Отправлено 30 августа 2014 - 22:37
Tətbir - yəni başa qəmə vurmaq barədə bir mövzu açılmışdı, amma, sən gəldin bir başqa mövzu açdın bu barədə. Sənə bir söz deyilmədi. Əksinə, açdığın mövzuda fikrimizi bildirdik.
İndi də durub eyni məzmunda başqa bir mövzu açırsan. Açdığın mövzunun məqsədi nədir? Bilmək öyrənmək istədiyin şey nədir? Sualın nədir? Fikrin nədir?
Əgər bu əməl haqqında məlumat almaq istəyirsənsə artıq bu barədə mövzu açmısan. Xahiş olunur ki, yersiz , mənasız, məzmunsuz mövzular açıb forumu korlamayasan. Əgər video material yerləşdirmək istəyirsənsə elə əvvəlki mövzuda yerləşdir. Təşəkkür.
P.S
İnşaAllah ki, moderator gəlib bu yersiz mövzuları silər.
Сообщение отредактировал N_ن_N: 30 августа 2014 - 22:38
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.