Перейти к содержимому


Фотография

"rəsulullahın S.a.a Mənə Əhdi Yoxdur" Hədisinin Təhlili


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 688 сообщений

Отправлено Вчера, 18:12

Nasibilər tərəfindən Əbu Bəkir, Ömər və Osmanın xəlifəliyinin qanuni olduğunu sübuta yetirmək üçün istifadə edilən metodlardan birisi Əli və övladlarından olan imamların -ələyhiməssələm- dilindən bəzi şeylər rəvayət etməkdir. Onlar bununla Əli və övladlarına tabe olan və buna dəvət edən müsəlmanları/şiələri susdurmağa və bir növ "baxın özünüzün dəvət etdiyiniz kimsələr bu 3 nəfərin xəlifəliyini təsdiq edir" deməyə çalışırlar.

 

Onların bu mövzuda imam Əliyə -ələyhissələm- isnad etdikləri rəvayətlərdən birini əl-Acuri (miladi: 877-970) özünün "əş-Şəriə" adlı kitabında dəlil olaraq gətirmişdir. əl-Acuri bu barədə deyir:

 

اعلموا رحمنا الله وإياكم أنه لم يختلف من شمله الإسلام وأذاقه الله الكريم طعم الإيمان أنه لم يكن خليفة بعد رسول الله صلى الله عليه وسلم إلا أبو بكر الصديق رضي الله عنه ، لا يجوز لمسلم أن يقول غير هذا ، وذلك لدلائل خصه الله الكريم بها ، وخصه بها النبي صلى الله عليه وسلم في حياته ، وأمر بها بعد وفاته .

Allah sənə və bizə rəhmət etsin bil ki, İslamı qəbul etmiş və Kərim olan Allahın iman nemətini daddırdığı heç kim ixtilaf etməmişdir ki, Rəsulullahdan s.a.a sonra Əbu Bəkirdən başqa xəlifə yoxdur. Müsəlmana bundan başqasını demək (iman etmək) caiz deyildir. Bu Kərim olan, həyatında və ölümündən sonra Nəbinin s.a.a ona (Əbu Bəkirə) xass qıldığı dəlillərdir.

 

Daha sonra əl-Acuri Əbu Bəkirin xəlifəliyinə sübut olduğunu iddia etdiyi bəzi şeyləri qeyd edir. Nəhayət imam Əliyə -ələyhissələm- isnad edilən rəvayətə çatır və deyir:

 

وقال علي رضي الله عنه في حديث طويل ، وقد دخل عليه عبد الله بن الكواء ، وقيس بن عباد ، وقد سألاه بعد رجوعه من قتال الجمل فقالا : هل معك عهد من رسول الله صلى الله عليه وسلم ؟ فقال : أما أن يكون عندي عهد من رسول الله صلى الله عليه وسلم ، فلا والله ، ولو كان عندي عهد من رسول الله صلى الله عليه وسلم ، ما تركت أخا تيم بن مرة ولا ابن الخطاب على منبره ، ولو لم أجد إلا يدي هذه ، ولكن نبيكم صلى الله عليه وسلم ، نبي رحمة لم يمت فجأة ، ولم يقتل قتلا ، مرض ليالي وأياما ، وأياما وليالي ، يأتيه بلال فيؤذنه بالصلاة ، فيقول : "مروا أبا بكر فليصل بالناس" . وهو يرى مكاني ، فلما قبض رسول الله صلى الله عليه وسلم نظرنا في أمرنا فإذا الصلاة عضد الإسلام وقوام الدين ، فرضينا لدنيانا من رضي رسول الله صلى الله عليه وسلم لديننا ، فولينا الأمر أبا بكر ، فأقام أبو بكر [ رضي الله عنه ] بين أظهرنا ، الكلمة جامعة ، والأمر واحد لا يختلف عليه منا اثنان ، ولا شهد أحد منا على أحد بالشرك ، ولا يقطع منه البراءة ، فكنت والله آخذ إذا أعطاني ، وأغزو إذا أغزاني ، وأضرب بيدي هذه الحدود بين يديه فلما [ ص: 1713 ] حضرت أبا بكر الوفاة ولاها عمر [ رضي الله عنه ] .

Abdullah b. Kəvva və Qeys b. İbad Cəməl döyüşündən qayıdarkən Əliyə -radiallahu anh- sual verərək dedilər: "Səndə Rəsulullahdan s.a.a bir əhd var?" (Əli) dedi: Mənim yanımda Rəsulullahın s.a.a bir əhdi olmağına gəldikdə isə yox vallahi. Əgər mənim yanımda Rəsulullahdan s.a.a bir əhd olsaydı onun minbərini Teym b. Mürrənin (tayfasının ) qardaşı (Əbu Bəkir) və Xəttabın oğluna tərk etməzdim. Hətta bu əllərimdən başqa bir şeyim olmasaydı belə. Lakin Nəbiniz s.a.a nə qəfildən öldü və nə də öldürüldü. Xəstəliyi günlər və gecələr, gecələr və günlər boyu davam etdi. Bilal gəldi və namaz üçün çağıranda (Nəbi s.a.a) dedi: "Əbu Bəkirə deyin insanlara namaz qıldırsın." Hansı ki, O (Nəbi s.a.a) mənim orda olduğumu görürdü. Rəsulullah s.a.a vəfat etdiyi vaxt işimizə baxdıq. Namaz İslamın sütunu və dinin əsasıdır. Rəsulullahın s.a.a dinimiz üçün razı olduğuna dünyamız üçün də razı olduq. Əbu Bəkiri əmr sahibimiz seçdik.....

 

əl-Acuri, "Kitab əş-Şəriə", səhifə 492

 

İmam Əliyə -ələyhissələm- isnad edilən bu rəvayətə bir neçə yöndən; rəvayətin sübutu və mətn təhlili yönündən cavab veriləcəkdir.

 

1. Rəvayətin imam Əliyə -ələyhissələm- isnadı: Bu sözlər imam Əliyə -ələyhissələm- isnad edilsə də həqiqətdə nə müsəlmanlar/şiələr nəzərində, nə də nasibilərin öz nəzərində ona aid deyildir. Müsəlmanlar/şiələr nəzərindən yanaşacaq olsaq şiələrin etimad etdiyi mənbələrdə belə bir material yoxdur, mövcud deyildir. Nasibilərin alimlərindən ibni Hazm bu mövzu haqqında demişdir:

 

لا معنى لاحتجاجنا عليهم برواياتنا ، فهم لا يصدّقونها ، ولا معنى لاحتجاجهم علينا برواياتهم فنحن لا نصدّقها ، وإنّما يجب أن يحتجّ الخصوم بعضهم على بعض بما يصدقّه الذي تقام عليه الحجّة به

Rəvayətlərimiz ilə ona qarşı dəlil gətirməyin mənası yoxdur çünkü onlar bu rəvayətləri təsdiq etmirlər. Onların da rəvayətləri ilə bizə qarşı dəlil gətirməyinin mənası yoxdur çünkü biz də onları təsdiq etmirik.

 

ibni Hazm, "əl-Fasl", 4/159

 

Odur ki, nasibilərin bu rəvayəti Əliyə -ələyhissələm- isnad etməyi eynən xristianların İsaya -ələyhissələm- bəzi şeyləri isnad etməyi kimidir. Bununla birlikdə nasibilərin özləri nəzərində də Əlinin -ələyhissələm- bu sözləri dediyi sabit deyildir, əsassızdır. Belə ki, bu rəvayətin isnadı "أبو بكر الهذلي ، عن الحسن قال /Əbu Bəkir əl-Huzəli --> Həsən əl-Bəsri dedi:" şəklindədir. Burada isə 2 problem var:

 

a) Həsən əl-Bəsri rəvayəti hansısa bir ravidən nəql etmir, səhnəni özü danışır. Bu isə o deməkdir ki, Həsən əl-Bəsri bu səhnəyə şahid olmuşdur. Lakin məlumdur ki, Həsən əl-Bəsri hicri 21-ci ildə (miladi 642) anadan olmuşdur. Cəməl döyüşü isə hicri 36-cı ildə (miladi 656) baş vermişdir. Yəni Cəməl döyüşünün baş verdiyi vaxtda Həsən əl-Bəsrinin ancaq 14 yaşı var idi. 14 yaşlı bir uşağın bu döyüşdə olduğu yaxud döyüşdən sonraki günlərdə olan səhnəni nə qədər xatırlaya biləcəyi şübhə altındadır.

 

b) rəvayəti Həsən əl-Bəsridən nəql edən Əbu Bəkir əl-Huzəli nasibilər nəzərində güvənilir bir şəxs deyildir. Onların rical alimlərindən əl-Mizzi deyir:

 

أبو بكر الهذلي البصري، اسمه سلمى بن عبد الله بن سلمى، وقيل : اسمه روح، وهو ابن بنت حميد بن عبد الرحمن الحميري

Əbu Bəkir əl-Huzəli əl-Bəsri. adı Sələmə b. Abdullah b. Sələmədir. Adının Ruh olduğu da deyilmişdir....

 

وقال عمرو بن علي : سمعت يحيى بن سعيد وذكر أبا بكر الهذلي فلم يرضه ولم أسمعه ولا عبد الرحمن يحدثان عنه بشيء قط.

Amr b. Əli dedi: eşitdim ki, Yəhya b. Səid Əbu Bəkir əl-Huzəlini zikr etdi, ondan razı deyildi və ondan eşitmədi. Əbdürrəhman isə ondan əsla bir şey rəvayət etməzdi.

 

وقال عباس الدوري ، عن يحيى بن معين : ليس بشيء. وقال في موضع آخر : ليس بثقة.

Abbas əd-Duri dedi:  Yəhya b. Məin dedi: "o bir şey deyil." başqa bir yerdə isə dedi: "o güvənilir deyil."

 

وقال أبو زرعة : ضعيف.

Əbu Zura dedi: "zəifdir"

 

وقال النسائي : ليس بثقة ولا يكتب حديثه

Nəsai dedi: "güvənilir deyil və hədisi yazılmaz"

 

əl-Mizzi, "Təhzib əl-Kəmal", səhifə 160, ravi 7268

 

Beləliklə, rəvayət həm müsəlman/şiələr nəzərində mövcud deyildir, həm də nasibilər nəzərində sabit deyildir.

 

2. Rəvayətin mətninin tarixə ziddiyəti: İslam tarixindən səhih olaraq bildiyimiz budur ki, Əbu Bəkir xəlifə seçildikdən sonra Əli və Fatimə -ələyhiməssələm- başda olmaqla Haşimilər və digər səhabələr bu beyət ilə (hansı səbəbdən olur olsun) razılaşmamış, beyət etməmişdirlər. Ancaq bu rəvayətin mətnində Əlinin, Əbu Bəkirin xəlifəliyinə "razı olduq" dediyi bildirilir. Səhih olaraq bildiyimiz Əbu Bəkirə beyət etməmək hara "Əbu Bəkirin xəlifəliyinə razı olduq" demək hara? Görünür ki, hadisəni uyduraraq Əliyə -ələyhissələm- nisbət edən şəxs olduqca tələsmiş, bu məqamları göz önünə almamışdır.


Сообщение отредактировал Elmeddin: Вчера, 18:16





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru