Перейти к содержимому


Фотография

Quranın Və Peyğəmbərin (S) Haram Etmədiyi Şey Mübahdır.


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 03 апреля 2016 - 23:26

Dəfələrlə rast gəlmişəm ki,vəhabilərin bəziləri şiələrə irad tutub deyirlər ki,filan əməli (məsələn sinə vurmağı və s) niyə edirsiz.Biz də cavab olaraq deyirik ki,o şey barəsində Quran və Sünnədə söhbət açılmayıbsa, o əməl fiqhdə ilk əvvəldə mübahdır.Yəni icazəlidir haram deyil.Bunun sübutu üçün hədis və rəvayətə nəzər salaq

 

حدثنا إسمعيل بن موسى السدي حدثنا سيف بن هارون عن سليمان التيمي عن أبي عثمان النهدي عن سلمان الفارسي قال سئل رسول الله صلى الله عليه وسلم عن السمن والجبن والفراء قال الحلال ما أحل الله في كتابه والحرام ما حرم الله في كتابه وما سكت عنه فهو مما عفا عنه .

تحقيق الألباني :
حسن 

 

Salman Farsi (r.a) buyurur:Peyğəmbərə (saav) yağ,pendir və xəz dərili geyim haqqında sual etdilər.Peyğəmbər (saav) cavab olaraq buyurdu:"Halal Allahın kitabında halallığını bildirdiyi,haram da Allahın kitabında haramlığını bildirdiyi şeydir.Əgər Allah bir şey barəsində susmuşdursa, o əməli bağışlamışdır".(Yəni mübah bilmişdir)  

 
Hədisi Albani həsən (mötəbər) bilmişdir.
Mənbə:"Sünən İbn Macə"hədis 3367.
 
 
حدثنا محمد بن داود بن صبيح حدثنا الفضل بن دكين حدثنا محمد يعني ابن شريك المكي عن عمرو بن دينار عن أبي الشعثاء عن ابن عباس قال كان أهل الجاهلية يأكلون أشياء ويتركون أشياء تقذرا فبعث الله تعالى نبيه صلى الله عليه وسلم وأنزل كتابه وأحل حلاله وحرم حرامه فما أحل فهو حلال وما حرم فهو حرام وما سكت عنه فهو عفو  

تحقيق الألباني :
صحيح الإسناد
 
İbn Abbas (r.a) buyurur:"Cahiliyyə camaatı bəzi şeyləri yiyərdilər,bəzi şeyləri isə irgəndikləri üçün yeməzdilər.Allah Təala Peyğəmbərini (saav) göndərdi və Öz Kitabını endirdi.Halal və haramını açıqladı.Halal bildiyi şey halal,haram bildiyi şey isə haramdır.O şey barəsində susmuşdursa,onu (o əməli) bağışlamışdır",(Yəni mübah bilmişdir)
 
Rəvayəti Albani səhih bilmişdir.
Mənbə:"Sünən Abu Davud",hədis 3800.
 
Gördüyümüz kimi hədis və rəvayət sübut etdi ki,o şey barəsində əgər Allah susmuşdursa, başqasının haqqı yoxdur ki,fiqhdə onu ilk əvvəldə haram bilsin.

Сообщение отредактировал qulam: 03 апреля 2016 - 23:27





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru