Перейти к содержимому


Фотография

möminin tiynəti haqqında bir şübhə və cavabı


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 28 августа 2014 - 21:21

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bu yaxınlarda youtube-da məşhur nasibi cahili Abu Zındıq ən-nasibinin yeni bir "dərsi" yerləşdirilib. Abu Zındıq 20 dəqiqəlik bu "dərsin" 10 dəqiqəsini nasibi dininin tərifinə və Əhli Beyt a.s-ın əslində (İslam) əqidəsində deyil nasibilik əqidəsində olduğuna dair boş-boş iddialara ayırıb. biz inşaAllah bu "elm" dolu dərs vasitəsi ilə siz qardaşlara bəzi faydalar çatdırmağa çalışacağıq. bu "elm" dolu dərsin linki budur:

biz Abu Zındığın dərsindən bu faydaları bəyan edərkən elə onun metdou ilə gedəcəyik. ilk öncə nasibilik dini haqqında, daha sonra Əhli Beyt a.s-ın əqidəsi haqqında və nəhayət ən sonda palçıq əqidəsi haqqında danışacağıq.

amma nasibi dininə gəlincə; Abu Zındığın bu dini tərifləməyə çalışması əbəs və dəlildən uzaq bir şeydir. məsələn onun "təfsir desən əhli sünnətdə", "elm desən əhli sünnətdə" sözü kimi. məgər nasibilərdə hansı təfsir var ki? nasibilərin təfsirləri ixtilaflarla doludur və onların təfsirləri Sünnəyə deyil səhabə və tabeinlərin şəxsi təfsirlərinə əsaslanır. məhz buna görə də 1 ayənin təfsirində onlarla fikir nəql edilir, hətta bəzən elə olur ki, 1 ayə haqqında eyni səhabəyə və ya tabeinə 2-3 fərqli fikir nisbət edilir. təfsir budurmu? məhz buna görə nasibi imamlarından Əhməd b. Hənbəl demişdir:

ثلاثة لا أصل لها: التفسير والمغازي والملاحم
üç şeyin əsli-əsası yoxdur: "təfsir, məğazi və məlahim."


budur sizin təfsiriniz? amma İslam (Şiə) təfsirlərinə gəlincə, hər bir ayə Əhli Beyt a.s-dan nəql olunan səhih hədislərlə təfsir edilib. və birinci imamın dediyi ilə sonuncu imamın dediyi arasında bir ayədə belə ixtilaf yoxdur. üstəlik hansı ayənin təfsirində nasibilərlə bizim aramızda ixtilaf varsa o ayənin təfsirini məhz bizim dediyimiz kimi nasibi mənbələrindən səhih sənədlər ilə isbat edirik (bax: Quran və Təfsir). həmçinin digər məsələlərdə belədir və tarixi, əqidəvi, fiqhi... ümumən elə bir məsələ yoxdur ki, həmən məsələ bizim dinimizdə Quran və Sünnə (məsumlar a.s-ın hədisləri) ilə sabit olmasın. lakin bizim yanımızda məsələ sadəcə Quran və Sünnədə mövcud olmaqla sərhədli deyil əksinə buna əlavə olaraq hər dediyimizi öz müxalifimizin mənbəsi ilə də ortaya qoyuruq. və elm budur, necə ki, Allah azzə və cəllə buyurur:

وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
Onlar (əhli kitab) dedilər: "Yəhudilərdən və xaçpərəstlərdən başqa­ heç kəs Cənnətə daxil olmayacaq!" Bu onların xam xəyallarıdır. De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"

Bəqərə surəsi 11-ci ayə


bu ayədə Allah azzə və cəllə əhli kitabın sözünü nəql edir, hansı ki, o söz budur ki, cənnətə ancaq yəhudi və xristianlar daxil olacaqdır. və məlumdur ki, belə nağıllar onların öz mənbələrində (təhrif edilmiş Tövrat, İncil və Kabbalada) mövcuddur. lakin bu sözün onların kitabında mövcud olmağı dəlil deyil və məhz buna görə Allah azzə və cəllə onların sözünü rədd edir və onlardan dəlil istəyir. onların öz mənbələrində olanın Allah azzə və cəllə və Rəsulu s.a.a-ə qarşı dəlil olmadığı deyilir və məqbul bir dəlil istənilir. bu ayə əsasında biz bilirik ki, bir adamın öz müxalifinə qarşı öz kitabı ilə dəlil gətirməyi mənasızdır və dəlil müxalif nəzərində məqbul sayılan bir şey olmalıdır. və məhz biz bunu anladığımız üçün hər dediyimizi sizin kitablarınızdan göstəririk. lakin əsrlərdir sizin tayfada bunu edə biləcək 1 nəfər belə mövcud olmamışdır. ən böyüyünüzdən ən kiçiyinizə hamınızın etdiyi axmaqca "Buxaridə filan hədis var", "Müslümdə filan hədis var" və s. deməkdir. məsələn şeyxiniz ibni Teymiyyə kimi (bax: ibni Teymiyyənin "ilk şiələr Əbu Bəkir və Ömərin fəzilətini qəbul edirdi" iddiasına cavab). odur ki, "elm əhli sünnətdə" və s. kimi sözlərin bir mənası və dəlili yoxdur.

amma Əhli Beyt a.s-ın əqidəsinə gəlincə; nasibilərin Əhli Beyt a.s-ın əqidəsində deyil səhabələr r.a-ın əqidəsində belə olduqlarını deməyə zərrə qədər haqqları yoxdur. bir halda ki, səhabələr r.a nasibilərin inandığı Şura (bax: ilk dövr müsəlmanlarda Şura əqidəsi var idimi?), səhabənin ədaləti (bax: ilk dövr müsəlmanlarda səhabənin ədaləti əqidəsi var idimi?), Əbu Bəkir və Ömərin fəziləti (bax: ilk dövr müsəlmanlarda Əbu Bəkir və Ömərin fəziləti əqidəsi var idimi?) kimi əqidələrdən xəbərsiz idilər. elə isə səhabələr r.a və Əhli Beyt a.s bu əqidələrdən xəbərsiz olduqları halda onların bu əqidələrə sahib olduğunu demək yalan deyilsə nədir? amma Əhli Beyt a.s və səhabələr r.a-ın həqiqi əqidəsinə gəlincə, onların əqidəsi İslam = Şiə olmuşdur. və bu məsələ həm Şiə və həm də sünnü mənbələri ilə sabitdir. şiə və sünnü mənbələrdə mütəvatir olaraq xəlifələrin sayının 12 olduğu rəvayət edilmişdir (bax: 12 xəlifə hədisi); həmçinin Əhli Beyt a.s, səhabələr r.a və tabeinlər Hz. Əli a.s-ın Rəsulullah s.a.a-in vəsisi olduğuna icma etmişdirlər (bax: imamlar a.s Rəsulullah s.a.a-in varisidir); həmçinin şiə və sünnü kitablarında Əhli Beyt a.s-dan Hz. Əli a.s-ın fiqh kitabı (əl-Camia)-nın olduğu sabitdir (bax: imam Əli a.s-ın Camia kitabı); həmçinin rəcətin olacağı da şiə və sünnü kitablarında səhih olaraq Əhli Beyt a.s-dan rəvayət edilmişdir (bax: rəcət); həmçinin səhabələr r.a və Əhli Beyt a.s Rəsulullah s.a.a-dən sonra ən fəzilətli şəxsin Hz. Əli a.s olduğunda icma etmişdirlər (bax: imamlar a.s-ın fəziləti); həmçinin Əhli Beyt a.s-a düşmən olanların münafiq olduğu səhabə r.a-ın əqidəsi olmuşdur (bax: "ey Əli səni ancaq mömin sevər" hədisi).

bütün bunlar sabit sənədlərlə hər iki tayfanın kitablarında nəql edilənlərdir. amma bundan başqa Əhli Beyt a.s və səhabə r.a-ın əqidəsinin məhz İslam = Şiəlik olduğunu nasibilərin öz alimləri də etiraf etmişdirlər. məsələn, nasibi alimlərindən ibni xəldun l.a Əhli Beyt a.s nəzərində imamların məsum olduğunu; onların a.s səhabələrə (münafiqlərə) tən etdiyini; özlərinə məxsus (sünnülərdən fərqli) fiqhləri olduğunu və onlara ancaq şiələrin tabe olduğunu etiraf etmişdir. həmçinin, bir başqa nasibi alimi olan ibni Quteybə səhabələrdən Əbu Tufeyl r.a-ın qulat rafizi olduğunu; rəcət əqidəsinə iman etdiyini bildirmişdir (bax: Əhli Beyt a.s və səhabə r.a-ın əqidəsi). bunlar nasibilərin öz mənbələrində mövcud olanlar, həmçinin onların öz alimlərinin etiraflarıdır. elə isə daha "Əhli Beyt sünnü əqidəsində olub" demək yalan deyilsə nədir?

amma palçıq əqidəsinə gəlincə; yuxarıda Əhli Beyt a.s və səhabə r.a-ın əqidəsinin İslam = Şiəlik olduğunu şiə və sünnü mənbələri ilə göstərdik. inşaAllah bu palçıq əqidəsi bəhsində bir daha İslam = Şiədə olan hər əqidənin Əhli Beyt a.s və səhabə r.a-ın əqidəsi olduğunu bir daha ortaya qoyacağıq.

lakin ilk öncə bəzi nöqtələri yəni Abu Zındıq ən-nasibi l.a-ın şiə mənbələrindən bu əqidə haqqında ortaya atdığı şübhəyə cavab verməyi lazım bilirik. Abu Zındıq ən-nasibi məlum "dərsində" Şeyx Səduq r.a-ın "İləluş Şərai" kitabından bir hədisi (İshaq əl-Qummi hədisini) gətirir və bununla demək istəyir ki, bu hədisdə İshaq əl-Qumminin sözü bir şiənin özləri əleyhində şahidliyidir. çünkü özü şiə olan İshaq bu rəvayətdə şiələrin şərab içdiyini, zina etdiyini və s. etiraf edir. daha sonra isə Abu Zındıq palçıq əqidəsi haqqında olan bütün rəvayətlərin sanki bu İshaq əl-Qummi rəvayəti kimi olduğu fikrini oyatmaq istəyir. həqiqətdə isə "Bihar əl-Ənvar"da bu barədə olan 67 hədisdən sadəcə İshaq əl-Qumminin hədisi bu mənadadır. qalan hədislər isə möminlərin cənnət torpağından, kafirlərin isə cəhənnəm torpağından yaradıldığından danışır. indi elə onun sitat gətirdiyi "Bihar əl-Ənvar"ın həmin fəslindən bir neçə hədis yazıram:



المحاسن: أبي، عن صالح بن سهل قال: قلت لأبي عبد الله عليه السلام: جعلت فداك من أي شئ خلق الله طينة المؤمن؟ قال من طينة الأنبياء فلن ينجس أبدا
Məhasin kitabında: (müəllifin) atasından, o da Salih b. Səhldən nəql etdi, dedi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a dedim: "sənə fəda olum! Allah azzə və cəllə möminin tiynətini nədən yaratmışdır?" imam a.s dedi: "peyğəmbərlər a.s-ın tiynətindən, buna görə də əsla çirklənməz."

المحاسن: بهذا الاسناد قال: قلت لأبي عبد الله عليه السلام: المؤمنون من طينة الأنبياء؟ قال: نعم. "
Məhasin kitabında: eyni sənəd ilə: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-a dedim: "mömin peyğəmbərlərin a.s tiynətindən yaradılmışdır?" imam a.s dedi: "bəli."

أمالي الطوسي: المفيد، عن ابن قولويه، عن أبيه، عن سعد، عن ابن عيسى، عن محمد بن خالد، عن فضالة، (1) عن أبي بصير، عن أبي جعفر عليه السلام قال: إنا وشيعتنا خلقنا من طينة من عليين (2) وخلق عدونا من طينة خبال من حمأ مسنون. "
Əmali Tusi kitabında: Müfiddən, o ibni Qavlaveyhdən, o atasından, o Saddan, o ibni İsadan, o Muhəmməd b. xaliddən, o Fudalədən, o Əbu Bəsirdən, o da Əbu Cəfər (imam Muhəmməd əl-Baqir a.s)-dan nəql etdi, dedi: "biz və şiələrimiz İlliyin (cənnətin üst qatı) torpağından yaradılmışıq. bizim düşmənlərimiz isə iylənmiş torpadan yaradılmışdırlar."

II Məclisi r.a, "Bihar əl-Ənvar", 5/225, 10-cu bab, hədis 1, 2 və 3


görüldüyü kimi, mütəvatir olan məsələ, haqqında mütəvatirhədislərin gəldiyi məsələ möminin cənnət torpağından, kafirin isə cəhənnəm torpağından yaranmış olmağıdır. daha İshaq əl-Qummi hədisində olduğu kimi mömində olan pis əməlin kafir torpağından, kafirdə olan yaxşı əməlin isə mömin torpağından olmağı deyil. bu (yəni möminin cənnət torpağından, kafirin isə cəhənnəm torpağından yaranması) isə Əhli Beyt a.s-ın əqidəsidir. bu bizim mənbələrimizdə Əhli Beyt a.s-dan mütəvatir olaraq rəvayət edildiyi kimi nasibi mənbələrində də Əhli Beyt imamları a.s-dan rəvayət edilmişdir.


mucem.jpg mucem1.jpg

şəkildə gördüyünüz nasibi imamlarından Əbu Bəkir b. əl-Muqrinin "əl-Mucəm" kitabıdır, işarələmiş yerdə deyilir:



حَدَّثَنَا أَبُو الْحُسَيْنِ عَلِيُّ بْنُ إِسْحَاقَ بْنِ رُدِّيٍّ الْقَاضِي قَاضِي طَبَرِيَّةَ بِطَبَرِيَّةَ ، ثنا عَلِيُّ بْنُ نَصْرٍ الْبَصْرِيُّ ، ثنا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ أَبِيهِ قَالَ : رَفَعَهُ قَالَ : " إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ عِلِّيِّينَ وَخَلَقَ طِينَنَا مِنْهَا ، وَخَلَقَ طِينَةَ مُحِبِّينَا مِنْهَا ، وَخَلَقَ سِجِّينَ وَخَلَقَ طِينَةَ مُبْغِضِينَا مِنْهَا ، فَأَرْوَاحُ مُحِبِّينَا تَتُوقُ إِلَى مَا خُلِقَتْ مِنْهُ ، وَأَرْوَاحُ مُبْغِضِينَا تَتُوقُ إِلَى مَا خُلِقَتْ مِنْهُ " ، هَكَذَا حَدَّثَنَاهُ عَلِيُّ بْنُ رُدِّيٍّ ، وَكَانَ أَحَدُ الثِّقَاتِ وَالظُّرَفَاءِ مِنْ أَهْلِ الشَّامِ رَحِمَهُ اللَّهُ ، وَعَلِيُّ بْنُ نَصْرٍ ذَكَرَ أَنَّهُ شَيْخٌ بَصْرِيٌّ قَدِمَ عَلَيْهِمْ
Mənə qazilər qazisi, sütunlar sütunu Əbul Hüseyin Əli b. İshaq b. Rədi nəql etdi, dedi: mənə Əli b. Nəsir əl-Bəsri nəql etdi, dedi: mənə Əbdurrəzzaq nəql etdi, dedi: Mamər mənə Zühridən, o Əli b. Hüseyindən, o atasından (Hüseyin b. Əlidən), o da mərfu olaraq (yəni, Rəsulullah s.a.a-dən) xəbər verdi, dedi: «Allah illiyyini (cənnəti) yaratdı, bizim torpağımızı da ordan yaratdı. və bizi sevənlərin də torpağını ordan yaratdı. Sonra Allah siccini (cəhənnəmi) yaratdı. Bizim düşmənlərimizin torpağını da ordan yaratdı. Bizi süvənlərin ruhu yarandıqları yerə qovuşacaqlar, Düşmənlərimizin də ruhu yarandıqları yerə qovuşacaqlar.»

Əbu Bəkir b. əl-Muqri, "əl-Mucəm", səhifə 217, hədis 1176


hədisin sihhət vəziyyətinə gəlincə, olmaya birdən "əhli hədis (hava)" olan nasibilər hədisin zəif olduğunu deməyə çalışarlar. ona görə də bəri başdan deyirəm ki, hədisin bütün raviləri nasibilər nəzərində öz dövrlərində ən fəzilətli ravilərdir. həmçinin, ravilərdən Əbul Hüseyin b. İshaq b. Rədi çıxılmaqla bütün ravilər Buxari və Müslümün raviləridir yəni hədis səhihdir. nasibi mənbələrində və nasibi standartlarına görə səhih olan bu hədis İslami = Şiə mənbələrində Əhli Beyt a.s-dan mütəvatir olaraq rəvayət edilən şeyi yəni PALÇIQ ƏQİDƏSİNİ bildirir. bu isə digər məsələlərdə olduğu kimi palçıq əqidəsi məsələsində də müsəlmanların = şiələrin haqq əhli və Əhli Beyt a.s tabeçiləri olduğunu göstərir.

amma palçıq əqidəsi ilə bağlı olaraq Abu Zındıq ən-nasibinin ortaya atdığı İshaq əl-Qummi rəvayəti şübhəsinə gəlincə, bunu Şeyx Səduq r.a "İləluş Şərai" kitabında 2 fərqli yerdə 2 sənəd ilə rəvayət etmişdir:



حدثنا محمد بن موسى بن المتوكل رضي الله عنه، قال: حدثنا علي بن الحسين السعد آبادي عن أحمد بن أبي عبد الله عن أبيه قال: حدثنا عبد الله بن محمد الهمداني عن إسحاق القمي قال: دخلت على أبي جعفر الباقر عليه السلام فقلت له:
mənə Muhəmməd b. Musa b. Mütəvəkkil r.a nəql etdi, dedi: Əli b. Hüseyin Əsədabadi mənə Əhməd b. Əbu Abdullahdan, o da atasından nəql etdi, dedi: Abdullah b. Muhəmməd əl-Həmədani mənə İshaq əl-Qummidən nəql etdi, dedi: Əbu Cəfər əl-Baqir (imam Muhəmməd əl-Baqir a.s)-ın yanına daxil oldum və dedim:

Şeyx Səduq r.a, "İləluş Şərai", 2/489-490, bab 240, hədis 1

أبي رحمه الله قال: حدثنا سعد بن عبد الله عن محمد بن أحمد عن أحمد ابن محمد السياري قال: حدثنا محمد بن عبد الله بن مهران الكوفي قال: حدثني حنان بن سدير عن أبيه عن أبي إسحاق الليثي قال: قلت لأبي جعفر محمد بن علي الباقر عليه السلام
atam r.a dedi: Sad b. Abdullah mənə Muhəmməd b. Əhməddən, o da Əhməd b. Muhəmməd əs-Səyyaridən nəql etdi, dedi: mənə Muhəmməd b. Abdullah əl-Kufi nəql etdi, dedi: Hənnan b. Sədir mənə atasından, o da Əbu İshaq əl-Leysidən nəql etdi, dedi: Əbu Cəfər Muhəmməd b. Əli əl-Baqir (imam Muhəmməd əl-Baqir a.s)-a dedim:

Şeyx Səduq r.a, "İləluş Şərai", 2/606, hədis 81


bu hədislərə gəldikdə isə, bunlar mətinləri tamami ilə eyni olan rəvayətlərdir. mətinlərindən göründüyü kimi burada hadisəni danışan eyni şəxsdir. 1-ci sənəddə qırmızı ilə işarələdiyim Əli b. Hüseyin Əsədabadi adlı ravi məchuldur. Seyyid Ustad r.a bu ravinin olduğu bir sənəd haqqında deyir:



والطريق ضعيف بعلي بن الحسين السعد آبادي
və bu sənəd Əli b. Hüseyin Əsədabadi səbəbindən zəifdir.

Seyyid xoi r.a, "Mucəm ricalil hədis", 17/265, 11150-ci ravi


2-ci sənəddə isə qırmızı ilə işarələdiyim 2 ravi yəni Əhməd b. Muhəmməd əs-Səyyari ilə Muhəmməd b. Abdullah əl-Kufi zəif, yalançı və qulatdırlar. Əhməd b. Muhəmməd əs-Səyyari haqqında daha öncəki yazılarımızda məlumat verdiyimiz üçün onun haqqında sadəcə link veririk, bax: 17000 ayə hədisinin analizi

digər ravi Muhəmməd b. Abdullah əl-Kufiyə gəlincə, Seyyid Ustad r.a onun tərcüməsində deyir:



محمد بن عبد الله بن مهران
Muhəmməd b. Abdullah b. Mehran

قال النجاشي: " محمد بن عبد الله بن مهران، أبو جعفر الكرخي: من أبناء الأعاجم، غال كذاب، فاسد المذهب والحديث، مشهور بذلك
Nəcaşi r.a dedi: "Muhəmməd b. Abdullah b. Mehran, Əbu Cəfər əl-Kərxi. qulat, yalançı, hədis və məzhəbi fasid olan bir şəxsdir. bu məşhurdur."

وعده في رجاله (تارة)، من أصحاب الجواد عليه السلام (15)، قائلا: " محمد ابن عبد الله بن مهران، ضعيف "
Tusi r.a "Rical" kitabında, Hz. Cavad (imam Muhəmməd ət-Təqi a.s)-ın əshabı içərisində qeyd edərək deyir: "Muhəmməd b. Abdullah b. Mehran, zəifdir."

و (أخرى) في أصحاب الهادي عليه السلام (26)، قائلا: " محمد بن عبد الله بن مهران الكرخي: يرمى بالغلو، ضعيف "
Tusi r.a "Rical" kitabında, Hz. Hadi (imam Əli ən-Nəqi a.s)-ın əshabı içərisində qeyd edərək deyir: "Muhəmməd b. Abdullah b. Mehran əl-Kərxi. quluva meyillidir, zəifdir."

و (ثالثة) فيمن لم يرو عنهم عليهم السلام (17)، قائلا: " محمد بن يحيى المعاذي، ومحمد بن علي الهمداني، ومحمد بن هارون، وممويه، ومحمد بن عبد الله ابن مهران، ضعفاء، روى عنهم محمد بن أحمد بن يحيى "
Tusi r.a "Rical" kitabında, "məsumlar a.s-dan rəvayət etməyənlər" fəslində qeyd edərək deyir: "Muhəmməd b. Yəhya əl-Məazi, Muhəmməd b. Əli əl-Həmədani, Muhəmməd b. Harun və Muhəmməd b. Abdullah b. Mehran zəifdirlər."

وقال الكشي (464) محمد بن عبد الله بن مهران: " قال محمد بن مسعود: محمد بن عبد الله بن مهران متهم وهو غال "
Kəşşi r.a dedi: Muhəmməd b. Məsud (əl-Ayyaşi r.a) dedi: "Muhəmməd b. Abdullah b. Mehran ittiham edilmişdir və o qulatdır."

وقال في ترجمة شعيب العقرقوفي (309): " ومحمد بن عبد الله بن مهران، غال "
Kəşşi r.a Şəbib adlı ravinin tərcüməsində dedi: "və Muhəmməd b. Abdullah b. Mehran qulatdır."

وتقدم عن ابن الوليد في ترجمة محمد بن أحمد بن يحيى استثناؤه روايات محمد بن أحمد بن يحيى، عن محمد بن عبد الله بن مهران
və Muhəmməd b. Əhməd b. Yəhya adlı ravinin tərcüməsində qeyd etdik ki, ibni Vəlid r.a Muhəmməd b. Abdullah b. Mehranın rəvayətlərini istisna etmişdir.

Seyyid xoi r.a, "Mucəm ricalil hədis", 17/263-264, 11150-ci ravi


yəni bu rəvayətin hər 2 sənədi çox zəifdir və onlarla dəlil gətirmək mümkün deyildir. bundan başqa, məsumlar a.s-dan müsəlmanların = şiələrin vəsfi haqqında gələn mütəvatir xəbərlər bu rəvayətin mətninin batilliyinə aşkar şəkildə dəlildir, bax: mötəbər hədislər ışığında şiəlik

xüsusi qeyd: əgər xatırlayırsınızsa daha öncə Abu Zındıq ən-nasibinin ancaq və ancaq ərəb saytlarında gəzən cızma-qaraları kopyalayan birisi olduğunu isbat etmişdik (bax: Abu Zeyd, Əfəndi və Araz Həsənzadə). internetdə ərəb nasbilərinin saytlarında biraz gəzindim və Abu Zındıq ən-nasibinin bu "dərsi" də məhz elə ərəb saytlarından kopyaladığını gördüm. bu da Abu Zındıq ən-nasibinin kopya etdiyi saytın linki: http://alburhan.com/main/articles.aspx?article_no=2786#.VATEBKPubxo

əgər verdiyim linkdəki yazıya baxsanız Abu Zındığın buradan kopya etdiyi sizə də məlum olar. çünkü Abu Zındıq saytda necə yazılıbsa hərfi-hərfinə, nöqtəsinə, vergülünə kimi o linkdəkini təkrar edib.

vəlhəmdulillahi Rabbil aləmin.

Сообщение отредактировал Elmeddin: 02 сентября 2014 - 00:04





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru