Nəhl 115-116nın təfsiri
#1
Отправлено 11 декабря 2014 - 00:25
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
,ancaq sözündən görünən budur ki,digərləri,məsələn,it əti halaldır.Maraqlı gəldiyindən soruşmaq istərdim ki,ərəbcəsində bu ancaq necə gedir,nə məna kəsb edir,ümumiyyətlə,ayənin təfsiri necə qiymətləndirilib?
#2
Отправлено 26 декабря 2014 - 07:47
Salam aleykum,nəhl surəsi 115-ci ayədə buyrulur ki:
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
,ancaq sözündən görünən budur ki,digərləri,məsələn,it əti halaldır.Maraqlı gəldiyindən soruşmaq istərdim ki,ərəbcəsində bu ancaq necə gedir,nə məna kəsb edir,ümumiyyətlə,ayənin təfsiri necə qiymətləndirilib?
Aleykum salam və rəhmətullah.
1-Əvvəlcə bunu bilmək lazımdır ki, ayələrin mənasını tam dəqiqliyi ilə başa düşə bilmək üçün, mütləq təfsirlərə müraciət etmək lazımdır. Bir çox halda təkcə tərcümə ilə ayənin mənasını təyin etmək mümükün olmur.
2-Bu ayənin Təfsiri barəsində, qısaca da olsa "əl-Mizan" təfsirində gələn sözləri qeyd edib bir-iki söz deməklə kifayətlənəcəyəm. Əllamə Təbatəbai (rəhmətullahi əleyh) deyir:
"Daha öncə Bəqərə surəsi 147-ci ayənin, habelə Maidə surəsi 3-cu ayənin və Ənam surəsi 145-ci ayələr təfsirində bu ayənin (Nəhl surəsi, 115) mənası barədə danışıldı...
(Zahirdə) ayə qadağan olunan yeməklərin dörd olduğunu göstərir: ölü heyvan, qan, donuz əti və Allahın adı çəkilmədən kəsilmiş heyvan. Lakin sünnəyə müraciət etdikdə görürük ki, bu qeyd olunanlar Kitabda adı çəkilən əsas haram (qadağan) oluan yeməklərdir. Bu dörd şeydən savayı digər haram olunan yeməklər isə Rəbbinin əmri ilə Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) tərəfindən qadağan olunmuş yeməklərdir. Allahu-təala buyurmuşdur: "Peyğəmbər sizə nəyi gətirsə, onu götürün. Sizə nəyi qadağan etsə,(ondan) çəkinin." (Həşr surəsi, 7). Daha öncə bu mənaya dəlalət edən bir sıra rəvayətlər qeyd edildi." (Onlayn link: http://www.holyquran...-bin/almizan.pl)
Deməli:
Qurani-Kərimdə bir sıra yeməklərin qadağan olunması bu anlama gəlmir ki, qadağan olunan yeməklər məhz bu qeyd olunanlarla kifayətlənir və onlardan qeyri nə varsa, hamısı halaldır. Xeyr. Əllamə Təbatəbainin də buyurduğu kimi, Quranda qeyd olunan bu 4 yemək "əsli mühərrəmat"dır, yəni bir-başa Quran tərəfindən qadağan olunan yeməklərdir, bunlardan qeyri qadağan olunan yeməklər isə (məsələn, it əti və s.) bunlar Allahın əmri ilə Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) tərəfindən qadağan olunmuş yeməklərdir.
Bunun məsəli buna bənzəyir ki, bir nəfər deyir ki, "Quran deyir namaz qılın, amma namazın rəkətlərinin sayını demir. Deməli namazı istədiyimiz rəkətdə qıla bilərik. Çünki o şeyi ki, Quran əmr (və ya qadağan) etmir, deməli o şey vacib deyil (və ya haram deyil)". Biz bu şəxsə cavab veririk ki, bəli, düzdür Quran namazın rəkətlərinin sayını qeyd etmir. Lakin bu o demək deyil ki, namazı ürəyin neçə rəkət istədi qıla bilərsən. Xeyr, bunun üçün Peyğəmbər var. Sən baxmalısan ki, Peyğəmbər bu barədə nə buyurur. Çüni Allah özü buyurur ki, "Peyğəmbər sizə nəyi gətirsə, onu götürün. Sizə nəyi qadağan etsə,(ondan) çəkinin." (Həşr surəsi, 7)
Bu deyilənlərin bir başqa misdaqı da "rüku halında zəkat verənlər" ayəsidir ki, daha məsələ aydındır deyə qeyd etmirəm.
Сообщение отредактировал Abu_Ali: 26 декабря 2014 - 07:51
- master_ier, N_ن_N и qulam это нравится
#3
Отправлено 07 января 2015 - 15:17
Qardaşcan,bunu mənə sual verən hədisdən qaçan adamdır,siz deyən ki,Quranda yoxdursa necə istəyirsən et metodu ilə yaşayır.Bu ayrı mövzu.
Sizin fikriniz tam aydındır,mənə maraqlı gələn tərcümədə ki, -ancaq- kəlməsidir.Hər-halda ərəbcədə bu və ya digər şəkildə ekvivalenti var ki,belə tərcümə olunub.Ərəbcədə işlənən söz və onun mənasını açsa idiniz şad olardım,əlbətdə ki,imkan və vaxtınız varsa.
Alla(c.c) amanında qalaq!
#4
Отправлено 07 января 2015 - 22:06
http://quran.az/59/7/t:2
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
,məgər burda fəth olunmuş yerlərdən əldə edilən gəlirin bölgüsü nəzərdə tutulmurmu?Yəni Peyğəmbər(s) necə bölmə,nəyi versə onu da götürün.
Məhz bu ayədən siz deyən mənə çıxmır,ən azı mənə görə.Açıqlayın,zəhmət olmasa...
#5
Отправлено 13 января 2015 - 23:46
İkinci bir məsələ,Əllamə Təbətəbai(rə) niyə bu ayənin təfsirində Həşr7-dən sitat gətirərkən yarımçıq gətirir?
http://quran.az/59/7/t:2
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.
,məgər burda fəth olunmuş yerlərdən əldə edilən gəlirin bölgüsü nəzərdə tutulmurmu?Yəni Peyğəmbər(s) necə bölmə,nəyi versə onu da götürün.
Məhz bu ayədən siz deyən mənə çıxmır,ən azı mənə görə.Açıqlayın,zəhmət olmasa...
Qısa şəkildə cavablandırım. 1-ci sualınıza gəlincə, bizim 1-ci verdiyimiz cavabı diqqətlə oxudunuzsa, o zaman sualınızın cavabı da həll olmuş olur. Əvvəla ayə "ancaq" ədatı ilə deyil, "məhz" ədatı ilə də işlənə bilər. İkincisi, lap fərz edək ki, ayədəki "innəmə" ədatı "ancaq" və "məhz" şəklində tərcümə olunmalıdır; yenə də bir şey dəyişmir. Dediyimiz kimi: belə olan vəziyyətdə bu, Allahın Quran vasitəsilə haram etdiyi əsli mühərrəmata dəlalət edəcək, Allahın Peyğəmbər vasitəsilə haram etdiyi şeylər isə sünnədə bəyan olunuv. Hər kim bunu inkar edirsə, zəhmət olmasa İslamı bir əvvəldən gözdən keçirsin. Bu Quranilər, zadlar da 2-3 sözdən anlamayan cahil şəxslərdirlər, bunların əqidələrinin dində heç bir yeri yoxdur və bunlarla vaxt itirməyə də dəyməz.
2-ci sualınıza gəlincə isə ki, nə üçün Əllamə ayənin məhz qeyd olunan hissəsi ilə dəlil gətirib, cavab belədir ki: nəinki Əllamə Təbatəbai (rəhmətullahi əleyh), hətta şiəli-sünnili bütün İslam ümməti bu ayəni buna dəlil gətiriblər ki, sünnə höccətdir və bu ayədə məhz bu məqama işarə edilmişdir. Kim bunu inkar etsə, İslamdan anlayışı yoxdur. Bir şiə bunu necə inkar edə bilər ki, bu barədə İmamlarından hədislər varid olub, hədis və təfsir kitabları bu məna ilə doludur? Bu məsələnin yerli yerində sübutları vardır ki, burada yazmaq imkanımız yoxdur. İstər birinci sualınız (ancaq ədatı ilə bağlı) istərsə də bu sualınızın geniş cavabı vardır.
Сообщение отредактировал Abu_Ali: 13 января 2015 - 23:53
- qulam это нравится
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей