Перейти к содержимому


Фотография

Fitnə - “Süleymaniye Vakfı”


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 02 апреля 2016 - 07:31

Türkiyədə yaranmış və şeytan məzhəbinə qulluq edən fitnəkar “Seleymaniye vakfı” təşkilatı haqqında söz açmaq istiyirəm.  “Süleymaniye vakfı” 1993-cü ildə yaranmış QURANİ təşkilatıdır, lakin özləri qurani olduqlarını inkar edirlər. “Süleymaniye vakfı”-nın təsisçisi Abdülaziz Bayındırdır və həmçinin təşkilatı təmsil edirlər Mustafa İslamoğlu, Mehmet Okuyan . Həmin təşkilatın bəzi saytları bunlardır :

 

www.suleymaniyevakfi.org

www.fetva.net

www.kurandersi.com

 

Abdülaziz Bayındırın Azərbaycandakı nümayəndəsi, tələbəsi fitnəkar Elşad Miridir. Azərbaycanda Abdülaziz Bayındırın Qurandan öz ağlı ilə hökm (fətva) çıxardıqlarını www.muselmanlar.com sayt vasitəsi ilə təbliğ edirlər.

 

Abdülaziz Bayındır Qurandan öz ağlı ilə çıxardığı hökmlərin birisini Sizə təqdim edirik :

 

 

 

 

 

 

A.Bayındır iddia edirdi ki, Quranda Allah heyzli qadının namaz qılmağını qadağan edib, lakin 2016-cı il tarixində isə Allah Quranda heyzli qadının namaz qılmağını qadağan olunmasına hökm vermədiyini deyir.

 

Abdülaziz Bayındır, bu müddət ərzində Quran mı dəyişdi, yoxsa...?!

 


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.

#2 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 02 апреля 2016 - 07:33

Yeri gəlmişkən İmam Həsən Əskəriyə aid bir rəvayəti qeyd etmək yerinə düşər (mənbə : maide.az )

 

İbn Şəhr Aşub yazır: “İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi “Quranın ziddiyyətləri” adlı bir kitab yazır. O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazıbmış.

Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskərinin (ə) hüzuruna gəlir. İmam onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?” 

 

Şagird deyir: “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik.”

İmam buyurur: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?” Şagird “Bəli!” - deyə cavab verir. İmam buyurur: “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutub, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz.” Sonra İmam əlavə edərək buyurdu: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər.”

 

Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi edir. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatır. O, İmamın sualını bu cür səsləndirir: “Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?”

 

İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib deyir: “Sualını bir də de!” Şagird sualı təkrar edir. Müəllim bir öz fikirləşib deyir: “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür.”

 

Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?”

 

Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”

Müəllim: “Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?”

Şagird: “Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (ə) öyrədib.”

Müəllim: “Bax indi düz dedin.”

 

Sonra müəllim əlavə edib deyir: “Bu cür suallar, ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.)

 

Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.

#3 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 09 апреля 2016 - 08:00

Öz başına Quranın təfsir etməyin nəticəsi. Allah qorusun bunlardan!

 


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru