Перейти к содержимому

Фотография

Təvəssul və onun hokmləri

  • Закрытая тема Тема закрыта
Сообщений в теме: 1479

#361 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 13 октября 2010 - 14:18

Diriyə təvəssül şirkdir?

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.

#362 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 13 октября 2010 - 14:24

Davam edak.
Buyur bunuda diggatla oxu,siz salafilerin en sevimli sheyxiniz ibn teymiyye (l) ozunu *mecmual feteva kitabinin* 3 cild. seh 272 de yazib.
( وكذلك مما يشرع التوسل به في الدعاء كما في الحديث الذي رواه الترمذي وصححه أن النبي صلى الله عليه وسلم علم شخصا أن يقول:" اللهم إني أسألك وأتوسل إليك بنبيك محمد نبي الرحمة يا محمد يا رسول الله إني أتوسل بك إلى ربي في حاجتي ليقضيها اللهم فشفعه في" فهذا التوسل به حسن

Tirmizi bu hedisi revayet etmishdir. Rasulillah(s) bir shexsi oyretmish ve bela demishdi ona, dua edanda bela tavassul etmek lazimdir( Allahumma men sene senin peygambarini vasitesi ile uzumu tutmusham,ya rasulillah ya nabiy,men seni vasite tuturam ve Rebbimden isteyirem, menim hacetlerimi gebul elaAllahumma shefa ver.Bu tavassul en gozel duadir

Davam etməyək Tatar, zəyif və uydurma hədisləri gətirməkdə fikrin nədir? Adilsənsə ibn Teymiyyənin məsələyə münasibətini göstər, yoxsa Məcmuul fatavada şiyələrin qondarma hədisləridə yer alır. Yaxşısı budur "İbn Teymiyyənin etiqadı" adlı mövzu aç orda bunu müzakirə edək, bu mövzunu fərqli məcraya yönəltmə!
Mövzuyla bağlı sualımı təkrarlayıram:
أُولَٰئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا
Onların yalvardıqlarının özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir. (Əl İsra 57)

Bu ayə cinlərə dua edənlər barədə nazil olmuşdur, sağ olan cinləri qeybdən çağıran insanlar şirklə məzəmmət olunursa, qəbirlərdə yatanlara dua edənlər necə?

Сообщение отредактировал Samir Selefi: 13 октября 2010 - 14:25

#363 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 13 октября 2010 - 14:29

İbadət Allahdan başqasına şırkdir bunun ölü diri fərqi yoxdur.Təvəssüldə Allah buyuran vasitələrə hətta təkidli müsstəhəbbatdandır bundada ölü diri olması fərq etməz.Məsələn İsa ya Musa üçün üçün deyir ki dünyadada axirətdədə vəcih hörmətli insan idi Allah subhanəhu və təala yanında.Axirətdə yəni öləndən sonra.Demirki öldü hörmətdən düşdü təkcə dünyada vəcih idi!

Bir öz avatarna bax. O insan Allaha dua edir, Allaha ibadət edir! İndi eyni əməli Əli (r.a.) qəbri önündə edərək, "Ya Əli mənə kömək ol" deyən Əliyə ibadət etmir?
Sən əslən bilmirsən ibadət nədir, çünki Quran oxumursan! Ümumən sənin zənnində ibadət nədir? Ölüyə bir başa dua edirsiz, qəbrə doğru səcdə edirsiz, daha ibadət necə olur?

#364 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 13 октября 2010 - 14:52

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.

Bir nəfərin digər bir nəfərdən onu dua etməsi.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#365 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 14 октября 2010 - 11:43

İbadət Allahdan başqasına şırkdir bunun ölü diri fərqi yoxdur.Təvəssüldə Allah buyuran vasitələrə hətta təkidli müsstəhəbbatdandır bundada ölü diri olması fərq etməz.Məsələn İsa ya Musa üçün üçün deyir ki dünyadada axirətdədə vəcih hörmətli insan idi Allah subhanəhu və təala yanında.Axirətdə yəni öləndən sonra.Demirki öldü hörmətdən düşdü təkcə dünyada vəcih idi!

Bir öz avatarna bax. O insan Allaha dua edir, Allaha ibadət edir! İndi eyni əməli Əli (r.a.) qəbri önündə edərək, "Ya Əli mənə kömək ol" deyən Əliyə ibadət etmir?
Sən əslən bilmirsən ibadət nədir, çünki Quran oxumursan! Ümumən sənin zənnində ibadət nədir? Ölüyə bir başa dua edirsiz, qəbrə doğru səcdə edirsiz, daha ibadət necə olur?

İbadət və itaətdə tövhid (Vəhhabilərin bəhanəsi)
Bütün dövrlərdə səmavi peyğəmbərlərin dəvəti bir olan Allaha ibadət etmək olmuşdur. Yəni bütün insanlar Allaha ibadət etməli, başqa mövcudlara və məxluqlara ibadət etməkdən çəkinməlidirlər.
Bir olan Allaha ibadət etmək və ikiliyə ibadət etməyin zəncirini sındırmaq səmavi göstərişlərin əsasını təşkil etmiş və bütün ilahi peyğəmbərlərin başlıca məqsədi olmuşdur. Peyğəmbərlər sırf şirklə, xüsusi ilə də ibadətdə olan şirk ilə mübarizə aparmışlar.
Quran bu həqiqəti açıq-aşkar xatırladır:
“Biz hər ümmətə: − Allaha ibadət edin, Tağundan çəkinin! −deyə peyğəmbər göndərmişik.”[169]
“(Ya Mühəmməd!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, Ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də, yalnız mənə ibadət edin!”− deyə vəhy etməyək[170].”
Bir olan Allaha ibadət etmək bütün şəriətlərdə ən başlıca məqsəddir:
“(Ya Mühəmməd!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (o kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək...”[171]
İbadətdə tovhid əsl və möhkəm sütunlardan biridir və heç bir müsəlman bunun ziddinə çıxmayıbdır. Bütün tayfaların bu haqda nəzəri birdir. “Mötəzilə” dəstəsi “feldə tovhid”-i, “əşairə” dəstəsi isə “sifətdə tövhid”-i qəbul etməmələrinə baxmayaraq, bunlar hamısı ibadətdə tovhidi qəbul edirlər. Heç bir müsəlman bunu inkar edə bilməz. Əgər, bu haqda müsəlmanlar arasında ixtilaf varsa, bunlar hamısı ibadətin növlərinə aiddir. Yəni hər hansı bir əməlin ibadət olub-olmamasında ixtilaf vardır. Allahdan başqasına ibadət etmək haram və şirkdir. Buna görə də gərək biz ibadətin leksik (lüğəvi) və Quranda olan mənasını işıqlandıraq.
Daha açıq desək, ibadətdə tovhid xüsusi bir dəstəyə aid ediləsi bir əməl deyildir. Əksinə, bütün müsəlmanların nəzərində bir əməl sayılır. Lakin bəzi əməlləri bir qrup ibadət adlandırırlar. Başqa müsəlmanların nəzərində isə bu əməllər ibadət sayılmır. Buna görə də, gərək ibadətə məntiqi cəhətdən tərif verməklə əhatə dairəsini müəyyənləşdirək.
İbadətin leksik mənası və onun geniş tərifi
“İbadət” ərəb sözü olub, sitayiş etmək deməkdir. İbadətin mənasına məntiqi cəhətdən tərif vermək mümkün olmamasına baxmayaraq, sitayiş sözünün mənası bizim hamımıza aydındır.
Biz yer və göyün nə olduğunu başa düşdüyümüz bir halda ona tərif verə bilmirik. Lakin onların adları çəkilən zaman ani olaraq yer və göy gözlərimiz önündə canlanır.
İbadət və sitayiş sözləri də yer və asiman kəlmələrinə oxşayır, yəni onlara məntiqi cəhətdən tərif verə bilməsək də, mənalarını dərk edə bilirik. Həqiqi aşiq öz məşuqunun qapısını, divarını öpüb onun paltarını və köynəyini sinəsi üstünə qoyursa və yaxud onun ölümündən sonra qəbrini öpürsə, heç bir millət və məzhəbi aşiqin məşuqa qarşı bu rəftarını sitayiş və ibadət adlandırmır.
Dünyanın böyük rəhbərlərinin mumiyalanmış cəsədlərinin ziyarətinə gəlib, cəsədləri qarşısında bir neçə dəqiqə sükut edib onları yad etmək ibadət sayılmır. Burada bir çox oyanmış vicdanlara hakim ibadət və ehtiramın mənasını ayırd etmək istərdik. Əgər “ibadət”ə məntiqi cəhətdən tərif vermək istəyiriksə, ona üç formada tərif vermək olar. Bu təriflərin üçü də bir hədəfi açıqlayır. Ən əvvəl vəhhabilərin ibadət üçün söylədikləri tərifin iki nöqsanını xatırladırıq.
İbadətin iki nöqsanı:
a) İbadət kölgələnmək və özünü kiçiltmək mənasında: Lüğət kitablarında “ibadət” sözü özünü kiçiltmək və təvazökarlıq mənasında təfsir olunub.
Lüğət alimlərinin bu təfsiri “ibadət” kəlməsinin səhih və düzgün mənasını izah edə bilməz. Çünki:
1− Əgər ibadət kəlməsi özünü kiçiltmək və təvazökarlıq mənasında olsa, heç kimi müvəhhid ( təkallahlı) adlandırmaq olmaz. Bəşər fitrətən maddi və mənəvi cəhətdən məqamları yüksək olan insanların müqabilində təvazökarlıq edir. Məsələn, tələbənin müəllimə, övladın ata-anaya və yaxud aşiqin məşuqa qarşı təvazökarlığı və s. kimi.
2− Quran valideyn müqabilində təvazökarlıq etmək üçün övladlara belə göstəriş verir.[172]
“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” −de.”
Əgər təvazökarlıq ibadət sayılırsa, onda gərək valideynə itaət edən təvazökar övladlar müşrik, valideynin üzünə ağ olanlar “təkallahlı” kimi tanınsınlar.
) Sonsuz təvazökarlıq.
Bəzi təfsir biliciləri lüğət alimlərinin səhv və nöqsanlarını görüb onların səhvlərini düzəltmək üçün bu kəlmələri başqa variantda təfsir ediblər:
“Mehribanlıq və məhəbbət üzündən sonsuz həddə təvazökarlıq etmək ibadət sayılır. Bu təfsirlə əvvəlki təfsir arasında heç bir fərq yoxdur. Çünki Allah mələklərə Adəm qarşısında səcdə etməyi göstəriş verir:
“Biz mələklərə: “Adəmə səcdə edin”− dedikdə İblisdən başqa (hamısı) səcdə etdi.”[173]
Bir məxluq qarşısında səcdə etmək sonu olmayan təvazökarlığın bir nümunəsidir. Vəhhabilərin batil fikirləri düz olsa, onda gərək mələkləri müşrik, şeytanı isə “təkallahlı” kimi qəbul edək.
Yəqubun övladları, hətta onun özü və həyat yoldaşı Yusif qarşısında səcdə etdilər:
“Onların hamısı (ata-ana və on bir qardaşı) (hörmət əlaməti olaraq) ona (Yusifə) təzim edib əyildilər. Yusif dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.”[174]
Quran Yusifin uşaqlıqda gördüyü yuxunu nəql edərək buyurur:
“Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.”[175]
Bütün müsəlmanlar təkallahlıların rəhbəri olan əziz İslam Peyğəmbərinin ardıcılları olaraq “Həcərül-Əsvədi” (Kəbə evinin bir bucağında behiştdən göndərilmiş Qara daş) öpürlər və bu daşa əl sürtürlər, yəni bütpərəstlərin əməllərinə oxşar bir iş görürlər. Bununla belə, bütpərəstlərin gördüyü iş şirk, müsəlmanların gördüyü iş isə həqiqi tovhid sayılır.
İbadəti yalnız təvazökarlıq adlandırmaq olmaz. Əksinə, təvazökarlıq ibadətin bir ünsürüdür və bu, ibadətin əsasını təşkil etmir. Təvazökarlıq və özünü kiçiltmək gərək əqidə ilə birlikdə olsun. Belə olan halda, bu, əqidə sayılır. Əgər xüsusi bir əqidə olmadan təvazökarlıq olunsa, ibadət sayılmır.

#366 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 14 октября 2010 - 11:46

İbadətin düzgün tərifi
Birinci tərif: Allaha qarşı əqidə ilə təvazökar və kiçiklik halında yerinə yetirilən əməl və yaxud deyilən nitq və ya sözə ibadət deyilir.
İndi görək ilahiyyat nə deməkdir? İlahiyyat “allahlıq” mənasında olub, “ilahi” isə Allah deməkdir. Əgər “ilah” kəlməsi məbud kimi təfsir olunursa, bu o deməkdir ki, məbud ilahın əsl həqiqi mənasını daşıyır. Əksinə, həqiqi və qondarma “ilahlara” bütün dünya millətləri arasında ibadət olunduğuna görə “ilah” kəlməsi məbud təsəvvür olunmuşdur. Əslində isə, məbudluq “ilahın” lazımlı şərtlərindən biridir.
Daha açıq desək, ilah kəlməsinin açıq mənası Allah deməkdir, yəni həmin “La ilahə illəllah” [176] ixlas ifadəsidir.
Əgər ilah sözü burada məbud mənasında işlənsə idi, ixlas ifadəsi öz həqiqi mənasını itirəcəkdi. Çünki məlum olduğu kimi, bu dünyada Allahdan başqa minlərlə məbud var. Bu mətləbin həqiqətini ayələrlə araşdırsaq, görərik ki, ibadət əqidə ilə Allaha doğru əməl və rəftara deyilir. Və belə bir əqidə ilə başqa mövcudlara ibadət olunmamalıdır. Quran Allaha ibadət etməyi göstəriş verməklə yanaşı, Allahdan başqa ilah olmadığını da sübut edir:
“Ey bəndələrim! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur.” / Əraf surəsi, 59-cu ayə/.
Bu ayənin məzmunu Quranda bir çox yerlərdə işlənmişdir. Əziz oxucular! Əraf surəsinin 58, 65, 73; Hud surəsinin 5, 61, 84; Ənbiya surəsinin 25; Möminun surəsinin 23, 32 və Taha surəsinin 14-cü ayələrinə müraciət edə bilərsiniz.
Bu ayələr əqidə ilə Allaha doğru təvazökarlığın ibadət olduğunu açıqlayır. Başqa ayələr də bu həqiqəti isbat edir:
“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər” /Saffat surəsi, 35-ci ayə/.
Yəni müşrik və kafirlər Quranın bu sözünə əhəmiyyət vermirdilər və başqa mövcüd olan ilahilərin ilahlığına inanırdılar. “Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!”[177]
Ayədə insanların Allahdan başqasını qəbul etdikləri üçün bu əməl şirk sayılır. “O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün dəb əməllərinin aqibətini) biləcəklər.”[178]
“Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz...”[179]
Müşriklər öz bütlərinə əqidə bağladıqlarına görə bu kimi ayələr nazil olmuşdur. “(Müşriklər Qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.”[180]
“Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?”[181]
“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?”[182]
Bu kimi ayələrdə bütpərəstlərin öz məbudlarına ilah dedikləri üçün bunun şirk olduğu hamıya bəlli olur. Bütlər Allahın məxluqu olduğu halda bunlara ibadət edirdilər. Quran bu haqda buyurur: “Bu, ona görədir ki, yalnız Allah çağırıldığı zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır.”[183] Mərhum Ayətullah şeyx Məhəmməd Cavad Bəlaği “Alair-Rəhman” adlı öz nəfis təfsir kitabında ibadətə belə bir tərif verir:
İbadət insanın özü üçün təyin etdiyi bir varlığın müqabilində onun məqamının uca olmağının haqqını ödəmək üçün təvazökarlıqla etdiyi əməldir.
Mərhum Bəlaği vicdanı ilə ibadətə tərif vermişdir. Qeyd olunmuş ayələr bu tərifin düzgünlüyünü təsdiq edir.
Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
[184]
Bu nəzəriyyəyə açıq-aşkar sübut şirk ilə mübarizə edən ayələr toplusudur. Quran bütün mövcudları və məxluqları ilah adlandırıb sitayiş edənlərlə mübarizə aparmışdır.
Ayələrə müraciət etməklə “ilah” sözünün mənasının Allah olduğunu dərk edərik.
İbadətin ikinci tərifi
Rəbbin (sahib, yiyə mənasında) müqabilində təvazökarlıqla olunan əmələ ibadət deyilir. Yəni insan Rəbbinə qarşı sitayiş edərkən, özünü Rəbbinin müqabilində bəndə hesab edərsə, (istər bu onun Rəbbi olsun və yaxud olmasın) bu əməl ibadət sayılır. İbadətin Rəbbə layiq olan əməllərdən olduğunu Quran ayələri təsdiq edir:
“Məsih belə demişdir: Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”[185]
“Şübhə yoxdur ki, Allah mənim də Rəbbim sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Budur doğru yol” /Ali-İmran, 51/.
Bəzi ayələrdə ibadət Xaliqə layiq olan əməllərdən biri sayılır.
P.S:Ölüdən şəfaət diləmək
Bundan əvvəlki bəhsdə Allah övliyalarından şəfaət diləmək onların diri halında tamamilə caiz bir əməl olduğunu hədislər sübuta yetirdi.
Bir sıra rəvayətlərdən belə başa düşülür ki, səhabə Peyğəmbərin vəfatından sonra onun pak ruhundan şəfaət diləyirdi.
1) İbn Abbas deyir:
“Elə ki, əmirəl-möminin Əli (ə) Peyğəmbərə (s) qüsl verib kəfən tutdu, kəfəni o həzrətin üzündən açıb dedi:
“Atam-anam sənə fəda olsun. Sən diri halında da, ölü halında da pak-pakizəsən. Allah-taalanın dərgahında bizi də yad elə” Nəhcül-Bəlağə, 230-cu xütbə/.
2) Peyğəmbər (s) vəfat edəndə Əbu Bəkr evdə onun üzünü açıb öpərək dedi:
“Atam-anam sənə fəda olsun. Sağlığında da pak idin, vəfat edəndən sonra da paksan. Allah-taalanın dərgahında bizi yad elə, bizi unutma” /Kəşfül-irtiyab, s. 265/.
Qeyd olunan rəvayətlər şəfaət diləyəndə şəfaətçinin diri və ya ölü olmasının fərqi olmadığını sübuta yetirir. Demək, bu kimi ayələrə, rəvayətlərə və bütün əsrlər boyu müsəlmanlar arasında rəvac tapmış sünnə əməllərə diqqət yetirərkən belə aydın olur ki, şəfaət mövzusu barədə gərək heç bir şəkk-şübhəyə yol verilməsin.
Bundan əlavə, Peyğəmbərin səhabəsi o Həzrətin vəfatından sonra dua etməsini diləyirdi. Əgər dua diləmək o Həzrətin vəfatından sonra səhihdirsə, bir növ dua sayılan şəfaət də səhih olacaqdır.

Сообщение отредактировал Mumin: 14 октября 2010 - 11:49

#367 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 14 октября 2010 - 17:46

Əvvəla Vüsal, təvəssül dedikdə nəyi nəzərdə tutursan bir mənə de.

Bir nəfərin digər bir nəfərdən onu dua etməsi.

İndi mənə cavab ver "Ya Əli, səndən mədət" deməyin hökmü nədir?

#368 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 14 октября 2010 - 17:57

Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
[184]

Bu çox səhf mövqedir! Məgər Məkkə müşrikləri kimə isə Allah ünvanı ilə sitayiş edirdilər? Cavab budur ki, xeyr! Əksinə onlar ibadət etdiklərinin onları Allaha yaxınlaşdırdığını və ya Allah yanında onlar üçün şəfaətçi olduqlarını zənn edirdilər və Allah Təala bu batil zənnlərini endirdiyi pak ayələrlə puç etdi.
"Lə iləhə illəllah" Allahın tək və həqiqi ilah olduğunu isbat edir və bütün ibadət növlərinin yalnız Ona məxsus olduğunu bildirir. Həmçinin DUA İBADƏTDİR,
Uca Allah buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir 60)
Allah Təala bu ayədə duanın yalnız Ona edilməsini əmr edir və duanı aşkar olaraq ibadət adlandırır. Müxaliflərin qəbr yanında və ya ondan uzaq "Ya filankəs mənə yardım et" demələri aşkar şirkdir! Bunu edən müşrik hökmündədir. Allah hamımızı şirkdən qorusun! AMİN!

Сообщение отредактировал Samir Selefi: 14 октября 2010 - 17:58

#369 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 14 октября 2010 - 19:02

Bu çox səhf mövqedir! Məgər Məkkə müşrikləri kimə isə Allah ünvanı ilə sitayiş edirdilər? Cavab budur ki, xeyr! Əksinə onlar ibadət etdiklərinin onları Allaha yaxınlaşdırdığını və ya Allah yanında onlar üçün şəfaətçi olduqlarını zənn edirdilər və Allah Təala bu batil zənnlərini endirdiyi pak ayələrlə puç etdi.
"Lə iləhə illəllah" Allahın tək və həqiqi ilah olduğunu isbat edir və bütün ibadət növlərinin yalnız Ona məxsus olduğunu bildirir. Həmçinin DUA İBADƏTDİR,
Uca Allah buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir 60)
Allah Təala bu ayədə duanın yalnız Ona edilməsini əmr edir və duanı aşkar olaraq ibadət adlandırır. Müxaliflərin qəbr yanında və ya ondan uzaq "Ya filankəs mənə yardım et" demələri aşkar şirkdir! Bunu edən müşrik hökmündədir. Allah hamımızı şirkdən qorusun! AMİN!

Samir axırıncı dəfə xəbərdarlıq edirəm, bunların hamısına artıq cavab verilib. Hər təkrara görə reytinqinizi artıracağam.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#370 Samir Selefi

Samir Selefi

    Arif – Corporal

  • Murid
  • 59 сообщений

Отправлено 14 октября 2010 - 19:24

Samir axırıncı dəfə xəbərdarlıq edirəm, bunların hamısına artıq cavab verilib. Hər təkrara görə reytinqinizi artıracağam.

Bu yanaşmanı heç başa düşmürəm, faydasız məsələlərə aid burda təkrarlanan mövzular var, yaxşısı budur onlarla məşqul olasınız. Burda isə mən digər yuzerlərlə polemika aparıram, deməli əvvəl verilən cavablar məni qane etmir, mən forumun hansı qaydasını pozuram? Allahdan qorxun və adil olun!

#371 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 14 октября 2010 - 19:45

Samir axırıncı dəfə xəbərdarlıq edirəm, bunların hamısına artıq cavab verilib. Hər təkrara görə reytinqinizi artıracağam.

Bu yanaşmanı heç başa düşmürəm, faydasız məsələlərə aid burda təkrarlanan mövzular var, yaxşısı budur onlarla məşqul olasınız. Burda isə mən digər yuzerlərlə polemika aparıram, deməli əvvəl verilən cavablar məni qane etmir, mən forumun hansı qaydasını pozuram? Allahdan qorxun və adil olun!

Siz polemika aparmırsız, müzakirə olunan məsələləei yenidən müzakirəyə çıxarırsız. Sizin yazdıqlarınız elə bu mövzuda yazılıb.
Offtopa görə 10% reytinq.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#372 World Cup

World Cup

    Mulazzim – lieutenant

  • Murid
  • 301 сообщений

Отправлено 15 октября 2010 - 09:23

Forum bardaqdı ee, istədiklərini saxlıyırlar, sərf etmədiklərinə giydirmə adlar verərək hamsını silməyə çalışırlar. Nə isə forumun məqsədi bəllidir.

#373 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 15 октября 2010 - 10:06

Forum bardaqdı ee, istədiklərini saxlıyırlar, sərf etmədiklərinə giydirmə adlar verərək hamsını silməyə çalışırlar. Nə isə forumun məqsədi bəllidir.

Demə, demə dəhşət bərbadır. Bərbad olarda, ildə 4dəfə müzakirə olunmuş və bütün suallar cavab verilmiş mövzularda yenidən eyni suallar verilir. Forum yamam səbrlidir.
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#374 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 15 октября 2010 - 11:05

Forum bardaqdı ee, istədiklərini saxlıyırlar, sərf etmədiklərinə giydirmə adlar verərək hamsını silməyə çalışırlar. Nə isə forumun məqsədi bəllidir.

Sənə hələ də təvəssül söhbəti yəqin olmayıb? Olmayıbsa gəl görüşək . Sənə təvəssülün caiz olduğunu sübut edə bilməsəm sənin əqidəni qəbul edəcəyəm.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#375 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 15 октября 2010 - 11:17

Böyük ustad həzrəti Ayətüllahul-Uzma Xomeyni (Allah ona rəhmət eləsin) öz nəfis kitabında bu nəzərə üstünlük verərək buyurur:
İbadət bir kəsə Allah ünvanı ilə sitayiş etməkdir. İstər, böyük Allah ünvanında olsun, istərsə də kiçik Allah ünvanında.”
[184]

Bu çox səhf mövqedir! Məgər Məkkə müşrikləri kimə isə Allah ünvanı ilə sitayiş edirdilər? Cavab budur ki, xeyr! Əksinə onlar ibadət etdiklərinin onları Allaha yaxınlaşdırdığını və ya Allah yanında onlar üçün şəfaətçi olduqlarını zənn edirdilər və Allah Təala bu batil zənnlərini endirdiyi pak ayələrlə puç etdi.
"Lə iləhə illəllah" Allahın tək və həqiqi ilah olduğunu isbat edir və bütün ibadət növlərinin yalnız Ona məxsus olduğunu bildirir. Həmçinin DUA İBADƏTDİR,
Uca Allah buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir 60)
Allah Təala bu ayədə duanın yalnız Ona edilməsini əmr edir və duanı aşkar olaraq ibadət adlandırır. Müxaliflərin qəbr yanında və ya ondan uzaq "Ya filankəs mənə yardım et" demələri aşkar şirkdir! Bunu edən müşrik hökmündədir. Allah hamımızı şirkdən qorusun! AMİN!

Mushrikler alihe=ilahlar adlandirirdilar ve ele inanirdilar butlere bununla yanashi shefaetchiler sanirdilar.Yani hem butlere ki hech bir shefaet izni yoxdur dua ibadet edib qurban kesib secde edirdiler,hemde bu ibadetlerini Allah taalaya yaxinliq vasitesi sanirdilar.Bunlar temaile ferqli emellerdir.Etiqad meselesi. emeller niyyete baqlidir.Ya Eli meded yani Ya Eli senki Allahin velisisen shefaet iznin var bele ozunde bendeliy seviyyesinde komek ede bilersen Allahn iznile komey et.Daha Allahin sheriki ve but olaraq yox.Dua sozu istilahi menada olunsa shirkdir.Yani biri etiqad ede Allahin sheriki olmaqi inanci ile musteqil guc olaraq her hansi bir varliqa fiqura ve ondan yardim isteye chaqira onu onda sen diyen ayenin bariz numunesi olar oda bile bile.Yusif kinosundaki mebedde edillera bax ele.Yoxsa bu biri Ya Eli meded bir nov tevessuldur.Ondada chaqirish olmaqina baxmiyaraq bu chaqirma o chaqirmaqdan deyil.Onda Peygemberde cehennemliy olar ki Allahdan bashqa kimise komeye chaqirib.Meselen uhudde qachmishdi choxusu Peygemberde chaqirirdi Ya Eli komey et bu dushmenleri menden uzaqlashdir.Selefilelin ki boyuklerinden biri ibni ebdulvehabdir o deyir ki tovhid ehlinden ovliyadan iltimas etmey olar diriliyinde .Kim Islamdan qeyri din daliyca getse ondan (iltimasi hemde Allah yaninda bir nov shefaeti)qebul olunmaz.Olenden sonra olmaz.Sebeb fiziki oludurler.Yaxshi olmey o demeydir ki ruhlari eshitmir?Meyit o qebrde olan cesede deyilir ki olulere eshitdire bilmezsen.Quran deyir berzex var selefilerde inanir ruhlarin berzexde olmasina.Qaldi bir elaqe meselesine subut olnub ki ruhun eshitmesi meselesi var ve Alinin(as) Ebubekrin Peygemberden (s)iltimas etmesi vefatindan sonra achiq-ashkar delildir.

#376 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 15 октября 2010 - 17:21

İndi mənə cavab ver "Ya Əli, səndən mədət" deməyin hökmü nədir?

Heç bir şiə Əlidən(ə) və ya qeyri birindən kömək istəyəndə həmin vasitəni müstəqil bilmir. Vasitədən istədikdə bilirik ki, o da Allahdan istəyəcək. Nerujenni çox çətindi?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#377 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 16 октября 2010 - 23:53

İndi mənə cavab ver "Ya Əli, səndən mədət" deməyin hökmü nədir?

Heç bir şiə Əlidən(ə) və ya qeyri birindən kömək istəyəndə həmin vasitəni müstəqil bilmir. Vasitədən istədikdə bilirik ki, o da Allahdan istəyəcək. Nerujenni çox çətindi?

bəyəm müşrklər belə etiqad edirdilər ki? onlar da etiad edirdilər ki, öz dua e\tdiklərindən müstəqil istəmirlər. və deyirdilər ki, bunlar yalnız bizi Allaha yaxınlaşdırırlar. tak şto siz də elə həmin müşriklərin əqidəsindəsiniz. yəni Ibu Cəhl, əbu Talib, Əbu Ləhəbin əqidəsində.

#378 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 октября 2010 - 00:05

bəyəm müşrklər belə etiqad edirdilər ki? onlar da etiad edirdilər ki, öz dua e\tdiklərindən müstəqil istəmirlər. və deyirdilər ki, bunlar yalnız bizi Allaha yaxınlaşdırırlar. tak şto siz də elə həmin müşriklərin əqidəsindəsiniz. yəni Ibu Cəhl, əbu Talib, Əbu Ləhəbin əqidəsində.

Əvvəla Əbu Talib müşrik olmayıb. İkincisi, yenə deyirəm ki, əgər əshab təvəssül edibsə, biz nəyə görə edə bilmərik? Deməli, ancaq bu barədə danışa bilərik ki, ölüyə təvəssül caizdir ya yox7 Çünki, diriyə təvəssülül qəbul etməməyin adını mən ifadə etməyə söz tapmıram.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#379 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 17 октября 2010 - 23:02

Əvvəla Əbu Talib müşrik olmayıb. İkincisi, yenə deyirəm ki, əgər əshab təvəssül edibsə, biz nəyə görə edə bilmərik? Deməli, ancaq bu barədə danışa bilərik ki, ölüyə təvəssül caizdir ya yox7 Çünki, diriyə təvəssülül qəbul etməməyin adını mən ifadə etməyə söz tapmıram.

Əbu TaLİB müşrik olub. bəli onun peyğəmbər sallallahu aleyhi və səlləmə çox yaedımı dəyib, hətta şerlərində də peyğəmbər sallallahu aleyhi və səlləmin hAqq üzərində olduğunu deyirdi, lakin öləndə iman gətirmədi.

nəisə məqsəddən uzaqlaşmayaq. təvəssül saleh diri insanın duası ilə caizdir. yalnız duası ilə. Lakin peyğəmbər sallallahu aleyhi və səlləmin təri ilə, dəstəmaz suyu ilə, ağız suyu ilə və s. caizdir. lakin başqa insanların yalnız sağlığında duası ilə caizdir. bundan başqasına dəlil yoxdur. ölülərlə təvəssül etmək isə şirkin ta kendisidir. müşriklər də deyirdilər ki, biz bunlarla yalnız Allaha yaxınlaşırıq. http://www.quran.az/qurans/aya/39/3# Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Zumər 3. Düməli müşriklər də öz ilahlarına müstəqil ibadət etmirdilər. sadəcə onların vasitəsi ilə Allaha yaxınlaşırdılar.bu əməl müşriklərin əməlidir. islamla heç bir əlaqəsi yoxdur.

#380 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 18 октября 2010 - 00:06

Bu Əbu Talib barədə.

Aydındır ki, duası ilə. Amerika kəşf eləmədin.

1. Diriyə təvəssül caizdirsə, ölüyə niyə caiz deyil?

2. Bunun şirklə nə rabitəsi? Potoloku buna bidət deyə bilərsən.

3. Kim ölüyə təvəssülü qəbul edibsə, müşrikdir?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#381 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 18 октября 2010 - 09:29

“Pеyğəmbər və imаmlаrın həm sаğlıq dövründə, həm də dünyаdаn кöçdüкdən sоnrа оnlаrdаn кöməк istəməк və istəкlər üçün оnlаrа təvəssül еtməк düzgündür”. Bu iş əvvəlа, puçа mürаciət еtməк dеyildir. Şаfеilərin ən böyüк аlimi Qəzаli[1] “Еhyаülumid-din” кitаbındа yаzır: “Bə’zi аlimlər dеmişlər: “Ölüm, еlə həmin puç оlmаq dеməкdir”. Bu, Аllаhа və ölümdən sоnrакı həyаtа inаnmаyаn mülhidlərin fiкridir. Lакin insаn bu həyаtdа yuхudа оlduğu кimidir. Ölən кimi аyılır. Çünкi, ölərкən ilк аnlаdığı şеy, yахşı və pis hərəкətləridir. Pis hərəкətlərini görüb, dəhşətlə həsrət çəкir”.

Dеməк, vаhаbilərin fiкri nə кitаb, nə sünnə, nə də аlimlərin fiкri ilə üst-üstə düşmür. Islаmın fiкrincə ölüm, puç оlmаq dеyil.

Qur’аndаn dəlillər

Qur’аndаn dəlillərimiz аşаğıdакı аyələrdir:

1.Аrtıq bu gün, gözündən pərdəni götürdüк, sən bunu sərrаst görürsən (Qаf-22).

2.Охu кitаbını. Bu gün sən özün-özünə hаqq-hеsаb çəкməyə кifаyətsən (Isrа-14).

3.Ruziləri də səhər-ахşаm оrаdаdır (Məryəm-62).

4.Həqiqətən, yахşı əməl və itаət sаhibləri Cənnətdə qərаr tutаcаqlаr. Pis əməl sаhibləri isə Cəhənnəmdə оlаcаqlаr (Infitаr-13-14).

5.Аllаh imаn gətirənləri dünyаdа dа, ахirətdə də möhкəm bir sözlə sаbitqədəm еdər (Ibrаhim-27).

Buхаri “Səhih”də yаzır: “Pеyğəmbər (s) buyurmuşdur: “Mö’min qəbirdə оturаrкən Аllаhın təкliyinə, Məhəmmədin pеyğəmbərliyinə şəhаdət vеrir”. Bu, еlə Ibrаhim surəsinin 27-ci аyəsinin mə’nаsıdır. Yuхаrıdакı аyələr ümumi хаrакtеr dаşıyırdı. Indi isə günаhкаrlаr və каfirlərə аid аyələr:

1.Оnlаr səhər-ахşаm оddа yаndırılаrlаr. Qiyаmət qоpduğu gün isə Fir’оn əhlini ən şiddətli əzаbа sаlın (Mö’min-46).

2.Cənnət əhli Cəhənnəm əhlinə bеlə mürаciət еdib: “Biz, Rəbbimizin bizə və’d еtdiyini hаqq оlаrаq gördüк. Siz də Rəbbinizin sizə və’d еtdiyini gеrçəк оlаrаq gördünüzmü?”-dеyə, sоruşаcаqlаr. Оnlаr: “Bəli”-dеyə, cаvаb vеrəcəкlər (Ə’rаf-44)”.

Buхаri “Səhih”də yаzır: “Bədr mühаribəsi bitdiкdən sоnrа Həzrət Pеyğəmbər (s) Bədr quyusunun (каfirlərin mеyidlərini о quyuyа töкmüşdülər) yаnınа gəlib yuхаrıdакı аyəni охudu. Səhаbələrdən biri dеdi:-Yа Rəsuləllаh! Ölənlərimi səsləyirsən?

Pеyğəmbər (s) buyurdu:-Siz оnlаrdаn dаhа yахşı еşidən dеyilsiniz, (yə’ni, оnlаr dа sizin кimi еşidirlər) lакin cаvаb vеrə bilmirlər”.

3.Оnа hər tərəfdən ölüm gələr, lакin ölməz (Ibrаhim-17).

4.Ахirət yurdu isə şübhəsiz, əbədi həyаtdır, каş biləydilər! (Ənкəbut-64).

5.О: “Каş кi, mən əvvəlcədən həyаtım üçün еdəydim”-dеyəcəкdir (Fəcr-24).

Bəli, imаnsız və каfir insаn ахirət dünyаsındа həqiqətləri görən кimi dеyər: “Каş, əbədi həyаtım üçün bir şеy göndərəydim!”. Bəli, о, “həyаtım” üçün dеyir. Çünкi tеzliкlə bitən dünyа həyаtı аrtıq yохdur və yаlnız bir əbədi həyаt vаr. Ахirət həyаtı.

О cümlədən, şəhidlər hаqqındа nаzil оlаn аyələrdir:

1.Аllаh yоlundа öldürülənlərə “ölü” dеməyin. Əкsinə, оnlаr diridirlər, lакin siz dərк еtmirsiniz (Bəqərə-154).

2.Аllаh yоlundа öldürülənləri hеç də ölü zənn еtmə! Хеyr, оnlаr öz Rəbbinin yаnındа diri оlub, ruzi yеyirlər. Оnlаr Аllаhın Öz mərhəmətindən оnlаrа bəхş еtdiyi nе’mətə sеvinir, аrхаlаrıncа gəlib hələ özlərinə çаtmаmış şəхslərin hеç bir qоrхusu оlmаyаcаğınа və оnlаrın qəm-qüssə görməyəcəкlərinə görə şаdlıq еdirlər. Оnlаr Аllаhdаn gələn nе’mət və mərhəmətə görə, həm də Аllаhın mö’minlərin müкаfаtını puçа çıхаrmаyаcаğınа görə sеvincəк оlurlаr (Аli-Imrаn-169-170-171).

Аllаh imаn əhlinə bеlə mürаciət еdir: “Еy аrхаyın nəfs! Dön Rəbbinə, sən Оndаn rаzı оlаrаq, О dа səndən! Bəndələrimin zümrəsinə dахil оl! Cənnətimə vаrid оl! (Fəcr-27-28-29-30)”.

Əgər insаn ölərкən məhv оlursа, bəs nə üçün Аllаh оnlаrlа dаnışır? Məhv оlmuş şəхsə mürаciət еtməк оlаrmı? Əgər оnlаr puçdulаrsа, bu sözü Аllаhа nеcə dеyə bilərlər?

“Еy Rəbbim! Məni gеri qаytаr! Bəlкə zаy еtdiyim ömrün müqаbilində, yахşı bir iş görüm! (Mu’minun-99-100)”.

“Каş qövmüm biləydi кi, Rəbbim məni niyə bаğışlаdı və nəyə görə hörmət sаhiblərindən еtdi! (Yаsin-26-27)”.

Pеyğəmbər sünnəsindən dəlilimiz

Sünnədən isə “Sihаh” və “Sünən” кitаblаrındаn nəql еtsəк, кifаyətdir. Bu кitаblаrdа аşаğıdакı bölmələr vаrdır:

“Ölü, dirilərin аyаq səsini еşidir”, “Ölü qəbirdə dаnışır”, “Ölü Cənnət və yа Cəhənnəmdə öz yеrini görür”. “Qəbristаnа girərкən, Pеyğəmbər və аli-Pеyğəmbərə, hаbеlə, digər mö’minlərə sаlаm vеrməyin qаydаsı” və. s.

Buхаri “Səhih”in nаmаzın vаcibliyi və Pеyğəmbərin(s) mе’rаc gеcəsi Аdəm, Idris, Ibrаhim, Musа və Isа ilə görüşməsi bölməsində yаzır: “Ibn Həzm və Ənəs ibn Mаliк dеyirlər кi, Pеyğəmbər buyurdu:-Аllаh mənim ümmətimə əlli nаmаz vаcib еtdi. Mе’rаcdаn qаyıdаrкən Musа ilə rаstlаşdım. Musа (ə) sоruşdu:-Аllаh nəyi sənin ümmətinə vаcib еtdi? Dеdim:-Əlli nаmаzı. Musа dеdi:-Qаyıt Аllаhа dе кi, çохdur, sənin ümmətində bu qədər tаqət yохdur. Mən də qаyıdıb Аllаhа dеdim. Аllаh dа оnun yаrısını vаcib еtdi. Qаyıdıb Musаyа dеdim:-Аllаh yаrısını sахlаdı. Musа dеdi: Qаyıt dе кi, ümmətim üçün bu dа çохdur. Qаyıdıb Аllаhа bеlə də dеdim. Аllаh buyurdu: Оnu bеş vахt nаmаzı miqdаrındа еtdim. Qаyıdıb Musаyа dеdiкdə, Musа bir də qаyıdıb yüngülləşdirməyimi təкlif еtdi. Lакin mən dеdim кi, dаhа Аllаhdаn utаnırаm...”[2]

Nəsаinin[3] “Sünən”ində və “Еhyаülumid-din”də Pеyğəmbərdən(s) bеlə nəql оlunur: “Аllаhın Yеrdə gəzişən və mənim ümmətimə rəhmət göndərən mələкləri vаr”.

Yеnə Pеyğəmbər(s) buyurmuşdur: “Mənə çохlu sаlаm göndərin. Оnlаr mənə çаtır”. Ətrаfdакılаr sоruşdulаr: “Yа Rəsuləllаh! Bizim sаlаmımız sənə nеcə çаtа bilər? Ахı sənin bədənin öləndən sоnrа çürüyəcəк? Pеyğəmbər(s) buyurdu:-Аllаhın Pеyğəmbəri diridir və Аllаhdаn ruzi аlır”.

Bəs nеcə оlur кi, pеyğəmbərlər və şəhidlər istənilən səsi, sаlаmı еşidirlər, lакin оnlаrа təvəssül еdəni еşitmirlər? Hаlbuкi, Pеyğəmbərdən(s) nəql оlunur кi, buyurmuşdur: “Mənim biliyim, vəfаtımdаn sоnrа diriliyimdəкi biliyim кimidir”.

Qəzаli “Еhyаülumid-din”də о Həzrətdən bеlə nəql еdir: “Аllаh bir mələyi cаmааtın sözlərini mənə çаtdırmаq üçün mə’mur еtmişdir”.

Кitаb və sünnəyə əsаsən, dirilərə təvəssül

еtməк şirк dеyil

Mə’lumdur кi, dirilərə təvəssül еtməк düzgündür. Pеyğəmbər, övliyа və şəhidlər də Qur’аndа diri hеsаb оlunurlаr, dеməli, оnlаrа təvəssül də düzgündü
və şirк dеyil.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#382 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 18 октября 2010 - 10:01

Əbu TaLİB müşrik olub. bəli onun peyğəmbər sallallahu aleyhi və səlləmə çox yaedımı dəyib, hətta şerlərində də peyğəmbər sallallahu aleyhi və səlləmin hAqq üzərində olduğunu deyirdi, lakin öləndə iman gətirmədi.

Əvvəla Əbu Talib müşrük oilmayıb,ona müşrük deyən elə özü müşrük olur.Əbu Talib tək olan Allaha iman gətirmişdi lakin bunu gizlədirdi,bunun səbəbi isə Hz.Peyğəmbəri qorumag idi.
Necə ola bilər ki,Allahın Rəsulunu müşrük himayə etsin?
Əsla sizi müşrüklərdən secmək cətindir və siz sırf onlar kimi ibadət edirsiz.
Allahı cisimləşdirib,ona əl ayaq nisbəti verib sonra ona ibadət edirsiz.Eynən müşrüklər kimi cünki onlarda cismani olan şeylərə ibadət edirdilər.Fərq yalnız bundadır ki,onlar acıq aşkar bütlər düzəldib ibadət edirdilər amma siz təqiyyə edib öz beyninizdə düzəldib ibadət edirsiz.

P.S.Özüdə ki,bəsdir burada şiyələri təkfir elədin !Müşrükdə,münafiqdə sən və sənin babaların yezid və muaviyyələr olublar.
Useri təhqir elədiyin üçün 10 %

Сообщение отредактировал Omar: 18 октября 2010 - 14:37

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#383 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 18 октября 2010 - 15:52

Əbu TaLİB müşrik olub. bəli onun peyğəmbər sallallahu aleyhi və səlləmə çox yaedımı dəyib, hətta şerlərində də peyğəmbər sallallahu aleyhi və səlləmin hAqq üzərində olduğunu deyirdi, lakin öləndə iman gətirmədi.

Əbu Talib şübhəsiz Müsəlmandır

Tamamilə siyasi məqsədlərlə Rasulüllah Əfəndimizin əmisi Əbu Talibin kafir elan edildiyini ifadə edən Prof. Dr. Haydar Baş, `Bunu edənlər `Hz. Əli imamete layiq deyil` anlayışını yerləşdirmək istəyən və Onun güc qazanmasını istəməyən kəslərdir` dedi

Copy paste olmaz.Hələlik xəbərdarlıq edirəm. Gələn dəfə reytinq verəcəm.
Faylı vörd şəklində yüklə .

Прикрепленные файлы

Сообщение отредактировал Omar: 18 октября 2010 - 16:44

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#384 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 18 октября 2010 - 21:58

1. Diriyə təvəssül caizdirsə, ölüyə niyə caiz deyil?

2. Bunun şirklə nə rabitəsi? Potoloku buna bidət deyə bilərsən.

3. Kim ölüyə təvəssülü qəbul edibsə, müşrikdir?[/size][/font]

1. Çünki ölü ilə təvəssül etmək şəriətdə gəlməyib. Əgər desən ki, Ey filankəs mənim bu ehiyacımı Allaha çatdır. bu böyük şirkdir. Əgər desən ki, Ya Allah Səndən filankəsin xətrinə istəyirəm bu isə bidətdir. bidət edən də qiyamət günü hovuzun kanarından qovulacaqlar. və bidət edən kəs dili ilə deməsə də əməlləri ilə deyir ki, peyğəmbər sallallahu aleyhi və səlləm xaindir. Çünki Allah təalə deyir ki, Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim Maidə 3. deməli bidət edən kəs əməli ilə deyir ki, Allah təalənın kamil etdiyi dini tam çatdırmayıb, amma bu bizim dinimizdəndir. bidət şirkdən aşağı, böyük günahlardan yuxarı olan bir günahdır.

2. yuxarıda danışdım.
3. Bizdə qayda var şəhadəti deyənlərdən hər şirk edən müşrik olmur, hər küfür edən kafir olmur, hər bidət edən bidətçi olmur. gördükdə ki, kimsə şirk edir deyirik ki, bu əməl şirkdir və ya bu muşriklərin əməlidir. lakin bu kəs muşrikdir demirik. həmçinin küfür və bidət. Təkfir etmək (yəni kafir demək) üçün qaydalar var. lazım olsa bu haqda danışarıq. bura hələlik bunun yeri deyil.

qəbirdən səni Allaha yaxınlaşdırmasını istəməyin və ya sənin ehtiyaacıvın Allaha çatdırmasını istəməyin - bu şirkin ta kendisidir. bu əmələ qurandan heç bir dəlil yoxdur.

#385 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 18 октября 2010 - 22:15

Əvvəla Əbu Talib müşrük oilmayıb,ona müşrük deyən elə özü müşrük olur.Əbu Talib tək olan Allaha iman gətirmişdi lakin bunu gizlədirdi,bunun səbəbi isə Hz.Peyğəmbəri qorumag idi.
Necə ola bilər ki,Allahın Rəsulunu müşrük himayə etsin?
Əsla sizi müşrüklərdən secmək cətindir və siz sırf onlar kimi ibadət edirsiz.
Allahı cisimləşdirib,ona əl ayaq nisbəti verib sonra ona ibadət edirsiz.Eynən müşrüklər kimi cünki onlarda cismani olan şeylərə ibadət edirdilər.Fərq yalnız bundadır ki,onlar acıq aşkar bütlər düzəldib ibadət edirdilər amma siz təqiyyə edib öz beyninizdə düzəldib ibadət edirsiz.

P.S.Özüdə ki,bəsdir burada şiyələri təkfir elədin !Müşrükdə,münafiqdə sən və sənin babaların yezid və muaviyyələr olublar.
Useri təhqir elədiyin üçün 10 %

Necə ola bilər ki, o imanını gizlətdi, o zaman bunu heç kəs bilmədi, heç bir dənə uydurma da olsa rəvayətlə gəlməyib, sən bu gün deyirsən ki, O müsəlman olub. Onun əqidəsi Allahdan qeyrisindən istəmək olub. İndi də həmən ibadət növüdür. Sadəcə adlar dəyişdirilib. o vaxt bütlərdən istəyirdilər, indi isə salehl
ərin qəbirlərindən istəyirsiniz. Nətiyə baxdıqda görürük ki, ibadət Allahdan qeyrisinə yönəldilir. Duada şirk onu Allahdan qeyrisinə yönəltməkdədir. (şəkk yoxdur ki, diri, qadir olan, eşidən və qeybdə olmayan buna daxil deyil) Daha maraqlı deyil kimə yönəltdin: bütə yoxsa qəbrə.

O ki qaldı Allahın ad və sifətlərinə o buranın yeri deyil. Sadəcə qısaca bunu demək istəyirəm ki, Allah və rəsulu Allaha nəyi isbat edibsə, onu isbat edirik, nəyi inkar edibsə onu inkar edirik. Bu quranın və səhih sünnənin bizə verdiyi əqidədir.

#386 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 18 октября 2010 - 23:38

Əbu TaLİB müşrik olub. bəli onun peyğəmbər sallallahu aleyhi və səlləmə çox yaedımı dəyib, hətta şerlərində də peyğəmbər sallallahu aleyhi və səlləmin hAqq üzərində olduğunu deyirdi, lakin öləndə iman gətirmədi.

Əvvəla Əbu Talib müşrük oilmayıb,ona müşrük deyən elə özü müşrük olur.Əbu Talib tək olan Allaha iman gətirmişdi lakin bunu gizlədirdi,bunun səbəbi isə Hz.Peyğəmbəri qorumag idi.
Necə ola bilər ki,Allahın Rəsulunu müşrük himayə etsin?
Əsla sizi müşrüklərdən secmək cətindir və siz sırf onlar kimi ibadət edirsiz.
Allahı cisimləşdirib,ona əl ayaq nisbəti verib sonra ona ibadət edirsiz.Eynən müşrüklər kimi cünki onlarda cismani olan şeylərə ibadət edirdilər.Fərq yalnız bundadır ki,onlar acıq aşkar bütlər düzəldib ibadət edirdilər amma siz təqiyyə edib öz beyninizdə düzəldib ibadət edirsiz.

P.S.Özüdə ki,bəsdir burada şiyələri təkfir elədin !Müşrükdə,münafiqdə sən və sənin babaların yezid və muaviyyələr olublar.
Useri təhqir elədiyin üçün 10 %

Bu necə olan işdir?Vahabilər şiələri təkfir edir müşrük deyir amma biz onlara deyəndə bizə reyting artırırlar.Afərin.
Onda məndə belə edərəm nə qədərki vahabilər şiyə saytında moderdirlər onda mənim burada nə işim var.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#387 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 18 октября 2010 - 23:46

P.S.Özüdə ki,bəsdir burada şiyələri təkfir elədin !Müşrükdə,münafiqdə sən və sənin babaların yezid və muaviyyələr olublar.

Bu necə olan işdir?Vahabilər şiələri təkfir edir müşrük deyir amma biz onlara deyəndə bizə reyting artırırlar.Afərin.
Onda məndə belə edərəm nə qədərki vahabilər şiyə saytında moderdirlər onda mənim burada nə işim var.

Mən heç kimi şəxsən təkfir etməmişəm. Və bu haqda da yazmışam. Mən sadəcə demişəm ki, bu muşriklərin əqidəsidir. Sən isə şəxsən təhqir etmisən. Özüvü qina. Necə ki İblis cəhənnəmdə xütbə verərək deyəcək: İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. İbrahim 22.

#388 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 20 октября 2010 - 13:58

Bu necə olan işdir?Vahabilər şiələri təkfir edir müşrük deyir amma biz onlara deyəndə bizə reyting artırırlar.Afərin.
Onda məndə belə edərəm nə qədərki vahabilər şiyə saytında moderdirlər onda mənim burada nə işim var.

Burda təkcə mən moder deyiləm. Şiə moderlər və admin var. Şikayətin varsa onlara bildir əncam çəksinlər. Əgər sənidə hardasa təkfir ediblərsə göstər bizdə işimizi bilək.
Факты не перестают быть фактами, когда их игнорируют

#389 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 21 октября 2010 - 21:10

Forumda iştirak edən qəbirlə təvəssülü caiz görən bütün "müsəlmanlara" sual verirəm: Qurandan mənə bir dənə, sadəcə bir dənə dəlil gətirin ki, qəbirlərlə təvəssül etmək olar.

Сообщение отредактировал Omarin qilinci: 21 октября 2010 - 21:12

#390 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 21 октября 2010 - 21:29

Forumda iştirak edən qəbirlə təvəssülü caiz görən bütün "müsəlmanlara" sual verirəm: Qurandan mənə bir dənə, sadəcə bir dənə dəlil gətirin ki, qəbirlərlə təvəssül etmək olar.

Sən mənə 1 dənə ayə göstər ki Quran insanın həqiqi ölümünü qəbul edir. Sən hələ quranla sübut elə ki insan öldüsə məhv olur. Sonrasını sonra danışaq.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru