İsveç Akademiyası 8 oktyabrda 2009-cu il ədəbiyyat üzrə Nobel mükafatçısının adını açıqlayıb.Nüfuzlu mükafat bu dəfə Almaniya təmsilçisi xanım Herta Müllerə nəsib olub.
Mükafat ona “poeziyanın gücündən və nəsrin açıqlığından istifadə edərək, məzlumların həyatını təsvir etdiyinə” görə verilib.
Müller bu mükafata layiq görülən 12-ci xanım yazardır. Poeziya üzrə Nobel sonuncu dəfə 1996-cı ildə polşalı Vislav Şimborskiyə təqdim olunmuşdu.
Herta Müller 1953-cü ildə Ruminiyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Fedarativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Xanım Müllerin yaradıcılığı çoxşaxəlidir. O, şeir, nəsr və esselər yazır. Həmçinin tez-tez fotoqraf və rəssam kimi də çıxış edir.
İlk romanı (Niederungen, “Çökəkliklər”) 1982-ci ildə dərc olunub. Daha çox prozaik kimi tanınsa da 2000-ci ildə ilk şeirlər kitabını (Im Haarknoten wohnt eine Dame, “Qadınlar saçların topasında yaşayır”) dərc etdirib.
Ən məşhur əsərlərindən biri “Yaşıl gavalılar ölkəsində” (Herztier) adlanır. Bu əsərə görə Avropanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb.
“Passport”, “Güzgüdə oturan İblis”, “Aclıq və ipək” (esselər), “Tələdə” və sair topluların müəllifidir.
O, 18 roman və povestin müəllifidir. 20-dən çox nüfuzlu mükafatın sahibidir. O cümlədən 1999-cu ildə Frans Kafka adına mükafata layiq görülüb.
Onun kitabları dünyanın 20-dən çox dilinə, o cümlədən çin, türk və ispan dillərinə tərcümə olunub.
Прикрепленные изображения
Сообщение отредактировал palchiq: 09 октября 2009 - 11:16