Любимые стихи
#271
Отправлено 12 июля 2010 - 00:57
TURKUN DILI!!!!
Türkün dili tek sevgili istekli dil olmaz,
Özge dile qatsan, bu esil dil esil olmaz.
Öz şe'rini farsa, erebe qatmasa şair,
Şe'ri eşidenler, oxuyanlar kesil olmaz.
Pşmiş kimi şe'rin de gerek dadı-duzu olsun,
Kend ehli bilerler ki, doşabsız xeşil olmaz.
Sözler de cevahir kimidir, esli bedelden,
Teşhis veren olsa bu qed"r zir-zibil olmaz.
Şair ola bilmezs"n, anan doğmasa şair,
Missen a balam, her sarı köynek qızıl olmaz.
Ötmez, oxumaz bülbülü salsan qefes içre,
Dağ-daşda doğulmuş deli ceyran hemil olmaz.
İnsan odur, dutsun bu zelil xalqın elinden,
Tanrini seversen, bele insan zelil olmaz.
Her çend Serabın südü cox, yağ-balı çoxdur,
Baş erse de çatdırsa Serab Erdebil olmaz.
Millet qemi olsa bu çocuklar çöpe dönmez,
Erbablarımızdan da qarınlar tebil olmaz.
Menden de ne zalım oğlum, ne qisasçı,
Bir defe bunu qan ki, ipekden qezil olmaz.
Düz vaxtda dolar taxta-tabaq edviye ile,
Onda ki, nenem sancılanar, zencefil olmaz.
fars şairi cox sözleri bizden aparmış,
Sabir kimi bir süfreli şair paxıl olmaz.
Türkün meseli, folkloru dünyada tekdir,
Xan yorğanı, kend içre meseldir, mitil olmaz.
Azer qoşunu qeyseri-Rumu esir etmiş,
Kesra sözüdür, bir bele tarix nağıl olmaz.
Bu Şehriyarın teb'i kimi çimmeli çeşme,
Kövser ola bilse demirem, Selsebil olmaz.
#272
Отправлено 12 июля 2010 - 01:09
Getmek isteyirsen, behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir, baxışın ögey,
Gedirsen, sesin de yad olsun barı...
Sen deniz qoynuna tullanmış çiçek,
Üstüne dalğalar atılacaqdır.
Saxta mehebbetin saxta senedtek
Ne vaxtsa üstünde tutulacaqdır.
Döşenib yollartek ayaqlarına
Sene yalvarımmı...bü mümkün deyil!
Qoymaram qelbimtek vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Demirem sen uca bir dağsan, eyil,
Demirem qalıbdır elacım sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilençiyem el açım sene...
Getmek isteyirsen...
O yol, o da sen...
Bir cüt göz baxacaq arxanca senin.
Getdinmi...
Ne vaxtsa dönmek istesen
Tikanlı yastığa dönecek yerin.
Getmek isteyirsen...
Ne danış, ne din!
Yox ol uzaqlartek dumanda, çende...
Neyimi sevmişdin?
Deye bilmedin,
Indise yüz eyib görürsen mende.
Getmek isteyirsen,
Behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir,
Baxışın ögey,
Gedirsen,
sesin de yad olsun barı..
Nüsrət Kəsəmənli.
#273
Отправлено 12 июля 2010 - 01:12
Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoyulu..
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarişsın gözümün yaşı
Qurumuş budaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...
...Dəlisov küləklər əsir könlümdən!
Elə kövrəlmişəm..
bilmirəm nədən..
Dəli bir ağlamaq keçir könlümdən...
Dəli bir ağlamaq keçir könlümdən...
***
Baıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən...
Fələk rəvac verdi namərd işinə,
Dəli bir ağlamaq keçir könlümdən....
Nüsrət Kəsəmənli.
#274
Отправлено 12 июля 2010 - 09:53
Deng oldu qulağım.
Jurnal, qezete, hezevü hedyan oxumaqdan
Inceldi uşağım.
Ağlın aparıb bes ki, baxır günde qaraye,
Ya reb, ne hemaqet!
Söz etmez eser, çare qalıb indi duaya.
Tedbir ele, övret!
Lenet sene, ifrite, senindir bu cehalet.
Etdin ne xeyanet!
Sendan törenibdir bizim evde bele bidet.
