Перейти к содержимому


Фотография

Qurani-Kərimin Izah Olunmasında Hədislərə Ehtiyac Varmı?


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 qulam

qulam

    Mulazzim – lieutenant

  • Murid
  • 473 сообщений

Отправлено 05 Август 2015 - 00:01

Bəziləri iddia edir ki, Allah tərəfindən müsəlman ümmətinə Muhəmməd Peyğəmbərin (s) peyğəmbər olaraq göndərilməsinin əsas hədəfi – yalnız Qurani-Kərimi biz ümmətə çatdırmaqdan ibarət olubdur. Yəni iddia edirlər ki, Əziz Peyğəmbər (s) yalnızca Qurani-Kərimi biz ümmətə sanki üzündən oxumaq üçün göndərilibdir. Bu cür iddia edənlərin belə iddia etmələrinin əsas məqsədi bundan ibarətdir ki, Peyğəmbərin (s) sünnəsini və hədislərini inkar etsinlər. Bu cür iddia etməklə demək istəyirlər ki, hər bir şey açıqlaması ilə Qurani-Kərimdə yazılıb və Peyğəmbərin (s) də yalnızca vəzifəsi Qurani-Kərimi biz müsəlman ümmətinə həm çatdırıb, həm də ki, izah etməsi deyil, yalnızca çatdırmasından ibarətdir. Buna görə Həzrət Peyğəmbərin (s) Qurani-Kərimə izah verməsinə ehtiyac yoxdur.
Təəssüflər olsun ki, bu gün bəzi insanlar da onların bu cür iddialarına aldanıb, yalnız Qurani-Kərimi üzündən oxuyur və Peyğəmbərin (s) sünnəsini və hədislər üzərində Qurani-Kərimə verdiyi gözəl açıqlamalarını tərk edirlər. Halbuki, müqəddəs Qurani-Kərimin bəzi ayələri digər ayələri izah etsə də belə, bir çox ayələrdə köməkçi vasitəyə kəskin ehtiyac yaranır ki, bu ayələri bizə açıqlayıb izah etsin. Məsələn ayədə deyilir: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə namazınızdan azaltmağınızda sizə günah yoxdur" (“Nisa” 101). Bu müqəddəs mənbəyə əsasən, namazı necə qılmalıyıq? Neçə rükət qılaq və onu necə azaldaq? Bunları və digər məsələləri başa salan o köməkçi vasitə - Allahın Peyğəmbəridir (s) ki, Allahın izni ilə Qurani-Kərimi ən gözəl şəkildə ümmətə açıqlayır.
Həzrət Peyğəmbərin (s) Qurani-Kərimi izah etməklə bağlı müqəddəs missiyasını sübut etmək üçün gəlin mübarək ayələrə nəzər salaq. Ən gözəl açıqlamanı (təfsiri) Allah Təala Öz Peyğəmbərinə (s) öyrətmişdir. "Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk" (“Furqan” 33). Deməli, şərif ayəyə əsasən, ən gözəl açıqlamanı (təfsiri) Peyğəmbər (s) Allahın izni ilə bilir. Və Peyğəmbərin (s) digər vəzifəsi də bundan ibarətdir ki, Qurani-Kərimin ən gözəl açıqlamasını (təfsirini) bizə çatdırsın. Bunun sübutu isə bu mübarək ayələrdir: "(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər" (“Nəhl” 44). Digər ayə: "Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (şəriət hökmlərini və əqli maarifi), sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Peyğəmbər göndərdik". (“Bəqərə” 151).
Göstərilmiş ayələrə əsasən Həzrət Peyğəmbərin (s) vəzifəsi Qurani-Kərimi bizlərə yalnızca çatdırmaqdan ibarət deyil. Əziz Peyğəmbərin (s) həmiçinin digər vəzifəsi də Qurani-Kərimi bizə öyrədib izah etmək və bilmədiyimiz digər şeyləridə çatdırmaqdan ibarətdir. Bu izahlara misal olaraq, namazın qılınma qaydasını, neçə rükət qılınmalı olduğunu, onu necə qısaltmağın düzgünlüyünü göstərmək olar ki, bu kimi izahlar Əziz Peyğəmbərin (s) hədislərindən əxz edilir.Şübhəhiz ki, qeyd etdiyimiz ayələr hədislərin olmasının zəruriliyini sübut edir. Ayə nazil olur və Peyğəmbər (s) də ayəni camaata oxuyur və oxunan ayələr də təbii ki, Qurani-Kərimdə yazılıb. Bəs Peyğəmbərin (s) camaata oxuduğu ayələrin açıqlamasını, təfsirini müsəlmanlar haradan götürsün? Qurani-Kərimdə ki, bunlar məhduddur. Təbii ki, Həzrət Peyğəmbərin (s) (və ondan sonra gələn Məsum İmamların (ə)) bu ayələri açıqlamasına ehtiyac yaranır və bu açıqlamalar da hədislərdə öz əksini tapır.
Bundan əlavə, bəs bu günün insanı bu izahları haradan tapsın? Qurani-Kərimdə buyurulub ki: "Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, Allaha və Onun peyğəmbərinə müraciət edin" (“Nisa” 59). Şərif ayə bu günə də şamildir. Bu günün insanı Peyğəmbərə (s) neçə müraciət etməlidir? Təbii ki, hədisləri tədqiq etməklə.
Bütün bu ayələr sübut edir ki, Həzrət Peyğəmbərin hədisləri olmalıdır ki, bu günün insanı o hədislərə müraciət etməklə Peyğəmbərə (s) müraciət etmiş olsun və Qurani-Kərimin düzgün izahını məhz Peyğəmbərə (s) müraciət etməklə düzgün başa düşsün. Buna görə də biz ümmətin əziz Peyğəmbərimizin (s) hədislərinə çox ehtiyacımız var ki, bununla həm Qurani-Kərimi düzgün öyrənək və həmçinin də bilmədiyimiz digər şəriət müddəalarını da dəqiq icra edə bilək.



#2 qulam

qulam

    Mulazzim – lieutenant

  • Murid
  • 473 сообщений

Отправлено 10 Декабрь 2016 - 16:46

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. Əhzab 21.Həmçinin də bu ayə özü dəlildir ki,hədislərin olmasına.O vaxtın insanları Peyğəmbəri (s) görüblər və Onun göstərdiyi gözəl nümunəli əməllərindən bəhrələniblər.Bəs bu dövrün insaları Peyğəmbərin gözəl nümunəli əməllərini harada görməlidir?! Peyğəmbərin (s) gözəl nümunəli ibadətlərini,dualarını,xütbələrini və s harada görməliyəm?! Sağlam ağıl deyir ki,hədislər olmalıdır ki,mən orada Peyğəmbərin (s) gözəl nümunəli əməllərini görüb ibrət götürməliyəm.Ona görə hədislərin olmasına ehtiyac yoxdur deyənlərin iddiaları səhvdir.

Сообщение отредактировал qulam: 10 Декабрь 2016 - 16:50





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru