بسم الله الرحمن الرحيم
السلام عليكم و رحمة الله و بركاته
Sözü çox uzatmadan keçirəm mətləbə. Bəzi alimlərə "cinsiyyət dəyişdirilməsi" haqqında verilən suallara verdikləri cavablar, yəni, bu barədəki fətvalar haqqında yəqin ki, az çox eşitmisiniz.
Təəssüflər olsun ki, bir çox cahillər məsələnin əslini başa düşmədiklərinə görə məsələni yalnış başa düşüblər.
Bu gün də İslam düşmənləri tərəfindən, xüsusən də vəhhabilər tərəfindən bu kimi fətvalar təhrif edilərək iyrənc şəkildə təqdim edilir. İnsanlarda elə fikir yaratmağa çalışırlar ki, guya alimlərin bu tip fətvaları kişilərə aiddir və nəfsin, şəhvətin təmin edilməsi üçün Allahın şəriətinə zidd olan nəzər irəli sürülərək harama rəvac verilir.
Məsələn, forumda "Qərib" nikli qardaşımız bizdən tələb edir ki, boynumuza alaq :
"hər şeyə 1 yol var bizdə.hələ kişinin meylinden kişi keçirsə onada 1yol tapar muctehidlərimiz.cinsividə dəyişə bilərsən."
İndi bizim ondan xahişimiz budur ki, bizə göstərsin görək hansı müctəhid, hansı İslam alimi onun dediyi şəkildə fətva verib?
Əgər onunla eyni fikirdə olan başqa vəhhabilər də varsa, onlar da bizə həmin alimin adını və fətvasını göstərə bilərlər. Təşəkkürlər!