Любимые книги
#1
Отправлено 09 июня 2009 - 16:25
Öz ədəbiyyatımızı çox sevirəm. İsa Hüseynovun bütün əsərlərini, ən çox sevdiyim Məhşər-dir. İsmayıl Şıxlının Dəli Kür- əsəri. Çox heyif ki, filmi olduğu kimi çəkməyiblər. Belə gözəl əsəri şikəst ediblər. Eyni sözləri İsa Hüseynovun Tutək səsi əsəri haqqinda da demək olar.
Xarici ədəbiyyatdan Çinqiz Aytmatov, Yasunari Kavabata, Soljenitsin.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#2
Отправлено 09 июня 2009 - 17:01
Salam Aleykum. Sevimli bölməmdə yeni mövzu açmaq fikrinə düşdüm Sevdiyiniz kitablar haqqinda məlumat versəniz çox sevinərəm.
Öz ədəbiyyatımızı çox sevirəm. İsa Hüseynovun bütün əsərlərini, ən çox sevdiyim Məhşər-dir. İsmayıl Şıxlının Dəli Kür- əsəri. Çox heyif ki, filmi olduğu kimi çəkməyiblər. Belə gözəl əsəri şikəst ediblər. Eyni sözləri İsa Hüseynovun Tutək səsi əsəri haqqinda da demək olar.
Xarici ədəbiyyatdan Çinqiz Aytmatov, Yasunari Kavabata, Soljenitsin.
Baci, Allah razi olsun. Ureyimce movzu acmisan
Cingiz Aytmatovun "Gün var esre beraber" eserini oxuduqdan sonra fikirlerimde köklü deyişiklikler baş verib. Bir hedis var, bir mekanda qadin ve kişi tekdirse, 3cusu şeytandır. Evvel fikirleşe bilerdim ki, qadın kişi dostlugu mümkündür, nisbi. İndi heç o nisbi de qalmayıb. Boranli Yedigeyin sayesinde
Bir de son oxudugum kitab siyahisinda fransiz şerqşünas yazıçısı Jan Gevrin "Xace Şah" eseri çox gözeldir.
Сообщение отредактировал Shemsi: 09 июня 2009 - 17:01
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#3
Отправлено 10 июня 2009 - 10:59
Mənim də Gün var əsrə bərabər əsəri çox xoşuma gəlir. Mənə ən çox təsir edən manqurt haqqinda olan hissəsi idi. İndi də elə manqurtlaşmışlar yaman çoxalıb. Orda Nayman ana haqqında oxuyanda özümə gələ bilmirdim. Bir ana öz oglu üçün nələr qurban vermir....Ümumiyyətlə Aytmatovun oxuduğum bütün əsərləri çox gözəldir. Плаха, Пегий пес бегущий краем моря, Тополек мой в красной косынке əsərləru də maraqlıdır.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#4
Отправлено 10 июня 2009 - 11:52
Sevdiyim kitab isə....o qədərdirlər kiii
En təsirlisi, Marqaret Mitçelin ,"Küləklə Sovrulanlar" (Унисенные Ветром) əsəri idi
Sonra,В.Нуруллин "Если бы не ты",
Lev Tolstoyun bütün əsərləri
Akutaqava da çox maraqlı yazır,əcaib-əcaib
Teodor Drayzerin "Kerri bacı" əsəri də maraqlıdır.
Bir deyil,iki deyil,ən ən "Любимый" yoxdur,amma "Любимые" var
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#5
Отправлено 11 июня 2009 - 16:04
Salam aleykum.Salam Aleykum. Sevimli bölməmdə yeni mövzu açmaq fikrinə düşdüm Sevdiyiniz kitablar haqqinda məlumat versəniz çox sevinərəm.
Öz ədəbiyyatımızı çox sevirəm. İsa Hüseynovun bütün əsərlərini, ən çox sevdiyim Məhşər-dir. İsmayıl Şıxlının Dəli Kür- əsəri. Çox heyif ki, filmi olduğu kimi çəkməyiblər. Belə gözəl əsəri şikəst ediblər. Eyni sözləri İsa Hüseynovun Tutək səsi əsəri haqqinda da demək olar.
Xarici ədəbiyyatdan Çinqiz Aytmatov, Yasunari Kavabata, Soljenitsin.
Ay mashaallah baci ne yaxshi oldu.
O kitablar kitablar, eger meni ginayan olmasa butun gunu kitab oxuyardim hegigi sozumdu. Necada urekden dedim.
en cox xarici edebiyyatdan oxumusham.
Bizim edebiyyatdan Mirza Ibrahimov (Pervane), Penah Makulinin Sattarxan, Gacag Kerem, Gacag Nebi, Babek, Dumanli Tebriz, Itkin gelin.(bezilerinin yazicilarinin adini garishdiriram)
Amma xarici edebiyyetdan en cox sevdiyim Rus edebiyyati ve Fransiz tarixi romanlari.
Dostoyevskinin demak olar ki butun eserleri oxumusham, hamcinin Lev Tolstoyun Anna Karenina, Voyna i mir.
Temaya gore cox sagolun
#6
Отправлено 12 июня 2009 - 10:39
Bir də Əzizə Cəfərzadənin Baki-1501 əsəri də həmin dovrlərə aiddir. Əzizə Cəfərzadənin Şirvan trilogiysi da çox maraqliıdr.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#7
Отправлено 12 июня 2009 - 15:47
Əsasən dini və fəlsəfi kitablara meylim olduğundan - Xacə Nəsrəddin Tusinin, Məhdəvi Kəninin, Cəfər Sübhaninin, Əliəsğər Rizvaninin kitablarını xoşlayıram. O ğün Molla Sədranın fəlsəfəsinin cüzi bir hissəsinə baş vurdum və əmin oldum ki, ustadsız bu cür əsərləri tam anlamaq mümkün deyil. Şəhid Mütəhhərinin əsərlərinin vurğunuyam. Yadıma düşdükcə yazaram...
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#8
Отправлено 12 июня 2009 - 16:00
Çox maraqlıdır,çünki,Yeni Kəlam elminin banisi sayılan Şəhid Mütəhhəri,bu kitabda ,əsl insan meyarının,cövhərinin nə olmasını xırdalığına kimi açıqlayib.Bu kitabda O Qərb alimləri olan,Nitse ,Darvin,Makyevelin fikirlərini və qərbdə və şərqdə yaranan cərəyanların mahiyyətini də çox gözəl şəkildə izah edib.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#9
Отправлено 12 июня 2009 - 17:24
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#10
Отправлено 21 июня 2009 - 20:55
Dünya edebiyyatindan da Ovodu bir daha oxudum, doyunca agladim yene Doyunca yoxee, ölünce.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#11
Отправлено 28 июня 2009 - 12:09
Hec kese meslehet gormurem, insan infarkt olmaq seviyyesine gelir.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#12
Отправлено 28 июня 2009 - 14:15
Yəqin Sələfi kitabxanalarında tez-tez rast gəlinər.Bu gunlerde Mustafa Necati Bursalinin "Peygember cicekleri" adli hz Hesen (es) VE hz Huseyne (es) hesr olunmus kitabini oxudum. Sunni kitabxanalarinda nadir tapilan kitabdi, cunki Ehli beyte hesr olunub. Amma "hayal kirikligina ugradim". Ehli Beyte xeyanetdi o kitab. Sen deme, Muaviyye de, Yezid de Ehli beyt dostu imish. Yezidin Ashura hadisesinde hec bir gunahi yox imis. Gunahkar Kufe ehli imis, bir de ordu bascisi ibn Ziyad. hz Huseyn de meslehetlere qulag asmayib, xeta edib. estegfirullah.
Hec kese meslehet gormurem, insan infarkt olmaq seviyyesine gelir.
Mövzuya gəldikdə, bir kitabı axıra qədər oxumağa hövsələm çatmır. Sonuncu dəfə axıra qədər oxuduğum orta həcmli kitab Nizaminin "Xosrov və Şirin"i idi. Deməzdim ki peşman oldum oxumağa, Nizaminin ibrətamiz sözləri kitabı bəzəyib.
Сообщение отредактировал Şair: 28 июня 2009 - 14:18
#13
Отправлено 29 июня 2009 - 10:47
Bu gunlerde Mustafa Necati Bursalinin "Peygember cicekleri" adli hz Hesen (es) VE hz Huseyne (es) hesr olunmus kitabini oxudum. Sunni kitabxanalarinda nadir tapilan kitabdi, cunki Ehli beyte hesr olunub. Amma "hayal kirikligina ugradim". Ehli Beyte xeyanetdi o kitab. Sen deme, Muaviyye de, Yezid de Ehli beyt dostu imish. Yezidin Ashura hadisesinde hec bir gunahi yox imis. Gunahkar Kufe ehli imis, bir de ordu bascisi ibn Ziyad. hz Huseyn de meslehetlere qulag asmayib, xeta edib. estegfirullah.
Hec kese meslehet gormurem, insan infarkt olmaq seviyyesine gelir.
Yəni əhli-sünədə elə bir kitab var ki, Əhli Beytin haqqını layiqincə tanitsin? Düzdür Əhli-Beyti haqqi ilə tanimaq və tanitmaq çətindir, amma yenə bizim alimlər öz əsərlərində çox şeylərə nail olublar.
Mən də anamız Hz. Fatimə (ə.s.) haqqında əhli-sünnədən bir-neçə kitab oxumuşdum. Ümumiyyətlə əvvəl səhifələri oxuyanda pis kitab demək olmaz, amma bəzi məqamlara qədər. Təsəvvür edin ki, sətirlər arası elə nyuanslara toxunurlar ki, çox incə siyasətlə. Məsələn Əbu Bəkirlə məsələyə çox da toxunmayiblar. Bir-neçə cümlə ilə kifayətləniblər və təxminən buna oxşar cümlələr: Həzrəti Fatimə (r.a.) Peyğəmbər qızı idi, mükəmməl tərbiyə görmüş və seçilmiş biri idi, çox güman ki, o dünya malina görə xəlifə ilə mübahisələr etməzdi və s.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#14
Отправлено 03 сентября 2009 - 11:15
Всеволод Овчинниковун – yaponların həyat tərzinə, mənəvi dəyərlərinə, umumiyyətlə Yaponiyaya aid yazdigi "Ветка сакуры" əsərini oxudum, kitab o qədər xoşuma gəldi ki, həvəslənib müəllifin ingilislərin həyat tərzinə aid yazdiği "Корни дуба" kitabını da tapdim. Amma bu kitab o qədər də xoşuma gəlmədi. Bilmirəm kitab maraqsiz oldu, ya ingilislərin həyati yaponların həyatından maraqsiz gəldi
hindular olmasa da, yaponlar, ingilislər oldu
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#15
Отправлено 05 сентября 2009 - 17:36
Mashaallah baci hesed apariram size.Fikirləşmişdim ki, bu məzuniyyətimdə beyin yoran kitablar oxumayacam, oxusam da Kuperdən, Mayn Riddən çinqaçquklara aid məcara tipli əsərlər oxuyaram.
Всеволод Овчинниковун – yaponların həyat tərzinə, mənəvi dəyərlərinə, umumiyyətlə Yaponiyaya aid yazdigi "Ветка сакуры" əsərini oxudum, kitab o qədər xoşuma gəldi ki, həvəslənib müəllifin ingilislərin həyat tərzinə aid yazdiği "Корни дуба" kitabını da tapdim. Amma bu kitab o qədər də xoşuma gəlmədi. Bilmirəm kitab maraqsiz oldu, ya ingilislərin həyati yaponların həyatından maraqsiz gəldi
hindular olmasa da, yaponlar, ingilislər oldu
Baci hagigeten kitab manim xeste yerimdi. Mishel Monten (Opiti) yaman oxuyuram bu kitabi.
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#16
Отправлено 26 сентября 2009 - 12:15
P.S. dünən təsadüfən bir filmi izləməli oldum. (o da, filmin yarısından.)
Bu film təsadüfü unutqanlıq nəticəsində iki nəfərin ( ər-arvad) Okeaın ortasında, yırtıcı balıqların arasında tək-tənha qalamalarından bəhs edirdi. Gəmidə olanlar unutqanlıq nəticəsində, bu iki nəfər səyahətə gələni Okeanın ortasında unudub getmişdilər.
Özümü bir anlıq onların yerində hiss etdim. Sonradan anladım ki, filmin müəllifi öz fantaziyası ilə bu həyatı Okena bənzədib. (ola bilsin ki, bizlərdə haçansa tənha qalandan sonra yırtıcı balıqlara yem olacayıq)-)
Сообщение отредактировал palchiq: 26 сентября 2009 - 12:20
#17
Отправлено 09 октября 2009 - 11:16
Mükafat ona “poeziyanın gücündən və nəsrin açıqlığından istifadə edərək, məzlumların həyatını təsvir etdiyinə” görə verilib.
Müller bu mükafata layiq görülən 12-ci xanım yazardır. Poeziya üzrə Nobel sonuncu dəfə 1996-cı ildə polşalı Vislav Şimborskiyə təqdim olunmuşdu.
Herta Müller 1953-cü ildə Ruminiyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Fedarativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Xanım Müllerin yaradıcılığı çoxşaxəlidir. O, şeir, nəsr və esselər yazır. Həmçinin tez-tez fotoqraf və rəssam kimi də çıxış edir.
İlk romanı (Niederungen, “Çökəkliklər”) 1982-ci ildə dərc olunub. Daha çox prozaik kimi tanınsa da 2000-ci ildə ilk şeirlər kitabını (Im Haarknoten wohnt eine Dame, “Qadınlar saçların topasında yaşayır”) dərc etdirib.
Ən məşhur əsərlərindən biri “Yaşıl gavalılar ölkəsində” (Herztier) adlanır. Bu əsərə görə Avropanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb.
“Passport”, “Güzgüdə oturan İblis”, “Aclıq və ipək” (esselər), “Tələdə” və sair topluların müəllifidir.
O, 18 roman və povestin müəllifidir. 20-dən çox nüfuzlu mükafatın sahibidir. O cümlədən 1999-cu ildə Frans Kafka adına mükafata layiq görülüb.
Onun kitabları dünyanın 20-dən çox dilinə, o cümlədən çin, türk və ispan dillərinə tərcümə olunub.
Сообщение отредактировал palchiq: 09 октября 2009 - 11:16
#18
Отправлено 09 октября 2009 - 12:20
#19
Отправлено 11 октября 2009 - 23:01
Практически все книги по хирургии можно назвать любимыми
#20
Отправлено 13 октября 2009 - 21:00
Салам брат.Сам работаю врачом и читаю только книги по медицине...у нас в Татарстане с деньгами туговато, поэтому приходиться читать электронные книги
Практически все книги по хирургии можно назвать любимыми
Вы Татарин? у вас есть маил агент? Как с вами держать контакт.
Извиняюсь перед всеми за офтоп
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#21
Отправлено 25 октября 2009 - 12:21
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#22
Отправлено 25 октября 2009 - 12:49
#23
Отправлено 06 ноября 2009 - 17:28
Суад Сожженная заживо kitabin oxudum və şərq qadınları haqqinda buna oxşar bəzi kitablar. Xoşuma gəlmədi. Elə bil son vaxtlar yazılan əsərlərdə ancaq Şərq qadinlarının faciəsini və zəifliyini önə çəkməyə çalışırlar.
Moşu demişkən Xoşbaxtlix haqqında gərək özüm bir əsər yazım
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#24
Отправлено 06 ноября 2009 - 21:34
Belə də dünya ədəbiyyatından 1-2 maraqsız kitab oxuyuram
The Thorn birds-i (Colleen McCullough) bu gun bitirdim.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#25
Отправлено 07 ноября 2009 - 01:23
#26
Отправлено 07 ноября 2009 - 11:26
SƏFİLLƏR
İSLAMİ-FƏLSƏFƏ..TARİX
.
#27
Отправлено 07 ноября 2009 - 17:34
Shehid Mutehherinin butun kitablarini cox sevirem,en cox da "Kamil insan" ve "Ilahi adalet" eserlerini.ALLAH onun meqamini daim uca etsin.AMIN!
Şəhid M.Mutahhəri öz izini qoyub getdi.Onun əsərlərini oxuyub fəlsəfəsini dərk etmək hər kəsə müyəssər olmur.Onun əsərlərindən ilk oxuduğum "Müasir İslam Kəlamı" olub,daha sonra "Əbədi Həyat",İndi isə "İmam Hüseynin qiyamı" barədə onun müsahibələrindən hazırlanmış eyni adlı kitabı oxuyuram.Çox maraqlı yanaşması var.Kaş bizə onun yazdıqlarının fəlsəfəsini anlamaq müyəssər olaydı
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#29
Отправлено 08 ноября 2009 - 17:24
Qur`ani-kərim...
Dini ədəbiyyat...
Qızılbaşlar
Cek Londonun "Həyat eşqi"
Qardaş, Qizilbashlar kitabın adıdı? Müəllifi kimdir? Bir az ətraflı yaza bilərsiz o kitab haqqında?
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#30
Отправлено 08 ноября 2009 - 18:16
Qur`ani-kərim...
Dini ədəbiyyat...
Qızılbaşlar
Cek Londonun "Həyat eşqi"
Qardaş, Qizilbashlar kitabın adıdı? Müəllifi kimdir? Bir az ətraflı yaza bilərsiz o kitab haqqında?
Bacı "Qızılbaşlar" əsəri Əlisa Nicatın qələminin məhsuludur.
Üzr istəyirəm,cavabı Shie_cavabı qardaş verməli idi,mən müdaxilə etdim,amma bu əsərdəki olaylar,məhz "Çaldıran" döyüşünün təsviri,Şah İsmayıl Xətai ilə Sultan Səlimin münaqişəsi,və bu əsərdə daha çox türk qardaşlarımızın o müharibədə keçirdikləri çətinliklərin yaşanması,yəni müəllifin daha çox o istiqamətə yönlənməsi mənim çox narahat olduğum bir mövzudur.Şah İsmayıl haqqında gəzən mənfi fikirlərə,məhz onun şiəliyi yaymaqla guya ki,müsəlmanlar arasında bilərəkdən yürütdüyü "ayırmaq","parçalamaq"siyasətinin pislənməsi,bu müharibədə günahkar onun olmasını deyən fikirlərlə heç cür razılaşa bilmirəm.Hər-halda O şəxsiyyət məhz Azərbaycan xalqının düz yolda olması üçün çalışıb,öz əqidəsini yayıb.Parçalamayıb,sadəcə olaraq haqqı yayıb.Bəziləri isə bunu düz anlamır. Ümumiyyətlə isə bu müharibənin məhz sünni-şiə müharibəsi adlandıranları anlaya bilmirəm.Şah İsmayılın həyatını tədqiq etsək,görərik ki,o bu müharibəni necə arzulamayıb,müharibə qarşısı alınmaz olduqdan sonra belə onun qoyduğu izlərdən necə pis olmuşdu,axırda dərddən xəstələnməsi də buna bir sübut.Əvvəlcədən "parçalamaq" niyyəti ilə olan siyasət sonradan niyə peşmanlıq gətirsin ki?? Hər-halda məndə bu kitab daha çox Sultan Səlim mövqeyinə yaxın təəssüratla yadda qalıb.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей