Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
özlərini dəlil və burhan əhli, hədis və sənəd əhli zənn edən nasibilər bu günlərdə yeni bir şübhə ortaya atıblar. iddia edirlər ki, güya imam Həsən a.s xilafəti Muaviyəyə verərkən 2 şərt qoyub:
1. Muaviyə Allahın Kitabı, Rəsulullah s.a.a-in sünnəti və raşidi xəlifələrin siyəri ilə əməl edəcək.
2. Muaviyə özündən sonra heç kimi xəlifə təyin etməyəcək və bu iş müsəlmanların şurasına həvalə ediləcək.
və nasibilər bu iddialarına da güya şiə kitablarından dəlil gətirirlər. həmin axmaq nasibilərdən birisi yazır:
Цитата
Şiələrin kitablarından...
İmam Həsən (r.a) Müaviyyə ilə bağladığı sazişdə bu şərtləri irəli sürür: "İnsanları Quran,Sünnə və Raşidi Xəlifələrin sünnəsi ilə idarə edəcəksən...."
Məclisi, "Biharul Ənvar", c.44, səh 64
cavab: Əllamə Məclisi r.a həmin səhifədən öncəki səhifədə bu rəvayəti nəql etməyə başlayarkən deyir:
13 - كشف الغمة:
13- "Kəşful Ğummə" kitabından
yəni rəhmətlik Məclisi bu rəvayəti "Kəşful Ğummə" adlı kitabdan götürüb. ona görə də baxırıq əsas mənbəyə yəni "Kəşful Ğummə" kitabına. İrbili r.a "Kəşful Ğummə" kitabında deyir:
التاسع في كلامه عليه السلام ومواعظه وما يجرى معها
doqquzuncu fəsil: onun (imam Həsən a.s-ın) kəlamı və onunla (Muaviyə ilə) baş verənlər haqqında
نقل الحافظ أبو نعيم في حليته
Hafiz Əbu Nueym "Hiylə"kitabında belə nəql edib:
İrbili r.a, "Kəşful Ğummə", 2/191
sonra İrbili r.a Hafiz Əbu Nueymin kitabından bir hədis nəql edir və nəhayət səhifə 191-də həmən bu rəvayəti gətirir:
من كلامه عليه السلام ما كتبه في كتاب الصلح الذي استقر بينه وبين معاوية حيث رأى حقن الدماء وإطفاء الفتنة وهو بسم الله الرحمان الرحيم هذا ما صالح عليه الحسن بن على بن أبي طالب معاوية بن أبي سفيان صالحه على أن يسلم إليه ولاية أمر المسلمين على ان يعمل فيهم بكتاب الله تعالى وسنة رسول الله صلى الله عليه وآله وسلم وسيرة الخلفاء الراشدين وليس لمعاوية بن أبي سفيان أن يعهد إلى أحد من بعده عهدا بل يكون الأمر من بعده شورى بين المسلمين
və onun (imam Həsən a.s-ın) Muaviyə ilə arasında olan sülh məktublarındandır: Bismillahir rəhmanir rəhim Həsən b. Əli ilə Muaviyə b. Əbu Sufyanın bağladığı sülh müqaviləsi budur: Muaviyə Allahın kitabı, Rəsulullah s.a.a-in sünnəsi və raşid xəlifələrin siyərinə uyğun hərəkət edəcəyi şərti ilə Həsən b. Əli a.s müsəlmanların vəliyi əmirliyini ona təslim edir. Muaviyə özündən sonra xəlifə təyin etməməli və xəlifəlik işi müsəlmanlar arasındaki şuraya həvalə edilməlidir.
İrbili r.a, "Kəşful Ğummə", 2/191
deməli rəvayət hafiz Əbu Nueymin "Hiylə" adlı kitabındandır. bəs hafiz Əbu Nueym kimdir? nasibi + sufi olan birisi. haqqında məlumat üçün linkə baxa bilərsiniz: http://www.imanveisl...imleri/0874.htm
nəticə olaraq əldə etdik ki, bu rəvayət nasibi mənbəsi olan Əbu Nueymin "Hiylə" kitabındandır --> şiə alimi İrbili r.a "Kəşful Ğumə" kitabını yazarkən bunu ondan nəql etmişdir --> Əllamə Məclisi r.a isə İrbili r.a-ın kitabı vasitəsi ilə bunu nəql etmişdir. yəni rəvayət nasibi mənbəlidir və bizə qarşı hüccət deyildir.
Сообщение отредактировал Elmeddin: 26 сентября 2015 - 10:51