M. Ə. Sabir.
Сообщение отредактировал Shemsi: 12 июля 2010 - 09:58
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#275
Отправлено 12 июля 2010 - 20:06
Извечность – пропасть для живущих,
Кого-то помнят, кто – забыт,
И если был когда-то лучшим,
То все расколется о быт…
Сомненья в душу закрадутся
Тому, кто кажется любил.
Среди бл@дей и властолюбцев
О чести ты не позабыл.
И не смогла шальная слава
Тебя гордыней наградить,
Как ты любил лишь муза знала,
Но как умел ты не любить…
Как не любил ты ненавидеть,
Как серость будней презирал…
Но не хочу тебя обидеть:
Ты смысла в жизни не познал.
Быть может рано или поздно,
Когда крыльцо покроет снег,
Когда февральские морозы
Остудят пыл ушедших лет…
Умрет тогда, уйдет из света,
Лишь охладеет твоя кровь,
Любовь погибшего поэта,
Поэта мёртвая любовь…
Лишь дождь по стёклам порыдает,
Но ты поймешь, порвав с ней нить:
У жизни смысла не бывает,
Что смысл жизни – просто жить!
Кельмуц Антон
- ulka это нравится
#276
Отправлено 12 июля 2010 - 21:07
Cananə mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
Bildim, tanıdın elmdə məbudu, yəqin ki,
Şöylə bilirəm kim, anı Quran bilir ancaq.
Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq.
Sufimidir ol cami müsəffasına məşğul,
Pünhani içər eyləki, şeytan bilir ancaq.
Ey saqi, gətir dövr əyağın, dövr elə, sün kim,
Bu dövr əyağın dövrünü dövran bilir ancaq.
Könlüm gəmisi qərq edə gör eşq dənizinə
Kim, bu dınizin bəhrini ümman bilir ancaq.
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
#277
Отправлено 12 июля 2010 - 21:07
Allahu Akbar, ey senem husnunde heyran olmusham
Govsu guzehdir qashlarin, yayine qurban olmusham
Uzundur ol cennet gulu, boyun hegiget servidir
Eshginde men bulbul kimi, alemde destan olmusham
Kovnu mekandan kecmishem, m`eni sherablar icmishem
Canana, uzun gormushem, bashdan-ayag can olmusham
Da`vi menem, qazi menem, munkir menem,razi menem
Dagi menem, yazi menem, men gullu dovran olmusham
Sufi menem, safi menem, kafi menem, shafi menem
E`rni menem, heyran menem, derd ile derman olmusham
Zahid menem, abid menem, asi menem, fasig menem
Momin menem, k`afir menem, men gulli-insan olmusham
Ucmaq ile rizvan menem, damu ile niran menem
Dana ile nadan menem, hem inu-, hem -an olmusham
Geh cixmisham Isa kimi, cerx ustune oturmusham
Geh varmusham Yusif kimi, Misrde sultan olmusham
Serrafi- behri -gudretem, yaguti -kani- vehdete,
Shimdi Nesimiyem bu gun, xak ile yeks`an olmusham!
http://i024.radikal....283fdd632cf.bmp
#278
Отправлено 12 июля 2010 - 21:08
Gel ki müştak olmuşam didarına,
Vermişem can zülf-i anberbarına,
Mahrem ettin çün meni esrarına,
Ey peri, gel çek meni bir darına.
Ey yüzünden zahir esma-i huda,
Şöyle ki, Kur’an’da dedi kulleha,
Ademi bil, andadır esrarha,
Can ile başın yolun kıl feda.
Aşk ile geldi cem-i enbiya,
Aşktır seyrü süluk-i evliya,
Aşk ile yola girerler biriya,
Aşk ile vasıl olurlar tanrıya
Al elinden atını yaban at,
Hakperest ol, hakkı tanı, olma at.
Dünyanın devrinde yoktur çün sebat,
Atını kaçırma ruhdan, olma mat.
Gelmişem kalubeliden meyperest,
Aşikem, metsem, veli mest-i elest.
Ey gözün sevdalarından fitne mest,
Sünbülün her taresi me’nide şest.
Canımın cananesi sensen, Habib,
Hubların ferzanesi sensen, Habib,
Künde kenzin hanesi sensen, Habib,
Vahdetin dürdanesi sensen, Habib.
Ey cemalin kulhüvallahü ehad,
Suretin yazısı Allahüssamed
Bir ucu zülfün ezel, biri ebed,
Hüsnüne şeytan imiş men la seced.
Hak Teala varlığı ademdedir,
Ev onundur, ol bu evde demdedir,
Bilmedi şeytan bu sırrı, gamdadır,
Ol sebebden ta ebed matemdedir.
#279
Отправлено 12 июля 2010 - 21:23
Bu gün men seni gördüm, salam vermek istedim,
Üzünü yana tutdun.
Söyle, illerden beri
Qelbimizin bir duyub, bir vurduğu illeri
Axı ne tez unutdun?
Beş ilde gözümüzden axan o qanlı seller bir salama deymedi?!
Heç üzüme baxmadan yanımdan nece keçdin?!
Sen eşqin salamını qorxuyamı deyişdin?!
Yoxsa öz ehdine, ilqarına ağ oldun?!
Bu qeder yaxın iken, o qeder uzaq oldun.
Şirin gülüşlerimiz, acı feqanlarımız bir salama deymedi?!
Qayğılı anlarımız, qayğısız anlarımız bir salama deymedi?!
Sen neyledin, bir düşün!
Yalnız indi anladım..
Sen daha menim üçün elçatmaz bir çiçeksen,
Yaşanmış günlerim tek geri dönmeyeceksen.
Qop, ey tufan, es, ey yel!
Xezan olum tökülüm.
Düz beş il üreyimde beslediyim mehebbet bir salama deymedi!
Bir günlük hesretime döze bilmeyen gülüm,
Bes ne oldu bu hesret bir salama deymedi?!
Getdin, dalınca baxdım can ayrıldı canımdan
Sen nece etinasız keçe bildin yanımdan?!
Ah çekdim, başım üste yarpaqlar esdi, gülüm,
Senin qelbin esmedi,
Geriye de baxmadın!
Niye senin yolunu mehebbetin kesmedi?
Qazancımız, de, bumu?
Deyilmemiş o salam elvidamız oldumu?
Sen mene zülm eyledin, mene zülm yaraşır.
Bir salama deymeyen eşqe ölüm yaraşır..!
Müellif: Bextiyar Vahabzade
Сообщение отредактировал ulka: 12 июля 2010 - 21:27
#280
Отправлено 24 июля 2010 - 10:39
Heqiqet behrinde qevvasam deyen,
Qevvas isen, gir deryaya üzhaüz.
Aşıq deyer üzhaüz,
Sonam gölde üzhaüz,
Qarı düşmen dost olmaz,
Yalvarasan üzhaüz.
Bir merd ile ilqarını vur başa,
Namerd ile kes ülfeti, üzhaüz.
Parçalandı gemim, qaldı derinde,
Qerq oldu ummana, qaldı derinde,
Aşıq deyer derinde,
Dayazında, derinde,
Sidqi, qelbi düz olan,
Herqiz qalmaz derinde.
Qısmet olsa, o Mövlanın derinde,
Uz döşeyek, secde qılaq üzhaüz.
Xeste Qasım, cananına can deye,
Can danışa, can eşide, can deye,
Aşıq deyer, can deye,
Vefalıya can deye,
Görmedim hercayılar,
Cananına can deye.
Yox vefalım, can deyene can deye,
Bîvefasan, çek elini, üzhaüz.
P.S. Mənaya bax, fəlsəfəyə, hikmətə bax
Сообщение отредактировал Shemsi: 24 июля 2010 - 10:42
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#281
Отправлено 28 июля 2010 - 11:11
Gülləsindən düşmən yandı,qovruldu,
Pis niyyəti öz başına sovruldu,
Gizləndiyi yuvayacan qovuldu,
Nə çəkindi,nə dayandı-yoruldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Qanmazlarin haqqlı verdi dərsini,
Xatirlatdı Koroğlunun irsini,
Silkələdi,tutduqları kürsünü,
Bircə anda ağızları ovuldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Gecə ova çıxanları ovladı,
Yol kəsənin yollarını bağladı,
Qaçdı yağı,sərçə kimi dağıldı,
Geniş dünya başlarına dar oldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Vətən hissi alov saldı könlünə,
Neçə şirin kəlmə gəldi dilinə,
Geri baxdı-obasına,elinə,
Öz adını ləyaqətlə qorudu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Gözü güldü qatilləri əyəndə,
Daşdan-daşa özlərini döyəndə.
Qəfil güllə sinəsinə dəyəndə,
Vətəninin qayasına sarıldı,
Bu oğulu doğan ana xoşbəxtdir!
İlham İdrisoğlu Brest 20.07.2010
#282
Отправлено 28 июля 2010 - 11:18
Mənə , qəlbimə yad hava çalırsan!
Rəftarın bir, dilin başqadır sənin,
Adamı sağalmaz dərdə salırsan!
Mən yaxın durduqca, uzaq qaçırsan:
Guya küsüb məndən qisas alırsan.
Mən uzaq olduqca, yaxın uçursan:
Guya sevimli, şən, şirin olursan!
İstədim qaldıram səni fövqümə,
Gördüm - bacarmıram, özüm tənləşdim.
Xətt çəkib ağlıma, zənnü- zövqümə,
Sənin səviyyənə enib sənləşdim.
Və burdan başladı əsil fəlakət,
Avamlıq ucundan bəlaya düşdüm:
Məni məhkəməyə çəkdi cinayət...
Özümə qayıtdım, yenə mənləşdim.
Gözləmə yenidən tənləşəm, onda
Kitab adamıydım, elmim də çox- çox!
Daha çətin ki mən sənləşəm, indi
Həyat adamıyam, helmim də çox- çox!
Yenə aramızda Yer - Göy fərqi var:
Ayrı düşməyimiz bir himə bənddir.
Ya ayrıl, qəlbimi özünlə apar,
Ya da ki tənləşmək sənin növbəndir!
#283
Отправлено 05 августа 2010 - 14:39
Кто сказал, что годы старят нас?
Наши души – солнышки в доспехах,
А морщинки - лучики у глаз.
Кто сказал, тот видно не умеет
Оценить старинное вино :
Молодое – радует и греет,
Зрелое – ах, как пьянит оно!
Как в бокале радужно играет,
В голове кружит, в руках поет...
Только глупый с виду выбирает.
Кто умнее - с выдержкой берет.
А морщинки - это от улыбок
И раздумий. Что ни говори,
Мы с девизом, как хмельной напиток -
Не "Давай", а "На меня,бери!"
Возраст...Он для женщин не помеха.
В счастье все призывно-хороши.
Возраст – это маленькая веха,
Это – состояние души!
#284
Отправлено 08 августа 2010 - 00:47
Bu şer M.Şəhryarın şeridirBEXTIYAR VAHAPZADE
TURKUN DILI!!!!
Türkün dili tek sevgili istekli dil olmaz,
Özge dile qatsan, bu esil dil esil olmaz.
Öz şe'rini farsa, erebe qatmasa şair,
Şe'ri eşidenler, oxuyanlar kesil olmaz.
#285
Отправлено 09 августа 2010 - 13:26
Об одиночестве ни слова
Он даже будет в сне твоём
Прелюдией для встречи снова
Сравнимый с солнцем и луной
Слов всё равно твоих не хватит
Обнимешь нежною рукой
И время значимость утратит!
Коль суждено вам вместе быть
Разлуки миг вам не преграда
Он лишь поможет не остыть
К тому, кто для тебя отрада
Прямого в жизни нет пути
Всем суждено, без исключенья
Сквозь испытания пройти
У них есть тайное значенье
Пройдя сквозь пелену огней
Интриги, зависти, печали
Алмаз средь тысячи камней
Любовь от фальши отличали
#286
Отправлено 09 августа 2010 - 13:28
Nədən gözlərimi yumdun, a dünya
Fəsillər ötüşdü,qocaldı anam!
Sirrini vermədin,dandın ,a dünya
Şərtinlə barışdı,qocaldı anam.
Övlad bol-bəhrəli,nəvə nübarlı,
Qayğılı,fikirli,əli qabarlı.
Bir dağa bənzədi,zirvəsi qarlı,
Saçına dən düşdü,qocaldı anam.
Odur pərvanə tək odlara yanan,
Gecəni sübhədək yuxusuz qalan.
Dünən şirin-şirin laylalar çalan
Səsi də dəyişdi,qocaldı anam...
.................................................
İlham ömüründən pay ayırardı,
Diz çöküb Tanrıya hey yalvarardı.
Özüylə min arzu,niyyət apardı.
Göylərlə qovuşdu,ucaldı anam.
İlham İdrisoglu
#287
Отправлено 09 августа 2010 - 13:30
Aylı gecə. Sərin- sərin meh əsir,
Könlüm necə görüşünə tələsir.
Mən gəzdikcə yorulmuram, bu nə sirr?
İncə -incə qəlbimdəki tel əsir!...
Uzanıram şehli, yaşıl çəməndə,
Ay qarşımda göl suyunda çiməndə.
Dağa dönür sevən qəlbim sinəmdə,
Eşq doğurur aylı gecə, Ay məndə.
Fəqət sənsiz necə gəzim, gözəl qız,
Ayrılığa dözəmmirəm mən- yalqız.
Əhdinə dön, seyranə gəl, vəfasız!
Qoşa görsün bizi bu Ay, bu ulduz!
#289
Отправлено 22 августа 2010 - 18:00
Bu yerleri bu goyleri
Yagish yuyur ,gun qurudur.
Bu dunyada cox sheyleri
Yagish yuyur ,gun qurudur.
Gozumuzun yashini da,
Bagrimizin bashini da
Qebrimizin dashini da
Yagish yuyur ,gun qurudur.
Gelen nedi ,geden nedi?
Belek nedi,kefen nedi?
Bu dunya oz kefindedi
Yagish yuyur ,gun qurudur.
...Ulduzlarin tozunu da,
Lap guneshin ozunu de,
Lap yagishin ozunu de
Yagish yuyur ,gun qurudur....
Ramiz Rövşən
Сообщение отредактировал Shemsi: 22 августа 2010 - 18:01
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#290
Отправлено 23 августа 2010 - 09:14
Я бью
наотмашь,
Рука-
кулак.
Вперед лишь только!
назад-
никак!
Зовет
дорога-
страшна,
темна,
тропинок-
много,
она-
одна!
длинна,но к свету
не легок
путь
сцепивши
зубы
чтоб не
свернуть.
не заблудится
и не
упасть
покой
отбросив,
откинув
страсть.
Разбиты
ноги,
на ранах
соль,
иду
упрямо,
забыв
про боль.
Не расслабляться
и не
скулить,
беспечность-
роскошь,
про страх-
забыть!
Среди
идущих
я
не
одна!
Дорога
с ними
не так
темна.
Наш путь
не легок
наводит
грусть.
но не
зовите
я не вернусь.
- Shemsi это нравится
#291
Отправлено 23 августа 2010 - 13:28
bacı, əvvəla xoş gəlmisən.
Şeir də Əla, super.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#292
Отправлено 23 августа 2010 - 13:45
tagayeva,
bacı, əvvəla xoş gəlmisən.
Şeir də Əla, super.
Ассалам алейкум.
Спасибо большое.
#293
Отправлено 23 августа 2010 - 13:48
Зажгите свечи,встаньте,молчите.
Они погибли,а вы живите,
но так живите,
чтоб было ясно,
что вам отсрочено не напрасно.
#294
Отправлено 21 сентября 2010 - 00:15
KÖÇƏN VAXTIMDI
: Perviz Arif |
Zülmkar həyatın qəm zəmisindən
Kədərli günləri biçən vaxtımdı.
Qurtulub həsrətin zirzəmisindən
Səadət şərabın içən vaxtımdı.
Daha inanmıram gülən üzlərə,
Nə də aldanmıram yalan gözlərə,
Axı necə uyum o boş sözlərə?
Yaxşını yamandan seçən vaxtımdı.
Kədər mənim üçün ən yaxın kəsdi
Ah-nalə duyduğum ən şirin səsdi.
Həyatdan çox şeyi öyrəndim, bəsdi
Artıq həyata dərs keçən vaxtımdı.
Dərdimi axırki gətirdim dilə,
İstərəm dərd çəkən insanlar bilə
Yarım gəlin köçdü özgə mənzilə
Mənim son mənzilə köçən vaxtımdı.
#295
Отправлено 21 сентября 2010 - 00:23
Zamanın hökmünə təslim eyləyən
Cığırlar yanına qaytarır mənu.
O gün ayağıma çınqıl çiləyən
Cığırlar yanına qaytarır mənu.
Gözəlmiş dünyamız,nə mənalıymış,
Bu eşqin xətrinə yaşamalıymış.
Bir gün ayrılığı ortaya salmış
Cığırlar yanına qaytarır məni.
Getmirdi ayağım,bir zindan idi,
Hər addım könlümə bir tikan idi.
Baxdı gözlərimə,səbri tükəndi
Cığırlar yanına qaytarır məni.
Dünən sonsuzluğa,boşluğa gedən,
Ümidi sındırıb,ömrü puç edən,
Bu səhər İlhamın tutub əlindən,
Cığırlar yanına qaytarır məni.
İlham İdrisoğlu 06.09.2010 Brest
#296
Отправлено 21 сентября 2010 - 00:36
Натыкаясь на гвозди, разбиваясь о скалы,
Я усвоил один столь прозрачный закон –
Доверяя, нельзя ставить сердце на кон,
Всех наивных по жизни съедают шакалы.
Если вера бескрайняя кроет волной,
Омывая все то, что казалось неясным,
Поглощая и душу, и тело, собой,
Стоит очи раскрыть и подумать, порой
Все что кажется светом, бывает лишь краской.
Сколько дней и ночей, я провел в тишине,
Размышляя над тем, для чего мне сознанье,
Я летал в небесах, а сейчас на земле,
Я был пешим, а думал всегда – на коне!
Ведь мираж лишь на время смягчает страданья.
И теперь в темных дебрях, согнувшись от горя,
Знаю я, как всегда, ты прикроешь собою.
Емир Емиров
#297
Отправлено 23 сентября 2010 - 10:14
Mənim aləmimdə hər şey başqadır,
Başqadır sevincim, başqadır qəmim.
Оnu məndən başqa duya bilən yох,
Bambaşqa aləmdir mənim aləmim!
Оrda insanların məkanı geniş,
Оrda insanlığın qiyməti uca.
Оrda insanlara insan deyirlər,
Оrda seçilməyir cavandan qоca.
Təpədən dırnağa özümünküdü,
Hara baхıramsa, mənim izim var.
Mənim aləmimdə qayğıkeşliyi
Göylərə yüksəldən rоmantizm var.
Оrdakı həyatı mənim idrakım
İstədiyi kimi səhnələşdirər.
Nə illər gücünü göstərə bilir,
Nə zaman təzəni köhnələşdirər.
Mənim aləmimdə mən də başqayam,
Demə yanılmışam, demə çaşmışam.
Hər şeyə başqa cür baхdığım gündən
Özüm də dəyişib başqalaşmışam.
Mənim aləmimdə hər şey başqadır,
Başqadır sevincim, başqadır qəmim.
Оnu məndən başqa duya bilən yох,
Bambaşqa aləmdir mənim aləmim!
Əvəz Qurbanlı
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#298
Отправлено 12 октября 2010 - 11:53
Duman dağı dolanar
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar
…Müsibət oluruq biz
Səhv düşəndə yerimiz
Umman gəmmisi çayda
Oturar üzməz!
Çay gəmisi dağ boyda
Dalğaya dözməz.
Dözümsüz oluruq biz
Səhv düşəndə yerimiz
Muğan həsrət yağışa
Buludlar xəsis.
Yagış tökur talışa
Hey-hey gərkəsiz
Gərəksiz oluruq biz
Səhv düşəndə yerimiz.
Küt bıcaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında kor qalıb.
Heyif, kor qalırıq biz
Səhv düşəndə yerimiz
Ağ biləklər gül çöllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz
Səhv düşəndə yerimiz
Tarın pərdələrinin
Düzünə qurban.
Yerdəyiş et birini
Xaric vurarsan.
Xaric səslənirik biz
Səhv düşəndə yerimiz
Qabil.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#299
Отправлено 12 октября 2010 - 16:07
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#300
Отправлено 15 октября 2010 - 10:03
İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəş’eyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
…Ay bərəkallah, nə gözəl canlarıq!
Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!
Bir para biəqlü fərasət bizə,
Eyləyir isnadi qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki biz irfanlarıq!
Ay bərəkallah nə gözəl canlarıq!
Kimsəyə yox dəxli ki, biz işrəti,
Xoşlayırıq, boşlayırıq külfəti,
Guşeyi qəsdində olan ləzzəti,
Xaneyi viranda haçaq anlarıq?
Ay bərəkallah, nə gözəl canlarıq!
İnteligentik bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qalibi irfan deyil,
Biz buna qail olan insanlarıq...
Ay bərəkallah, nə gözəl canlarıq!
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa,
Çünki müsəlmanca qonuşmaq mana,
Eybdir! Öz eybimizi anlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!
Yox işimiz məcməi islam ilə,
Püxtə nasıl söhbət edər nam ilə,
Çünki klublarda sərəncam ilə,
Hər gecə bir mətləbi ünvanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!
Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!
Baş saçlı, ayaq çəkməli, mırt mırt danışanlar!
Din qədri bilib mömini dindar olacaqdır!
M.Ə.Sabir
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей