Перейти к содержимому


Фотография

Seyyid Mürtəza r.a-ın "əş-Şafii" kitabından Əbu Bəkr və Ömər haqqında olan şübhəyə cavab


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 марта 2015 - 16:39

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

çoxdandır ki, ərəb nasibilərinin forumlarında Əbu Bəkir və Ömərin "fəziləti" haqqında şiə kitablarından "dəlillər" paylaşılır. əslində isə bu paylaşımlar hər zamanki kimi nasibilərin kəsib-doğrama əməliyyatından başqa bir şey deyil. bu gün face-də bəzilərinin bu "dəlillər"i bizim dilə tərcümə edib paylaşdığını, qardaşlarını sevindirdiyini gördüm. ona görə də bu dəlillərə cavab yazmağın lazım olduğunu düşünərək bu yazını hazırladım. nasibilərin iddiasını aşağıdaki şəkildə görə bilərsiniz.


iqnat.jpg

iddiaya cavab verməyə dəlil gətirilən Şiə kitabı haqqında məlumat verməklə başlamaq istəyirəm. deməli bu kitab Seyyid Murtəza r.a-ın yazdığı kitabdır. kitabın tam adı belədir: "əş-Şafii fil imamə"

Seyyid Murtəza r.a bu kitabı Mötəzilə alimi Qadı Abdulcəbbarın "əl-Muğni" kitabına rəddiyə olaraq yazmışdır. çünkü Qadı Abdulcəbbar "əl-Muğni" kitabında şiənin imamət etiqadını, imamətin nass ilə olmağını və s. tənqid etmişdir. Əbu Bəkirin, Ömərin fəziləti və s. kimi mövzuları isbat etməyə çalışmışdır. buna görə də Seyyid Murtəza "əş-Şafii fil imamə" kitabı ilə ona rədiyyə vermişdir. Qadı Abdulcəbbarın "əl-Muğni" kitabı və ona verilən rəddiyələr hqqında bu linkdən məlumat ala bilərsiniz: http://www.tdvia.org...php?idno=300384

bax həmin sizin "dəlil" gətirdiyiniz bu rəvayətləri də Qadı Abdulcəbbar (mötəzili-sünnü) özünün "əl-Muğni" kitabında qeyd edib. Seyyid Murtəza r.a da onun dəlil gətirdiyi bu rəvayətləri özünün "əş-Şafii"kitabında cavab vermək məqsədi ilə gətirir. yəni elə bil ki, mən bu gün imamət haqqında kitab yazıram və sünnü mənbələrdə olan bu rəvayətləri öz kitabımda cavab vermək, tənqid etmək üçün gətirirəm. dediyimizi isbat etmək üçün Seyyid r.a-ın kitabından həmin səhifənin tərcüməsini veririk. Seyyid r.a deyir:


قال صاحب الكتاب: (دليل لهم آخر، وربما تعلقوا بأخبارهم
يدعونها في هذا الباب منها ما طريقه الآحاد، ومنها ما لا يمكن إثباته على شرط الآحاد أيضا، نحو ما يدعون من أنه صلى الله عليه وآله تقدم إلى الصحابة بأن يسلموا على علي بإمارة المؤمنين ونحو ما يروون من قوله صلى الله عليه وآله في علي عليه السلام (إنه سيد المسلمين وإمام المتقين وقائد الغر المحجلين) وقوله لعلي عليه السلام: (هذا ولي كل مؤمن ومؤمنة من بعدي) وإنه قال (إن عليا مني وأنا منه، وهو ولي كل مؤمن ومؤمنة) إلى غير ذلك مما يتعلقون به في الإمامة أو في أنه الأفضل أو في باب العصمة
kitabın sahibi (Qadı Abdulcəbbar) dedi: onların (şiələrin) başqa bir dəlili də bu məsələdə aha təriq (tək yol) ilə gələn hədisləridir. hansı ki, o hədislərdən bəzisi üçün heç ahad hədis üçün şərt olan şeylərdə sabit olmamışdır. məsələn bu hədislərdən birisi budur ki, güya Nəbi s.a.a səhabələrə Əliyə "öminlərim əmiri" deyə salam vermələrini əmr edib. həmçinin rəvayət edirlər ki, Nəbi s.a.a Əli haqqında deyib: "Əli müsəlmanların seyyidi və muttəqilərin imamıdır." və həmçinin Nəbi s.a.a Əli haqqında deyib: "Əli məndən sonra bütün möminlərin vəlisidir." həmçinin Nəbi s.a.a deyib: "Əli məndəndir və mən də ondanam, o məndən sonra bütün möminlərin vəlisidir." bunun kimi imamət, Əlinin üstünlüyü və ya məsumluq haqqında bənzər hədislər.

ثم قال: (وقد بين شيخنا أبو علي أن هذه الأخبار لم تثبت من وجه يوجب العلم فلا يصح الاعتماد عليها في إثبات النص، وبين أن ادعاءهم فيها أو في بعضها أنها ثابتة بالتواتر لا يصح لأن للتواتر شرائط ليست حاصلة فيها [ أو في بعضها أنها ثابتة فيه ] (1) ولا يمكنهم إثبات ذلك بأن يقولوا: إن الشيعة قد طبقت البلاد عصرا بعد عصر، وحالا بعد حال فروايتها تجب أن تبلغ حد التوتر، لأن الخبر لا يصير داخلا في جملة التواتر بهذه الطريقة دون أن يبين حصول النقل فيه على شرط التواتر) قال:
sonra (Qadı Abdulcəbbar) dedi: şeyximiz Əbu Əli bəyan edib ki, bu hədislər elm hasil edən cəhətdən isbat edilməmişdir. və (imamət haqqında) nassın isbat edilməyində bu hədislərə etimad etmək düzgün deyil. və bəyan edib ki, onların (şiələrin) bu hədislər üçün və ya hədislərdən bəziləri üçün təvatürün sabit olduğunu iddia etməkləri düzgün deyil. çünkü təvatürün şərtləri bu hədislər üçün hasil olmamışdır. və onların (şiələrin) bunu isbat etmək üçün "şiə hər əsrdən əsrə, hər ölkədən ölkəyə bu hədisləri rəvayət edib və hədislər təvatür həddinə çatıb" demələri də mümkün deyil.

وبين - يعني أبا علي - أن لمن خالفهم أن يدعوا مثل ذلك في النص على أبي بكر لأن أصحاب الحديث فيهم كثرة
[səhifə 91]
قال: وأحد ما يعارضون به ما روي عنه في استخلاف أبي بكر، فقد روي عن أنس أن رسول الله صلى الله عليه وآله أمره عند إقبال أبي بكر أن يبشره بالجنة وبالخلافة بعده، وأن يبشر عمر بالجنة وبالخلافة بعد أبي بكر،
............
وروى جعفر بن محمد عن أبيه أن رجلا من قريش جاء إلى أمير المؤمنين عليه السلام فقال سمعتك تقول في الخطبة آنفا: (اللهم أصلحنا بما أصلحت به الخلفاء الراشدين) فمن هم، قال: (حبيباي وعماي أبو بكر وعمر إماما الهدى وشيخا الاسلام ورجلا قريش، والمقتدى بهما بعد رسول الله صلى الله عليه وآله
(Qadı Abdulcəbbar) dedi: Əbu Əli bizə bəyan etdi ki, onların (şiələrin) muxalifləri də bənzər nəssləri Əbu Bəkir haqqında rəvayət etmişdirlər. çünkü əhli hədis (sünnülər) bu məsələdə çoxlu hədis nəql edib. (şiələrin rəvayət etdiklərinə) əks olaraq Əbu Bəkirin seçilməyi haqqında rəvayətlər vardır. Ənəsdən belə rəvayət edilmişdir: "Rəsulullah s.a.a özündən sonra Əbu Bəkirin xilafəti və cənnəttə olacağı haqqında müjdə verdi. Əbu Bəkirdən sonra isə Ömərin xilafəti və cənnəttə olacağı haqqında"........ Cəfər b. Muhəmməddən, o da atasından belə rəvayət etmişdir: "Qureyşdən bir adam Əli a.s-ın yanına gəlib dedi ki, sənin xutbəndə belə dediyini eşitdim: "Allahın raşid xəlifələrini islah etdiyin kimi bizi də islah et." kim idi onlar?" Əli dedi: " Rəsulullah s.a.a-dən sonra Qureyşdən iqtida edilən 2 şəxs, imam, hadi və İslamın şeyxi olan Əbu Bəkir və Ömər."

Seyyid Murtəza r.a, "əş-Şafii", 3/89-93


açıq-aşkar görürük ki, bu sözləri deyən, hədisləri nəql edən Qadı Abdulcəbbardır. Seyyid onun sözlərini onun kitabından gətirib. indi isə görək Seyyid r.a bu cəfəngiyyatlara nə cavab verib:

يقال له: قد بينا فيما تقدم أن الخبر الذي يتضمن الأمر بالتسليم على أمير المؤمنين عليه السلام بإمرة المؤمنين تتواتر الشيعة بنقله، وأنه أحد ألفاظ النص الجلي الذي دللنا على حصول شرائط التواتر فيه وقوله عليه السلام: (إنه سيد المسلمين وإمام المتقين وقائد الغر المحجلين) (5) وقوله فيه: (هذا ولي كل مؤمن ومؤمنة بعدي) (6) جار مجرى الخبر الأول
........
فأما خطبه (1) وجمعه من الأخبار التي أوردها على سبيل المعارضة لأخبارنا كالذي رواه في أنه صلى الله عليه وآله لم يستخلف أو أنه استخلف أبا بكر وأشار إلى إمامته
........
ثم نرجع إلى التفصيل فنقول: قد دللنا على ثبوت النص على أمير المؤمنين عليه السلام بأخبار مجمع على صحتها متفق عليها، وإن كان الاختلاف واقعا في تأويلها وبينا أنها تفيد النص عليه عليه السلام بغير احتمال ولا إشكال كقوله صلى الله عليه وآله (أنت مني بمنزلة هارون من موسى) و (من كنت مولاه فعلي مولاه) إلى غير ذلك مما دللنا على أن القرآن يشهد به كقوله تعالى: (إنما وليكم الله ورسوله والذين آمنوا) (1) فلا بد من أن نطرح كل خبر ناف ما دلت عليه هذه الأدلة القاطعة إن كان غير محتمل للتأويل، ونحمله بالتأويل على ما يوافقها ويطابقها إذا ساغ ذلك فيه كما يفعل في كل ما دلت الأدلة القاطعة عليه وورد سمع ينافيه، ويقتضي خلافه، وهذه الجملة تسقط كل خبر يروى في أنه عليه السلام لم يستخلف، على أن الخبر الذي رواه عن أمير المؤمنين، لما قيل له ألا توصي (2) فقال: " ما أوصى رسول الله صلى الله عليه وآله فأوصي، ولكن إن أراد الله تعالى بالناس خيرا فسيجمعهم على خيرهم كما جمعهم بعد نبيهم على خيرهم "، فمتضمن لما يكاد يعلم بطلانه ضرورة، لأن فيه التصريح القوي بفضل أبي بكر عليه، وأنه خير منه، والظاهر من أحوال أمير المؤمنين، والمشهور من أقواله وأفعاله جملة وتفصيلا يقتضي أنه كان يقدم نفسه على أبي بكر وغيره من الصحابة، وأنه كان لا يعترف لأحدهم بالتقدم عليه، ومن تصفح الأخبار والسير، ولم تمل به العصبية والهوى، يعلم هذا من حاله على وجه لا يدخل فيه شك، ولا اعتبار بمن دفع هذا ممن يفضل عليه لأنه بين أمرين إما أن يكون عاميا أو مقلدا لم يتصفح
الأخبار والسير، وما روي من أقواله وأفعاله ولم يختلط بأهل النقل، فلا يعلم ذلك أو يكون متأملا متصفحا (1) إلا أن العصبية قد استولت عليه، والهوى قد ملكه واسترقه، فهو يدفع ذلك عنادا، وإلا فالشبهة مع الانصاف زائلة في هذا الموضع، على أنه لا يجوز أن يقول هذا من قال رسول الله صلى الله عليه وآله فيه باتفاق (اللهم إئتني بأحب خلقك إليك يأكل معي من هذا الطائر) (2) فجاء عليه السلام من بين الجماعة فأكل معه، ولا من يقول النبي صلى الله عليه وآله لابنته فاطمة عليها السلام (إن الله عز وجل اطلع على أهل الأرض اطلاعة فاختار منها رجلين جعل أحدهما أباك والآخر بعلك) (3) وقال صلى الله عليه وآله فيه (علي سيد العرب) (4) و (خير أمتي) (5) و (خير من أخلف بعدي) (6) و (علي خير البشر من أبى فقد كفر) (7) ولا يجوز أن يقول هذا من تظاهر الخبر عنه بقوله صلوات الله عليه وقد جرى بينه وبين عثمان كلام فقال له: أبو بكر وعمر
خير منك، فقال (أنا خير منك ومنهما عبدت الله قبلهما وعبدته بعدهما) (1) ومن قال: (نحن أهل بيت لا يقاس بنا أحد) (2). وروي عن عائشة في قصة الخوارج لما سألها مسروق فقال لها بالله يا أمه لا يمنعك ما بينك وبين علي أن تقولي ما سمعت من رسول الله صلى الله عليه وآله فيه وفيهم فقال سمعت رسول الله صلى الله عليه وآله يقول: (هم شر الخلق والخليقة يقتلهم خير الخلق والخليقة) (3) إلى غير ذلك من أقواله صلى الله عليه وآله فيه التي لو ذكرناها أجمع لاحتجنا إلى مثل جميع كتابنا إن لم يزد على ذلك وكل هذه الأخبار التي ذكرناها فهي مشهورة معروفة، قد رواها الخاصة والعامة بخلاف ما ادعاه مما يتفرد به بعض الأمة ويدفعه باقيها
biz (Seyyid Murtəza r.a) ona deyirik: bəyan etdik ki, Möminlərin əmiri (imam Əli a.s)-a "möminlərin əmiri" deyə salam verilməyinin ərm edildiyi hədis şiənin nəqli ilə mütəvatirdir. və bu rəvayət təvatür şərtlərinə hasil olan cəli nasslardan birisidir. Nəbi a.s-ın "Əli müsəlmanların seyyidi və muttəqilərin imamıdır" sözü və "Əli məndən sonra bütün möminlərin vəlisidir" sözü də həmçinin.... amma onun bizim rəvayətlərimizə müxalif olaraq gətirdiyi Nəbi s.a.a-in Əbu Bəkiri xəlifə seçməyi və ya buna işarə etməyi haqqındaki xəbərlərə gəlincə...... təfsilatlı şəkildə deyirik: Möminlərin Əmiri (imam Əli a.s)-ın haqqında nass olduğunu bildirən hədislər üzərində ittifaq edilmiş, səhihliyində icma edilmiş hədislərdir. təvilində ixtilaf edilmiş olsa da bu hədislər heç bir ehtimal və işkal olmadan onun a.s haqqında nass olduğunu bildirir. məsələn Nəbi s.a.a-in "sən mənə nisbətlə Harunun Musaya olduğu kimisən", "mən kimin mövlasyamsa Əli də onun mövlasıdır" və bu kimi sözləri. hansı ki, Quran bunun doğruluğuna şahidlik edir, məsələn Allah Təalanın bu sözü kimi: "sizin vəliniz ancaq Allah, onun rəsulu və iman edənlərdir" (Maidə 55)........... Möminlərin Əmiri (imam Əli a.s)-ın bizə zahir olan halları və məşhur sözləri bunu göstərir ki, o a.s özünü Əbu Bəkir və digər səhabələrin hamısından xilafətə daha haqq sahibi və əvla görürdü. və heç birisinin özündən daha üstün olduğunu əsla deməmişdir. Kim rəvayətləri və tarix kitablarını incələsə, təəssüb və hava əhli də olmasa Əli a.s-ın bu görüşü şübhəyə yer qalmayacaq şəkildə ona aşkar olar. bunun rədd edərək başqalarını Əli a.s-dan üstün tutanın sözünə əsla etibar edilməz. çünkü həmin şəxs 2 durumdan birinə sahibdir: ya avam və təqlidçi biridi ki, rəvayət və tarix kitablarını, Əli a.s-dan nəql edilənləri araşdırmamış, nəql əhli ilə birlikdə olmamışdır. yaxud da araşdıran birisidir amma təəssüb ona qalib gəlmiş və həvasının əsiri olmuşdur. bundan başqa haqqında məşhur Tey (Quş) hədisi olan bir nəfər əsla belə sözlər deməz. bəli, Nəbi s.a.a özünə qızardılmış bir quş gətirildiyi zaman "Allahım nəzərində ən çox sevilən şəxsi mənə göndər ki, mənimlə birlikdə bu quşun ətindən yesin" deyə dua etmiş və bundan sonra Əli a.s gələrək Nəbi s.a.a ilə birlikdə quşun ətindən yemişdi. bu hədisi Əli a.s hamıdan daha yaxşı bildiyi halda (Əbu Bəkir haqqında) iddia edilən rəvayətləri Nəbi s.a.a-ə necə nisbət edə bilər? Rəsulullah s.a.a Fatimə s.a-yə "şübhəsiz Allah yer əhlinə baxdı və oradan 2 nəfəri seçdi. onlardan biri sənin atan, digəri isə ərindir." sözünü bilən şəxs (Əli a.s) bu (Əbu Bəkir haqqındaki) sözləri necə demiş ola bilər? həmçinin "Əli ərəblərin seyyididir", "ümmətimin ən xeyirlisidir", "özümdən sonra qoyacağım ən xeyirli şəxsdir" hədislərini bilən (Əli a.s) bu sözləri necə deyər? Osman ilə arasında söhbət olan zaman Osmanın “Əbu Bəkir və Ömər səndən daha xeyirlidir" sözünə cavab olaraq "mən səndən də, o ikisindən də daha xeyirli və üstünəm. mən həm onlardan öncə və həm də sonra Allaha ibadət etmişəm" cavabını verən (Əli a.s), həmçinin "biz Əhli Beyt heç kim ilə müqayisə edilmərik" deyən birisinin (Əbu Bəkir və Ömər haqqındaki rəvayətləri) deməyi əsla mümkün deyildir. rəvayət edilmişdir ki, Məsruq xəvariclər hadisəsi zamanı Aişəyə dedi: "Allaha and verərək soruşuram ey ana! Əli ilə aranızda olanlar onun və xaricilərin haqqında Rəsulullah s.a.a-dən eşitdiklərini deməyə maneə olmasın." Aişə dedi: "Rəsulullah s.a.a-dən eşitdim ki, xaricilər yaradılmışların ən pisidir və onları (xariciləri) yaradılmışların ən xeyirlisi öldürəcəkdir." Əli a.s haqqında Rəsulullah s.a.a-in bunun kimi daha neçə-neçə hədisləri var ki, əgər onların hamısını bir yerə toplamaq istəsək kitabımızı tamami ilə buna sərf etməli olarıq. qeyd etdiyimiz bu hədislərin hamısı məşhur və bilinən hədislərdir ki, həm Şiə və həm də Sünnülər nəql ediblər. ancaq onun iddia etdiklərini isə ümmətin bəzisi nəql etmiş bəzisi isə rədd etmişdir.

Seyyid Murtəza r.a, "əş-Şafii", 3/96-101


əziz qardaşlar, gördüyünüz kimi nasibilərin "dəlil" gətirdiyi rəvayətlər nə şiə rəvayətləri deyil və nə də Seyyid r.a onları nəql etmir. sadəcə olaraq bu rəvayətləri Qadı Abdulcəbbar özünün "əl-Muğni" kitabında qeyd edib və Seyyid r.a da ona cavab vermək üçün öz kitabında onun sözlərini sitatlar halında verir, sonra isə hər sitata bir-bir cavab verir.

#2 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 04 марта 2015 - 16:52

Elmeddin bu hedisler Alinin faziletini bildirir, amma 12 imamlığa delalet etmir axı.

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 марта 2015 - 20:20

Elmeddin bu hedisler Alinin faziletini bildirir, amma 12 imamlığa delalet etmir axı.

xahiş edirəm ki, mövzuya diqqət edin. mövzu 12 imam əqidəsi deyil, mövzu budur ki, bir sünnü dəlil gətirib ki, güya şiə alimi Seyyid Murtəza r.a-ın "əş-Şafii" kitabında Əbu Bəkir və Ömərin fəziləti haqqında hədislər var. mən də bu iddiaya cavab vermək üçün yazmışam.

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 20 марта 2015 - 18:48

təəssüf ki, bu mənasızca söhbətə cavab vermək üçün tərcümə elədiyim 4-5 səhifə kifayət etməyib. belə ki, qarşı tərəf hələ məsələnin nə yerdə olduğunu anlamır və yazır:

Elməddinin isə paylaşdığım hədislərə izahat verməsinə gəlincə isə o hələ başqa mövzudur...mənim bir hədis tərcüməmi çıxmaq şərti ilə (o hədisi etiraf edirəm düzgün tərcümə etməmişəm amma bu əsas deyil əsas olan mənadır)...heç bir ricalı qoymadı ortaya...ancaq filan hədis zəifdir, (ricalı göstərmədi) dedi çıxdı getdi...narahat olma o hədislərə yenidən qayıdacam özüdə Elməddinin izahatı ilə...


cavab: ay Iqnat-arabi Arabi qardaş, Allah sənin ölənlərinə rəhmət etsin. sən hələ o "əş-Şafii" kitabındaki "hədis"lər məsələsini başa düşmədin ki, gəlib bir "heç bir ricalı qoymadı ortaya...ancaq filan hədis zəifdir, (ricalı göstərmədi) dedi çıxdı getdi." deyirsən? ay qardaş, mənim sözüm buradadır: http://313news.net/forum/index.php?/topic/6104/

və mən orda heç bir yerdə deməmişəm ki, bu rəvayətlər zəifdir və s. əksinə mən demişəm ki, o rəvayətlər şiə kitablarında yoxdur yəni bizim nəzərimizdə uydurmadır. ancaq bu uydurmaların "əş-Şafii" kitabında olmağına gəlincə, bunun səbəbi budur ki, Qadı Abdulcəbbar adlı mötəzili (sünnü) alim şiənin imamət əqidəsini tənqid etdiyi bir kitab yazıb. kitabın adı "əl-Muğni"dir. və həmən bu "əl-Muğni" kitabında sənin "şiə hədisləri" deyib gətirdiyin sünnü hədislərini gətirib. bizim alimimiz Seyyid Murtəza r.a da onun "əl-Muğni" kitabına cavab vermək üçün kitab yazıb. kitabın adı da "əş-Şafi fil-imamə"dir. və Seyyid r.a həmən bu kitabında Qadı Abdulcəbbarın sözlərini sitat gətirib sonra cavablayıb.

başa salmaq üçün misal verirəm: deyək ki, sən (İqnat) bir kitab yazırsan ki, Əbu Bəkir ilə Ömərin fəzilətini isbat edəsən. və bu kitabında öz mənbələrinizdən hədislər qeyd edirsən. mən (Elməddin) də bir kitab yazıram və öz kitabımda sənin öz (sünnü) mənbələrindən gətirdiyin rəvayətləri sitat gətirirəm, sonra isə cavablayıram. indi mən sənin kitabında öz mənbələrinizdən gətirdiyin rəvayətləri cavablamaq üçün sitat gətirmişəmsə bu deməkdir ki, mən o rəvayətləri nəql etmişəm? və ya bu o deməkdir ki, sizin mənbələrdə olan bu rəvayətlər bizim mənbələrdə də var?

daha da sadələşdirmək üçün ibni Teymiyyədən misal verirəm. ibni Teymiyyə deyir:


قال الرافضي في ( ك ) ص 172 ( م ) : " العاشر : ما رواه الجمهور من قول النبي صلى الله عليه وسلم : " إني تارك فيكم ما إن ك : فيكم الثقلين ما إن . تمسكتم به لن تضلوا : كتاب الله وعترتي أهل بيتي ، ولن يفترقا ك : يتفرقا حتى يرد علي الحوض ، وقال : أهل بيتي ك : وقال صلى الله عليه وسلم وآله : مثل أهل بيتي فيكم مثل سفينة نوح من ركبها نجا ، ومن تخلف عنها غرق ، وهذا يدل على وجوب التمسك بقول أهل بيته م : أهل البيت ، وعلي سيدهم ، ك : وسيدهم علي عليه السلام ، فيكون واجب الطاعة على الكل ، فيكون هو الإمام " ك : فيكون هو الإمام دون غيره من الصحابة
rafizi (Əllamə Hilli) "Kəramə" kitabında səhifə 172-də deyir: cumhur Nəbi s.a.a-in sözlərindən bunu rəvayət etmişdirlər: "mən sizə 2 əmanət qoyuram ki, onlara sarıldıqca azmazsınız: Allahın kitabı və İtrətim Əhli Beytim. bu ikisi hovuza qədər bir-birindən ayrılmaz." və Nəbi s.a.a demişdir: "sizin aranızda Əhli Beytimin misalı Nuhun gəmisi kimidir. kim ona minərsə nicat tapar və kim ona üz çevirsə qərq olar." və bu (hədislsər) Əhli Beyt a.s-ın sözlərinə yapışmağın vaicbliyinə dəlildir.....

والجواب من وجوه :
buna bir neçə yöndən cavab verilir:

أحدها : أن لفظ الحديث الذي في صحيح مسلم عن زيد بن أرقم :
əvvlincisi: hədisin "Səhihi Müslüm"də Zeyd b. Ərqamdan gələn ləfzi belədir:.....

ibni Teymiyyə, "Minhac əs-Sünnə (əl-Əməviyyə)", 7/395


indi ay İqnat qardaş, ibni Teymiyyə Əllamə Hilli r.a-ın sözünü sitat gətiribsə bu o deməkdir ki, ibni Teymiyyə bu hədisləri nəql edib? ya qəbul edib? bax ibni Teymiyyə necə Əllamə r.a-ın sözünü cavab vermək məqsədi ilə sitat gətirirsə, Seyyid Murtəza r.a da Qadı Abdulcəbbarın sözünü cavablamaq üçün sitat gətirir.

#5 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 21 марта 2015 - 03:36

Seyyid Murtaza bir yana dursun, əsas odur ki Alinin dilindən nehcul belağada Əbu Bəkr və Ömərin fəzilətinin nəqli var

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 21 марта 2015 - 10:40

Seyyid Murtaza bir yana dursun, əsas odur ki Alinin dilindən nehcul belağada Əbu Bəkr və Ömərin fəzilətinin nəqli var

sizdə anlayış qıtlığı var? mən sizə sadə şəkildə başa salmağa çalışdım ki, mövzu bir nəfərin Seyyid Murtəza r.a-ın kitabına nisbət etdiyi bir iddia haqqındadır. daha Əbu Bəkirin, Ömərin və ya bir başqasının fəziləti və ya digər şiə kitablarında bunun olub olmadığı haqqında deyil. odur ki, diqqətli olun.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru