Перейти к содержимому


Фотография

nasibi Samirə imamət hədisləri haqqında cavab


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 14 Июль 2015 - 00:01

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bu gün bəzi qardaşlar mənə yazaraq Samir Firdovsioğlu adlı bir nasibinin müsəlmanlardan imamət inancı haqqında dəlil istədiyini və (güya) qardaşlarımızın gətirdiyi dəlilləri cavabladığını bildirdilər. inşaAllah mən bu yazıda Samir Firdovsioğlu adlı bu nasibinin sözlərinə cavab verəcəyəm. burda əvvəlcə qardaşlarımızın dəlil gətirdiyi hədisləri paylaşacaq, sonra nasibi Samirin "cavabını" nəql edəcək və daha sonra isə nasibinin sözlərinə cavab verəcəyəm.

hədis 1: bu Şeyx Səduq r.a-ın rəvayət etdiyi bir hədisdir və qardaşımız bunu nasibiyə qarşı dəlil olaraq gətirmişdir. hədis belədir:

Прикрепленный файл  sakaleyn-saduk.jpg   1,26МБ   2 Количество загрузок:Прикрепленный файл  sakaleyn-saduk1.jpg   627,48К   1 Количество загрузок:
şəkildə gördüyünüz Şeyx Səduq r.a-ın "Uyunu əxbar ər-Rıza a.s" adlı kitabıdır, işarələdiyim yerdə şu ifadələr var:

حدثنا أحمد بن زياد بن جعفر الهمداني رضي الله عنه قال: حدثنا علي بن إبراهيم بن هاشم، عن أبيه، عن محمد بن أبي عمير، عن غياث بن إبراهيم، عن الصادق جعفر بن محمد، عن أبيه محمد بن علي، عن أبيه علي بن الحسين، عن أبيه الحسين بن علي عليهم السلام قال: سئل أمير المؤمنين صلوات الله عليه، عن معنى قول رسول الله صلى الله عليه وآله: إني مخلف فيكم الثقلين كتاب الله وعترتي من العترة فقال: أنا والحسن والحسين والائمة التسعة من ولد الحسينتاسعهم مهديهم وقائمهم، لا يفارقون كتاب الله ولا يفارقهم حتى يردوا على رسول الله صلى الله عليه وآله حوضه
mənə Əhməd b. Ziyad b. Cəfər əl-Həmədani r.a danışdı, dedi: Əli b. İbrahim mənə atasından, o Muhəmməd b. Əbu Umeyrdən, o Qiyas b. İbrahimdən, o Cəfər b. Muhəmməd əs-Sadiqdən, o atası Muhəmməd b. Əli (imam Baqir a.s)-dan, o atası Əli b. Hüseyin (imam Səccad a.s)-dan, o da Hüseyin b. Əli (imam Hüseyin a.s)-dan nəql etdi, dedi: Möminlərin Əmiri (imam Əli a.s)-dan Rəsulullah s.a.a-in "sizə iki əmanət qoyuram: Allahın kitabı və İtrətim Əhli Beytim." sözündəki itrətin kimlər olduğu soruşuldu. imam a.s dedi: "mən, Həsən, Hüseyin və Hüseyinin soyundan doqquz imam. onların doqquzuncusu Mehdi və Qaimdir. Onlar Kövsər hovuzu yanında Rəsulullah s.a.a ilə görüşənə qədər Allahın kitabından ayrılmazlar."

Şeyx Səduq r.a, "Uyunu əxbar ər-Rıza a.s", 1/60, hədis 25


qardaşlarımızın dəlil gətirdiyi bu hədisi Şeyx Səduq r.a digər kitablarında: "Kəmaliddin", səhifə 240, hədis 64"Məanil Əxbar", səhifə 90, hədis 4-də yuxarıdaki sənəd ilə rəvayət etmişdir. hədisin sənədindəki bütün ravilər siqa (güvənilir) və isnad muttəsildir. Şeyx Asif əl-Muhsini hədis haqqında deyib:



و في معتبرة غياث بن إبراهيم، عن الصادق عليه السلام
Qiyas b. İbrahim əs-Sadiq a.s-dan mötəbər olaraq rəvayət etmişdir.

Şeyx Asif əl-Muhsini, "Muaşərə Bihar əl-Ənvar", 1/421


indi isə Samir Fİrodvsioğlu adlı nasibinin bu hədis haqqında 2 yöndən, həm sənəd və həm də mətn yönündən "cavab" vermişdir. əvvəlcə sənəd haqqındaki cavabını" görək, nasibi yazır:


1. Şeyx Saduq (306-381) ; şiə alimləri yanında şanı uca olsa da əhlüs-sünnət alimlərindən heç kim bu adamın siqa olmasını təsdiqləməyib.

2. Əhməd bin Ziyad bin Cafər əl-Həmədəni; eyni şey bu zat haqqında da keçərlidir.

3. Əli bin İbrahim bin Haşim əl-Qummi (vəfatı hicri 306)
əz-Zəhəbi onun haqqında deyir: “Qatı rafizidir, onun bir təfsir kitabı vardır ki, içində müsibətlər vardır.” Düşünürəm ki, müsibətlər ilə əz-Zəhəbi’nin qəsdi Quranın təhrif olunması haqqındakı iddialardır.

4. İbrahim bin Həşim əl-Qummi
Bu ravini şiələr siqa çıxarmaq üçün kitablarından tapdıqları yeganə güclü dəlili bu cür təqdim edirlər: “Seyyid İbn Tavus sənədində İbrahim bin Haşimin adı olduğu bir hədis barədə demişdir: “Hədisin bütün raviləri ittifaq ilə siqadırlar.” Buna əsasən İbrahim bin Haşim siqadır. Bu cümlə açıq aşkar sübut edir ki, onun etimadlı olmasında bütün şiə alimləri icma etmişlər.”
Biz deyirik: Nəticə çıxarmağa tələsməyin. Əslində sizin mütəqaddim alimlərinizdən heç kim İbrahim bin Haşim’i adil və siqa ravi hesab etməyib, yəni belə bir şey deməyiblər. Əksinə İbn Tavus’un bu şəkildə siqa saymağı şiə alimləri yanında onun ittifaq ilə siqa olmasına dəlalət etməz, sadəcə onu göstərir ki, İbrahim bin Haşim kimi çox sayda rəvayət etmiş şiə raviləri açıq sözlərlə cərh olunmadığı üçün qəbul olunmalıdır. Bu da İbn Tavus’un tələbələrindən biri olmuş, şiələrin məşhur alimi İbnul-Mutahhir əl-Hilli’nin (648-726) “Xulasətul-Əqval” kitabında bu ravi haqqında dediyi sözlərdir: “İbrahim bin Həşim Əbu İshaq əl-Qummi; əsli Kufədəndir, Qum şəhərinə köçüb. Əshabımız deyir ki, kufəlilərin hədisini ilk dəfə Qumda rəvayət edən o olub və zikr ediblər ki, o, Rza – aleyhissələm – ilə görüşüb və o, Yunus bin Abdirrahmən’in tələbəsidir. Əshabımızdan heç kimin nə onu pisləyən, nə də onu tədil edən bir sözünə rast gəlmədim. Ondan rəvayətlər çoxdur, daha racih olan sözlərinin qəbul edilməsidir.” (bax: “Tərtibu Xulasatul-Əqval”, səh: 63-64; Məşhəd çapı) Beləliklə də bu rafizi alimi əl-Hilli etiraf edir ki, heç bir şiə alimi bu İbrahim bin Həşim’i siqa saymayıb, yəni halı məchuldur. Lakin rəvayətləri o qədər çoxdur ki, əl-Hilli digər mütəaxxir şiələr kimi onun rəvayətlərini rədd edə bilmirlər, çünki rədd etsələr o qədər rəvayətin üstündən xətt çəkmiş olarlar. Ona görə də rəvayətini qəbul edirlər. Əgər İbn Tavus həqiqətən də bu ravini siqa saysaydı o zaman hamıdan öncə əl-Hilli bunu bilərdi. İbn Tavus’un “təvsiqi” isə ravinin on iki imam şiəsi olması, haqqında imamiyyə məzhəbinə müxalif bir şey sabit olmaması ilə bağlıdır.
Xuyi də özünün “mucəm” kitabında İbrahim bin Haşim’i siqa çıxarmaq üçün dəridən-qabıqdan çıxır. Siqa olması üçün üç səbəb gətirir:
a. İbn Tavusun sözlərini gətirir və biz yuxarıda bunun cavabını verdik.
b. Oğlu Əli bin İbrahim əl-Qummi’nin təfsir kitabında atasından çox hədis rəvayət etməsini əsas gətirir. İşarə edir ki, oğlu təfsirinin müqəddiməsində yalnız siqa ravilərdən rəvayət edəcəyini şərt qoyub. Bu əl-Xuyi’nin təhrifidir. Çünki oğlu əslində müqəddiməsində sadəcə bu sözləri deyir: “Biz itaət olunmaqlarını və sevilməklərini Allahın fərz buyurduğu kəslərdən bizə çatan və şeyxlərimizin, siqa olanlarımızın rəvayət etdiklərini zikr edirik, xəbər veririk.” Bu sözlərdə belə bir məna yoxdur ki, onun rəvayət etdiyi ravilərin hamısı siqa olacaqdır. Buna görə də şiə alimi Əbul-Məali Muhəmməd bin Muhəmməd İbrahim əl-Kəlbəsi (vəf. hicri 1315) “ər-Rasəil ər-Ricəliyyə”də (1/141) bu sözlərdə atasının siqa və adil sayılması üçün hər hansı bir məna görməmişdir. Yaxşı o zaman bu İbrahimin oğlu əl-Qummi’nin təfsirində keçən və İbrahim bin Haşim’dən rəvayət olunan Quranın təhrifi haqqındakı o qədər rəvayəti nə edək?! Təbii ki, bu məqamda şiələrin təkəri ilişir, çünki Quranın təhrifi kimi çirkin bir etiqadı öz üzərilərinə götürmürlər, dərhal üsulilər və əxbarilər olaraq iki yerə ayrılırlar və bu məsələdə bütün şiələr üsuli olurlar və məsələni əxbarilərin boynuna atırlar.
c. əl-Xuyi’nin gətirdiyi üçüncü səbəb isə Qummilərin ondan rəvayət etməsidir. əl-Xuyi bunu onun üçün mədh hesab edir. Bunun nə qədər gülünc olduğunu anlayanlar anlayır, qummilər bir ravidən çoxca hədis rəvayət edirsə bu, heç bir şəkildə həmin ravinin siqa olmasına dəlalət etməz.
Tayyib, davam edək.

5. Muhəmməd bin Əbu Umeyr (vəf. 217) halı məchuldur.

6. Ğiyəs bin İbrahim; Ğiyəs bin İbrahim adında əhlüs-sünnət ricəl kitabında əslən basralı olan, kufədə yaşamış ravi zikr olunur. Ğiyəs bin İbrahim ən-Nəxai adi ilə tanınır. Şiələrin zikr etdiyi bu ravi ilə eyni zamanda yaşayıb, eyni şəhərdə yaşayıb. Əhlüs-sünnət ricəl alimləri onu yalançı ravilərdən biri olaraq zikr edirlər. Lakin onun isnaddakı bu Ğiyəs bin İbrahim ilə eyni şəxs olmasından əmin deyiləm, əgər o deyilsə o zaman əhlüs-sünnət alimlərinə görə məchul ravilərdən sayılır.


hədisin sənədi haqqında nasibinin sözləri bundan ibarətdir. və həqiqətən bu sözlər sahibinin elm əhli deyil hətta ən sadə münazirə qaydalarından belə xəbərsiz olan bir cahil olduğunu göstərməkdədir. inşaAllah az sonra bunu sizlər də görəcəksiniz. indi isə keçək nasibinin gülünc və cahilanə iddialarının cavabına:

1, 2, 3 və 6-cı bəndlərdəki iddialar haqqında cavab: nasibi Şeyx Səduq, Əhməd b. Ziyad əl-Həmədani, Əli b. İbrahim əl-Qummi və Qiyas b. İbrahim haqqında belə bir etiraz edir ki, bu şəxslərin heç birisi əhli sünnə nəzərində siqa (güvənilir) deyildir əksinə bəziləri məsələn Əli b. İbrahim ilə Qiyas b. İbrahim sünnülər tərəfindən cərh edilmişdir. bu sözə cavab olaraq deyirik ki, bu şəxslərin nasibilər nəzərində güvənilir olub olmamağının bir əhəmiyyəti yoxdur. çünkü müsəlmanlar üzərinə əqidələrini inşa etdikləri hədisləri öz qayda-qanunlarına əsasən təshih-təzyif edirlər əhli sünnənin qayda-qanunlarına görə yox. eyni ilə sünnülərin öz hədislərini öz qayda-qanunlarına görə təshih-təzyif etmələri kimi. çünkü ağlı olan hər kəs (nasibilərə aid deyil) bilir ki, bir-birisi ilə münazirə edən 2 müxalif bir-birinə qarşı ancaq onların hərəsinin ğzü nəzərində dəlil olan bir şey ilə dəlil gətirməlidir. məsələn, deyək ki, bir xristian ilə bir müsəlman Hz. İsa a.s-ın statusu haqqında münazirə edirlər. bu münazirədə müsəlman Hz. İsa a.s-ın bir insan və peyğəmbər olduğunu, Allahın oğlu olmadığını isbat etmək üçün xristiana qarşı Quran ayələri ilə dəlil gətirsə xristian bu dəlili qəbul edəcəkmi? əlbəttə ki, ağıl sahibi birisi belə bir şey etməz. çünkü Quran xristianın inandığı və ya etimad etdiyi bir mənbə deyil. zatən əgər xristian Quranı qəbul etsəydi nə Hz. İsa a.s-ın Allahın oğlu olduğunu iddia etməzdi və nə də xristian olmazdı. buna görə də bir-biri ilə münazirə edən 2 müxalifin bir-birinə qarşı onların hər birisinin qəbul etdiyi şeylər ilə dəlil gətirmək lazımdır. sözlərimin daha yaxşı anlaşılması üçün və "nasibi nasibinin dilindən anlayar" deyə düşündüyüm üçün nasibilərin imamlarından ibni Hazmın bu barədə dediklərini verirəm:

لا معنى لاحتجاجنا عليهم برواياتنا ، فهم لا يصدّقونها ، ولا معنى لاحتجاجهم علينا برواياتهم فنحن لا نصدّقها ، وإنّما يجب أن يحتجّ الخصوم بعضهم على بعض بما يصدقّه الذي تقام عليه الحجّة به
Şiələrə qarşı öz hədislərimizdən dəlil gətirməyin mənası yoxdur. çünkü şiələr bu hədisləri qəbul etmirlər. Şiələrin də bizə qarşı öz hədislərini dəlil gətirməklərinin mənası yoxdur, çünkü bizə o hədisləri qəbul etmirik. bu səbəbə görə müxaliflərlə münazirə edərkən müxalifə müxalifin qəbul etdiyi və onun üçün hüccət sayılan kitablardan dəlil gəlil gətirilməlidir.

ibni Həzm, "əl-Fasl fi əl-Əhva...", 4/159


nasibilərdə olan ağıl qıtlığını nəzərə alaraq daha sadə bir misal verirəm, Şeyx I Məclisi r.a deyir:

رواه‌ المصنف‌ ‌في‌ الخصال‌ ‌في‌ القوي‌، ‌عن‌ ‌محمّد‌ ‌بن‌ عمارة، ‌عن‌ ‌أبي‌ ‌عبد‌ ‌الله‌ ‌صلي‌ ‌الله‌ ‌عليه‌ و آله‌ ‌قال‌: سمعته‌ يقول‌: ثلاثة كانوا يكذبون‌ ‌علي‌ رسول‌ ‌الله‌ ‌صلي‌ ‌الله‌ ‌عليه‌ و آله‌ و سلم‌ أبو هريرة، و أنس‌ ‌بن‌ مالك‌ و امرأة.
müsənnif (Şeyx Səduq r.a) "Xisal" kitabında qəvi sənəd ilə Muhəmməd b. Umarədən, o da Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan nəql etdi dedi: "bu 3 nəfər Rəsulullah s.a.a-ə yalan nisbət edirdi: Əbu Hureyra, Ənəs b. Malik və arvadı (Aişə)."

I Məclisi r.a, "Ravdatul muttaqin", 12/204


lakin, biz bunu (nasibilərə qarşı) bir dəlil olaraq zikr etmirik. çünkü yuxarıda da dediyimiz kimi müxalifə ancaq müxalifin nəzərində dəlil olan bir şey ilə dəlil gətirmək mümkündür. biz bunu ancaq axmaq nasibilərə "bu nəql etdiyimiz sənin nəzdində Əbu Hureyranın cərhinə səbəb olmadığı kimi sənin öz alimlərindən nəql etdiklərin də bizim nəzərimizdə bizim ravilərin cərhinə səbəb deyil" sözünü başa salmaq üçün nəql etdik.

ancaq, yuxarıda dediyimiz "müxalifə onun nəzərində dəlil olan şey ilə dəlil gətirmək" anlayışı ilə biz Əbu Hureyranın yalançı olduğunu isbat edirik: https://nasibiler.wordpress.com/2013/11/03/islam-dusmani-yalanci-ebu-hureyre-ed-devsi/

odur ki, əgər nasibi bizim hər hansı bir ravimizin durumunu bizə qarşı isbat etmək istəyirsə eyni ilə bizim Əbu Hureyranın yalançı olduğunu isbat etdiyimiz metod ilə hərəkət etməlidir.

4-cü bənddəki iddiasına cavab: burada nasibi İbrahim b. Haşim əl-Qumminin məchul olduğunu isbat etməyə çalışır. lakin məlum məsələdir ki, hələ bir tayfanın hədis kitablarının başqa bir tayfanın rical kitabları ilə təshih-təzyif edilə bilməyəcəyini bilməyən bu nasibin edəcəyi boşuna çırpınmaq olacaqdır. İbrahim b. Haşim əl-Qummi r.a-ın siqa (güvənilir) olmağına bir neçə dəlil var ki, onlar sırası ilə aşağıdakılardır:

a) çox hədis rəvayət edən olması: bəli, şiə rical qaydalarına əsasən ravinin çox hədis rəvayət edən lakin bununla birlikdə cərh edilməmiş birisi olması onun siqa (güvənilir) olması deməkdir. bunun da dəlili imamlar a.s-ın "şiələrimizin mənzilətini rəvayətlərinin miqdarına görə tanıyın" sözüdür. buna əsasən əgər ravi çox hədis rəvayət edəndirsə və cərh edilməyibsə deməli o siqa (güvənilir)-dir.

B)/>/> Kufə hədislərini Qumda nəql etməsi: İbrahim b. Haşim Kufəlilərin hədislərini Qumda nəql edən və yayan şəxs olmuşdur. və Qumlular da onun rəvayətlərini şəkk-şübhə olmadan qəbul etmişdirlər. bu isə onun siqa (güvənilir) olmağına dəlildir. nasibi Samir Firdovsioğlu kimi məsələnin mahiyyətindən xəbərsiz olanlar üçün bu gülməli görünə bilər lakin unutmayaq ki, Samir kimilər hələ bir tayfanın hədislərinin başqa tayfanın rical kitabları ilə təshih-təzyif edilməyəcəyindən xəbərsizdirlər. ona görə də belə gülünc halda olan birisinin anlamadığı bir şeyi gülünc adlandırmağı anormal deyildir. məsələnin həqiqəti isə budur ki, Qum hədisçiləri hədisin sənədinə diqqət yetirməkdə çox şiddətli olmuşdurlar. hətta onlar bu işi elə bir həddə çatdırmışdılar ki, özü güvənilir olmağına baxmayaraq zəif bir ravidən rəvayət edən hədisçiləri belə Qumdan kənarlaşdırırdılar. məsələn, Əhməd b. Muhəmməd əl-Bərqi siqa və fəzilətli bir şəxsdir. lakin bəzi zəif ravilərdən rəvayət etdiyi üçün Qum alimlərindən Əhməd b. Muhəmməd b. İsa əl-Əşəri onu Qumdan kənarlaşdırmışdı (bax: Seyyid Əbul Qasim əl-Xoi r.a, "Mucəm ricalil hədis", 3/53, 861-ci ravi). Qumlu hədisçilər sırf zəif şəxslərdən rəvayət etdiyi üçün güvənilir raviləri Qumdan kənarlaşdırdıqları halda necə ola bilər ki, siqa (güvənilir) olmayan bir ravinin hədislərini qəbul edələr?

bu cavabı aldıqdan sonra nasibi belə bir etiraz edir:


bu cür sizin bir ravini etibarlı ravi çıxarmağınız çox gülünc bir metoddur. Üstəlik göstərin görək bu İbrahimdən hədis rəvayət etmiş neçə qumlu şiə şeyxi var? Göstərin görək onlardan məhz hansıları belə şiddətli olublar və bu İbrahim bin Haşim’dən neçə rəvayət gətiriblər? Bizim bildiyimiz budur ki, İbrahim bin Haşim’dən gələn rəvayətlərin böyük əksəriyyəti oğlu vasitəsilədir. Diqqət edin görün seyyidi əl-Xoyi nə deyir. Belə ki, İbrahim bin Haşim haqqında danışdıqda deyir:

وقع ابراهيم بن هاشم ،في إسناد كثير من الروايات تبلغ ستة الآف وأربعمائة واربعة عشر موردا ، ولا يوجد في الرواة مثله في كثرة الرواية
İbrahim bin Haşim çox sayda rəvayətin isnadında keçir; bu 6414 sayına çatır və rəvayətlərin çoxluğuna görə ravilər arasında onun kimi birisi yoxdur.

“Mucəmu Ricəlil-Hədis”, 1/290


Necə də böyük bir sərvətdir! Belə bir kadrı necə əldən vermək olar? O zaman gəlin əl-Xoyi’nin oğlu Əli bin İbrahim haqqında danışarkən dediyi sözlərə baxaq:

فقد روى عن أبيه، : ورواياته عنه تبلغ ستة آلاف ومائتين وأربعة عشر مورداً
Atasından rəvayət etmişdir və ondan rəvayətlərin sayı 6214 rəvayətə çatır.


İndi özünüz özünüzə sual verin. Kişinin ümumi rəvayətlərinin sayı 6414-dür, oğlu da atasından 6214 xəbər rəvayət edir. Deməli bunun kufəlilərdən və qeyrilərindən etdiyi rəvayətin neçə faizi oğlunun payına düşür? Hesablama bunun 97 % olduğunu göstərir. Geridə qalan üç faizi hansı qumlular rəvayət edir? əl-Xoyi’nin saydıqları arasında yeddi nəfər qumlu var və bir nəfər kufəli var. Gəlin sözü uzatmadan bizim yerimizə şiə araşdırmacı Muhəmməd Yəhyə’nin cavabı ilə buna cavab verək. Bu şiə araşdırmacı öz səhifəsində İbrahim bin Haşimin bu yolla təvsiqi ilə razılaşmayaraq deyir:

هذا الدليل غير تام، اذ ما يشار اليه عادة من تحفظ القميين هو تحفظهم من المغالين في الائمة او المعروفين بالكذب ووضع الحديث، وان التضعيف لديهم عادة ما يأتي بهذا الطريق، كالذي يظهر مما ينقله ابن الغضائري في رجاله... حيث ذكر الكثير من الرجال الذين غمز القميون عليهم بالغلو والارتفاع وفساد المذهب، مثل أحمد بن الحسين بن سعيد وأحمد بن محمد بن سيار وأمية بن علي القيسي والحسن بن علي بن أبي عثمان والحسين بن شادويه القمي وسهل بن زياد الرازي والقاسم بن الحسن بن علي بن يقطين ومحمد بن أحمد الجاموراني ومحمد بن علي بن إبراهيم الملقب بأبي سمينة ويوسف بن السخت ومحمد بن أورمة القمي وغيرهم. فمثلاً جاء حول ابن أورمة القمي ان القميين غمزوا عليه ورموه بالغلو حتى دس عليه من يفتك به، فوجدوه يصلي من اول الليل الى اخره فتوقفوا عنه. كما جاء عن ابي سمينة انه كان من الغلاة الكذابين، وبعد أن اشتهر بالكذب في الكوفة انتقل إلى قم، ونزل على أحمد بن محمد بن عيسى، ثم اشتهر بالغلو فأخرجه أحمد من قم.
في حين ان من الرواة من سكن قم وروى عنه القميون رغم ما قيل فيه انه ضعيف جداً لا يلتفت إليه، وفي مذهبه غلو مثل عبد الرحمن بن أبي حماد. بل ان القدماء كما قيل لا يتحاشون عن الرواية عن الضعفاء والمجاهيل فيما لا يتعلق بالحرام والحلال، وان منهم من كان موضع اعتماد القميين وروايتهم عنه”
Bu dəlil tam deyildir, çünki qummilərin (rəvayətdə) ehtiyatlı davranmaqlarına işarə edilməsinə gəldikdə bu, onların imamlar haqqında aşırı etiqada sahib olanlar və yalan danışmaq, hədis uydurmaqla tanınanlar barəsindəki ehtiyatları idi və onlarda ravini zəif saymaq bu yolla olurdu, necə ki, bu, İbnul-Ğadair’in ricəl kitabında nəql etdiklərindən aydın görünür... belə ki, qummilərin tənqid etdikləri çox ravinin məzhəblərinin fasid olduğunu və aşırı olduqlarını zikr etmişdir, misal üçün Əhməd bin əl-Hüseyn bin Said, Əhməd bin Muhəmməd bin Səyyər, Umeyyə bin Əli əl-Qisi, əl-Həsən bin Əli bin Əbi Osman, əl-Hüseyn bin Şədiveyh əl-Qummi, Səhl bin Ziyad ər-Razi, əl-Qasim bin əl-Həsən bin Əli bin Yəqtin, Muhəmməd bin Əhməd əl-Cəmurani, Əbu Səminə ləqəbli Muhəmməd bin Əli bin İbrahim, Yusuf bin əs-Səxət, Muhəmməd bin Əvramə əl-Qummi və başqaları. Misal üçün İbn Arvamə əl-Qummi haqqında gəlir ki, qummilər onu tənqid ediblər və onu aşırı olmaqda ittiham ediblər, hətta onu öldürmək üçün yanına gizlincə adam salırlar, görürlər ki, adam gecənin əvvəlindən axırına qədər namaz qılır və əl çəkirlər. Eləcədə Əbu Səminə’dən gəldiyinə əsasən o, aşırı yalançılaran olub, Kufədə yalanına görə məşhurlaşdıqdan sonra Qum şəhərinə köçür və (qumluların baş şeyxi) Əhməd bin Muhəmməd bin İsa’nın yanında yerləşir, sonra aşırı olması ilə məşhurlaşır və Əhməd bin Qum şəhərindən çıxarır. Eyni zamanda da ravilər arasında Qumda məskən salmış və çox zəif olduğu, əhəmiyyət verilməməsi gərəkdiyi, məzhəbində aşırılıq olduğu söylənməsinə baxmayaraq qummilərin ondan rəvayət etdiyi ravilər də olmuşdur. Misal üçün Abdurrahmən bin Əbi Həmməd. Üstəlik deyilmişdir ki, mütəqaddimlər haram və halal ilə bağlı olmayan məsələlərdə zəif və məchul ravilərdən rəvayət etməkdən çəkinməyiblər və onların arasından qummilərin etimad etdikləri və rəvayət etdikləri ravilər də vardır...


biz isə bu etiraza cavab olaraq deyirik ki, bəli, qumlular əqidə məsələsində çox şiddətli olmuş və buna görə bəzi raviləri asanlıqla əqidələri yönündən cərh etmişdirlər. hətta bu səbəbə görə bəzən elə olur ki, qumluların bir ravini əqidə yönündən cərh etməyi bizim tərəfimizdən qəbul edilmir. lakin qumlular eyni şiddəti sadəcə əqidə məsələsində deyil həmçinin hədis nəqli sahəsində də sərgiləmişdirlər. və sırf belə şiddətli davrandıqları üçün hətta özü siqa (güvənilir) olan Əhməd b. Muhəmməd əl-Bərqi r.a-ı sırf bəzi zəif ravilərdən rəvayət edir deyə Qum şəhərindən çıxarmışdırlar (bax: Seyyid Əbul Qasim əl-Xoi r.a, "Mucəm ricalil hədis", 3/53, 861-ci ravi).

burada qumluların zəif və yalançı ravilərdən rəvayət etməkdə bəis görmədiklərini isbat üçün nasibi 2 ravini örnək vermişdir: Əbdürrəhman b. Əbu Həmmad və Əbu Səminə Muhəmməd b. Əli. çünkü rical kitablarında deyildiyi kimi Əbu Səminə Kufədə yalançılıqda məşhur idi və sonradan Quma köçdü. və qumluların şeyxi Əhməd b. Muhəmməd b. İsa onu qumdan ancaq quluv izhar etdikdən sonra çıxardı. əgər yalançılığında bir bəis görsəydi daha öncədən Qumdan çıxarardı.

bu etirazın cavabı budur ki, Əbu Səminə Kufədə yalançılıqda məşhur idi və qumluların onun halından xəbərsiz olmaqları muhal deyildir. və elə buna görə də Əbu Səminə ilk başda deyil öz durumunu zahir edəndən sonra Qumdan çıxarılmışdır. bu isə qumluların onun halından xəbərsiz olmaqlarına dəlildir. çünkü əgər qumlular onun halından ilk başda xəbərdar olsaydılar zatən onu Quma buraxmazdılar. deyək ki, qumlular -haşa- yalançıdan rəvayət etməkdə bəis görmürdülər bəs bir qulatı niyə şəhərə buraxırdılar?

Əbdürrəhman b. Əbi Həmmad haqqında deyiləcək söz isə budur ki, qumluların ondan rəvayət etməyi sabit deyildir və heç bir hədis kitabında da qumlu bir şeyxin ondan nəql etməyi məlum deyildir. qumluların ondan nəql etdiyi iddiası ibni Ğadairi r.a-a nisbət edilən rical kitabında keçir. lakin kitabın özünün ibni Ğadairi r.a-a nisbəti sabit deyildir.

indi isə İbrahim b. Haşim r.a-dan rəvayət edən qumlu şeyxlərin adlarını verirəm:



وروى عنه أحمد بن إدريس، وسعد بن عبد الله، وعبد الله بن جعفر الحميري، وعلي ابنه (ورواياته عنه تبلغ 6214 موردا). وروى عنه علي بن الحسن بن فضال، ومحمد بن أحمد بن يحيى بن عمران الأشعري، ومحمد بن الحسن الصفار، ومحمد بن علي بن محبوب، ومحمد بن يحيى العطار
ondan Əhməd b. İdris, Sad b. Abdullah, Abdullah b. cəfər əl-Himyəri, öz oğlu Əli, Əli b. Həsən b. Faddal, Muhəmməd b. Əhməd b. Yəhya əl-Əşəri, Muhəmməd b. Həsən əs-Saffar, Muhəmməd b. Əli b. məhbub və Muhəmməd b. Yəhya əl-Attar rəvayət etmişdirlər.

Seyyid Əbul Qasim əl-Xoi, "Mucəm ricalil hədis", 1/289, 332-ci ravi


indi isə İbrahim b. Haşim r.a-dan rəvayət edən bu şəxslər haqqında məlumat verirəm ki, Samir nasibioğlunun "Üstəlik göstərin görək bu İbrahimdən hədis rəvayət etmiş neçə qumlu şiə şeyxi var? Göstərin görək onlardan məhz hansıları belə şiddətli olublar?" sualı da cavabını tapmış olsun. ilk şəxs Muhəmməd b. Yəhya əl-Attar r.a-dır, Seyyid onun haqqında deyir:



محمد بن يحيى أبو جعفر العطّار: = محمد بن يحيى العطّار
Muhəmməd b. Yəhya Əbu Cəfər əl-Attar = Muhəmməd b. Yəhya əl-Attar

قال النجاشى: محمد ببن يحيى أبو جعفر العطّار القمّى، شيخ أصحبنا في زمانه، ثقة، عين، كثير الحديث
Nəcaşi dedi: "Muhəmməd b. Yəhya Əbu cəfər əl-Attar əl-Qummi, öz dövründə əshabımızın şeyxi, siqa (güvənilir), seçkin, çox hədis sahibi.

وقال الشيخ فيمن لم يرو عنهم عليهم السلام (24): محمد بن يحيى العطّار، روى عنه الكلينى، قمّى، كثير الرواية
Şeyx (Tus r.a) rical kitabının imamlar a.s-dan rəvayətləri olmayan ravilər fəslində qeyd edərək deyir: "Muhəmməd b. Yəhya əl-Attar, Kuleyni ondan rəvayət etmişdir. Qumludur, çox hədis sahibidir."

Seyyid Əbul Qasim əl-Xoi, "Mucəm ricalil hədis", 19/33, 12010-cu ravi


İbrahim b. Haşim r.a-dan rəvayət edən bir başqa qumlu şeyx Muhəmməd b. Əli b. Məhbubdur, Seyyid onun tərcüməsində deyir:

محمد بن علي بن محبوب
Muhəmməd b. Əli b. Məhbub

قال النجاشى: محمد بن علي بن محبوب الاشعري القمّى، أبو جعفر، شيخ القمّيين في زمانه، ثقة، عين، فقيه، صحيح المذهب
Nəcaşi dedi: "Muhəmməd b. Əli b. Məhbub əl-Əşəri əl-Qummi, Əbu Cəfər. öz zamanında qumluların şeyxi, siqa (güvənilir), seçkin, fəqih, məzhəbi doğrudur."

وقال الشيخ (624): محمد بن علي بن محبوب الاشعري القمّى
və Şeyx (Tusi r.a) dedi: "Muhəmməd b. Əli b. Məhbub əl-Əşəri əl-Qummi

Seyyid Əbul Qasim əl-Xoi, "Mucəm ricalil hədis", 18/9, 11359-cu ravi


növbəti qumlu hədisçi Muhəmməd b. Həsən əs-Səffar r.a-dır, Seyyid onun haqqında deyir:



محمد بن الحسن بن فروخ: = محمد بن الحسن الصفّار
Muhəmməd b. Həsən b. Fərrux = Muhəmməd b. Həsən əs-Saffar

قال النجاشي: محمد بن الحسن بن فروخ الصفّار: مولى عيسى بن طلحة ابن عبيد اللّه بن السائب بن مالك بن عامر الاشعرى، أبو جعفر الاعرج، كان وجهاً في أصحابنا القمّيين، ثقة، عظيم القدر، راجحاً، قليل السقط في الرواية
Nəcaşi dedi: "muhəmməd b. Həsən b. Fərrux əs-Saffar: İsa b. Talhanın məvalisi, Əbu Cəfər əl-Ərrac. qumlu əshabımızın içərisində üz ağıdır, siqa (güvənilir), dəyəri uca bir şəxsdir."

وقال الشيخ (622): محمد بن الحسن الصفّار: قمّى
və şeyx (Tusi) dedi: "Muhəmməd b. Həsən əs-Saffar, qumludur."

Seyyid Əbul Qasim əl-Xoi, "Mucəm ricalil hədis", 16/263-264, 10532-ci ravi


sözü uzatmamaq üçün İbrahim b. Haşim r.a-dan rəvayət bu qumlu alimlər haqqında məlumat vermək ilə kifayətlənirəm. haqqında məlumat verdiyim bu qumlu hədisçilərin tərcüməsindən də gördüyünüz kimi onların hamısı öz dövrlərində Qumun ən böyük hədisçiləri olmuşdurlar. qumluların hədis nəqlində şiddətli olmasına əlavə olaraq bir də düşün ki, İbrahim b. Haşim r.a-dan eyni dövrdə yaşamış 7 böyük Qumlu hədisçi nəql edib. bu isə ağıl sahibləri üçün kifayətdir.

c) "Nəvadir əl-Hikmə" kitabının ravilərindən olmağı: İbrahim b. Haşim əl-Qummi r.a "Nəvadir əl-Hikmə" kitabının ravilərindəndir. "Nəvadir əl-Hikmə" kitabı Muhəmməd b. Əhməd b. Yəhyanın yazdığı hədis kitabıdır. kitabında bir çox ravi vasitəsi ilə hədislər nəql etmişdir. lakin kitabında zəif ravilərdən də rəvayət etdiyi üçün Şeyx Səduq r.a-ın ustadı və öz dövründə Qumlu hədisçilərin ustadı olan ibni Vəlid r.a bu kitab üzərində təshih-təzyif işi aparmışdır. ibni Vəlid bu işi edərkən zəif gördüyü raviləri açıqlamışdır. İbrahim b. Haşim də bu kitabın ravilərindədir lakin ibni Vəlid onu təzyif etməmişdir. yəni ibni Vəlid nəzərində İbrahim b. Haşim siqa (güvənilir)-dir (bax: Şeyx Müslüm əd-Darəvi, "Aslu ilmur Rical", səhifə 135).

İbrahim b. Haşim əl-Qummi r.a-ın siqa (güvənilir) olması haqqında başqa dəlillər də vardır. məsələn elə ibni Tavusun sözü və həmçinin "Təfsir əl-Qummi"nin ravilərindən olması kimi. lakin sözü uzatmamaq üçün bu qədərini yetərli görürəm.

5-ci bənddəki iddiasına cavab: burada nasibi iddia edir ki, Muhəmməd b. Əbu Umeyr adlı ravi məchuldur. bu söz isə yuxarıdaki sözündən daha gülünc bir sözdür. Muhəmməd b. Əbu Umeyr r.a İslam alimlərinin ən böyüklərindən, güvənilirliyində şəkk olmayan, əshabul icmanın böyüklərindəndir. Seyyid Xoi onun tərcüməsində deyir:



محمد بن أبي عمير زياد
Muhəmməd b. Əbu Umeyr Ziyad

قال النجاشي: محمد بن أبي عمير زياد بن عيسى، أبو أحمد الازدى، من موالي المهلّب بن أبي صفرة، وقيل مولى بني أمية، والاوّل أصحّ، بغدادي الاصل والمقام، لقي أبا الحسن موسى عليه السلام، وسمع منه أحاديث، كنّاه في بعضها فقال: ياأبا أحمد، وروى عن الرضا عليه السلام. جليل القدر، عظيم المنزلة فينا وعند المخالفي
Nəcaşi dedi: "Muhəmməd b. Əbu Umeyr Ziyad b. İsa, Əbu Əhməd əl-Əzdi, Məhləb b. Əbi Səfrənin məvalisi, bə
ni Uməyyənin məvalisi olduğu da deyilmişdir. bunlardan əvvəlincisi doğrudur. əslən Bağdadlıdır. Əbul Həsən əl-Musa (imam Musa əl-Kazim a.s)-ı görmüş və ondan çoxlu hədis eşitmişdir. ər-Rıza (imam Əli ər-Rıza a.s)-dan da rəvayət etmişdir. həm bizim və həm də muxaliflərimizin nəzərində qədri uca, böyük mənzilə sahib birisidir."

وقال الشيخ (618): (محمد بن أبي عمير، يكنّى با أحمد، من موالي الازد، واسم أبي عمير زياد، وكان من أوثق الناس عند الخاصّة والعامّة، وأنسكهم نسكاً، وأورعهم وأعبدهم
və Şeyx (Tusi) dedi: "Muhəmməd b. Əbu Umeyr, künyəsi Əbu Əhməddir, Əzad qəbiləsinin məvalisidir. və Əbu Umeyrin adı Ziyaddır. o xassə (şiə) və ammə (sünnülər) nəzərində insanların ən güvəniliridir...."

وعدّه في رجاله من أصحاب الرضا عليه السلام (26)، قائلاً: (محمد بن أبي عمير، يكنّى أبا أحمد، واسم أبي عمير: زياد، مولى الازد، ثقة
və (Şeyx Tusi) "Rical" kitabında, ər-Rıza a.s-ın əshabı içərisində qeyd edərək dedi: "Muhəmməd b. Əbu Umeyr, künyəsi Əbu Əhməddir və Əbu Umeyrin adı Ziyaddır. Əzd qəbiləsinin məvalisidir, siqa (güvənilir)-dir."

وقال الكشّي (483): محمد بن أبي عمير الازدى.
(قال أبو عمرو: قال محمد بن مسعود: حدّثني علي بن الحسن، قال: ابن أبي عمير أفقه من يونس، وأصلح، وأفضل
və Kəşşi dedi: "Muhəmməd b. Əbu Umeyr əl-Əzdi. Əbu Amr dedi: Muhəmməd b. Məsud dedi: mənə Əli b. Həsən danışdı, dedi: ibni Əbu Umeyr Yunusdan daha fəqih, daha saleh və fəzilətli idi."

Seyyid Əbul Qasim əl-Xoi, "Mucəm ricalil hədis", 15/291-293, 10043-cü ravi


Kəşşi r.a isə öz rical kitabında deyir:



أجمع أصحابنا : على تصحيح ما يصح عن هؤلاء و تصديقهم، و أقروا لهم بالفقه و العلم و هم ستة نفر آخر دون الستة نفر الذين ذكرناهم في أصحاب أبي عبد الله (عليه السلام) ، منهم يونس بن عبد الرحمن، و صفوان بن يحيى بياع السابري، و محمد بن أبي عمير، و عبد الله بن المغيرة، و الحسن بن محبوب، و أحمد بن محمد بن أبي نصر، و قال بعضهم مكان الحسن بن محبوب الحسن بن علي بن فضال و فضالة بن أيوب، و قال بعضهم مكان ابن فضال عثمان بن عيسى، و أفقه هؤلاء يونس بن عبد الرحمن و صفوان بن يحيى
Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-ın səhabələrindən zikr etdiyimiz 6 adamdan başqa, səhabələrimiz bu 6 adamdan da səhih olaraq rəvayət edilənlərin səhih olduğunu və onlardan gələn (xəbər)ləri təsdiq etməkdə, onların fiqhi bildiklərinə və alim olduqlarına icma etmişdir: Yunus b. Əbdürrəhman, Savfan b. Yəhya, Məhəmməd b. Əbu Umeyr, Abdullah b. Muğirə, Həsən b. Məhbub, Əhməd b. Məhəmməd b. Əbu Nəsr.

Kəşşi r.a, "Rical", 6/556, №1050


bu nasibinin sənəd yönündən cavabı və cavabının rəddi idi. indi isə növbədə nasibinin mətn yönündən cavabı var, nasibi deyir:


Üstəlik rəvayətin mətnində biz dediyimizin sübutu yox idi. Biz on iki imamın kim olmasını təsdiqləyən sübut tələb etdik. Bu rəvayətdə onların adları keçmir, halbuki Hüseynin zürriyyəti çox olub. Həmçinin burada keçmir ki, onlar itaət olunması vacib olan imamlardır, sadəcə onların Quran üzərində olacaqları qeyd olunur, yəni hidayət rəhbərləri olacaqlar.

imamət inancı tam olaraq budur ki, imamət məqamı eyni ilə nübüvvət və risalət kimi Allah tərəfindən təyin olunan məqamdır. bundan başqa, imam məsumdur, vəhy (ilham) alır, elmi oxumaqla əldə edilən elm deyildir və s. yəni burada məsələnin 2 tərəfi var:

1. imamət məqamı
2. imamın kimliyi

sizin dediyiniz imamın msum olmağı, itaətinin vacib olmağı kimi şeylər məsələnin birinci tərəfidir. imamların kimliyi isə ikinci tərəfi. yəni məsələn əgər biz Hz. Əli a.s-ın imam olduğunu isbat ediriksə daha onun məsum olmağı haqqında dəlilə ehtiyyac yoxdur. çünkü zatən məsələnin birinci tərəfində biz isbat etmişik ki, imam məsumdur. başa salmaq üçün yenə misal verirəm: deyək ki, Quran və ya hədislərdə hər hansı bir şəxsin adı çəkilir və onun peyğəmbər olduğu deyilir. lakin vəhy aldığı, elminin xoumaqla əldə edilən elm olmadığı və s. kimi xüsuslar haqqında nə hədis və nə də ayə yoxdur. elə isə deməli sizin məntiqinizə əsasən həmən peyğəmbərin vəhy aldığını, itaətinin vacib olduğunu və s. demək mümkün deyil!

imamlar a.s-ın kimliyi məsələsinə gəlincə, bəli bu hədisdə imamlardan sadəcə üçünün adı bildirilmişdir. lakin bu demək deyil ki, digər imamların adının qeyd edildiyi hədislər yoxdur. belə hədislər var və tələb edənlərə təqdim edilmişdir: https://www.facebook.com/elmeddin.imamkulu/posts/210093169141230

Сообщение отредактировал Elmeddin: 17 Июль 2015 - 19:50





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru