Перейти к содержимому


Фотография

İmam Əli (ə.s) bu ümmətin ən qazisi və ən elmli şəxsidir.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 сентября 2014 - 00:34

Salamun aleykum.Bizə görə İmam Əli (ə.s) Peyğəmbərin (saav) haqq canişini və Ondan (saav) sonra ümmətin ən fəzilətlisi və ən elmli şəxsidir.Biz burada Əhli-sünnə qardaşların mötəbər sənədli olan hədisləri ilə İmam Əlinin (ə.s) hamıdan ən elmli və ən əfzəl şəxs olmasını sübut edəcəyik.Nəticə etibarı ilə belə bir şəxsin Peyğəmbərdən sonra xilafətə hamıdan əh layiq olmasını əqil təsdiqləyəcək.Təbii ki,bu məsələ başqa dəlillər üzrəində də sübut olunmuşdur.Sadəcə qeyd edəcəyimiz məsələni əlavə olaraq qeyd edirik.Mövzu ilə bağlı nəql etdiyim hədislərin içində olan başqa söhbətləri yox,yalnız mövzuya aid olan hissəni (İmam Əli ilə bağlı) qeyd edəcəm.

1.İbn Macə özünün səhih sənədi ilə Ənəs ibn Malikdən nəql edir:Peyğəmbər (saav) buyurub:"Mənim ümmətimin ən qazi olan şəxsi (haqq və batili ayırd edərək ən düzgün qəzavət etməyi bacaran) Əli İbn Əbu Talibdir".

وأقضاهم علي بن أبي طالب
قال الشيخ الألباني : صحيح
Albani kitabı təhqiq edərkən deyib:Səhihdir.


İbn Macə 1.png İbn Macə 2.png İbn Macə 3.png Səhih ibn Macə -.png

Mənbə:"Səhih Sünən ibn Macə",cild 1,səh 67-68,hədis 125 (153) Təhqiq,Albani.
http://www.waqfeya.com/book.php?bid=1580

2.Həmən hədisi( "Mənim ümmətimin ən qazi olan şəxsi (haqq və batili ayırd edərək ən düzgün qəzavət etməyi bacaran) Əli İbn Əbu Talibdir". Abdullah ibn Ömər də nəql edib. Albani, Abdullah ibn Ömərdən də nəql olunan hədisə səhih deyib.

Səhih Cəmius-Səğir 1.png Səhih Cəmius-Sağir 2.png Səhih Cəmius-Sağir 3.png

Mənbə:"Səhih əl-Cəmius-Səğir", cild 1,səh 211,hədis 869.Təhqiq, Albani.
http://www.waqfeya.com/book.php?bid=477

3.Yenə səhabələrdən Cabir ibn Abdullah əl-Ənsari (r.a) bu hədisi nəql edib

عن جابر بن عبد الله الأنصاري قال : قال رسول الله - صلى الله عليه وسلم وأقضى أمتي علي بن أبي طالب
"Mənim ümmətimin ən qazi olan şəxsi Əli ibn Əbu Talibdir"


Hədisdən sonra hafiz əl-Heysəmi deyib:
رواه الطبراني في الأوسط وإسناده حسن
Təbərani əl-Əvsət da bu hədisi nəql edib, sənədi də həsəndir.


Mənbə:"Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid", cild 9, səh 235, hədis 14918.
http://library.islamweb.net/newlibrary/display_book.php?bk_no=87&ID=2946&idfrom=14972&idto=15069&bookid=87&startno=70

4.Digər səhabə Əbu Səid əl-Xudri (r.a) bu hədisi nəql edib.
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : وَأَقْضَاهُمْ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ

Mənbə:Rəsəil Hafiz ibn Əbdul-Hadi, hədis 12.
http://library.islam...872&hid=12&pid=

Сообщение отредактировал qulam: 14 сентября 2014 - 00:36


#2 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 сентября 2014 - 01:01

əl-Bəlazuri özünün səhih sənədi ilə nəql edir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللَّهِ ، قَالَ : " كُنَّا نَتَحَدَّثُ أَنَّ عَلِيًّا مِنْ أَقْضَى أَهْلِ الْمَدِينَةِ

Bizə Əhməd ibn İbrahim əl-Dəvrəqi nəql etdi, bizə Vəhb ibn Cərir nəql etdi, bizə Şubə (ibn əl-Həcac) nəql etdi, o da Əbu ishaqdan o da Abdur-Rəhman ibn Yəziddən o da (əmisi) Əlqəmədən o da Abdullah ibn Məsuddan (r.a) Abdullah ibn Məsud buyurur:"Biz öz aramızda danışırdıq ki, Əli Mədinə əhlinin ən qazi olan şəxsidir".


Mənbə:"Ənsəbul-Əşrəf əl-Bəlazuri",cild 2, səh 97.
http://shamela.ws/browse.php/book-9773/page-683
http://library.islam...=124815&hid=766


Hədisin sənədində olan Əhməd ibn İbrahim əl-Dəvrəqi Müslümün səhihinin ravisidir.Yerdə qalan bütün ravilər isə Buxari və Müslümün səhihlərinin raviləridir.Yəni əhli-sünnəyə görə bu ravilər etibarlı şəxslərdir.Hədisin sənədi də müttəsildir.Yəni səhihdir.


#3 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 сентября 2014 - 01:25

Buxari özünün səhihində nəql edir:

حدثنا عمرو بن علي حدثنا يحيى حدثنا سفيان عن حبيب عن سعيد بن جبير عن ابن عباس قال قال عمر رضي الله عنه : وأقضانا علي

İbn Abbas (r.a) buyurur:"Ömər eyirdi ki,Əli bizim ən qazimizdir".


Mənbə:"Səhih Buxari",Təfsir kitabı,Bəqərə surəsinin təfsiri babı, hədis 4211, 4/1628
http://islamport.com/d/1/mtn/1/76/2802.html

Suyuti buyurur:

و أخرج عن أبي هريرة رضي الله عنه قال : قال عمر بن الخطاب : علي أقضانا
"Əbu Hüreyrə nəql edib ki, Ömər ibn Xəttab deyirmiş ki, Əli bizim ən qazimizdir"


Mənbə:"Tarix əl-Xuləfə",cild 1 səh 150
http://islamport.com/w/tkh/Web/2892/58.htm

#4 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 сентября 2014 - 02:04

Ən qazi şəxs olmaq üçün gərək ki hamıdan ən çox Quran və Sünnəni biləsən.Hamıdan ən çox halal və haramları və s tanıyasan.Hamıdan ən çox ədalətli olasan.Hamıdan ən çox rəhimli olasan.Hamıdan ən çoz elmli olasan və s.Deməli bu sifətlər İmam Əli (ə.s) da olduğu üçün və buna görədə Peyğəmbər (saav) İmam Əliyə ümmətinin ən qazi şəxs olmasını deyib.Yox əgər bu sifətlər ən qazi şəxs də olmasa, başqalarna nisbətdə o necə ən qazi şəxs ola bilər?!Bu sifətlər İmam Əli üçün ən fəzilətlərdir.Bəli.Peyğəmbərdən (saav) sonra xilafətə belə mübarək bir kişi layiqdir.Hamıdan ən elmli,ən ədalətli,ən haqq və batili ayıra bilən və s.Həmçinin bu hədislər, Ömərin sözü ki,var idi ya deyirdi Əli olmasaydı Ömər həlak olardı, bax yuxarıda qeyd etdiyimiz hədislər Ömərin belə söz deməsinin mümkünlüyünü sübut edən şahidlərdir. Deməli hədisdən çıxan bir dəlildə budur ki, İmam Əli ən Faruqdur.Haqq ilə batili ayırd etməkdə ən bacarıqlı adamdır.

Allah bizi İmam Əlinin dostlarından qərar versin.Amin.
:flowers1:/>/>

Сообщение отредактировал qulam: 14 сентября 2014 - 02:12





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru