Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
son günlərdə bəzi axmaqlar Şiələrə qarşı yotube-da yeni iftira və böhtan kampanyası başladıblar. hələ məzhəb sözünün necə yazıldığını bilməyən (məshəb yazıblar) bu axmaqlar Şiəlikdə olan mərciyyət sisteminin xristian və yəhudilər tərəfindən qurulduğunu iddia ediblər. youtube-a yerləşdirilən "elm dolu" videonun linki budur:
video 3 nəfərin sözlərini əhatə edir:
1. nasibi şeyx xalid əl-Vasibi
2. Seyyid Kamal əl-Heydəri
3. Seyyid xoi r.a-ın oğlu Abbas əl-xoi
bunlardan birincisi olan xalid əl-Vasibi deyir ki, bəs Şiəlikdə qədimdə mərceiyyət olmayıb və bu sonradan xristian və yəhudilər tərəfindən yaradılıb. sözlərinə isə -güya- Seyyid Kamal əl-Heydərinin sözlərini şahid gətirir və buna "bir şiə aliminin etirafı" deyir. bəs həqiqətdə məsələ nə yerdədir? "Mərce" yəni fətva üçün müraciət edilən şəxs deməkdir və şiələr də bu sözü sırf bu mənada işlədirlər. bu iş yəni şiələrin bir alimə müraciət etməsi, ondan fətva istəməsi = mərceiyyət isə hələ Qeybəti Kübranın başlanğıcı dövründən mövcuddur. bu elə bir məsələdir ki, heç bu barədə dəlil və sübuta ehtiyyac yoxdur. Qeybəti Kübra dövründən bu günə qədər fəqihlərin yazdıqları fiqh kitabları, onlardan istiftaat edilməsi bunun ən aşkar sübutudur. bunun üçün çox uzağa getmək lazım deyil. əgər bu "elm əhli" elə əlimizin altında, internetdə olan wikipedia.org saytına baxsaydılar orada qədimdən bu günə kimi olan məşhur mərcelərin adlarının siyahısını görə bilərdilər. bu "elm əhli" üçün o linki mən yerləşdirirəm ki, əziyyət çəkməsinlər: http://ar.wikipedia.org/wiki/%D9%85%D9%84%D8%AD%D9%82:%D9%82%D8%A7%D8%A6%D9%85%D8%A9_%D8%A7%D9%84%D9%85%D8%B1%D8%A7%D8%AC%D8%B9_%D8%A7%D9%84%D8%B4%D9%8A%D8%B9%D8%A9#.D9.85.D8.B5.D8.A7.D8.AF.D8.B1
Seyyid Kamal əl-Heydərinin sözlərinə gəldikdə isə, bu axmaq xalid əl-Vasibi Seyyidin sözlərini özünə şahid gətirir amma Seyyidin nə dediyini hələ özü anlamır. xalid əl-Vasibi və onun kimi axmaq olan milli nasibilərdən soruşmaq istəyirəm ki, Seyyid kamal əl-Heydəri o sözlərinin harasında, hansı hissəsində "mərceiyyəti xristian və yəhudilər yaradıb" deyir? ay axmaqlar! Seyyid Kamal əl-Heydəri mərceiyyətdən deyil bu gün mərce və ya alim olaraq tanınan bəzi kəslərin xristian və yəhudi adamları olduğunu deyir. yəni siz bu iki söz arasındaki arasındaki fərqi anlamırsınız? "mərceiyyəti xristian və yəhudilər yaradıb" demək tamam başqa bir şeydir, "mərce və ya alim olaraq tanınan bəzi kəslər ABŞ və ya Sionistlərin adamıdır" demək tamam başqa şeydir. bu eyni ilə, hədislərdə axir zaman alimlərinin pislənməsi kimidir. məgər bu hədislər o deməkdir ki, axir zamanda olan bütün alimlər pisdir? məgər xalid əl-Vasibi də daxil olmaqla siz səfehlər axir zaman alimlərini pisləyən hədislərə görə Səudiyyə alimlərinin hamısını satqın, ABŞ və Sionist köləsi bilirsiniz? yəni bu axmaq xalid əl-Vasibi heç olmasa düşünmədimi ki, əgər Seyyid Kamal əl-Heydəri mərceiyyətin xristian və yəhudilər tərəfindən yaradıldığını deyirsə daha niyə özünü mərce elan edir ki?
amma Seyyid xoi r.a-ın oğlu Abbas əl-xoi l.a-ya gəldikdə isə, Abbas əl-xoi özü kimdir ki, hələ bir onun iftiralarının da Şiə nəzərində bir qiyməti olsun? Abbas əl-xoi şərli və şərəfsiz, kafir bir şəxsdir. onun atası və ümumən Şiələr haqqında dediyi hər iftira və böhtan Hz. Nuh a.s-ın oğlunun atası və İslam haqqında dediyi kimidir.
وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ
قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَنْ رَحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ
Nuh kənarda duran oğlunu səsləyib dedi: "Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!" O dedi: "Məni sudan qoruyacaq bir dağa sığınacağam!" (Nuh) dedi: "Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!" Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.
Hud surəsi 42-42-cü ayələr
və nasibilərin Abbas əl-xoi l.a-ın atası r.a və Şiə haqqındaki sözlərini bizə irad kimi gətirmələri Hz. Nuh a.s dövründə yaşayan müşriklərin Hz. Nuh a.s-ın kafir oğlunun atası a.s və İslam əleyhindəki sözünü müsəlmanlara qarşı irad gətirməyi kimidir.
vəlhəmdulillahi Rabbil aləmin.
Сообщение отредактировал Elmeddin: 13 марта 2014 - 10:06