Перейти к содержимому


Фотография

İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 7

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 09 сентября 2015 - 00:36


İlahi imamları (rəhbərləri) insanlar deyil, Allah özü insanlar üçün seçir. Bunun dəlili Qurani-Kərimdə olan bu ayələrdir: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?" Dedi: "Mənim əhd-peymanım (İmamət) zalımlara nəsib olmaz"”. (“Bəqərə” 124)
İbrahim peyğəmbərin (ə) istəyinə əsasən Allah Təala Qurani-Kərimdə buyurur: "Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona (İbrahimə) əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən imamlar (rəhbərlər) etdik". (“Ənbiya” 72-73)
Deməli, bu mübarək ayələrə əsasən, insanlar üçün İlahi imamları Allah özü seçir və bu qanun da dəyişilməzdir. Çünki, Allah Qurani-Kərimdə buyurub: "Sən Allahın qanunlarında əsla bir dəyişiklik tapmazsan". (Əhzab 62) Bütün İslam ümmətinə sabit olmuşdur ki, Peyğəmbər (s) buyurub ki: "Mənin on iki xəlifəm olacaq". Yəni onlar Rəsuli-Əkrəmin (peyğəmbərlikdən başqa) ümmətinin içində bütün vəzifələrini icra edən şəxslər olacaqlar.
Qeyd olunan mübarək ayələrə əsasən də, Allahın qanunlarına istinadən Peyğəmbərin (ə) haqq olan on iki xəlifəsini Allah Özü seçməlidir, nəinki, insanlar. Diqqət etmək lazımdır ki, Peyğəmbərimiz (s) risalətlə bərabər, həm də insanlara İlahi imam təyin olunmuşdur. Əqli və nəqli dəlillərdən bəlli olur ki, Rəsuli-Əkrəmin (s) ümmətə rəhbərliklə bağlı vəzifələrini ondan sonra həyata keçirdən on iki xəlifəsi də İlahi imamlardırlar. Onlar – İslam ümmətini idarə edən, Allah tərəfindən rəsmi təyin olunmuş İlahi imamlardırlar. Bunun dəlili olaraq, o cümlədən, bu mübarək ayə çıxış edir: "Mən, yalnız mənə vəhy edilənə tabeyəm". (“Əhqaf” 9). Deməli, Peyğəmbərin (s) on iki xəlifəsinin olacağının bildirilməsi – Allahın Peyğəmbərə (s) olan vəhyidir və bu, Allahın seçimidir. Qeyd olundu ki, Peyğəmbər (s) yalnızca ona olunan vəhyə tabe olur və özündən heç nə danışmır. Bu müddəa, “Nəcm” surəsinin 3-4-cü ayələrində bir daha təsdiqini tapır: “O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhydir”.
Bəs mümkündürmü ki, Allahın Peyğəmbərdən (s) sonra yer üzünə təyin etdiyi İmamların (ə) yalnızca saylarının on iki şəxs olacaqları bildirilə, amma onların adları Rəsuli-Əkrəmə (s) bildirilməyə?! Təbii ki, əql bunu qəbul etməz. Yaxud da, Peyğəmbərimiz (s) bu adları bilə, amma ümmətə bildirməyə ki, yekunda insanlar rəhbər axtarışında məəttəl qalsınlar?! Hərə bir rəhbər tapsın özünə və həlak olsun?! Əsla belə bir şeyi heç kəs iddia edə biməz! İddia edən bunu yalnız qərəz üzündən edə bilər.
Axı ayələrdə qeyd olunan İlahi qanunlara əsasən, İmamları (ə) Allah Özü seçir və deməli, onların adlarının da bildirilməsi təbii və məntiqlidir. Mümkün ola bilərmi ki, bu cür məsuliyyətli bir vəzifəni (on iki İmamın kim olmasını) Allah və Onun Rəsulu (s) insanların ixtiyarına buraxsın ki, gedin özünüz axtarın, tapın, seçin və təyin edin o şəxsləri? Buinu kimsə qəbul edə bilər? Yemək-içməyin bəyənilən qaydasından tutmuş, hansı böyür üstə yatmağın daha düzgün olmasınadək hər şeyi ümmətə çatdıran Rəsulallah (ə), ümmətin kimin ardınca getməli olmasını xaotik və sistemsiz bir seçimin ümidinə qoya bilərdimi?! Əsla belə məsələ ola bilməz və qeyd etdiyimiz kimi, belə iddialar yalnız İslamı gözdən salmaq istəyənlərin məntiqinə uyğun ola bilər.
Mötəbər sənədli hədislərimizdə o mübarək olan on iki xəlifənin (on iki İmamların) kimlər olmasının adları da dəqiqliklə açıqlanmışdır. Bu sənədlərin mötəbərliyi, Qurani-Kərimin məntiqi ilə tamamilə dəstəklənir. Belə ki, mübarək ayələrdən əxz olunur ki, İlahi İmamı Allah seçməli və onun kim olmasını Peyğəmbərinin (s) vasitəsi ilə bildirməlidir. Bu qaydanı Qurani-Kərim və əql təsdiqləyir. Elə Qədir-Xum hadisəsi də - İmam Əlinin (ə) Peyğəmbərdən (s) sonra xəlifə seçilməsinin elanı – bunun ən bariz nümunəsidir. Mötəbər sənədlərlə təsdiq edilir ki, Peyğəmbərimiz (s) bir çox başqa yerlərdə də İmam Əlinin (s) imamətindən danışmışdır.
Allah Təala ümməti Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm qərar versin!

Сообщение отредактировал qulam: 09 сентября 2015 - 00:42


#2 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 09 сентября 2015 - 01:23

Əlavə olaraq qeyd edim ki,on iki xəlifə hədisinə inanan bəzi müsəlman şəxlər etiqad edir ki,on ikinci xəlifəni Allah özü təyin edibdir.Hamının bildiyi kimi İmam Mehdini (ə.f) Çox gözəl.Yaxşı bu necə ola bilər ki,Allah axırdan başlayıb və on ikinci xəlifədən əvvəldə ki xəlifələri ümmətə bildərməyib? Müxaliflər söz də özlərini yandırırlar.Sizə görə Allah on ikinci xəlifəni İmam Mehdini (ə.f) özü təyin edibsə,bu deməkdir ki,bu (Xəlifələri seçib və təyin etmə) Allahın qanunudur və digər on bir xəlifənidə özü təyin edib adlarını bildirməlidir.Çünki"Sən Allahın qanunlarında əsla bir dəyişiklik tapmazsan". (Əhzab 62)

#3 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 13 сентября 2015 - 23:13

Belə çıxır ki, Allah nəuzubilləh əvvəl bu məsələyə münasibət bildirməmiş, təkcə qiyamətin axırına bir qədər qalmış vaxt üçün Mehdini (ə.f) seçmişdir.

Çox gözəl və incə mətləbə toxunmusan qardaşım. Allah səndən razı olsun.  Ümumiyyətlə, imam, rəhbər ya rəiyyətdən aşağı səviyyədə olur, ya rəiyyətlə eyni səviyyədə olur, ya da rəiyyətdən üstün olur. Birinci hal  insan fitrətinə ziddir. İkinci hal insan nəfsinə "gəl-gəl" deməkdir. Geriyə bir tək üçüncü hal qalır.


"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#4 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 14 сентября 2015 - 17:01

Allah sizdən də razı olsun NUN qardaş.Biz sizi burda görəndə çox sevinirik qardaş.

Сообщение отредактировал qulam: 14 сентября 2015 - 17:02


#5 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 14 сентября 2015 - 18:59

Mənim əziz qulam qardaşım. Allah razı olsun sizdən. Allah şahiddir ki, mən də sizi burda görəndə ürəyim sevinir.

 

Əziz qardaşım, foruma nəzər salarkən gördüm ki, müzakirələrin birində təəssüf ki, sizin haqqınızda tələsik qərar verib bir vəhhabi ilə səhv salmışam. Tələskənlik edib xətaya düşmüşəm. Üzr istəyirəm sizdən. Mümkündürsə haqqınızı halal edin qardaşım. Allah razı olsun.


  • Arif это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#6 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 15 сентября 2015 - 12:59

Bəli yadımdadır qardaş. Olan şeydir. Narahat olma qardaşım Çoxdan halal etmişdim və bir daha halal edirəm mənim gözəl qardaşım

#7 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 сентября 2015 - 19:24

Allah razı olsun qulam qardaşım. Minnətdaram. Bir daha təşəkkür edirəm.

 

Mövzuya gəlincə. İmamətə kim layiqdi kim layiq deyil Allah özü açıqlayır. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə : “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.” (Bəqərə, 124)

 

Mərhum Əllamə Tabətabəi məşhur təfsirində bu barədə yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1.Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2.Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3.Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4.Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!”

 

Ağıl sahibləri üçün bundan gözəl izah???


Сообщение отредактировал N_ن_N: 15 сентября 2015 - 19:25

  • qulam это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#8 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 17 сентября 2015 - 16:14

Əssəlamun əleykum ,əziz qardaşlar. Bir necə kəlmə mövzuda mən üzüqara da yazmaq istəyirəm ,inşəAllah . Qurani Kərim Peygəmbər s. dən sonra 12 xəlifə olacağini bildirir .

 

Şura surəsi ayə 13 - (Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi

 

Demək  İbrahimin ə.s , Musanin ə.s , İsanin ə.s dinində nə qanun olubsa Məhəmmədin (səlləlahi əleyhi və alih)  dinində də o qanun  olacaq . 

 

İndi isə Maidə surəsi 5 ci ayəni oxuyaq , Quran Musa və İsanin qövmünə Allah tərəfindən 12 başci təyin olduğunu söyləyir.

 

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm.

 

 

və Əhzab ayə 62  nasibilərin dillərini kəsib,lal edir 

 

Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən.


ваххабизм – это дистилированный суннизм




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru