Перейти к содержимому

Фотография

Ali barədə hedis

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 10

#1 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 22 марта 2015 - 16:02

Sosial şəbəkələrdə surətlə bu hədis yayıldı. Mən də bura yazıram ki, xəbəriniz olsun. Bu sizin tayfanın Ali(aleyhissalam) barədə uydurduğu bi hedisdir. Sizin hədis kitablarında Ali(aleyhissalam) barədə yüzlərlərlə uydurulmuş belə hədislər var. Bu, sadəcə, onlardan biri idi.

أنا قسيم الله بين الجنة والنار، وأنا الفاروق الأكبر، وأنا صاحب العصا والميسم، ولقد أقرت لي جميع الملائكة والرسل بمثل ما أقروا به لمحمد صلى الله عليه وسلم، ولقد حملت على مثل حمولة الرب، وإن رسول الله صلى الله عليه وسلم يدعى فيكسى، وأدعى فأكسى، ويستنطق واستنطق - إلى هذا نحن سواء وأما أنا - ولقد أوتيت خصالاً ما سبقني إليها أحد قبلي. علمت المنايا والبلايا والأنساب وفصل الخطاب، فلم يفتني ما سبقني، ولم يعزب عني ما غاب عني" (الأصول من (الكافي)" كتاب (الحجة) ص196، 197).

Mən Allahın ( yaratdıqlarını) cənnət və cəhənnəm arasında bölüşdürəniyəm. Mən ən böyük faruqam(haqqı batildən ayıran). Mən (axır zamanda yer həşaratının - دابة الأرض- mömünlər ilə kafirələrə damğa vurmaq üçün əlində tutduğu ) damğa alətinin sahibiyəm. (Axır zamanda yer həşaratının özü ilə daşıdığı Musanın ) çəliyinin (də) sahibi mənəm. Muhammədi (sas) təsdiq etdikləri kimi bütün mələklər və elçilər də məni təsdiq etmişdir. Mən Rəbbin yükü kimi (bir yüklə) yüklənmişəm. (Ölülərin dirilmə günü) rəsulullah (sas) (qəbrdən üryan) çağrılacaq və paltar geyindiriləcək və mən (də üryan) çağrılacam və geyindiriləcəm. Qiymət günü o (da) dindiriləcək mən (də) dindiriləcəm.Buraya qədər biz (peyğəmbər ilə ) bərabərik.
Mənə gəlincə isə mənə məndən öncə heç bir kəsin (onları əldə etmək ilə) məni qabaqlamadığı xislətlər verilib. Mən müqəddəratları, bəlaları, (insanların) nəsəbləri(ni), qəti qərarı bilirəm. Məndən öncə olan mənim üçün itib getməmişdir (yəni məndən öncə olanı da bilirəm, mənim üçün it-bat olmayıb.). Mənim yanımda olmayan məndən uzaqda deyildir.

#2 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 23 марта 2015 - 00:22

Sosial şəbəkələrdə surətlə bu hədis yayıldı. Mən də bura yazıram ki, xəbəriniz olsun. Bu sizin tayfanın Ali(aleyhissalam) barədə uydurduğu bi hedisdir. Sizin hədis kitablarında Ali(aleyhissalam) barədə yüzlərlərlə uydurulmuş belə hədislər var. Bu, sadəcə, onlardan biri idi.

Bu hədisin uydurma olmasının dəlili nədir? Ümumiyyətlə, bizim hədis kitablarında Əli ( s.a.s) barədə yüzlərlə hədisin uydurulmasının dəlili nədir?

Siz deyəsən Əbu Bəkr, Ömər, Osman haqqında müəyyən fəzilətlər iddia edilməsi məsələsi ilə Əlinin (s.a.s) haqqında hər iki tərəfin mənbələrində yüzlərlə hədislər varid olması məsələsini səhv salmısız.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#3 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 23 марта 2015 - 01:51

Bu hədisin uydurma olmasının dəlili nədir? Ümumiyyətlə, bizim hədis kitablarında Əli ( s.a.s) barədə yüzlərlə hədisin uydurulmasının dəlili nədir?

Siz deyəsən Əbu Bəkr, Ömər, Osman haqqında müəyyən fəzilətlər iddia edilməsi məsələsi ilə Əlinin (s.a.s) haqqında hər iki tərəfin mənbələrində yüzlərlə hədislər varid olması məsələsini səhv salmısız.

Görmürsünüz içi küfr ilə doludur? Şiələr uydurublar da bu hədisi.

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 23 марта 2015 - 13:30

Görmürsünüz içi küfr ilə doludur? Şiələr uydurublar da bu hədisi.

xahiş edirəm ki, tam və dəqiq şəkildə küfür olan hissəni qeyd elə.

Сообщение отредактировал Elmeddin: 23 марта 2015 - 13:31

  • N_ن_N это нравится

#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 23 марта 2015 - 13:34

Görmürsünüz içi küfr ilə doludur? Şiələr uydurublar da bu hədisi.

Əksinə. Siz görmürsüz ki, hədisin içi iman doludur. Şiələr heç vaxt hədis uydurmayıblar. Siz şiələri Əbu Bəkrin, Ömərin, Osmanın haqqında fəzilət hədisləri uyduranlarla səhv salmayın.

Həqiqətən də, mən də sizdən xahiş edirəm ki, küfr olan hissəni tam və dəqiq şəkildə qeyd edəsiz.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 23 марта 2015 - 14:13

əvvəlcə hədisin doğru-düzgün tərcüməsini yazaq, sonra görək nə məna verir:

وكان أمير المؤمنين صلوات الله عليه كثيرا ما يقول: أنا قسيم الله بين الجنة والنار(3) وأنا الفاروق الاكبر وأنا صاحب العصا والميسم ولقد أقرت لي جميع الملائكة والروح والرسل بمثل ما أقروا به لمحمد صلى الله عليه وآله ولقد حملت على مثل حمولته(4) وهي حمولة الرب وإن رسول الله صلى الله عليه وآله يدعى فيكسى، وادعى فأكسى ويستنطق واستنطق فأنطق على حد منطقه، ولقد اعطيت خصالا ما سبقني إليها أحد قبلي علمت المنايا والبلايا، والانساب وفصل الخطاب(1)، فلم يفتني ما سبقني، ولم يعزب عني ما غاب عني، ابشر باذن الله واؤدي عنه، كل ذلك من الله مكنني فيه بعلمه
Möminlərim Əmiri (imam Əli a.s) tez-tez belə deyərdi: "mən Allah tərəfindən cənnət və cəhənnəmi təqsim edənəm. mən böyük faruqam. mən əsa və damğa sahibiyəm. bütün mələklər, Ruhul Quddus və rəsullar Muhəmməd s.a.a-i iqrar etdikləri kimi məni də iqrar ediblər. mən də onun kimi bir yük ilə yüklənmişəm. Bu Allahın təyin etdiyi bir yükdür. Rəsulullah s.a.a qiyamət günü çağırılar və geyindirilər. mən də çağırılar və geyindirilərəm. Ona sual verilər və danışmağı istənilər. mənə də sual verilər və danışmağım istənilər. mən də onun s.a.a dediyimi kimi deyərəm. mənə elə xüsusiyyətlər verilib ki, məndən əvvəl heç kimə verilməyib. mən ölümləri, müsibətləri, nəslləri və Fəslul Xitabı bilirəm. əvvəlkilər gözümdən qaçmadı və mənim yanımda olmayanlar da mənim üçün qeyb sayılmazlar. Allahın izni ilə müjdə verirəm, bütün bunlar Allahdandır və O bilməyimi mümkün etdi.»

Kuleyni r.a, "əl-Kafi", 1/197, Hüccət kitabı, bab 14, hədis 1

indi təkrar soruşuram: burada küfür nədir?

#7 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 23 марта 2015 - 21:08

xahiş edirəm ki, tam və dəqiq şəkildə küfür olan hissəni qeyd elə.

Bizim tərcümədə səhv olan nədir?

Сообщение отредактировал Anti-Rafa: 23 марта 2015 - 21:08

#8 Anti-Rafa

Anti-Rafa

    Raqib – Seargeant

  • Murid
  • 159 сообщений

Отправлено 23 марта 2015 - 21:09

əvvəlcə hədisin doğru-düzgün tərcüməsini yazaq, sonra görək nə məna verir:

وكان أمير المؤمنين صلوات الله عليه كثيرا ما يقول: أنا قسيم الله بين الجنة والنار(3) وأنا الفاروق الاكبر وأنا صاحب العصا والميسم ولقد أقرت لي جميع الملائكة والروح والرسل بمثل ما أقروا به لمحمد صلى الله عليه وآله ولقد حملت على مثل حمولته(4) وهي حمولة الرب وإن رسول الله صلى الله عليه وآله يدعى فيكسى، وادعى فأكسى ويستنطق واستنطق فأنطق على حد منطقه، ولقد اعطيت خصالا ما سبقني إليها أحد قبلي علمت المنايا والبلايا، والانساب وفصل الخطاب(1)، فلم يفتني ما سبقني، ولم يعزب عني ما غاب عني، ابشر باذن الله واؤدي عنه، كل ذلك من الله مكنني فيه بعلمه
Möminlərim Əmiri (imam Əli a.s) tez-tez belə deyərdi: "mən Allah tərəfindən cənnət və cəhənnəmi təqsim edənəm. mən böyük faruqam. mən əsa və damğa sahibiyəm. bütün mələklər, Ruhul Quddus və rəsullar Muhəmməd s.a.a-i iqrar etdikləri kimi məni də iqrar ediblər. mən də onun kimi bir yük ilə yüklənmişəm. Bu Allahın təyin etdiyi bir yükdür. Rəsulullah s.a.a qiyamət günü çağırılar və geyindirilər. mən də çağırılar və geyindirilərəm. Ona sual verilər və danışmağı istənilər. mənə də sual verilər və danışmağım istənilər. mən də onun s.a.a dediyimi kimi deyərəm. mənə elə xüsusiyyətlər verilib ki, məndən əvvəl heç kimə verilməyib. mən ölümləri, müsibətləri, nəslləri və Fəslul Xitabı bilirəm. əvvəlkilər gözümdən qaçmadı və mənim yanımda olmayanlar da mənim üçün qeyb sayılmazlar. Allahın izni ilə müjdə verirəm, bütün bunlar Allahdandır və O bilməyimi mümkün etdi.»

Kuleyni r.a, "əl-Kafi", 1/197, Hüccət kitabı, bab 14, hədis 1

indi təkrar soruşuram: burada küfür nədir?

men qoyduğum tercumede sehv nedir?

#9 Mutaallim

Mutaallim

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 26 марта 2015 - 17:38

Bilmək istəyirsən səhv haradadır? Onda gir bu yazını oxu:

https://islamveheqiq...iradlara-cavab/

Сообщение отредактировал Abu_Ali: 26 марта 2015 - 17:40

#10 handarat

handarat

    Jundi – Soldier

  • Ibtidai
  • 1 сообщений

Отправлено 27 марта 2015 - 08:47

Bilmək istəyirsən səhv haradadır? Onda gir bu yazını oxu:

https://islamveheqiq...iradlara-cavab/

Sənin qoyduğun linkə baxdım. Sənin linkə qoyduğun və düz olmadığını ittiham etdiyin tərcümə tərcümə mənim bu mövzuya qoyduğum tərcümənin eynisi deyildir. Özün də gprürsən ki, mənim bu mövzuda qoyduğum tərcümədə “hamulətun” sözünün mənasının “yük” olduğu yazılıb. Mən səndən bu mövzuya qoyduğum tərcümənin yanlış olub-olmadığını soruşmuşam. O ki, qaldı sənin öz yazında ittiham etiyin tərcüməyə sən orda belə yazmısan.

“Mən Rəbbin (ərş üzərində) daşındığı kimi daşınacam.”[ Doğrudan da, insan bilmir bu tərcüməyə gülsün, yoxsa, ağlasın. Görəsən, bu insanlar ərəb dili bilgiləri olmadığı bir halda hədis tərcümə etməkdən qorxmurlarmı? Görəsən, bu insanlar öz bilgisizlikləri üzündən hədisi yanlış tərcümə edib, ardınca da bununla şiələri ittiham etməkdən utanmırlarmı? Nə vaxta qədər həva-həvəsinizin qulu-köləsi olacaqsınız? Nə zaman Allahı yada salıb başqalarını əsassızca ittiham etməkdən çəkinəcəksiniz?”

İlk öncə bu təcüməni bir qardaş edib mənə vermişdi. Sonra mən tərcüməni daha başqa bir nəfərə yoxlatdırdım, o isə tərcümənin düz olduğunu,sadəcə, “hamulətun” sözünün daşınmaq yox, “minilən heyvan” və ya “yük” mənasında olduğunu dedi. Sonra ,sadəcə, hədisin “hamulətun” hissəsində dəyişiklik etdi. Mən də hədisi foruma qoydum. Yəni bu, tərcüməni edən birinci qardaşın gözündən hamulətun sözünün doğru anlamı yayınmış, lüğətə baxmamış, eyni hərflərdən oluşan "daşınmaq" sözü ilə hamulə sözünü qarışıq salmışdır. İkinci qardaş isə onun yazısında sadəcə, həmin hissəni redaktə etmişdir. Bu, tərcüməni ilk edən qardaşın savadsızlığına, onun ərəbcə bilməməsinə dəlalət etməz. Əgər sən Ərəb dilini bilirsənsə, sən də bilməlisən ki, bu adi elementar səhvdir. Bu qrammatik bilgisizlikdən doğan tərcümə səhvi deyil ki, böyük bir faciə olsun.Hansı ki, belə səhvləri bəzi tərcümələrində sən etmisən və bu sənin savadsızlığından doğduğu üçün faciə sayıla bilər. Onu birazdan hamıya təqdim edəcəyik ki, özün-özünü tanıyasan,çünki çox yuxarıdan gedirsən. 16-cı əsrdə yaşamış Suyutinin hesablamasına görə Ərəb dilində 16 milyon söz var. İnsan bütün sözləri bilə bilməz. Söz səhvi normal bir şeydir. Bu gün 1993-cü ildə çap olmuş Quranın Azeri dilində tərcüməsi ilə sonuncu tərcüməsini müqayisə edəndə bəzi sözlərin tam fərqli olduğunu görmək mümkündür. Bu normal bir şeydir. Mütərcimin gözündən qaça bilər bir sözün düzgün mənası, amma buna görə mütərcimin (Vasim Məmmədəliyev və Ziya Bünyadovun) tam biliysiz olduğunu onun elmini şübhə altına almaq olmaz. Belə edən adamlar, ya qərəzlidirlər, ya da tərcümə işini bilmilər.

Mən sənə bir daha deyirəm,sən mənim məhz bu foruma qoyduğum hədisin tərcüməsinin səhv və ya yanlış olduğunu denən. Səndən bu tələb olunub.
İndi isə gəl sənin Ərəb dilində elmi səviyyənin hansı vəziyyətdə olduğuna baxaq.
Bu linkdən özünü tanıya bilərsən. Ümüdvarıq ki, bir daha təkəbbürlük etməzsən və təvəzükar olarsan.

http://forum.bakilil...showtopic=97273

#11 Mutaallim

Mutaallim

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 27 марта 2015 - 14:57

Ay qardaşım siz bizlə zarafat edirsiniz? Sənin gətirdiyin hədisdəki cümlə bizim hədis kitablarımızın heç birində yoxdur! Belə bir cümlə heç bir kitabda yoxdur, sənə və sənin kimilərə yüklədikləri bu hədisi nasibilər təhrif edib sizə yükləyiblər, ey hər şeydən bixəbər olan qardaşım! Hədisin iki cümləsini kəsib bir cümlə ediblər. Sən qoyduğumuz linkdəki yazının bu hissəni oxudunmu?:

"Üstəlik, qeyd etdiyimiz kimi, onun bu kobud səhvində ağına-bozuna baxmadan nasibilərdən kopyaladığı ərəbcə mətnin böyük təsiri olmuşdur. Belə ki, qarşı tərəf nasibilərə güvənməklə çox böyük bir xəta etmişdir. Buna əsasən ki, nasibilər hədisdəki (وَلَقَدْ حُمِلْتُ عَلَى مِثْلِ حَمُولَتِهِ وَهِيَ حُمُولَةُ الرَّبِّ) cümləsini kəsərək cümləni təhrif etmiş və onu bu şəklə salmışlar: (ولقد حملت على مثل حمولة الرب)! (Nasibilərin təhrif edib yaydıqları mətni bir qədər sonra tam şəkildə qeyd edəcəyik). Başqa sözlə, Allahdan qorxuları olmayan nasibilərin etdikləri təhrif nəticəsində hədis bu şəkildə məna verməkdən: “mən onun (Peyğəmbərin) miniyi kimi bir miniyin üzərinə mindirilmişəm. O, Rəbbin minik etdiyi şeydir (yaxud: ona yüklənilən şey mənə də yüklənmişdir, o, Rəbbin yüklədiyi şeydir)“, bu şəkildə məna vermişdir: “mən Rəbbin miniyi kimi bir miyin üzərinə mindirilmişəm“!
Gördüyünüz kimi, hörmətli müsəlmanlar, iki cümlə arasındakı böyük fərq və təhrif açıq-aşkar ortadadır. Nasibilər hədisdəki peyğəmbərə aid cümləni kəsərək iki cümlədən bir cümlə çıxarmışlar. Beləcə cümlənin mənasını təhrif edərək İmam Əlinin (əleyhis-səlam) Rəbb kimi minik üzərində əyləşdiyini iddia etmişlər! Daha sonra da bu çirkin iftiranı şiələrə nisbət vermişlər! Biz buna bundan artıq şərh verməyəcəyik. Hörmətli müsəlmanlar özləri Allahdan qorxuları olmayan nasibilərin etdikləri bu çirkin və mənfur iş barəsində düşünsünlər və nəticə çıxarsınlar. Möhtərəm oxucu diqqətli olsun ki, bir qədər sonra belə bir təhrifə daha bir nümunə göstərəcəyik və bundan sonra bu şəxslərin dinsizliyi bir daha gün kimi aşkar olacaq.
"

İndi görürsən etdiyiniz səhv nədədir? Sən soruşursan ki, "bizim tərcüməmizdəki səhv nədədir?" Mən də sənə göstərirəm ki, sizin tərcümənizdəki səhv bax buradadır, sizin tərcüməni batildir, çünki, siz təhrif olunmuş mətni tərcümə etmisiniz. Ardınca da sosial şəbəkələrdə yaymısınız ki, şiələr ğüluvv edirlər, ay nəbilik Əlini allahlaşdırırlar, küfrün pik nöqtəsi... və s. Halbuki, bu "küfr"ü ortaya çıxaran sizin güvənib arxanızı yasladığınız həmin nasibilərdir, müsəlman qardaşım!
O ki qaldı, mənim etdiyim tərcüməyə, deyirəm:
İçinizdən bir adam çıxıb Yaşarın etdiyi tədlisləri müdafiə edə bilmədi, Yaşarın rüsvay olduğunu görüb başlamısınız ay nəbilib "..sa, ...sə" ilə olmalıdır cümlə, ay burda "in" var, ay orda əvəzlik var.. Qardaşım, sənin yazdığın o linkləri oxumamışam və oxumaqla qızıl kimi vaxtımı itirəcək də deyiləm. Amma, o "iradlar"dan birini mənə göstərdilər, and içirəm ki, güldüm. Bizim tərcüməmizdə zərfin, ədatın yerinə irad tutuan biçarə bizim tərcüməmizi güya düzəltmək istəyib, əvəzində ortaya elə bir erməni budaq cümləsi çıxarıb ki, istənilən ərəb dili bilən şəxs o cümləni görsə gülər. Əgər bütün iradlarınız o cürdüsə, onda səhərdən axşamacan nə qədər istəyirsiniz forumlarda, künclərdə-bucaqlarda yazın-pozun qardaşım, bizim üçün problem deyil.
Tərcümə prosesibdə ərəb dilinin konkret hamı üçün vacib olan yekdil bir qaydası yoxdur ki, hamı bu əsasda hərəkət etməlidir, ərəb dilinin ifadə imkanları genişdir, ərəb dilində məsələn, cümlədəki zərfliyi tərcümə zamanı əvvəldə də verə bilərsən, sonda da, heç kəs durub irad tuta bilməz ki, sən nöş əvvəldə yox axırda vermisə, yaxud "burada şərt ədatı işlənib, sən onu tərcümədə niyə filan formada vermisən" və s. Mühüm olan 1) cümlənin qramatik konstruksiyasını dərk edəsən, 2)hərəkələmədən xəbərdar olasan, 3)sözlərin tərcüməsini dəqiq biləsən və 4)Səhih tərcümə edəsən. Tərcümə zamanı hansısa ədatı qeyd etməmək, yaxud, xəbəri əvvəldə vermək və s. bunların - mətnin mənasına xələl gətirmədiyi müddətcə - heç bir problemi yoxdur. Bizim tərcümələrimizdə isə məna və məzmun xətası adına bir şey yoxdur, həməcur-ruaların hay-küylərinə isə fikir verilməz.
Buna gəlincə isə ki, insan xəta edə bilər və s., deyirəm: bəli, əlbəttə ki, insan xəta edə bilər. Biz məsum deyilik. Amma baxır nə cür xəta edirsən. Bizim Yaşara tutduğumuz iradlar bilirsən nə yöndə idi? Ey müsəlman qardaşım, bu insan sözləri hərəkələyə bilmir, bu bilirsən nə deməkdir? Bu o deməkdir ki, bu insan oxuduğu cümlənin mənasını bilmir, elə bilmədiyinə görə də nala-mıxa vurur, biz Yaşarın bu işini və tərsə-mayallaq tərcümələrini göstərmişik. Üstəlik biz bunu cəmi bir yerdə göstərmişik, qalan yerlərə heç toxunmamışıq da. Bizim o yazıda əsas işimiz Yaşarın müdəllisliyini ifşa etmək idi və onu da Allaha həmd olsun göstərdik. Buna nəsə iradın var?
Buna gəlincə ki, biz "forsluyuq" və s., bilin ki, bizim nə təkəbbür, nə lovğalıq və nə də yekəxanalıqla heç bir əlaqəmiz yoxdur. Biz Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) məktəbində dərs almışıq, sizi bilmirəm, bizə belə şeylər öyrədilməyib. Yaşara verilən rəddiyyə isə bəzilərinin ürəklərinə necə od qoyubsa hələ də özlərinə gələ bilmirlər, ona görə də "foslu", "yekəxana" və s. təhqiramiz sözlərlə atmaqla məşğuldurlar.
Sonuncusu, bizim əqidədə söyüş, təhqir ən çirkin əməllərdəndir. Biz hətta Yaşara yazdığımız yazıda belə sona qədər ədəbi gözləməyə çalışdıq. Amma sizin tərəf nə cür yanıb-yaxılıbsa, bizi tanımadıqları halda söyüş və təhqirin biri bir qəpikdən ardımıza güpəyiblər. Bax bu sözlərə: "
Forsinkanın tərcüməsi...", "Adam gərək nə qədər naturalni uzunqulaq olsun ki...", "Olmayan ağlıva tüpürüm sənin..." və s. (Mən yazılarınızı tam oxumadığıma görə, görə bildiklərim bu qədərdir, görmədiklərimi Allah bilir).
İndi sənə sual verirəm, bu müsəlmanın ədəbindəndir? Yazdığı yazı yenə bir şey ola, tutduğu irad yenə bir şey ola, o da deyil, amma, söyüşlərə bax.. Müsəlmana yaraşan hərəkət deyil bu. Əlbəttə, biz bu cür şəxslərin səviyyəsinə enməmişik və enməyəcəyik də, əvəzində, bunlarla hesabımızı qiyamətə saxlayırıq, Allah özü ədalətlə hökm verəcək. Amma heç olmasa siz gözünüzü açın və kimin nə yolun yolçusu olduğunu görün.

Сообщение отредактировал Mutaallim: 27 марта 2015 - 15:03

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru