Перейти к содержимому


Фотография

Abbasın Yeni Hökumət Üçün Təqdim etdiyi Şərtlərə Həmasdan Reaksiya Gəldi


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 апреля 2009 - 18:34

313news.net-in İsra Xəbərə istinadlı xəbərinə görə, Abbasın Həması müqaviməti maneə törətməklə günahlandırmasına Həmasdan cavab gəldi.



Fələstin Rəhbərliyi Başçısı Mahmud Abbasın İsrail ilə barış müzakirələrini icra etməyə davam edəcəyini şərhinə Həmasdan cavab gəldi.

Həmas spikeri Fevzi Berhum, Abbasın bu şərhləriylə Fələstin daxili barışının müvəffəqiyyətsizliklə nəticələnməsini hədəflədiyini ifadə etdi.

Berhum, uzlaşma nəticəsində qurulacaq Fələstin Hökuməti üçün də İsrail ilə olunacaq barış görüşmələrini qəbul etmə şərtinin, daxili barışı əngəlləyəcəyini söylədi.

Həmas və digər müqavimət qrupları üzərində təhlükəsizlik güclərinin işlədiyi cinayətlərin üzərini örtdüyünü qeyd etdi. Berhum, Abbasın müqavimətin gücünü yüngülə alan şərhlərini tənqid etdi.

Berhum, Həmasın Qəzzədə müqaviməti maneə törətdikləri günahlandırmasına cavab olaraq, Qəzzə və Qərb Şəriyədə edilənləri dəlil olaraq göstərərək, kimin müqaviməti maneə törədib maneə törətmədiyinin açıq olduğunu müdafiə etdi.

Həmasın Qəzzədə müqaviməti maneə törətdiyini iddia edən Abbasın şərhlərinin gerçəyi göstərmədiyini ifadə edən Berhum, Abbasın ictimaiyyəti yanıltmağı hədəflədiyini sözlərinə əlavə etdi.

İslami Cihad: Dialoqun Qarşısında Amerika və Avropa Maneəsi Var

İslami Cihad Hərəkətinin Qəzzədəki liderlərindən Nafiz Azzam, bu gün Qahirədə son mərhələsinə çatan daxili barış görüşmələrinin müvəffəqiyyətlə nəticələnməsinin qarşısında Amerika və Avropa ölkələrinin olduğunu söylədi.

Azzami bütün Fələstinli hərəkətlərin uzlaşmağa çatmaq üçün sıx səy göstərdiyini lakin Amerika və Avropanın xüsusilə uzlaşma hökumətiylə əlaqəli olaraq söykəmələrindən ötəri uzlaşmanın təmin edilə bilmədiyini ifadə etdi.

Azzam, Fələstin hökumətinin proqramıyla əlaqəli problemə əlavə olaraq Fələstin Qurtuluş Təşkilatının da tərəflər arasındakı əhəmiyyətli problemlər arasında iştirak etdiyini vurğuladı.

313news.net




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru