Перейти к содержимому


Фотография

Fatimə,(S.a) Allah Sənin Qəzəbinə Görə Qəzəblənir, Razılığına Görə Razı Qalır


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 28 февраля 2017 - 00:25

Əhli-sünnənin hədis alimi ət-Təbərani nəql edir:
 
حدثنا بِشْرُ بن مُوسَى ومُحَمَّدُ بن عبد اللَّهِ الْحَضْرَمِيُّ قَالا ثنا عبد اللَّهِ بن مُحَمَّدِ بن سَالِمٍ الْقَزَّازُ قال ثنا حُسَيْنُ بن زَيْدِ بن عَلِيٍّ وَعَلِيُّ بن عُمَرَ بن عَلِيٍّ عن جَعْفَرِ بن مُحَمَّدٍ عن أبيه عن عَلِيِّ بن الْحُسَيْنِ عَنِ الْحُسَيْنِ بن عَلِيٍّ عن عَلِيٍّ قال قال رسول اللَّهِ صلى اللَّهُ عليه وسلم لِفَاطِمَةَ أن اللَّهَ يَغْضَبُ لِغَضَبِكِ وَيَرْضَى لِرَضَاكِ
 
Bizə Bişr ibn Musa və Muhəmməd ibn Abdullah əl-Həzrəmi nəql edib dedilər: bizə Abdullah ibn Muhəmməd ibn Salim əl-Qəzzaz nəql edib dedi: bizə Hüseyn ibn Zeyd ibn Əli və Əli ibn Ömər ibn Əli, Cəfər ibn Muhəmməddən, o, atasından, o, Əli ibn Hüseyndən, o, Hüseyn ibn Əlidən, o da Əlidən nəql edib dedi:Allah Rəsulu (s) Fatiməyə dedi: "Allah sənin qəzəbinə görə qəzəblənir, razılığına görə razı qalır".
 
Mənbə:"əl-Mucəmul-Kəbir",cild 22,səh 401,hədis 1001.Təhqiq Həmdi Əbdul-Məcid əs-Sələfi.
 
Bu hədisin sənədi ilə bağlı bir neçə Əhli-sünnə alimlərinin nəzərlərini qeyd edək.
 
1.Kitabının mühəqqiqi Həmdi Əbdul-Məcid əs-Sələfi,"əl-Mucəmul-Kəbir"in,cild 1,səh 108-də haşiyədə bu hədislə bağlı deyir:
هذا حديث صحيح الاسناد
Bu hədisin sənədi səhihdir.
 
2.əz-Zərqani buyurur:
أخرجه الطبراني في الأوسط بسند صحيح على شرط الشيخين
ət-Təbərani "əl-Əvsət"də şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhih sənədlə nəql etmişdir.
Mənbə:"Şərh əz-Zərqani alə əl-Məvahibul-Ləduniyyə",cild 4,səh 331.
 
3.əl-Hakim ən-Neysəburi deyir:
هذا حديث صحيح الإسناد و لم يخرجاه
Bu hədisin sənədi səhihdir.Onlar (Buxari və Müslüm) nəql etməyiblər.
Mənbə:"əl-Mustədrək alə əs-Səhiheyn",cild 3,səh 167,hədis 4730
 
4.Hafiz əl-Heysəmi buyurur:
رواه الطبراني ، وإسناده حسن
ət-Təbərani rəvayət etmişdir və onun sənədi həsəndir.(mötəbər)
Mənbə:"Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid",cild 9,səh 204,hədis 15204.
 
5.Hafiz əs-Suyuti buyurur:
أخرج الطبراني بسند حسن
ət-Təbərani həsən sənədlə nəql etmişdir.
Mənbə:"əs-Suğurul-Bəsimə fi Mənaqib Seyyidətənə Fatimə",səh 11.
 
6.əs-Salehi əş-Şami buyurur:
روى الطبراني بإسناد حسن
ət-Təbərani həsən sənədlə rəvayət etmişdir.
Mənbə:"Subul əl-Huda və ər-Rəşad",cild 11,səh 44.
 
7.Muhəmməd ibn Əli əs-Sabbən əş-Şafi buyurur:
وروي الطبراني وغيره باسناد حسن
ət-Təbərani və başqaları həsən sənədlə rəvayət etmişdir.
Mənbə:"İsəf ər-Rağibin fi Siyər əl-Mustafa",səh 67.
 
8.Mənavi buyurur:
رواه الطبراني بإسناد حسن
ət-Təbərani həsən sənədlə rəvayət etmişdir.
Mənbə:İthəf əs-Sail,səh 65.

 






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru