Перейти к содержимому


Фотография

məsumlar a.s-ın səhabələri r.a-ın hədis elmləri haqqında yazdıqları kitablar


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 4

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 13 ноября 2013 - 14:32

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

keçən yazımızda məsumlar a.s bizlərə hədisi danışdıqları və bizə hədisləri yazmağı əmr etdikləri kimi hədislərin doğrusunu səhvindən ayırmaq üçün qaydalar da öyrətmişdirlər. həmçinin, məsumlar a.s-ın səhabələri olan ilk İslam/şiə alimləri də elə o dövrlərdən bu yana hədisləri ayırd etmək üçün cəh etmiş, rical, dirayə, təbəqat, hədis ixtilafı və bu kimi müxtəlif sahələrdə kitablar yazmışdırlar. inşaAllah bu mövzuda məsumlar a.s-ın dövründən yazılmağa başlanılan bu kitablar haqqında məlumat verəcəyəm.

Сообщение отредактировал Elmeddin: 27 января 2014 - 10:29


#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 13 ноября 2013 - 16:10

1. rical və təbəqat kitabları:


1-1 Ubeydullah b. Əbu Rafinin rical kitabı: bu kitab İslam tarixində yazılmış ilk rical kitabıdır. kitabı yazan şəxs Hz. Əli a.s-ın səhabəsi və katibi olmuş Ubeydullah b. Əbu Rafi r.a-dır.

Übeydullah b. Əbu Rafi r.a-ın bioqrafiyası: bu şəxs Möminlərin Əmiri (imam Əli a.s)-ın səhabələrindən və həzrətin katibi idi. Hz. Muhəmməd ət-Təqi və Hz. Əli ən-Nəqi a.s-ın əshabından olan hədis və rical alimi Bərqi r.a özünün rical kitabında onun haqqında deyir:

و من خواص أصحاب أمير المؤمنين عليه السلام من مضره :
Mudar (qəbiləsin)-dən olan Möminlərin Əmiri (imam Əli a.s)-ın xas səhabələri.

عبيد الله بن أبي رافع : كاتب علي عليه السلام.
Əli a.s-ın katibi Ubeydullah b. Əbu Rafi.

Bərqi r.a, "Rical", səhifə 4


həmçinin, şeyx Tusi r.a da "rical" kitablarında onun imam Əli a.s-ın səhabəsi olduğunu qeyd etmiş və imamın katibi olduğunu bildirmişdir. Şeyx Tusi r.a "Fihrist" kitabında isə onun haqqında deyir:

عبيد الله بن أبي رافع رضي الله عنه كاتب أمير المؤمنين عليه السلام
Ubeydullah b. Əbu Rafi r.a, Möminlərin Əmiri (imam Əli a.s)-ın katibidir.

Şeyx Tusi r.a, "Fihrist", səhifə 107, 456-cı ravi


deməli, buraya qədər əldə etdik ki, bu şəxs Hz. Əli a.s səhabəsi və katibidir. Bərqi r.a onun Əli a.s-ın xas səhabələrindən olduğunu deyib, Şeyx Tusi r.a haqqında "radiallahu anh" ifadəsi gətirib. Bərqi və Tusi r.a-ın bu ifadələri onun fəzilətli və siqa (güvənilir) bir şəxs olduğuna dəlalət edir.

nasibi rical alimləri də bu Ubeydullah b. Əbu Rafi r.a-ın siqa (güvənilir) və Əli a.s-ın katibi olduğunu təsdiq etmişdirlər (bax: Bağdadi, "Tarixi Bağdad", 10/304, 5453-cü ravi; ibni Hibban, "əs-Siqat", 5/68, 3893-cü ravi).

Ubeydullah b. Əbu Rafi r.a-ın kitabları: Ubeydullah r.a-ın 2 kitabı vardır. bunlardan biri fiqh digər isə rical kitabıdır. fiqh kitabının adı "Möminlərin Əmiri a.s-ın qəzavətləri (hökmləri)", rical kitabının adı isə "səhabələrdən r.a Mömilərin Əmiri a.s ilə birlikdə Cəməl, Sıffın və Nəhrəvana şahid olanlar" şəklindədir. Şeyx Tusi r.a "Fihrist" kitabında Ubeydullah b. Əbu rafi r.a-ın bioqrafiyasında deyir:

له كتاب قضاياأمير المؤمنين عليه السلام، أخبرنا به أحمد بن عبدون عن أبي بكر الدوري عن أبي الحسن محمد بن جعفر بن محمد بن الحسين بن جعفر بن الحسن بن الحسن بن علي بن أبي طالب عليه السلام قال حدثنا أبي، قال حدثنا أحمد بن عبد المنعم العيني، قال حدثنا الحسن بن محمد بن محمد الحسين البجلي، قال حدثنا علي بن محمد بن القاسم الكندي عن محمد بن عبيد الله بن أبي رافع عن أبيه عن جده عن أمير المؤمنين عليه السلام و ذكر الكتاب بطوله، و له كتاب تسمية من شهد مع أمير المؤمنين عليه السلام الجمل و صفين و النهروان من الصحابة رضي الله عنهم، رويناه بالإسناد عن الدوري عن أبي الحسين زيد بن محمد الكوفي عن أحمد بن موسى بن إسحاق، قال حدثنا ضرار بن ضرد عن علي بن هاشم بن البريد عن محمد بن عبيد الله بن أبي رافع عن عون بن عبيد الله عن أبيه، و كان كاتب أمير المؤمنين عليه السلام
onun "Möminlərin Əmiri a.s-ın qəzavətləri (hökmləri)" kitabı vardır. bu kitabı ibni Abdun mənə Əbu Bəkir əd-Darəvidən, o Əbul Həsəndən, o atasından, o Əhməd b. Əbdülnaimdən, o Həsən əl-Bəcəlidən, o Əli əl-Kindidən, o Muhəmməd b. Ubeydullahdan, o atasından, o babasından, o da Möminlərin Əmiri a.s-dan nəql etdi və kitabı zikr etdi. və həmçinin onun "səhabələrdən r.a Mömilərin Əmiri a.s ilə birlikdə Cəməl, Sıffın və Nəhrəvana şahid olanlar" adlı kitabı vardır..............

Şeyx Tusi r.a, "Fihrist", səhifə 107, 456-cı ravi


həmçinin, nasibi rical alimləri də belə bir kitabın olduğunu təsdiqləmiş və hətta öz rical kitablarında bəzən ondan məlumat nəql etmişdirlər. məsələn, nasibi hədis alimlərindən Təbərani "Mucəm əl-Kəbir", 2/259; ibni Əsir "Əsədul Ğabə", 1/266-da Cabir b. Ənəs haqqında məlumatı Ubeydullah b. Əbu Rafi r.a-ın kitabından nəql etmişdir.

vəlhəmdulillahi Rabbil aləmin.

Сообщение отредактировал Elmeddin: 27 января 2014 - 10:38


#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 03 февраля 2014 - 19:14

1-2. Həsən b. Mahbub r.a-ın "Məşeyxə" kitabı: bu hədis şeyxləri haqqında yazılmış bir kitabdır.

müəllif haqqında ümumi məlumat: bu kitabın müəllifi Həsən b. Mahbub əs-Sərrad r.a-dır. Hz. Kazım və Hz. Rza a.s-ın səhabələrindən olan siqa (güvənilir) bir alimdir. Bərqi r.a "Rical" kitabında onu Hz. Kazım a.s-ın səhabələri içərisində zikr edərək deyir:

أصحاب أبي الحسن موسى بن جعفر عليه السلام
Əbul Həsən Musa b. Cəfər a.s-ın əshabı:

الحسن بن محبوب السراد
Həsən b. Məhbub əs-Sərrad

Bərqi r.a, "Rical", səhifə 48


Keşşi r.a da öz rical kitabında onun Hz. Kazım və Hz. Rza a.s-ın səhabələrindən olub ashabul icmaya daxil olan alimlərdən biri olduğunu demişdir. Kəşşi r.a deyir:

تسمية الفقهاء من أصحاب أبي إبراهيم و أبي الحسن الرضا عليهما السلام
Əbu İbrahim (imam Musa əl-Kazım a.s) və Əbul Həsən ər-Rıza (imam Əli ər-Rıza a.s)-ın əshabından olan fəqihlərin adlandırılması.

أجمع أصحابنا : على تصحيح ما يصح عن هؤلاء و تصديقهم، و أقروا لهم بالفقه و العلم و هم ستة نفر آخر دون الستة نفر الذين ذكرناهم في أصحاب أبي عبد الله (عليه السلام) ، منهم يونس بن عبد الرحمن، و صفوان بن يحيى بياع السابري، و محمد بن أبي عمير، و عبد الله بن المغيرة، و الحسن بن محبوب، و أحمد بن محمد بن أبي نصر، و قال بعضهم مكان الحسن بن محبوب الحسن بن علي بن فضال و فضالة بن أيوب، و قال بعضهم مكان ابن فضال عثمان بن عيسى، و أفقه هؤلاء يونس بن عبد الرحمن و صفوان بن يحيى
əshabımız bu şəxslərdən səhih olaraq rəvayət edilənlərin səhih olduğunu və onların alim və fəqihliklərini təsdiq etməkdə icma etmişdir. onlar altı nəfərdir: Yunus b. Əbdürrəhman, Səfvan b. Yəhya, Muhəmməd b. Əbu Umeyr, Abdullah b. Muğirə, Həsən b. Məhbub, Əhməd b. Muhəmməd b. Əbi Nadr. Bunların içinde ən fəqihi Yunus b. Əbdürrəhman və Səfvan b. Yəhyadır.

Kəşşi r.a, "Rical", 6/556, №1050


Şeyx Tusi r.a da öz "Rical" kitabında onu Hz. Kazım və Hz. Rza a.s-ın səhabələri bölməsində qeyd edərək deyir:

الحسن بن محبوب السراد، ويقال: الزراد، مولي، ثقة
Həsən b. Məhbub əs-Sərrad və əz-Zərrad da deyilmişdir. məvalidir, siqa (güvənilir)-dir.

Şeyx Tusi r.a, "Rical", səhifə 334

الحسن بن محبوب السراد، مولي لبجيلة، كوفي، ثقة
Həsən b. Məhbub əs-Sərrad, Bəcəlilərin məvalisi, Kufəli, siqa (güvənilir)-dir.

Şeyx Tusi r.a, "Rical", səhifə 354


Həsən b. Məhbubun rical kitabı: Həsən b. Məhbub müxtəlif mövzularda kitablar təlif etmişdir. kitablarından biri də hədis elmi ilə əlaqədar olan "Məşeyxə" adlı kitabıdır. Şeyx Tusi r.a "Fihrist" kitabında deyir:

الحسن بن محبوب السراد و يقال له الزراد، و يكنى أبا علي، مولى بجيلة، كوفي ثقة، روى عن أبي الحسن الرضا عليه السلام و روى عن ستين رجلا من أصحاب أبي عبد الله عليه السلام، و كان جليل القدر، و يعد في الأركان الأربعة في عصره و له كتب كثيرة، منها كتاب المشيخة
Həsən b. Məhbub əs-Sərrad və əz-Zərrad da deyilmişdir, künyəsi Əbu Əlidir. Bəcəlilərin məvalisi, Kufəli sika (güvənilir)-dir. Əbul Həsən ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan və Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın əshabından 20 nəfərdən rəvayət etmişdir. qədri uca birisidir, onun bir çox kitabı vardır. onlardan biri də "Kitabul Məşeyxə"dir.

Şeyx Tusi r.a, "Fihrist", səhifə 46-47, 151-ci ravi


  • qulam это нравится

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 мая 2016 - 16:29

1-3. Əban b. Muhəmməd r.a-ın "Nəvadir ənur-Rical" kitabı: bu kitabı imam Əli ən-Nəqi a.s-ın əshabından olan Əban b. Muhəmməd r.a yazmışdır. kitab adından da göründüyü kimi ricala dair nadir məlumatlar haqqındadır.
 
müəllif haqqında ümumi məlumat: kitabın müəllifi imam Əli ən-Nəqi a.s-ın səhabəsi olan Əban b. Muhəmməddir. o güvənilir və fəzilət sahibi bir hədisçidir. Nəcaşi r.a onun haqqında yazır:

 

أبان بن محمد البجلي
Əban b. Muhəmməd əl-Bəcəli


وهو المعروف بسندي البزاز.
O, Sündi b. Muhəmməd əl-Bəzzar kimi tanınır.

Nəcaşi r.a, "Fihrist", səhifə 14, 11-ci ravi


yəni, bu şəxs Sündi b. Muhəmməd deyə tanınıb. ona görə də şəxs haqqında məlumat almaq üçün Nəcaşi r.a-ın kitabında Sündi b. Muhəmməd bölməsinə baxırıq. Nəcaşi yazır:
 

سندي بن محمد
Sündi b. Muhəmməd

واسمه أبان ، يكنى أبا بشر صليب من جهينة ، ويقال من بجيلة ، وهو الاشهر. وهو ابن أخت صفوان بن يحيى.
كان ثقة ، وجها في أصحابنا الكوفيين
adı Əbandır, künyəsi Əbu Bəşirdir. Cühəni qəbilsəndir, Bəcəli qəbiləsindən olduğu da deyilib və bu daha məşhurdur. O, Səfvan b. Yəhyanın bacısı oğludur. Siqa (güvənilir) və Kufəli əshabımızın arasında üz ağıdır.


Nəcaşi r.a, "Fihrist", səhifə 187, 497-ci ravi

 

Şeyx Tusi r.a isə "Rical" kitabında onu imam Əli ən-Nəqi a.s-ın əshabı arasında qeyd edərək deyir:
 

السندي بن محمد، أخو علي
Sündi b. Muhəmməd, Əlinin qardaşı.

Şeyx Tusi r.a, "Rical", səhifə 387, 5701-ci ravi


deməli, Şeyx Tusi və Nəcaşinin verdiyi məlumatlara əsasən Əban b. Muhəmmədin hədislərdə və camaat arasında Sündi b. Muhəmməd deyə tanındığını, Kufəli şiələr arasında güvənilir və alim olduğunu və imam Əli ən-Nəqi a.s-ın səhabələrindən olduğunu əldə etdik.

Əban b. Muhəmməd r.a-ın rical kitabı: mənbələrdə Əban b. Muhəmməd r.a-ın sadəcə 1 kitabı qeyd edilib. o kitab isə rical haqqında yazmdığı kitabdır. Nəcaşi r.a Əbanın tərcümeyi halında deyir:
 

أخبرني القاضي أبو عبد الله الجعفي قال : حدثنا أحمد بن محمد بن سعيد قال : حدثنا محمد بن احمد القلانسي ، عن أبان بن محمد بكتاب النوادر عن الرجال
mənə Qazi Əbu Abdullah əl-Cufi xəbər verdi, dedi: mənə Əhməd b. Muhəmməd b. Səid nəql etdi, dedi: Muhəmməd b. Əhməd əl-Qalansi mənə Əban b. Muhəmməddən onun "Nəvadir ən Rical" adlı kitabını nəql etdi.

Nəcaşi r.a, "Fihrist", səhifə 14, 11-ci ravi



#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 26 мая 2016 - 10:29

1-4. Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a-ın kitabları: Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a məşhur şiə hədisçilərindəndir və rical haqqında bir neçə kitab yazmışdır.

müəllif haqqında ümumi məlumat: bu şəxs imam Muhəmməd ət-Təqi və imam Əli ən-Nəqi a.s-ın səhabələrindəndir, Qum şəhərində yaşamış və müxtəlif mövzularda kitablar yazmışdır. Nəcaşi onun haqqında deyir:




أحمد بن محمد بن خالد
Əhməd b. Muhəmməd b. Xalid

بن عبد الرحمن بن محمد بن علي البرقي أبو جعفر أصله كوفي ـ وكان جده محمد بن علي حبسه يوسف بن عمر بعد قتل زيد عليه‌السلام ، ثم قتله ، وكان خالد صغير السن ، فهرب مع أبيه عبد الرحمن إلى برق روذ ـ
وكان ثقة في نفسه ، يروي عن الضعفاء واعتمد المراسيل.
ibni Əbdürrəhman b. Muhəmməd b. Əli əl-Bərqi, Əbu Cəfər, əslən Kufəlidir. Yusuf b. Ömər Zeyd a.s-ın öldürülməsindən sonra onun cəddi (böyük babası) Muhəmmədi həbs etmiş, sonra isə öldürmüşdü. o zamanlar Xalid az yaşlı idi və atası Əbdürrəhman ilə Bərqə sürgün edilmişdi. və (Əhməd b. Muhəmməd əl-Bərqi)
öz-özlüyündə siqa (güvənilir)-dir. (ancaq) zəiflərdən rəvayət etmiş və mürsəllərə də etimad etmişdir.

Nəcaşi r.a, "Fihrist", səhifə 76, 182-ci ravi


Şeyx Tusi r.a da "Fihrist" kitabında onun haqqında eyni məlumatları vermişdir (bax: Şeyx Tusi r.a, "Fihrist", səhifə 62, 65-ci ravi). həmçinin Şeyx Tusi r.a "Rical" kitabında imam Muhəmməd ət-Təqi a.s-ın səhabələri bölməsində deyir:
 

أصحاب أبي جعفر محمد بن علي الثاني عليهما السلام
Əbu Cəfər Muhəmməd b. Əli əs-Sani (imam Muhəmməd ət-Təqi a.s)-ın səhabələri

أحمد بن محمد بن خالد.
Əhməd b. Muhəmməd b. Xalid

Şeyx Tusi r.a, "Rical", səhifə 371-372, 5521-ci ravi


həmçinin, Şeyx Tusi r.a "Rical" kitabında, imam Əli ən-Nəqi a.s-ın səhabələri bölməsində deyir:
 

أصحاب أبي الحسن الثالث علي بن محمد عليهما السلام
Əbul Həsən əs-Salis Əli b. Muhəmməd a.s-ın səhabələri

أحمد بن أبي عبد الله البرقي.
Əhməd b. Əbu Abdullah əl-Bərqi

Şeyx Tusi r.a, "Rical", səhifə 382-383, 5645-ci ravi


buraya qədər Nəcaşi və Tusinin verdiyi məlumatlar əsasında məlum oldu ki, Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a imam Muhəmməd ət-Təqi və imam Əli ən-Nəqi a.s-ın səhabələrindən olan, əslən Kufəli olub Bərqdə (Qumda) yaşamış güvənilir bir alim olub.

Əhməd b. Muhəmməd əl-Bərqi r.a-ın rical kitabları: bu alim rical mövzusunda 1 deyil bir neçə kitab yazmışdır. Nəcaşi onun yazdığı kitabları nəql edərkən deyir:
 

وصنف كتبا ، منها :
كتاب الطبقات
كتاب الرجال

(O) çoxlu kitablar yazmışdır, onlardan bəziləri: Təbaqat kitabı, Rical kitabı.

أخبرنا بجميع كتبه الحسين بن عبيدالله قال : حدثنا أحمد بن محمد أبو غالب الزراري ، قال : حدثنا مؤدبي علي بن الحسين السعد ابادي أبو الحسن القمي ، قال : حدثنا أحمد بن أبي عبد الله بها.
onun bütün kitablarını mənə Hüseyin b. Ubeydullah xəbər verdi, dedi: mənə Əbu Ğalib Zurari nəql etdi, dedi: mənə Əli b. Hüseyin Sadabadi nəql etdi, dedi: Əhməd b. Əbu Abdullah bu kitabları bizə nəql etdi.

Nəcaşi r.a, "Fihrist", səhifə 76, 182-ci ravi

 

həmçinin, Şeyx Tusi r.a da "Fihrist" kitabında Bərqi r.a-ın digər kitablarını və bu 2 rical kitabını da qeyd etmişdir (bax: Şeyx Tusi r.a, "Fihrist", səhifə 64, 65-ci ravi). bu 2 kitabdan "Təbaqat kitabı" adlı kitab sağ-salamat əlimizə çatmışdır. kitabda Rəsulullah s.a.a-dən başlayaraq məsumlar a.s-ın əshabı bir-bir qeyd edilmişdir. kitabı oxumaq üçün linkə baxa bilərsiniz: Bərqi r.a, "Təbəqat kitabı"


Сообщение отредактировал Elmeddin: 26 мая 2016 - 10:48





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru