ona hər şey verildiyi kimi, İmam Əliyə (ə) də hər şey verilmişdir. Çünki, İmam Əli (ə) də peyğəmbər varisidir. Özü də sonuncu peyğəmbərin varisi. O Peyğəmbərin (s) ki, bütün peyğəmbərlərin varisi olmuş və İmam Əli (ə) də onun varisi olmuşdur. Bu, açıq-aşkar İmam Əli (ə) üçün ən böyük bir fəzilətlərdir ki, Peyğəmbərin (s) elminin, imamlığının, kəramətinin, mənəvi kamallarının və mal-dövlətinin varisi olmuşdur. Allahın izni ilə bir neçə hədis nəql edib, mövzunu əsaslandıraq. Əhli-sünnə qardaşların hədis alimi olan əl-Hakim ən-Nisəburi özünün "əl-Mustədrək" kitabı hədis 4633-də belə bir rəvayət nəql edir: “Əbu İshaq buyurur: “(Səhabə) Qusam ibn Abbasdan (r. ə) soruşdum ki, necə oldu ki, sizin içinizdən Rəsulullahın (s) varisi Əli (ə) oldu?”. Qusam dedi: "Çünki o, (Allah Rəsuluna) bizlərdən əvvəl qoşulmuş və ona bizdən də daha şiddətli dərəcədə bağlı olmuşdur"”. Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi təsdiq ediblər ki, hədis səhihdir.
Yenə Əhli-sünnə qardaşların hədis alimi olan hafiz əl-Heysəmi, özünün "Məcməuz-Zəvaid" kitabı hədis 14765-də nəql edir: “İbn Abbas (r. ə) buyurub: “Hələ Allah Rəsulu (s) sağ ikən, Əli (ə) belə deyərdi: "Allah Azzə və Cəll buyurub: "Məgər o (Muhəmməd) ölərsə və ya öldürülərsə, siz gerimi dönəcəksiz?". (“Ali-İmran” 144). Allaha and olsun ki, Allah bizi hidayət etdikdən sonra əsla geri dönmərik. Allaha and olsun ki, (Muhəmməd) ölsə və ya öldürülsə, uğrunda döyüşdüyü həqiqətlər üçün mən də ölənədək döyüşərəm! Allaha and olsun ki, mən onun qardaşı, vəlisi, əmisi oğlu və varisiyəm. Elə isə kimin ona (Peyğəmbərin haqq canişini olmağa) məndən daha da haqqı var?"”. Hədisdən sonra hafiz əl-Heysəmi deyib: “Bu hədisi Təbərani nəql edib və hədisi nəql edən ravilər isə Buxari və Müslümün raviləridir, (yəni əhli-sünnənin nəzərincə, doğru danışandır)”.
Gördüyümüz kimi, bu fəzilət İmam Əliyə (ə) məxsusdur. Həzrət Peyğəmbər (s) öz varisi olan İmam Əlini (ə) "Qədir-Xum" deyilən yerdə müsəlmanlara bir daha tanıtdırdı və onlara özündən sonra İmamın (ə) kim olmasını elan etdi. Ən-Nəsai, özünün "Xəsais İmam Əli" kitabında səhih sənəd ilə Zeyd ibn Ərqəmdən (r. ə) nəql edir: “Peyğəmbər (s) "Qədir-Xum"da dedi: "Sizin aranızda biri digərindən daha böyük iki qiymətli əmanət qoyuram. Allahın Kitabını və mənim İtrətim Əhli-beytimi. Məndən sonra onlara necə davranacağınıza diqqət edin. Çünki, onlar Kövsər hovuzu kənarında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar!". Sonra belə buyurdu: "Şübhəsiz ki, Allah mənim başçım və mən də bütün möminlərin başçısıyam". Daha sonra Əlinin (ə) əlindən tutaraq dedi: "Mən kimin başçısıyamsa, bu Əli də onun başçısıdır! İlahi, Ona dost olana dost, düşmən olana isə düşmən ol!"”.
Ey Əlini (ə) sevən ürəklər! "Qədir-Xum" bayramınız mübarək olsun!


#6 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 08 сентября 2015 - 16:53

Əziz dost və qardaşlar qurban olaram sizə.4-cü hissədə ki,hədisin sənədində bəzi lazım olan məqamlarada toxunmuşdum.Niyə silirsiz axı qardaş?

#7 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 18 ноября 2015 - 20:28

Süleym ibn Qeys deyir ki, Ömər ibn Xəttabın höküməti zamanı idi.Salman,Əbu Zərr və Miqdadla (r.a) birlikdə oturmuşduq.Kufəli bir nəfər gəlib ona doğru yol göstərmələrini istədi.(Üç səhabə) dedilər:"Sənə Allahın kitabını tövsiyə edirik,ona sarıl.Həmçinin də Əli ibn Əbu Talibi (ə.s) tövsiyə edirik.O, Quranladır və ondan ayrılmaz.Biz Peyğəmbərdən (saav) belə eşitdiyimizə şahidlik edirik:"Əli (ə.s) Quranla və haqladır.Əli (ə.s) hara üz tutsa, haqq da ora üz tutar.O, Allaha ilk iman gətirən və qiyamət günü ümmətimdən mənimlə görüşəcək ilk şəxsdir.O,ən böyük Siddiq və Faruqdur.O, mənim vəsim,vəzirim,ümmətim arasında xəlifəm və sünnətimə görə savaşandır".Kufəli kişi onlara dedi:"Bəs niyə görə camaat Əbu Bəkrə siddiq və Ömərə isə faruq deyirlər?".(Üç səhabə) Dedilər:"Camaat Peyğəmbər (saav) xəlifəliyini və Möminlərin əmiri olmağı o ikisinə rəva bildikləri kimi onlardan başqasına aid olan adları onlara verdilər.Hakbu ki bu adlar (siddiq və faruq) onların (Əbu Bəkr və Ömərin) deyil, başqasının (İmam Əlinin) adlarıdır.Şübhəsiz Əli (ə.s) Peyğəmbərin (saav) xəlifəsi və Möminlərin əmiridir.Peyğəmbər (saav) bizə və bizimlə birlikdə o ikisinə də (Əbu Bəkr və Ömərə də) əmr vermişdir ki, Əliyə (ə.s) Möminlərin əmiri ünvanı ilə salam verək.
Mənbə:"Kitab Süleym ibn Qeys", hədis 52.

http://www.aqaed.com/book/358/

#8 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 19 сентября 2016 - 23:07

Həzrət Peyğəmbərin (s) vida həccindən qayıdan zaman Qədir-Xum çölündə hüccətini tamamlayıb, İmam Əlini (ə) özündən sonra rəhbər və vəli elan etməsi – tarixin unudulmaz mühüm hadisələrindən biridir. Həzrət (s) bu səhrada unudulmaz bir xütbə söyləmişdir ki, həmin xütbədə vilayətin sirlərini açmış və insanlara həqiqi İlahi rəhbərin xüsusiyyətlərini bəyan etmişdir. İmam Əlini (ə) müsəlmanlara tanıtmış və əlindən tutub, onu özündən sonra rəhbər elan etmişdir.
Bu məşhur xütbədə Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) necə tanıdır? Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlini tutub yuxarı qaldıran halda buyurur: “Ey insanlar! Bu Əli (ə) mənim qardaşım, vəsim, elm xəzinəsi, xəlifə və mənim ümmətə canişinimdir. Əli (ə) – Quranı təfsir edəndir. Odur insanları haqqa dəvət edən və odur Allahın razılığına səbəb olan hər şeyi yerinə yetirən. Odur Peyğəmbərin (s) xəlifə və canişini. Odur Əmirəl-möminin, Allah xəlqinin rəhbər və hidayət edəni. Odur Allahın əmri ilə nakəsinlərin, qasitinlərin, mariqinlərin qatili.
(Ey insanlar) O şeyi ki, Allahın əmri ilə deyirəm və bu, Allahın istədiyidir ki, Onun heç bir sözü mənim tərəfimdən dəyişdirilməsin. İndi deyirəm: “Allahım! Hər kim Əlini (ə) sevir, (onu) sev. Hər kim onunla düşməndir, (onunla) düşmən ol. Allahım! Hər kim Əlini (ə) inkar edər, (ona) lənət et və hər kim onun haqqını qəbul etməz, (onu) Öz qəzəbinə giriftar et!”.
Ey insanlar! Əlini (ə) hamıdan üstün bilin ki, məndən sonra hər bir qadın və kişidən daha üstün və daha yüksəkdir. (Bilin ki) Allah bizə xatir aləmdə olanlara ruzi verər və varlıq aləmi bərqərar olar. Hər kim mənim bu sözümü inkar edər – məlundur, məlundur və Allah dərgahında qəzəbə gələndir.
Allahım! Əgər indi Əlini (ə), Sənin vəlini öz canişimin təyin etdimsə, Sənin insanlar üzərində olan nemətinin tamamlanmaq və dinin kamala çatmasına səbəb olan əmri bəyan etdimsə hamısı-hamısı Sənin əmrinlə olmuşdur.
Allahım! Səni şahid tuturam və Sənin şahidliyin kifayətdir ki, mən öz təbliğ və risalət vəzifəmə əməl etdim.
Ey insanlar! Allah Təala sizin dininizin kamalını imamətdə və Əli (ə) vilayətində qərar vermişdir. Ona görə də hər kim ona və onun belindən, mənim canişin övladlarıma dünyanın axırıncı gününə qədər itaət etməzsə, əməllərinin məhv olmasına düçar olar və cəhənnəm atəşində cavidan halda əzab görər. Nə əzabı yüngülləşər və nə də ona nicat üçün möhlət və fürsət verilər.
Ey insanlar! Bu, Əlidir (ə) ki, mənə hamıdan daha çox yardım etmişdir və mənə hamıdan daha layiqlidir. İnsanların hamısından mənə daha yaxındır və mənim yanımda hər kəsdən daha sevimli və daha əzizdir.
Allah Təala və mən ondan razıyıq. Harada ki, Allah möminlərə xitab etmişdir, ilk növbədə ona nəzər salmışdır. Mədh olunan ayə yoxdur, məgər onun haqqında. “İnsan” surəsində yada salınan behişt onun üçündür.
Ey insanlar! Əli (ə) Allah dininin nasiri və Allah peyğəmbərinin (s) himayəçisidir. Odur təqvalı dindar, təyyib, tahir, yol göstərən və yol tapmış.
Peyğəmbəriniz (s) ən yaxşı peyğəmbər, onun vəsisi ən yaxşı vəsi, oğulları ən yaxşı vəsilərdirlər.
Ey insanlar! Hər bir peyğəmbərin (ə) nəsli onun belindəndir, ancaq mənim nəslim Əlinin (ə) belindəndir”. (Tebyan)

/Deyerler.org/




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru