Перейти к содержимому

Фотография

Islam ən doğru din

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 9

#1 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 22 мая 2009 - 17:59

Bismillahir rəhmanir rəhim

Müsəlmanın yalnız özünü müsəlman adlandırmaqla kifayətlənərək, ona xoşbəxt həyat bəxş edən İslam dininin göstərişləri ilə tanış olmayıb, ona əməl etməməsi düzgün deyil. Çünki həqiqi müsəlman olmağın yolu İslam buyuruqlarına əməl etməkdən keçir. İdrak və təfəkkürünü İslamın sarsılmaz etiqadi prinsiplərinə və əməli göstərişlərinə uyğun şəkildə formalaşdıran şəxs həqiqi müsəlman ( mömin) sayılar. Belə şəxs dünyada rahat və maraqlı ömür sürər, axirətdə isə cənnətlə mükafatlandırılar. Elə buna görə də hər bir müsəlmanın İslamın etiqadi prinsiplərini mənimsəməsi və onlara uyğun göstərişləri əməli şəkildə həyata keçirmək istiqamətində səy göstərməsi zəruri hesab edilir.

Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Hucurat-14)

İslam təlimləri aşağıda göstərilən üç hissəyə bölünür:
1) Etiqadi prinsiplər (üsulud-din).
2) əməli və dini-hüquqi göstərişlər (füruud-din) və.
3) əxlaq (etik normalar).

İslamın etiqadi prinsiplərinə əqidə bəsləyən, əməli və dini-hüquqi göstərişləri həyata keçirən və İslam əxlaqı ilə özünü zinətləndirən şəxs hər iki dünyada səadətə qovuşacaqdır.İnşəallah.

Etiqadi prinsiplər (üsulud-din).
1) Tovhid (Allahın birliyinə və şəriki-bənzəri olmamasına inam).
2) Ədl (Allahın ədalətli olmasina inam).
3) Nübuvvət (peyğəmbərlərin (ə) haqq olmasına inam).
4) İmamət (məsum imamların (ə) haqq olmasına inam).
5) Məad (axirət aləminə inam).

Əməli və dini-hüquqi göstərişlər (füruud-din) .

Ikinci bölümün izahina başlamazdan öncə qeyd etmək lazımdır ki, İslamın etiqadi prinsipləri insanın təfəkkür və düşüncələri ilə bağlıdır. Buna görə də ona inamı hər bir müsəlman özü özündə möhkəmləndirməlidir(üsuli-dində təqlid olmaz. Lakin füruud-din isə çox geniş, hətta insan həyatının bütün xırdalıqlarını əhatə edəcək qədər əhatəlidir. Yəni bu məsələ fərdi-ictimai, yaxşı-pis, bir sözlə insanın doğum günündən başlayaraq ölüm gününə qədər olan böyük bir zaman kəsiyini əhatə edir. Bir çox hallarda hər insan bütün bu məsələlərdə ictihad iqtidarında olmur. Ona görə də ələm müctehiddən təqlid etməlidir. İslamda füruud-din coxşaxəli olmasına baxmayaraq, biz onun mühüm və hər an bizə lazım ola biləcək həyati hissələrinə nəzər salacağıq.

Füruud-din aşağıdakılardır:
Namaz, oruc, xüms, zəkat, həcc, cihad, əl-əmru bil-məruf(vacib və müstəhəbb əməllərə mərhələli şəkildə dəvət etmək), ən-nəhyu ənil-munkər(məkruh və haram əməllərdən mərhələli şəkildə çəkindirmək), təvəlla (Allahın dostları ilə dost olmaq), təbərra (Allahın düşmənləri ilə düşmən olmaq).
Qeyd etmək lazımdır ki, füruud-dinin yuxarıda qeyd olunan on bölümü və alqı-satqı, nikah, talaq, qisas, qanbahası və s. bir çox başqa məsələlər haqqında, “Tovzihil-məsail” kitablarında ətraflı bəhs edilmişdir.Buna görə təqlid üçün seçdiyiniz müctəhidin fətvaları əsasında əməl edin.

Əxlaq -(etik normalar)
İslam peyğəmbəri (s) həzrət Məhəmməd (s) özünün həmişəyaşar kəlamı ilə (Həqiqətən, gözəl əxlaqi normaları təkmilləşdirmək üçün məbus oldum) peyğəmbərliyinin başlıca məqsədini açıqladı. Qurani-kərim İslam peyğəmbərini (s) mədh etmək istədikdə ona muraciətlə buyurur:

اِنَّکَ لَعَلی خُلقٍ عظیم

“Həqiqətən sən gözəl və böyük əxlaqi xüsusiyyətlərə maliksən”.

Bu, İslamın əxlaqa böyük əhəmiyyət verdiyini göstərir.
İslam, əxlaqı dindarlıq, təqva və pərhizkarlıqla birgələşdirir və onun dörd əsas formasını göstərir:
1) İnsanların bir-birlərinə qarşı xoşniyyətli olması;
2) cəmiyyətdə yaşayan insanlara qarşı xoş davranması;
3) insanlara, dost və ya düşmən olmasından asılı olmayaraq, xoş dillə danışmaq;
4) nəinki insanlarla, həm də bütün varlıqlarla xoş və mülayim rəftar etmək.

Ədəb qaydalarının isə iki möhkəm əsası olduğunu göstərir:
1) Fərdi ədəb qaydaları; yemək və içmək, geyim, yatmaq, səfər, sağlamlıq, xəstələnmək və s. İslam bütün bunlar haqqında ayrıca dini-faydalı göstərişlər vermışdir.
2) İctimai ədəb qaydaları; valideyn-övlad, övlad-valideyn münasibətləri, qohumlar, müəllim-şagird münasibətləri, dost, qonşu, ümumiyyətlə bütün insanların bir-birləri ilə davranışı. Bu davranışlara diqqət yetirmək cəmiyyətin şən, şad və mehriban olmasının qarantıdır.

Əxlaqi baxımdan əməl olunması və ya tərk edilməsi zəruri olan məsələlərə qısaca nəzər salaq:
Haram əməllər.
İslamda qadağan olunan əməllər “haram” adlandırılır.
Haram əməllər aşağıdakılardır:
1) Zülm və haqsızlıq;
2) israf;
3) başqalarını məsxərə etmək;
4) xalqa əziyyət vermək;
5) digərlərinin sirrini açmaq;
6) yalan;
7) ata-ananı narahat etmək;
8) xalq əmlakını mənimsəmək;
9) zina(evlənmək haram olan qadınlarla qeyri-şəri cinsi əlaqə);
10) homoseksualizm(həmçinin lizbiyanlıq və uşaqbazlıq);
11) qadının naməhrəm kişiyə və kişinin də naməhrəm qadına baxması;
12) şərab içmək(sair psixatrop maddələr qəbul etmək);
13) qumar oynamaq;
14) rüşvət almaq;
15) murdar, donuz və digər haram ətləri yemək;
16) icazəsi olmadan digərlərinin malından istifadə etmək;
17) alverdə aldatmaq;
18) kişilər üçün qızıl ləvazimatından istifadə;
19) sələmçilik;
20) fırıldaqlıq;
21) istimna(onanizm və mastrubasiya);
22) digərlərinin sirrini öyrənməyə can atmaq;
23) qeybət və söz gəzdirmə;
24) (haram musiqi və səslərə) qulaq asmaq və haram musiqilər oxumaq;
25) terror etmək;
26) oğurluq;
27) digərlərinin pozğun əməlləri üçün şərait yaratmaq;
28) xəyanət;
29) Qurana zidd hökm vermək;
30) digərlərinin hüququnu pozmaq;
31) kafir və zalımlarla həmkarlıq etmək;
32) acı sözlərlə başqalarını incitmək və s.

Ədəb qaydaları.
Möminlərə zinət olan fəzilətli əməllər aşağıdakılardır:
1) İnsaf;
2) yaxşı işlərdə həmkarlıq;
3) səbir və mətinlik;
4) xalq arasında barışıq, sülh yaratmaq;
5) əməldə ixlas;
6) Allaha təvəkkül;
7) helm və dözümlülük;
8) valideynlərə - ata-anaya yaxşılıq;
9) ehsan vermək;
10) iffət;
11) uca səslə salam vermək;
12) təmizlik;
13) elm öyrənmək;
14) xalqla yaxşı, səmimi davranmaq;
15) səxavət;
16) şücaət və qorxmazlıq;
17) sileyi-rəhm (qohumlarla əlaqə saxlamaq);
18) heç bir işdə həddini aşmamaq;
19) yaxşı və nümunəvi əxlaq;
20) yoxsullara, kimsəsizlərə yardım göstərmək;
21) təvazökarlıq;
22) ehtiyacı olanlara yardım etmək;
23) digərlərinin səhvinə(yəni məkruh və şəxsi məsələlərdə) göz yummaq;
24) təqva(Allahdan utanıb günah etməmək);
25) doğru danışmaq;
26) digərlərinə ehtiramla yanaşmaq;
27) gülərüz olmaq;
28) pis əməllərdən çəkinmək;
29) ailə qurmaq;
30) Allahın nemətlərinə qarşılığında şükür etmək.

Məkruh əməllər
İnsanı uçuruma sürükləyən bəyənilməyən (məkruh) əmələr aşağıdakılardır:
1) İntiqam hissi(şəxsi zəminədə);
2) təkəbbürlü olmaq;
3) sərvət toplamaq (və dünyaya bağlılıq);
4) eqoistlik;
5) faydasız işlər görmək;
6) faydasız sözlər danışmaq;
7) üzərinə düşən vəzifənin icrası zamanı tənbəllik etmək;
8) qorxu;
9) fəlakət zamanı səbirsizlik;
10) vəzifəpərəstlik;
11) əhdə vəfa qılmamaq və ya verdiyi sözə əməl etməmək(ciddi məsələlərdə haramdır);
12) tamahkarlıq;
13) iradəsizlik;
14) yersiz təəssübkeşlik;
15) tərdidli olmaq;
16) kin bəsləmək;
17) tələsmək;
18) Allahı yada salmamaq və Ona diqqətsizlik;
19) əxlaqsızlıq;
20) daşürəkli olmaq;
21) minnət qoymaq və s.

Qeyd etdiyimiz bu əməllər hamısı müstəhəb və ya məkruh deyil, arasında vacib və ya haram olan əməllər də mövcuddur.

Deməli, hər bir müsəlman şəxs etiqadi prinsiplərini öyrənməklə yanaşı dinin ədəb qaydalarını da mənimsəməli və onlara əməl etməyə çalışmalıdır. Əks təqdirdə imanda qanadsız quşa, bənzəyəcəkdir. Hansı ki, hərəkət etmək qabiliyyətindən məhrumdur. Müsəlman şəxslərin yalnız mən müsəlmanam deyə iddia etməsi kifayət deyil. Bu zaman o, sağlam olduğunu iddia edən xəstəyə bənzəyəcəkdir. Xəstənin mən sağlamam deyə iddia etməsi, onun halının dəyişməsinə səbəb olmadığı kimi, dini qayda-qanunlara əməl etməyən müsəlmanın iddia etməsi də faydasızdır. Dünyamızı abad, axirətimizi isə ürəkaçan etmək üçün sözümüzlə əməlimizi tövbə edərək bir etməliyik.

və Allahın salamı ,rəhməti və bərəkəti üzərinizə olsun!!!

Bu cür böyük məqalələrə yaxşı olar ki, ya ssılka verəsiz, ya da ki, internetdə deyilsə fayl şəklində foruma yükləyə bilərsiz.

Сообщение отредактировал al-Fath: 22 мая 2009 - 22:07

#2 AykuT-555

AykuT-555

    Raqib – Seargeant

  • Murid
  • 137 сообщений

Отправлено 22 мая 2009 - 20:04

MUMIN
Selamün aleyküm ve rahmetullahi ve berekatühü
DOGRUSU men bunlari oxudumaqa calisdim siz qeyd etdiniz ki,iman,əməl və əxlaq men size imanin 6serti gomrmedi sizde ricam 4) İmamət (məsum imamların (ə) haqq olmasına inam). bu imanin serti mene qeyd edin meger bunu qebul etmeyen kafirdir?iincisi sizi qeder ve qesaza meselesine niye imanin serti olarak baxmirsiniz?

#3 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 22 мая 2009 - 22:52

4) İmamət (məsum imamların (ə) haqq olmasına inam). bu imanin serti mene qeyd edin meger bunu qebul etmeyen kafirdir?

Xeyr, kafir deyil!

iincisi sizi qeder ve qesaza meselesine niye imanin serti olarak baxmirsiniz?

Bunu da imanın şərti kimi qəbul edirik, amma Sizdən bir az fərqli. Biz qədərilər və cəbrilərin dediyini rədd edirik.
Nəxcül bəlağədə yazılıb:

Əsbəğ ibni Nəbbatə deyir: Siffeyn müharibəsindən sonra İmam Əli (əleyhissalam) Kufəyə qayıtdı və bir ümumi məclisdə əyləşdi ki, əshabı da orada idilər.
Birdən bir qoca kişi yaxın gəlib və o Həzrətin qabağında iki dizi üstündə əyləşdi. Həzrətlə hal-əhval tutduqdan sonra sual etdi: «Ya Əmirəl-Mö`minin! Bizim Siffeyn cəbhəsinə gedib qayıtmağımız məgər Allahın qəza və qədəri əsasında idi?»
İmam cavabında buyurdu: «And olsun o Allaha ki, dənəni yardı, dünyanı və canları yaratdı. Biz Allahın qəza və qədəri olmadan nə bir addım atmadıq, nə də mənzil etmədik.»
Qoca kişi dedi: «Elə isə bu yolda çəkdiyim zəhməti Allahın hesabına qoyum və daha heç bir savabım olmayacaqdır?»
İmam buyurdu: «Sakit ol! Allah bu səfərdə bizə böyük imkanat əta etmişdir. İstər cəbhəyə getməkdə, istərsə də qayıtmaqda və siz məcbur deyilsiniz.»
Qoca kişi dedi: «Axı bizi qəza və qədər» hərəkətə gətirdi?!
İmam buyurdu: Vay olsun sənə, bəlkə sən güman edirsən ki, qəza və qədər dedikdə məqsəd icbari (hökm və hər şeyin qədərini, ölçüsünü müəyyən edən) qəza və qədərdir? Əgər belə olarsa, ilahi və`də və əzab, savab və cəza əbəs olar. Allah taala insana ixtiyar vermiş, onu müəyyən şeylərdən çəkindirmiş, müəyyən işlərə əmr etmiş; ona asan vəzifələr vacib etmiş, heç vaxt çətin və üzücü əməlləri görməyə vəzifəli etməmişdir. O, az əməl müqabilində çoxlu mükafat əta etmişdir. Heç vaxt bir kimsə icbar üzündən Ona qarşı üsyankarlıq etməmişdir, həmçinin, Ona itaət də icbar üzündən olmamışdır. O, asimani kitabları əbəs yerə nazil etməmişdir.
Sonra həzrət «Sad» surəsinin 27-ci ayəsini tilavət etdi: «Bu əqidə kafirlərin gümanıdır, vay olsun kafirlərə Cəhənnəm odundan!»
Qəza və qədər Allahın əmri və göstərişi mə`nasındadır.
Sonra «İsra» surəsi, .230 ayəsini oxudu: «Rəbbin fərman verib ki, Ondan başqa heç kəsə ibadət etməyəsiniz.» (Buna əsasən qəza və qədər bə`zən hökm və əmr mə`nasındadır).
O, qoca kişi mətləbi anladıqdan sonra sevincindən ayağa qalxdı və İmam Əli (əleyhissalam)-ın mədhinə şe`rlər oxuyub getdi.

Bu haqda imam Əlinin digər sözləri:

Həccac ibni Yusif öz dövrünün alimlərindən bir neçəsinə – Həsən Bəsriyə, Əmr ibni Übeydə, Vasil ibni Ətaya və Amil Şə`biyə məktub yazdı ki, qəzavü-qədər barəsində öz nəzərlərini yazıb göndərsinlər.

Həsən Bəsri cavabda yazdı: Bu barədə bizə çatan ən yaxşı söz Əlinin sözüdür. O buyurur: «Səni puç edən yeganə şey sənin yuxarın və aşağındır (övrətlə ağıza işarədir). Allah da bu kimi şeylərdən bizardır.»

Əmr ibni Übeyd belə yazdı: «Qəza və qədər barəsində eşitdiyim ən yaxşı şey Əliyyibni Əbitalibin sözüdür. O buyurur: «Əgər günah və mə`siyət insanın öz ixtiyarı ilə olmasaydı, onda cinayətkar şəxsin barəsində qisas hökmü yersiz və o, qisas hökmündə məzlum olardı.»

Vasil ibni Əta yazdı: Bu barədə eşitdiyim ən gözəl söz Əlinin sözüdür. O buyurur: «Mümkün ola bilərmi ki, sənin ixtiyarın olmadan Allah səni düz yola hidayət etsin və yenidən Onun Özü səni azdırsın?!»

Şə`bi belə yazdı: Qəzavü-qədər barəsində ən gözəl kəlam Əliyyibni Əbitalibin sözüdür. O buyurdu: «Hər əməldən ki, tövbə edib Allah tərəfinə qayıdırsan, o əməl sənin özündəndir və hər əməl ki, onun şükrünü yerinə yetirmək üçün Allaha həmd-səna deyirsən, o, Allah tərəfindəndir.»

Bu məktublar Həccaca çatdıqda onları oxuyub dedi: «Bu kəlamlar, əlbəttə ki, zülal çeşməsindən əxz olunmuşdur.»

«Məarif» (Əli ibni Tavus), səh329

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#4 AykuT-555

AykuT-555

    Raqib – Seargeant

  • Murid
  • 137 сообщений

Отправлено 23 мая 2009 - 00:35

Imameti inanmamaq,allaha inanmamak ve son peygamberine hz muhammed(sas)oldugunu inanmamak ve Allahin qurani kerimi insanlara bir yol gosterici bir olarak gonderdigine inanmamak ile eyni bir seydir bunu turkiyedeki sie alimi demisdir.Bele cixir ki imamete inanmayan kafidir ama siz dediniz ki yox kafir deyil sizi sozunuz bi deyil.

#5 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 мая 2009 - 00:43

Imameti inanmamaq,allaha inanmamak ve son peygamberine hz muhammed(sas)oldugunu inanmamak ve Allahin qurani kerimi insanlara bir yol gosterici bir olarak gonderdigine inanmamak ile eyni bir seydir bunu turkiyedeki sie alimi demisdir.Bele cixir ki imamete inanmayan kafidir ama siz dediniz ki yox kafir deyil sizi sozunuz bi deyil.

Mən bilmirəm bunu kim deyir, amma əminəm ki, o insan nə alimdir, nə də ki, şiə. İmam Cəfər (ə) deyir ki, imaməti qəbul etməyən kafir deyil. Belə yalnız əcnəbilər düşünə bilər. (Kuleyni "Kafi" İman və Küfr kitabı, Zəlal babı, 1-ci hədis).
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#6 AykuT-555

AykuT-555

    Raqib – Seargeant

  • Murid
  • 137 сообщений

Отправлено 23 мая 2009 - 15:47

Imameti inanmamaq,allaha inanmamak ve son peygamberine hz muhammed(sas)oldugunu inanmamak ve Allahin qurani kerimi insanlara bir yol gosterici bir olarak gonderdigine inanmamak ile eyni bir seydir bunu turkiyedeki sie alimi demisdir.Bele cixir ki imamete inanmayan kafidir ama siz dediniz ki yox kafir deyil sizi sozunuz bi deyil.

Mən bilmirəm bunu kim deyir, amma əminəm ki, o insan nə alimdir, nə də ki, şiə. İmam Cəfər (ə) deyir ki, imaməti qəbul etməyən kafir deyil. Belə yalnız əcnəbilər düşünə bilər. (Kuleyni "Kafi" İman və Küfr kitabı, Zəlal babı, 1-ci hədis).

Dogrusu gorurem ki,sen demek isteyirsenki imameti qebul etmen kese kafir deyen sexs ne alim ne de siedir:):)aha,o zaman buharul enver ne alim olub ne sie olub cunki o revayetinden qeyd edir ki imameti qebul etmene kafirdir insallah sebr et men sene delil getirim...Imam sadiq(e):imamet allah-teala ile Onun yaratdiqlari arasinda olan bir beledcidir.Onu taniyan momun,qebul etmen kafirdir.{1}

{1}Biharul enver,c23,seh.88,hedis32

SONRA ise men size mehemmedi reysehrinin imametin sertleri hakta bolumun yazmaq isterdim.alim ilk once 3aye getirir...
Sebr etdiklerine ve bizim ayelerimize ve nisanelerimize yeqinlikleri oldugu ucun Biz onlarin emrimizle haqq yolu gosteren rehberler teyin etmisdik.{9}
DoGRUSU yola yonelden kes ardinca getmeye daha cox layiqdir,yoxsa dogru yol gosterilmedikce ozu onu tapa bilmeyen kes?{10}
ALLAH onu sizin ucun secmis,elm ve bedence ona ustunluk vermisdir.{11)
{9}secde,aye24
{10}yunus,aye35
{11}beqere,aye{247}
burda ise biraz dusun menim ne dedigimi anlayacaqsan

#7 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 мая 2009 - 12:29

MUMIN
Selamün aleyküm ve rahmetullahi ve berekatühü
DOGRUSU men bunlari oxudumaqa calisdim siz qeyd etdiniz ki,iman,əməl və əxlaq men size imanin 6serti gomrmedi sizde ricam 4) İmamət (məsum imamların (ə) haqq olmasına inam). bu imanin serti mene qeyd edin meger bunu qebul etmeyen kafirdir?iincisi sizi qeder ve qesaza meselesine niye imanin serti olarak baxmirsiniz?

O baxır elə deyənin vəziyyətinə.Əgər ona əməlli höccət tamamlanmışsa bilə-bilə inadkarlığ edirsə və dolaysıyla nübüvvətin vəya tövhidin inkarına qayıdan bir zəruriyyəti inkar edərsə sözlə vəya əməllə bəli belə adam kafirdir.Biridə var dünyaya gəlib hamıda olduğu kimi xarici təsirlər altında özüdə müstəzəf olduğu halda bilmiyərəkdən deyə.Beləsi kafir sayılmasada ehtiyata görə ictinab olunmalıdır.Yox əgər tarixi hadisə kimi desə biri ki bilmirəm Əli(əs) olmalıydı amma Əbubəkri yığılıb seçdilər və kəlmə-şəhadətid qəbul edir beləsi küfrdə olmaz amma araşdırma aparıb haqqı tapmalı və onun əsasında dinini yaşamalıdır.

#8 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 мая 2009 - 12:31

Əl-Fəth qardaşada təşəkkürlər.

#9 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 25 мая 2009 - 13:06

MUMIN
Selamün aleyküm ve rahmetullahi ve berekatühü
DOGRUSU men bunlari oxudumaqa calisdim siz qeyd etdiniz ki,iman,əməl və əxlaq men size imanin 6serti gomrmedi sizde ricam 4) İmamət (məsum imamların (ə) haqq olmasına inam). bu imanin serti mene qeyd edin meger bunu qebul etmeyen kafirdir?iincisi sizi qeder ve qesaza meselesine niye imanin serti olarak baxmirsiniz?

O baxır elə deyənin vəziyyətinə.Əgər ona əməlli höccət tamamlanmışsa bilə-bilə inadkarlığ edirsə və dolaysıyla nübüvvətin vəya tövhidin inkarına qayıdan bir zəruriyyəti inkar edərsə sözlə vəya əməllə bəli belə adam kafirdir.Biridə var dünyaya gəlib hamıda olduğu kimi xarici təsirlər altında özüdə müstəzəf olduğu halda bilmiyərəkdən deyə.Beləsi kafir sayılmasada ehtiyata görə ictinab olunmalıdır.Yox əgər tarixi hadisə kimi desə biri ki bilmirəm Əli(əs) olmalıydı amma Əbubəkri yığılıb seçdilər və kəlmə-şəhadətid qəbul edir beləsi küfrdə olmaz amma araşdırma aparıb haqqı tapmalı və onun əsasında dinini yaşamalıdır.
Qəzavü-qədər məsələsinə gəlincə isə bunu deyim ki:Ümumiyyətlə, bizim bu barədəki əqidəmiz budur ki: qəzavü-qədər məsələsi Allahın sirlərindəndir. Hər kəs bu məsələni lazımınca başa düşsə və təfritə, yaxud ifrata varmasa, çox yaxşı; amma əks təqdirdə özünü həddindən artıq zəhmətə salıb dəqiqliklərə varması vacib deyildir. Fəhmi, dərki çatmadığı yerdə məsələnin dərinliyinə gedərsə yoldan azar, əqidəsi korlanar. Çünki bu məsələ ən dəqiq və ən incə, hətta yalnız çox cüzi sayda fərdlərin dərk etdiyi dəqiq və çətin bəhslərdəndir. Məhz bu səbəbə görə də çoxlu mütəkəllimlər bu yerdə inhirafa düşmüşlər.Bu məsələ barəsində təhqiqat aparmaq adi insanların gücü dairəsindən xaricdir və bu barədə ümumi şəkildə məsum İmamların sözlərinə etiqad bəsləmək kifayətdir. Onlar buyururlar: İslamda sırf cəbr və sırf ixtiyar deyil, bu ikisinin arasında olan məsələdir.
Bu məsələnin etiqad (üsuli din) əsaslarından olmadığına görə də dəqiq və müfəssəl şəkildə təhqiqat aparmaq vacib deyildir.
Bəda məsələsidə mühüm inanclardan hesab olunur.
İnsanda bədanın mənası budur ki, hansısa bir şey barəsində əvvəldə mövcud olmayan bir rəy meydana gəlir, onun fikri, görmək istədiyi bir işdən dönür. Çünki, onun rəyini və o rəy əsasında əməl edəcəyini dəyişəcək bir şey qarşıya çıxır, nəticədə görmək istədiyi feli tərk etməli olur. Bu da öz mənafe və məsləhəti barədə bilməməzliyindən, yaxud əvvəlki fellərindən peşman olmasından irəli gəlir.
Amma bədanın qeyd edilən bu mənası Allah-Taala barəsində qeyri-mümkündür. Çünki, bədanın bu mənası nöqsan və cəhldən (bilməməzlikdən) irəli gəlir və bunların da hər biri (İmamiyyə məzhəbinin əqidəsinə görə) Allah barəsində qeyri-mümkündür.
İmam Sadiq (əleyhis-salam) buyurur:
Hər kəs Allahda peşmançılıq səbəbilə nəzər dəyişikliyi baş verdiyini güman etsə, bizim nəzərimizə görə, Əzim Allaha kafir olmuşdur.
Yenə də buyurur:
Hər kəs güman etsə ki, Allahda dünən bilmədiyi hər hansı bir şey barəsində (bu kimi) nəzər və rəy dəyişikliyi hasil olubdur, bu halda mən ondan bizarlıq edirəm.
Amma məsum İmamların (əleyhis-salam) hədislərində gələn bəzi kəlamlarda, nəzər dəyişilməsinin qeyd olunan mənasının Allah barəsində səhih olması başa düşülə bilər. Məsələn, İmam Sadiq (əleyhis-salam) buyurur ki:
Allahda oğlum İsmail barəsində olan bəda (rəy dəyişikliyi) heç bir şey barəsində baş verməyib.
Məhz bu səbəbə görə də İslam firqələrinin bəzi müəllifləri (İmam Sadiq (əleyhis-salam)-ın sözünü yanlış təfsir edərək) Peyğəmbər Əhli-beytinin ardıcılları olan haqq İmamiyyə məzhəbinə bədanın qeyd olunan mənasını irad tutaraq onlara tənə vururlar.
Bu barədə səhih mətləb, Allahın Quranda buyurduğu kimidir:
Allah istədiyini məhv edir, istədiyini də öz yerində təsbit edir və yalnız Onun yanındadır Ümmül-Kitab.
Bunun mənası belədir ki, Allah bəzi vaxtlar hansısa bir şeyi Öz peyğəmbəri, yaxud övliyasının dili ilə aşkar edir, yaxud zahirən müəyyən bir məsləhətli iş bu cür izhar etməyi tələb edir. Sonra isə onu aradan aparır, ilk dəfə zahir olduğundan başqa şəkildə baş verir. Allah da öncədən buna elmli olur. Məsələn, həzrət İsmail yuxuda görür ki, atası onu Allah yolunda qurbanlıq edir.
Deməli, İmam Sadiq (əleyhis-salam)-ın buyuruğunun mənası budur ki, Allah-Taala heç bir məsələni, oğlu İsmailin məsələsi kimi aşkar etməyib. Çünki zahirən camaat arasında təsəvvür olunurdu ki, o Həzrətin oğlu İsmail böyük övlad olduğundan, ondan sonrakı İmam da o olacaqdır. Allah onun canını aldı ki, camaat onun sonrakı İmam olmamayacağını bilsin.
Bədanın bu mənası sabiq şəriət hökmlərinin bizim əziz Peyğəmbərimizin vasitəsi ilə qüvvədən salınmasına (nəsxə) çox yaxındır. Hətta bizim Peyğəmbərin gətirdiyi şəriət hökmlərinin bəzisi də sonradan qüvvədən salınaraq başqası ilə əvəz edilmişdir.

#10 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 27 мая 2009 - 18:22

Allah bir şəhəri(vəyaölkəni dünyanın hərhansısa bir nöqtəsində)misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.

Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.

Nehl-112-113

Сообщение отредактировал Mumin: 27 мая 2009 - 18:22

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru