Перейти к содержимому


Фотография

"Əmmarı zalim bir tayfa öldürəcəkdir" hədisi haqqında Abu Zındığın şübhəsinə cavab


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 мая 2015 - 14:47

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Rəsulullah s.a.a-in Hz. Əmmar r.a-a xitabən "ey Əmmar! səni azğın bir tayfa öldürəcəkdir" buyurması həm müsəlmanların (şiələrin) və həm də nasibilərin mənbələrində sabit olan, üzərində şəkk olmayan bir hədisdir. və bu yaxınlarda 313news.net youtube kalanında bu hədis haqqında sıradan bir müsəlman (şiə) ilə nasibilərin alimlərindən olan Şeyx Əbdüləziz al-i şeyx arasındaki münazirə və münazirədə nasibi alimin aciz qalması yayınlanmışdı. bu vəziyyəti görən nasibilərdən birisi yəni yalan, iftira və ordan-burdan kopyalamaq xüsusiyyətləri ilə hamının yaxşı tanıdığı Abu Zındıq ən-nasibi öz şeyxini müdafiə etmək üçün bir "dərs" hazırlamışdır. hər zaman olduğu kimi bu "dərs"ində də Abu Zındıq boş və mənasız sözlərə, bol-bol "haqq bizik", "onlar peyğəmbərin əhli beytini söyürlər" və s. kimi iddialarla "dərs"i bir xeyli uzatmışdır. lakin biz bu nasibinin boş-boş sayıqlamalarına deyil sırf hədis haqqında danışacağıq. deməli nasibinin dərsi ümumi olaraq 3 yönlüdür:

1. "Əmmarı zalim tayfa öldürəcək" hədisini təvil etməyə çalışıb.
2. Hucurat surəsi 9 və 10-cu ayələr və buna əsasən imam Əli a.s ilə döyüşənlərin kafir olmayacağını isbata çalışıb.
3. Muaviyə l.a haqqında islami (şiə) mənbələrindən mədh hədisləri gətirməyə çalışıb.

amma "Əmmarı zalım tayfa öldürəcəkdir" hədisinə gəlincə, Abu Zındıq ən-nasibi bu hədis haqqında deyir: "bunu deyə bilərəm ki, bəli bu hədis səhihdir. bayaq qeyd etdiyim ki, Buxari və Müslüm ittifaqla rəvayət edib. və lakin bu hədisdə Şam əhlinin, Muaviyənin, onun ordusunun kafir olmalarına dair heç bir dəlil yoxdur. hədisin ifadə etdiyi məna bundan ibarətdir ki, Əmmarı öldürən dəstə baği dəstə olacaq yəni zalim və haqsız dəstə."

Abu Zındıq ən-nasibinin hədis haqqındaki açıqlaması sadəcə budur. yəni qısaca olaraq deyir ki, hədisdə Əmmar r.a-ı öldürənlərin (Muaviyə və ordusunun) kafir olduğu yox azğın olduğu deyilmişdir. bizim buna cavabımız budur ki, əvvla küfrün özü də elə azğınlıq və zülmdür. ona görə də bir tayfa haqqında "azğın tayfa", "zalim tayfa" deyilməyi hələ o tayfanın kafir olmadığı demək deyildir. Allah azzə və cəllə buyurur:


وَإِذْ وَاعَدْنَا مُوسَىٰ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
O zaman Biz Musaya (vəhy üçün) qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.

Bəqərə surəsi 251-ci ayə


görüldüyü kimi bu ayədə Allah azzə və cəllə Musa a.s-ın dağa çıxmağından sonra buzova ibadət edənləri yəni müşrikləri zalimlər adlandırır. və Quranda kafirlərin zalim olmağı haqqında bunun kimi onlarca ayə var. yəni birisi və ya bir tayfa haqqında zalim sözü işlədildiyi zaman burada zalim ilə qəsd edilənin nə olduğunu bilmək üçün əlavə qərinəyə ehtiyyac vardır. mümkündür ki, zalim (yuxarıdaki ayədə olduğu kimi) küfür mənasında işlədilsin və mümkündür ki, zalim küfür mənasında yox müsəlman olub həddi aşanlar üçün işlədilsin. və Nəbi s.a.a-in Əmmar r.a-ı öldürənlər (Muaviyə və ordusu) haqqında zalim deməyi sırf zalim sözü ilə nəyin qəsd edildiyini anlamağa imkan vermir. görəsən burada zalim sözündən məqsəd küfürdür yoxsa müsəlman olub həddi aşmaq? maraqlıdır ki, Abu Zındıq ən-nasibi nəyə əsasən hədisdəki zalim sözünü müsəlman olub həddi aşan mənasında qəbul edir? bir haldaki onun zalim sözünü müsəlman olub həddi aşan olaraq qəbul etməyi hədisin davamına ziddir. çünkü hədisin davamında Nəbi s.a.a buyurur:

وَيْحَ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ، يَدْعُوهُمْ إِلَى الْجَنَّةِ، وَيَدْعُونَهُ إِلَى النَّارِ
Vah Əmmar, onu zalim bir tayfa öldürəcəkdir. o (Əmmar) onları cənnətə və onlar (Əmmarı öldürənlər) isə onu (Əmmarı) cəhənnəmə dəvət edəcəklər.

Buxari, "əs-Səhih", 1/161, Namaz kitabı, bab 63, hədis 447


və biz Nəbi s.a.a-in hədisin davamında buyurduğu "onlar (Əmmarı öldürənlər) isə onu (Əmmarı) cəhənnəmə dəvət edəcəklər." sözünə əsasən əvvəldə işlətdiyi "zalim dəstə"-dən məqsədin kafir dəstə olduğunu anlayırıq. çünkü həddi aşsa belə müsəlman olan bir tayfanın cəhənnəmə dəvət etməyi muhaldır və cəhənnəmə dəvət etmək kafirlərə məxsusdur.

amma Hucurat surəsi 9 və 10-cu ayələri dəlil gətirməyinə gəlincə, o bu barədə deyir: "siz təsəvvür edə bilmirsiniz ki, bir qövm Əli ilə hərb edə və lakin o qövm mömin və müsəlman ola, siz bunu təsəvvür edə bilmirsiniz. niyə? çünkü sizin əqidənizə görə Əli ilə savaşmaq Peyğəmbər ilə savaşmaqdan da betərdir və ya peyğəmbərlər ilə. çünkü sizin əqidənizə, batil və gülünc əqidənizə əsasən Əli digər peyğəmbərlərdən əfzəldir. və bu səbəbdən siz Əli ilə hərb edəni kafir görürsünüz. və lakin buna dəlil nədir? Heç bir şey! əksinə Quran və Sünnə, həmçinin elə Əhli Beytdən nəql olunan rəvayətlər sizin bu ədiqənizə bir başa ziddir. siz bu hədisi dəlil gətirərək irəli sürürsünüz ki, Muaviyə və Şam əhli kafir olmuşdur. və lakin Quran bunu demir, Quran bunun əksini deyir. Allah azzə və cəllə Hucurat surəsi 9-cu və 10-cu ayədə buyurur ki: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın." (Hucurat surəsi 9-cu ayə) Allah Təala bir biriləri ilə hərb edən, savaşan, bir-birilərinin üzərinə qılınc qaldıran, bir-birilərini öldürən hər iki dəstəni də iman vəsfi ilə vəfsləndirir və buyurur ki, möminlərdən iki dəstə."

bu ayəyə əsaslanaraq imam Əli a.s ilə döyüşən kəslərin kafir olmayacağını Abu Zındıq öncədə nasibilərin bəzi axmaqları dilə gətirmişdirlər. məsələn, ibni Teymiyyə Əllamə Hilli r.a-a yazdığı (və Əllamə Hilli r.a-ın əgər anlayacaqsa cavab verərəm dediyi) rəddiyədə bununla dəlil gətirməyə çalışmışdır. lakin, Quran elə bir kitabdır ki, onun təfsiri-təvili və bu təfsir-təvil əsasında hökm çıxarmaq ancaq elmdə dərinləşənlərə məxsusdur daha ibni Teymiyyə və ya Abu Zındıq kimi axmaqlara deyil, bax: Quranın təfsiri

onların bu ayə ilə dəlil gətirməyinə cavab olaraq deyirik ki, biz zatən bir-biri ilə döyüşən 2 dəstənin müsəlman ola bilməyəcəyini demirik. lakin bizim dediyimiz budur ki, Allah azzə və cəllənin təyin etdiyi hüccət ilə vuruşan müsəlman ola bilməz. yəni, məsələn deyək ki, aralarında Allah azzə və cəllə tərəfindən bir hüccət təyin edilməmiş 2 müsəlman dəstə var: A adlı müsəlman dəstə ilə B adlı müsəlman dəstə. bu dəstələr bir-biri ilə hər hansı bir məsələdə ixtilaf edib və iş döyüş meydanına qədər gəlib çatıb. bu muhal deyildir lakin, ortada Allah azzə və cələnin təyin etdiyi, itaətini fərz qıldığı bir hüccət (nəbi, rəsul və ya imam) varsa və bu hüccətin əmrindəki orduya qarşı kimsə ordu toplayır, döyüşə gəlirsə bu halda qarşı tərəf kafirdir və qarşı tərəf artıq Allah azzə və cəllənin Hucurat surəsi 9-cu ayədə buyurduğu kimi mömin bir dəstə deyildir. çünkü müsəlmançılıq və möminliyin şərtlərindən birisi də Allah azzə və cəllənin təyin etdiyi hüccətə itaət etməkdir. və bu məsələdə də imam Əli a.s-ın peyğəmbərlər a.s-dan üstün və ya aşağı olmağının heç bir fərqi yoxdur. imam olsun, nəbi və ya rəsul yaxudda bu məqamların heç birisində olmayan birisi, əgər Allah azzə və cəllə itaəti fərz edibsə bu halda onunla döyüşmək küfürdür. eyni ilə Hz. Talut a.s kimi. Hz. Talut a.s nə bir nəbi və nə də bir rəsul deyildi amma Allah azzə və cəllə onu müsəlmanlara əmr sahibi təyin etmişdi (bax: Bəqərə surəsi 247-ci ayə). indi maraqlıdır, görəsən Abu Zındıq və digər nasibilər Hz. Talut a.s və ordusunu 1 mömin dəstə və ona qarşı döyüşənləri də 1 mömin dəstəmi sayır? imam Əli a.s və ona qarşı döyüşənlərin də durumu budur. çünkü imam Əli a.s Allah azzə və cəllənin itaətini fərz qıldığı imamdır və ona qarşı çıxanlar isə eyni ilə Hz. Talut a.s-a qarşı çıxanlar kimi.

yuxarıda dediklərimiz ümumi bir qanun idi. o qanun qısaca olaraq bundan ibarətdir ki, Allah azzə və cəllənin təyin etdiyi bir hüccət (nəbi, rəsul, imam) vuruşan kafirdir və onlarla vuruşanlar Hucurat surəsi 9-cu ayədə deyilən 2 mömin dəstədən deyildirlər. lakin, buna əlavə olaraq imam Əli a.s ilə döyüşənlərin kafir olması haqqında xüsusi dəlillər də vardır. məsələn, Nəbi s.a.a buyurmuşdur:


أن رسول الله صلى الله عليه وسلم قال لعلي وفاطمة والحسن والحسين أنا حرب لمن حاربتم وسلم لمن سالمتم
Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyinə xitabən buyurdu: "mən sizinlə hərb edən kəslər ilə hərb edərəm və sizinlə sülh edən kəslər ilə sülh edərəm."

mənbələr: https://velayet.word...vasirim-hadisi/


maraqlıdır, görəsən Abu Zındıq və digər nasibilər Nəbi s.a.a-in sözünün haqq olmağında şübhə edirlər yoxsa Nəbi s.a.a ilə hərb edənlərin kafir olmağında? bundan başqa, mütəvatirliyi hamıya bəlli olan Qədiri Xum hədisində Nəbi s.a.a buyurmuşdur:

للهم وال من والاه، وعاد من عاداه
Allahım! ona dost olana dost və düşmən olana düşmən ol.

mənbə: https://velayet.word...iri-hum-hadisi/


Allah azzə və cəllənin düşməni olan kəs müsəlmandır ya kafir? bütün bu dəlillərdən sonra kim və necə deyə bilər ki, imam Əli a.s ilə döyüşənlər müsəlmandır?

amma, Muaviyə və ümumən imamlar a.s ilə döyüşənlərin halı haqqında İslami (şiə) mənbələrindən gətirdiyi dəlillərə gəlincə, buna cavab olaraq deyirik ki, bu dəlillərin hamısı elə ərəb forumlarında ilk ortaya atıldığı günlərdən cavablanmışdır. odur ki, Abu Zındıq bu kimi dəlilləri axtarmaq ilə vaxtını israf etməsin. indi biz o dəlillərin cavablarının yer aldığı linkləri bir-bir paylaşırıq:

1. imam Əli a.s ilə döyüşənlər haqqındaki "onlar bizim qardaşımızdır" hədisinə cavab:
https://velayet.word...ile-savasanlar/

2. imam Əli a.s Şam əhlinin söyülməyini və lənətlənməyini qadağan edibmi?
https://velayet.word...arin-sovulmesi/

3. imam Hüseyin a.s-ın Muaviyə l.a-a rəhmət oxumağı şübhəsinə cavab:
https://velayet.word...-okuma-suphesi/

  • l-nur это нравится




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru