Сообщение отредактировал Ceywullah: 11 марта 2015 - 09:27
Sadiq Şirazi
#1
Отправлено 11 марта 2015 - 09:26
#2
Отправлено 11 марта 2015 - 23:15
İctihad elə bir asan ələ gələn bir şey deyil ki, bu asanlıqla şübhə altına alınsın. Müctəhidlər dərsi-xaric deyirlər ki, bu da elə onların ictihadları dəlildir ki, özləri də müctəhid yetişdirirlər. Bir vaxtlar Ayətullah Xameneyi haqqında da belə şübhələr ortaya atılmışdı, əlhəmdulillah bunlar aradan getdi. İmam Xomeyni (r.) də Ayətullah Müntəzirinin fikirləri ilə müxalif idi, amma onun mərcəiyyətinin şübhə altına alınmasına yol verməmişdi.
Ayətullah Sadiq Şirazinin fikirlərinin digər fəqihlərdən fərqləndiyini mən də qəbul edirəm. Hər halda onun fikirlərinin nə qədər doğru olub-olmadığı müzakirə oluna bilər. Mən şəxsən müvafiq deyiləm.
- N_ن_N и Abdul Huseyn это нравится
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#3
Отправлено 13 марта 2015 - 10:23
Qardaş, mən ictihadının şübhə altına alınmasından söz etmədim. Sadəcə bir məsələ var ki, Müntəziri, Şəriətmədari kimi şəxsiyyətlərin siyasi-ictimai baxışları İrandakı mövcud vilayəti-fəqih üsul idarəsi tərəfindən qəbul edilməsə belə, mən biləni heç vaxt onların ələmliyini şübhə altına alınan bəyanatlar verilməyib. Sadiq Şirazini onlarla müqayisə etmək zənnimcə düzgün deyil. Mümkündür Şirazi ictihad əhli olsun, lakin əsas mübahisə onun ələm olub-olmaması üzərindədir. Sizinlə bu barədə razıyam ki, onun ictihadını müzakirə etmək bizə düşməz, biz bu işin necə deyərlər əhli deyilik. Mənim statusum isə ümumiyyətlə Şirazinin ümmətin vəhdətinə nə kimi faydalar verdiyi haqdadır. İstər ələm olsun, istər olmasın, bu şəxsdən ümmətə nə kimi fayda dəyib? Halbuki onun fitnəkarla işbirliyində olması hamıya bəllidir. Bu sual üzərində müzakirənin getməsini istərdim.Əleykum salam və rəhmətullah.
İctihad elə bir asan ələ gələn bir şey deyil ki, bu asanlıqla şübhə altına alınsın. Müctəhidlər dərsi-xaric deyirlər ki, bu da elə onların ictihadları dəlildir ki, özləri də müctəhid yetişdirirlər. Bir vaxtlar Ayətullah Xameneyi haqqında da belə şübhələr ortaya atılmışdı, əlhəmdulillah bunlar aradan getdi. İmam Xomeyni (r.) də Ayətullah Müntəzirinin fikirləri ilə müxalif idi, amma onun mərcəiyyətinin şübhə altına alınmasına yol verməmişdi.
Ayətullah Sadiq Şirazinin fikirlərinin digər fəqihlərdən fərqləndiyini mən də qəbul edirəm. Hər halda onun fikirlərinin nə qədər doğru olub-olmadığı müzakirə oluna bilər. Mən şəxsən müvafiq deyiləm.
Сообщение отредактировал Ceywullah: 13 марта 2015 - 10:25
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей